Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


POEZİYA
 

Qədiməli ƏHMƏD


 
ÜMİD

Əlindən
düşüb
çiliklənən güzgüdə
yüz surətdə görürsən
hansı sənə oxşayacaq,
bilirsənmi..?
Son şeirin,
lap elə son sözün də
saxlar bütövlüyünü...
Bax səni sevənlərə...
Baxışlarda qorxu...
Ruhu bədəndən çıxan
ömrə bənzəyər həyat.
Gözlərimdə gizlətdiyim,
baxışımla örtdüyüm
qadın çılpaqlığıdı
ümid.
Sevgi
“məhkum saatı”
öldürülür
vaxt qıtlığında.

* * *

Əlimdən düşən
güzgü kimi
ömrün çiliklənəcək.

Səni sevən kişi də
sevgi şeirini
ürəyində pıçıldayacaq.

Əllərindən tutacağım anı
unutma.
Yadındamı,
bir şairin gözlərinə
baxa - baxa
sevgi şeirini oxudu
dodaqlarınla..?
Sevgisiz ömür
Həbsxana küncünə bənzər...

* * *

Qəfil küləklər əsən
bir qış gecəsi...
içimdə sızlayır boğulan səs...
Şəhərin küçələrində
addımlayır şeypur sədaları.
Yırtılır ağ üzlərin
qara rəngi.
Dənizə ağrı yağır.
Qarlı səkilərin
qırmızı mənzərəsində
qana bələnir
xəyal lövhələri.
Cinayəti açılmayan
mələklər adasıdır dünya...
Vaxt ötür öz ahəngində...

QƏRİBƏ VƏTƏN YAXŞI

Qəribə vətən yaxşı,
vətənə qayıdanda
ölməyə yer tapılsa.
Arzularında qalsa
Vətənin vətənliyi...
Qəribə vətən yaxşı
başından qürbət havası
gedənə kimi.
Qərib vətənə dönsə,
damağından
qürbətin dadı getməz.
Necə yaşasın qərib
dadsız məmləkətdə,
torpağında yad iyi gələn
qanadsız məmləkətdə..?
Necə yaşasın qərib
təriflər qucağında
kef çəkən məmləkətdə?
Qəribə vətən yaxşıdır -
atılmış uşaq
uzun illərdən sonra
anasını tapan kimi...
Vətən ocaqdı...

* * *

O qızın
göz yaşından
gözləri “quruyub”
payızda
quruyan
son çiçək kimi...
Qəlbindəki arzular
intihar edib...
Baxışları
içində qırılıb,
daha yollara boylanmaz...

* * *

Bir vaxtlar
səni axtarırdım
şəhərin küçələrində.
İndi xatirələrin
oturacağında oturub
yol gözləyirsən...
Şəhər həminki deyil...
Toz basmış arzular
çırpılır yaddaşında.
Sən gedən yollardan
izlərini
gözlərimlə
süpürüb atıram...
Bağışla...

* * *

Sənə yazmadıqlarım
sənə yad,
mənə doğmadı.
Sənə yazmadıqlarıma
nə ümid,
nə arzu,
nə də Günəş doğmayıb...
Göyün altında
əllərimdən uçulan
sənli anlar
röyalarda,
təkcə röyalarda mənimdi.
Röyalarımdan
ayrılmaq istəmirəm
yaşamağın xətrinə...