Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Rəsul RZA
Sən xoşbəxtsən, qardaşım!
Rənglər şairi


SƏNƏTÇİLƏR SƏTTAR BƏHLULZADƏ HAQQINDA


Bayram Hacızadə
SƏTTAR BƏHLULZADƏNIN KARIKATURA YARADICILIĞI


Ziyadxan ƏLİYEV
SƏTTAR BƏHLULZADƏ FENOMENİ


Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


E.R.HAŞIMOVA-KƏBIRLINSKAYA
O GÖZƏL ANLAR!...


Qaçay KÖÇƏRLİ
QUM BURULĞANINDA BITƏN TUT AĞACI


Nazif QƏHRƏMANLI
QUBA TEATRI HAQQINDA DÜŞÜNCƏLƏR


Kəmalə ƏLƏSGƏRLİ
ZİYA AXTARIŞINDA...


Nəzakət AZƏR
SONUNCU DƏRVİŞ


Məryəm ƏLİZADƏ
REJISSOR HAQQINDA PARADOKS


MÜJGAN NİKBƏXT İDLU İBRAHİM qızı
FƏRƏH ÜSULİNİN YARADICILIĞI
ORTA ƏSR ŞƏRQ MİNİATÜR SƏNƏTİNİN DAVAMI KİMİ


Esmira NƏZƏRLİ
ŞAİR TƏBLİ TƏBİƏT AŞİQİ


Nigar YUNUS
SEHRLI SƏTTAR FIRÇASI…


TİMUR ZÜLFÜQAROV
QƏFƏSDƏ KƏKLİK
Tərcümə edəni: Vaqif Əlixanlı


Nuranə SƏLIMLI
SƏTTAR BƏHLULZADƏ VƏ AZƏRBAYCAN POEZIYASI


S.BƏHLULZADƏNİN GÜNDƏLİKLƏRİNDƏN


Samir SADIQOV
AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA SƏTTAR BƏHLULZADƏ OBRAZI


AYDAN
«AVARA»NIN DÜNYA SƏYAHƏTI


Mir Ələkbər AĞASIYEV
BÖYÜK RƏSSAMLA GÖRÜŞLƏRİM


TEATR
 

Gülşən SULTANOVA
«ŞÖHRƏT VƏ YA UNUDULAN ADAM» PYESININ SƏHNƏ TƏCƏSSÜMÜ


 

Türk dünyasının böyük simalarından olan Nazim Hikmətin siyasi görüşləri, ictimai fəaliyyətilə bağlı ayrı-ayrı illərdə yazılmış çoxsaylı yazılarla bərabər, onun bədii yaradıcılığı, o sıradan, dramaturgiya sahəsində yaratdığı əsərdər haqqında tədqiqatlar da yetərincədir.
Dünyasını dəyişəndən sonra belə Nazim Hikmətin şəxsiyyətinə və ədəbi irsinə marağın nəinki azalmasına, hətta illər ötdükcə daha da artmasına səbəb hər şeydən əvvəl, onun nadir və universal bir istedad sahibi olmasa, özünün və əsərlərinin qeyri adi taleyi ilə birbaşa bağlıdır.
Nazim Hikməti dünya ictimaiyyəti daha çox şair kimi tanıyır. Amma hamı dünya vətəndaşı olan bu türk şairinin artıq dünya şöhrəti qazanmış, böyük ideallar yolçusu, müxtəlif mövzulu pyeslərin mahir yaradıcısı kimi də yaxşı tanıyır. Onun böyük dramaturgiyaya gəlişinin səbəbi çoxlarına bəlli olmasa da, Nazim Hikmətin qəhrəmanları pyes səhifələrindən teatr səhnələrinə doğru addımladıqca bu müəllifin dramaturji istedadı, təkcə doğma Türkiyənin deyil, dünyanın yüz minlərlə tamaşaçısı üçün ilk məhəbbət görüşü kimi gözlənilən və unudulmaz oldu.
Nazim Hikməti dramaturgiya sahəsinə üz tutmağa həyat özü, daha dəqiq desək, ictimai ehtiyac sövq etdi. Çünki yaradıcılığının ilk illərində qələmə aldığı sərt  publisistik mövzulu poemalar, sonralar onların mahiyyətində görünən dramatizm daha geniş auditoriya həsrətilə, daha canlı ünsiyyət üçün meydan axtarırdı və nəzhayət onu tapdı. Belə ki, Nazim Hikmət əvvəlcə bir pərdəli pyeslər, illər ötdükcə, böyük pyeslər yazmağa başladı. Onların bəziləri ömrünün yaşamaq hüququnu əvvəlcə Türkiyə səhnəsində təsdiq etdi, bəzilərinin isə bu mənada bəxti az gətirdi. Çünki onların Türkiyə səhnəsinə yolu birdəfəlik bağlandı, həmin əsərlərin müəllifinə qaraguruhçular müxtəlif damğalar vurmağa cəhd etdilər, onun ünvanına azğın hədyanlar söylədilər. Sözün bu məqamında, Nazim Hikmətin bəxti gətirmiş, yəni ilk dəfə Türkiyədə səhnə üzü görmüş, (1935-ci il, İstanbul) «Şöhrət və ya unudulan adam» pyesini qed etməyimiz yerinə düşər.
İlk baxışda az qala hər kəsə anlaşıqlı görünən, sadə bir mövzuya həsr edilən bu pyes əslində yetərincə mürəkkəb drumaturji struktura malikdir. Burada psixoloji dram janrının ədəbi-estetik qanunları öz-özlüyündə onun təcəssüm prinsiplərinin müəyyənləşdirmək üçün əlverişli bədii imkanlar açır. Maraqlıdır ki, bu əsərin msüxtəlif ölkələrdə, müxtəlif səhnələrdəki təcəssüm təcrübəsi onun hər dəfə yeni ədəbi bədii məziyyətlərini təzahür etdirmişdir. Nazim Hikmətin digər səhnə əsərləri kimi «Şöhrət və ya unudulan adam» pyesi də təkcə dramaturji keyfiyyətləri ilə deyil, teatral xüsusiyyətlərilə də diqqəti cəlb edir. Yəni sırf ədəbi şərtlərlə bərabər burada onun səhnə materialı kimi uyğunluq dərəcəsinin səviyyəsi, tətbiqi baxımından onun prinsiplərinin müəllif tərəfindən dürüst ardıcıllıqla gözlənilməsi pyesin dəyərli cəhətlərindəndir.
Azərbaycan səhnəsində, daha dəqiqi, Akademik Milli Dram Teatrının səhnəsində «Şöhrət və ya unudulan adam»pyesinin təcəssüm tarixi ötən əsrin 60-cı və 73-cü illərində qeydiyyatdan keçmişdir.
Pyesin 1960-cı ildəki səhnə həyatı rejissor Nəsir Sadıqzadənin orijinal yozumu ilə başlamışdır. Onun rol bölgüsündə əsas rolların H.Salayev və H.Qurbanovaya tapşırması, əslində gələcək tamaşanın poetik xüsusiyyətlərini və quruluş prinsiplərini müəyyən edəcək amillərlə sıx bağlıdır.
Belə ki, o zaman dəbdə olan teatrşünaslıqda «Yaşama məktəbi» kimi adlandırılan estetik oyun prinsiplərinə, başqa sözlə desək, ənənəvi aktyor özünüifadə estetikasına üstünlük verən bu ifaçıları seçməklə rejissor tamaşada emosional təqdimata, bədii ifadəliyə əsaslanan oyun üslubu təqdim edəcəyini əvvəlcədən bəyan etmiş olurdu. Bu zaman tamaşada aktyorların uğuruna sığınan, ümid bəsləyən rejissor müəyyən mənada haqlı idisə, digər tərəfdən tamaşanın ideya-bədii istiqamətini azdırmaq, əsas estetik hədəfdən yayınmaq təhlükəsi ilə üz-üzə qalırdı. Və həmin təhlükə, necə deyərlər, özünü çox gözlətmədi. Yəni, professor, C.Cəfərovun yazdığı kimi «Salayevin və Qurbanovanın təsirli, lakin birtərəfli oyunu hər iki surətin müəyyən qədər bəsitləşməsinə və kiçilməsinə gətirib çıxarırdı. Xüsusilə aydın bir sentimentallıq özünü göstərirdi. Salayevin ifasının «qəm-qüssə motivi» üstünlük təşkil edirdi. O, açıq-aşkar «sentimentallığa» bel bağlayaraq, güvənərək oynayırdı. Onun qəhrəmanı daxilən bomboşdur, iradəsi sınmış, beli əyilmişdir. Səs əzgin və iniltilidir» (C.Cəfərov. «Azərbaycan teatr tarixi», Bakı, 1970).
Rejissor müəllifin yaradıcılığının mahiyyətini, onun hər bir əsərində aşkar səslənən ictimai nidanı eşitməmiş, aşkar oxunan düşüncələri dürüst oxuya bilməmiş, onun miqyaslı dünyəvi mövqeyini qiymətləndirməyi bacarmamış, beləliklə, pyesdə görünən çoxmənalı bədii fəlsəfi mətləblər açılmamış, ən yaxşı halda sadələşdirilmiş şəkildə tamaşaçıya təqdim edilmişdir. Halbuki, «Şöhrət və ya unudulan adam» özünün ekzistensional konflikti, ali bəşəri məqsədilə polifonik dramaturji məziyyətlərilə zəngin olan orijinal səhnə əsəridir.
Dramaturji materialla tanışlıqdan bəlli olur ki, müəllif bu əsəri ictimai-fəlsəfi janrda təqdim etmək niyyətilə qələmə alıb və onun səhnə təcəssümündə də ehtimal etmək olar ki, məhz bu təmənnada olub. Amma sözü gedən tamaşanın rejissoru N.Sadıqzadə tamaşanı psixoloji dram janrında qurmağa cəhd etsə də, yuxarıda qeyd etdiyimiz səbəbdən, burada, gah məişət motivləri ön plana çıxmış, gah da ifaçı aktyorların ifrat sərbəstliyi üzündən açıq-aşkar pafoslu emosionallıqla işarələnmiş oyun tərzi onun quruluş prinsiplərinin təhrif edilməsilə nəticələnmişdir.
«Şöhrət və ya unudulan adam» pyesinin Milli Dram Teatrının səhnəsindəki ikinci təcəssümünün də aqibəti, təəssüf ki, eyni səbəbdən uğurlu olmamışdır. Bu tamaşanın quruluşunu ötən tamaşada olduğu kimi baş rolun ifaçısı olan xalq artisti Həsənağa Salayev vermişdir. Əgər 60-cı ildəki tamaşanın rejissoru N.Sadıqzadə özünün yozum prinsiplərini müəllifin dünyagörüşünə, onun ictimai-siyasi mövqeyinə, bədii-estetik kredosuna istinad etməklə müəyyən etməyə çalışmışdısa, yeni tamaşanın rejissoru qeyd etdiklərimizə ümumiyyətlə, əhəmiyyət verməmişdi. Yəni tamaşa üzərində iş zamanı onun janrının, konfliktinin, ali məqsədinin müəyyənləşdirilməsi, səhnə obrazlarının yozumunun, hadisələr xəttinin qurulmasının estetik prinsiplərini peşəkarlıq və müasirlik baxımından bəsit dəyərləndirmişdi. Tədqiqatlardan məlum olduğu kimi, «bu əsərdə qəhrəmanların konkret adları yoxdur və hadisələrin harada cərəyan etdiyi də bəlli deyil. Bununla belə dramaturq səhnədə göstərilən hadisəni tipikləşdirməyə müəssər olmuşdur. Doktor, doktorun həyat yoldaşı, Qız- «Şöhrət və ya unudulan adam» pyesinin qəhrəmanları belə adlandırılmışdır. Və bu, obrazların səhnə yozumları üçün yetərincə əlverişli ola bilərdi. H.Salayevin quruluşunda təqdim edilən tamaşada müəllif tərəfindən əsərin adının özündə işarələnən bədii məna nədənsə qiymətləndirilməmiş, onun nə üçün «Şöhrət və ya unudulan adam» kimi adlandırılması, yəni bir adla yox, bağlayıcı vasitəsilə qoşalaşdırılması diqqətdən kənarda qalmışdı. (A.A.Babaev. Avtoreferat dissertaüii «Dramaturqiə Nazima Xikmeta», AQU, 1967, str.17). Bundan başqa pyesin bədii-fəlsəfi məziyyətlərindən biri kimi «şəxsiyyət və cəmiyyət», «istedad və ətraf mühit», «zaman və mənəvi dəyərlər» kimi kateqoriyaların təcəssüm işində teatr vasitələrilə nəzərdən keçirilməməsi tamaşanın ciddi estetik nöqsanları olmaqla, müəllifi qələm götürüb bu pyesi yazmağa sövq edən bəşəri ideyaların səhnədə səslənməsini əngəlləmişdir.
Tamaşada o zaman teatrın yeni nəslini təmsil edən aktyorlar çıxış edirdi. Burada H.Qurbanov, V.Fətullayeva, H.İsmayılov, S.İskəndərli və b. təbii olaraq rejissorun təklif etdiyi yozuma müvafiq səhnə oyunu göstərirdilər. Bu yozumun realizəsi isə vahid və orqanik ansambl oyununa imkan vermir, pyesdə onsuz da epizodlarda verilən hadisələrin bədii səhnə vəhdətinin, ideya-estetik bütövlüyünün əldə edilməsi üçün əlverişli deyildi. Halbuki ədəbi materialdan irəli gələn siyasi dram ovqatında mövcud cəmiyyətin mənəvi dəyərlərin ucuzlaşdırılması, ali bəşəri niyyətlərin əlçatmazlığı, hər cür yaşarı arzuların, sabaha ümidlərin puç olması, yalnız mövcud olma instinktlərinin labüdləşdirilməsilə barışmaq mühitinin hökm sürdüyü cəmiyyətin mənzərəsi tamaşada səhnə-səhnə açılmalı idi. «Burada ən əsası isə insanın daxili dünyasının, eşq iztirablarının, tənhalığının, ümidlərinin və ümidsizliklərinin, həyat sevinclərinin və ölüm qorxularının təsviri əsərin janrına müəllif eyhamının, konfliktin mahiyyətinə (eksiztensionallığına - G.Sultanova) işarə, obrazların adlarından gələn yozum həlli və s. yetərincə aşkardır» (Anar «Əsrin şairi» Dirçəliş - XXI əsr. 2002, aprel, s.93).
Doğrudur, pyesin ikinci səhnə təcəssümünü həyata keçirən H.Salayevin tanınmış, peşəkar və nadir istedad sahibi olsa da quruluşçu rejissor kimi təcrübəsiz olması təzə xəbər deyil. Amma pyesə çoxlarından daha artıq bələd olan bu səhnə xadimi müəllifin, şöhrətə hər şeyi qurban verməyə hazır olan insanın (hətta qeyri-adi istedad sahibi olan həkimin belə) acınacaqlı aqibətinin, unudulmasının labüdlüyü fikrinin aktyor oyunu vasitəsilə açılmasına yaradıcı həssaslığıyla yanaşmalı idi. Təəssüf ki, «Şöhrət və ya unudulan adam» pyesinin 1973-cü ildə başlayan səhnə həyatında da tamaşaçı auditoriyasının estetik qavrayışının təmin edəcək təcəssüm şərtləri ödənilməmiş qaldı.
Bununla bərabər, qeyd etdiklərimizə onu da əlavə edək ki, N.Hikmətin «Şöhrət və ya unudulan adam» pyesinin Milli Dram Teatrının səhnəsindəki hər iki tamaşası mədəni-estetik baxımdan ciddi və mühüm bir məsələni həll etmiş oldu. başqa sözlə desək, həmin tamaşalar təsdiq etdi ki, Azərbaycan milli səhnəsi M.F.Axundov, H.Cavid, C.Cabbarlı kimi N.Hikmətə də böyük məhəbbətlə qucaq açdı və onu doğma övladı kimi həmişəlik qəbul etdi.