Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM



 

SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


 

O, ölümdən sonra böyüyən, çiçəklənən, ilahiləşən sənətkarlardandır. Sənətşünas olmasam da, inanıram ki, səttar Bəhlulzadə dünyanın klassik sənətkarları kimi bütün əsrlərin sevimlisi olacaq. 


Rəsul HƏMZƏTOV,
Dağıstanın xalq şairi
 


Fantaziya və həyat həqiqətləri... Sənətkar üçün lazım olan bu iki vacib şərt Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına hakim kəsilib. Həyata, təbiətə, onun bizə bəxş elədiyi əvəzsiz nemətlərə vurğunluq rəssamın bütün lövhələrində duyulur. Özü də bu vurğunluq adi deyil, böyük bir sənətkar müşahidələrinin nişanələridir. Ona görə də cəsarətlə deyə bilərəm ki, Səttar Bəhlulzadə Pikasso, Matiss səviyəli bir rəssamdır. O, bu səviyyəyə heç kimə bənzəmədən, fədakar əməyi, tükənməz istedadı sayəsində qalxıb.


Oleq SEVASTYUK,
Professor, Rusiya Federasiyasının rəssamı


 Bizim tərəflərdə də Səttarın təsvir etdiyi yerlər çoxdur. Oraları addım-addım gəzmişəm, qarış-qarış görmüşəm. Lakin Səttarın «dağları» tamam başqadır. Onların hər biri təbii varlıqdan daha canlıdır. Mənim bu sözlərimi düzgün başa düşün. Əlbəttə, təbii varlıqdan dolğun heç bir canlı yoxdur. Ancaq səttarın «təbiəti» yenidir, düşündürücüdür. Bax, əsl möcüzə də elə bundadır.


Mixail KİPİANİ,
Gürcüstanın əməkdar rəssamı
 


Bəhlulzadə elə rəssamdır ki, o, doğma respublikanın, qəlbinin bir parçası olan əməkçi Abşeronun ürək açan, cazibədar mənzərələrini, bolu, bərəkətli tarlalarını qüdrətli fırçasıyla hamıya sevdirə bilmişdir. Səttarın mənzərələri hər şeydən əvvəl yüksək müasirlik ruhuyla, həmyerlilərinin böyük əmək xarüqələriylə qırılmaz vəhdətdədir. Həyata, ana təbiətə vurğunluq gözəl rəssamımızın bütün əsərlərinin başlıca cəhəti, əsas keyfiyyətidir. Hətta onun əsərlərinə verdiyi adların: «Xalqımın baharı», «Torpağın arzusu», «Xəzər gözəli» və s. özü belə rəssamın boyalarla əks etdirdiyi hiss və duyğulardan söhbət açır. Çiçək açmış heyva budağı da, uca dağların bəyaz zirvəsi də, mavi Xəzərin şıltaq təbiəti də Səttar üçün tükənməz ilham mənbəyidir. Rəssamın gördüyü, duyduğu hər şey yüksək qəlb hərarətiylə qızdırılıb kətana köçürülərək torpağımız barədə, onun xoşbəxt əmək adamları haqda coşqun şeriyyətə, gözəl bir poemaya çevrilirdi.
Bakıda anadan olmuş Bəhlulzadə professional təhsilini Moskvada Surikov adına rəssamlıq İnstitutunda almışdır. Burada o əvvəllər qrafika şöbəsində, sonralarsa boyakarlıq fakültəsində oxumuşdur. Səttar öz müəllimləri - onda realist rus rəssamlığına və ümumiyyətlə incəsənətə dərin məhəbbət oyatmış V.Favorski, S.Gerasimov, K.İstomin, P.Pavlinov, Q.Şeqal barədə həmişə özünəxas olan yüksək ehtirasla, məhəbbətlə söhbət açardı. Onları həmişə xatırlayardı. Bəhlulzadə sovet rəssamlığında mənzərə janrının ən görkəmli nümayəndələrindən idi. O, vətənimizdə və xarici ölkələrdə təşkil edilən böyük sərgilərin daimi iştirakçısıydı.
Səttarın çoxlu dostları vardı: həm yaşlılar arasında, həm də cavanlar. Onun emalatxanası hamının üzünə açıq idi. Hamı - bütün sənət aşiqləri oranı görməyə tələsirdilər. Buharın görüşünə tələsən kimi...


P.BONDARENKO, D.MOLÇALSKİ,
RF-nın xalq rəssamları


 Səttarın yaradıcılığı nümunəsində bir daha əmin olursan ki, rəsam olmaq - bütün həyatını incəsənətə qurban vermək deməkdir.
Səttar fırçası bir qayda olaraq təsvir olunanları nurlandırıb. Onun əsərləri sanki bərəkətli Abşeron torpağından şirələnib. Səttarın tamamladığı tablolar ətraf mənzərələrlə çulğalaşır, hər şey öz rəngini, formasını, nizamını tapır. Onun fırçasının arzu və reallıqdan yaratdıqları özündə dünyanın gözəlliyinin obrazlı kəşfini daşıyır.
Rəssamın tabloları daxili metaforikliyə köklənib, hər bir əşya xüsusi xarakterlə gerçəkləşib. Ola bilsin ki, bu bacarıq ona çoxillik əməyi və təcrübəsi sayəsində müyəssər olub. Bəlkə də bu ona hələ gənclik illərində Vladimir Andreyeviç Favorski tərəfindən aşılanıb.
Əgər Favorskinin tədris metodikasını xatırlasaq, biz görərik ki, onun üçün əsas yaradıcılıq prinsipi rəssamın kəskin, davamlı marağına, əşyalara və hadisələrə sevgisinə cavab olaraq gerçəkliyin onun üçün bütün məziyyətlərinin sirrini açacağına tələbələrini inandırmaq idi...


Qriqorii Anisimov,
Sənətşünas



Səttar gülləri sevir, güllər isə onu daha çox sevir.


Anri Fugeron (Fransa) 


Gözəllik və səadət vurğunu olan Səttar Bəhlulzadə öz əsrinin övladına əbədi bir bahar bəxş etmişdir. Belə bir sənətkar xoşbəxtdir, bəxtiyardır.


Səlim ƏDNAN,ərəb gurnalisti və yazıçısı