Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


ÀÊÒÓÀË ÑÞÙÁßÒ
 

Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


 
Milli mə­dəniyyətin əsas tərkib hissəsi sayılan "Kitab mə­dəniyyəti"ni iki hissə­yə böl­mək olar. Biri, kitabın ər­sə­yə gətirilmə prosesi - yazılması, yı­ğılması, tərtibatı, çapı və bu kimi işlər. Digəri, ar­tıq işıq üzu gör­müş ye­ni kitabın bilavasitə oxuculara çatdı­rılması, reklamı, təqdimatı, satı­şı və üs­tə­gəl mütaliə - oxu mə­dəniyyəti.
Çağ­daş oxu mə­də­niy­yə­ti­mi­zə gəl­dik­də, bizim gün­lər­də əv­vəlki dövr­lə müqayisə­də, şə­hərimizdəki adda-budda kitab mağazalarında qaydaya çevrilmiş qəri­bə bir mən­zə­rənin şahidi olursan. Qalaq-qalaq yı­ğıl­mış kitablar arasındakı darısqallıqda gəzi­şən bir mağaza işçisi və bu kitab cən­gəlliyində "eşə­lə­nən" elə o qə­dər də alı­cı. Hə­mən qalaqlar içində heç olmasa ay­rı-ayrı kitabların üz qabı­ğı, adı və mü­əllifin adı­nı bü­töv­lük­də gör­mək qeyri-müm­kün­dür. Alı­cı burada çaş-baş qalıb, is­tər-is­tə­məz "ki­tab an­ba­rı"­nı tərk edir. Bu artıq reallıq­dır. Bu gün hec cür inkar etmək olmaz ki, mağazalardakı kitabların məzmun müx­təlifliyi, əha­təlik baxı­mından qat-qat çox olsa da, onları alıb oxuyanların sayı təh­lü­kə­li şə­kil­də azalır.
Çox­la­rı son il­lər in­san­la­rın mü­ta­liə­dən, ki­tab­dan üz dön­dər­mə­sini kom­pü­ter və İn­ter­ne­tin mey­dan su­la­ma­sı ilə bağ­la­yır­lar. Di­gə­r­lə­ri isə, ya­xın keç­miş­də la­zım­sız ki­tab­la­rın çap olun­ma­sı­nı on­la­rın məc­bu­ri su­rət­də ya­yıl­ma­sı­nı ya­da sa­lır, göz­dən pər­də as­maq məq­sə­di­lə ida­rə­lər­də və məi­şət­də ki­tab­dan bir bə­zək, mü­qəv­va ki­mi is­ti­fa­də olun­ma­sın­da gö­rür və nə­ti­cə eti­ba­ri­lə, oxu­cu­la­rın ki­tab­dan bez­di­yi­ni, ar­tıq ona inan­ma­yıb, ki­ta­ba ik­rah his­si bəs­lə­di­yi­ni bil­di­rir­lər.
Bir baş­qa­la­rı sə­bə­bi XXI əsrdə, kimi ba­zar iq­ti­sa­diy­ya­tı şə­rai­tin­də gu­ya bi­li­yə, sa­va­da o qə­dər də eh­ti­yac ol­ma­dı­ğı­nı gös­tə­rir­lər. Ya­şa­yış üçün pul qa­zan­maq və elə-be­lə, bir­tə­hər ba­şı­nı do­lan­dır­maq­dan öt­rü, sa­də­cə, bu və ya di­gər sa­hə­yə da­ir İn­ter­net­də­ki xü­su­si en­sik­lo­pe­di­ya, izah­lı söz ki­ta­bı və lü­ğət­lə­ri (əsa­sən, ti­ca­rət, al­qı-sat­qı ilə bağ­lı) oxu­yub öy­rən­mək tam ki­fa­yət­dir. Bu çox önəm­li mə­sə­lə­yə ay­dın­lıq gə­tir­mək üçün ya­xın keç­mi­şi­mi­zə qa­yı­dıb ki­ta­bın in­san­lar ara­sın­da və cə­miy­yət­də oy­na­dı­ğı ro­lu, de­yək ki, "mis­si­ya­sı"­nı ya­da sa­laq, ba­xıb gö­rək o za­man­lar ki­tab bi­zim üçün nə idi.
De­mək olar ki, ötən əs­rin ikin­ci ya­rı­sın­da qə­zet, ra­dio və te­le­vi­zi­ya ilə ya­na­şı, qə­dim ta­ri­xə ma­lik Ki­tab, ilk növbədə bir in­for­ma­si­ya və bi­lik mən­bə­yi ki­mi biz­lə­rə çox gə­rək­liy­di. Bə­dii ədə­biy­yat is­tis­na olu­nar­sa, o çağ­lar bir çox mü­tə­xəs­sis, ya­xud bu və ya di­gər sa­hə­də ça­lış­maq is­tə­yən­lər elə or­ta mək­təb­dən ali sa­vad al­mağa, hər iki dil­də ge­niş bi­li­yə ma­lik ol­ma­ğa can atır­dı. Son­ra­lar o, hər müm­kün im­kan­dan fay­da­lan­lan­maq­la yük­sək sa­vad­lı bir in­san ol­ma­ğa ça­lı­şır və ən baş­lı­ca­sı, əvvəlcə­dən bi­lir­di ki, o bun­la­ra na­il olar­sa, gə­lə­cək­də mad­di cə­hət­dən müt­ləq yax­şı tə­min olu­na­caq. Möv­cud hə­yat da onu gös­tə­rir­di ki, hə­qi­qə­tən, yük­sək sa­vad və mə­də­niy­yə­tə ma­lik fərd­lər, bir qay­da ola­raq, cə­miy­yət­də bö­yük nü­fuzlu, mad­di tə­minatlı olurdular. O za­man­lar ti­ca­rət­lə məş­ğul ol­maq işi hə­qa­rət sa­yı­lır, "al­ver­çi" sö­zü sö­yüş, təh­qir ­tə­ki səs­lə­nir­di.
­Əl­bət­tə, o cür mə­nə­vi ab-ha­va­da Ki­ta­ba bö­yük eh­ti­yac du­yu­lur, ona bö­yük eh­ti­ram bəs­lə­ni­lir­di. O il­lər bö­yük ti­raj­­la bu­ra­xı­lan ki­tab­la­rın cil­di, iç tər­ti­ba­tı, ka­ğı­zı­nın nö­vü və di­gər amil­lər, de­mək olar ki, oxu­cu­nu çox az ma­raq­lan­dı­rır, onu, ilk növ­bə­də, ki­tab­la­rın məz­mu­nu, ço­xu­nu ora­da­kı bu vax­ta qə­dər mə­lum ol­ma­yan na­dir ta­ri­xi fakt­lar, ye­ni kəşf­lər, fi­kir­lər, mü­la­hi­zə­lər ma­raq­lan­dı­rır­dı. Ən baş­lı­ca­sı isə, bu ki­tab­lar çox ucuz qiy­mə­tə ba­şa gə­lir, ucuz qiy­mə­tə də sa­tı­lır­dı. Çap olun­muş ye­ni Ki­tab oxu­cu ma­ra­ğı­na sə­bəb olur­du­sa, o ki­tab rəf­lə­ri­nə qoyur, ki­tab onun üçün əhə­miy­yət kəsb et­mə­dik­də isə, bir müd­dət son­ra kitabı qə­zet tə­ki tul­la­yır, ya­xud bir baş­qa­sı­na ötü­rür, ya da bu­ki­nist ma­ğa­za­sı­na təh­vil ve­rir­di. Ki­tab­lar bir qay­da ola­raq, 10000-50000 ti­raj­la çap edi­lir­di. Bu da onun ucuz ba­şa gəl­mə­si­nə sə­bəb olur­du.
Bu gün qə­ri­bə gö­rün­sə də, o vaxt­lar hə­min "ucuz ki­tab­lar­"ın ək­sər ti­ra­jı tez bir za­man­da büs­bü­tün sa­tı­lıb qur­ta­rır­dı. Ki­ta­ba həd­siz eh­ti­yac var idi.
Biz hə­lə o za­man­lar dəb­də olan "Abu­nə nəşr­lə­ri"n­dən da­nış­mı­rıq. Ki­tab ma­raq­lı­la­rı xa­ri­ci və rus klas­sik­lə­ri­nin 10, bə­zən 30 cild­dən iba­rət "Se­çil­miş əsər­lə­ri" üçün qa­baq­ca­dan abu­nə ya­zı­la­raq, bun­dan öt­rü növ­bə­yə du­rur­du­lar. Açı­ğı­nı de­sək, bu "Se­çil­miş əsər­lər", bir qay­da ki­mi, oxun­mur, de­yək ki, "tom"­la­rın rən­gi­nə gö­rə on­la­rı mən­zil­lər­də­ki ki­tab rəf­lə­ri­nə dü­zə­rək sa­də­cə evə təş­rif bu­yu­ran qo­naq­la­ra nü­ma­yiş et­di­rən­lər də olurdu, ba­xıb gör­sün­lər bu ev­də və ai­lə­də "ya­man ki­tab hə­ris­lə­ri var". Bə­zi­lə­ri hət­ta lov­ğa­la­nır­dı ki, fi­lan­kə­sin se­çil­miş əsə­lə­ri­ni tap­ma­ğı ona söz ve­rib­lər. Məc­lis­lər­də, adə­tən, bu möv­zu­da tez-tez da­nı­şı­lır­dı. Bu cür mü­na­si­bət sax­ta, bo­ğaz­dan yu­xa­rı ol­sa da, de­yək ki, "Ki­tab kul­tu", yük­sək Ki­tab nü­fu­zu­nun tə­cəs­sü­mü, əya­ni gös­tə­ri­ci­si de­yil­di­mi?
­E­lə həmin dövr­lər­də Qərb­də ki­tab ça­pı alə­min­də, de­mək olar ki, tə­səv­vü­rə­gəl­məz xa­ri­qü­la­də bir "sıç­ra­yış, in­qi­lab" baş ver­di. Ça­pın hər han­sı bir pro­se­si üçün ye­ni-ye­ni texn­lo­gi­ya­lar kəşf olun­du, yün­gül, mü­kəm­məl və yığ­cam ci­haz­lar nə­həng çap ma­şın­la­rı­nı əvəz et­di­lər. Nə­ha­yət, sa­biq SSRİ-də­ki mə­lum ha­di­sə­lər­dən son­ra, de­yək ki, sər­həd­lər açıl­dı və bü­tün bu ye­ni, yük­sək sə­viy­yə­li çap tex­no­lo­gi­ya­sı sər­həd­lə­ri aşıb Ru­si­ya, həm­çi­nin, bi­zə də çatdı, özəl mət­bəə­lər tə­sis edil­di, ar­tıq bu­ra­da da yük­sək key­fiy­yət­li ki­tab və jur­nal­lar nəşr et­mək im­ka­nı ya­ran­dı.
Bu za­man, tə­bii­dir ki, ki­ta­bın han­sı nö­vü olur­sa-ol­sun, Qərb­də ol­du­ğutək, ba­ha­lı bir əş­ya­ya çev­ril­di. Əgər keç­miş­də ki­ta­bı ha­zır­la­yan­lar onun tər­ti­ba­tı­na, ka­ğı­zı­nın key­fiy­yə­ti­nə o qə­dər də əhə­miy­yət ver­mir­di­lər­sə, in­di, ye­ni tex­no­lo­gi­ya­nın im­kan­la­rı­na mü­va­fiq və yax­şı qa­zanc əl­də et­mək üçün ki­tab­la­rın üzü və içi üçün müx­tə­lif ma­te­rial­lar­dan, tu­ta­lım, par-par pa­rıl­da­yan müx­tə­lif qı­zı­lı və gü­mü­şü ka­ğız növ­lə­ri, "lü­mi­na­si­ya" üsu­lu və s.-dən is­ti­fa­də et­mək­lə ki­ta­bın qiymə­ti­ni bi­rə on qal­dır­dı­lar. Hal­bu­ki, tez-tez mü­ra­ciət olu­nan bir çox zə­ru­ri ki­tab­la­rın həd­din­dən zən­gin tər­ti­bat­da nəşr edil­mə­si­nə və on­la­rı çox ba­ha­lı qiy­mət­lə ba­za­ra çı­xa­rıl­ma­sı­na heç bir eh­ti­yac yox­du.
Hə­mən ki­tablar arasında yaxın keçmişə məx­sus na­qis bir ənə­nə-yenə azman "batmankitablar" or­ta­ya çıx­dı. "Batmankitabları" hazırlayıb ər­sə­yə gə­ti­rən­lər elə bilirlər ki, kitabın öl­çü­ləri nə qə­dər bö­yük olsa, onun ləya­qəti, nüfuzu və hör­məti də o qə­dər bö­yük olar. Əslinə qalarsa, bir kitabı bucağa qoyub bu gün ona sitayiş etmək nə qə­dər gü­lünc­dü, in­di vaxt o vaxt de­yil. Baş­qa söz­lə, na­şir "az ol­sun, ba­ha­lı ol­sun" de­yə, yax­şı qa­zanc əl­də et­mək is­tə­yir. Hal­bu­ki, "çox ol­sun, ucuz ol­sun" prin­si­pi bu­ra­da əsas gö­tü­rü­lər­sə, hər iki tə­rəf tam ra­zı qal­mış olar. La­kin çağ­daş sı­ra­vi ki­tab hə­ri­si bu­gün­kü ba­ha­lı ki­tab­la­rı heç cür al­maq iq­ti­da­rın­da de­yil­dir. Əs­li­nə qa­lar­sa, ki­ta­bın kse­roks va­si­tə­si­lə üzü­nü çı­xar­maq əsl ki­ta­bın özün­dən qat-qat ucuz ba­şa gə­lir. Bun­lar nə­zə­rə alın­ma­lı­dır.
Ə­gər bu gün Ki­ta­bı uşaq­lar üçün bir oyun­ca­qa, əy­lən­cə­yə çe­vir­mək is­tə­yi­rik­sə, bu­nu har­da­sa ba­şa düş­mək olur. Di­gər tə­rəf­dən, dü­şü­nür­sən, İn­sa­na uşaq­lı­ğın­dan Ki­ta­bı "oyun­caq və əy­lən­cə nö­vü"­tək təq­dim et­mək­lə biz onu elə uşaq­lıq çağ­la­rın­dan Ki­ta­ba bir oyun­caq­tə­ki bax­ma­ğa alış­dır­mı­rıq­mı? Hə­qi­qət­də də yaş­lı­lar üçün nə­zər­də tu­tul­muş ki­tab­la­rı "bat­man­ki­tab" və ya ba­ha­lı əş­ya, al-əl­van "oyun­caq­la­ra" çe­vir­mə­yə heç bir eh­ti­yac yox­dur. Ək­si­nə, ki­tab nə qə­dər yığ­cam və sa­də olar­sa, onu gəz­dir­mək, ki­tab rə­fi­nə yer­ləş­dir­mək asan olur. Elə ötən çağ­la­rın mü­qəd­dəs mi­nia­tür ki­tab­la­rı­nı ya­da sa­laq. Hə­mən ki­çik ki­tab­lar­dan bu gün də is­ti­fa­də olunur.
Ki­tab dü­nən, bu gün
A­də­tən de­yir­lər ki, Te­le­vi­zi­ya, Kom­pü­ter və İn­ter­net za­ma­nın­da ənə­nə­vi ki­ta­ba, qə­ze­tə ar­tıq yer yox­dur, gu­ya te­le­vi­zi­ya və kom­pü­ter Ki­ta­bı sı­xış­dı­rıb ara­dan çı­xar­da­raq, onu təd­ri­cən əvəz et­mək­də­dir. Bu müd­dəa­da çox bö­yük bir hə­qi­qət var. Əs­lin­də, bu gün in­san ona la­zım olan hər han­sı in­for­ma­si­ya­nı kom­pü­ter­dən əl­də edə bi­lir. Di­gər tə­rəf­dən, za­man gös­tər­di ki, bir vaxt­lar ənə­nə­vi ro­man, po­vest və he­ka­yə janr­la­rın­da ya­zıl­mış ədə­bi-bə­dii ki­tab­la­rın qəh­rə­man­la­rı­nın gör­kə­mi, uzun-uza­dı və mü­fəs­səl tə­biət təs­vir­lə­ri­ni hə­rə öz fər­di tə­xəy­yü­lün­də özü­nə­məx­sus tərz­də can­lan­dı­rır­dı. Bu gün isə bu­na eh­ti­yac yoxdur. Müa­sir mü­ta­liə­çi hə­min "po­vest və ro­man­lar"­dan al­dı­ğı ləz­zə­ti heç bir tə­xəy­yü­lə var­ma­dan vi­deo­ka­set və te­le­se­rial­lar­dan, de­yək ki, "biş­miş", ha­zır şə­kil­də mə­nim­sə­yir. Onu ki­tab­da­kı "şi­rin məz­mun, ma­cə­ra", de­yək ki, gə­li­şi­gö­zəl "poe­tik" ifa­də və bən­zət­mə­lər­lə təs­vir­lən­miş uzun-uza­dı tə­biət mən­zə­rə­lə­ri də ma­raq­lan­dır­mır. Bun­la­rın te­le­vi­zi­ya ek­ra­nın­da mü­kəm­məl tə­cəs­sü­mü­nü gö­rüb tə­bii sə­sin eşi­dir. Baş­qa söz­lə de­sək, bu gün mü­ta­liə­ni se­vən in­san, ar­tıq bir ta­ma­şa­çı ­tək, te­leek­ran­da on­la­rın gö­rüm­lü (vi­zual) və səs­li ox­şa­rı­nı sa­biq don­muş tab­lo ha­lın­da de­yil, dai­mi hə­rə­kət­də seyr edir və bu­nun­la eh­ti­ya­cı­nı ödə­yib təd­ri­cən "te­leek­ra­nın əsi­ri"­nə çev­ri­lir, asu­də vaxtda ki­tab oxu­ma­ğı tər­gi­dir. Ey­ni və­ziy­yət müa­sir təs­vir sə­nə­tin­də də baş ve­rir.
Açıq de­yil­mə­sə də, ya­xın keç­miş­də və bi­zim gün­lər ya­zı­lan "po­vest, ro­man, pyes" ad­lan­dır­dı­ğı­mız ənə­nə­vi ədə­bi və səh­nə janr­la­rı­nın 99 fai­zi, əs­lin­də, son­ra­dan, bir qay­da ola­raq, vi­deo­ka­set, te­le­vi­zi­ya fil­mi və se­rial­la­ra çev­ri­lə­cək bu və ya di­gər ek­ran əsə­ri­nin əsa­sı­nı təş­kil edən ya­zı­lı bir la­yi­hə, po­ten­sial bir "sse­na­ri" ki­mi nə­zər­də tu­tu­lub, öz ek­ran tə­cəs­sü­mü­nü göz­lə­yir. Ar­tıq öz "müs­tə­qil­li­yi"­ni itir­miş bu cür "ədə­bi əsər­lər­"in özü­nə­məx­sus dil xü­suy­yət­lə­ri, müəl­li­fin fər­di üs­lu­bu, göz­lə­nil­məz söz oyu­nu, baş­qa söz­lə de­sək, sırf ya­zı­lı və şi­fa­hi ədə­biy­ya­ta, sö­zə, mil­li di­lə xas olan in­cə­lik­lər öz önə­mi­ni, gə­rək­lili­yi­ni iti­rir, üçün­cü-dör­dün­cü pla­na çə­ki­lə­rək praq­ma­tik çağ­daş qi­raət­çi üçün ar­tıq heç bir əhə­miy­yət kəsb et­mir. Bu­ra­da yal­nız, ma­cə­ralar, qı­sa mü­ka­li­mə­lər ön pla­na çı­xar­dı­lır. Mü­ta­liə­nin get-ge­də ara­dan çıx­ma­sı­nın, de­yək ki, oxu mə­də­niy­yə­ti­nin aşa­ğı düş­mə­si­nin baş­lı­ca sə­bə­bi də elə bu­ra­da­dı.
Qı­sa­ca de­sək, sa­biq oxu­cu bu gün po­ten­sial bir "te­leek­ran ta­ma­şa­çı­sı"­na çev­ri­lə­rək, ar­tıq ədə­bi janr­la­rın gö­rüm­lü və səs­li tə­cəs­sü­mü­nü "ka­ğız üzə­rin­də həkk olun­muş sö­zə və ya­zı tər-zi"­nə üs­tün tu­tur. Ek­ran çə­ki­li­şi üçün nə­zər­də tu­tul­muş "sse­na­ri" jan­rı­na hal-ha­zır­da tə­lə­bat çoxdur. Bu gün qə­lə­mə alı­nan ənə­nə­vi ədə­bi əsər­lər isə, de­mək olar ki, ar­tıq ki­tab­se­vər və mü­ta­liə­çi­lər üçün de­yil, ek­ran ta­ma­şa­çı­sı, vi­deo­seyr­çi­yə ün­van­la­nır. Bu cür əsər­lər, is­tər de­tek­tiv ol­sun, is­tər ma­cə­ra və ya mə­həb­bət ro-ma­nı, de­yək ki, ar­tıq bə­dii ədə­biy­ya­tın "ma­lı" de­yil, "ek­ran ma­lı"­na aid edi­lir.
Bu­nun­la be­lə, qə­dim ta­ri­xə ma­lik ənə­nə­vi Ki­tab da ye­rin­də say­mır, sa­biq möv­qe­yi­ni qo­ru­yub möh­kəm­lət­mək üçün Te­le­vi­zi­ya və Kom­pü­te­rin bu gün on­dan mə­nim­sə­yə bil­mə­dik­lə­ri xü­su­siy­yət­lə­ri ye­ni­dən özü­nə qay­tar­ma­ğa, müa­sir cə­miy­yə­tə gə­rək­li ol­maq­dan öt­rü ye­ni za­ma­na uy­ğun "don" ax­ta­rır. Mi­sal üçün, son za­man­lar ar­tıq elə müa­sir bir, de­yək ki,"­ki­tab nö­vü" mey­da­na çıx­mış­dır ki, uzun za­man ka­ğız­dan ha­zır­la­nan ənə­nə­vi ki­ta­bın, ar­tıq bi­çi­mi, cild­lə­mə, və­rəq­lə­mə və di­gər xü­su­siy­yət­lə­ri­nə eh­ti­yac qal­mır. Sö­zün qı­sa­sı, bu və ya di­gər ki­ta­bın dis­ke­ti­ni or­ta ki­tab boy­da yas­tı bir "löv­hə­ci­yə" ke­çir­mək­lə onu "dol­du­rur" və son­ra, kom­pü­ter­də ol­du­ğu tək, işıq­la­nan ek­ran­da düy­mə­ni bas­maq­la ki­ta­bın mət­ni­ni "və­rəq-və­rəq" oxu­maq olur. On­dan cib te­le­fo­nu ki­mi təy­ya­rə­də, ma­şın­da, met­ro­da is­ti­fa­də et­mək müm­kün­dür. De­mək olar ki, bu hə­lə baş­lan­ğıc­dır, bu is­ti­qa­mət­də ax­ta­rış­lar apa­rı­lır və kim bi­lir, ənə­nə­vi ki­tab nə ki­mi bi­çim də­yi­şikliklə­ri­nə uğ­ra­ya­caq­dır. Ola bil­sin ki, lap ya­xın gə­lə­cək­də hə­mən "löv­hə­cik"­də "Qu­ra­ni-kə­rim" və baş­qa mü­qəd­dəs Ki­tab­la­rı oxu­maq müm­kün ola­caq­dır, bəl­kə də har­da­sa ar­tıq oxu­yur­lar. Qoy ol­sun, mə­gər bu gün "Nout­buk" de­di­yi­miz kom­pü­ter nö­vü özü­nə­məx­sus müa­sir ki­tab de­yil­mi?
Ki­tab bu gün ənə­nə­vi cil­di­ni, bi­çi­mi­ni də­yiş­sə be­lə, öz əhə­miy­yə­ti­ni əs­la itir­mə­yib, çağ­daş za­man­da da ki­tab­se­vər­lə­rin xid­mə­tin­də­dir, bu­gün­kü hə­ya­tı­mı­zı on­suz tə­səv­vür et­mək hə­lə­lik qey­ri-müm­kün­dür. Onu hər vaxt, is­tər ki­tab­xa­na, is­tər ev­də­ki ki­tab rə­fin­dən gö­tü­rüb, də­fə­lər­lə is­tə­ni­lən in­for­ma­si­ya­nı əl­də et­mək müm­kün­dür. "Ki­tab və oxu mə­də­niy­yə­ti mil­lə­tin, xal­qın mə­də­ni və mə­nə­vi sə­viy­yə­si­nin ba­riz gös­tə­ri­ci­si­dir" de­sək, ya­nıl­ma­rıq. Əs­ki dövr­lə­rin in­san­la­rı öz hə­ya­tı, mə­nə­vi-əx­laq nor­ma­la­rı, dav­ra­nış­la­rı və mü­na­si­bət­lə­ri­ni Al­lah tə­rə­fin­dən gön­də­ril­miş üç mü­qəd­dəs Asi­ma­ni Ki­tab - "Qu­ran", "İn­cil", "Töv­rat" (bu gün on­la­rı ən müa­sir Ki­tab - Te­leek­ran əvəz edib­dir) əsa­sın­da qur­muş və bu gün də qur­maq­da­dır­lar. Öy­rə­nil­miş­dir ki, mü­ta­liə ilə məş­ğul olan in­san heç vaxt bu və ya di­gər ci­na­yə­tə qur­şan­maz, baş­qa in­sa­nı öl­dür­məz, öz­gə ma­lı­na göz tik­məz. Ki­ta­bı se­vən in­san heç za­man boş-boş, mə­na­sız söz-söh­bət və əməl­lər­lə məş­ğul ol­maz və s.
"Mə­nim pu­lum var, mən hər şe­yə qa­di­rəm" de­mək, əs­lin­də, çox yan­lış müd­dəa­dır. "Mə­nim bi­li­yim var, ali sa­va­dım var, mən hər şe­yə qa­di­rəm" de­yən hə­yat­da hə­mi­şə qa­lib gə­lir. İn­sa­nı pul, var-döv­lət de­yil, yal­nız Ki­tab, Bi­lik və Sa­vad zən­gin­ləş­di­rir, onu di­gə­ri­lər­dən üs­tün edib ət­ra­fın­da­kı­la­rı­nın hör­mə­ti­ni qa­zan­dı­rır. Bu key­fiy­yət­lər onun cə­miy­yət üçün nə qə­dər gə­rək­li ol­du­ğu­nu, həm də pul qa­zan­maq şan­sı­nı iki-üç qat ar­tı­rır.
Ki­tab­la­rın ək­sə­riy­yə­ti in­san­la­rı yal­nız yax­şı yo­la, in­san­lı­ğa ça­ğı­rır. Bu gün oxu­cu keç­miş­də ol­du­ğu tək, ye­nə Ki­tab­da yal­nız "bu dün­ya­ya gə­lib ne­cə ya­şa­maq, nə na­mi­nə ömür sür­mək" və bu ki­mi çox cid­di və hə­ya­ti sual­la­ra ca­vab ax­tar­maq­da­dır. Bu sual­la­ra çağ­daş Te­leek­ran və Kom­pü­ter ca­vab ver­mək iq­ti­da­rın­da de­yil­lər. Am­ma Ki­tab bun­la­ra ca­vab ve­rir. Ötən-ke­çən ta­ri­xi fakt­lar­la, keç­mi­şin hə­yat təc­rü­bə­si­lə, vax­ti­lə baş ver­miş ib­rə­ta­miz ox­şar ha­di­sə­lər və da­hi­lə­rin hə­yat təc­rü­bə­si və müd­rik kə­lam­la­rı ilə. Odur ki, hal -ha­zır­da Ki­tab­dan üz dön­dər­mək heç cür müm­kün de­yil, biz on­dan bu gün də bəh­rə­lən­mə­yi ba­car­ma­lı­yıq. Onun ən ilkin qa­yə­si­ni, əv­vəl­ki ma­hiy­yə­ti­ni, in­sa­nın bu dün­ya­da­kı sağ­lam ya­şa­yış qay­da­la­rı­na yi­yə­lən­mə­si mis­si­ya­sı­nı özü­nə qay­tar­maq­dan öt­rü yol­lar ax­ta­rıl­ma­lı­yıq.
Bi­zim gün­lər yer­li ki­tab­se­vər­lər və ki­tab ma­ğa­za­la­rı­nın sa­yı kəs­kin su­rət­də azal­dı­ğı hal­da, Ba­kı­da nəşr olu­nan ki­tab­la­rın sa­yı get-ge­də ar­tır, məz­mun sa­rı­dan se­çim ge­niş­lə­nir. Ru­si­ya­dan ix­rac olun­muş hər cə­hət­dən yük­sək key­fiy­yət­li ki­tab­lar ma­ğa­za­la­rın beş­də dörd his­sə­si­ni tu­tub, pro­fes­sio­nal­lıq və ki­tab mə­də­niy­yə­ti sa­rı­dan öz­fəa­liy­yət və hə­vəs­kar tə­si­ri bu­ra­xan, heç bir bey­nəl­xalq stan­dart­la­ra, bu­ra­da qə­bul olun­muş qay­da -qa­nu­na uy­ğun gəl­mə­yən yer­li çap məh­su­lu ilə mə­na­sız rə­qa­bə­tə gi­ri­şə­rək onu çox-çox ge­ri­də qo­yub "ba­zar­dan" sı­xış­dı­rır. Ümu­mi­lik­də, qon­şu öl­kə­lə­rin mət­bəə­lə­rin­də çap edil­miş ki­tab­la­rı­mız is­tis­na olu­nar­sa, öl­kəmizdə nəşr olu­nan ki­tab­lar xa­ric­də ər­sə­yə gə­ti­ril­miş ki­tab­la­rın za­hi­ri gör­kə­mi, çap key­fiy­yə­ti ilə rə­qa­bə­tə gir­mək iq­ti­da­rın­da de­yil. Biz­cə, baş­qa yer­lər­də qə­bul edil­miş qay­da-qa­nu­na gö­rə, in­gi­lis, fran­sız, rus və di­gər əc­nə­bi dil­lər­də çap olun­muş ki­tab­lar xü­su­si "Xa­ri­ci ki­tab­lar ma­ğa­za­sı"n­da sa­tıl­ma­lı­dır. O bi­ri ma­ğa­za­lar­da isə, bir qay­da ola­raq, yal­nız döv­lət di­lin­də nəşr olun­muş yer­li ki­tab­la­ra ge­niş yer ve­ril­mə­li­dir.
Ki­tab və oxu mə­də­niy­yə­ti­mi­zi qal­dır­maq is­tə­yi­lə ya­na­şı, Azər­bay­can Ki­ta­bı­nı (is­tər klas­sik, is­tər müa­sir) dün­ya­ya ta­nıt­dır­ma­lı, önəm­li ki­tab­la­rı müt­ləq xa­ric­də­ki soy­daş­la­rı­mı­za çat­dır­ma­lı­yıq. Bu gün xa­ric­də, xü­su­sən çox­say­lı Azər­bay­can dias­po­ru məs­kun­laş­mış öl­kə­lər­də­ki sə­fir­lik­lə­ri­miz­də və bu­ra­da­kı "mil­li mə­də­niy­yət mər­kəz­lə­ri" nəz­din­də, o cüm­lə­dən Or­ta Asi­ya­da, Tür­ki­yə­də "Azər­bay­can Ki­ta­bı" ma­ğa­za­la­rı­nın açıl­ma­sı­na bö­yük eh­ti­yac du­yu­lur.

Ki­tab­xa­na­la­rı­mız
Bu yer­də is­tər-is­tə­məz bi­zim ki­tab­xa­na­lar ya­da dü­şür, bu­ra­da ye­ga­nə ümi­di­miz, de­mək olar ki, on­lar­dır. İş be­lə gə­ti­rib ki, bu mə­də­niy­yət ocağ­la­rı­na biz hə­mi­şə ikin­ci-üçün­cü də­rə­cə­li bir "ob­yekt" ki­mi bax­mı­şıq. Ötən əs­rin ikin­ci ya­rı­sın­dan baş­la­ya­raq ki­tab­xa­na­la­ra hər şey­dən uzaq sa­kit bir mə­kan, yal­nız ki­tab hə­ris­lə­ri, tə­lə­bə və elm əh­li­nə məx­sus olub, on­la­rın gö­rüş­dü­yü bir ocaq ki­mi mü­na­si­bət bəs­lə­yir, ət­raf­da hər şey də­yiş­di­yi hal­da, on­la­rı hə­yat­da baş ve­rən də­yi­şikliklər­dən çox-çox kə­nar­da sax­la­yı­rıq.
Zən­ni­miz­cə, in­di­ki və­ziy­yət­də bü­tün ki­tab­xa­na­la­rın, o cüm­lə­dən, ali təh­sil müəssisə­lə­rin­də­ki ki­tab­xa­na­la­rın bir gu­şə­sin­də və on­la­rın nə­za­rə­ti al­tın­da Ki­tab Ma­ğa­za­sı və ya ki­tab sa­tı­şı köşk­lə­ri (bu­ki­nist ma­ğa­za­sı olar­sa, da­ha yax­şı) yer­ləş­di­ril­mə­li, bu­na əla­və, ye­ni tex­no­lo­gi­ya ilə təc­hiz olun­muş mər­kə­zi ki­tab­xa­na­lar, bir qay­da ki­mi "Mil­li Ki­tab Sa­ra­yı", "Oxu Evi" ad­lan­dı­rıl­ma­lı, bu mə­də­niy­yət ocaq­la­rın­da bir za­man­lar fəa­liy­yət gös­tə­rən Ki­tab­se­vər­lər Klubu, poe­zi­ya, ədə­bi qi­raət və s. dər­nək və ocaq­lar hök­mən bər­pa edil­mə­li, Ki­tab Sa­ray­la­rı bir­mə­na­lı şə­kil­də sa­biq Mə­də­niy­yət Ev­lə­ri, Mə­də­niy­yət Sa­ray­la­rı­nı əvəz et­mə­li­dir­lər.
Biz­cə, ye­ni­cə çap­dan çıx­mış önəm­li ki­tab­la­rın "təq­di­mat-pre­zen­ta­si­ya" mə­ra­sim­lə­ri şad­lıq ev­lə­ri, res­to­ran­lar­da de­yil, bir adət ola­raq, Ki­tab Sa­ray­la­rı, Ki­tab­se­vər­lər Ocağ­la­rın­da ke­çi­ril­mə­li­dir­lər. Bu, bir və ya bir ne­çə müəl­li­fin çap­dan çıx­mış ye­ni ki­tab­la­rı­nın oxu­cu­la­ra təq­dim olun­ma­sı mə­ra­sim­lə­ri­ni vax­ta­şı­rı hər ayın müəy­yən gü­nü­nə tə­yin edib, bu gün ki­tab­xa­na­da, bir adət tə­ki "Təq­di­mat gü­nü" sa­yıl­ma­lı­dır. Həmin "təq­di­mat gün­lə­ri" rəs­mi, for­mal şə­kil­də de­yil, də­yir­mi ma­sa ar­xa­sın­da çox sə­mi­mi və məh­rəm şə­rait­də ke­çi­ril­mə­li, müəl­lif­lə­rin və bu ki­tab­lar üzə­rin­də iş­lə­yib onu ər­sə­yə gə­ti­rən­lə­rin fi­kir və mü­la­hi­zə­lə­ri, oxu­cu­la­rın sual­la­rı din­lə­nil­mə­li­dir. Təq­di­mat mərasimləri yal­nız bir müəl­li­fin ki­ta­bı ilə bağ­lı de­yil, həm­çi­nin bu və ya di­gər nəş­riy­ya­tın son "məh­su­lu"­na ba­xış tər­zin­də və ya ki­tab­la­rın di­zay­nı ət­ra­fın­da da ke­çir­mək olar, bu­ra­da nəş­riy­yat sa­hib­lə­ri və mü­tə­xəs­sis­lə­ri din­lə­mək pis ol­maz­dı.
O­nu da de­mə­li­yik ki, ək­sər na­şir­lər bu cür "gö­rüş və sər­gi­lər"­dən, bir qay­da ola­raq, im­ti­na edir, çün­ki çox yax­şı bi­lir­lər ki, on­la­rın ər­sə­yə gə­tir­dik­lə­ri ki­tab məh­su­lu hə­qi­qi pro­fes­sio­nal­lıq­dan uzaq­dır­lar. De­mək olar ki, son il­lər ki­tab­la­rı­mı­zın di­zay­nı açıq-aş­kar və bir adət tə­ki bu iş­də na­şı olan si­fa­riş­çi "ki­tab müəl­lif­lə­ri"­nin tə­ki­di, zöv­qü və sə­viy­yə­si­nə uy­ğun (o, bun­dan öt­rü pul ve­rir və tə­bii­dir ki, ki­ta­bı­nı is­tə­di­yi ki­mi gör­mək is­tə­yir, na­şir isə əs­la bu­na eti­raz et­mir) ola­raq, ya da bol yer­li-yer­siz yer­ləş­di­ril­miş zövq­süz rəng­li fo­to­şə­kil­lər­lə (bir qay­da ki­mi, ki­ta­bın üst cil­di­nə çı­xa­rıl­mış müəl­li­fin öz şə­ki­li) do­lu ki­tab­lar, ya­xud ək­si­nə, büs­bü­töv şə­kil­siz, bə­zək-dü­zək­siz, sə­hi­fə­lə­ri sö­nük, ma­raq­sız və da­rıx­dı­rı­cı mətn­dən iba­rət ki­tab­lar­dır­lar.
Sö­zün qı­sa­sı, təq­di­mat mə­ra­sim­lə­ri­nin so­nun­da müəl­lif­lər öz ki­tab­la­rı­nı təd­bir ke­çi­rən ki­tab­xa­na­ya, is­tər­lər­sə bu mə­ra­si­mə gəl­miş oxu­cu­la­ra ba­ğış­la­ya bi­lər­lər. Bun­lar­la ya­na­şı, elə bu təd­bir za­ma­nı ki­ta­bın top­dan sa­tı­şı­nı, "hər­ra­cı"­nı ke­çir­mək, ya­xud sa­də­cə ki­tab ma­ğa­za­la­rı nü­ma­yən­də­lə­ri­nin si­fa­riş­lə­ri­ni də qə­bul et­mək olar. Əl­bət­tə, qa­baq­ca­dan on­la­rı bu təd­bi­rə də­vət et­mək şər­ti­lə.
İş bu­ra­sın­da­dır ki, biz bu gün "oxu" de­dik­də, üzə­rin­də hər han­sı bir mətn həkk olun­muş ki­tab sə­hi­fə­lə­ri­ni və­rəq­lə­yib səs­lə və ya səs­siz oxu­maq, mü­ta­liə et­mək işi­lə ya­na­şı, mu­si­qi­nin mü­şa­yiə­ti­lə uca­dan oxu­ma­ğı da nə­zər­də tu­tu­ruq ki, (vax­ti­lə ona "tə­ğən­ni et­mək" də de­yir­di­lər) hər iki­si­nin kö­kü ey­ni­dir. Odur "Oxu evi, oxu za­lı" "Mah­nı-mu­si­qi za­lı" ki­mi də açıq­la­nar­sa heç də pis ol­maz. Bu­nu de­mək­lə, xa­tır­lat­maq is­tə­yi­rik ki, əs­ki adət-ənə­nə­yə gö­rə ki­tab­xa­na­la­rın qi­raət zal­la­rıın­da tam sü­kut hökm sür­mə­li­dir ki, oxu­yub-yaz­maq­la məş­ğul olan ki­tab əh­li­nə heç bir şey ma­neə ol­ma­sın. Doğ­ru fi­kir və çox yax­şı bir ənə­nə­dir. Am­ma ay­da bir-iki də­fə bu ənə­nə­ni və sü­ku­tu po­zub "Qi­raət-oxu za­lı"n­da şe­ir oxu­ma-bə­dii qi­raət, aşıq das­ta­nı məc­lis­lə­ri, mey­xa­na ya­rış­la­rı və səs-küy­lü vik­to­ri­na­lar­da mu­si­qi­nin, lap mah­nı­nın səs­lən­mə­si qə­ba­hət­dir­mi?
O­dur ki, mər­kə­zi ki­tab­xa­na­lar­da, xü­su­si­lə ali mək­təb­lər­də­ki ki­tab­xa­na­lar nəz­din­də, keç­miş­də ol­du­ğutək, Poe­zi­ya Teat­rı, Folk­lor­se­vər­lər Oca­ğı, da­ha, nə bi­lim, nə ki­mi dər­nək və ocaq­la­rın fəa­liy­yət gös­tər­mə­si, mey­xa­na ge­cə­lə­ri, ta­nın­mış bir şei­rin müx­tə­lif ifa­çı­lar tə­rə­fin­dən oxun­ma­sı ya­rış­la­rı­nın ke­çi­ril­mə­si ma­raq­lı və sə­mə­rə­li olar. Ən baş­lı­ca­sı ki­tab­xa­na­la­rı­mı­za ye­ni-ye­ni oxu­cu­lar cəlb olu­nar­dı. Ümu­mi­lik­də, Ki­tab Ev­lə­rin­də­ki "qi­raət­xa­na"­lar ye­ni ab-ha­va ilə aşı­lan­ma­lı­dır­lar.
Be­lə­lik­lə, mil­li mə­də­niy­yə­ti­miz üçün ay­rı­ca əhə­miy­yət kəsb edən ki­tab­la­rın təq­di­mat mə­ra­sim­lə­ri­ni M.F.A­xun­dov adı­na mər­kə­zi ki­tab­xa­na­da, Ni­za­mi mu­ze­yin­də, sırf elmlə əla­qə­li ki­tab­la­rın Elm­lər Aka­de­mi­ya­sı­nın ki­tab­xa­na­sın­da, di­gər ki­tab­la­rın təq­di­ma­tı­nı isə, bi­la­va­si­tə gənc ki­tab­se­vər­lə­rin da­ha çox top­lan­ma­sı müm­kün olan uni­ver­si­tet və təd­ris aka­de­mi­ya­la­rı­nın ki­tab­xa­na­la­rın­da ke­çi­ril­mə­si məq­sə­dəuy­ğun­dur.
Bu­na əla­və, bir vaxt­lar ki­tab­xa­na­lar­da ke­çi­ri­lən "Oxu­cu konf­rans­la­rı" hök­mən bər­pa olun­ma­lı­dır. Bu­ra­da ki­tab əh­li ara­sın­da mü­sa­bi­qə yo­lu ilə ke­çi­ri­lən sor­ğu əsa­sın­da, de­yək ki, "ilin ən yax­şı, oxu­naq­lı ki­ta­bı"­nı müəy­yən et­mək, han­sı ki­ta­bın tək­rar nəş­ri­nə eh­ti­yac du­yul­du­ğu­nu, oxu­cu­la­rın han­sı möv­zu­ya həsr olu­nan ki­tab­la­rı da­ha çox mü­ta­liə et­mək is­tədiyini və s-ni öy­rən­mək olar. Hə­mən konf­rans­lar­da te­le­vi­zi­ya­da­kı "İn­te­lekt" ve­ri­li­şi­nə ox­şar müx­tə­lif vik­to­ri­na­lar, bi­lik ya­rış­la­rı təş­kil edib qa­lib­lə­rə ki­tab hə­diy­yə etmək olar­dı. Mər­kə­zi ki­tab­xa­na­lar­la ya­na­şı, hə­mən konf­rans və ya­rış­la­rı ali mək­təb­lə­rin ki­tab­xa­na­la­rın­da ke­çir­mək da­ha sə­mə­rə­li olar­dı. Ay­rı-ay­rı ra­yon­lar­da de­yək ki, "Fi­lan Ki­tab Sa­ra­yı qo­na­ğı­mız­dır" adı al­tın­da səy­yar "Oxu­cu Konf­rans­la­rı"­nın təş­ki­li lap ye­ri­nə dü­şər­di. Bu za­man yer­li oxu­cu­la­ra yük ma­şı­nın­da qu­raş­dı­rıl­mış xü­su­si səy­yar "Ki­tab köşk­lə­ri" lap ye­ni nəşr­lə­rin sa­tı­şı­nı (de­yi­lə­nə gö­rə, şə­hər­lə mü­qa­yi­sə­də kənd­lər­də da­ha çox mü­ta­liə ilə məş­ğul olur­lar) təqdim et­mək olar. Yay fəs­li isə ra­yon­lar­da yer­lə­şən İs­ti­ra­hət Ev­lə­rin­də, ya­xud şə­hə­ri­mi­zin bö­yük xəs­tə­xa­na­la­rın­da ki­çik oxu­cu konf­rans­la­rı ke­çir­mək və bu­ra­ya da ye­nə səy­yar "Ki­tab köşk­lə­ri" gə­tir­mək­lə, həm bu­ra­da­kı oxu­cu­la­rın rə­yi, ar­zu­su­nu öy­rən­mək, həm də ye­ni ki­tab­la­rın sa­tı­şı­nı təş­kil et­mək olar. Onu da de­mə­li­yik ki, ay­rı-ay­rı fərd­lər is­tə­sə­lər bu­ra­da­kı ki­tab sa­tış­la­rı­nı dai­mi biz­ne­sə çe­vi­rib nə­ti­cə­də, yax­şı qa­zanc el­də edə bi­lər­lər. Təəs­süf­lər ol­sun ki, bir za­man­lar vax­ta­şı­rı ke­çi­ri­lən "Ki­tab Yar­mar­ka­la­rı", "Ki­tab gü­nü" bay­ram­la­rı ar­tıq və yə­qin ki, hə­mi­şə­lik unu­dul­muş­dur...
Vax­ti­lə sa­vad­sız­lı­ğı ləğv et­mək, in­san­lar­da ki­ta­ba hə­vəs oyat­maq, oxu mə­də­niy­yə­ti­ni qal­dır­maq məq­sə­di­lə nəş­riy­yat­lar xalq na­ğı­lı, aşıq das­ta­nı və s-dən iba­rət ay­rı-ay­rı folk­lor nü­mu­nə­lə­ri­ni sil­si­lə şək­lin­də və sa­də tər­ti­bat­da çox ucuz ki­tab­ça­lar çap et­miş­lər. Bə­zi­lə­ri bu ki­tab­ça­la­rı ala­raq oxu­duq­dan son­ra on­la­rı qə­zet ki­mi tul­la­mış, di­gə­ri­lə­ri isə öz­lə­rin­də sax­la­mış­lar. Bu yol­la həm sa­vad­sız­lıq qis­mən ara­dan gö­tü­rül­müş, həm də in­san­lar­da ki­ta­ba həd­siz ma­raq oyan­mış­dır. Bəl­kə, keç­mi­şin bu və di­gər təc­rü­bə­sin­dən bu gün də bəh­rə­lən­mək la­zım­dı?
Hal-ha­zır­da ar­tıq inam­la de­mək olar ki, dün­ya klas­sik­lə­ri - Ni­za­mi, Fü­zu­li, Xə­tai və di­gə­ri­lə­ri­nin əsər­lə­ri müa­sir gənc azər­bay­can­lı nəs­li üçün an­la­şıl­maz qa­la­raq, on­la­rı hər­tə­rəf­li qav­ra­maq (on­la­rın lap son­ra­kı sət­ri tər­cü­mə­lə­ri­ni be­lə) çə­tin­dir. Yax­şı olar­dı ki, baş­qa öl­kə­lər­də ol­du­ğu­tək, on­la­rın "adap­ta­si­ya" edil­miş qı­sa, yığ­cam və sı­xıl­mış va­riant­la­rı ha­zır­la­nıb çap olun­sun ki, in­di­ki gənc­lə­ri­miz heç ol­ma­sa on­la­rı bu va­riant­lar­dan ta­nı­ya bil­sin­lər. Hə­min klas­sik əsər­lə­rin əs­li­ni, ori­ji­na­lı­nı isə qoy ədə­biy­yat­şü­nas­lar oxu­yub on­la­rı bü­tün in­cə­lik­lə­ri və tə­fər­rüa­tı­na ki­mi araş­dı­rıb, şərh et­sin­lər.
Zən­ni­miz­cə, bu gün ki­tab­xa­na­la­rın cə­miy­yət­də­ki ro­lu, qa­yə­si və sta­tu­sun­da cid­di və əsas­lı də­yi­şikliklər baş ver­mə­li­dir. Ki­tab­xa­na­lar keç­miş və müa­sir mil­li mə­də­niy­yə­ti­mi­zin mər­kə­zi­nə, hi­ma­yə­da­rı və təb­liğ­çi­si­nə çev­ril­mə­li­dir. Ümu­miy­yət­lə, ki­tab­la­rın is­teh­sa­lı, ya­yıl­ma­sı və sa­tı­şı əv­vəl­lər fəaliyyət gös­tərmiş "Ki­tab Pa­la­ta­sı"­na ox­şar bir Mər­kəz­də bir­ləş­mə­li və bun­dan son­ra bu iş­lər əsas eti­ba­ri­lə ki­tab­xa­na­la­ra hə­va­lə olu­nub on­lar tə­rə­fin­dən hə­ya­ta ke­çi­ril­mə­li­dir. On­la­rın ke­çir­di­yi hər han­sı təd­bir, bir qay­da ola­raq, vax­ta­şı­rı te­le­vi­zi­ya ka­nal­la­rın­da işıq­lan­dı­rı­lar­sa, çağ­daş in­san­lar­da ki­ta­ba ma­raq və hə­və­si iki­qat oyat­maq­da, on­la­rı ki­tab ma­ğa­za­la­rı və ki­tab­xa­na­la­ra cəlb et­mək­də bö­yük rol oy­na­ya bi­lər. Olim­pi­ya id­man komp­leks­lə­ri­lə ya­na­şı, "Ki­tab Sa­ray­la­rı, Oxu ev­lə­ri"­nə də qay­ğı və ma­raq ar­tı­rıl­ma­lı­dır. Ni­yə id­man ya­rış­la­rı te­le­vi­zi­ya ek­ran­la­rın­da hər gün, dö­nə-dö­nə gös­tə­ril­di­yi hal­da, hər ye­ni bir ki­ta­bın dün­ya­ya "göz aç­ma­sı" fak­tı, önəm­li ha­di­sə­tək, te­le­vi­zi­ya ta­ma­şa­çı­la­rı­na xə­bər ve­ril­mə­sin?
Bu mə­sə­lə ilə çox cid­di məş­ğul ol­ma­ğın vax­tı çat­mış­dır. Müəy­yən iş­lər hə­ya­ta ke­çi­ril­mə­li, xü­su­si qə­rar­lar qə­bul olun­ma­lı, sə­rən­cam­lar ve­ril­mə­li­dir. Ümid­va­rıq ki, Mil­li Məc­lis öz "Ki­tab­xa­na­la­ra da­ir" xü­su­si qə­ra­rı ilə Mil­li Ki­tab Sa­ray­la­rı­nın ye­ni sta­tu­su­nu müəy­yən edib, on­la­ra ge­niş sə­la­hiy­yət­lər ve­rə­cək­dir.
Ki­tab-oxu mə­də­niy­yə­tin­dən uzaq düş­müş xalq get-ge­də sa­vad­sız küt­lə­yə çev­ri­lir, onun gə­lə­cə­yi isə şüb­hə al­tı­na alı­nır.