Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


POEZİYA
 

İsmayıl İMANZADƏ


 
BAŞ ALIB GEDİRƏM

Məndən yuxarıda bir işıq yanır-
Kəlmənin işığı, sözün işığı.
Hələ də arxamca baxıb-boylanır,
Qalıb uzaqlarda közün işığı.

Zülmətə düşübsə, göyərməz dən də,
Hələ yol gedirəm dumanda-çəndə.
Cığırlar ilişib qalıb çəməndə,
Şehə qarışıbdı izin işığı.

İtən anların da çoxu, azı var,
Hər quşun öz köçü, öz yuvası var.
Ruhunda bir udum yaz havası var,
Haqqın nidasıdır üzün işığı.

Xəyallar yaxına çəkər uzağı,
Üşüdər ürəyi qışın sazağı.
Bulansa rənglərin qarası, ağı,
Azalar günbəgün gözün işığı.

Qərib bir eldəyəm, ömür-gün yarı,
Yağdı saçlarıma payızın qarı.
Baş alıb gedirəm üzü yuxarı,
Bələdçi seçmişəm sizin işığı...


YOL GEDİRƏM

Nisgilim dağdan ağır,
Çiynimdə dərd şəlaləsi.
Ovcuma damcılayır
Gözlərimin giləsi.

Gedirəm, ayaqlarım
Bir-birinə dolaşır.
Tənhalıqdan bezmişəm,
İçimdə qurd ulaşır.

Əlim çatmır heç yana,
Dirənib ağzım daşa.
Ürək tablaşa bilmir
Bu cəngə, bu savaşa.

Bəndim, bərəm bağlıdı
Göylər çöküb üstümə.
Yanıram için-için,
Tüstümə bax, tüstümə!

Sütunum, dirəyim yox,
Yellənirəm havada.
Qaldı ömrün yazında
O uzaq, yaşıl ada...

Saçlarıma elə hey
Qar yağır narın-narın.
Qalmışam arasında
Mən bu zülmət yolların.


DÜNYA BAŞDAN-BAŞA
NAĞILMIŞ DEMƏ...

Yaşadım, dünyanın hər üzün gördüm,
İllər soraq verdi mənə qışımdan.
Bəxtimin gecəsin, gündüzün gördüm,
Bir ömrün tüstüsü çıxdı başımdan.

Qaçdım arzuların dalınca elə,
Baxdım dan yerinə, gözüm qamaşdı.
Ülvi məhəbbətim gələndə dilə
Sinəmdə duyğular kükrədi, daşdı.

Küləklər dolaşdı yol ayrıcında,
Uzalı əllərim çatmadı yaza.
Yaxamdan asıldı ağrı-acım da,
Yuxumu söylədim Kürə, Araza.

Üz tutdum bir zülmət gedər-gəlməzə,
Sandım ki, göylərin işığı söndü.
Yazı soraqladım, çıxmadı üzə,
Gördüm ki, hər yanım dumandı, çəndi.

Sevdalı günlərə çatmadı əlim,
Bəxtin zülmətində yolları azdım.
Mənim sevdiyimi qaçırtdı ölüm,
Sinəmdə bir eşqin qəbrini qazdım.

Payızın çiskini haqladı məni,
Budaqdan üzüldüm bir yarpaq kimi.
İllər bərkə çəkib yoxladı məni,
Hər dərdə, əzaba dözdüm dağ kimi.

Bilmədim ömür-gün necə ötüşdü,
Qarışdım sevincə, çevrildim qəmə.
Yenə göydən yerə üç alma düşdü,
Dünya başdan-başa nağılmış demə...


TƏNHA SÖYÜD AĞACI

Niyə yalqızsan belə,
Gedənin-gələnin yox.
Kimə gərəksən axı,
Dərdindən ölənin yox.

Bir ömrün zülmətindən
Baxırsan qorxa-qorxa.
Titrək kölgən qısılıb
Bu köhnə susuz arxa.

Qabarıb üzə çıxan
Köklərin nə gündədir?
Saralan yarpaqların
Yağış həsrətindədir.

Bəxtinə düşən bu yer
Nə axır, nə əzəldi.
Həsrətin dilə gəldi,
Dərd sinəndə közərdi.

Əydi budaqlarını
Əsən payız yelləri.
Qara torpaq çürütdü
Səni əkən əlləri.

Ötüb keçən günlərin
Qaldı dumanda-sisdə.
Ölümün çatan kimi
Qəfil yıxılacaqsan
Bu köhnə arxın üstə.