Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fuzuli


ÜZEYİR HACIBƏYOVUN “LEYLİ VƏ MƏCNUN”UNDAN “KOROĞLUYA QƏDƏR” MƏQALƏSİNDƏN:


To­fiq BA­KI­XA­NOV
GÖR­KƏM­Lİ BƏS­TƏ­KAR, QAY­ĞI­KEŞ MÜ­ƏL­LİM


Ley­la ƏLİ­YE­VA
Q.QA­RA­YE­VİN BƏS­TƏ­KAR OĞ­LU


QA­RA QA­RA­YEV
“MU­Sİ­Qİ­MİZ BU GÜN”


EL­ÇİN
UCA MƏR­TƏ­BƏ­LƏ­RİN SA­Kİ­Nİ
QARA QARAYEV HAQQINDA BİR NEÇƏ SÖZ


Ələk­bər Sa­lah­za­də
QOBUSTAN
(jur­nal va­ri­an­tı)


Emin ƏLİ­YEV
90-CI İL­LƏ­RİN TE­ATR FES­Tİ­VAL­LA­RI KON­TEKS­TİN­DƏ
SƏ­NƏT AX­TA­RIŞ­LA­RI­NIN TƏ­ZA­HÜ­RÜ


S.ƏLƏK­BƏR
MİS­Sİ­YA ADA­MI


Zülfiyyə İSMAYILOVA
Li­rik-psi­xo­lo­ji möv­zu­da ret­ros­pek­si­ya:
“Ke­çən ilin son ge­cə­si” və “Dan­te­nin yu­bi­le­yi” -
Ana­rın re­jis­sor­luq fəa­liy­yə­ti­nin de­bü­tü


ANAR HAQQİNDA


Zem­fi­ra SƏ­FƏ­RO­VA
ANAR İZİ


Ay­dın Ta­lıb­za­də
VİRTUAL MERAC TEATRİ
(aşiq­lər iba­də­ti)


İm­ruz ƏFƏN­DI­YE­VA
HƏMİŞƏ ZİRVƏDƏ


XAL­TAN­LI TA­ĞI


Samir MUSAYEV
Azərbaycan kinosunda yeni estetik prinsiplərinin təgəsömö


TE­ATR ƏNƏ­NƏ­LƏ­Rİ­NİN MO­Dİ­Fİ­KA­Sİ­YA NÜ­MU­NƏ­S


Sabirə DÜ­NYAM­ALI­YEVA
AZƏRB­AYCA­NIN TARIXI GEYIM­LƏRI­NDƏ
GÜ­NƏŞ­LƏ BAĞ­LI SİM­VO­Lİ­KA­LAR


ANAR - 70
 

S.ƏLƏK­BƏR
MİS­Sİ­YA ADA­MI


 

                                                                                        S.ƏLƏK­BƏR


                                          MİS­Sİ­YA ADA­MI



Anar!


Bu söz hə­mi­şə ye­ni­li­yə, ye­ni söz ya­ra­dı­cı­lı­ğı­na, qey­ri-adi ob­raz­la­ra çox həs­sas olan bö­yük şai­ri­miz Rə­sul Rza­nın di­lin­də gö­rə­sən nə vaxt, han­sı mə­qam­da, ov­qa­tı­nın han­sı ça­ğın­da səs­lə­nib? Bəl­kə ilk öv­la­dı­nın yo­lu­nu sə­bir­siz­lik­lə göz­lə­di­yi vaxt­lar­da, bəl­kə elə dün­ya­ya gəl­di­yi gün?


Hər hal­da bu sö­zün xü­su­si isim ki­mi ara­ya-ər­sə­yə gəl­mə­si onun adı ilə bağ­lı­dır və o, “anar” sö­zü­nün, “Anar” adı­nın son­ra­lar bu qə­dər ge­niş ya­yı­la­ca­ğı­nı yə­qin ki, tə­səv­vü­rü­nə gə­tir­məz­di. Am­ma da­nıl­maz fakt­dır ki, “anar” sö­zü, bu bir söz­dən iba­rət poe­tik kəl­mə öl­kə­ni fəth et­di, az qa­la hər kənd-şə­hə­rə, ay­rı-ay­rı ai­lə­lə­rə yol tap­dı. Bu gün yur­du­muz­da öv­la­dı­nı “Anar” ça­ğı­ran­la­rın sa­yı yüz­lər­lə, bəl­kə də min­lər­lə­dir. Anar ad­lı kör­pə­lər, ya­şı əl­li­ni haq­la­maq­da olan anar­lar...


Am­ma on­lar­dan bir­cə­si - ya­zı­çı Anar “ori­qi­nal”dır, qa­lan­la­rı­sa sa­də­cə onun adaş­la­rı­dır. Anar ar­tıq on­la­rın ağ­saq­qa­lı, ən bö­yük ada­şı­dır.


Bu poe­tik sö­zü ilk də­fə ad ki­mi səs­lən­di­rən Rə­sul mü­əl­lim ol­muş­du­sa, onu şöh­rət­lən­di­rən, ya­rı­dan, heç şüb­hə­siz, çox­şa­xə­li ya­ra­dı­cı­lı­ğı, bən­zər­siz hə­yat yo­lu ilə tu­tum­lu elə­yən Anar özü­dür.


Nə yax­şı ki, bu gün ədə­biy­ya­tı­mız­da, bü­töv­lük­də mə­də­niy­yə­ti­miz­də, adı bö­yük hərf­lər­lə ya­zı­la­sı ANAR var.


Anar dün­ya­ya san­ki bö­yük bir mis­si­ya üçün gə­lib. Ədə­bi aləm­də at­dı­ğı ilk ad­dım­la­rın­dan­ca bu­nun mü­əy­yən əla­mət­lə­ri du­yu­lur­du. İlk əsər­lə­ri onu hə­mi­şə na­ra­hat, hə­mi­şə ara­yıb-ax­ta­ran, ma­raq dai­rə­si ge­niş ca­van bir na­sir ki­mi sə­ciy­yə­lən­di­rir­di. Ət­raf­da baş ve­rən­lə­rə həs­sas­lı­ğı, çox­la­rı­nı dü­şün­dü­rən mə­sə­lə­lə­rə fərq­li mü­na­si­bə­ti, bir­ləş­di­ri­ci yön­lə­ri qa­ba­rıq nə­zə­rə çar­pır­dı, ya­şıd­ları ara­sın­da can­ya­nan­lı­ğı ilə se­çi­lir­di. Bir ca­van ya­zı­çı ki­mi əs­lin­də özü­nün də o vaxt­lar kö­mə­yə, dəs­tə­yə eh­ti­ya­cı ol­sa da, is­te­da­dı­na gü­vən­di­yi da­ha gənc ədə­bi qüv­və­lə­rə əlin­dən gə­lə­ni edir, üzə çıx­ma­la­rı­na yar­dı­mı­nı əsir­gə­mir­di. O za­man­lar “uğur­lu yol”la­rı ilə xey­li gən­cə xe­yir-dua ve­rən Rə­sul Rza ilə on­la­rın ara­sın­da əsas əla­qə­lən­di­ri­ci Anar idi. Bö­yük şai­rin baş re­dak­tor ol­du­ğu ASE-də bu ca­van­la­rın işə dü­zəl­dil­mə­sin­də Ana­rın müs­təs­na xid­mət­lə­ri var­dı. Ədə­biy­ya­tı­mı­zın gə­lə­cə­yi, in­ki­şa­fı onu elə o za­man­lar­dan dü­şün­dü­rür­dü. 27 ya­şın­da ra­dio­nun uşaq ve­ri­liş­lə­ri re­dak­si­ya­sın­da bö­yük re­dak­tor olar­kən bir çox iş­lər gör­mək­lə ya­na­şı o, “Tər­cü­mə saa­tı” ra­dio-jur­na­lı­nın səs­lən­di­ril­mə­si­nə na­il ol­muş­du. İ.S.Ba­xın “Ba­ya­tı-Şi­raz”ı xa­tır­la­dan re­mi­nor tok­ka­ta­sı ilə baş­la­yan bu ve­ri­liş­də dün­ya ədə­biy­ya­tı­nın ori­ji­nal­dan çev­ri­lən nü­mu­nə­lə­ri səs­lə­nir­di. Uşaq re­dak­si­ya­sın­da bö­yük­lər üçün ha­zır­la­nan bu ra­dio-jur­nal Ana­rın səy­lə­ri və nü­fu­zu sa­yə­sin­də ya­ran­mış­dı. O, son­ra­lar da bu­na bən­zər tə­şəb­büs­lə­ri­ni da­vam et­di­rir, is­tə­yi­nə ça­tır­dı. O il­lə­rin çə­tin­lik­lə­ri­nə, ma­neə­lə­ri­nə bax­ma­ya­raq ya­şıd­ları ara­sın­da ümu­mi ədə­bi mə­na­fe­lə­ri dü­şü­nüb özü­nü da­ha çox oda-kö­zə vu­rur, fə­al­lı­ğı ilə se­çi­lir­di.


“Qo­bus­tan” sə­nət top­lu­su­nun ya­ra­nıb for­ma­laş­ma­sın­da, sa­yı­lıb-se­çi­lən nəşr ki­mi fəa­liy­yət gös­tə­rib nü­fuz qa­zan­ma­sın­da o za­man­lar onun cid­di ro­lu, fə­da­kar­lı­ğı ol­muş­du. Çe­şid-çe­şid çə­tin­lik­lə­rə bax­ma­ya­raq o, ilk sə­nət top­lu­mu­zun dol­ğun, yük­sək sə­viy­yə­də işıq üzü gör­mə­si­nin əsas tə­mi­nat­çı­sı idi. “Qo­bus­tan”ın adı çə­ki­lən­də elə in­di də Anar ya­da dü­şür...


Bu­nun­la be­lə Anar hər şey­dən ön­cə na­sir idi, 60-cı il­lər­də və son­ra­lar yaz­dı­ğı bir sı­ra he­ka­yə­lə­ri, “Mol­la Nəs­rəd­din-66”, “Ağ li­man”, “Ma­cal”, “Beş­mər­tə­bə­li evin al­tın­cı mər­tə­bə­si” əsər­lə­ri ədə­bi aləm­də o vaxt­lar güc­lü re­zo­nans do­ğu­rur, mü­ba­hi­sə­lə­rə sə­bəb olur, son­da nəs­ri­miz­də ye­ni abi-ha­va­nın ya­ran­ma­sın­da, ədə­bi iq­li­min yum­şa­lıb sağ­lam­laş­ma­sın­da əvəz­siz ro­lu­nu oy­na­yır­dı. Son­ra­kı il­lər­də qə­lə­mə alın­mış he­ka­yə­lə­ri “Əla­qə”, “Dan­te­nin yu­bi­le­yi”, “Siz­siz”, “Otel ota­ğı”, “Ağ qoç, qa­ra qoç” əsər­lə­ri də Ana­rı dü­şü­nən, dü­şün­dü­rən, dün­ya sə­viy­yə­li bir na­sir ki­mi ta­nıt­dı, onu çağ­daş  ədə­biy­ya­tı­mı­zın əsas sü­tun­la­rın­dan bi­ri­nə çe­vir­di.


Anar “An­la­maq dər­di” es­se­si­lə bö­yük ya­zı­çı, cə­fa­keş Cə­lil Məm­məd­qu­lu­za­də­ni san­ki ye­ni­dən kəşf et­di, tək­rar­sız ya­ra­dı­cı­lı­ğı­na ye­ni ra­kurs­dan işıq sal­dı, oxu­cu ma­ra­ğı­nı ona sa­rı yö­nəlt­di...


“Də­də Qor­qud dün­ya­sı” ya­zı­çı­nın bö­yük araş­dı­rı­cı­lıq mə­ha­rə­ti­ni, ədə­biy­yat­şü­nas is­te­da­dı­nı aş­kar­la­dı, ma­hir qor­qud­şü­nas ki­mi məş­hur­laş­dır­dı.


Ana­rın çox­şa­xə­li ya­ra­dı­cı­lı­ğın­da pub­li­sis­ti­ka­nın də­yər­li nü­mu­nə­lə­ri də ki­fa­yət qə­dər­dir.


Ya­zı­çı­nın di­gər sə­nət sa­hə­lə­rin­də də araş­dı­rı­cı­la­rı­nı göz­lə­yən fəa­liy­yə­ti diq­qə­tə­la­yiq­dir.


Anar dra­ma­turq­dur, sse­na­rist­dir, ki­no və te­atr re­jis­so­ru­dur, in­cə zövq­lü sə­nət­şü­nas­dır.


Müx­tə­lif dövr­lər­də yaz­dı­ğı “Qa­ra­vəl­li”, “Şə­hə­rin yay gün­lə­ri”, “Ada­mın ada­mı”, “Səh­ra yu­xu­la­rı”, “Si­zi de­yib gəl­mi­şəm”, “Ke­çən ilin son ge­cə­si”, “Təh­mi­nə və Za­ur” səh­nə əsər­lə­ri öl­kə­mi­zin te­atr­la­rın­da uğur­lu səh­nə hə­ya­tı ya­şa­dı. Bu əsər­lə­rin ara­sın­da baş­qa öl­kə səh­nə­lə­rin­də ta­ma­şa­ya qo­yu­lan­la­rı da var.


Ya­zı­çı­nın sse­na­ri və re­jis­su­ra ya­ra­dı­cı­lı­ğı da diq­qə­ti xü­su­si cəlb edir. O 12 bə­dii fil­min (“Tor­paq. Də­niz. Od. Sə­ma”, “Gün keç­di”, “Də­də Qor­qud”, “Dan­te­nin yu­bi­le­yi”, “Üze­yir öm­rü”, “Ötən ilin son ge­cə­si”, “Qəm pən­cə­rə­si”, “İm­ta­han”, “Əla­qə”, “Təh­mi­nə”, “Otel ota­ğı”, “Ca­vid öm­rü”), bir ne­çə sə­nəd­li və te­le­vi­zi­ya fil­mi­nin (“Də­niz”, “Qo­bus­tan”, “Daş saa­tın sə­si”, “Qə­dim Gən­cə-Ye­ni Gən­cə”, “Bu - Sət­tar Bəh­lul­za­də­dir”, “Bu - Ca­vid­dir”, “Din­di­rir əsr bi­zi”, “Ev­lə­ri kön­də­lən yar”) sse­na­ri mü­əl­li­fi­dir. Ma­raq­lı­dır ki, “Dan­te­nin yu­bi­le­yi”nin (Gül­bə­niz Əzim­za­də ilə bir­lik­də), iki se­ri­ya­lı “Üze­yir öm­rü”, “Qəm pən­cə­rə­si” film­lə­ri­nin qu­ru­luş­çu re­jis­so­ru Anar özü­dür.


Bu film­lər ara­sın­da ilk iki­se­ri­ya­lı “Də­də Qor­qud” xü­su­si se­çi­lir. Tür­ki­yə­də də gös­tə­ril­miş bu ki­no-epos yük­sək də­yər­lən­di­ril­miş­dir.


Üze­yir Ha­cı­bə­yo­va, Cə­lil Məm­məd­qu­lu­za­də­yə, Hü­seyn Ca­vi­də həsr olun­muş film­lər Ana­rın bu bö­yük sə­nət­kar­la­ra də­rin sev­gi­si­nin tə­za­hü­rü­dür.


Qeyd et­mək la­zım­dır ki, Anar sə­nət­lə, sə­nət adam­la­rı ilə bağ­lı xey­li es­se, mə­qa­lə və s. mü­əl­li­fi ki­mi ay­rı-ay­rı sə­nət­çi­lə­rin əsas mə­ziy­yət­lə­ri­ni is­te­dad­lı sə­nət­şü­nas sə­riş­tə­siy­lə in­cə­lə­miş­dir (Qa­ra Qa­ra­yev, Şöv­kət Məm­mə­do­va, Sət­tar Bəh­lul­za­də, Ta­hir Sa­la­hov, Alim Qa­sı­mov və b.).


Anar iki­cild­lik “Min beş yüz ilin oğuz şei­ri” an­to­lo­gi­ya­sı­nın, Tür­ki­yə­də çap olun­muş “Min ilin yüz şai­ri” Azər­bay­can şei­ri an­to­lo­gi­ya­sı­nın (Ya­vuz Ak­pı­nar­la bir­lik­də) tər­tib­çi­si və re­dak­to­ru ki­mi az qa­la el­mi bir ins­ti­tu­tun işi­ni gör­müş­dür.


Ya­zı­çı­nın in­di­yə­cən Ba­kı­da, Mosk­va­da, Tür­ki­yə­də, Al­ma­ni­ya­da, Ma­ca­rıs­tan­da, İran­da, Es­to­ni­ya­da, Gür­cüs­tan­da, Pol­şa­da, İs­veç­rə­də, Bol­qa­rıs­tan­da, Çe­xi­ya­da, Qa­za­xıs­tan­da, Ta­ci­kis­tan­da 60-a qə­dər ki­ta­bı çı­xıb, ABŞ, Ka­na­da, Ya­po­ni­ya, Fin­lan­di­ya­da və ərəb öl­kə­lə­rin­də ay­rı-ay­rı əsər­lə­rin­dən nü­mu­nə­lər çap olu­nub. Haq­qın­da say­sız-he­sab­sız mə­qa­lə­lər ya­zı­lıb, hət­ta ki­tab­lar çap edi­lib.


Çox­şa­xə­li ya­ra­dı­cı­lı­ğı ona bö­yük nü­fuz, ədə­biy­ya­tı­mız­da müs­təs­na möv­qe qa­zan­dı­rıb.


Ca­van­lıq il­lə­rin­dən baş­la­ya­raq ümu­mi ədə­bi prob­lem­lə­rə həs­sas­lıq­la ya­na­şan, müx­tə­lif is­ti­qa­mət­lər­də sə­mə­rə­li fəa­liy­yət gös­tə­rən, özü­nə və baş­qa­la­rı­na tə­ləb­kar­lıq, ya­şıd­la­rı­na və ədə­bi gənc­li­yə diq­qət­cil­li­yi­lə se­çi­lən, qay­ğı­keş, ca­nı­ya­nan Ana­rın son­ra­lar Ya­zı­çı­lar Bir­li­yi­nin rəh­bə­ri ol­ma­sı çox tə­bii və qa­nu­na­uy­ğun idi.


Yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, ədə­biy­ya­tı­mız, ümu­mən mə­də­niy­yə­ti­miz na­mi­nə miq­ya­sa­gəl­məz bö­yük iş­lər gö­rən Anar bö­yük mis­si­ya üçün do­ğul­muş­lar­dan­dır. O bu mis­si­ya­nın ən azı üç­də iki his­sə­si­ni al­nıa­çıq, lə­ya­qət­lə ger­çək­ləş­di­rib. İn­di qa­lır üç­də bi­ri.


Onun bö­yük ya­ra­dı­cı­lıq plan­la­rı yə­qin ki, çox-çox­dur. Qar­şı­da ədəbiy­ya­tımızın sabahı naminə görəcəyi işlər kifayət qədərdir. Həyatının xeyli hissəsini əsərlərinin ömrünə cala­yan müdrik  müassirimizə, artıq dünənimizin klassikləri sırasında öz yeri olan böyük yazı adamına yeni-yeni uğurlar arzulayırıq.


S.ƏLƏK­BƏR


“QO­BUS­TAN”dan: Sə­nət top­lu­mu­zun əmək­daş­la­rı “Qo­bus­tan”ın ya­ra­dı­cı­sı, uzun il­lər baş re­dak­to­ru ol­muş, fəa­liy­yə­ti­lə ona bö­yük nü­fuz qa­zan­dır­mış Ana­rı 70 ya­şı ilə bağ­lı təb­rik edir, möh­kəm can­sağ­lı­ğı, ye­ni-ye­ni ya­ra­dı­cı­lıq se­vinc­lə­ri di­lə­yir­lər.