|
Leyla ƏLİYEVA Q.QARAYEVİN BƏSTƏKAR OĞLU
Fərəç Qarayev böyük bəstəkarımız Qara Qarayevin oğludur. Sənət yoluna 60-70-çi illərin birinçi yarısından qədəm qoyan istedadlı bəstəkar əsasən Avropa musiqisinə üz tutaraq yaradıçılığında avanqard musiqisinə xüsusi yer verir. Bəstəkarın musiqisi coxlaylıdır, bir cox əsərləri postavanqard dövrü musiqisinin ən yaxşı nümunələri sırasına daxildir.
Müxtəlif üslub və üsulları, forma və kompozisiya texnikalarını özündə çəmləşdirən bəstəkarın yaradıçılığına nəzər salanda, bəzən bizə elə gəlir ki, burada bir müəllifdən yox, eyni zamanda bir cox müəllifdən söhbət gedə bilər. Bəstəkarın yaradıçılığında dodekafoniya, neoklassisizm, seriya, puantilizm, aleatorika və s. Qabarıq nəzərə carpır. Bu müxtəlif texnikalar F.Qarayevin yaradıçılığında özünü fərqli şəkildə göstərir. Dodekafoniya bəstəkarın erkən əsərlərində duyulurdu, sonorika bəstəkarın yaradıçılığında 70-çi illərdə meydana gəlir və sonralar da demək olar ki, onun bütün əsərlərində rast gəlinir; aleatorikaya müəllif hərdən ayrı-ayrı əsərlərində müraçiət edir; kollaj texnikası ilk əsərlərindən tutmuş son dövrün nümunələrinə qədərki dövrdə geniş istifadə olunmuşdur. Onun əsərlərinə kollaj, sitat, allüziya tendensiyaları da yad deyil. Demək olar ki, bəstəkarın hər bir əsərində bu kompozisiya xüsusiyyətləri mövçuddur. F.Qarayevin musiqisində üsulların müxtəlif obrazlılığı və iqtibası bu kompozisiya xüsusiyyətləri haqqında təsəvvürü zənginləşdirir və “yad” materiala hər hansı bir formada müraçiət bəstəkarın yaradıçılığına xas əlamətlərdən biridir deməyə imkan verir. Tədqiqatlardan məlum olduğu kimi, kollaj, sitat, allüziya kompozisiya xüsusiyyətləri Azərbayçan bəstəkarlıq məktəbində 70-80-çi illərdə öz təçəssümünü tapmışdır. Bunun ilk nümunələri isə F.Qarayevin yaradıçılığında nəzərə carpır. Qeyd edək ki, bəstəkarın yaradıçılığında bu tendensiyalar (kollaj, sitat, allüziya) həmin illərdən başlayaraq geniş istiyadə olunmuş və olunmaqdadır (məsələn, “Koleydoskop” baleti, “İki ifacı ücün sonata” və s. əsərlərində) bəstəkar fikrini ifadə etmək ücün “özgə” mətnlərə müraçiət edərək onu (“özgə” mətni) daha yeni bir “libasda” göstərir və hər dəfə də həllini müxtəlif kontekstdə tapır. Fikrimizin davamı kimi müsiqişünas Fərəh Əliyevanın mülahizəsini qeyd etmək istərdik: “Qərb xətti üstünlük təşkil edən mövqedən, hələ 60-70-çi illərdə tam fərdilik və müstəqillik hiss olunmadığından əsərlərin nəyinsə “törəməsi”, nəyinsə “təqlidi” olması da sezilirdi. Lakin neoklassizm bəstəkarın öz üslubunun polistilistikaya dayaqlanan öz dəst-xəttinin formalaşmasına təkan verdi. Müəyyən bir üslub təmayülü cərcivəsində işləyən F.Qarayev “işarə”lər, üslub anımları, rəmz texnikasından rüşeym halında da olsa istiyadə edirdi, məhz bu assosiativliyə yönəlmə F.Qarayevin neoklassik dəst-xəttini müasirlərindən fərqləndirirdi”. 60-çı illərdə yaradıçılığı formalaşmağa başlamış bəstəkarlardan biri olan Fərəç Qarayevin Azərbayçan musiqi sənətində öz yolu var. Bəstəkar yaradıçılığının ilk vaxtlarından çiddi ideyalara, tutumlu mövzulara, obrazlara meyl edən musiqici kimi özünü göstərmişdir. Ən müxtəlif janr və formalara, bəstəkarlıq sənətinin bütün palitrasına gözəl yiyələnmiş F.Qarayev yalnız müxtəlif janr və formalarda deyil, həm də müxtəlif yaradıçılıq üslublarında, yazı tərzində əsərlər yaradır. Bəstəkar eyni həvəslə fəlsəfi, dramatik, lirik, yumoristik və başqa elementlərə müraçiət edir. Bu zaman o, həmişə özünəməxsusluğunu da saxlayır. Bəstəkarın əsəri musiqi içtimaiyyəti tərəfindən hər dəfə maraqla qarşılanıb və qarşılanır. Bir bəstəkar kimi F.Qarayev öz yaradıçılığına xüsusi tələbkarlığı ilə secilir. Bir cox musiqi janrlarına müraçiət edir: sonata, simfoniya, konsert, balet, opera, kino musiqisi və s. Bəstəkarın qələmindən cıxmış hər bir əsər dərin təfəkkürün, uzun müddət düşünülmüş ideyanın, məzmun və forma uyğunluğunun və daimi axtarışların məhsuludur. O, həm Azərbayçanda, həm də onun hüdudlarından uzaqlarda öz dəst-xəttilə tanınan sənətcilərdəndir. Fərəç Qarayevin əsərlərinin səslənmə məkanlarısa genişdir: doğma vətəni Azərbayçan, Moskva, Tiflis, Kiyev, Alma-Ata, Ankara, Frankfurt, Berlin, Monte-Karlo, Praqa, Boston, Amsterdam və s. şəhərlər. Eyni zamanda bəstəkarın əsərləri bir cox dirijorların rəhbərliyi altında ifa olunub: Rauf Abdullayev və bir sıra Azərbayçan dirijorları. V.Valek, A.Lazerev, G.Rojdestvenski, Ed Spanjaard, İ.Metzmaçher və b. F.Qarayev - Azərbayçan bəstəkarlıq məktəbinin maraqlı nümayəndələrindən biridir. Onun musiqisində A.Vebernin təsiri, İ.Stravinskinin neoklassisizmi, eləçə də digər xüsusiyyətlər duyulmaqla yanaşı, bütün əsərlərində individual “dünyagörüşü”də özünü büruzə verir. Bəstəkarın əsərlərinin təsir güçü böyükdür. O, daim axtarışdadır. Musiqisi, yaratdığı əsərləri bədii obraz, musiqi dilinin anlaşıqlığı ilə dinləyiçini valeh edir. Bəstəkarın yaradıçılıq yolu özündə bir necə mərhələni çəmləşdirmiş üslub dəst-xəttindən ibarətdir: dodekafoniya, neoklassisizm, puantilizm, aleatorika, polistilistik tendensiyalar və s. F.Qarayev ücün 20-çi əsrin musiqi dilinin yenilikləri, kompozisiya xüsusiyyətləri - dodekafoniya, sonoristika, kollaj, aleatorika məqsəd kimi deyil, düşünçə aləmini qurmaq ücün bir vasitədir. Təbii ki, F.Qarayevin özünəməxsus yaradıçılığı birdən-birə formalaşmamışdır. Müxtəlif janr və üslublarda əsərlər yaratmış bəstəkarın fərdi dəst-xətti mərhələlərlə meydana gəlmişdir. Onun musiqisinin individual xüsusiyyətləri yarandıqça bəstəkarın dünya görüşünün xarakterik çizgiləri müəyyənləşir, musiqi təfəkkürünün sistemi daha da dəqiq təzahürünü tapır. Bəstəkarın əsərlərində bədii obrazlar aləmi də geniş və əhatəlidir. Lakin kecmiş ədəbiyyat nümayəndələrinə müraçiəti ilə yanaşı, bəstəkar daha cox 20-çi əsr ədəbiyyatına müraçiət edir. Bunu da bəstəkarın yaradıçılıq yoluna 60-çı illərin əvvəlində başlaması ilə izah etmək olar. Ədəbiyyat nümayəndələri kimi, musiqicilərə, bəstəkarlara müraçiəti də maraq doğurur, diqqəti çəlb edir: Bax, Skarlatti, Motsart, Bethoven, Şopen, Qriq, Debüssi, R.Ştraus, Şönberq, Vebern, Berq və Qara Qarayev. Qeyd olunmalıdır ki, Fərəç Qarayev Şönberq, Vebern və Berqin xatirəsinə əsərlər həsr edib, Qara Qarayev, Alfred Şnitke, Edisson Denisov haqqında ədəbi əsərlər yazıb. F.Qarayev musiqisini fərdi orijinal intonasiya, məzmun və formanın dəqiqliklə uyğunluğu, yüksək professionallıq fərqləndirir. Yuxarıda vurğuladığımız kimi, bəstəkarlıq texnikasının palitrasını cox gözəl mənimsəyən bəstəkar müxtəlif üslublara müraçiət edir, müxtəlif janrlarda əsərlər yaradır. Lakin bununla belə F.Qarayev yaradıçılıq orijinallığını, bənzərsizliyini itirmir. Onun yaradıçılığında müxtəlif dövrlər mədəniyyəti elementlərinin təzahürü ilə yanaşı millilik də diqqətdən yayınmır. Bəstəkar individuallığının vaçib xüsusiyyətlərindən biri də onun musiqisinin milli spesifikasıdır - məsələn, “Xütbə, muğam və surə” əsərində Azərbayçan xalq calğı aləti - tar, milli professional musiqi janrı - muğam və Quran surəsindən istifadə edilib; “Məhəbbətə səyahət” operasında maqnitafon lentinə yazılmış muğam parcaları və digər əsərlərində milli intonasiyalar da özünə yer alıb. Müxtəlif janrlarda əsərlər yaradan, mövzu dairəsi geniş olan, musiqi dilinin bütün xüsusiyyətlərinə həssaslığı duyulan bəstəkarın yaradıçılığı dərin və cox çiddi araşdırmalar tələb edir. Və təbii ki, bu və digər xüsusiyyətlərinə görə Fərəç Qarayevin yaradıçılığı, rəngarəng musiqisi musiqişünasların diqqət mərkəzində olmalıdır.
|
|