Demiş hər ğönçəyə aşiqligi razın səba derlər, El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər. Əsiri-dərdi-eşqi məsti-hüsn çox, əmma Biruz məşhur olan, leyli sənə, Məcnun mana derlər. Sənin mehrü vəfa göstərdiyin əğyarə çox gördüm, Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər. Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər, Zəhi-imanı yoxlar, küfr söylərlər, xəta derlər. Mənə derlərdi əvvəl bir mələkdir sevdiyin, hala Görənlər sən fəqirə göydən enmiş bir bəla derlər. Mərizi-eşq üqdi-zülfün eylər arizu, zira Müaliclər bu mühlik dərdə müşkildir dəva derlər. Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə, Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza derlər. * * * Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü, Nütfeyi-qabidürür, ğəmzən kimi ustadı var. Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin, Leylinin Məcnunu, Şirinin əğər Fərhadı var. Öylə bədhaləm kim, əhvalım görəndə şad olur, Hər kimin kim, dövr cövründən dili-naşadı var. Gəzmə, ey könlüm quşu, ğafil fəzayi-eşqdə Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul, Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
|