Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


MƏHƏMMƏD HADİ - 130
 

İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


 
Tam bir il - 1906-cı ilin 1 no­yab­rın­dan 1907-ci ilin 1 no­yab­rı­na qə­dər Əli bəy Hü­seyn­za­də­nin re­dak­tor­lu­ğu, Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin mad­di yar­dı­mı və im­ti­yaz sa­hib­li­yi ilə Ba­kı­da, Ni­ko­la­yevs­ki kü­çə­sin­də­ki “Kas­pi” mət­bəə­sin­də çap olu­nan “Fü­yu­zat” jur­na­lı­nın ən fə­al ya­zar­la­rın­dan bi­ri və bəl­kə də bi­rin­ci­si Mə­həm­məd Ha­di ol­muş­dur. Hər nöm­rə­si 16 sə­hi­fə­dən iba­rət olan, cə­mi 32 sa­yı işıq üzü gör­müş (jur­na­lın 6 nöm­rə­si 1906-cı il­də, 26 nöm­rə­si isə 1907-ci il­də çıx­mış­dır) bu məc­muə­nin 23, 24 və 31-ci nöm­rə­lə­ri is­tis­na ol­maq­la, qa­lan 29 nöm­rə­sin­də M.Ha­di­nin şe­ir, mə­qa­lə və tər­cü­mə­lər­dən iba­rət əl­li ya­zı­sı çap olun­muş­dur. Æur­nal­da çap et­dir­di­yi əsər­lə­rin­də M. Ha­di əv­vəl­ki idea­lı­na sa­diq qa­la­raq, əsa­sən, maa­rif və mə­də­niy­yə­ti, hür­riy­yə­ti, yer üzü­nün əş­rə­fi olan in­sa­na mə­həb­bə­ti təb­liğ et­miş, hə­qi­qi ar­zu­su­nun mil­lə­ti­nin səa­də­ti ol­du­ğu­nu tək­rar-tək­rar bə­yan et­miş­dir.
Əli bəy Hü­seyn­za­də tə­rə­fin­dən Həş­tər­xan­dan jur­na­lın re­dak­si­ya he­yə­ti­nə də­vət edi­lən M.Ha­di “Hə­yat” qə­ze­tin­də ol­du­ğu ki­mi, “Fü­yu­zat”­da da üç is­ti­qa­mət­də fəa­liy­yət gös­tər­miş­dir: a) şa­ir ki­mi; b) pub­li­sist ki­mi; c) tər­cü­mə­çi ki­mi.
“Fü­yu­zat­”ın ilk nöm­rə­sin­dən son nöm­rə­si­nə qə­dər məc­muə ilə əmək­daş­lıq et­miş M.Ha­di­nin jur­na­lın ilk sa­yın­da for­ma və məz­mun­ca fərq­li dörd şei­ri çap edil­miş­dir ki, “Fü­nun və maa­rif” şei­ri bun­lar­dan bi­rin­ci­si­dir. 17 beyt­lik qə­si­də for­ma­lı bu əsər şai­rin, 1908-ci il­də Ba­kı­da çap et­dir­di­yi “Fir­dov­si - il­ha­mat” ki­ta­bı is­tis­na ol­maq­la, son­ra­lar çap olun­muş heç bir ki­ta­bı­na düş­mə­miş­dir.
Maa­rif tər­biy­yət­bəx­şa­yi - his­siy­yə­ti - vic­dan­dır,
Maa­rif röv­nə­qəf­za­yi - ri­ya­zi - fik­rə­tü can­dır -
bey­ti ilə baş­la­nan şe­ir ru­hu eti­ba­rı ilə şai­rin bu əsə­rə qə­dər “Hə­yat” qə­ze­tin­də və “Də­bis­tan” jur­na­lın­da dərc et­dir­di­yi “Mək­təb”, “Mək­təb şər­qi­si”, “İn­san nə ilə mü­kər­rəm olur”, “Löv­he­yi-təs­vi­ri-maa­rif”, “Maa­ri­fə doğ­ru” şeir­lə­ri ilə səs­lə­şir.
Æan­rı­na gö­rə mü­xəm­məs olan ­“A­ma­li-tə­rəq­qi” əsə­ri beş bənd­dən iba­rət­dir. Azad­lıq, is­tiq­lal və maa­ri­fin təb­li­ği niy­yə­ti ilə ya­zıl­mış bu şe­ir mət­nin­də heç bir də­yi­şik­lik edil­mə­dən həm “Fir­dov­si-il­ha­mat”­da, həm də M. Ha­di­nin poe­tik əsər­lə­ri­nin nis­bə­tən ka­mil nəş­ri he­sab olu­nan ki­tab­la­rın­da çap olun­muş­dur (Bax: M. Ha­di. Se­çil­miş əsər­lə­ri, I cild, “Elm” nəş­riy­ya­tı, Ba­ki, 1978 ; M.Ha­di. Se­çil­miş əsər­lə­ri, “Şərq-Qərb”, Ba­kı-2005. Qeyd: Bun­dan son­ra biz M. Ha­di­nin son­ra­kı ki­tab­la­rı de­yən­də bu nəşr­lə­ri nə­zər­də tu­ta­ca­ğıq - İ.Q.). “Ə­sa­si-fik­ri­miz tə'­mi­ni -is­tiq­ba­li-mil­lət­dir”, - de­yən şa­ir bil­di­rir ki, cə­ha­lət odu və­tə­nin si­nə­si­nə ça­lın-çar­paz dağ çə­kib, cəhl və qəf­lət­dən maa­ri­fin nu­ru, zi­ya­sı sö­nüb. Hər tə­rə­fi ya­ra­maz­lıq­lar bü­rü­dü­yün­dən (M. Ha­di­də “xa­ri-şa­qa­vət”) “və­tən gül­za­rı xar ol­muş”, səa­dət­dən əsər-əla­mət yox­dur. Ən is­tək­li əmə­li “ir­ti­qa­yi-mül­ki-mil­lət” (mil­lət mül­kü­nün, və­tə­nin yük­sə­li­şi və in­ki­şa­fı) olan şai­rə gö­rə əsa­rət zən­ci­ri­ni qır­maq, mil­lə­tin is­tiq­la­lı­nı qa­zan­maq üçün iki baş­lı­ca yol var: TƏH­SİL, MAA­RİF və HƏ­Qİ­QƏT. Çün­ki:
Hə­qi­qət sa­yə­sin­də kəs­bi-qüd­siy­yət qı­lar mil­lət,
Hə­qi­qət­lə edər növ­'i-bə­şər təh­si­li-hür­riy­yət.
Hə­qi­qət­lə olur ba­ği-və­tən gül­za­ri-əm­niy­yət,
Hə­qi­qət za­hir ol­sa, par­la­yar ən­va­ri-ül­viy­yət,
Hə­qi­qət­bin olan­lar va­si­li-föv­zü hi­da­yət­dir.
Hü­seyn Bay­qa­ra­nın “A­zər­bay­can is­tiq­lal mü­ba­ri­zə­si ta­ri­xin­də ilk mil­li şa­ir” ad­lan­dır­dı­ğı M. Ha­di­nin “Fü­yu­zat­”ın no­yab­rın 13-də çı­xan ikin­ci sa­yın­da iki şei­ri dərc edil­miş­dir. “Şir­van­za­də” im­za­sı ilə ge­dən bi­rin­ci şe­ir “Tə­ra­ne­yi - qəm­pər­və­ra­nə” ad­la­nır. “Bil­məm ki?” rə­dif­li bu əsər on al­tı beyt­dən iba­rət­dir və qə­si­də for­ma­sın­da ya­zıl­mış­dır. Məz­mun və ide­ya ba­xı­mın­dan əv­vəl­ki şeir­lər­dən fərq­lə­nən bu əsə­ri şai­rin fəl­sə­fi li­ri­ka­sı­nın ən gö­zəl nü­mu­nə­lə­rin­dən bi­ri he­sab et­mək olar. Bə­şər, in­san və cə­miy­yət, is­tiq­lal və is­tib­dad ba­rə­də dü­şün­cə­lə­ri­ni bil­dir­mək niy­yə­ti ilə ya­zıl­mış şei­rin ilk bən­di ilə şa­ir oxu­cu­su­nu bir çox sual­lar­la baş-ba­şa bu­ra­xır: - İn­san nə­dir? Əf­sa­nə, ya hə­qi­qət və bu var­lı­ğın ca­ha­na gəl­mək­də məq­sə­di nə­dir? Sə­bəb nə­dir ki, fər­za­nə­lər be­lə dün­ya­nın do­la­şıq iş­lə­ri qar­şı­sın­da aciz qal­mış­lar? Ni­yə dün­ya zülm və si­təm səh­nə­si­nə çev­ri­lib və nə­dən “Bu zül­ma­ba­di-giy­ti­də (əda­lət­siz­lik, zülm ye­ri olan dün­ya­da) fə­qət bir na­mı var əd­lin?”.
“A­ma­li-is­tiq­bal, ya­xud ümid və əməl­lər” şei­ri­ni şa­ir “A­ma­li - is­tiq­bal” adi ilə “Fir­dov­si-il­ha­mat” ki­ta­bı­na da sal­mış və mətn­də bir ne­çə dü­zə­liş­lər də et­miş­dir. Bu şeir­də və şei­rə nəsr­lə əla­və olun­muş son­luq­da M.Ha­di azad­lıq, mə­də­niy­yət ba­rə­də dü­şün­cə­lə­ri­ni qə­lə­mə alır, Xris­to­for Ko­lum­bun Ame­ri­ka qi­tə­si­ni kəşf et­mək üçün bu işə ümid­lə gi­riş­mə­sin­dən söz açır, fran­sız ədi­bi Vik­tor Hü­qo­dan gə­tir­di­yi si­tat­lar­la (“Hə­yat hə­qi­qət­lə, möv­cu­diy­yət də xə­yal və ümid ilə qaim­dir”, “Möv­cu­diy­yət vic­dan­dır, vic­dan isə ümid­lə, əməl­lə qaim­dir” və s.) fik­ri­ni qüv­vət­lən­di­rir və bu qə­naə­tə gə­lir ki:
Üm­mid ilə in­san edi­yor tey­yi-mə­ra­hil.
(İn­san ümid ilə mər­hə­lə­lə­ri ke­çib ba­şa çat­dı­rır - İ. Q.)
Æur­na­lın 3-cü nöm­rə­sin­də M.Ha­di­nin iki şei­ri nəşr olun­muş­dur. “Bə­da­ye” ad­la­nan bi­rin­ci şe­ir on bir beyt­dən, “Ki­ta­bi-hə­yat” şei­ri isə mü­xəm­məs for­ma­sın­da ol­maq­la on üç bənd­dən iba­rət­dir. Bi­rin­ci əsər­də əsas möv­zu hə­qi­qə­tin tə­rən­nü­mü­dür. Şai­rin fik­rin­cə, hə­qi­qət nə­zər­lə­ri ilə ba­xı­lar­sa dün­ya­nın Tu­ri-Si­na (Ərə­bis­tan ya­rı­ma­da­sı ilə Mi­sir ara­sın­da yer­lə­şən Si­na ya­rı­ma­da­sın­da Al­lah ilə Mu­sa pey­ğəm­bə­rin da­nış­dıq­la­rı yer - İ.Q.), ağac­lar­dan bir ağız­dan “ya Musa” kəl­mə­si­nin eşi­dil­mə­si­nin şa­hi­di ol­maq olar. Şai­rə gö­rə, hə­qi­qət ol­ma­yan yer­də rə­za­lət ayaq tu­tub ye­ri­yir, bü­tün qa­ran­lıq­lar, pis­lik­lər hökm­fər­ma olur.
“Ki­ta­bi-hə­yat” şei­ri üs­yan­kar tə­biət­li şai­rin fər­yad və şi­ka­yət­lə­ri­nin hə­lə ya­ra­dı­cı­lı­ğı­nın ilk il­lə­rin­də be­lə poe­zi­ya­sı­nın əsas möv­zu­la­rın­dan bi­ri ol­du­ğu­nu təs­diq­lə­yir. “Bü­tün əs­ki­li­yə qar­şı üs­yan edən, haq­sız­lı­ğa qar­şı mey­dan oxu­yan və ona il­ham ve­rən ən zi­ya­də sər­bəst­li­yi, hür­riy­yə­ti şeir­lə­rin­də tə­rən­nüm edən”­(A.­Şaiq) şa­ir bil­di­rir ki, “ü­rə­yi azad­lıq­se­vər­lə­rin qəl­bi ki­mi ya­ra­lı olan” dün­ya şi­vən səh­nə­si­dir, bu­na sə­bəb isə “biz­də asa­ri-mü­rüv­vət his­si­nin yox­lu­ğu­dur”. Ca­han “bir sü­rü cəl­lad əlin­dən əşk­bar ol­muş”, tə­rəq­qi is­tə­yən­lər zin­dan künc­lə­ri­nə atıl­mış, za­man-za­man haqq de­yən dil­lər kə­sil­miş və:
Da­ri-zülm ol­muş ca­han, yox­dur əda­lət­dən ni­şan,
Təl­xi-abi-cövr ilə alu­də­dir na­su­ti­yan.
İş­lə­rin bu qə­dər qar­ma­qa­rı­şıq ol­ma­sı­nın sə­bə­bi, şai­rin fik­rin­cə, dün­ya­da hə­qi­qət və hür­riy­yə­tin ol­ma­ma­sın­da­dır. “Hüz­ni-ümu­mi çək­mək­dən dil ya­rə­dir”, - de­yən şa­ir bu əqi­də­də­dir ki, oxu­cu­su onu ba­şa dü­şə­cək, dün­ya­nın yax­şı­lıq­la­rı­nı yox, pis­lik­lə­ri­ni qa­ba­rıq şə­kil­də ver­di­yi üçün onu qı­na­ma­ya­caq­dır. Əsər­də məq­səd yat­mış vic­dan­la­rı oyat­maq, daş­laş­mış ürək­lə­ri yum­şalt­maq­dır
Æur­na­lın dör­dün­cü nöm­rə­sin­də M.Ha­di­nin 26 beyt­dən iba­rət olan bir şei­ri - “His­siy­ya­ti-ma­də­ra­nə və ya­xud öv­lad bəs­lə­mək hiss­lə­ri” çap olun­muş­dur. “Fir­döv­si-il­ha­mat” ki­ta­bı­na “His­siy­ya­ti-ma­də­ra­nə” adı ilə da­xil edil­miş bu şei­rin mət­nin­də də­yi­şik­lik edil­mə­miş və şe­ir son­ra­kı nəşr­lə­rə də “Fir­dov­si-il­ha­mat”­da ol­du­ğu ki­mi da­xil edil­mış­dir. Əsas möv­zu­su ana-ba­la sev­gi­sin­dən zi­ya­də tə­lim-tər­bi­yə ilə bağ­lı olan bu əsə­rin­də şa­ir ana­la­ra xi­ta­bən de­yir:
Biə­dəb bəs­lə­mə­yin tif­la­nı,
Mə­ri­fət­pər­vər edin tif­la­nı.
“Mə­həm­məd Ha­di Şir­va­ni” im­za­lı mü­rəb­be for­ma­sın­da 9 bənd­dən iba­rət “İs­mət, ya­xud əfif olan zat­la­rın xə­sai­li” ad­lı, “Fir­dov­si-il­ha­mat­”a və son­ra­kı nəşr­lə­rə dü­şən şei­rin so­nun­cu bən­di­nin ilk - “Şei­ri rə­na­sın­da söy­lər ari­fi-Ru­mi Zi­ya” mis­ra­sı­na türk şai­ri Zi­ya Pa­şa­nın (1825-1880) aşa­ğı­da­kı iki mis­ra­sı ilə ve­ril­miş izah ki­tab­la­ra düş­mə­miş­dir:
Lə­nət ola ol ma­lə ki, təh­si­li­nə anın,
Ya irz, ya na­mus, ya qey­rət ola alət.
Möv­zu və ide­ya­ca jur­nal­da çap olu­nan əv­vəl­ki şeir­lər­dən bir o qə­dər də fərq­lən­mə­yən bu əsər­də baş leyt­mo­tiv in­sa­nın öz şəx­siy­yə­ti­ni qo­ru­maq üçün yol­lar ax­tar­ma­sı, ya­şa­yı­şın­da kim­sə­yə bo­yun əy­mə­mə­si­dir. Şa­ir bu əqi­də­də­dir ki:
Kim­sə­yə qıl­maz tə­məl­lüq həq­pə­rəs­tan nan üçün,
Ça­ki-is­mət ey­lə­məz ali­cə­na­ban nan üçün,
A­bi-na­ya­bi-ifa­fi-tök­məz in­san nan üçün,
Tər­ki-məs­lək ey­lə­məz ər­ba­bi-ir­fan nan üçün.
Mü­rəb­be şək­lin­də olan “Ni­daül-və­tən” şei­ri “Fir­dov­si-il­ha­mat” ki­ta­bı­na düş­sə də, şai­rin 1920-ci il­dən son­ra çı­xan ki­tab­la­rı­na düş­mə­miş­dir. “Dün­ya­da əmə­li­miz fə­qət ema­ri-və­tən­dir” mis­ra­sı ilə baş­la­nan bu əsər­də və­tə­nin “gül­şə­ni-rə­na­sı”­nın sol­ma­sın­dan, “vic­da­ni-mü­na­fiq” (ikiüz­lü, ri­ya­kar­la­rın vic­da­nı) ki­mi “bün­ya­nı” (özü­lü, tə­mə­li) po­zul­muş, ca­hil­lə­rin fi­kir­lə­ri ki­mi ha­lı pə­ri­şan və­tə­nin və­ziy­yə­tin­dən ürək ağ­rı­sı ilə söz açan şa­ir bil­di­rir ki, biz­lər­də və­tən mə­həb­bə­ti ol­ma­yın­ca, və­tə­nin şan və şə­rə­fi hifz, hi­ma­yə edil­mə­yin­cə nə və­tə­nə, nə də mil­lə­tə ni­cat yox­dur.
Æur­na­lın 6-cı nöm­rə­sin­də M.Ha­di­nin üç əsə­ri çap olun­muş­dur. Bun­lar­dan bi­rin­ci­si “Də­li şai­rə də­li­lər mü­hib­bi olan bir qu­şun kö­mə­yi. Töv­si­ye­yi-mürğ” ad­lı şe­ir, ikin­ci­si - “Müc­tə­hid ağa Tə­ba­tə­ba­yi həz­rət­lə­ri­nin mək­tu­bu” sər­löv­hə­li tər­cü­mə, üçün­cü­sü isə “Ba­kı ta­ri­xin­dən bir nəb­zə” ad­lı irihəcm­li bir mə­qa­lə­dir. Şei­rin al­tın­da “Də­li­lər mü­hib­bi”, tər­cü­mə­nin al­tın­da “Mü­tər­cim M.H.”, mə­qa­lə­nin al­tın­da isə “M.Ha­di” im­za­sı qo­yul­muş­dur.
Şe­ir jur­na­lın bi­rin­ci nöm­rə­sin­də “Də­li şa­ir” im­za­sı ilə çap olun­muş “Hey­rət, ya­xud bir mə­lə­yin in­san­la­ra xi­ta­bı” ad­lı on iki beyt­lik bir şei­rə ca­vab ki­mi ya­zıl­mış, vəzn, qa­fi­yə və rə­dif sis­te­mi be­lə sax­la­nıl­mış­dır. Ye­ri gəl­miş­kən qeyd edək ki, “Fü­yu­zat­”in bi­rin­ci nöm­rə­sin­də çı­xan şei­ri təd­qi­qat­çı­lar­dan bi­ri M.Ha­di­nin şei­ri he­sab et­miş­dir ki, biz­cə bu fi­kir doğ­ru de­yil . Şei­rin M.Ha­di­nin ol­ma­dı­ğı­nı sü­but üçün bir­cə fak­tı söy­lə­mək ye­tər­li­dir. Al­tın­cı nöm­rə­də çı­xan şei­ri M.Ha­di öz əsə­ri ki­mi “Fir­dov­si-il­ha­mat­”a da­xil et­miş, bi­rin­ci nöm­rə­də­ki şei­ri isə məhz baş­qa müəl­li­fin ol­du­ğu üçün ki­ta­bı­na sal­ma­mış­dır. (Biz­cə, şei­rin müəl­li­fi Əli bəy Hü­seyn­za­də­dir). M.Ha­di­nin bu əsə­ri son­ra­kı ki­tab­la­ra da sa­lın­mış, baş­lıq is­tis­na ol­maq­la (həm “Fir­dov­si-il­ha­mat”­da, həm də son­ra­kı nəşr­lər­də şei­rin sər­löv­hə­si be­lə­dir: “Töv­si­ye­yi-mürğ”), mətn ey­ni ilə sax­la­nıl­mış­dır.
M.Ha­di şeir­lə­rin­də gö­rün­mək­də olan ümu­mi kə­dər - “hüz­ni-ümu­mi” bu əsə­rin hər bey­tin­də gö­rün­mək­də­dir. Qu­şun di­lin­dən: “Ni­yə in­san­lıq gül­za­rı­nı yan­dı­rır­sı­nız?” sua­lı bir qə­dər son­ra acı it­ti­ha­ma çev­ri­lir. İn­sa­na əda­lət­lə hökm et­mək bu­yu­ru­ğu Al­lah tə­rə­fin­dən ve­ril­sə də (“Atıl­mış gu­şe­yi-nis­ya­nə nəs­si-təh­ku­mu bi­lədl”), o, bu­na əməl et­mir. Mur­dar nəf­si­nə uya­raq qan tö­kür, məz­lu­mun haq­qı­nı ye­yir, bu az­mış ki­mi nə haqq söz, nə də Tan­rı­dan gə­lən fər­man­lar ona tə­sir et­mir. İn­sa­nın ca­hil­li­yi uc­ba­tı­tın­dan “ca­han bir qətl­gah ol­muş”, o isə hə­lə də cə­ha­lət ey­di­nə - bay­ra­mı­na qur­ban­lar kəs­mək­də da­vam et­mək­də­dir. Bu ha­la hey­van­lar lə­nət oxu­du­ğu hal­da (lə­nət­xan­dır hey­van­lar), in­san­lar pis əməl­lər­dən əl çək­mir. Bu­na sə­bəb nə­dir? Sə­bəb şai­rin ya­ra­dı­cı­lı­ğın­da tək­rar-tək­rar rast gəl­di­yi­miz bir fik­rin - ümu­mi mə­həb­bə­tin in­san qəl­bi­nə ha­kim ol­ma­ma­sı­dır.
“Fü­yu­zat­”ın 7-ci nöm­rə­sin­də M.Ha­di­nin “Təb­ri­ki-ey­di-əh­za” və “Tə­ra­ne­yi -mil­li” ad­lı iki şei­ri dərc olun­muş­dur. 9 bənd­lik bi­rin­ci şe­ir yed­di­lik, 10 - bənd­lik ikin­ci şe­ir isə al­tı­lıq şək­lin­də­dir. Mü­va­fiq ola­raq “Fir­dov­si-il­ha­mat” ki­ta­bın­da ge­dən şeir­lər “Fir­dov­si-il­ha­mat”­dan gö­tü­rü­lə­rək son­ra­kı ki­tab­la­ra da da­xil edil­miş­dir.
Şeir­lər­dən bi­rin­ci­si mü­qəd­dəs Qur­ban bay­ra­mı­na həsr olun­muş və “Fir­dov­si -il­ha­mat”­da­kı mətn­də sər­löv­hə­dən son­ra be­lə bir qeyd ve­ril­miş­dir: “Ey­di-əh­za­nın hü­lu­lu mü­na­si­bə­ti ilə söy­lə­nil­miş­dir”.
“Bə­şa­rət, əy­yü­həl-ix­van, bu gün bir ey­di-zi­şan­dır” - mis­ra­sı ilə baş­la­nan və bü­tün bənd­lə­ri “Bu gün­də sey­yi­dül-köv­neyn is­la­mə sə­lam ey­lər, Vi­fa­qi-mil­lə­ti gör­dük­cə ər­zi-ib­ti­sam ey­lər” bey­ti ilə bi­tən şeir­də Qur­ban bay­ra­mı­nın sülh, əmin -aman­lıq, bə­ra­bər­lik bay­ra­mı ol­du­ğu qeyd olun­sa da, əsas mə­sə­lə ye­nə də maa­ri­fin, el­min və mə­də­niy­yə­tin təb­li­ği­dir.
Mü­səd­dəs - al­tı­lıq şək­lin­də ya­zı­lan “Tə­ra­ne­yi-mil­li” şei­ri M.Ha­di li­ri­ka­sı­nın baş­lı­ca möv­zu­la­rın­dan bi­ri olan mil­lət və onun aqi­bə­ti mə­sə­lə­si­nin şər­hi­nə həsr olun­muş­dur. Bü­tün bənd­lə­ri “A­çıl­dı süb­hi-sa­diq, xab­dən mil­lət oyan­maz­mı?” bə­dii sua­lı ilə ta­mam­la­nan şeir­də mil­lət və onun gə­lə­cə­yi ba­rə­də şai­rin duy­ğu və dü­şün­cə­lə­ri çox yük­sək bə­dii və fəl­sə­fi ümu­mi­ləş­dir­mə­lər­lə öz həl­li­ni tap­mış­dır.
“Fir­dov­si-il­ha­mat­”a və “Se­çil­miş əsər­lər­”ə dü­şən “Fə­zai­li-in­sa­niy­yə” və “Sa­qi­yə bur ni­ya­zi-ri­ca­mən­da­nə” şeir­lə­ri “Fü­yu­zat”­da “Mə­həm­məd Ha­di Şir­va­ni” im­za­sı ilə çap olun­muş­dur. Məs­nə­vi for­ma­sın­da ya­zıl­mış bi­rin­ci şei­rə jur­nal­da sər­löv­hə­dən qa­baq “Bir mü­qəd­di­mə” söz­lə­ri ya­zıl­mış, bi­rin­ci - “İn­san o zat­dır ki, və­zi­fə­şü­nas ola” mis­ra­sı­na “Mil­lə­tin və­kil­lə­ri­nə xi­tab­dır” cüm­lə­si ilə iza­hat ve­ril­miş­dir. “Fir­dov­si-il­ha­mat”­da bu qeyd “Döv­lət du­ma­sın­da cəm olan mil­lət mə­bus­la­rı­na xi­tab­dır” qey­di ilə əvəz­lən­miş­dir.
10 beyt­dən iba­rət “Sa­qi­yə bir ni­ya­zi-ri­ca­mən­da­nə” şei­rin­də şai­rin gəl­di­yi qə­naət bun­dan iba­rət­dir ki, giz­li sir­lə­rin açıl­ma­sı üçün müt­ləq şə­kil­də elm, mə­ri­fət sa­hi­bi olan in­san­la­rın öz­lə­ri ru­hən, mə­nən azad ol­ma­lı­dır­lar. Cə­miy­yə­tin qay­ğı­la­rın­dan azad olub öz şəx­si dün­ya­sı­nı ya­şa­yan­lar şai­rin nə­zə­rin­də ca­hil və na­dan­dır­lar ki, on­la­rın şüu­ru, ağ­lı maa­rif zi­ya­sı ilə işıq­lan­ma­yın­ca, hə­min şəxs­lə­rə ni­cat yox­dur.
Æur­na­lın 10-cu nöm­rə­sin­də M. Ha­di­nin “Fə­zai­li-in­sa­niy­yə” və “Pə­ri­yi -vic­dan” ad­lı iki şe­iri dərc olun­muş­dur. Æur­na­lın 9-cu nöm­rə­sin­də çı­xan “Fə­zai­li-in­sa­niy­yə” şei­ri ilə ey­ni ad­da və təx­mi­nən ey­ni məz­mun­da olan bi­rin­ci şei­rin sər­löv­hə­sin­dən son­ra “Mə­bus­la­rı­mı­za bir xi­tab” söz­lə­ri ya­zıl­mış­dır və şei­ri bir növ əv­vəl­ki şei­rin da­va­mı da ad­lan­dır­maq olar.
Şeir M.Ha­di­nin ki­tab­la­rı­nın heç bi­ri­nə düş­mə­miş­dir. 9-cu nöm­rə­də çı­xan “Fə­zai­li-in­sa­niy­yə”­dən fərq­li ola­raq, bu şeir­də mil­lət və­kil­lə­ri­nə xi­tab­dan çox Və­tə­nin dərd və möh­nət­lə­rin­dən söz açı­lır. “İş­tə atəş­za­rə dön­müş­dür və­tən bi­dad­dən, Da­ği­da­ri-hüz­nü qəm­dir qəh­ri-is­tib­da­di­dən” mis­ra­la­rı ilə baş­la­nan şei­rin mə­ram və ide­ya­sı in­san­la­rı öz hü­quq­la­rı uğ­run­da mü­ba­ri­zə­yə səs­lə­mək­dən iba­rət­dir. Əv­vəl­ki şeir­lə­rin­də ol­du­ğu ki­mi, bu əsə­rin­də də “si­ya­si li­ri­ka­sı za­ma­nın bə­dii tər­cü­me­yi-ha­lı, ya­şa­dı­ğı il­lə­rin ic­ti­mai-si­ya­si ha­di­sə­lə­ri­nin ro­man­tik sal­na­mə­si” olan şai­ri dü­şün­dü­rən şəx­si səa­dət de­yil, mil­lə­tin, xal­qın, bü­töv­lük­də bə­şə­riy­yə­tin səa­də­ti və xoş­bəxt­li­yi mə­sə­lə­si­dir.
“Düx­tə­ri-na­pak­da­mən san­ma­yın hür­riy­yə­ti” mis­ra­sı ilə baş­la­nan, məs­nə­vi for­ma­sın­da sək­kiz beyt­dən iba­rət olan “Pə­ri­yi-vic­dan” şei­ri də M.Ha­di li­ri­ka­sı­na xas ənə­nə­vi - hür­riy­yət və azad­lıq möv­zu­sun­da­dır. Hür­riy­yə­ti be­hişt bağ­ça­sı­nın hu­ri­si ad­lan­di­ran şa­ir qeyd edir ki, ürə­yi­miz is­tib­dad ox­la­rı ilə ya­ra­la­nıb və biz hürr, azad ya­şa­ma­ğa la­yiq ikən si­təm­lə­rə müb­tə­la ol­mu­şuq. Azad­lı­ğa:
Pər­də­də sax­lan­ma, çıx, ey sev­gi­li dil­da­rı­mız,
Xən­də­za­ri beh­cət ol­sun kön­lü­müz, rüx­sa­rı­mız, -
de­yə mü­ra­ciət edən şa­ir qə­ti şə­kil­də və əmin­lik­lə bil­di­rir:

- Sən­sən, ey hür­riy­yət, an­caq biz­lə­ri azad edən.
“Du­ma­nın yöv­mi-gu­şa­dı” şei­ri İkin­ci Döv­lət Du­ma­sı­nın işə baş­la­ma­sı mü­na­si­bə­ti ilə qə­lə­mə alın­mış­dır.
Şan­lı bir yov­mi-sə­fa­dır, ru­zi-iş­rət­dir bu gün,
Bir mə­sər­rət­bəx­şi-vic­dan, ani-beh­cət­dir bu gün, -
mis­ra­la­rı ilə baş­la­nan şeir­də şa­ir fəa­liy­yə­tə baş­la­yan Döv­lət Du­ma­sı­nın mil­lə­tin ta­le­yin­də əhə­miy­yət­li rol oy­na­ya­ca­ğı­na ina­nır və “Müj­də ey əh­rar, hu­ri-ey­di -hür­riy­yət pə­did”, - de­yə Du­ma­nı al­qış­la­yır. Ona elə gə­lir ki, xalq tə­rə­fin­dən se­çil­miş (əs­lin­də, mil­lət və­kil­lə­ri­nin ək­sə­riy­yə­ti se­çil­mə­miş, hö­ku­mət tə­rə­fin­dən tə­yin edil­mış­di - İ.Q) mil­lət və­kil­lə­ri­nin (M.Ha­di­də mə­bus­lar) sə­yi nə­ti­cə­sin­də is­tib­da­da son qo­yu­la­caq, azad­lıq pə­ri­si cil­və­lə­nə­cək, səa­dət gü­nə­şi yer üzü­nü işiq­lan­dı­ra­caq­dır.
Qeyd edək ki, bu şe­ir də M.Ha­di­nin son­ra­kı ki­tab­la­rı­na düş­mə­miş­dir.
M.Ha­di li­ri­ka­sı­nın həm for­ma-məz­mun, həm də ide­ya­ca ən mü­kəm­məl nü­mu­nə­lə­rin­dən bi­ri “Bir əmə­lim” şei­ri­dir. “Fir­dov­si-il­ha­mat­”a və son­ra­kı ki­tab­la­ra dü­şən mü­səd­dəs for­ma­lı bu şei­rin jur­nal va­rian­tın­da sər­löv­hə­dən son­ra be­lə bir mis­ra ve­ril­miş­dir: “Mə­ni mü­kər­rər edən var kö­nül­də bir əmə­lim”. Qeyd edək ki, bu mis­ra doq­quz bənd­lik şei­rin hər bən­di­nin so­nun­da “Xə­yal et­mə bu­dur bai­si-mə­la­li-di­lim” mis­ra­sı ilə bir­gə nə­qa­rət ki­mi tək­rar­la­nır.
“Dü­ça­ri-hüz­nü qəm et­di mə­ni bu ta­le­yi-şum”, - de­yə ta­le­yin­dən şi­ka­yət­lə­nən şai­rin ar­zu­su nə­dir? Ca­vab şei­rin son­lu­ğu­na əla­və edil­miş bi­rin­ci bən­din ikin­ci mis­ra­sın­da­dır: “Kö­nül­də­ki əmə­lim mil­lə­tin səa­də­ti­dir”.
Hür­riy­yət aşi­qi olan şa­ir həs­rə­tin­də ol­du­ğu, xə­ya­lın­da bəs­lə­di­yi azad­lı­ğı, fik­rən, mə­nən sər­bəst­li­yi re­al hə­yat­da gör­mür və gö­rə də bil­məz. Çün­ki za­man­la, mü­hit­lə onun duy­ğu və dü­şün­cə­lə­ri ara­sın­da kəs­kin zid­diy­yət var. İn­sa­nı əzən, onun in­sa­ni, ila­hi və ümum­bə­şə­ri is­tək­lə­ri­nin üs­tün­dən xətt çə­kən bə­ra­bər­siz­lik dün­ya­sın­da mu­rad çi­çək­lə­ri­nin açıl­ma­sı və bəx­tin gül­mə­si müm­kün de­yil.
Ə­məl çi­çək­lə­rim ol­du dü­ça­ri-döv­ri-xə­zan,
Çi­ra­ği-hu­şu­mu sön­dür­dü kəm­şüur us­tad,
Ri­ya­zi-fik­ri­mi yan­dır­dı ba­di-is­tib­dad, -
de­yən şa­ir ar­zu­su­na çat­maq üçün yal­nız bir yol gö­rür: - HÜR­RİY­YƏT!
Mü­xəm­məs şək­lin­də olan “Gör” rə­dif­li al­tı bənd­lik “Löv­he­yi-ba­har” şei­ri­nin jur­nal va­rian­tın­da mün­də­ri­cat­da “Löv­he­yi-ba­har... Mə­həm­məd Ha­di Şir­va­ni” söz­lə­ri ya­zıl­sa da, əsə­rin çap olun­du­ğu sə­hi­fə­lər­də şei­rin so­nun­da im­za gös­tə­ril­mə­miş­dir. Şe­ir mət­nin­də heç bir də­yi­şik­lik edil­mə­dən “Fir­dov­si-il­ha­mat­”a və son­ra­kı ki­tab­la­ra da­xil edil­miş­dir. Sər­löv­hə­nin al­tın­da “Ki­ta­bi-tə­biət­dən bir və­rəq” söz­lə­ri ya­zıl­mış, on­dan son­ra isə epiq­raf tə­si­ri ba­ğış­la­yan aşa­ğı­da­kı iki mis­ra ve­ril­miş­dir:
Xür­rəm olur ba­har gö­rən­də xü­ra­mı­nı,
Gül­məz­mi qön­çə­lər gö­rə­lər ib­ti­sa­mı­nı?.
Ye­ri gəl­miş­kən qeyd edək ki, bu şei­rə M.Ə.­Sa­bir “Tö­me­yi-na­har” ad­lı sa­ti­rik pa­ro­di­ya ya­za­raq “Çay­da­ça­pan” im­za­sı ilə “Mol­la Nəs­rəd­din” jur­na­lı­nın 1907-ci il 14 ap­rel ta­rix­li 15-ci nöm­rə­sin­də dərc et­dir­miş­dir. M.Ə.­Sa­bir M.Ha­di­nin şei­ri­nin vəzn, qa­fi­yə və rə­dif sis­te­mi­ni sax­la­sa da, əsə­ri­ni M.Ha­di­dən fərq­li ola­raq mü­xəm­məs şək­lin­də de­yil, beyt­lər şək­lin­də qu­ru­lan qə­si­də for­ma­sın­da yaz­mış­dır.
“Şir­van xa­ti­ra­tı” şei­ri ro­man­tik poe­zi­ya­ya xas olan hə­yə­can­lar, duy­ğu və dü­şün­cə­lər­lə ya­zıl­mış, M.Ha­di li­ri­ka­sı­nın əzə­li və əbə­di möv­zu­la­rın­dan olan mil­lə­tin ta­le­yi ba­rə­də dü­şün­cə­lər bu əsə­rin də apa­rı­cı xət­ti­ni təş­kil edir. Baş­lıq­dan son­ra “Röv­şə­na­yi-leyl­də bir xa­ra­ba­za­rın mən­zə­rə­si” (“Ay­dın, işıq­lı bir ge­cə­də bir xa­ra­ba­za­rın mən­zə­rə­si”- İ.Q.) söz­lə­ri­nin ve­ril­mə­si irə­li­cə­dən şai­rin fi­kir­lə­ri­nin han­sı is­ti­qa­mət­dən şərh edi­lə­cə­yi­nə işa­rə­dir. Şei­ri şər­ti ola­raq iki his­sə­yə böl­mək olar. Bi­rin­ci his­sə­də - ilk on üç beyt­də ay­dın bir ge­cə, müşk, ən­bər qo­xu­lu ha­va, da­hi­lə­rin xə­ya­lı ki­mi azad və par­laq səms və s. bu ki­mi kö­nü­lox­şa­yan şey­lər­dən söh­bət açan, sə­ma­nı güz­gü­yə - ayi­nə­yə, ayı sev­gi­li­lə­rin ək­si­nə - şək­li­nə bən­zə­dən (qə­mər ək­si ni­gar idi) şa­ir da­ha son­ra aşa­ğı­da­kı­la­rı bil­di­rir:
Bən­zər­di asi­man sə­də­fi-dürr­pər­və­rə,
Səy­ya­rə­lər için­də dü­ri-şəh­var idi.
Bəh­ri zü­mür­rü­dün­də bu fəv­va­re­yi-zi­ya,
Yə­ni mah alə­mə pər­töv­ni­sar idi.
Ə­ma­qi-ruh­dan gə­li­yor­du hə­zin sə­da,
İl­ha­mi-qey­bə qar­şı di­lim güş­dar idi.
Nə­zər­lə­rin­də ila­hi gö­rü­nüş­lü, gö­zəl mən­zə­rə­lər can­lan­maq­la fik­ri sir­li dün­ya­nın göy­lə­ri­ni do­la­şan, hər yer­də gö­zəl­lik gö­rən li­rik qəh­rə­ma­nın göz­lə­ri­nə bir­dən-bi­rə ar­zu­sun­da ol­ma­dı­ğı bir şey - xa­ra­ba­zar sa­ta­şır və bu qəm­li mən­zə­rə­lə­ri gö­rən qəh­rə­ma­nın ba­yaq­dan se­vi­nən qəl­bi­nə bir qəm ha­kim kə­sil­mə­yə baş­la­yır. Gö­zə gö­rü­nən elə bir yer­dir ki, ora­da ka­şa­nə­lər yı­xıl­mış, xa­nə­lər-ev­lər xa­rab ol­muş­dur. Bu­ra­da:
Səs yox, sü­ku­ta dal­mış idi növm pər­və­ran,
A­sa­ri-ruh yox, və­tə­nim səng­zar idi.
­İn­di isə və­ziy­yət ta­ma­mi­lə baş­qa­la­şıb. Yax­şı­la­rı ya­man­lar, bül­bül­lə­ri qa­ra qar­ğa və do­la­şa­lar əvəz et­miş, ruh­la­rı və­tən göy­lə­rin­də sər­gər­dan do­la­şan “bül­bül­lə­rin mə­zar­da “və­tən, və­tən” söy­lə­mək­dən baş­qa ça­rə­si qal­ma­mış­dır”.
M.Ha­di­nin “Bu gün süb­hi-əzəl­dən doğ­du bir şəm­si - zi­ya­pər­vər” mis­ra­sı ilə baş­la­nan dördbeyt­lik “Möv­lu­di-fəx­ri-aləm” şei­ri Mə­həm­məd pey­ğəm­bə­rin (s) ana­dan ol­ma gü­nü mü­na­si­bə­ti ilə ya­zıl­mış və ki­tab­la­rı­nın heç bi­ri­nə düş­mə­miş­dir. Şa­ir bil­di­rir ki, pey­ğəm­bə­ri­miz Rə­su­li-ək­rə­min dün­ya­ya gə­li­şi ilə dün­ya evi işıq­lan­dı və “Bu gün­də bəxş olun­du kai­na­tə ta­zə bir zi­nət”. Dün­ya za­lım­lar, ço­xal­lah­lı­lar və büt­pə­rəst­lər əlin­dən sər­gər­dan ikən, Al­lah-taa­la tə­rə­fin­dən o, bir nur ki­mi Yer üzə­ri­nə gön­də­ril­di ki, öz şö­lə­si ilə alə­mi nur­lan­dır­sın və zül­mət için­də ça­ba­la­maq­da olan in­san­la­rı doğ­ru yo­la ça­ğır­sın, haq­qa qo­vuş­maq üçün on­la­ra rəh­bər ol­sun.
“A­ma­li-vic­dan” şei­rin­də ümu­mi mə­həb­bət ide­ya­sı­nın tə­rəf­da­rı və təb­li­ğat­çı­la­rın­dan bi­ri olan M.Ha­di bə­şər öv­lad­la­rı­nı “ha­si­li-ba­ği-tə­biət” he­sab edə­rək bü­tün dün­ya­ya sülh və əmin-aman­lıq ar­zu­la­yır. “Ü­rək ər­zin­də bəs­lən­mış əməl hüb­bi-ümu­mi­dir”, - de­yən şa­ir dün­ya­nı özü­nə və­tən, in­san­la­rı qar­daş sa­ya­raq bil­di­rir ki, mə­həb­bət nəğ­mə­lə­ri­ni oxu­ma­ğı bül­bül­dən öy­rən­dim. Kö­nül qu­şu­mun sə­ma­lar­da pər­vaz edib şən nəğ­mə­lər oxu­ma­sı sə­bəb­siz de­yil, çün­ki: “De­yil süf­la­yə ma­il, e­ti­la­pər­vaz­dır ru­hum”.
Son­ra­kı ki­tab­la­rın­da da heç bir də­yi­şik­lik edil­mə­dən çap olu­nan bu əsə­rin­də şa­ir bil­di­rir ki, “Xə­ya­lım hürr, can sər­bəst, fik­rim laü­ba­lı­dır”. Bu sə­bəb­dən də bül­bül ba­har ça­ğın­da gü­lüs­tan eş­qi ilə şöv­qə gə­lib “tə­rən­nüm­saz” ol­du­ğu ki­mi, mən də gö­zəl­lik­lər­dən zövq ala­raq nəğ­mə­lə­ri­mi öt­mək­də­yəm.
Bə­zi mə­qam­la­rı­na to­xun­du­ğu­muz yu­xa­rı­da­kı sə­tir­lə­rin­dən gö­rün­dü­yü ki­mi, bu əsər ru­hu eti­ba­rı ilə şai­rin hə­min il­lər­də yaz­dı­ği di­gər əsər­lər­dən fərq­lə­nir. Şei­rin son beyt­lə­ri­nin bi­rin­də şa­ir be­lə bir mis­ra iş­lə­dir: “Mən ol mər­di-sü­xən­da­nəm ki, sön­məz məğ­zi-nəv­va­rım”. Mərd­li­yə, fə­da­kar­lı­ğa ça­ğı­rış M.Ha­di poe­zi­ya­sı­nın apa­rı­cı xət­lə­rin­dən bi­ri ol­du­ğun­dan, o, bu­ra­da da ən­ə­nə­si­nə sa­diq qal­mış, qə­si­də for­ma­lı əsə­rin­də də hə­məsr­lə­ri­ni mərd, mü­ba­riz ol­ma­ğa səs­lə­miş­dir.
“Tə­xət­tü­ri-ma­zi” (“Keç­mi­şin xa­tır­lan­ma­sı” - İ. Q.) sər­löv­hə­si al­tın­da “Bir za­man, ah ki, bir ta­ir idim aza­də, Əca­ba, kim mə­ni sal­dı bu xə­ra­bə­ba­də” mis­ra­la­rı ilə baş­la­nan sək­kiz beyt­lik şe­ir ic­ti­mai məz­mun­lu bir qə­zəl­dir. Ye­ri gəl­miş­kən qeyd edək ki, bu şei­rin ilk va­rian­tı “Hə­yat” qə­ze­tin­də “El­mi-əb­da­nə bir nə­zər” sil­si­lə mə­qa­lə­si­nin tər­ki­bin­də də dərc olun­muş­dur (Bax: “Hə­yat” qə­ze­ti, 17 av­qust 1906-cı il, ¹ 183). Son­ra­kı ki­tab­la­rın­da da özü­nə yer alan qə­zəl­də şai­rin li­rik qəh­rə­ma­nı bil­di­rir ki, qəm və qüs­sə­nin nə ol­du­ğun­dan xə­bər­siz bir şəxs ki­mi aləm­lə­ri seyr et­mək­də ikən hər şey­də gö­zəl­lik ax­ta­rır­dım. Bir gün:
Hürr uçar­kən mə­ni seyd ey­lə­di şəh­ba­zi-qə­za,
İn­di dər­qey­di-cə­fa­yəm qə­fə­si-dün­ya­də.
Qəm nə­dir bil­mə­yə­rək hürr ya­şar­dım, hey­hat,
Düş­mə­miş ol­sa idim sa­he­yi-qəh­ra­ba­də.
Şair elan edir ki, qəm dün­ya­sı­na dü­şən­dən son­ra ömür qa­yı­ğım (zöv­rəq­çe­yi-ömr) tu­fan­lar qar­şı­sın­da tab gə­tir­mə­yə­rək ba­ta­caq və bu za­man hər tə­rə­fə boy­lan­sam da, im­da­da ye­tən ta­pıl­ma­ya­caq. Bit­məz tü­kən­məz ələm və qüs­sə­lə­rin əlin­dən fər­ya­də gəl­səm də, kö­mə­yim ol­ma­ya­caq, çün­ki za­man azad ya­şa­maq ar­zu­sun­da olan in­sa­nın ha­lı­na mü­va­fiq de­yil.
Æur­na­lın bu nöm­rə­sin­də “Tə­xət­tü­ri-ma­zi” (“Keç­mi­şin xa­tır­lan­ma­sı”) şei­rin­dən son­ra 22 beyt­lik bir şe­ir də dərc olun­muş­dur. Al­tın­da ya­zıl­ma ta­ri­xi 1325, 20 may ki­mi gös­tə­ri­lən üç his­sə­lik şei­rin hər his­sə­si beyt­lər şək­lin­də məs­nə­vi for­ma­saın­da qu­rul­muş­dur. “Fir­dov­si-il­ha­mat”­da bu şei­ri müəl­lif “Tə­xət­tü­ri-ma­zi”­dən ayı­ra­raq “Ul­duz­la­ra” adı ilə çap et­dir­miş və şe­ir son­ra­kı ki­tab­la­ra da bu ad­la sa­lın­mış­dır. Ul­duz­la­ra xi­ta­bən: “Ey alə­mi mü­nəv­vər edən cür­mi-afi­tab”, - mis­ra­sı ilə baş­la­nan şeir­də şa­ir ul­duz­la­rın sə­ma­la­rı gö­zəl­ləş­dir­di­yin­dən, on­la­rın asi­man­da sər­bəst dövr et­mə­lə­rin­dən bəhs edir və müəl­li­fin nə­zər­lə­rin­də ul­duz­lar bir can­lı, in­san ki­mi gö­rü­nür.
Şei­rin üçün­cü his­sə­sin­də şa­ir e­lan edir ki: “Ca­han sə­ra­sər mey­da­ni-cən­gi-fit­rət­dir”. Bu sə­bəb­dən də “Qə­min əlin­dən, İla­hi, ürək dö­nüb qa­nə”, - de­yən müəl­lif ar­zu edir ki, kaş qa­na­dım olay­dı və elə bir im­kan­sız ye­rə uçay­dım ki, ora­da bu dün­ya­da gör­dük­lə­rim­dən əsər-əla­mət ol­ma­yay­dı.
Ya­zıl­ma ta­ri­xi 12 iyun ki­mi gös­tə­ri­lən “Nə­va­yi-rin­da­nə” ­şei­ri­nin al­tın­da “Mə­həm­məd Ha­di” im­za­sı qo­yul­muş, əsər bir, yə­ni on bi­rin­ci:
Ə­gər mə­mu­lun isə kəs­bi-his­siy­ya­ti-hür­riy­yət,
Fə­da­ka­ra­ni-həq­qin pən­di-rə­na­sın nuş ey­lə, -
beyt is­tis­na ol­maq­la “Fir­dov­si-il­ha­mat”­da, tam şə­kil­də, heç bir də­yi­şik­lik edil­mə­dən son­ra­kı ki­tab­lar­da da dərc olun­muş­dur.
Baş­lı­ğı, sər­löv­hə­nin mə­na­sı “qor­xu­suz, heç şey­dən çə­kin­mə­yə­nin nəğ­mə­si” an­la­mın­da olan bu şe­ir şai­rin əsər­lə­ri üçün xa­rak­te­rik olan ye­ni bir cə­hə­ti iz­lə­mək ba­xı­mın­dan ma­raq do­ğu­rur.
İn­san­la­rı öz haq­la­rı uğ­run­da mü­ba­ri­zə apar­ma­ğa ça­ğı­ran müəl­lif bil­di­rir ki, xovf və qor­xu­dan bir şey çıx­maz. “Nə gör­dün mən­şə­yi-vəs­vas olan kün­ci-mə­da­ris­də?” Nə qə­dər ki, qor­xu his­si­ni ürə­yin­dən çı­xar­ma­mı­san, sə­nə səa­dət yox­dur. “Qı­lıb tər­ki -vəs­vas” qəf­lət yu­xu­sun­dan oyan və:
Təs­süb xir­qə­sin yax, kis­ve­yi-in­sa­fı nuş ey­lə.
Nə­ha­yət, ağıl sa­hib­lə­rin­dən, ağıl­lı adam­lar­dan feyz­dar ol­maq is­tə­yir­sən­sə:
A­çıb mə­na qu­la­ğın, za­hi­ri gu­şi-fü­ruş ey­lə.
Bu və bu ki­mi on­lar­la od­lu, alov­lu, ey­ni za­man­da mü­tə­fək­ki­ra­nə mis­ra­la­rı oxu­yan­da dü­şü­nür­sən: 27 ya­şı və cə­mi iki il­lik fə­al ədə­bi fəa­liy­yə­ti olan bir şəxs bun­la­rı ne­cə və han­sı his­sin tə­si­ri ilə de­yib?
“Fir­dov­si-il­ha­nat­”a düş­mə­sə də son­ra­kı ki­tab­la­rı­na sa­lı­nan “Həsb­hal, ya­xud bi­zim Ha­di­nin iz­ti­ra­bı” ad­lı şe­ir jur­nal­da“­Fü­yu­za­ti” im­za­sı ilə çap olun­muş­dur. Əv­və­li mü­rət­tib­lə su­al-ca­vab for­ma­sın­da qu­rul­muş bu şe­ir M.Ha­di­nin poe­zi­ya, ədə­biy­yat, söz sə­nə­ti ba­rə­də dü­şün­cə­lə­ri­ni iz­lə­mək ba­xı­mın­dan ma­raq do­ğu­rur. Mü­rət­ti­bin: “E­ti­raz edi­yor­lar ke­çən­ki şei­ri­ni­zə,” - rep­li­ka­sı­na şai­rin ver­di­yi uzun bir ca­vab, əs­lin­də, li­rik qəh­rə­ma­nın mo­no­lo­qu, “Şeir ne­cə ol­ma­lı­dır?” sua­lı­na ve­ri­lən bir ca­vab ki­mi də dü­şü­nü­lə bi­lər.
Şai­rin əsə­rin so­nun­da do­la­yı­sı ilə Əli bəy Hü­seyn­za­də­nin “Fü­yu­zat­”ın 17, 18 və 20-ci nöm­rə­lə­rin­də çap et­dir­di­yi “Məc­nun və Ley­la­yi-İs­lam” ad­lı bə­dii-pub­li­sist əsə­ri­ni xa­tır­la­ma­sı da tə­sa­dü­fi de­yil­di. M.Ha­di də İs­lam alə­mi­nin bir xəs­tə­yə bən­zə­mə­si mə­sə­lə­sin­də Ə.­Hü­seyn­za­də ilə həm­fi­kir idi və bu “xəs­tə­ni-mə­ri­zi” sa­ğalt­maq üçün yol­lar ax­ta­rır­dı. Bu yol­lar­dan bi­ri ola­raq o, heç şüb­hə­siz ki, qə­lə­mi, sö­zü, xal­qın, mil­lə­tin, ge­niş mə­na­da bə­şə­riy­yə­tin səa­də­ti na­mi­nə xid­mə­tə yö­nəlt­mək­də gö­rür, qə­ləm yol­daş­la­rı­nı dər­di, il­lə­ti ört-bas­dır et­mə­yə yox, onu gös­tər­mə­yə və təş­xis et­mə­yə ça­ğı­rır­dı.
M.Ha­di­nin mət­nin­də heç ­bir də­yi­şik­lik edil­mə­dən “Fir­dov­si-il­ha­mat­”a99(36;99-101) və son­ra­kı ki­tab­la­rı­na dü­şən “Göz­lə­rin” rə­dif­li şei­ri yur­na­lın 26-cı sa­yın­da dərc olun­muş­dur.
Qıl­dı, ey ahu, mə­ni vəh­şi qə­za­li göz­lə­rin,
Et­di səh­ra­gər­di - cən­nət laü­ba­li göz­lə­rin,-
mət­lə­li 15 - beyt­lik bu qə­zəl şai­rin mə­həb­bət möv­zu­sun­da olan çox az say­da əsər­lə­rin­dən bi­ri­dir. Şeir­də se­vən bir aşi­qin hiss-hə­yə­can­la­rı, mə­şu­qə­sin­dən ya­na ke­çirt­di­yi sar­sın­tı­lar və bu sə­bəb­dən düş­dü­yü hal­lar çox us­ta­lıq­la və emo­sio­nal bir tərz­də ifa­də olun­muş­dur.
Æur­na­lın bu sa­yın­da M.Ha­di­nin ey­zən “Göz­lə­rin” qə­zə­li ki­mi li­rik-aşi­qa­nə ruh­da olan, in­san qəl­bi­ni eh­ti­za­za gə­ti­rən “Mə­nim” rə­dif­li bir qə­zə­li də çap olun­muş­dur. Məc­muə­də “Bir aşi­qi-hür­riy­yə­tin eh­ti­sa­sa­ti-ru­hiy­yə­si­ni təs­vir və iraə edən bir löv­hə­dir”, “Fir­dov­si-il­ha­mat”­da “Bir aşi­qi-na­zə­ni­ni-və­tə­nin eh­ti­sa­sa­ti-ru­hiy­yə­si­ni təs­vir və iraə edən bir löv­he­yi-gi­ram” adı ilə çap olu­nan bu əsər soh­ra­kı ki­tab­la­ra jur­nal­da olan ad­la da­xil edil­miş və tər­tib­çi­lər tə­rə­fin­dən be­lə bir qeyd ve­ril­mış­dir: “Bir aşi­qi-na­zə­ni­ni-və­tə­nin eh­sa­sa­ti-ru­hiy­yə­si­ni təs­vir və iraə edən bir löv­he­yi-qi­ram”. De­mə­li, ilk sər­löv­hə­nin şeir­də­ki azad­lıq ide­ya­sı­na mü­va­fiq olan “a­şi­qi-hür­riy­yət” su­rə­ti­ni “Fİ”­da­kı sər­löv­hə­də an­caq li­rik-və­tən­pər­vər­lik sə­ciy­yə­si da­şı­yan “a­şi­qi-nazənini-və­tən” su­rə­ti əvəz et­miş­dir”.
Bu şei­ri na­kam bir aşi­qin həsb-ha­lı, mo­no­lo­qu da ad­lan­dır­maq olar. Şei­rin ilk bey­tin­də ca­han­da nə­si­bi­nin qüs­sə-qəm ol­du­ğu­nu bil­di­rən şair:
Rə­mi­də ol­ma­da mən­dən şu hu­ri-kəp­ki­xü­ram,
Bu seyd­gəh­də şi­ka­rım olur qü­rab mə­nim, -
de­yə bəx­tin­dən gi­ley­lə­nir və təəs­süf­lə söy­lə­yir ki, sev­gi­li, se­vim­li gö­zə­lim mən­dən hür­küb qaç­dı­ğın­dan, ov­la­dı­ğım qar­ğa­dan baş­qa bir şey ol­mur. Be­lə bir şei­ri mis­ra -mis­ra, beyt-beyt təh­li­lə eh­ti­yac ol­sa da, bö­yük Xə­tib Təb­ri­zi­nin “Şei­ri şərh et­mək onu yaz­maq­dan çə­tin­dir” fik­ri­ni əli­miz­də əsas tu­ta­raq heç bir şərh ver­mə­dən şei­rin bir ne­çə bey­ti­ni nü­mu­nə gə­tir­mək­lə ki­fa­yət­lə­ni­rik.
M.Ha­di­nin jur­na­lın son sa­yın­da “Əb­düs­sə­lim­za­də M.Ha­di” im­za­sı ilə “Əl­vi­da, ya­xud acı bir iq­rar” ad­lı mü­rə­be for­ma­sın­da olan 8 - bənd­lik bir şei­ri çap olun­muş­dur. Şe­ir mət­nin­də heç bir də­yi­şik­lik edil­mə­dən Həş­tər­xan­da çı­xan “Bür­ha­ni-tə­rəq­qi” qə­ze­ti­nin 18 no­yabr 1907-ci il ta­rix­li sa­yın­da və son­ra­kı ki­tab­la­rın­da çap olun­muş­dur.
Do­la­yı­sı ilə “Fü­yü­zat­”ın qa­pa­dıl­ma­sı­na e­ti­raz ki­mi dü­şü­nül­müş bu əsə­rin­də M.Ha­di ye­nə də sa­diq ol­du­ğu ide­ya­la­rı tə­rən­nüm ob­yek­ti­nə çe­vi­rir və on­suz da İs­lam alə­mi­nə olan məhəb­bət­dən do­ğan umu-kü­sü­lər, gi­ley-gü­zar­lar bu şe­ir üçün də apa­rı­cı xət­tə çev­ri­lir. “Ah, bəd­məs­tü xa­ra­bız cüm­lə­miz bir cam­dan” mis­ra­sı ilə baş­la­nan şei­rin elə ilk bən­din­dən şa­ir rəng­lə­ri tünd­ləş­di­rir və bil­di­rir ki, qəf­lət yu­xu­su­na elə dal­mış, cə­ha­lət gir­da­bı­na elə yu­var­lan­mı­şıq ki, min gü­nəş doğ­sa bi­zi va­hi­mə­lər, şüb­hə­lər ge­cə­si­nin xo­fun­dan ayıl­da bil­məz. Sə­bəb­lər çox­dur və ən baş­lı­ca­la­rın­dan bi­ri də, İs­lam­dan, bu gö­zəl din­dən, onun bə­şə­ri və dün­yə­vi qay­da-qa­nun­la­rın­dan uzaq­laş­ma­ğı­mız­da­dır.
E­lə bir ha­la düş­mü­mük ki, “Yox iki qar­daş İs­lam­da yek­bal ola”. Şai­rin dü­şün­cə­si­nə gö­rə bu cür ay­rı­lıq­la­rın, fi­kir bir­lik­lə­ri­nin yox­lu­ğu­nun axı­rı fə­la­kət­lər­lə nə­ti­cə­lə­nə­cək. Ni­cat üçün nə la­zım­dır? Şai­rə gö­rə qəl­bi “nu­ri-ir­fan­la” - maa­rif işı­ğı ilə nur­lan­ma­yan şəxs­lər rə­za­lət və cə­ha­lə­tə qa­lib gə­lə bil­məz­lər, ək­si­nə di­nin və məz­hə­bin əsa­sı­nı, sü­tün­la­rı­nı “rəx­nə­dar” edər­lər. “Üt­lu­bul el­mə və­lov biz-sin....” bu­yur­muş­dur nə­bi (Qur­a­nın “Be­şik­dən mə­za­ra qə­dər oxu, elm öy­rən” ayə­si­nə işa­rə­dir. - İ.Q) hik­mə­ti­ni mü­səl­man qar­daş­la­rı­na xa­tır­la­dan şa­ir bil­di­rir ki, məhz el­mə önəm ver­mə­klə­ri­nin nə­ti­cə­si­dir ki, Qərb öl­kə­lə­ri, xü­su­sən Fi­rən­gis­tan gün­dən-gü­nə tə­rəq­qi edir.

* * *
“Fü­yu­zat” məc­muə­sin­də dərc et­dir­di­yi poe­tik əsər­lə­ri­nin təh­li­lin­dən gö­rün­dü­yü ki­mi, M. Ha­di ən­ə­nə­si­nə sa­diq qa­la­raq VƏ­TƏN, MİL­LƏT və Tan­rı­nın ya­rat­dı­ğı məx­lu­qa­tın ən əş­rə­fi olan İN­SAN, onun ya­şam tər­zi, keç­miş, bu gün, gə­lə­cək haq­qın­da fi­kir və mü­la­hi­zə­lə­ri­ni irə­li sü­rür və bu qə­naə­tə gə­lir ki, bə­şə­riy­yə­tin sa­la­mat­lı­ğı mad­diy­yat­dan da­ha çox mə­nə­viy­yat­la bağ­lı­dır. İn­sa­nın mə­nə­vi cə­hət­dən ka­mil ol­ma­sı isə tə­lim, tər­bi­yə və bö­yü­yüb bo­ya-ba­şa çat­dı­ğı mü­hit­dən ası­lı­dır. Cə­miy­yət azad ol­ma­yın­ca, əx­la­qi və ümum­bə­şə­ri də­yər­lə­rə söy­kə­nən azad dü­şün­cə­lə­rə mey­dan ve­ri­lib bun­la­rın sə­mə­rə­sin­dən bəh­rə­lən­mə­yin­cə nə ka­mil in­san, nə də mü­kəm­məl hə­yat tər­zin­dən bəhs et­mə­yə dəy­məz. İn­san ni­cat və səa­də­ti ax­tar­ma­ma­lı, onu qa­zan­maq üçün mü­ca­di­lə et­mə­li­dir. Ən va­cib şərt ki­mi şəx­si is­tək­lə­rin bə­şə­ri mə­na­fe­lə­rə qur­ban ve­ril­mə­si gə­rək­dir ki, bu­nun da baş yo­lu mə­nə­vi ka­mil­lik­dən ke­çir və, de­mə­li, şi­kəst mə­nə­viy­ya­tın bəh­rə­si zo­ra­kı, hər­ki-hər­ki­li­yə əsas­la­nan cə­miy­yət - za­lım­lar və məz­lum­lar dün­ya­sı, mü­kəm­məl mə­nə­viy­ya­tın bəh­rə­si isə in­sa­nın in­san ki­mi ya­şa­maq is­tək­lə­ri­ni real­laş­dı­ran azad, hürr cə­miy­yət ola­caq­dır.

İs­lam QƏ­RİB­Lİ