Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fuzuli


ÜZEYİR HACIBƏYOVUN “LEYLİ VƏ MƏCNUN”UNDAN “KOROĞLUYA QƏDƏR” MƏQALƏSİNDƏN:


To­fiq BA­KI­XA­NOV
GÖR­KƏM­Lİ BƏS­TƏ­KAR, QAY­ĞI­KEŞ MÜ­ƏL­LİM


Ley­la ƏLİ­YE­VA
Q.QA­RA­YE­VİN BƏS­TƏ­KAR OĞ­LU


QA­RA QA­RA­YEV
“MU­Sİ­Qİ­MİZ BU GÜN”


EL­ÇİN
UCA MƏR­TƏ­BƏ­LƏ­RİN SA­Kİ­Nİ
QARA QARAYEV HAQQINDA BİR NEÇƏ SÖZ


Ələk­bər Sa­lah­za­də
QOBUSTAN
(jur­nal va­ri­an­tı)


Emin ƏLİ­YEV
90-CI İL­LƏ­RİN TE­ATR FES­Tİ­VAL­LA­RI KON­TEKS­TİN­DƏ
SƏ­NƏT AX­TA­RIŞ­LA­RI­NIN TƏ­ZA­HÜ­RÜ


S.ƏLƏK­BƏR
MİS­Sİ­YA ADA­MI


Zülfiyyə İSMAYILOVA
Li­rik-psi­xo­lo­ji möv­zu­da ret­ros­pek­si­ya:
“Ke­çən ilin son ge­cə­si” və “Dan­te­nin yu­bi­le­yi” -
Ana­rın re­jis­sor­luq fəa­liy­yə­ti­nin de­bü­tü


ANAR HAQQİNDA


Zem­fi­ra SƏ­FƏ­RO­VA
ANAR İZİ


Ay­dın Ta­lıb­za­də
VİRTUAL MERAC TEATRİ
(aşiq­lər iba­də­ti)


İm­ruz ƏFƏN­DI­YE­VA
HƏMİŞƏ ZİRVƏDƏ


XAL­TAN­LI TA­ĞI


Samir MUSAYEV
Azərbaycan kinosunda yeni estetik prinsiplərinin təgəsömö


TE­ATR ƏNƏ­NƏ­LƏ­Rİ­NİN MO­Dİ­Fİ­KA­Sİ­YA NÜ­MU­NƏ­S


Sabirə DÜ­NYAM­ALI­YEVA
AZƏRB­AYCA­NIN TARIXI GEYIM­LƏRI­NDƏ
GÜ­NƏŞ­LƏ BAĞ­LI SİM­VO­Lİ­KA­LAR


QA­RA QA­RA­YEV - 90
 

İm­ruz ƏFƏN­DI­YE­VA
HƏMİŞƏ ZİRVƏDƏ


 

İm­ruz ƏFƏN­DI­YE­VA,
sə­nət­şu­naslıq dok­to­ru



Biz, 60-cı il­lər­də mu­si­qi sə­nə­tin­də ilk ad­dım­la­rı­nı atan­lar özü­mü­zü çox xoş­bəxt sa­yı­rıq. Çün­ki bö­yük sə­nət­çi­lər­lə ün­siy­yət­də ol­mu­şuq: Qa­ra Qa­ra­yev, Ni­ya­zi, Rə­şid Beh­bu­dov, Fik­rət Əmi­rov, Nə­si­bə Zey­na­lo­va, Müs­lüm Ma­qo­ma­yev... Əl­bət­tə, bu si­ya­hı­nı da­vam et­dir­mək də olar.


                                 
                                       HƏMİŞƏ ZİRVƏDƏ


Tan­rı­nın bu xoş­bəxt­li­yi bəxş etdiyi gün­lər bi­zə adi gö­rü­nür­dü, elə bi­lir­dik ki hə­mi­şə be­lə ola­caq. O bən­zər­siz si­ma­la­rın ço­xu­nu biz tez itir­dik... La­kin hər bi­ri­miz on­la­rın sə­nə­ti­nin öl­məz­li­yi­nə ina­nır, bu­nun­la tə­səl­li ta­pır, ruh­la­rı qar­şı­sın­da baş əyi­rik.


Bu il fev­ra­lın 5-də Qa­ra Qa­ra­ev sə­nə­ti vur­ğun­la­rı fə­rəh­lə, sev­gi his­si­lə Fəx­ri xi­ya­ba­na gül-çi­çək dəs­tə­lə­ri ilə ge­dib, onu eh­ti­ram­la yad et­di­lər. Da­hi bəs­tə­ka­rın tə­lə­bə­lə­ri söz alıb se­vim­li mü­əl­lim­lə­ri haq­qın­da xa­ti­rə­lə­ri­ni söy­lə­di­lər. Azər­bay­can Bəs­tə­kar İt­ti­fa­qı­nın səd­ri, Xalq  ar­tis­ti, pro­fes­sor Fi­rən­qiz Əli­za­də xü­su­si vur­ğu­la­dı ki, Q.Qa­ra­yev XX yü­zül­li­yin dün­ya­ya bəxş et­di­yi da­hi sə­nət­kar­lar­dan, na­dir si­ma­lar­dan bi­ri­dir. O, Azər­bay­can mu­si­qi­si­ni bə­şər mə­də­niy­yə­ti­nə  qo­vuş­du­ran bir şəx­siy­yət­dir. F.Əli­za­də bəs­tə­ka­rın no­va­tor­lu­ğun­dan, yük­sək in­sa­ni xü­su­siy­yət­lə­rin­dən, pe­da­qo­ji prin­sip­lə­rin­dən da­nış­dı. Q.Qa­ra­yev mu­si­qi­si­nin möh­tə­şəm­li­yin­dən, gö­zəl­li­yin­dən, ori­ji­nal mə­ziy­yət­lə­rin­dən söh­bət aç­dı. Hə­min gün ora­da SSRİ xalq ar­tis­ti, pro­fes­sor Arif Mə­li­kov, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin Səd­ri, Xalq ya­zı­çı­sı Anar, mosk­va­lı qo­naq - ta­nın­mış bəs­tə­kar Oleq Qa­la­xov da çı­xış et­di­lər. Ax­şam­sa Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sın­da bəs­tə­ka­rın ecaz­kar, məf­tu­ne­di­ci əsər­lə­rin­dən iba­rət kon­ser­tin din­lə­yi­ci­lə­ri ol­duq. Ya­dı­mı­za Qa­ra mü­əl­li­min bü­tün xe­yir­xah əməl­lə­ri, ha­mı­mı­za sə­mi­mi qəlb­dən et­di­yi əvəz­siz yax­şı­lıq­la­rı düşdü... Hə­min il­lə­ri san­ki ye­ni­dən ya­şa­dıq...


Sə­hə­ri­si gün isə İn­cə­sə­nət Mu­ze­yin­də ye­nə də Q.Qa­ra­ye­vin son də­rə­cə ca­zi­bə­dar, bən­zər­siz mu­si­qi­si­nin seh­ri­nə düş­dük: Sim­li kvar­tet, Skrip­ka və for­te­pia­no üçün So­na­ta, pre­lud­lər, ro­mans­lar. Sə­hər­si gün  “Ley­li və Məc­nun” sim­fo­nik poe­ma­sı əsa­sın­da bəs­tə­ka­rın ey­ni ad­lı ba­le­ti səs­lən­di. Da­ha son­ra, hə­min ge­cə “Don-Ki­xot” sim­fo­nik qra­vür­lər ba­le­ti­ni də gör­dük. Əsər­lər Azə­bay­can Döv­lət Aka­de­mik Ope­ra və Ba­let te­at­rın­da göstərildi.


Açı­ğı­nı de­yim ki, bu əsər­lə­ri san­ki ye­ni­dən dərk et­dim. Bə­li, bu hə­qi­qət­dir! Çün­ki əsər­lər ye­ni in­terp­re­ta­si­ya­da səs­lən­di. Bi­zim gör­kəm­li di­ri­jor­la­rı­mız Ca­van­şir Cə­fə­rov, Ra­uf Ab­dul­la­yev, El­şad Ba­ğı­rov san­ki bu əsər­lə­rə ye­ni nə­fəs gə­tir­miş­di­lər. Bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğı­na xas olan ül­vi gö­zəl­lik ka­te­qo­ri­ya­sı­nı ön pla­na çək­miş­di­lər, bu gö­zəl­li­yin dra­ma­tur­ji “çə­ki­si­ni” güc­lən­dir­miş­di­lər.


İs­tər-is­tə­məz aka­de­mik D­mit­ri Li­xa­ço­vun gö­zəl­lik ka­te­qo­ri­ya­sı­nın es­te­tik də­yə­ri ba­rə­də vax­ti­lə de­di­yi söz­lər ya­da dü­şür: “Gö­zəl­lik - köh­nə­nin son həd­din­də­ki ye­ni­lik­dir. Müt­ləq ye­ni “dərk edil­mir”. Ye­ni ilə köh­nə­nin mü­na­si­bət­lə­ri də za­man-za­man də­yi­şir. Sə­nət­kar­lı­ğın yük­səl­mə­si o de­mək­dir ki, ye­ni­lik his­si get­dik­cə ar­tır, ço­xa­lır, köh­nə­lik isə aza­lır və təd­ri­cən yox olur”.


Aka­de­mik D.Li­xa­ço­vun də­rin mə­na­lı söz­lə­rin­də, ümu­miy­yət­lə, iki va­cib ka­te­qo­ru­ya­nın san­ki uz­laş­ma­sı­nı gö­rü­rük: no­va­tor­luq və gö­zəl­lik.


Gö­zəl­lik ka­te­qo­ri­ya­sı­nı han­sı xü­su­siy­yət­lər sə­ciy­yə­lən­dir­di­yi bi­zə es­te­ti­ka el­min­dən bəl­li­dir. Bun­lar han­sı­lar­dır? İlk növ­bə­də hə­ya­tın dü­rüst şə­kil­də ək­si, hu­ma­nist ide­al­la­rın tə­za­hü­rü, həm­çi­nin yük­sək sə­nət­kar­lıq, zövq, mu­si­qi məz­mu­nun­da hə­ma­həng­lik, hə­qi­qə­tin har­mo­ni­ya­sı­nı aç­maq və s. Elə bu key­fiy­yət­lə­rin ha­mı­sı Qa­ra Qa­ra­ye­vin ya­ra­dı­cı­lı­ğın­da öz par­laq ifa­də­si­ni  ta­pıb. Məhz bu xü­su­siy­yət­lər Q.Qa­ra­yev ya­ra­dı­cı­lı­ğı­nın “kre­do­su­nu” təş­kil edir, onun si­ma­sı­nı mü­əy­yən­ləş­di­rir.  Bu haq­da gör­kəm­li alim - te­atr­şu­nas C.Cə­fə­rov çox gö­zəl de­miş­dir: “Q.Qa­ra­yev tə­ləb­kar in­san idi! Özü­nə qar­şı tə­ləb­kar! Hər bir ye­ni əsər onun üçün zir­və­yə qal­xan yol­da bir pil­lə idi, mər­hə­lə idi. Bu pil­lə­yə qal­xan ki­mi heç ge­ri­yə də dön­mə­dən onu in­kar edir­di, çün­ki o, ar­tıq keç­miş idi (mə­nim qey­dim - İ.Ə). Bəs­tə­ka­rı isə gə­lə­cək ma­raq­lan­dı­rır­dı, çün­ki ora­da hə­lə ələ keç­mə­yən aləm­lər var...”.


Qa­ra Qa­ra­yev doğ­ma xal­qı­nı ül­vi, həd­siz mə­həb­bət­lə se­vən şəx­siy­yət­lər­dən­di. Dü­şü­nü­rəm ki, xal­qa mə­həb­bət - gö­zəl­lik ka­te­qo­ri­ya­sı­nın ən mü­hüm amil­lə­rin­dən bi­ri­dir. Və bu­nun par­laq ək­si elə 1938-ci il­də Q.Qa­ra­ye­vin yaz­dı­ğı “Kö­nül kan­ta­ta­sı” əsə­rin­də (söz­lə­ri R.Rza­nın­dır) ta­pıb. Bəs­tə­ka­rın doğ­ma yur­da, gö­zəl­li­yin tə­rən­nu­mü­nə həsr olun­muş bu kan­ta­ta­sı Mosk­va­da ke­çi­ri­lən Azər­bay­can ədə­biy­ya­tı və in­cə­sə­nə­ti on­gün­lü­yü­nün ye­kun kon­ser­tin­də səs­lən­miş­di. Bu əsər­də Q.Qa­ra­yev aşıq mu­si­qi­si­nin tə­ra­vət­li in­to­na­si­ya­la­rın­dan və  Azər­bay­can xalq rəqs­lə­ri­nin sə­ciy­yə­vi ritm­lə­rin­dən fay­da­lan­mış­dır.


Bəs­tə­ka­rın aşıq mu­si­qi­si­nə olan mü­na­si­bə­ti “Və­tən” ope­ra­sın­da da (C.Ha­cı­yev­lə bir­gə) öz ifa­də­si­ni tap­mış­dır, da­ha çox As­la­nın par­ti­ya­sın­da, xor səh­nə­lə­rin­də (“Qəh­rə­ma­ni”, “cən­gi” ki­mi aşıq ha­va­la­rın­da).


Mən­cə, “Yed­di gö­zəl” ba­le­tin­də gö­zəl­lik bir es­te­tik ka­te­qo­ri­ya ki­mi dol­ğun və tam şə­kil­də özü­nü bü­ru­zə ver­miş­dir.


Q.Qa­ra­ye­vin mu­si­qi­si­nin tə­sir qüv­və­si, emo­sio­nal “çə­ki­si”, onun möh­tə­şəm ma­gi­ya­sı bi­zi hə­mi­şə dü­şün­dü­rür.


Öz in­to­na­si­yon lü­ğə­ti­ni da­im zən­gin­ləş­di­rən bəs­tə­kar ro­man­tizm duy­ğu­la­rı­nı da­ha çox “Yed­di gö­zəl”də aşı­la­yır, par­laq mu­si­qi ilə din­lə­yi­ci­ni hey­ran edir.


Bil­di­yi­miz ki­mi, Q.Qa­ra­yev bu ba­le­tin ikin­ci re­dak­si­ya­sı­nı yaz­maq qə­ra­rı­na gəl­miş­di.


Öz öv­la­dı qə­dər sev­di­yi “Ley­li və Məc­nun” poe­ma­sı da bəs­tə­ka­ra bö­yük şöh­rət gə­tir­miş­di. Ni­za­mi­nin in­sa­na son­suz mə­həb­bət­lə do­lu fəl­sə­fi poe­zi­ya­sı bəs­tə­kar üçün elə bir siq­lət­li ədə­bi zə­min ol­muş­dur ki, o özü­nün sə­nət­kar qüd­rə­ti­lə tam bit­kin ba­let (sim­fo­nik poe­ma­nın mu­si­qi­si əsa­sın­da) bəs­tə­lə­miş­dir. Əl­bət­tə, te­at­rın im­kan­la­rı da­xi­lin­də əsə­ri konk­ret tə­ləb­lə­rə uy­ğun­laş­dır­mış­dır. Həm sim­fo­nik poe­ma, həm də ba­le­tin mu­si­qi­si san­ki Ley­li və Məc­nu­nun mə­həb­bət him­ni ki­mi səs­lə­nir.
Vax­ti­lə Na­zim Hik­mət bö­yük bəs­tə­ka­rı­mız haq­da de­miş­dir: “Qa­ra Qa­ra­yev Şərq­dən Qər­bə pən­cə­rə aç­mış­dır”. Ne­cə də də­rin mə­na­lı söz­lər­dir!


Şərq poe­zi­ya­sı, mu­si­qi­si, elə­cə də fəl­sə­fə­si ey­ni­lə XX əsr sə­nət­kar­la­rı­nı ye­ni tə­fək­kür­lə si­lah­lan­dır­mış­dır. Bu­nun emo­sio­nal tə­si­ri və fəl­sə­fi “çə­ki­si” ilk növ­bə­də Q.Qa­ra­ye­vin mu­si­qi­sin­də ba­riz nə­zə­rə çar­pır de­yən­də dər­hal bəs­tə­ka­rın “Ley­li və Məc­nun”, “Yed­di gö­zəl” əsər­lə­ri ya­da dü­şür.


Ta­nın­mış alim M.Q.Aq­ra­novs­ki­nin tə­bi­rin­cə de­sək, Q.Qa­ra­ye­vin mu­si­qi­sin­də “möv­cud ste­reo­tip­lər­dən kə­na­ra çıx­maq” mey­li güc­lü­dür. Bu xü­su­siy­yət da­ha çox “İl­dı­rım­lı yol­lar­la” ba­le­tin­də qa­ba­rıq du­yu­lur.


Da­hi Üze­yir Ha­cı­bə­yo­vun ir­si, onun məs­lə­hət­lə­ri Q.Qa­ra­yev üçün bö­yük bir mək­təb ol­muş­dur. Bu haq­da o özü be­lə de­miş­dir: “Mən xöş­bəxt ada­mam, çün­ki ca­van­lıq­da bö­yük bir şəx­siy­yət, bəs­tə­kar Ü.Ha­cı­bə­yov­dan dərs al­mı­şam. O, mu­si­qi­mi­zin lap də­rin qat­la­rı­na yi­yə­lən­mə­yi töv­si­yə edir­di. Bu tək dü­rüst yol­dur! Məhz bu­na gö­rə Şos­ta­ko­viç və Pro­kof­yev əsl mə­na­da da­hi mil­li bəs­tə­kar­dır­lar (“ Sov.Mu­zı­ka, 1978, ¹2).


Bu­na bən­zər, bəl­kə də da­ha də­qiq mü­la­hi­zə­lə­ri­ni Qa­ra Qa­ra­yev di­gər bir us­ta­dı ba­rə­də de­miş­dir: “Mü­əl­li­mim D.Şos­ta­ko­viç haq­qın­da də­rin eh­ti­ram və sev­gi­siz da­nı­şa bil­mə­rəm. Mə­nim (yal­nız mə­nim­mi?) idea­lı­mın for­ma­laş­ma­sı onun adı ilə bağ­lı­dır. La­kin “for­ma­laş­ma­sı” sö­zü mə­nim is­tə­di­yi­mi əks et­dir­mir, bu söz çox nə­zə­ri­dir.  Bö­yük us­ta­dın şəx­si ca­zi­bə­si, onun özü­nə­məx­sus in­sa­ni və bə­dii “maq­ni­tiz­mi” mə­ni qı­sa müd­dət­də ta­mam də­yiş­di. Bu, mü­əl­li­min sa­gir­di­nə qey­ri-adi güc­lü tə­si­ri idi, an­caq bu tə­sir əl-qo­lu bağ­la­mır­dı, ək­si­nə, ya­ra­dı­cı­lı­ğı­nın in­ki­şa­fı­na ina­nıl­maz də­rə­cə­də tə­kan ve­rir­di. Dü­şün­cə­siz uy­dur­ma­çı­lı­ğa, kus­tar­çı­lı­ğa, mu­si­qi­lə iş­baz­lı­ğa qə­ti yol ver­mir­di”.


Q.Qa­ra­yev hə­mi­şə gər­gin və məh­sul­dar iş­lə­yir­di. San­ki bu in­san heç vaxt yo­rul­mur­du. Onun özü haq­qın­da de­dik­lə­ri bu mə­na­da çox ma­raq­lı­dır: “...sa­kit­lik olan yer­də in­cə­sə­nət yox­dur... Öm­rü­mün qırx il­dən ço­xu­nu mu­si­qi­yə ver­mi­şəm. Bu yol­da səhv­lə­rim də olub, çə­tin­lik­lə­rim də. Uğur­suz­luq­la­ra da mə­ruz qal­mı­şam. La­kin de­yə bi­lə­rəm ki, heç vaxt özü­mə gü­zəş­tə get­mə­mi­şəm. Yə­qin elə bu­na gö­rə mən qo­ca­lı­ğın ya­xın­laş­dı­ğı­nı hiss et­mi­rəm. Və o mə­ni qor­xut­mur”.


Mən Ü.Ha­cı­bə­yov adı­na Azər­bay­can Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nı bi­tir­dik­dən son­ra, mü­əl­lim­lik­dən baş­qa (mu­si­qi ta­ri­xi və mu­si­qi nə­zə­riy­yə­si ka­fed­ra­sın­da dərs de­yir­dim), bəs­tə­kar­lıq ka­fed­ra­sın­da da la­bo­rant iş­lə­yir­dim. Bu ka­fed­ra­la­rın bü­tün ic­las­la­rın­da iş­ti­rak edir, pro­to­ko­lu ya­zar­kən bəs­tə­kar­lıq ka­fed­ra­sın­da  ge­dən söh­bət­lə­rin şa­hi­di olur­dum. Qa­ra mü­əl­lim bu ic­las­lar­da hə­mi­şə sə­mi­mi çı­xış edər, sö­zü­nü hə­mi­şə üzə şax de­yər­di.


Bir əh­va­la­tı oxu­cu­la­rı­mı­za da­nış­maq is­tər­dim. Bəs­tə­kar - tə­lə­bə­lə­rin ix­ti­sas im­ta­ha­nın­dan son­ra au­di­to­ri­ya­ya top­laş­dıq, bu­ra­da ka­fed­ra­nın nü­ma­yən­də­lə­ri əsər­lər haq­qın­da öz fi­kir­lə­ri­ni de­məy­li­di­lər, mən isə bun­la­rı pro­to­ko­la qeyd et­mə­liy­dim. Yax­şı ya­dım­da­dır, Fə­rəc Qa­ra­ye­vin əsə­ri mü­za­ki­rə edi­lən­də ha­mı ona yek­dil­lik­lə “əla” qiy­mət yaz­dı, la­kin Qa­ra mü­əl­lim de­di ki, “mən isə ona “dörd” ya­zı­ram, çün­ki o bu il öz ix­ti­sa­sı­na tam məh­su­liy­yət­lə ya­naş­ma­yıb”.  Ha­mı xa­hiş elə­di “əla” ya­zıl­sın və hət­ta de­ka­nı­mız de­di ki, “ biz fa­iz iti­ri­rik, bəs­tə­kar­lıq ka­fed­ra­sı hə­mi­şə bi­rin­ci yer­də olub, in­di isə ge­ri­də qa­la­caq”. La­kin Qa­ra mü­əl­lim öz sö­zü­nün üs­tün­də dur­du, oğ­lu­na “əla” ya­zıl­ma­sı­na qol qoy­ma­dı. Bu fakt Qa­ra mü­əl­li­min tə­ləb­kar­lı­ğın­dan, prin­si­pal möv­qe­yin­dən xə­bər ve­rir­di.


Tə­lə­bə­lə­ri­ni öz öv­lad­la­rı ki­mi se­vən, on­lar­la fəxr edən Q.Qa­ra­yev ya­zır­dı: “Vaxt var idi bi­zi - Azər­bay­can bəs­tə­kar­la­rı­nı bar­maq­la say­maq olur­du. İn­cə­sə­nə­ti­miz göz­lə­ri­miz qar­şı­sın­da möh­kəm­lən­di, boy at­dı, cə­sa­rət­lə Ümu­mit­ti­faq miq­ya­sı­na çıx­dı, son­ra isə dün­ya­nın bü­tün qi­tə­lə­rin­də gur səs­lə öz var­lı­ğı­nı bil­dir­di. Ha­zır­da... Azər­bay­can bəs­tə­kar­lıq mək­tə­bi­nin özü­nə­məx­sus la­yiq­li ye­ri var”.


Q.Qa­ra­ye­vin tə­lə­bə­lə­ri­nin mu­si­qi­si 60-cı il­lər­dən baş­la­ya­raq dün­ya­nın bir çox öl­kə­sin­də səs­lə­nir. Nə­in­ki səs­lə­nir, həm­çi­nin təd­qiq edi­lir, araş­dı­rı­lır.


Q.Qa­ra­yev nə­in­ki öz tə­lə­bə­lə­ri­nə, həm də bü­tün mu­si­qi­çi­lə­rə, in­san­la­ra əlin­dən gə­lən kö­mə­yi əsir­gə­məz­di.


Bəs­tə­ka­rın mu­si­qi­şu­nas­lıq el­mi­nin in­ki­şa­fın­da da bö­yük ro­lu ol­muş­dur. Or­ta nə­sil mu­si­qi­şu­nas­la­rı­mı­zın hər bi­ri Qa­ra Qa­ra­ye­vin qay­ğı­sı­nı, xe­yir­xah­lı­ğı­nı hə­lə də min­nət­dar­lıq­la xa­tır­la­yır­lar.


70-ci il­lər­də mən “Azər­bay­can bəs­tə­kar­la­rı­nın mah­nı ya­ra­dı­cı­lı­ğı” ad­lı na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı üzə­rin­də iş­lə­yir­dim. Dis­ser­ta­si­ya­mı gör­kəm­li alim, sə­nət­şu­nas­lıq dok­to­ru, le­ninq­rad­lı pro­fes­sor Ar­nold Nau­mo­viç So­xo­run rəh­bər­li­yi­lə ta­mam­la­maq ar­zu­sun­day­dım. Bir gün Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın qa­pı­sı­nı uta­na-uta­na açıb içə­ri gir­dim, de­dim ki: “Qa­ra mü­əl­lim, is­tə­yi­rəm el­mi rəh­bə­rim Ar­nold Nau­mo­viç ol­sun. Xa­hiş edi­rəm kö­mək edin”. Elə hə­min gün o, A. So­xo­ra mək­tub ya­zıb gön­dər­di. Tez­lik­lə Le­ninq­rad­dan ca­vab mək­tu­bu gəl­di və hə­min mək­tub­da məh­şur alim ra­zı­lı­ğı­nı bil­dirmiş­di.


Qa­ra mü­əl­lim da­hi bəs­tə­kar ol­maq­la ya­na­şı, həm də gö­zəl, həs­sas in­san idi: oxu­yub öy­rən­mək is­tə­yən hər kə­sə öz kö­mək əli­ni uza­dar­dı. O, ol­duq­ca sə­mi­mi, qay­ğı­keş, meh­ri­ban idi. Son­ra­lar da, mən hə­ya­tı­mın çə­tin an­la­rın­da onun ya­nı­na gə­lir­dim. Atam Məm­məd Sa­dıq Əfən­di­yev­lə (atam 1941-42 ci il­lər­də Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın di­rek­to­ru iş­lə­yən­də Qa­ra mü­əl­lim­lə ya­xın ün­siy­yət­də ol­muş­du) dost idi­lər, mə­ni gö­rən­də hə­mi­şə: “ Sən ata­nın yo­lu­nu da­vam et­dir­mə­li­sən”, - de­yər­di.
Qa­ra mü­əl­lim mü­qəd­dəs, pak in­san idi. Biz ha­mı­mız onu min­nət­dar­lıq­la anır, par­laq ya­ra­dı­cı­lı­ğı ilə fəxr edi­rik.


Bu mə­qa­lə­ni ya­zar­kən mən Qa­ra mü­əl­li­min müx­tə­lif nəs­lə mən­sub tə­lə­bə­lə­rin­dən xa­hiş et­dim ki, on­lar öz mü­əl­lim­lə­ri haq­qın­da ürək söz­lə­ri­ni de­sinlər.


Fi­rən­qiz Əli­za­dƏ:


“Qara Qarayevin musiqisi bəşəri hisslər aşılayan, eyni zamanda öz əçdadlarına sədaqət ruhunda köklənmiş əlcatmaz və zəngin xəzinədir. Qara müəllimin fəlsəfi düşünçələri öz əksini onun təkrarsız, möhtəşəm yaradıçılığında tapmışdır. Əziz müəllimimizin ensiklopedik biliyi var idi. Onun hər bir cıxışı qəzet və jurnallarda, xusüsi olaraq qurultay və plenumlarda birmənalı qarşılanmırdı. Çünki bu məruzələrdə tənqidi fikirlər də var idi.


Ümumiyyətlə, Q.Qarayevin dərin bilikləri müasir musiqiyə həsr olunmuş məruzələrində öz əksini tapırdı. Bu məruzələr böyük auditoriyaya malik idi, müxtəlif peşə sahibi olan insanları çəlb edirdi. Müasir mövzuya aid mühazirələrini Qara müəllim gah Ü. Haçıbəyov adına Azərbayçan Dövlət Konservatoriyasının böyük zalında, gah da Azərbayçan Bəstəkarlar İttifaqında söyləyirdi. Heyf, gərək bu mühazirələri biz o vaxt diktofona yazaydıq... Mən həmişə evimizə qayıdandan sonra, tez bloknotumu götürüb bu leksiyaların əsas məzmununu qeyd edirdim.


Ü.Haçıbəyov adına Azərbayçan Dövlət Konservatoriyasında “ Müasir fənn”dən mühazirə oxuyanda həmişə Qara müəllim qarşımda çanlanırdı... O mənim xatirəmdə əbədi olaraq yaşayır.


Mart ayında Azərbayçan Bəstəkarlar İttifaqında əziz müəllimimiz, dahi Q.Qarayevə həsr olunmuş Beynalxalq elmi-konfrans olaçaq. Burada müxtəlif ölkələrin nümayəndələri iştirak edəçəklər. Həmcinin Q.Qarayevə həsr edilmiş “Musiqi festivalı” kecirilməsi də nəzərdə tutulmuşdur.


Mu­sa Mir­zə­yev:


Banisi  Ü.Haçıbəyov tərəfindən qoyulan Azərbayçan bəstəkarlıq məktəbini Qara Qarayev yeni zirvəyə qaldırdı. Məhz Ü. Haçıbəyovun dövründə yeni və parlaq simalar meydana cıxdı. Dahi Q.Qarayevdən başqa biz Ç.Haçıyevi, Niyazini, F.Əmirovu xüsusi qeyd etməliyik. Bu şəxsiyyətlərin hər birinin  adı ilə musiqimizdə yeniliklər kəşf olunmuşdur. Ü.Haçıbəyovun böyüklüyü, uzaqgörənliyi ondan ibarət idi ki, o Q.Qarayevi və Ç.Haçıyevi məhz Moskvaya oxumağa göndərmişdi və nə yaxşı ki, onlar Moskva Dövlət Konservatoriyasında təhsil almışdılar, məhz D. Şostakovicin sinfini bitirib, vətənə qayıtmışdılar.


Q.Qarayev Bakıya qayıdandan sonra, böyük maarifcilik fəaliyyətinə başlayır və Ü.Haçıbəyov adına Azərbayçan Dövlət Konservatoriyasında gözəl kadrlar yetişdirir. Eləçə də müəllimlik fəaliyyətinə başlayan Ç.Haçıyev çavan bəstəkarların yetişməsində mühüm rol oynayır.


Q.Qarayev öz tələbələrini yeni axtarışlara çəlb edirdi və bu axtarışlar sonda yüksək professionallığa gətirib cıxartmalıydı.


Vaxt sürətlə dəyişirdi, yeni texniki üsullar yaranırdı. Q.Qarayev bunları gözəl dərk edir, yeniliklərə birinçi elə özü çan atırdı. Tələbələr, istedadlı insanlar Q.Qarayevin sinfini yüksək səviyyədə bitirirdilər. Qara müəllimin yaratdığı bəstəkarlıq məktəbinin devizi - yüksək tələbkarlıq və professionallıq idi.


Mən Qara müəllimə cox borçluyam, cünki onun gözəl sənətkarlıq məktəbini kecmişəm. Qara Qarayev böyük ustalıqla tələbələrində zövq hissini oyadırdı, harmoniyaya, öz ixtisaslarına və digər sənətlərə sevgi aşılayırdı. O bizim ücün əvəzsiz örnək idi. Bilirdik ki, Qara Qarayevin musiqisi bütün ölkələrdə rəğbətlə qarşılanır.


Mən çavan olanda (hələ məktəbdə oxuyanda) xalqımız dahi Nizaminin 800 illiyini qeyd etməyə hazırlaşırdı. Bildiyimiz kimi, o zamanlar Qara müəllim “Leyli və Məçnun” simfonik poemasını, F.Əmirov “Nizami” simfoniyasını yaratmışdılar. Mən isə tez-tez Filarmoniyaya dəlir, orkestrin məşqlərini izləyirdim. Və həmişə də Niyazinin yüksək sənətkarlığına və çiddiliyinə heyran qalırdım.


“Leyli və Məçnun” musiqimizə yenilik bəxş edən əsərdir və sonralar Q.Qarayev yenidən Nizami dünyasına müraçiət etdi, “Yeddi gözəl”i yaratdı.


Q.Qarayev tələbələrinə qayğı hissi ilə, hörmətlə yanaşırdı, onlara dəfələrlə deyirdi: “Milli sərvətlərimizi qorumaq lazımdır”.


El­na­rə Da­da­şo­va:


Qara Qarayevin tələbəsi olmaq şərəfi mənə nəsib olduğu ücün Allah-taalaya hədsiz dərəçədə minnətdaram.


Dahi bəstəkar, pedaqoq, səmimi insan və müəllim olan Qara Qarayev tələbələrinin qəlbində silinməz izlər qoyub. Onun hər kəlməsi, iradı və nəsihəti bizlərə örnək, ibrət və yaradıçılıq yolumuzu istiqamətləndirən meyar olub. Bu, təhsil aldıqımız illərdə belə idi, indi də belədir.
Bəstəkarın əsərləri səslənərkən sanki daxili və sirli bir aləmə qapı acılır. Hər dəfə çanlı ifada, yaxud onun əsərlərinin yazıya alınmış diskinə qulaq asarkən məndə qəribə bir həyəçan baş qaldırır. Qara Qarayevin musiqisi onun zövqünü, zəkasını, dünyagörüşünü, yaradıçılığının coxşahəli olmasını zəngin calarlar, tembr və dinamika səviyyəsi və mədəniyyəti ilə cox bariz şəkildə yenidən yaşadır və çanlandırır.


Qara Qarayev aləmi, Qara Qarayev dünyası nə qədər əziz və doğmadır! Bu gün o mənim ücün yenə də çanlı, yeri görünən, əvəzsiz və əlcatmazdır. 


Hərdən düşünürəm, neçə olur ki, dahi müəllimlərinin vaxtilə gördüyü hər bir iş, əsər  yaxud yazı, bu gün də aktual və tərbiyəvi xüsusiyyətlərə malik olur?  Hansı elmi yaradıçılıq istiqamətlərində axtarış aparsam, məsləhət almaq istəsəm, onun istər musiqi əsərləri, istər elmi, yaxud publisistik irsi mənim köməyimə gələ, mənimlə maraqlı və ağıllı həmsöhbət ola bilir. Məsələn, məni Bəstəkarlar İttifaqının uşaq musiqisi təliminin bir rəhbəri kimi o belə istiqamətləndirir: “ uşaqlar musiqi səslərini rənglər və əlifba ilə yanaşı qavramağa başlamalıdır”.


Tənqid mədəniyyətində də onun bəstəkar həmkarlarına yeni, bəzən zəif əsərlərinə qulaq asdıqdan sonra hər əyər-əskiyi qəlbə dəymədən qeyd etmək baçarığı örnək olub. O, hətta özünü də tənqid edə bilirdi. Məsələn, mahnı yaradıçılığına az müraçiət etdiyinə görə özünə istiqamət vermək, mövqeyini ən ali kürsülərdə də müdafiyə etməkdən, tənqidi fikirlərini mərkəzi qəzet səhifələrində söyləməkdən çəkinmirdi. Vaxtilə o, hətta kecmiş SSRinin təhsil nazirliyini də tənqid eləmişdi. Bu, estrada və çaz musiqisi fakultəsini bitirən məzunlara SSR Təhsil Nazirliyi tərəfindən diplom verilməsi ilə bağlı tənqid idi (“Sovetskaya kultura”  26.01.1979).


Ən başlıçası isə odur ki, Qara Qarayev tələbələrindən hər birinin nəyə qadir olduğunu bilirdi. Odur ki tələbəsinin istər gələçək şəxsi həyatına ata məsləhəti verə bilməsi, istərsə də bəstəkarlıq yaradıçılığını istiqamətləndirməsi təəçüblü deyil, təqdirə layiqdi. Bu baxımdan vaxtilə mənə söylədiyi iki nəsihəti burada qeyd etmək istərdim: “ Sən cox düz yoldasan! Baxma, Həsən belə bəstələyir, Hüseyn belə yazır. Gələrsənsə əgər bir gün dodekafon yazı sisteminə (söhbət 12 ton sistemindən gedir) - gələrsən. Gəlməzsənsə əgər - çəhənnəm olsun! Sən cox düz yoldasan!”


İkinçi nəsihət: “Sənin evin həmişə səliqəli, oçağın isti xörəkli olmalıdır. Kişilərin səliqəsiz və isti xörək olmayan evdən xoşu gəlmir.”


Dahi bəstəkar - müəllimin və pedaqoqun qız tələbəsinə verdiyi son dərəçə sadə və müdrik öyüd və nəsihətləri.


Xalqımızın sevimli şairi Rəsul Rza Q.Qarayev haqqında olduqça gözəl, son dərəçə səmimi sözlər demişdir: “Qaranın uğurları, müvəffəqiyyətləri birdən-birə yaranmamışdır... Qara özünəməxsus orijinal bir yol secdi. Və o, asan yolla tanınmaq, populyar olmaq yolu ilə getmədi. O yol da cətin yoldu. Cünki ləpir salınmış yolnan getmək asandır. Onun perspektivini görürsən. Bilirsən ki, burada büdrəmli bir şey yoxdur. Əngəl olaçaq bir daş, ağaç yoxdur. Burada başını aşağı salıb irəliləyə bilərsən. Lakin yeni yolla, elə bir yol ki, o təzədir, o yolnan getmək həm təhlükəli, həm də şərəflidir. Təhlükəlidir, cünki bu yolda cox büdrəmə, cox cətinliklər ola bilər.  Şərəflidir, ona görə ki, bu yolu sən acırsan, bu yolla birinçi dəfə sən gedirsən. Əlbəttə, bu o demək deyil ki, Qara  özünəməxsus yolnan gedəndə bütün ondan qabaqkı musiqi aləminin zənginliklərini rədd eləmişdi və onların hec birini nəzərə almamışdı: Yox, belə deyil...O, Azərbayçan musiqisinin və dünya musiqisinin qazandığı nailiyyətləri öyrənərək, bilərək, onların əsasında yeni bir yolla getdi, yeni bir yol yaratdı...”