Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fuzuli


ÜZEYİR HACIBƏYOVUN “LEYLİ VƏ MƏCNUN”UNDAN “KOROĞLUYA QƏDƏR” MƏQALƏSİNDƏN:


To­fiq BA­KI­XA­NOV
GÖR­KƏM­Lİ BƏS­TƏ­KAR, QAY­ĞI­KEŞ MÜ­ƏL­LİM


Ley­la ƏLİ­YE­VA
Q.QA­RA­YE­VİN BƏS­TƏ­KAR OĞ­LU


QA­RA QA­RA­YEV
“MU­Sİ­Qİ­MİZ BU GÜN”


EL­ÇİN
UCA MƏR­TƏ­BƏ­LƏ­RİN SA­Kİ­Nİ
QARA QARAYEV HAQQINDA BİR NEÇƏ SÖZ


Ələk­bər Sa­lah­za­də
QOBUSTAN
(jur­nal va­ri­an­tı)


Emin ƏLİ­YEV
90-CI İL­LƏ­RİN TE­ATR FES­Tİ­VAL­LA­RI KON­TEKS­TİN­DƏ
SƏ­NƏT AX­TA­RIŞ­LA­RI­NIN TƏ­ZA­HÜ­RÜ


S.ƏLƏK­BƏR
MİS­Sİ­YA ADA­MI


Zülfiyyə İSMAYILOVA
Li­rik-psi­xo­lo­ji möv­zu­da ret­ros­pek­si­ya:
“Ke­çən ilin son ge­cə­si” və “Dan­te­nin yu­bi­le­yi” -
Ana­rın re­jis­sor­luq fəa­liy­yə­ti­nin de­bü­tü


ANAR HAQQİNDA


Zem­fi­ra SƏ­FƏ­RO­VA
ANAR İZİ


Ay­dın Ta­lıb­za­də
VİRTUAL MERAC TEATRİ
(aşiq­lər iba­də­ti)


İm­ruz ƏFƏN­DI­YE­VA
HƏMİŞƏ ZİRVƏDƏ


XAL­TAN­LI TA­ĞI


Samir MUSAYEV
Azərbaycan kinosunda yeni estetik prinsiplərinin təgəsömö


TE­ATR ƏNƏ­NƏ­LƏ­Rİ­NİN MO­Dİ­Fİ­KA­Sİ­YA NÜ­MU­NƏ­S


Sabirə DÜ­NYAM­ALI­YEVA
AZƏRB­AYCA­NIN TARIXI GEYIM­LƏRI­NDƏ
GÜ­NƏŞ­LƏ BAĞ­LI SİM­VO­Lİ­KA­LAR


ANAR - 70
 

ANAR HAQQİNDA


 

Anar və onun çox­şaxəli ya­ra­dı­cı­lı­ğı haq­qın­da həm Azər­bay­can­da, həm də Ru­si­ya­da, Tür­ki­yə­də, Av­ro­pa­nın bir çox öl­kə­lə­rin­də say­sız-he­sab­sız fi­kir­lər, mü­la­hi­zə­lər söy­lə­ni­lib, mə­qa­lə­lər ya­zı­lıb. Bun­lar­dan bə­zi fraq­ment­lə­ri da­ha çox Ana­rın ki­no və te­atr fəa­liy­yə­ti­lə bağ­lı qə­lə­mə alın­mış nü­mu­nə­lər ara­sın­dan seç­dik.


***


“Azər­bay­can­film” stu­di­ya­sın­da ya­ran­mış və mər­kə­zi te­le­vi­zi­ya ilə nü­ma­yiş et­di­ril­miş “Üze­yir Ha­cı­bə­yov. Uzun öm­rün ak­kord­la­rı” fil­mi­nin sse­na­ri mü­əl­li­fi və re­jis­so­ru Anar­dır. Film bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğı­nın də­rin xəl­qi kök­lə­ri­ni, onun doğ­ma tor­pa­ğı­na üz­vi bağ­lı­lı­ğı­nı əks et­di­rir. Xa­ti­rə­lə­rin, ta­ri­xi sə­nəd­lə­rin bə­dii ki­noy­la uz­laş­ma­sı bəs­tə­ka­rın ta­le­yi, Azər­bay­can mu­si­qi-səh­nə sə­nə­ti­nin in­ki­şaf yol­la­rı haq­qın­da dü­şün­cə - film ya­rat­ma­ğa im­kan ver­miş­dir.


Rə­şid Beh­bu­dov,
“Prav­da” 15.02.1983


***


Müa­sir hə­yat haq­qın­da pyes ax­ta­rış­la­rı­mız­da bi­zi na­sir və dra­ma­turq Ana­rın “Şə­hə­rin yay gün­lə­ri” əsə­ri cəlb edir. Ədə­biy­ya­tı­mız­da gənc nəs­lin ən ma­raq­lı nü­ma­yən­də­lə­rin­dən olan Ana­rın ya­ra­dı­cı­lı­ğı te­atr kol­lek­ti­vi­mi­zin diq­qə­ti­ni çox­dan çək­miş­di...


To­fiq Ka­zı­mov,
“Te­atr” ¹9, 1977


***


Ana­rın bi­zim ki­ne­ma­toq­ra­fi­ya­da­kı ro­lu ol­duq­ca bö­yük­dür. Onun ya­ra­dı­cı ki­mi iş­ti­ra­kı ilə çə­ki­lən film­lə­ri sa­də­cə ola­raq sa­da­la­maq be­lə çə­tin­dir. Hə­lə de­mi­rəm ki, bu, yal­nız kə­miy­yə­ti­nə de­yil, həm də ge­niş bə­dii dia­pa­zo­nu­na, döv­rü, xa­rak­ter­lə­ri, janr­la­rı, əh­val-ru­hiy­yə­lə­ri əha­tə elə­mə­si­nə gö­rə uzun bir si­ya­hı­dır. Bir söz­lə, ana­li­tik ya­zı­çı-pub­li­sist, ki­no­şü­nas ol­say­dım, onun haq­qı­en­da ki­tab ya­zar­dım. Sa­də­cə qə­zet mə­qa­lə­si yox...


Oq­tay Mir­qa­sı­mov,
“Ki­no” qə­ze­ti­nin Ana­ra həsr olun­muş xü­su­si bu­ra­xı­lı­şı. Mart, 1997


***


“Dan­te­nin yu­bi­le­yi” fil­mi­nin qəh­rə­ma­nı “ki­çik” akt­yor Fey­zul­la Kə­bir­lins­ki öz sə­nə­ti­nə yük­sək mə­nə­vi tel­lər­lə bağ­lı­dır. Anar si­tua­si­ya­nı gər­gin­ləş­di­rə­rək öz ya­pı­şıq­lı və riq­qət­lən­di­ri­ci qəh­rə­ma­nı­nı doğ­ru­dan da ta­ma­mən is­te­dad­sız, ba­ca­rıq­sız akt­yor ki­mi gös­tə­rir və “is­te­dad­sız” akt­yo­ru H.Tu­ra­bov ek­ran­da öz bö­yük is­te­da­dı­nın bü­tün par­laq­lı­ğıy­la təq­dim edir. Kə­bir­lins­ki­nin sə­nə­tə mə­həb­bə­ti tə­mən­na­sız­dır, fə­da­kar­ca­sı­na­dır, am­ma qar­şı­lıq­sız­dır, bu­na gö­rə də har­da­sa fa­ciə­vi­dir. La­kin sə­nə­tə be­lə tə­mən­na­sız adam­lar ol­ma­say­dı, sə­nə­tin özü də ol­maz­dı. “Dan­te­nin yu­bi­le­yi” fil­mi öz işı­ğı ilə bu adi hə­qi­qə­ti bi­zə bir da­ha duy­du­rur.


V.Bo­jo­viç,
“So­vets­ka­ya kul­tu­ra”, 17.06.1980


***


21 iyun te­le­vi­zi­ya­da “Də­də Qor­qud”u Azər­bay­can­da ya­ra­dıl­mış film ki­mi seyr et­dik. Hər şey­dən ön­cə bu fil­mi ya­ra­dan azə­ri qar­daş­la­rı­mı­za tə­şək­kü­rü­müz var: nə­dən? Ən azı bi­zim gö­rə­cə­yi­miz işi gör­dük­lə­ri üçün və bi­zə “Də­də Qor­qud” ki­mi bir das­ta­nı­mı­zın var ol­du­ğu­nu xa­tır­lat­ma­la­rı üçün...


Əh­məd Ka­bak­lı,
“Tər­cü­mə­çi”, 1983


***


Çağ­daş Azər­bay­can ro­man­çı­lı­ğı­nın ən ün­lü təm­sil­çi­si olan Anar “Ağ li­man”da gü­nü­mü­zün azə­ri cə­miy­yə­ti­nə güc­lü və də­rin bir ba­xış­la ya­na­şır. Son də­rə­cə hə­rə­kət­li və ki­ne­ma­toq­ra­fik olan təh­ki­yə­si da­xi­li mo­no­loq­lar­la, ge­ri dö­nüş­lər­lə və mo­dern bir ro­man qu­ru­lu­şu ilə zən­gin­ləş­di­ril­miş­dir...


“Cü­ney” qə­ze­ti,
10.08.1992, İs­tan­bul


***


...Anar öz qə­ləm­daş­la­rı ara­sın­da çox in­cə, həs­sas ana­li­tik­dir.


Lev An­nins­ki


***


Mən Ana­rı ol­duq­ca az ta­nı­yır­dım, həm də qə­tiy­yən yu­mo­rist ya­zı­çı ki­mi yox. Mə­sə­lən, Mən, sən, o və te­le­fon” ki­mi çox gö­zəl li­rik he­ka­yə, am­ma ki­ne­ma­toq­raf­la­rın aman­sız­ca­sı­na kor­la­dı­ğı bu he­ka­yə Ana­rın­dır.
Onun bü­tün yu­mor­lu he­ka­yə­lə­ri mən­dən öt­rü əsl se­vin­di­ri­ci ta­pın­tı, kəşf­dir.


Ni­ki­ta Bo­qos­lovs­ki,
“Li­te­ra­tur­na­ya qa­ze­ta”, 19.12.1970


***


“Azər­bay­can” ya­zı­çı­sı Ana­rın ro­ma­nı gö­zəl ədə­bi əsər­dir, ona gö­rə ki, əv­və­la o ger­çək­li­yi əks et­di­rir, son­ra­sı da oxu­cu­da ide­al haq­qın­da fi­kir­lər oya­dır.
“Zonn­taq” qə­ze­ti, Ber­lin, 3.04.1983


***


Anar çox­cə­hət­li is­te­dad­dır, hə­mi­şə öz ak­tu­al niy­yət­lə­ri­nin tə­cəs­süm olun­ma­sı üçün ən mü­na­sib sə­nət nö­vü­nə mü­ra­ci­ət edir. Onu ən çox ki­no və nəsr cəlb edir. “Ağ li­man” po­ves­ti­nin üs­lu­bu da ki­ne­ma­toq­ra­fa ya­xın olan ifa­də va­si­tə­lə­ri­lə sə­ciy­yə­lə­nir.


“Kön­nüv­vi­las” həf­tə­li­yi, Bu­da­peşt


***


Ana­rın müx­tə­lif janr­lar­da ya­zıl­mış əsər­lə­ri top­lan­mış ye­ni ki­ta­bı (“Dan­te­nin yu­bi­le­yi” - “Q”) ya­zı­çı ilə ta­nış­lı­ğı­mı­zı da­ha da ar­tır­maq­la ya­na­şı, həm də ya­ra­dı­cı­lı­ğı­nın ye­ni yön­lə­ri­ni aş­kar­la­yır.


Q.Pet­ro­va,
“No­vıy mir”, ¹1, 1974


***


On­da maa­rif­çi ru­hu var. Ədə­biy­ya­ta, mu­si­qi­yə, təs­vi­ri sə­nə­tə də­rin­dən bə­ləd­dir. Özü də tək­cə mil­li sə­nət­də yox. “Qo­bus­tan” jur­na­lı Ana­rın ide­ya­sı­dır. Bu­nu da de­mək la­zım­dır ki, Anar sö­zün ən yax­şı mə­na­sın­da zi­ya­lı­dır.


***


Mər­kə­zi qə­zet­lər­dən bi­ri­nə mək­tub gəl­miş­di. Oxu­cu: “Bil­mək is­tə­yi­rəm, zi­ya­lı­lıq nə de­mək­dir?”
Qə­ri­bə­dir, - dü­şün­düm, - ta­nış­la­rım ara­sın­da hə­kim, mü­əl­lim, fi­zik, hü­quq­şü­nas­lar var... Am­ma zi­ya­lı... Doğ­ru­dan­mı bir­cə­si də bu ada la­yiq de­yil?
Bu za­man ya­dı­ma Anar düş­dü.


An­na Zem­no­va,
“Te­atr”, ¹8, 1987


Anarla məni 60-çı illərin əvvəllərində Moskvada onun atası, böyük Azərbayçan şairi Rəsul Rza tanış edib. Rəsul Rza cağdaş şairlər arasında ən cox ehtiram bəslədiyim şairlərdəndi, mən onu böyük sənətkar və müdrik insan sayırdım. O bir cox illər ərzində indi haqq dünyasında olan İmran Qasımov, Qara Qarayev kimi Moskvadakı görüşlərimiz zamanı, yazıcı qurultay və plenumlarında, Lenin və Dövlət mükafatları Komitəsində mənim həmsöhbətim olurdu. Belə görüşlərin birində Moskvada, səhv eləmirəmsə, Ali ssenari kurslarında oxuyarkən məni oğluyla elə o, tanış eləmişdi.
Anarı yazıcı kimi ilk dəfə böyük Çəlil Məmmədquluzadəyə həsr etdiyi esseni oxuyandan sonra tanımışdım. Bu esse “Anlamaq dərdi” adı ilə “Novı mir” jurnalında unudulmaz Aleksandr Tvardovsininredaktor olduğu dövrdə cap olunmuşdu. Mən “Novı mir”in redkollegiya üzvü olduğum ücün essenin böyük maraqla qarşılandığı yadımdadır, axı esse rus və ümumittifaq oxuçusunu Azərbayçan klassikinin yaradıçılığı və ağır taleyilə müasir ədəbi səviyyədə tanış edirdi.
Təqribən həmin illərdəçə Anarın Moskva mətbuatında - “Literaturnaya qazeta”, “Sovetskaya kultura” qəzetlərində, “Nedelya”da, “Drujba narodov” jurnalında cap olunmuş hekayələri, povestləri, məqalələri, həmcinin əsərləri əsasında ekranlaşdırılmış və mərkəzi televiziyada göstərilmiş tamaşalar diqqətimi cəkmişdi.
Anar, yaşça bir qədər böyük olsam da, özümü də şamil etdiyim altmışınçılar nəslinin parlaq və maraqlı nümayəndələrindəndir. Altmışınçılara indi dəbdə olan sözün yaxşı mənasında ədalı və səkkak, pis mənasında ədəbsiz, acıq-aydın nadan münasibətə baxmayaraq əminəm ki, bu nəslin ədəbiyyatda, teatrda və kinodakı istedadlı nümayəndələri çəmiyyətin mənəvi, estetik və hətta ideoloji yeniləşməsində böyük rol oynamışlar.
Rusiyada olduğu kimi kecmiş sovet respublikalarında da bu nəslin ən yaxşı nümayəndələrinin qoyduğu təməl əsasında azadlıq, demokratiya, müstəqillik ideyaları doğmuşdu.
Cox yaxın qələm dostum Anar həm yaradıçılığında, həm də içtimai fəaliyyətində məhz bu ideyaların ardıçıl tərəfdarı olması ilə fərqlənir. Biz uzun illər boyu təmaslarımız, qarşılıqlı rəğbət hissləri bağlayır.
Məni daha cox sevindirən artıq hec də az olmayan bu yaşında da Anarın yaradıçılıq işilə fəal məşğul olmasıdır. Öz təçrübəmdən bilirəm ki, yaradıçılıq təşkilatına rəhbərlik etmək nə qədər cətin, bəzən də çənçəl işdir. Anar bir cox illərdir ki, Azərbayçan Yazıcılar Birliyinə başcılıq edir, öz ölkəsinin parlamentinin deputatı, orada mədəniyyət komissiyasının sədri olub, onun digər məsul içtimai vəzifələri də var, amma bununla belə o, əsas işinə - ədəbiyyata sadiqdir...
Allah işini avand eləsin...


 “Li­te­ra­tur­na­ya qa­ze­ta”,
19-25 mart 2008-ci il