Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM



 

Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


 

XX əsr Azərbaycan təsviri incəsənətini yaratdığı əsərləri vastəsi ilə dünyaya tanıtdıran, gözəl mənzərə ustası Səttar Bəhlulzadə obrazı əbədi yaşarlıq əldə etmişdir. Heç bir rəssamın obrazı ayrı-ayrı heykəltəraşlar tərəfindən müxtəlif vaxtlarda bu qədər işlənməyib. Bu sənət obrazları rəssamın həm həyatda olduğu zaman həm də həyatdan köçəndən sonra yaradılmışdır. Elə sənətkarlar var ki, onların yaradıcılığını sistemləşdirmək asan olur, onların necə yetişdiyi aydın görünür, yetkinlik dövründə yaratdıqları ilk əsərlərindən xeyli yaxşı olur-sanki yaradıcılıq yolunun təkamülü aydın hiss olunur. Lakin çox vaxt əksinə olur; sənətkar ən yaxşı əsərlərini 30-40 yaşlarında yaradır, sonra isə yaradıcılıq axtarışları sönməyə doğru gedir, o öz tapıntılarını təkrar edir, incəsənət tarixinə öz töhfəsini versə belə, yaradıcılq ideyasından özünüifadə kimi istifadə edir. Bu, geniş yayılmış haldır, bu hal təkcə peşakarlarda deyil, böyük istedadlarda da, baş verir. Lakin Səttar Bəhlulzadənin yaradıcılıq istedadı başqa, çox az təsadüf edilən qaydadadır. Əgər onun yaratdığı müxtəlif əsərlərin nə vaxt meydana gəldiyini bilməsən, bunların tarixini və növbələnməsini müəyyən etmək çox çətindir. Onun yaratdığı tablolarada Azərbaycanın füsünkar təbiətinin mənzərəsi çox gözəliknən canlanır. Bir çox sənətkarlar Səttar Bəhlulzadə yaradıcılığından ilhamlanaraq təsviri sənətin müxtəlif növlərində onun bir çox portretlərini yaratmışlar. Azərbaycan heykəltəraşlığına nəzər yetirəndə müəyyən edilir ki, Səttar Bəhlulzadənin ilk dəfə büstünü Fuad Əbdürəhmanov 1947-ci ildə düzəltmişdir. Bundan sonra heykəltəraş Pyotr Sabsay, Ömər Eldarov, Elmira Hüseynova, Fuad Bakıxanov, Cümşüd İbrahimov, Natiq Əliyev, Hüseyn Haqverdiyev, Xanlar Əhmədov və s. rəssamın portretlərini hazırlamışlar. Akademik heykəltəraş Ömər Eldarov dahi rəssam Səttar Bəhlulzadənin həmçini qəbir üstü abidəsini də düzəltmişlər.
         1947-ci ildə F.Əbdürrəhmanovun yaratdığı Səttar Bəhlulzadə büstü digərlərindən həm təsvir formasına həm də ideya məzmuna görə fərqlənir. Mərmərdən yaradılmış portretdə heykəltəraş rəssamı saçsız təsvir etmişdir. Bu portretdə plastik formaların lakonikliyi və aydınlığı öz əksini tapmışdır. Portretə baxarkən hiss edirsən ki, təsvir olunan adam arxayın adam deyil, həmişə həyacanlı axtarışlarla yaşayan bir sənətkardır. Bəhlulzadənin müdriklik ifadə edən çöhrəsi əsəbi və yorğundur. Heykəltəraş onun zahiri əlamətlərini gizlətməyə çalışmır. Heykəlin bütün kompozisiyası və yapılma üsulları insanları dərindən öyrənmək və dərk etmək arzusundan irəli gəlmiş, çox canlı və parlaq xarakter yaratmağa yönəlmişdir.
Yaradıcılığını Azərbaycana bağlamış heykəltəraş P.Sabsay 1964-cü ildə sənət dostu Səttar Bəhlulzadənin portretini yaratmışdır. Heykəltəraşın ən çox işlədiyi material mərmər olduğuna baxmayaraq, zaman keçdikcə yeni materialları da mənimsəyir, öz bacarığını alyuminium və çox xoşladığı ağac üzərində yoxlayır. Rəssam Səttar Bəhlulzadənin portreti heykəltəraşın yaradıcılıq dəst-xəttində yeni cəhətləri üzə çıxardı. Ağac Sabsayın sevimli materialı olur. Onun qarağac və qoz ağacı materialının fakturası, onların səthlərinin müxtəlif tərzdə cilalanma imkanı və kələkötürlüyü maraqlandırır. S.Bəhlulzadənin portretində obraza poetik və dərin məhəbbətlə yanaşma heyrətləndiricidir. Portret tamaşaçın istedadlı mənzərə ustasının obrazını yenidən duymağa imkan yaradır.
 Heykəltəraşın bir neçə variantda yaratdığı Səttar Bəhlulzadənin obrazı tamamilə müxtəlif təsir gücünə malik əsərlərdir. Bu əsərlər sənətkarın səciyyənin həyatı doğruluğu üzərində uzun və qətiyyətli axtarışlar apardığını göstərir. Obraz dərin düşünülmüş quruluşun nəticəsində meydana çıxıb. 
P.Sabsay yaratdığı portretlərdə hər şeydən əvvəl obrazların psxoloji əlamətlərini və təsvir etdiyi adamların fərdi xüsusiyyətlərini bacarıqla əks etdirir. Onun yaratdığı portretləri bir ümumi cəhət birləşdirir-bu insanlar ömürlərini öz seçdikləri sahəyə sahəyə həsir edən şəxsiyyətlərdir.
Fuad Bakıxanovun Səttar Bəhlulzadə portreti bir sıra xüsusiyyətləri ilə P.V.Sabsayın və E.Hüseynovanın eyni vövzuda yaratdığı əsərlərdən fərqlənir. P.V.Sabsayın zərif, aydın portret xarakteriskası, E.Hüseynovanın üz cizgilərinin xüsusiyyətlərinin verilməsi burada yoxdur. Fuad Bakıxanovun yaratdığı obrazda dərin hissiyyat, gərgin həyat düşüncələri daha qabarıqdır. Yerli Bakı əhəngdaşından hazırlanaraq sadəcə bütün ilkin strukturunu saxlamış mamırlanmış məsməli daş üzərinə qoyulan portretdə çox böyük təmkinli plastik üsullar o qədər emosiyalı və ifadəlidir ki, onu ən gözəl sənət əsərləri ilə yanaşı qoymaq lazımdır.  
Akademik heykəltəraş Ömər Eldarov yaradıcılığının şah əsrləri onun tanınmış fırça ustası Səttar Bəhlulzadəyə həsr etdiyi iki portretdir. Ağacdan hazırlanmış hər iki əsər bənzərsiz sənəti və şəxsiyyəti ilə çox məşhur olan rəssamın çılğınlığını və özünəməxsusluğunu özündə gözəl əks etdirir. Biri incə xırdalıqları, digəri isə ümumiləşdirmələrilə fərqlənən əsərlərdə rəssamın qeyri-adiliyini ifadə edən siuet, duruş müəllifin çox orjinal tapıntısı kimi qəbul edilir. Heykəltəraş xüsusi qayğı ilə, dəqiq və məhəbbətlə rəssamın portretinə müraciət etmiş, onu iki dəfə ağacdan yonmuş və tuncdan həkk etmişdir.
Ömər Eldarov "Səttar Bəhlulzadə" portretində ağacın xüsusiyyətlərindən yüksək surətdə istifadə edərək dərin psxoloji keyfiyyətləri özündə əks etdirən bir obraz yaratmışdır. Heykəltəraş obrazın təbiətinə məxsus xüsusiyyətəri onun xarici görümündə təcəssüm etdirməyə nail olmuşdur. Əsərdə ağacın fakturasından bacarıqla istifadə edərək, şəxsiyyətin daxili eksprssiyası obrazın plastik ifadəliyində öz əksini tapmışdır. Heykəltəraş öz ümumiləşdirmə qabiliyəti, ən tipik səciyyəvi cəhətlərin sərraf gözü ilə görüb seçə bilmək bacarığı sayəsində daxili qüvvəyə və tükənməz yaradıcılıq qüdrətinə malik bir sənətkar obrazı yarada bilmişdir. Sifətin mimikası böyük enerji ilə fərqlənir. Portretin aydın və mənalı tərzdə yonulmuş baş hissəsində ciddi forma kamiliyyi və mütanəsibliyi nəzərə çarpır. Naturanın dərindən dərk edilməsi fərdi ifadəliyi, bədii obrazlılığı, plastik həcmi aydın hiss edilən portretin yaranmasına səbəb olur. 
Ömər Eldarov tərəfindən 1975-cü ildə Əmircanda rəssamın qəbri üzərində ucaldılmış heykəlində yaratdığı ilk portretlərinə çox yaxındır. Lakin burada vəzifə başqadır; məkan, kompozisiya, dinamika, obraz bir-birini tamamlayır. Texniki cəhətdən hər şey-fərdi cizgilərin konkret ifadəsi, dərhal dərk edilən oxşarlıq çox ustalıqla həll edilmişdir. Rəssam iki çərçivəyə söykənərək sevdiyi mənzərəni seyr edən vəziyyətdə yaradılmışdır. Elə bu cəhət əsərdə fəal rol oynayır, əks təqdirdə heykəlin mənası məhdudlaşardı. Çərçivələr burada məkan və estetik vəzifədən başqa, həm də obraz vəzifəsini daşıyır. Bu çərçivələr elə yerləştirilmişdir ki, tamaşaçı baxış nöqtəsini dəyişməli olsa və abidənin ətrafına dolansa belə, həmişə çərçivələrdə Əmircanı vəBülbülə gölünü yeni rakuslarda görəcəkdir. Heykəltəraşın bu gözəl tapıntısı bizi Səttarın rəsm aləminə aparır, doğma Abşeronun mənzərələrinə həsr edilmiş son sərgisinin iştirakçısı edir.
Heykəltəraş Ömər Eldarovun yaratdığı Səttar Bəhlulzadə obrazı haqqında  Sənətşünas Ziyadxan Əliyev qeyd edir ki, "Əbədiyaşar sənətkarımızın obrazı bütün insanların qəlbində yaşayır. Bu yaşam Səttarın insanlığının və əsərlərinin fəlsəfi ideyasında öz əksini tapır. Heykəltəraş Ömər Eldarov sənət dostu Səttar Bəhlulzadənin obrazında əsl Səttar çılğınlığı əsl Səttar istedadını göstərməyə nail olmuşdur".
Müsahibələrinin birində Ömər Eldarov öz qəhramanını belə təsvir edirdi: "Səttar oxşarsız fırşa ustası idi. Yumruq boyda ürəyində sanki bütün dünya yerləşmişdir. Yurd yerlərimizi oba-oba gəzərdi. Tanıyanlar maşın saxlayardılar ki, onu istədiyi ünvana çatdırsınlar, imtina edərdi. Vətən torpağını piyada gəzməkdən zövq alardı. Onun "Azərbaycan nağılı" mənzərə tablosu torpaqlarımızın canlı mənzərəsidir. Buz kimi soyuq, od təki isti emalatxanasını dünyanın işıqlı, təmtəraqlı saraylarından üstün tutardı. Onun qəbirüstü abidəsini ürəyimin tələbi ilə yaratmışam..."
Azərbaycan heykəltəraşlığında Səttar Bəhlulzadə obrazı ən aparıcı yerlərdıən birini tutur. Onun doğulduğu Əmircan kəndində də, N.Əliyev tərəfindən heykəl obrazı ucaldılmışdır. Bundan sonra da bir çox yetişən heykəltəraşlar əbədiyaşar rəssamızın heykəl obrazlarını canlandıracaqlar.