Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


KİTABLAR, RƏYLƏR
 

Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


 
Ə­zəl­dən Ba­kı-Ab­şe­ron mü­hi­ti şe­ir, sə­nət, mu­si­qi di­ya­rı ki­mi ta­nı­nıb və bu böl­gə­dən çı­xan bir çox sə­nət adam­la­rı nəin­ki Azər­bay­can­da, bü­tün dün­ya­da ta­nı­nıb­lar. Bu möv­zu­da təf­si­la­tı ilə söz aç­maq olar, hət­ta sil­si­lə mə­qa­lə­lər, ki­tab­lar yaz­maq da va­cib­dir. An­caq bi­zim bu ya­zı­dan məq­səd hə­min mü­hi­tin ye­tir­di­yi is­te­dad­lı bir ya­za­rın, həm bir qə­zəl­xan ki­mi ta­nı­nan, mə­şhur­la­şan, həm də bir Fü­zu­li hey­ra­nı ki­mi ədə­bi ic­ti­maiy­yə­tin diq­qə­ti­ni cəlb elə­yən Ha­cı Ələm­dar Ma­hi­rin ya­ra­dı­cı­lı­ğın­dan müx­tə­sər söz aç­maq­dır.
Ha­cı Ələm­dar Ma­hir haq­qın­da dü­şü­nən­də, yə­ni onun həm Kül­liy­ya­tı, həm də "Mə­nim ta­nı­dı­ğım Fü­zu­li" ki­ta­bı ba­rə­də söz de­mək is­tə­yi ya­ra­nan­da Ba­kı-Ab­şe­ron ədə­bi mü­hi­ti­nin təx­mi­nən sək­kiz əsrdə keç­di­yi yo­la bir nə­zər ye­tir­dim. Azər­bay­can di­lin­də ya­zı­lan ilk qə­zə­lin müəl­li­fi-Hə­sə­noğ­lu­nun müa­si­ri ol­muş Nə­sir Ba­ku­yi­dən tut­muş bu gün şe­ir mey­da­nın­da öz dəst-xət­ti ilə se­çi­lən Arif Bu­zov­na­lı və İl­qar Fəh­mi­yə qə­dər bö­yük bir yol ke­çən hə­min ədə­bi mü­hit Azər­bay­can poe­zi­ya­sı­na bir çox ori­ji­nal, də­yər­li şair­lər bəxş et­miş­dir. Mir­zə Ba­xış Na­dim (1785-1880), Ağa­da­daş Sü­rəy­ya (1850-1900), Əb­dül­xa­lıq Yu­sif (1853-1924), Əb­dül­xa­lıq Cən­nə­ti (1855-1931), Mə­həm­mə­da­ğa Cür­mi (XIX əsrdə ya­şa­mış­dır), Mi­ka­yıl Sey­di (1862-1916), Ağa­da­daş Mü­ni­ri (1863-1940), Ata­ba­ba Hic­ri (1863-1922), Azər Bu­zov­na­lı (1870-1951), Ha­şım­bəy Sa­qib (1870-1931), Sə­məd Mən­sur (1879-1927), Əlab­bas Müz­nib (1882-1938), Bəd­ri Se­yid­za­də (1882-1945), Əli­pa­şa Sə­bur (1885--?),Hə­sən Səy­yar (1891-1936), Əlia­ğa Va­hid (1895-1965), Üm­gül­süm (1898-1944), Cə­fər Rəm­zi (1905-1996), Hü­seyn Na­tiq (1912-1941), Bə­bir Məm­məd­za­də (1914-1942), Bö­yü­ka­ğa Qa­sım­za­də (1916-1957), Mir­zə Ca­vad (1908-1974), Hə­kim Qə­ni (1919-2006) ...və son alt­mış il­də is­te­dad­lı qə­zəl­xan ki­mi ta­nın­mış Əlia­ğa Ba­kir, Ələk­bər Şa­hid, Se­yi­da­ğa, Ha­cı Ma­il (Al­lah on­la­rın ru­hu­nu şad elə­sin!) ...Nə­ha­yət, Ha­cı Ələm­dar Ma­hir. Qə­tiy­yət­lə de­mək olar ki, ad­la­rı­nı çək­di­yim bu şair­lər klas­sik poe­zi­ya­mı­zın ənə­nə­lə­ri­ni ya­şa­da bil­di­lər. Çün­ki so­vet dö­nə­min­də klas­sik şe­ir for­ma­la­rı­na qar­şı bir bi­ga­nə­lik hökm sü­rür­dü, klas­si­ka­nı "köh­nə­lik qa­lı­ğı" ki­mi qə­lə­mə ve­rən­lər az de­yil­di. Hal­bu­ki, sək­kiz əsr­lik Azər­bay­can ədə­biy­ya­tı elə bu klas­si­ka­nın, "köh­nəl­miş for­ma"­la­rın he­sa­bı­na dün­ya ədə­biy­ya­tı­na bir sı­ra in­ci­lər bəxş et­miş­di. Vax­ti­lə, bö­yük ədi­bi­miz Cə­fər Cab­bar­lı Fü­zu­li şei­ri­nin Azər­bay­can poe­zi­ya­sı­nı beş əsr müd­də­tin­də öz əsa­rə­ti al­tın­da sax­la­dı­ğı, bu­nun­la ədə­biy­ya­tın hə­lə də Fü­zu­li tə­si­rin­dən qur­tar­ma­dı­ğı­nı yaz­mış­dı. İn­di bö­yük ədi­bin nə qə­dər haq­lı ol­du­ğu­nu gö­rü­rük. Əgər Cab­bar­lı in­di ya­şa­say­dı, o, "al­tı əsr" ifa­də­si­ni iş­lə­dər­di. Çün­ki klas­sik poe­zi­ya­nın, xü­su­si­lə Fü­zu­li şei­ri­nin tə­si­ri hə­lə də ya­şa­maq­da­dır və biz bu tə­si­ri son iyir­mi il­də tək­cə Ba­kı-Ab­şe­ron ədə­bi mü­hi­tin­də de­yil, Azər­bay­ca­nın di­gər böl­gə­lə­rin­də də hiss edi­rik. Əl­bət­tə, qə­zə­lə, klas­sik şe­ir for­ma­la­rı­na meyil bir sı­ra ma­raq­lı qə­zəl şair­lə­ri ye­tir­di­sə də, ye­ni bir Fü­zu­li, Se­yid Əzim və Ə.­Va­hid ya­ran­ma­di. An­caq bu meyil, bu dir­çə­liş qə­zə­lin, əru­zun müx­tə­lif poe­tik tə­ma­yül­lər sı­ra­sın­da möv­qe­yi­ni sax­la­dı. Bu­ra­da Ha­cı Ələm­dar Ma­hi­rin də bir şa­ir-qə­zəl­xan, Fü­zu­li pə­rəs­tiş­ka­rı ki­mi ro­lu­nu da­na bil­mə­rik.
Ha­cı Ələm­dar Ma­hir də Ba­kı-Ab­şe­ron ədə­bi mü­hi­ti­nin ye­tir­mə­si­dir, bu böl­gə­də mu­ğam və poe­zi­ya mə­ka­nı ki­mi ta­nı­nan Nar­da­ran­da do­ğu­lub. Onun klas­sik poe­zi­ya­ya mə­həb­bə­ti, heç şüb­hə­siz, ilk növ­bə­də, tər­bi­yə al­dı­ğı, ye­tiş­di­yi Nar­da­ran kən­di­nin şe­ir və mu­ğam ha­va­sın­dan ya­ran­mış­sa, ən əsa­sı Fü­zu­li­yə-Şərq poe­zi­ya­sı­nın bu da­hi sə­nət­ka­rı­na pə­rəs­ti­şin­dən, hey­ran­lı­ğın­dan nə­şət edib. Odur ki, söh­bə­ti­mi­zə Ha­cı­nın "Mə­nim ta­nı­dı­ğım Fü­zu­li" mo­noq­ra­fi­ya­sın­dan baş­la­maq is­tər­dik.
Ha­cı Ələm­dar Ma­hir bu ki­ta­bıy­la Fü­zu­li­yə-o bö­yük şai­rə il­lər bo­yu için­də bəs­lə­di­yi mə­həb­bə­ti ifa­də et­miş­dir. Onu müəy­yən mə­na­da təd­qi­qat əsə­ri də say­maq olar, çün­ki bu­ra­da Fü­zu­li ya­ra­dı­cı­lı­ğı­nın poe­tik xü­su­siy­yət­lə­ri şərh olu­nur, onun şeir­lə­rin­də is­ti­fa­də et­di­yi mə­caz­lar sis­te­mi nə­zər­dən ke­çi­ri­lir və be­lə mə­qam­lar­da əsl təd­qi­qat­çı ilə qar­şı­la­şı­rıq. Fü­zu­li haq­qın­da çox ya­zı­lıb və ya­zı­la­caq da. Tə­ki or­ta­da Fü­zu­li adı­na la­yiq əsər­lər ol­sun. Am­ma Fü­zu­li­ni dərk et­mə­dən, onun poe­tik dün­ya­sı­na bə­ləd ol­ma­dan cid­di bir söz de­mək çox çə­tin­dir. Hiss olu­nur ki, Ha­cı Ələm­dar Fü­zu­li hey­ra­nı ol­maq­dan Fü­zu­li­ni dərk et­mə­yə qə­dər bö­yük bir yol ke­çib və bu sə­bəb­dən də "Mə­nim ta­nı­dı­ğım Fü­zu­li" hə­vəs­kar ki­ta­bı de­yil, Fü­zu­li­ni se­vən bir şai­rin dü­şün­cə­lə­rin­dən do­ğub.
El­mi hə­qi­qət isə tək­cə nə­yi­sə təs­diq et­mək­lə, onun iza­hı­nı ver­mək­lə de­yil, həm də mə­lum olan, am­ma mü­ba­hi­sə­yə im­kan ve­rən fi­kir­lə­rə eti­raz ki­mi də sü­but olu­na bi­lər. Elə əsə­rin baş­lan­ğı­cın­da Ha­cı Ələm­dar be­lə bir fi­kir irə­li sü­rür ki, so­vet dö­nə­min­də Fü­zu­li ya­ra­dı­cı­lı­ğın­dan söz açan təd­qi­qat­çı­lar kom­mu­nist re­ji­mi­nin tə­si­ri­lə onu is­lam eh­ka­mın­dan, ir­fan­dan ayır­ma­ğa cəhd gös­tər­miş­lər. Fü­zu­li­yə "müa­sir­lik" do­nu ge­yin­di­rib, onun di­ni dün­ya­gö­rü­şü­nü, ir­fan­la bağ­lı­lı­ğı­nı in­kar et­mək isə bir­tə­rəf­li­li­yə apa­rıb çı­xa­rıb. Di­gər tə­rəf­dən, so­vet döv­rün­də ya­zı­lan bir sı­ra təd­qi­qat­lar­da Fü­zu­li ya­ra­dı­cı­lı­ğı­nın yal­nız so­sio­lo­ji as­pekt­dən iz­lə­nil­mə­si, şai­rin poe­zi­ya­sın­da­kı nəf­si gö­zəl­lik­lə­ri və mə­na ça­lar­la­rı­nı göz­dən qa­çır­ma­ğa gə­ti­rib çı­xa­rıb. Tə­bii ki, biz də bu de­yi­lən­lər­lə ra­zı­la­şı­rıq. Am­ma Ha­cı­ya və ki­ta­ba gi­riş sö­zü ya­zan ca­van müəl­li­fə (Ha­cı Mus­ta­fa Ma­yı­loğ­lu­na) xa­tır­lat­maq is­tə­yi­rik ki, fü­zu­li­şü­nas­lıq­da ye­ni mər­hə­lə­nin baş­lan­ma­sı bö­yük şai­rin ya­ra­dı­cı­lı­ğı­na bu bir­tə­rəf­li mü­na­si­bə­tə son qoy­du. Bu mər­hə­lə­ni isə heç də gi­riş­də de­yil­di­yi ki­mi "giz­li fəa­liy­yət gös­tə­rən poe­tik məc­lis­lə­rin le­qal şə­kil­də fəa­liy­yət gös­tər­mə­yə" baş­la­ma­sı ilə əla­qə­lən­dir­mək doğ­ru ol­maz­dı. Fü­zu­li­şü­nas­lıq elm­dir və Fü­zu­li ya­ra­dı­cıl­dı­ğı­na ye­ni me­yar­lar­la ya­na­şıl­ma­sı da bu el­min öz in­ki­şa­fın­dan do­ğur. Yax­şı olar­dı ki,­ Ha­cı Ələm­dar bu ye­ni mər­hə­lə­də ya­ra­nan əsər­lə­rə mü­ra­ciət edəy­di. Xü­su­si­lə Sa­bir Əli­ye­vin, Sa­mət Əli­za­də­nin bu sa­hə­də xid­mət­lə­ri gə­rək unu­dul­ma­yay­dı.
Ha­cı Ələm­dar Fü­zu­li sə­nə­ti ba­rə­də fi­kir və mü­la­hi­zə­lə­ri­ni sırf Şərq poe­ti­ka­sı kon­teks­tin­də da­vam et­di­rir. Onun fik­rin­cə, Şərq poe­zi­ya­sı­nın bə­diy­ya­tı­na bə­ləd ol­ma­dan Fü­zu­li sə­nə­ti­nin in­cə­lik­lə­ri­ni açıq­la­maq doğ­ru de­yil. Odur ki, müəl­lif Fü­zu­li sə­nə­tin­də­ki bə­la­ğət və onun tər­kib his­sə­lə­rin­dən söz aç­ma­ğı va­cib sa­nır, çün­ki "şeir­də bə­dii ifa­də və təs­vir va­si­tə­lə­ri­ni, es­te­tik xü­su­siy­yət­lə­ri bir alim ki­mi də­rin­dən bi­lən və bir şa­ir ki­mi on­lar­dan bö­yük mə­ha­rət­lə is­ti­fa­də et­mə­yi ba­ca­ran Fü­zu­li, bü­tün şeir­lə­ri­ni bə­la­ğət və onun tər­kib his­sə­lə­ri ilə bə­zə­miş­dir". Bə­la­ğə­tin klas­sik poe­zi­ya­da iş­lə­nən tər­kib his­sə­lə­ri­ni isə müəl­lif aşa­ğı­da­kı ki­mi qrup­laş­dı­rır: təş­bih, is­tia­rə, tə­zad, mü­ba­li­ğə, bə­dii tə­yin, təl­mih, səc, ki­na­yə, mə­caz, tək­rir, ci­nas, lü­ğəz və s. Gö­rün­dü­yü ki­mi, bü­tün ad­lar Şərq şei­ri poe­ti­ka­sın­dan gö­tü­rü­lür, di­li­mi­zə ya­ban­çı olan is­ti­lah­lar­dan sərf-nə­zər edi­lir. Qeyd edim ki, Ha­cı­nın mə­caz, bə­dii tə­yin (epi­tet), təş­bih, is­tia­rə, mü­ba­li­ğə, təl­mih, mü­ləm­mə, iş­ti­qaq, səc, tər­si, toi­zi, ci­nas, bə­dii mü­ka­li­mə, is­tif­ham, lü­ğəz, bə­dii xi­tab­la bağ­lı ver­di­yi tə­rif­lər, bu­na uy­ğun Fü­zu­li­dən gə­ti­ri­lən mi­sal­lar. Bu gün bir çox "Ədə­biy­yat nə­zə­riy­yə­si" dərs­lik­lə­rin­də­ki boş­lu­ğu ara­dan qal­dı­ra bi­lər. ( Bu is­ti­lah­la­rın bir ço­xu ba­rə­də M.Rə­fi­li­nin, C.Xən­da­nın vax­ti­lə çap et­dir­dik­lə­ri "Ədə­biy­yat nə­zə­riy­yə­si" ki­tab­la­rın­da mə­lu­mat ve­ril­miş­di, am­ma hə­min dərs­lik­lər son­ra­lar heç çap olun­ma­dı, Ha­cı Ələm­dar isə bu xü­sus­da söz açar­kən ədə­biy­yat­şü­nas Ma­hi­rə Qu­li­ye­va­nın "Klas­sik Şərq poe­ti­ka­sı" ki­ta­bı­na bir mən­bə ki­mi mü­ra­ciət edir).
Ha­cı Ələm­da­rın "Mə­nim ta­nı­dı­ğım Fü­zu­li" ki­ta­bın­da ən ma­raq­lı his­sə "Fü­zu­li­də eşq məf­hu­mu və "Ley­li və Məc­nun" poe­ma­sı"­dır. Məhz bu his­sə­də müəl­li­fin Fü­zu­li­yə, onun poe­zi­ya­sı­na və bu poe­zi­ya­da ifa­də olu­nan eşq an­la­yı­şı­na nə də­rə­cə­də va­qif ol­ma­sı xü­su­si­lə diq­qə­ti cəlb edir. O, ye­nə də Qərb alim­lə­ri­nin fi­kir­lə­rin­dən sərf-nə­zər edir, "han­sı­sa bir Av­ro­pa şərq­şü­na­sı­nın yox, Fü­zu­li­nin əqi­də­si­ni da­şı­yan mü­səl­man alim­lə­ri­nin fi­kir­lə­ri­nə əsas­lan­maq doğ­ru­dur" de­yir. Biz bu xü­sus­da Ha­cı Ələm­dar­la ra­zı­laş­ma­saq da (hər han­sı el­mi hə­qi­qə­tin da­ha doğ­ru iza­hı üçün, elə bi­li­rəm, Şərq-Qərb böl­gü­sü yox­dur-V.Y.) , am­ma prob­le­min sırf Şərq kon­teks­tin­də iz­lə­nil­mə­si­ni də ma­raq­lı he­sab edi­rik.­ Gə­lin, müx­tə­sər də ol­sa, Ha­cı Ələm­da­rın eşq məf­hu­mu ba­rə­də söy­lə­dik­lə­ri bə­zi fi­kir­lə­ri­nə diq­qət ye­ti­rək: "Bə­zi alim­lər eş­qi iki mər­tə­bə bi­lib mə­ca­zi və hə­qi­qi ad­lan­dır­mış, di­gər­lə­ri də iki gör­müş, la­kin hə­qi­qi və ila­hi de­miş­lər. Bun­lar nə­dir? Eş­qi mə­ca­zi və hə­qi­qi bi­lən alim­lər, onu nə­zər­də tu­tub­lar ki, mə­ca­zi eşq hə­qi­qi eş­qin mü­qəd­di­mə­si­dir. "Mə­caz" sö­zü lü­ğə­ti mə­na­da hə­qi­qi ol­ma­yan, hə­qi­qə­tin ək­si ol­ma­sı­na bax­ma­ya­raq, bu­ra­da hə­qi­qə­tin baş­lan­ğı­cı ki­mi mə­na­la­nır. Yə­ni in­san hə­qi­qi ol­ma­yan eş­qə düş­sə də, düş­dü­yü eşq hər nə­yə aid ol­ma­sı­na bax­ma­ya­raq, əv­vəl-axır ona hə­qi­qi eş­qi gös­tə­rər. Mə­sə­lən, təy­ya­rə­nin quş ki­mi uç­ma­ğı­na bax­ma­ya­raq, uçuş xət­ti ol­ma­sa, o, uça bil­məz. Mə­ca­zi eşq də hə­qi­qi eşq üçün bu cür zə­min ya­ra­dır". Da­ha son­ra: "Eş­qin mər­hə­lə­lə­ri­ni hə­qi­qi və ila­hi ki­mi gö­rən­lər isə be­lə dü­şü­nür­lər ki, mə­ca­zi eşq, əs­lin­də, hə­qi­qi eş­qi tap­maq üçün yal­nız bir ke­çid ola bi­lər. Adın­dan bəl­li ol­du­ğu ki­mi o, hə­qi­qə­tin özü ola bil­məz, an­caq hə­qi­qə­tə bən­zə­yə bi­lər. Bu ba­xım­dan in­san­da əv­vəl hə­qi­qi eşq cil­və­lə­nər ki, ila­hi eş­qi ta­pa bil­sin. Bu nə­zə­riy­yə­lə­rin hər iki­si doğ­ru­dur. An­caq eş­qə iki cür ya­naş­ma­dan əla­və baş­qa bir fi­kir də do­ğur ki, o da bun­dan iba­rət­dir: Eş­qin sa­lik­lə­ri hə­qi­qət­dən ila­hiy­ya­ta doğ­ru hə­rə­kət et­mək­də­dir­lər. La­kin bu iki mər­tə­bə ara­sın­da bə­zi ma­neə­lər, ke­çid­lər var. Bu mər­tə­bə­lər­dən bi­ri mə­ca­zi, o bi­ri Əf­la­tu­ni eşq­dir". Ha­cı Ələm­dar qeyd edir ki, Fü­zu­li, şeir­lə­rin­də tə­rən­nüm et­di­yi eş­qi, tək­cə, vəsf et­mək­lə ki­fa­yət­lən­mə­yib, o, özü də eş­qin şər­bə­tin­dən dad­mış bir hə­qi­qi aşiq­dir. Əs­lin­də, əgər şa­ir, yaz­dıq­la­rın­da gö­rün­mə­sə və ya­xud yaz­dıq­la­rı özün­də əks olun­ma­sa, nə sö­zün­də bir kə­sər olar, nə də adı əbə­diy­yət ta­par.
Əl­bət­tə, məq­sə­dim Ha­cı Ələm­da­rın adı çə­ki­lən ki­ta­bı­nın mə­ziy­yət­lə­ri­ni ya da müəy­yən mü­ba­hi­sə do­ğu­ran mə­qam­la­rı­nı nə­zə­rə çarp­dır­maq de­yil. An­caq hə­qi­qət na­mi­nə de­yim ki, müəl­lif "Ley­li və Məc­nun" poe­ma­sı­nın eşq və ir­fan­la bağ­lı mə­qam­la­rı­nı çox gö­zəl in­cə­lə­yib. O, be­lə bir fik­ri dö­nə-dö­nə vur­ğu­la­yır ki, "Fü­zu­li şeir­lə­ri­nin bə­zə­yi və gü­cü, müx­tə­lif elm­lər­lə ya­na­şı, həm də iman­dır. Bun­la­rı de­mək­də məq­sə­dim odur ki, elm əh­li olan­lar Fü­zu­li ya­ra­dı­cı­lı­ğı­na mü­ra­ciət et­mək və şərh ver­mək is­tə­sə­lər, bi­lik­lər­lə bə­ra­bər, Pey­ğəm­bər (s) və Əh­li-bey­tin (ə) mə­ri­fət­lə­ri­nə, Qu­ra­ni-Kə­ri­min öy­rət­dik­lə­ri­nə əsas­lan­sın­lar. Çün­ki Fü­zu­li məhz İs­lam şai­ri­dir". Əl­bət­tə, biz Ha­cı Ələm­da­rın Fü­zu­li ya­ra­dı­cı­lı­ğı­nı İs­lam di­ni, onun eh­kam­la­rı nöq­te­yi-nə­zə­rin­dən şərh et­mə­si­ni heç də pis qar­şı­la­mı­rıq. Ha­cı Ələm­da­rın öz söz­lə­riy­lə de­sək: “Fü­zu­li ya­ra­dı­cı­lı­ğı, Fü­zu­li sə­nə­ti elə bir dər­ya­dır ki, hər dam­la­sın­da bir dər­ya giz­lə­nib. Bu dər­ya­nın də­rin­lik­lə­ri­nə baş vu­rub onu öy­rən­mək, əl­bət­tə, hər qəv­va­sın qüd­rə­ti da­xi­lin­də de­yil". De­mə­li, Fü­zu­li­ni bü­tün as­pekt­lər­də (di­ni, fəl­sə­fi, psi­xo­lo­ji, tə­biət elm­lə­ri və s.) öy­rən­mək olar və la­zım­dır. Fü­zu­li­ni sırf bir is­lam şai­ri ki­mi öy­rən­mə­yin fay­da­sı da­ha çox­dur.­ Və Ha­cı Ələm­dar da bu mis­si­ya­nı gü­cü ye­tən qə­dər hə­ya­ta ke­çir­mək is­tə­yib.
Ha­cı Ələm­da­rın "Mə­nim ta­nı­dı­ğım Fü­zu­li" ki­ta­bı ba­rə­də bu yığ­cam qey­dim­izi onun­la bi­ti­ri­rik ki, bu əsər Fü­zu­li sə­nə­ti­nə yax­şı bə­ləd olan bir söz ada­mı­nın ori­ci­nal dü­şün­cə­lə­ri ki­mi ma­raq­lı­dır, bu­ra­da öy­rən­mək is­tə­dik­lə­ri­mi­zi öy­rən­dik, mü­ba­hi­sə do­ğu­ran mə­qam­lar­da isə ra­zı­laş­ma­dıq.. Am­ma Ha­cı Ələm­da­rın sev­di­yi, ta­nı­dı­ğı Fü­zu­li bi­zim də Fü­zu­li­mi­zə çev­ril­di.
­İn­di isə Ha­cı Ələm­dar Ma­hi­rin "Kül­li­yyat­"ı ba­rə­də. Bu "Kül­liy­yat­"ı Fü­zu­li və klas­sik poe­zi­ya hey­ra­nı­nın əməl­də tə­cəs­sü­mü say­maq olar. Əl­bət­tə, Fü­zu­li­ni və klas­sik poe­zi­ya­nı se­vən hər kəs şa­ir ola bil­məz. Şair­lik poe­tik is­te­dad­la bağ­lı­dır.­Tə­bii ki, tə­sir mə­sə­lə­si ikin­ci də­rə­cə­li amil­dir. Ha­cı­nın "Kül­liy­yat­"ı (nə­dən­sə, o, bu­nu "Di­van" adıy­la təq­dim et­mə­yib) de­yər­dim ki, klas­sik Azər­bay­can şei­ri­nin ya­şa­rı ənə­nə­lə­ri­nin ən sə­lis, ən bi­çim­li for­ma­da tə­cəs­sü­mü­dür. ­Bu gün "Di­van" adıy­la şe­ir kül­liy­ya­tı­nı təq­dim edən­lə­rin sa­yı ço­xa­lır, am­ma mə­sə­lə­ni kə­miy­yət ba­xı­mın­dan de­yil, key­fiy­yət ba­xı­mın­dan izah et­mə­li ol­saq, Ha­cı Ələm­da­rın "Kül­liy­yat­"ı bi­zə da­ha xoş tə­sir ba­ğış­la­dı.
Əv­və­la, Ha­cı Ələm­dar klas­sik şe­ir poe­ti­ka­sı­na və mə­də­niy­yə­ti­nə ki­fa­yət qə­dər yax­şı bə­ləd­dir. Əru­zu bil­mə­dən, onun in­cə­lik­lə­ri­nə bə­ləd ol­ma­dan, ya­xud klas­sik poe­zi­ya­da mü­ra­ciət olu­nan on­lar­la, yüz­lər­lə təş­beh­lə­rin, me­ta­fo­ra­la­rın, bə­dii tə­yin­lə­rin, di­gər təs­vir va­si­tə­lə­ri­nin han­sı mə­qam­da iş­lən­mə­si­ni dü­rüst müəy­yən­ləş­dir­mə­dən, bun­la­rın ma­hiy­yə­ti­nə var­ma­dan qə­zəl yaz­maq müş­ğül­dür. İkin­ci­si, müa­sir çağ­da Azər­bay­can qə­zə­li­nin di­li xey­li də­rə­cə­də sa­də­ləş­miş­dir, an­caq klas­sik poe­zi­ya­ya məx­sus ərəb və fars­ca bir çox söz bir­ləş­mə­lə­rin­dən də im­ti­na et­mək müm­kün de­yil. Bu xü­sus­da Ha­cı Ələm­dar­la baş­qa bir qə­zəl­xan- Şa­hin Fa­zil ara­sın­da ge­dən bir mü­ba­hi­sə­ni də xa­tır­lat­maq olar. Şa­hin Fa­zil be­lə bir fi­kir irə­li sü­rür­dü ki, in­di­ki Azər­bay­can qə­zə­li­ni müt­ləq Azər­bay­can di­lin­də, yə­ni ərəb və fars kəl­mə­lə­ri­ni, iza­fət tər­kib­lə­ri­ni az iş­lət­mək və ya heç iş­lət­mə­mək­lə yaz­maq la­zım­dır. Ha­cı Ələm­dar isə bu­nun qey­ri-müm­kün ol­du­ğu­nu söy­lə­yir və əl­bət­tə, müəy­yən də­rə­cə­də haq­lı­dır. Bu sə­bəb­dən də Ha­cı Ələm­da­rın qə­zəl­lə­rin­də klas­sik qə­zəl­lər­dən gə­lən iza­fət tər­kib­lə­ri­nə bol-bol rast gə­li­rik. Bu cə­hə­ti onun "Kül­liy­ya­tı"­na ön söz ya­zan qo­ca­man qə­zəl­xan Ən­vər Nə­zər­li də qeyd edir: "Ma­hi­rin şeir­lə­ri bə­zi nöq­san və qü­sur­lar­dan da xa­li de­yil­dir. Bun­lar­dan ən baş­lı­ca­sı bir sı­ra şeir­lə­rin­də di­li­nin qə­liz ol­ma­sı, iza­fət bir­ləş­mə­lə­rin­dən is­ti­fa­də et­mə­si, hər oxu­cu­nun ba­şa dü­şə bil­mə­di­yi rəm­zi ifa­də­lər, ob­raz­lar, kö­kü müx­tə­lif hə­dis və di­ni rə­va­yət­lə­rə söy­kə­nən fi­kir­lər, müd­dəa­lar var­dır ki, bun­lar şei­rə ağır­lıq gə­ti­rir". Biz də bu de­yi­lən­lər­lə ra­zı­la­şı­rıq. Am­ma bü­tün bun­lar onun qə­zəl­lə­ri­nə cid­di mə­na­da elə bir xə­ləl gə­tir­mir, çün­ki bu qə­zəl­lər­də mə­na var, sö­zün ob­raz­lı ifa­də­si var və ən baş­lı­ca­sı, beyt­lərara­sı, mis­ra­la­ra­ra­sı mən­tiq po­zul­mur.
Ü­çün­cü­sü isə, Ha­cı Ələm­dar əruz vəz­ni­ni yax­şı bil­di­yi üçün onun ək­sər bəhr­lə­ri­nə mü­ra­ciət edir. Bu cə­hə­ti biz müa­sir qə­zəl­xan­la­rı­mı­zın de­mək olar ki, ək­sə­riy­yə­tin­də gör­mü­rük. On­lar da­ha çox əru­zun rə­məl bəh­ri­nə mü­ra­ciət edir­lər.
Nə­ha­yət, onu da qeyd edim ki, Ha­cı Ələm­da­rın qə­zəl­lə­ri -is­tər sa­də ya­zıl­sın, is­tər­sə də için­də fars­dan, ərəb­dən gə­lən iza­fət tər­kib­lə­ri ilə diq­qə­ti çək­sin- müa­sir qə­zəl­lər­dir, yə­ni XX-XXI əsr şai­ri­nin bə­dii tə­fək­kü­rün­dən do­ğub bu qə­zəl­lər. O­nun li­rik qəh­rə­ma­nı da bi­zim müa­si­ri­miz­dir, am­ma öz klas­sik sə­ləf­lə­ri-Məc­nun və Fər­had ki­mi eş­qi­nə sa­diq­dir, cə­fa çək­mə­yi çox se­vir.
Ha­cı Ələm­da­rın qə­zəl­lə­ri Fü­zu­li­nin "Qə­zəl de ki, məş­hu­ri-döv­ran ola.." tə­lə­bi ilə səs­lə­şir de­sək, əs­la ya­nıl­ma­rıq. Onun ək­sər qə­zəl­lə­ri mə­na­ya xid­mət edir, am­ma tə­bii ki, bu mə­na və məz­mun emo­sio­nal bi­çim­də­dir, qa­fi­yə, rə­dif, da­xi­li qa­fi­yə us­ta­lı­ğın­da­dır, hər bey­tin məz­mu­nu ilə for­ma­nın har­mo­ni­ya təş­kil et­mə­si hə­min qə­zəl­lə­rin baş­lı­ca mə­ziy­yə­ti­nə çev­ri­lir.
Kö­nül, dün­ya qə­min tərk et, do­lan mey­xa­nə-mey­xa­nə,
­A­tıb dər­di, hə­ya­tın vur ba­şa məs­ta­nə-məs­ta­nə.
Bə­la sər­məs­ti­yəm sa­qi, gə­tir vəs­lin şə­ra­bın­dan,
Mə­ni məst ey­lə­məz hər mey, içəm pey­ma­nə-pey­ma­nə.
O­lay­dı kaş bir gün ki, gə­ləy­di naz­lı ca­na­nım,
De­yəy­dim dər­di­mi ca­na­nı­ma, bir da­nə-bir da­nə.
O­nun­çün atə­şi-hic­ra­nı­na pər­va­nə tək yan­dım,
Ba­xıb bu ha­lı­ma bil­sin nə­dir pər­va­nə, pər­va­nə.
Kö­nül, di­va­nə­lik­dən qaç, sə­fa yox­dur bi­ya­ban­da,
Ba­xar bu dəşt­də, an­caq gö­rər di­va­nə, di­va­nə.
Hə­qi­qət­dən ni­şan var­sa sö­zün­də yaz-ya­rat Ma­hir,
Da­nış­ma boş ye­rə an­caq ça­lış, əf­sa­nə-əf­sa­nə.
"Kül­liy­yat"­da di­van ədə­biy­ya­tı­na da­xil edi­lən klas­sik şe­ir for­ma­la­rı­nın ək­sə­riy­yə­ti öz ək­si­ni ta­pıb. Bu­nun­la be­lə, biz on­la­rın hər bi­ri haq­qın­da mü­fəs­səl mə­lu­mat ver­mək fik­rin­də de­yi­lik.­Qı­sa­ca de­yə bi­lə­rik ki, qə­zəl­lər­dən son­ra "Kül­liy­yat"­da kə­miy­yət eti­ba­ri­lə çox­luq təş­kil edən di­ni şeir­lər­dir. Əl­bət­tə, bu şeir­lə­rin ürək­dən ya­zıl­dı­ğı­na heç bir şüb­hə­miz yox­dur, bu şeir­lər Ha­cı­nın Al­la­ha sev­gi­sin­dən ya­ra­nıb. Am­ma qə­zəl­lə­rin­də­ki mə­na yü­kü­nü, ob­raz­lı ifa­də tər­zi­ni bu şeir­lər­də o qə­dər də hiss et­mə­dik.­Son­ra gə­lir "ib­rət­na­mə­lər" - nə­si­hət­va­ri şeir­lər, elə bun­lar da məz­mun eti­ba­ri­lə di­ni şeir­lə­ri­nin da­va­mı­dır. Son­ra gə­lir təx­mis­lər. Təx­mis yaz­maq bə­dii us­ta­lıq tə­ləb edir. Ha­cı Fü­zu­li­dən, Se­yid Əzim­dən və Va­hid­dən təx­mis­lər edib.­ Beş­lik for­ma­sın­da olan, hər bən­din üç mis­ra­sı özün­dən, iki mis­ra­sı baş­qa bir şai­rin qə­zə­lin­dən iba­rət olan təx­mis­də mə­na ar­dı­cıl­lı­ğı­na ria­yət et­mək, ey­ni bəh­ri, öl­çü­nü sax­la­maq mə­ha­rət tə­ləb edir. Fü­zu­li­nin Hə­bi­bi­dən təx­mis et­di­yi "Gər sə­nin­çün qıl­ma­yam çak, ey bü­ti-na­zik­bə­dən..." qə­zə­li­ni xa­tır­la­yaq. Ha­cı Ələm­da­rın təx­mis­lə­ri də bi­zə bu ba­xım­dan ma­raq­lı tə­sir ba­ğış­la­dı:
Ey kö­nül, eşq alə­min səh­ra bi­lən arif de­yil,
Yar ku­yin cən­nə­ti-mə­va bi­lən arif de­yil,
Dəh­ri­də hər şey­də bir mə­na bi­lən arif de­yil,
"Hik­mə­ti-dün­ya­vü ma­fi­ha bi­lən arif de­gil,
A­rif ol­dur bil­mə­yə dün­ya­vü-ma­fi­ya nə­dir.."
Ol­du Adəm nəs­li ey aşiq, fə­ra­ğın məh­rə­mi
­Sal­dı qəm gir­da­bı­na, Ma­hir ki­mi çox həm­də­mi,
Tut­du bu dün­ya­nı yek­sər ahü fər­ya­dın qə­mi,
"A­hü fər­ya­dın Fü­zu­li, in­ci­dib­dir alə­mi,
Gər bə­la­yi-eşq ilə xoş­nud isən qov­ğa nə­dir.."
Son­ra di­gər klas­sik şe­ir for­ma­la­rı gə­lir: mü­xəm­məs­lər,­ mü­rəb­be­lər, fəx­riy­yə­lər, qi­tə­lər, müx­tə­lif şeir­lər. Bir söz­lə, di­van ədə­biy­ya­tı­nın for­mal tə­ləb­lə­ri­nə əməl olu­nur.
Ha­cı Ələm­dar Ma­hi­rin bu ki­tab­la­rı haq­qın­da qeyd­lə­ri­mi­zi onun "Söz" qə­zə­lin­dən bu iki beyt­lə ta­mam­la­yaq. Qoy Ha­cı bu mis­ra­lar­da­kı poe­tik hə­qi­qə­tə sa­diq qal­sın:
Tut sö­zü da­im özün­dən yük­sək, ey şa­ir kö­nül,
Çün­ki AL­LAH gön­də­rib­dir Əh­mə­di-Mux­ta­rə söz.
Hər sö­zə meyl et­mə Ma­hir, sal­ma qiy­mət­dən sö­zü,
Çıx­dı bir gün bəl­kə, qiy­mət al­ma­ğa ba­za­rə söz.