Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ
 

Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


 
i­ri­dir. O, is­te­dad­lı şa­ir və dra­ma­turq ki­mi ədə­biy­ya­tı­mı­zın ən yax­şı ənə­nə­lə­ri­ni la­yi­qin­cə da­vam et­di­rən nə­həng fi­kir və söz ko­ri­fey­lə­rin­dən ön­cü­lü ki­mi yad­daş­lar­da si­lin­məz iz qoy­muş­dur.
Bö­yük Ca­vi­din çox­şa­xə­li ədə­bi ya­ra­dı­cı­lı­ğın­da, ha­be­lə ge­niş ic­ti­mai-pe­da­qo­ji ir­sin­də in­san kon­sep­si­ya­sı, onun əq­li, mə­nə­vi, əx­la­qi-ira­di və fi­zi­ki tər­bi­yə­si mü­hüm yer tu­tur. Ca­vi­də gö­rə, ka­mil in­sa­nı fi­zi­ki-cis­ma­ni ba­xım­dan yet­kin ol­ma­dan tə­səv­vür et­mək qey­ri-müm­kün­dür. Odur ki, bö­yük maa­rif­çi öz pe­da­qo­ji fəa­liy­yə­tin­də ahəng­dar və hər­tə­rəf­li nəs­lin ye­tiş­di­ri­lib for­ma­laş­ma­sın­da fi­zi­ki tər­bi­yə və sağ­lam­lıq mə­sə­lə­lə­ri­nə la­zı­mi diq­qə­tin ar­tı­rıl­ma­sı­nın zə­ru­ri­li­yi­ni xü­su­si qeyd edir­di.
H.Ca­vi­din ədə­bi ir­si elə bir zən­gin xə­zi­nə­dir ki, onu araş­dır­dıq­ca qə­dim türk­lə­rin alp-ər­dəm­li soy-kö­kün­də, et­no­ge­ne­zin­də qə­rar­laş­mış qəh­rə­man­lıq, igid­lik əla­mət­lə­ri qa­nı­na, ca­nı­na hop­muş, on­la­rın mə­nə­vi ruh­la­rı­nın ma­ya­sı olan ya­şa­yış qay­da-qa­nun­la­rı, hə­yat tər­zi qa­yə­si­nə də­rin­dən ya­xın­la­şır­san. Ca­vi­din "To­pal Tey­mur" əsə­ri türk xal­qı­nın bö­yük sər­kər­də­si Fa­teh Tey­mu­ra həsr olun­sa da, əsər­də yal­nız Tür­küs­ta­nın de­yil, bü­töv­lük­də Tu­ran alə­mi­nin uzaq qə­ri­nə­lər­dən gə­lən alp-ərən­lik ru­hu çır­pı­nır. Əsər­də Tey­mu­run ye­ni bir sa­va­şa ha­zır­laş­dı­ğın­dan xə­bər­dar olan Ol­qa Or­xa­na de­yir: "Hal­bu­ki, onun üzün­də heç bir şid­dət və hə­yə­can izi yox..." hər za­man­ki vü­qar və cid­diy­yə­ti, hər za­man­kı ha­lı üs­tün­də".
Şair Or­xa­nın söz­lə­ri ilə bö­yük ira­di güc, səbr, dö­zü­mə ma­lik olan qap­lan şü­caət­li sər­kər­də­nin da­xi­li alə­mi­ni açıq­la­yır. Yə­ni, Ca­vid tək­cə bö­yük sər­kər­də olan Tey­mur ob­ra­zı­nın təh­li­li­nə ça­lış­mır, o, ey­ni za­man­da, fi­zi­ki-ira­di key­fiy­yət­lə­rin in­san xa­rak­te­rin­də ya­rat­lı­ğı də­yi­şik­lik­lə­ri, onun son­ra­kı fəa­liy­yə­tin­də əl­də edə­cə­yi qa­bi­liy­yət­lə­rin il­kin əsa­sı ki­mi qa­ba­rıq ciz­gi­lər­lə ve­rir.
Hə­ya­ti təc­rü­bə­lər təs­diq et­miş­dir ki, çə­tin, ağır sı­naq­la­ra tab gə­tir­mək üçün, hər şey­dən ön­cə, in­sa­nın ira­də­si tər­bi­yə edil­mə­li­dir. Heç tə­sa­dü­fi de­yil ki, qəh­rə­man­lı­ğı ya­ra­dan bö­yük ira­di əzm, təm­kin, də­ya­nət, fi­zi­ki in­ki­şaf, xa­rak­ter və özü­nəi­nam­dır.
H.Ca­vid, cə­sa­rə­ti, hü­nə­ri qar­şı­sın­da baş əy­di­yi, səc­də et­di­yi, se­və­rək ya­rat­dı­ğı bö­yük Əmir Tey­mu­run ye­nil­məz bir şəx­siy­yət ki­mi for­ma­laş­ma­sın­da fi­zi­ki tər­bi­yə amil­lə­ri­nin, o cüm­lə­dən, ma­hir mi­ni­cil­lik qa­bi­liy­yə­ti, ox-yay süz­dür­mə­si, qı­lınc çal­ma­sı, qur­şaq tut­ma­sı, ha­be­lə, sə­riş­tə­li bir səy­yad ki­mi ov­çu­luq­da ad qa­zan­ma­sı ilə ya­na­şı, gö­zəl şah­mat ba­ca­rı­ğı­nı da vur­ğu­la­yır: "Mə­nə xa­qan­lar xa­qa­nı, Tu­ra­ğay oğ­lu Tey­mur der­lər. Mən Ye­şil şə­hər­də dün­ya­ya atıl­dım, Sə­mər­qənd­də nəş­vü nü­ma bul­dum. Ba­bam Bar­las qə­bi­lə­si­nin hökm­ra­nı, özüm Gür­gan nəs­li­nin baş qəh­rə­ma­nı..."
Ye­rə, gö­yə sığ­ma­yan fəhm-fə­ra­sət, iti, çe­vik yad­daş, tan­rı­nın bəxş et­diyi cə­sa­rət, qə­tiy­yət, cis­ma­ni dö­züm və in­tə­ha­sız fi­zi­ki qüd­rət... ha­mı­sı bu di­ri­baş türk co­cu­ğu­nun cis­mi­ni bə­lə­miş­di. Bö­yük hökm­dar son­ra is­teh­za­lı tə­bəs­süm­lə əla­və edir: "Mən on iki ya­şın­da ikən kən­dim­də bir fə­ra­sət və bö­yük­lük duy­ma­ğa baş­la­dım. Mə­nim­lə gö­rü­şən­lə­ri cid­di bir vü­qar və hör­mət­lə qu­bul edər­dim. On sək­kiz ya­şım­da mi­ni­cil­lik və av­çı­lı­ğa hə­vəs et­dim. Vəq­ti­min ço­xu­nu Qu­ran oxu­maq­da, şah­mat oy­na­maq­da və at oy­nat­maq­da ke­çir­dim. Son­ra Əmir Qa­za­na ya­naş­dım, Hü­seyn Kürd ilə sa­vaş­dım. İl­yas Xo­ca­ya qoş­dum, və­zi­rin­lə po­zuş­dum. Ora­dan uzaq­laş­dım, türk­mən­lə­rə əsir düş­düm. Son­ra bir çox ar­ka­daş­la bu­luş­dum. Blu­cis­tan­la vu­ruş­dum. Gah qa­lib gəl­dim, gah məğ­lub ol­dum. Ayaq­dan bir ya­ra al­dım, iş­tə böy­lə ağ­saq qal­dım. Əvət mə­nəm ya­ra­lı ars­lan, mə­nəm To­pal Qap­lan".
Ca­vi­din "To­pal Tey­mur" əsə­rin­də­ki mü­ba­riz ruh o döv­rün türk məi­şə­tin­dən, onun qay­nar hə­ya­tın­dan doğ­muş­dur. Mə­lum hə­qi­qət­dir ki, qə­dim türk tay­fa­la­rı dö­yüş­kən nə­sil­lər olub öz gü­za­ran­la­rı­nı, gün-dir­rik­lə­ri­ni hərb, sa­vaş gü­cü­nə ya­rat­mış­lar. Döv­rün ru­hu, uzun müd­dət mü­ba­ri­zə mey­dan­la­rı­na da­vam gə­tir­mək üçün bir çox fi­zi­ki təm­rin­lə­rin, ira­di key­fiy­yət­lə­rin, güc-qüv­vət püx­tə­ləş­di­rən sa­vaş­la­rın aşı­lan­ma­sı­nı tə­ləb edir­di. Ca­vid Tey­mur ob­ra­zı­nın sa­də təs­vi­rin­də də hə­min key­fiy­yət­lə­ri elə bir us­ta­lıq­la təs­vir edir ki, oxu­cu dər­hal "bu or­ta boy­lu, qə­vi bün­yə­li, omuz­la­rı ge­niş, bar­maq­la­rı yu­var­laq, qıl­ça­la­rı uzun, əzə­la­tı ğa­yət sağ­lam" şəx­siy­yət­də da­xi­li sə­bat, bö­yük ira­di qüv­və hiss edi­lir. Türk sər­kər­də­si­nin qan­lı, aman­sız qov­ğa və dö­yüş­lər­dən hər də­fə qa­li­biy­yət­lə çıx­ma­sı­nın baş­lı­ca sə­bəb­lə­rin­dən bi­ri də türk­lə­rin hə­lə uşaq­kən da­va, sa­vaş mey­dan­la­rın­da bər­ki­mə­sin­dən irə­li gə­lir: "Biz türk­lər ça­dır al­tın­da do­ğar, açıq səh­ra­lar­da, qan­lı mü­ha­ri­bə­lər­də ölü­rüz... Mü­ha­ri­bə­də ölən­lər ev­də ölən­lər­dən say­ca da­ha az­dır. Mən­cə mü­ba­ri­zə­siz bir ömür, ömür de­yil... Biz türk­lə­rə qü­rur və nə­şə ve­rən bir şey var­sa, o da mü­ha­ri­bə, o da qa­bi­liy­yət­dir".
Ca­han­şü­mul bir sər­kər­də, qüd­rət­li ca­han­gir olan Tey­mur şəx­siy­yə­ti in­sa­na hör­mət, igi­də, mər­də bö­yük sə­da­qət his­si təl­qin edir. İl­dı­rım Bə­ya­zi­di əsir al­dı­ğı za­man ona riş­xənd­lə yaz­dı­ğı, kin­li, acı və zə­hər­li söz­lə­ri unu­da­raq de­yir: "İş­tə, mən bu mək­tub­da­kı söz­lə­ri­zi­zi unut­dum və si­zi əfv et­dim. Yal­nız əfv et­mək de­yil, hət­ta mə­həb­bə­ti­ni­zi də qa­zan­maq is­tə­rəm".
Məğ­rib­dən-məş­ri­qə qə­dər hü­dud­suz əra­zi­lə­ri dün­ya­ya mey­dan su­la­yan Tey­murun ira­də­si qan­lı mü­ba­ri­hə­lər­də, qov­ğa­lı sa­vaş­lar­da, cəng dö­yüş­lə­rin­də for­ma­laş­mış­dır. Mü­tə­şək­kil və ni­za­mi or­du­su ilə dün­ya­nı lər­zə­yə sa­lan Tey­mur iti zeh­ni, də­mir ira­də­si, bö­yük si­ya­sə­ti ilə nəin­ki şərq alə­min­də, elə­cə də qərb­də ta­nı­nan, qə­bul edi­lən hərb xa­di­mi ki­mi ən nə­həng si­ma­lar­dan bi­ri ol­muş­dur: "Son­ra Cet­lə­ri boğ­dum, Cı­ğa­tay eli­ni Ma­və­rün­nəhr­dən qov­dum, Sə­mər­qən­də gir­dim, xalq­dan hör­mət gör­düm. Qu­rul­tay ça­ğır­dım, sö­zü­mü ke­çir­dim. Bəlx şə­hə­ri­nə var­dım, Əmir Hü­sey­nin işi­ni bi­tir­dim. Tək­rar Sə­mər­qən­də dön­düm. Əmir elan olun­dum. Qə­mə­rəd­din­lə çar­pı­şıb qa­lib gəl­dim; Qı­zı Dil­şad ağa­yı al­dım. Xa­rəz­mə gir­dim, qə­lə­lə­ri­ni de­vir­dim. Azər­bay­can qu­ca­ğı­ma atıl­dı. Kür­düs­tan təs­lim ola­raq qur­tul­du, Er­mə­nis­tan və Gür­cüs­tan xə­rac­gü­za­rım ol­du. Qa­ra­qo­yun­lu­lar üs­yan et­di, ayaq al­tın­da əzil­di. Şah Mən­sur tüğ­yan et­di, bir an­da ba­şı kə­sil­di. Əvət mə­nəm ca­han­gir da­hi!... Mə­nəm hərb al­la­hı!..."
H.Ca­vi­din la­yiq­li təd­qi­qat­çı­la­rın­dan olan, ya­ra­dı­cı­lı­ğı­nın çi­çək­lən­di­yi bir dövr­də dün­ya­sı­nı çox er­kən də­yi­şən məh­rum tən­qid­çi Mə­sud Əlioğ­lu ədi­bin fi­zi­ki ya­ra­dı­cı­lı­ğın­da ira­di - əx­la­qi, əq­li və in­tel­lek­tual ba­xım­dan öz ox­şa­rı olan fi­kir və qı­lınc ca­han­gir­lə­ri­nə is­tək və ar­zu­la­rı­nı açıq­la­yır: "Ca­vid qəh­rə­man­lı­ğın, cən­ga­vər­li­yin pa­fo­sun­da bü­tün ru­hu ilə ya­xın­dan bağ­lı ol­muş və əzə­mət­li şəx­siy­yət­lə­rin bə­dii su­rə­ti­ni rəsm et­mək­dən da­xi­li nə­şə və se­vinc duy­muş­dur"(1).
Ca­vid "To­pal Tey­mur" əsə­rin­də or­ta əsr­lər türk xalq­la­rı ara­sın­da po­pul­yar id­man nö­vü ki­mi ta­nı­nan gim­nas­ti­ka (ak­ro­ba­ti­ka), həm­çi­nin atüs­tü mil­li xalq oyun­la­rın­dan olan çov­kan, qə­pəq, xü­su­si­lə ci­rid oyu­nu, ha­be­lə müx­tə­lif oyun və əy­lən­cə­lə­rin mu­si­qi­nin mü­şa­yiə­ti al­tın­da ke­çi­ril­mə­si­ni ya­da sa­lır. Ədib bu id­man oyun­la­rı və əy­lən­cə­lə­rin mu­si­qi sə­da­la­rı al­tın­da hə­ya­ta ke­çi­ril­mə­si­nirn zə­ru­ri­li­yi­ni də unut­mur. "Hə­lə Hin­dis­tan­dan gəl­mə can­baz və oyun­çu­lar, mi­zah­çı və lə­ti­fə­çi­lər, rəq­qas və rəq­qa­sə­lər... Bir tı­qım ci­rit oyun­la­rı. Pəh­lə­van­la­rın gü­ləş­mə­si, ya­şıl-qır­mı­zı rəng­lər­lə bo­yan­mış fil­lə­rin oy­na­dıl­ma­sı, hər dür­lü xa­nən­də və sa­zən­də, hər çe­şit ya­rış və əy­lən­cə ger­çək­dən in­sa­nı sər­xoş edi­yor".
Da­hi dra­ma­tur­qu­muz pə­rəs­tiş et­di­yi, həm də ma­hir bi­li­ci­si ol­du­ğu şah­mat­dan per­so­naj­la­rın di­li ilə, is­tər ob­raz­lı, is­tər­sə də bə­dii ifa­də va­si­tə­si ki­mi mə­caz şək­lin­də ya­ra­dı­cı­lı­ğın­da bu oyu­na mü­hüm yer ayı­rır­dı. Qay­naq­la­rın mə­lu­ma­tı­na gö­rə, bü­tün mə­na­lı öm­rü­nün hər­bə həsr et­miş, say­sız qov­ğa və gənc sa­vaş­lar­da bər­ki­miş tür­kün ca­han­gir sər­kər­də­si asu­də vax­ta­rın­da şah­ma­ta sa­rı­lar­mış.
Bö­yük xa­qa­nın hə­ya­tın­da şah­mat­la bağ­lı bə­zi ma­raq­lı mə­qam­la­ra di­gər mən­bə­lər­də də töv­si­yə edi­lir. "İl­dı­rı­mı Şa­hən­şah Tey­mu­run ça­dı­rı­na gə­tir­di­lər. De­yir o vaxt qə­lə­bə ça­lın­dı­ğı­nı gö­rən Tey­mur oğ­lu Şah­rux­la şət­rənc oy­na­yır­dı. Xid­mət­çi İl­dı­rı­mın gə­ti­ril­mə xə­bə­riy­lə ça­dı­ra gir­di­yi an Tey­mur şa­hı ilə qar­şı­da­kı qa­la­nı və "Şah ruh!" de­miş­di (“ruh” şah­mat­da qa­la da­şı­nı­nın adı­dır, yə­ni - top-M.A.). Bu qə­ri­bə tə­sa­düf­dən son­ra Əmi­rin əsl adı Müi­püd­dün­ya Sə­id Ba­ha­dır olan oğ­lu Şah­rux adı­nı al­dı".(2)
Ta­ri­xən tür­kün düş­mən­lə­ri tə­rə­fin­dən dün­ya­ya za­lım, zülm­kar və qa­ni­çən bir fa­teh ki­mi təq­dim edi­lən Əmir Tey­mur şəx­siy­yə­ti, Ca­vid ya­ra­dı­cı­lı­ğın­da rus şo­vi­nist im­pe­ri­ya­sı­nın tüğ­yan et­di­yi bir dövr­də yük­sək sə­nət­kar­lıq­la təs­vir edilmiş­dir. Yur­du­na, xal­qı­na son­suz mə­həb­bə­ti, or­du­su­na, əs­gə­ri­nə qay­ğı­keş mü­na­si­bə­ti, öz ulu­la­rın­dan əxz et­di­yi ağıl, ira­də, səbr, fit­ri is­te­dad məhz qüd­rət­li Tey­mur şəx­siy­yə­ti­ni xa­rak­te­ri­zə edən yük­sək in­sa­ni key­fiy­yət­lər­dir. "Or­xan! Əcə­lə edir­sən, mən sə­ni al­çalt­maq de­yil, yal­nız im­ta­han et­mək is­tə­dim. Unut­ma ki, Tey­mur şah­mat oy­nar­kən be­lə, tax­ta­dan ya­pıl­mış ki­çik bir pi­ya­da­nı qeyb et­mək is­tə­məz. Hal­bu­ki sən cə­sur və eş­siz bir qəh­rə­man­san. Əvət, sə­nin mə­ha­rət və cə­sa­rə­tin iş­lə­di­yin qə­ba­hət­dən da­ha bö­yük­dür. Ol­qay­dı, o də­yər­li ya­di­ga­rı mü­ka­fat ola­raq sə­nə ba­ğış­la­dım. Fə­qət qəl­bin onun, dü­şün­cə və bi­lik­lə­rin bi­zim ol­sun".
H.Ca­vid "Şey­da" əsə­rin­də zül­mə, is­tis­ma­ra, haq­sız­lı­ğa döz­mə­yən azad, mü­tə­rəq­qi fi­kir­li Şey­da mü­rət­tib­lə­ri mü­ba­ri­zə­yə, in­qi­la­ba səs­lə­yir, əza­zil rus ça­rı­nın is­tib­da­dı­na qar­şı üs­ya­na ha­ray­la­yır. "Fi­ro­nu qəhr edən Mu­sa bir ço­ban­dan baş­qa bir şey de­yil­di. La­kin sar­sıl­maz bir ruh­la mey­da­na atıl­dı. Öy­lə qəd­dar, za­lım bir im­pe­ra­to­ra qa­lib gəl­di. Zöh­ha­kı məhv edən Ga­və yox­sul, ar­xa­sız bir də­mir­çi idi. Fə­qət atəş­li bir qəlb­lə in­qi­la­ba baş­la­dı, öy­lə xun­xar, məğ­rur bir hökm­da­rın tax­tı­nı ba­şı­na çe­vir­di. Mə­cid əfən­di kim­dir?... Yal­nız o de­yil, hət­ta onu qu­dur­dan qo­ca­man rus çar­lı­ğı be­lə bu gün­ya­rın ye­rin di­bi­nə ba­tar."
Ə­sər­də Şey­da öz ta­le və xoş­bəxt­li­yi­ni is­tiq­lal sa­va­şın­da ax­ta­rır. Onun fi­kir­lə­ri­ni əxz edən mü­rət­tib­lər:
İş­tə yal­nız qey­rət və cə­sa­rət is­tə­yir... Əvət, yal­nız sə­bat və mə­ta­nət is­tə­yir.
Hə­min əsə­rin di­gər bir ye­rin­də isə, bi­rin­ci mü­rət­ti­bin di­li ilə əsa­rət zən­ci­rin­dən, zülm bu­xo­vun­dan qur­tul­maq üçün yal­nız və yal­nız ki­şi­cə­si­nə mə­ta­nət, ər­cə­si­nə hü­nər, türk­cə­si­nə bit­kin bir qey­rə­tin ol­ma­sı zə­ru­ri­li­yi vur­ğu­la­yır: "Bi­rin­ci mü­rət­tib "İş­tə ça­rə­si qo­lay!... Yal­nız kə­miy­yət, qey­rət la­zım... Yal­nız ər­kək­cə mə­ta­nət la­zım... Yox­sa, hə­ra­rət ki­mi üzü üs­tə sü­rün­dük­cə, əs­la ağ gün gör­mi­yə­cə­yik. Həm də gün­dən-gü­nə əzi­lib məhv ola­ca­ğıq".
Ə­di­bin "İb­lis" əsə­rin­də za­tən ali­cə­nab, hu­ma­nist, nə­cib vəh­şi­yar bir in­san ki­mi təq­dim edi­lən El­xan, həm də qorx­maz, fə­da­kar bir su­rət­dir. El­xan həm də nə­cib və tə­miz adam­la­rın da­dı­na ça­tır, on­la­ra dər­hal əl tu­tub fə­la­kət­dən xi­las edir. O, son mə­qam­da mü­cər­rəd ideal­la­ra qa­pa­nıb, föv­qə­la­də, ila­hi bir qüv­və­yə ma­lik ol­ma­ğa xə­yal bəs­lə­yir. El­xan ideal bir ar­zu ilə, al­la­ha sı­ğın­maq, asi ol­maq ar­zu­su ilə ya­şa­yır.
Dra­ma­turq "İb­lis" əsə­rin­də gü­cü, fi­zi­ki dö­zü­mü, də­ya­nə­ti və şü­caə­ti ilə se­çi­lən İbn Yə­min ba­rə­də da­ha mü­fəs­səl söh­bət açır. Hərb dö­yüş­lə­rin­də mi­sil­siz hü­nər və rə­şa­dət gös­tər­miş bu ərəb za­bi­ti­ni heç bir qüv­və qor­xu­da bil­mir. Mü­ba­ri­zə­lər bu­rul­ğa­nın­da as­lan tək çar­pı­şan bu cə­sur sər­kər­də­nin di­li ilə şa­ir de­yir:
Ya­şa­maq is­tə­yir­mi­sən, çar­pış,
Hər­bə qoş, həp vu­ruş, ya əz, ya əzil!
On­suz ir­mək mu­ra­da çox müş­kül.
Məs­lək və amal rəm­zi, cə­sa­rət və qə­tiy­yət mü­cəm­mə­si olan Ca­vid ya­ra­dı­cı­lı­ğın­da "Hə­yat mü­ba­ri­zə­si" möv­zu­su xususi əla­hid­də yer tu­tur. Şai­rin "İb­lis", "Haq­qı­nı sən mü­ba­ri­zə ilə alar­san" və s. əsər­lə­rin­də bu prob­lem da­ha ət­raf­lı açıq­la­nır. Vax­ti­lə zo­ra­kı­lıq, əsa­rət, kö­lə­lik, mə­lun­luq və s. ki­mi mür­tə­ce, tə­ca­vüz­kar qüv­və­lə­ri yox edib, azad­lıq haq­qı­nı qa­zan­maq üçün o, xal­qı mü­ba­riz ol­ma­ğa, fə­da­kar­lıq gös­tər­mə­yə səs­lə­yir. Şa­ir "Qü­ru­ba qar­şı" ad­lı şei­rin­də bu­na rəğ­mən ya­zır­dı:
Ça­lış həm qa­lib ol, mərd ol! Bu ay­dın bir hə­qi­qət­dir:
Ca­han bir na­zə­nin dil­bər ki, yal­nız mər­də qis­mət­dir...
Bö­yük ədib "Uçu­rum" əsə­rin­də Uluğ bə­yin di­lin­dən Qərb­dən Şər­qə ke­çən bir çox zə­rər­li tə­sir­lə­ri, gənc­lə­rin əx­laq həd­di­ni aş­ma­sı və on­la­rın mə­nə­vi şi­kəst­li­yə sü­rük­lə­mə­si kimi halları tənqid edir.
Ca­vid za­man-za­man öl­kə­də Av­ro­pa mü­hi­ti­nin ya­yıl­ma­sı­na, türk gənc­lə­ri­nin bu meş­şan mə­də­niy­yə­tin bia­bır­çı ün­sür­lə­ri­nə heç cür dö­zə bil­mə­yə­rək, vax­ti­lə dün­ya­ya mey­dan oxu­muş Me­te, Çin­giz, Tey­mur, Sul­tan Meh­met sə­ləf­lə­ri­nin çı­lız­laşd­ma­sı­na dö­zə bil­mir, on­la­rı və­tən­pər­vər, hü­nər­li, əq­li və fi­zi­ki ba­xım­dan ka­mil öv­lad­lar ki­mi gormək istəyir:
...Sər­səm fi­rəng əda­sı,
Sər­xoş­luq, if­fət­siz­lik
Sar­dı bü­tün gənc­lə­ri,
Zə­hər­lən­di get­dik­cə
Məm­lə­kə­tin hər ye­ri.
Qəh­rə­man Oğuz­la­rın,
Bö­yük Ər­toğ­rul­la­rın,
Sar­sıl­maz xə­ləf­lə­ri

H.Ca­vid "Xəy­yam" pye­sin­də tür­kün föv­qəl­bə­şər ca­han­gir­lə­rin­dən olan səl­cuq hökm­da­rı Alp Ars­la­nın coş­ğun dö­yüş eh­ti­ra­sı­nı, vü­rüş mey­dan­la­rın­da qeyz­lən­miş şir ki­mi gös­tər­di­yi əf­sa­nə­vi hü­nər və rə­şa­də­ti­ni, ye­nil­məz­li­yi­ni ya­da sa­lır.
Şair nə­ha­yət­siz güc və dö­zü­mə, də­mir ira­də­yə ma­lik ulu ba­ba­sı­nın ca­han­gir­li­yin­dən san­ki həzz du­yur, ulu xə­lə­fi­nin ye­nil­məz rə­şa­də­ti­ni vəsf et­mək­dən il­ham ala­raq yük­sək poe­tik us­ta­lıq­la onu təs­vir edir:
Alp Ars­lan, o məğ­rur in­san
Ge­ri dön­müş sa­nı­ram Cey­hun­dan.
O­ra­da et­miş­di əha­li üs­yan,
Gö­rü­nür, sus­muş o qız­ğın tu­fan.
Səl­cuq­la­rın növ­bə­ti cəng sa­va­şın­da rum­lar üzə­rin­də par­laq qə­lə­bə çal­mış Alp Ars­la­nın şə­rə­fi­nə təm­tə­raq­lı zi­fa­yət ve­ri­lir. Qüd­rət­li xa­qa­nın bu mü­zəf­fər yü­rü­şün­dən xoş­nud olan xal­qa Xa­cə Ni­zam (Xa­cə Ni­zam­mül­mülk Hə­sən ibn Əli, səl­cuq sul­tan­la­rın­dan Alp Ars­lan və Mə­lik şa­hın və­zi­ri ol­muş­dur - M.A.) bö­yük sər­kər­də­nin ba­ha­dır­lıq şü­caə­ti­ni, ye­nil­məz qəh­rə­man­lı­ğı­nı haq­lı ola­raq də­rin fə­rəh və il­ham­la vəsf edir:
Sa­ra­yın iş­tə bö­yük alə­mi var...
Şan­lı bay­ram­dır, əzi­zim, bu ge­cə,
Var zi­ya­fət­lə ge­niş əy­lən­cə.
Bu gün Alp Ars­lan için xoş bir gün,
Qey­sə­ri-Ru­ma o gəl­miş üs­tün.
Bö­yük ədi­bin 1910 - cu il­də yazdı­gı bir­pər­də­li "Ana" pye­si onun ilk mən­zum dra­mı­dır. Əsər­də təs­vir olun­muş ha­di­sə­lər Da­ğıs­tan mü­hi­tin­də cə­rə­yan edir. Pye­sin qəh­rə­ma­nı Səl­ma xa­nım qor­xu­bil­məz, as­lan ürək­li, məğ­rur bir qa­dın­dır. Onun Qan­po­lad ad­lı oğ­lu da hü­nər­vər, mərd və mü­ba­riz bir gənc­dir. Ana qəd­dar, ca­ni, baş­kə­sən, qu­duz xis­lət­li adam­la­rın tə­qi­bi­nə si­nə gə­rə­rək öz ci­yər­pa­ra­sı­nı ərən­lə­rə xas igid­lik­lə, mərd­lik­lə mü­ha­fi­zə edir:
...Bü­tün dün­ya top­la­nıb gəl­sə hər­giz,
Al­lah şa­hid, mən onu ver­məm ələ.
­İn­saf yox­mu? Səl­ma öl­mə­miş hə­lə!
Dra­ma­turq "Ma­ral" ad­lı əsə­rin­də türk sər­kər­də­lə­rini, fü­tu­hat­lar fəth et­miş nə­cib, ali, adil və fə­zil pad­şah və xa­qan­la­rı­nı qə­də­rin­cə ta­nı­ma­dı­ğı­mız­dan də­rin təəs­süf his­si ke­çirir.
Ə­di­bin fik­rin­cə, tür­kün ca­van­şir oğul­la­rı bü­tün ca­han­da öz yük­sək bə­şə­ri key­fiy­yət­lə­ri, mər­da­nə­li­yi və sə­mi­mi­li­yi­lə ta­nı­nıb­lar. Odur ki, Ca­vid ya­ra­dı­cı­lı­ğın­da tür­kün ta­ri­xən haqq, əda­lət, vic­dan na­mi­nə çar­pı­şan hökm­dar­la­rı ilə öyü­nüb fə­xa­rət duy­ma­ğı­mı­za qa­da­ğa qo­yan­lara qar­şı mü­ba­ri­zə­yə qal­xır. Yük­sək in­tel­lek­ti, də­rin eru­di­si­ya­sı, zə­ka­və­ti və sə­bat­lı­ğı ilə hey­rət do­ğu­ran Qa­zi Bür­ha­nəd­din, Mir­zə Ca­han­şah Hə­qi­qi, Şah İs­ma­yıl Xə­tai, Hü­seyn Bay­qa­ra, Şah­rux Mir­zə, Uluq Bəy, I Mah­mud, II Mah­mud və b. ne­çə-ne­çə cə­mi xa­qan­la­rı­mız bö­yük fi­lo­sof, mü­tə­fək­kir, rəs­sam, mu­si­qi­şü­nas, xət­tat, maa­rif­çi, şa­ir ol­maq­la­rı ilə ya­na­şı, həm də qı­lınc və söz ba­ha­dı­rı ki­mi sol­maz şöh­rət­lə­ri­lə ta­rix­də si­lin­məz iz­lər qoy­muş­lar.
Ə­dib bu əsə­rin­də hə­min mil­li if­ti­xa­rı­mız olan ta­ri­xi şəx­siy­yət­lə­ri­mi­zin kim­li­yi­ni sü­bu­ta ye­tir­mək üçün cid­di cəhd gös­tə­rir və Çin­giz bə­yin di­lin­dən de­yir: "...Öy­lə çü­rük hə­qi­qət­lər bir ta­qım boş qa­fa­la­ra yer­lə­şə bi­lər. Mü­ha­ki­mə­li bir adam, öy­lə if­ti­ra­la­ra əs­la qu­laq ver­mə. Aza­cıq in­saf et­mə­li, iş­tə həp mil­lə­tin ta­ri­xi mey­dan­da... Əc­nə­bi­lər bö­yük İs­gən­dər, bö­yük Na­pa­leon de­yə öz qəh­rə­man­la­rı­na abi­də­lər yap­dı­rır, hey­kəl­lər tik­di­rir­lər. Fə­qət biz­lər!.. Biz­lər isə Çin­giz ki­mi ca­han­gir­lə­rə, Tey­mur ki­mi qəh­rə­man­la­ra xun­xar, Tey­mur ki­mi qəh­rə­man­la­ra xun­xar, ca­na­var de­yə - lə­kə­lə­mək is­tə­yi­riz!...
Bö­yük dra­ma­tur­qun fi­zi­ki tər­bi­yə və qəh­rə­man­lıq mo­tiv­lə­ri üzə­rin­də kök­lən­miş "Afət" əsə­rin­də üs­yan­kar ruh­lu cən­ga­vər ki­mi təq­dim et­di­yi oğuz igi­di Ər­toğ­ru­lun di­lin­dən alp­lı­ğa, ər­dəm­li­yə səs­lə­yən hay­qır­tı­sı bu­lu­nur. Əsər­də gənc mü­hər­rir döv­rü­nün müa­sir­lə­ri­nə hə­ya­tın keş­mə­keş­li bu­rul­ğa­nın­da fi­zi­ki və mə­nə­vi gü­cü­nü sə­fər­bər edə­rək ağır məh­ru­miy­yət­lə­rə tab gə­ti­rib mü­ba­ri­zə­yə qal­xa­raq fəhm-fə­ra­sət, əzm­kar­lıq gös­tər­mə­yin mərd­lə­rə xas olan xü­su­siy­yət ol­du­ğu­nu vur­ğu­la­yır.
Ca­vid ya­ra­dı­cı­lı­ğın­da həm də fi­zi­ki tər­bi­yə­nin əsas növ­lə­rin­dən olan id­ma­nın tu­rizm, o cüm­lə­dən onun tər­kib his­sə­lə­rin­dən və kö­mək­çi va­si­tə­lə­rin­dən olan tə­nəz­zöh və gə­zin­ti­lə­rə, sə­ya­hət və eks­kur­si­ya­la­ra da bu və ya di­gər şə­kil­də qis­mən də ol­sa müəy­yən yer ayır­mış­dır. Can­lı tə­biə­tin əs­ra­rən­giz gu­şə­lə­ri­ni sey­rə dal­maq, saf su, bol ok­si­gen, gü­nəş şüa­sı, ya­şıl­lıq və s. ki­mi tə­bii amil­lə­rin sağ­lam­lı­ğın mü­ha­fi­zə­sin­də və möh­kəm­lən­di­ril­mə­sin­də əvəz­siz rol oy­na­dı­ğı­nı ay­dın dərk edən ədib, hə­min prob­lem­lə bağ­lı öz fi­kir və mü­la­hi­zə­lə­ri­nin ədə­bi ir­sin­də işıq­lan­dır­ma­ğı özü­nə mə­nə­vi borc bil­miş­dir.
Ə­di­bin "Uçu­rum" pye­sin­də Ək­rə­min dos­tu Yıl­dı­rı­ma çox ge­niş miq­yas­lı, həm də uzun­müd­dət­li sə­ya­hət­dən də­rin həzz du­ya­raq mə­nun ol­du­ğu­nu be­lə izah edir:
...Çox uzun sür­dü yap­dı­ğın sə­ya­hət.
Ə­vət, bir qaç dağ­lar, də­niz­lər aş­dım,
Bü­tün Tu­ran el­lə­ri­ni do­laş­dım,
Da­ğıs­tan­da keç­di son sə­ya­hə­tim,
O­nun­çün də­yiş­miş həp qi­ya­fə­tim...
Sə­ya­hət­dən zövq alan bir türk için
Krım yal­lı­la­rı, İdil boy­la­rı,
Qaf­qaz dağ­la­rı, şan­lı türk soy­la­rı
­Bi­rər sər­gi­dir - sey­ri­nə do­yul­maz...
Ca­vid möh­kəm xa­rak­te­ri, heç bir sə­ciy­yə­vi xü­su­siy­yə­ti ol­ma­yan, tez-tez tə­sir al­tı­na dü­şən, zə­if ira­də­li, bir söz­lə, xa­rak­ter­siz in­san­la­rı heç cü­rə qə­bul et­mir. Ədi­bin dra­ma­tur­gi­ya­sı­na nə­zər ye­tir­sək, onun ya­rat­dı­ğı bü­tün su­rət­lər qəh­rə­man ruh­lu, əzm­kar, cən­ga­vər xa­rak­ter­li tip­lər­dir. Ca­vi­də gö­rə, ru­hi və mə­nə­vi xü­su­siy­yət­lə­ri­ni qa­ba­rıq şə­kil­də fərq­lən­di­rən xa­rak­ter, hə­min fər­din müx­tə­lif şə­rait­də­ki dav­ra­nı­şın­da, baş­qa adam­la­ra mü­na­si­bə­tin­də, ic­ti­mai və şəx­si hə­ya­tın ver­di­yi qiy­mət­də tə­za­hür edir. Əsl mər­da­nə in­san­la­rın xa­siy­yət və key­fiy­yət­lə­ri mü­hi­tin, onu əha­tə edən ic­ti­mai qu­ru­lu­şun tə­si­ri ilə ya­ra­nır və tər­bi­yə olu­nur. Ədi­bin ya­ra­dı­cı­lı­ğın­da­kı ic­ti­mai-si­ya­si, mil­li-mə­nə­vi, ira­di-əx­la­qi fi­kir­lər onun Tey­mur, Ər­toğ­rul, Or­xan, Sə­ya­vuş, Azər, Ma­ral, Şey­da və b. qəh­rə­man tip­lə­ri dön­məz xa­rak­te­ri, mə­tin və əzm­li­yi ilə tə­şək­kül ta­pır ki, bü­tün bun­lar da əsə­rin for­ma və məz­mun özü­nə­məx­sus­lu­ğu­nu şərt­lən­di­rir.
Ca­vid "Azər poe­ma­sın­da­kı "Də­niz kə­na­rın­da" baş­lıq­lı böl­mə­sin­də Azə­rin di­li ilə müa­sir müs­bət də­yi­şik­lik­lə­ri təb­liğ edir, köh­nə­li­yi dəf et­mə­yə, gə­lə­cə­yə can at­ma­ğa, öz öl­kə­si­nin la­yiq­li və­tən­da­şı ol­ma­ğa səs­lə­yir. Gənc­lər­də cə­sa­rə­ti, gü­cü, qüv­və­ti təl­qin et­mək­lə, on­la­rı "öz ev­lə­ri­nin cə­pə­rin­dən" di­şa­rı çıx­ma­ğa, bu­nun üçün "çə­lik qol­la­ra", qar­tal ki­mi ge­niş sə­ma­lar­da süz­mək üçün "qüv­vət­li qa­nad­la­ra" ma­lik ol­ma­ğı töv­si­yə edir:
Çar­pış, el­mi bir in­qi­lab isə sən
Qəh­rə­man ol, öc al da vəh­şət­dən
Mən­li­yin im­di in­lə­yir­sə, ya­rın
Qa­bi­liy­yət­lə par­la­sın al­nın.
Sə­ni yal­nız öyün­dü­rər qüv­vət,
Qüv­və­tin var­sa, haqq sə­nin­dir, əvət.
La­kin ins­na­da yox­sa əq­lü zə­ka,
Sa­də qüv­vət­də yox sə­mər əs­la.
Ya­ra­dı­cı­lı­ğın­da ka­mil in­sa­nı həm də fi­zi­ki - cis­ma­ni ba­xım­dan yet­kin, gü­cü, qüv­vət­li təq­dim edən Ca­vid "Azər" poe­ma­sın­da mən­sub ol­du­ğu mil­lə­ti­nin et­nos men­ta­lın­da­kı xa­rak­te­rik xü­su­siy­yət­lə­rin­dən zühr edən alp­lı­ğı, ər­dəm­li­yi, mərd­li­yin əsas tə­za­hür ki­mi də­yər­lən­dir­di. İra­di möh­kəm­li­yin, mə­tin­li­yin, xa­rak­ter bü­töv­lü­yü­nün fi­zi­ki in­ki­şaf­la, fi­zi­ki-cis­ma­ni yet­kin­lik­lə bir­ba­şa əla­qə­si­ni vəh­dət­də gö­rən şa­ir, qə­tiy­yən ya­nıl­mır. Da­hi dra­ma­turq ça­lış­qanl­şı­ğı, iş­gü­zar­lı­ğı, tə­kid­li­li­yi, inad­kar­lı­ğın fi­zi­ki tək­mil­ləş­mə­yə, ira­di in­ki­şa­fa tə­kan ve­rən va­cib amil ol­du­ğu­nu be­lə də­yər­lən­di­rir­di:
Əs­rin yav­ru­la­rı olun... əvət an­caq cə­sa­rət,
An­caq çə­lik qol­lar ve­rin in­san­la­ra səa­dət...
Hər qüv­və­tə üs­tün gə­lir an­caq qor­xu­suz bə­şər,
Ca­han igir ər­lə­rin­dir, qor­xaq gö­zə çöp dü­şər.
Qor­xu - si­nə­si bir mə­rəz ki, azar azar öl­dü­rər,
Nə­şə­siz bir öm­rü an­caq mü­ba­ri­zə gül­dü­rər.
"Ca­han igid ər­lə­rin­dir, qor­xaq gö­zə çöp dü­şər" de­yən Ca­vid xal­qı­nın qor­xu­bil­məz bü­tün ca­van­şir öv­lad­la­rı­nı da­im hü­nə­rə, rə­şa­də­tə səs­lə­yir. Onun fik­rin­cə, Və­tən, tor­paq, mil­lət uğ­run­da fə­da­kar­lıq gös­tər­mək üçün on­lar, hər şey­dən ön­cə, fi­zi­ki tər­bi­yə məş­ğə­lə­lə­ri­nə, oyun­la­ra, mil­li xalq id­man növ­lə­ri­nə sıx bağ­lı ol­ma­lı­dır­lar. Be­lə id­man təm­rin­lə­rin­dən bi­ri də qur­şaq tut­maq, küş­tü ya­pış­maq, bir söz­lə, gü­lə­şin müx­tə­lif növ­lə­ri­nə cid­di meyl və hə­vəs gös­tər­mək­dir. Şa­ir "Azər" poe­ma­sın­da en­li çi­yi­nə, qa­ba­rıq si­nə­yə, oy­naq, şiş­man əzə­zə­lə­rə, po­lad qol­la­ra ma­lik tə­pər­li, ci­yər­li ba­ha­dır­la­rın fi­zi­ki mə­ha­rət­lə­ri­ni ürək­dən al­qış­la­yır:
Bir pəh­lə­van qo­şub hə­mən
Gü­ləş mey­da­nı­na gir­di.
Hop­lar­kən önə, ge­ri­yə,
Ba­lıq ət­lər şi­şib dur­du.
Mə­nə bir eş yox­mu, de­yə
­Hər kə­sə mey­dan oxur­du.
Bu haq­da qa­lın göv­də­li,
So­yun­muş bir göy­lü gəl­di...
Son­ra gür­büz, çe­vik, əs­mər
Bir gənc atıl­dı mey­da­na.
H.Ca­vi­də gö­rə, sağ­lam or­qan­la­ra, güm­rah, qıv­raq bə­də­nə ma­lik vü­qar­lı, şux, cüs­sə­li in­san­la­rın for­ma­laş­ma­sın­da bə­dən tər­bi­yə­si hə­rə­kət­lə­ri, fi­zi­ki vər­diş­lər müs­təs­na əhə­miy­yət kəsb edir. Əsər­lə­rin­də kos­la müx­tə­lif oyun­la­ra, üz­gü­çü­lü­yə, gim­nas­ti­ka­ya və s. la­zı­mi diq­qət ye­ti­rən bö­yük ədib, gö­rü­nür öz şəx­si hə­ya­tın­da da fi­zi­ki təm­rin­lə­rə müəy­yən yer ayı­ra­raq, xü­su­si­lə xal­qı­mız ara­sın­da ta­ri­xən ge­niş şöh­rət tap­mış id­ma­nın gü­ləş nö­vü­nə da­ha çox alu­də ol­ma­sı da tə­sa­dü­fi de­yil­dir. Qay­naq­la­rın mə­lu­ma­tı­na gö­rə, qıv­raq əh­za­la­ra, cüs­sə­li vü­cu­da, mə­tin ira­də­yə ma­lik o əyil­məz, vü­qar­lı, bit­kin şəx­siy­yət uşaq və gənc­lik çağ­la­rın­da id­ma­nın bu nö­vü­nə həd­siz ma­raq gös­tər­miş­dir. Şa­ir "Azər" poe­ma­sın­da per­so­naj­la­rı­nın di­li ilə dö­nə-dö­nə gü­lə­şin adı­nı yad et­mə­si də tə­sa­dü­fi de­yil­dir. O, ey­ni za­man­da xal­qı­nın in­san­la­rı­na xoş ov­qat, qıv­raq, möh­kəm bə­dən, sağ­lam, güm­rah, əsəb, nik­bin­lik, ra­hat­lıq, gö­zəl əh­val-ru­hiy­yə ar­zu­la­yır ki, bü­tün bun­la­rın föv­qün­də fi­zi­ki tər­bi­yə məş­ğə­lə­lə­ri, mü­tə­hər­rik­lik du­rur:
Mə­nim ən çox di­lə­di­yim siz­lər için:
Sağ­lam bə­dən, sağ­lam si­nir, sağ­lam be­yin.
Ca­vid "Sə­ya­vuş" əsə­rin­də gü­ləş­mək, qı­lınc dö­yüş­dür­mək, ox at­maq, ov ov­la­maq, at sə­yirt­mək ki­mi fi­zi­ki təm­rin­lə­rə çox bö­yük yer ayır­mış­dır. Əsə­rin Za­bi­lis­tian­da Sə­ya­vu­şun bir göy də­bil­qan­lı­sı ilə qı­lınc vu­ru­şu tə­li­mi ilə baş­la­ma­sı tə­sa­dü­fi de­yil. Çün­ki Ca­vid Tu­ran ta­ci­da­rı Key­ka­vus oğ­lu Sə­ya­vu­şun qəh­rə­man­lı­ğı­na həsr et­di­yi bu əsə­rin­də be­lə səh­nə­lə­rə tez-tez rast gə­li­nir. Köy­də Zal oğ­lu Rüs­təm­dən dərs alan Sə­ya­vuş: "Ər gə­rək ər mey­da­nın­da çar­pı­şa", Nə de­yir və şəst­lə o yan bu ya­na gəp­diş elə­yə­rək mey­dan su­la­yır. Öz fi­zi­ki güc və qüd­rə­ti­ni, cis­ma­ni gü­nə­şi­ni, co­şan əzə­mə­ti­ni ir­da­di im­kan­la­rı­nı nü­ma­yiş et­dir­mək is­tə­yir.
Ə­sər­də Sə­ya­vu­şun şü­caə­ti, tək­rar­sız fi­zi­ki gü­cü, bir söz­lə, fi­zi­ki ka­mil­lik möv­qe­yi ön pla­na çə­ki­lir. Tə­biə­tən fit­ri qorx­maz­lı­ğı, tə­kid­li­li­yi və inad­kar­lı­ğı ilə fərq­li se­çi­lən Sə­ya­vuş ət­ra­fı­nı bü­rü­müş sa­ray "ər­ka­nı-hər­bin­dən", zə­ma­nə­si­nin ad­lı-san­lı zor pəh­lə­van­la­rın­dan ye­nil­məz şü­caə­ti, cə­sa­rə­ti ilə fərq­lə­nir.
Hü­nər və zi­rək­li­yi sa­yə­sin­də el hör­mə­ti qa­za­nan Sə­ya­vuş us­ta­dı Rüs­təm Zal ki­mi "göy ca­maa­tı­nın", el-oba adam­la­rı­nın haq­qı­nı mü­da­fiə edən, məz­lum­la­rın mü­ha­fi­zə­çi­si, ca­hil müf­ti­lə­rin, za­lım xa­qan­la­rın, ta­lan­çı mə­mur­la­rın aman­sız qə­ni­mi­dir. Xal­qı­nın azad­lı­ğı yo­lun­da dön­məz mü­ba­ri­zə­lər aləm­də ta­nı­nan Sə­ya­vuş və Rüs­tə­mi Zal güc­də, qüv­vət­də bir-bi­ri­nə tay­dı­lar. La­kin hər iki­si bu bə­ra­bər güc­dən zövq alır və bi­ri-bi­ri­nə pa­xıl­lıq et­mir:
Rüs­təm: Yal­nız eş­dir ona Zal oğ­lu Rüs­təm.
Sə­ya­vuş: Mən sən­dən öy­rən­dim qəh­rə­man­lı­ğı,
Ye­nil­səm də yox­dur pe­şi­man­lı­ğı.
Rüs­təm: Nə sən, nə mən! Biz ər oğ­lu ər­lə­riz,
Güc­də, sal­dı­rış­da həp bə­ra­bə­riz.
Şair Rüs­tə­mi Zal ki­mi əf­sa­nə­vi pəh­lə­van­dan id­ma­nın və hərb tə­li­min giz­li sir­lə­ri­ni də­rin­dən mə­nim­sə­miş Sə­ya­vuş da öz müəl­li­mi ki­mi çi­nar boy­lu, di­var kü­rək­li, fil qüv­və­li hü­nər­vər bir ba­ha­dı­ra çev­ril­miş­di. Sə­ya­vu­şun Əf­ra­si­yab şa­hın qar­da­şı Gər­şi­vəz­lə vu­ruş mey­da­nın­da tək­bə­tək cən­gə atıl­ma­sı əsər­də be­lə gös­tə­ri­lir:
Birər-birər baslandı doyus,
Gərsivə­zə üs­tün güldi Səyavus...
Halal olsun qəh­rəman adı.
Ə­sər­də öz yur­du­nun ba­sıl­maz­lı­ğı­nın qey­ri-müm­kün­lü­yü­nə is­ti­na­dən ya­ğı­la­ra mey­dan oxu­yan Sə­ya­vuş, sər­da­rı ol­du­ğu qoç igid­lə­ri­nin cü­rə­ni­nə və özü­nün sar­sıl­maz qəh­rə­man­lı­ğı­na ar­xa­yın­lı­ğı sa­yə­sin­də rə­qib­lə­ri­nə bə­ri baş­dan hök­mü­ra­nə və tu­tar­lı şə­kil­də öz fi­zi­ki və hər­bi qüd­rət­lə­ri­ni bə­yan edir:
Yur­du­muz çey­nə­yən
Say­ğı­sız hər kim ol­sa.
­İ­nan ki, çox sür­mə­dən,
Diz çö­kə­cək qar­şı­da.
Biz­də də­mir bi­lək­lər,
Çə­lik qol­lar az de­yil;
Sal­dı­rı­cı hü­nər­lər,
Mərd oğul­lar az de­yil.
Də­ya­nət, igid­lik və fə­da­kar­lıq Ca­vid qəh­rə­man­la­rı­nın ən baş­lı­ca xü­su­siy­yə­ti­dir. Sa­ra­ya gə­ti­ri­lən Sə­ya­vu­şun fi­zi­ki-ira­di ha­zır­lı­ğı, sağ­lam­lıq və gö­zəl­li­yi ba­xan­la­rı va­leh edir. Key­ka­vus hə­rə­mi gö­zəl Sü­da­bə və onun gənc ca­ri­yə­lə­ri də o şəst­lə ba­xan ca­van­mər­din vü­qar­lı du­ru­şu­na, əzə­mə­ti­nə hey­ran­lıq­la­rı­nı giz­lə­də bil­mir­lər:
Sə­ya­vu­şun sağ­lı­ğı­na iç­di­lər,
O, həm gənc və gö­zəl, həm də cən­ga­vər...
Ə­vət çe­vik­lik­də bən­zər qap­la­na,
Qəh­rə­man­dır, üs­tün gə­lir ars­la­na.
Güc­süz tan­rı­dan­sa güc­lü qəh­rə­man,
Səc­də­yə, hör­mə­tə la­yiq hər za­man.
İ­ran və Tu­ran də­li­qan­lı­la­rı­nın toq­quş­du­ğu bir məc­lis­də İran sən­cə­və­ri­nin di­li ilə: "Hay­dı, qor­xunc olur hü­cu­mu tür­kün", - de­mə­si tə­sa­dü­fi de­yil. Əsr­lər bo­yu çox­lu əra­zi­lər fəth edən, zəbt et­di­yi əra­zi­lə­ri həm də abad­laş­dı­ran və hə­min hü­dud­suz əra­zi­lə­ri öz əsa­rətində sax­la­ya bi­lən türk xal­qı­nın əs­gər­lə­ri şüb­hə­siz ki, igid və cən­ga­vər ol­ma­lı idi. Tə­sa­dü­fi de­yil ki, şa­ir Sə­ya­vu­şun ana­sı­nın türk, ata­sı­nın fars ol­du­ğu­na bir in­cə­lik­lə to­xu­nur:
Çün­ki əq­rə­ba.
Dö­nük­lük et­məz­mi ya?
­A­na­sı­dır tu­ran­lı...
Ya­zı­çı igid və cən­ga­vər­lik mo­tiv­lə­ri­lə zən­gin "Sə­ya­vuş" pye­sin­də əsə­rin baş qəh­rə­ma­nı "Ər gə­rək ər mey­da­nın­da çar­pı­şa" de­yə­rək hay­qı­ran gənc Sə­ya­vu­şun ob­ra­zın­da fi­zi­ki ka­mil­lik yo­lu ilə for­ma­la­şan hü­nərin, rə­şa­də­tin, ba­ha­dır­lı­ğın işar­tı­la­rı­na da­ha çox tə­sa­düf edi­rik. İn­tə­ha­sız güc və qüv­və­ti, mi­sil­siz şü­caə­ti və ye­nil­məz­li­yi­lə kül­lü ca­han­da adı dil­lər əz­bə­ri olan Rüs­tə­mi Zal­dan pəh­lə­van­lıq dər­si al­mış Sə­ya­vuş, öz mür­şü­dü Rüs­tə­min fi­zi­ki us­ta­lı­ğı­nı, cis­ma­ni qüd­rə­ti­ni haq­lı ola­raq təq­lid edir, onun əf­sa­nə­vi qəh­rə­man­lı­ğın­dan fə­xa­rət du­yur, şə­rəf his­si ke­çi­rir:
Co­cuq­luq­dan alış­dım gö­yə,
Zal oğ­lu Rüs­təm­dən al­dım tər­bi­yə.
Dağ­lar­da ya­şa­dım, cey­ran ov­la­dım,
Böy­lə şən­lik­lə­rə mə­nus ol­ma­dım.
Dra­ma­turq "Xəy­yam" pye­sin­də də bö­yük türk xa­qan­la­rı­nın, hökm­dar­la­rı­nın ov işi­nə olan is­ti mü­na­si­bə­ti, on­la­rın ov­çu­luq mə­ha­rə­ti ba­rə­də də bə­zi işar­tı­la­ra to­xu­nu­lur. Ta Atil­la­dan tut­muş Ab­bas Mir­zə­yə qə­dər hə­də­fi sər­rast tuş­la­ya­raq qu­şu dim­di­yin­dən vu­ran elə bir türk sul­ta­nı, türk pad­şa­hı tap­maq ol­maz ki, mü­tə­ma­di ola­raq ov­çu­luq­la məş­ğul ol­ma­yay­dı. Ca­vid ov­dan qa­yı­dan Mə­lik­şa­hın sə­təl­cəm olub na­saz­la­ma­sı­na işa­rə edə­rək ya­zır:
Mə­lik­şah
Ah, aman doğ­ra­nıb du­rur ci­yə­rim...
Xə­li­fə
Bir sə­bəb­siz de­yil, bu, zənn edi­rəm
Mə­lik­şah
So­yuq al­dım ke­çən gün ov­da ikən...
Ya­zı­çı di­gər əsər­lə­rin­də ol­du­ğu ki­mi, "Azər" pye­sin­də də ov­çu­luq­dan, ov işin­dən söh­bət açır. Əsər­də gös­tə­ri­lir ki, hə­mi­şə yaz fəs­li­ni xa­tır­la­dan gül­li - çi­çək­li, ba­har qön­çə­li Ur­mi­ya şə­hə­rin­də ya­şa­yan Bə­bir xa­na qul­luq edən kor çal­ğı­çı Ney­zən bir ma­hir ov­çu imiş. Odur ki, ov­çu­lu­ğa, ov sə­nə­ti­nə vur­ğun olan Bə­bir xan kor Ney­zə­nin məhz sə­riş­tə­li bir səy­yad ol­du­ğu üçün, ona rəğ­bət bəs­lər və hə­min əmə­li­nə gö­rə də on­dan heç vaxt ay­rıl­maz­dı:
Çox çe­vik bir ov­çu idim... Çox za­man
Kən­di­sin­dən ayır­maz­dı Bə­bir xan.
Bir gün ye­nə ova ha­zır­la­nır­kən...
Ov­çu­lar at­la­nıb yo­la düş­dü­lər.
A­zər­bay­can ədə­biy­ya­tı ta­ri­xin­də türk­çü­lük mə­həb­bə­ti ilə ye­ni bir çı­ğır aç­mış, hə­ya­tı­nı xal­qı­nın azad­lı­ğı yo­lun­da fə­da et­miş, onun bə­dii - ic­ti­mai tə­fək­kü­rün­də əbə­di yer tut­muş, dö­zül­məz mə­şəq­qət və mər­hu­miy­yət­lə­rə mərd­lik­lə si­nə gər­mək­lə mə­ta­nət­lə tab gə­tir­miş Ca­vi­din ya­şa­dı­ğı sağ­lam hə­yat tər­zi, onun həm­və­tən­lə­ri­nin, xü­su­si­lə də gənc­lə­rin fi­zi­ki tək­mil­ləş­mə­si üçün bir ör­nək­dir.
Keş­mə­keş­li və əzab­lı bir hə­yat yo­lu keç­miş H.Ca­vid əq­lin qüd­rə­ti, zə­ka­nın hü­nə­ri ilə ya­na­şı, hət­ta uzaq Si­bi­rin sərt iq­li­mi­nə yal­nız mə­tin xa­rak­te­ri, də­mir ira­də­si, sağ­lam vü­cu­du və mə­nə­vi dö­zü­mü ilə tab gə­ti­rə bil­miş­dir. Mər­hum tən­qid­çi M.Ə­lioğ­lu haq­lı ola­raq gös­tə­rir­di ki, Hü­seyn Ca­vi­din sə­nə­ti, gö­rüş­lə­ri və ya­ra­dı­cı­lıq ta­le­yi haq­qın­da dü­şü­nər­kən fikr­mi­zin föv­qun­də çox əzə­mət­li və məğ­rur bir si­ma, in­cə, həs­sas, həm də son də­rə­cə qüd­rət­li bir is­te­dad can­la­nır.
Müa­sir­lə­rin qeyd et­di­yi ki­mi, şəx­si hə­ya­tın­da mü­tə­hər­rik­li­yə, fi­zi­ki məş­ğə­lə­lə­rə, bə­dən tər­bi­yə­si hə­rə­kət­lə­ri­nə, pi­ya­da gə­zin­ti­yə, ha­be­lə fi­zi­ki əmə­yə bö­yük hə­vəs gös­tə­rən ədib, bü­tün bun­la­rın sa­yə­sin­də ge­niş qəlb­li, sağ­lam vü­cud­lu, möh­kəm bə­dən­li və ol­duq­ca tə­kid­li bir şəx­siy­yət ki­mi yad­daş­lar­da qə­rar­la­şır. Tə­miz ha­va­da pi­ya­da ye­riş­lə gəz­mə­yə da­ha çox diq­qət ye­ti­rən, is­tər uşaq­lıq­da, is­tər­sə yet­kin yaş­la­rın­da fi­zi­ki iş­dən çə­kin­mə­yərk, bağ iş­lə­ri və di­gər sa­hə­lər­də zəh­mət­lə qat­laş­ma­ğa üs­tün­lük ve­rən Ca­vid, məhz bun­la­rın sa­yə­sin­də uzaq Si­bir­də­ki sərt iq­lim, şid­dət­li şax­ta­ya dö­zə bi­lər­di.
Se­vim­li xalq şai­ri­miz Sü­ley­man Rüs­təm ya­zır­dı ki, "1927-ci ilin de­kabr ayı idi... O vaxt in­di­ki "Nər­giz" ka­fe­si­nin ye­rin­də ikimər­tə­bə­li, köh­nə bir bi­na var­dı. İkin­ci mər­tə­bə­də Bri­qad­ze ad­lı yax­şı bir fo­toq­raf iş­lə­yir­di. Ba­kı­ya gə­lən bö­yük si­ma­la­rın, hör­mət­li ya­zı­çı­la­rın və döv­lət xa­dim­lə­ri­nin şə­kil­lə­ri­ni çə­kir­di.
Ma­ya­kovs­ki (bö­yük rus şai­ri - M.A.) ilə bir­lik­də fo­toq­raf­xa­na­ya get­dik. Biz (Hü­seyn Ca­vid, Məm­məd Arif, Mi­xail Yu­rin, Mi­xail Kams­ki, Nə­sir Qu­lu­za­də, Q.Stro­qo­nov, P.Ta­ra­sov) şək­li­mi­zi çək­dir­mək üçün üst-ba­şı­mı­zı dü­zəlştdik. Ma­ya­kovs­ki za­ra­fa­ta baş­la­dı... O, boş bir araq şü­şə­si ta­pıb, Bri­qad­ze­yə de­di ki: "Bu şü­şə müt­ləq şə­kil­də gö­rün­mə­li­dir. Çün­ki bir par­ça şair­lə­rin il­ham mən­bə­yi­dir!". Biz gü­lüş­dük. Hü­seyn Ca­vid bir az pərt olub, de­di: "Əyər bu araq şü­şə­si şə­kil­də çı­xa­caq­sa, on­da mən şə­kil çək­dir­mək is­tə­mi­rəm!.
Ma­ya­kovs­ki, son­ra ka­ğız­dan dü­zəl­dil­miş sü­ni bir gül bu­ke­ti gö­tü­rüb öz ayaq­la­rı ara­sı­na qoy­du.
- Nə ey­bi, araq şü­şə­si ol­ma­sın, sü­ni gül dəs­tə­si ol­sun, bir pa­ra şe­ri­lə­rin də əsas möv­zu­su bu­dur".
Ke­çən əs­rin əv­vəl­lə­rin­də xal­qı­mı­zın maa­rif­lən­mə­si yo­lun­da mi­sil­siz xid­mət­lə­ri ol­muş Ca­vid Nax­çı­van, Tif­lis, Ba­kı və s. ki­mi şə­hər­lər­də gənc nəs­lin tə­lim-tər­bi­yə­si işin­də müəl­lim ki­mi bö­yük fəa­liy­yət gös­tər­miş­dir. Ca­vid mil­lə­ti­mi­zin gə­lə­cə­yi olan öv­lad­la­rı­mı­zın ta­le­yi, bü­töv­lük­də türk gənc­li­yi, çağ­daş Tu­ran döv­lə­ti­nin möh­tə­şəm­li­yi və əzə­mə­ti­ni yük­səl­də­rək co­cuq­la­rın ge­niş en­sik­lo­pe­dik bi­li­yə, də­rin edu­di­si­ya­ya və dün­ya­gö­rü­şü­nə ma­lik ol­maq ar­zu­su ilə ya­nır­dı.
Bö­yük maa­rif­çi, hu­ma­nist in­san və alov­lu və­tən­daş Hü­seyn Ca­vid mil­lə­ti­nin co­cuq­la­rı­na şən­lik, fə­rəh və şad­lıq gə­ti­rən fi­zi­ki in­ki­şa­fı, fi­zi­ki möh­kəm­li­yi, hər şey­dən ön­cə, on­la­rın hə­ya­tı­nın baş­lı­ca qa­yə­si ki­mi təs­bit edir­di. O, in­sa­nı is­tər cis­mən, is­tər­sə də ru­hən sağ­lam, güm­rah, nik­bin hə­ya­ta ha­zır çox qə­rəz­li bir var­lıq ki­mi gör­mək is­tə­yir­di.
Və­tə­ni­ni, mil­lə­ti­ni alov­lu, son­suz mə­həb­bət­lə sev­mə­si, Ca­vi­di xal­qı­nın gə­lə­cə­yi olan gənc­lə­rin so­sial prob­lem­lə­ri ilə ya­na­şı sağ­lam­lıq, fi­zi­ki tər­bi­yə mə­sə­lə­lə­ri də çox cid­di na­ra­hat edir və onu bu möv­zu­da bir sı­ra mə­qa­lə­lər yaz­ma­ğa təs­viq edir. Mək­təb­lər, səh­hə­ti ix­lal et­mə­yə­cək də­rə­cə­də ha­va­dar, uca yer­lər­də ya­pıl­ma­lı­dır. Pis, mur­dar, üfu­nət­li yer­lər­dən uzaq olm­lı­dır. Xəs­tə­xa­na, həbs­xa­na, mə­za­rıs­tan ki­mi ya­pı (bi­na)­la­ra ya­xın­laş­ma­ma­lı­dır. Xı­rıl­tı, gu­rul­tu­su çox olan möv­qe­lə­rə ya­naş­ma­ma­lı­dır. Mək­təb bi­na­sı müm­kün də­rə­cə­də gü­nəş yer­lər­də va­qe ol­ma­lı, rü­tu­bə­ti çox olan yer­lər­dən hə­zər edil­mə­li­dir. Gü­nə­şə ma­ne ola­caq köl­gə­lər ilə mü­hat ol­ma­lı­dır. Çün­ki çox xəs­tə­lik­lə­rin gü­nəş­siz­lik və rü­tu­bət üzün­dən vü­cu­da gəl­di­yi ay­dın bir hə­qi­qət­dir.
"Gü­nəş gir­mə­yən ye­rə tə­bib­lər gi­rər" mə­sə­li məş­hu­ri-aləm­dir. Bu­ra­cıq­da bir az ha­şi­yə çıx­maq is­tə­rəm. "Rü­tu­bət" sö­zi­lə "tər­bi­yə" kəl­mə­si­ni dü­şün­dük­cə Nax­çı­van­da­kı "Mək­tə­bi-tər­bi­yə" ilə onu is­ti­la edən mü­zür­ri-səh­hət rü­tu­bə­ti xa­tır­la­ma­maq bir dür­lü əl­dən gəl­mə­yir".
Bö­yük ədi­bin fik­rin­cə, mək­təb şə­rai­tin­də sağ­lam­lı­ğa xid­mət edən üm­də im­kan­lar­dan is­ti­fa­də edil­mə­si hə­min və­zi­fə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si­nə bi­la­va­si­tə zə­min ya­ra­da bi­lər. Xal­qı­nın gö­zəl gə­lə­cə­yi olan, onun ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni, iq­ti­sa­di var­lı­ğı­nı mə­nə­vi də­yər­lə­ri­ni, Və­tən, tor­paq tən­si­bi­ni, onun döv­lət bü­töv­lü­yü­nü qo­ru­ya bi­lə­cək tə­pə­li, qey­rət­li öv­lad­la­rın əq­li və fi­zi­ki ka­mil­ləş­mə­sin­dən na­ra­hat olan Ca­vid ya­zır: "Mək­tə­bin dörd-beş ar­şın (rus ar­şı­nı) enin­də ge­niş bir dəh­li­zi (ko­ri­do­ru) və tə­nəf­füs­xa­nə­si ol­ma­lı­dır. Hər mək­tə­bin müm­kün də­rə­cə­də özü­nə­məx­sus bir də gö­zəl bağ­ça­sı ol­ma­lı­dır ki, co­cuq­lar ora­da sər­bəst gə­zi­nə bil­sin, saf, tə­miz ha­va ala bil­sin".
Sə­riş­tə­li bir pe­da­qoq, müq­tə­dir maa­rif xa­di­mi olan H.Ca­vid in­sa­nın şəx­siy­yət ki­mi for­ma­laş­ma­sın­da, onun hər­tə­rəf­li və ahəng­dar in­ki­şa­fın­da tə­lim və tər­bi­yə­nin əhə­miy­yə­ti, mək­təb və müəl­li­min ro­lu və s. va­cib prob­lem­lə­ri əks et­di­rən mə­qa­lə­lə­ri­nin bi­rin­də­ki "Həs­bi-hal"­da bu­na da­ha ge­niş iza­hat ve­rir. Av­ro­pa­nın Kant, Spen­ser ki­mi da­hi fi­lo­sof və qa­baq­cıl pe­da­qoq­la­rın fi­kir və mü­la­hi­zə­lə­ri­nə is­ti­nad edən ya­zı­çı, təh­si­lin tək­mil­ləş­mə­sin­də tə­li­min müs­təs­na ro­lu­nu xü­su­si vur­ğu­la­ya­raq qeyd edir ki, "El­mi - hə­yat, mək­təb şa­gird­lə­ri­nin ye­yib-iç­mək, gə­zib-otur­maq, zə­if və qüv­vət­li ol­maq ki­mi hal­la­rın­dan bəhs edir. Bə­də­nin və bə­dən­də olan məş­vü-nü­ma­nın han­sı tə­sir ilə və nə sə­bəb­lə də­yi­şə bi­lə­cə­yi­ni gös­tə­rir".
H.Ca­vid tək­ra­rən bö­yük in­gi­lis fi­lo­so­fu və so­sio­lo­qu Her­bert Spen­se­rin ai­lə­də uşaq­la­rın fi­zi­ki tər­bi­yə­si­nə və on­la­rın sağ­lam­lı­ğı­nın qo­ru­nub sax­la­nıl­ma­sı işin­də yu­xu, qi­da, ha­va, su, re­jim və sa­ir ki­mi tə­bii və gi­gi­ye­nik amil­lə­rin ro­lu­na əməl olun­ma­sı ba­rə­də on­la­rın mü­tə­rəq­qi ide­ya­la­rı­nı bə­yə­nə­rək ya­zır­dı: "Ai­lə tər­bi­yə­si və səh­hə­ti - bə­dən vü­cud sağ­lam­lı­ğı hə­ya­ti - bə­şə­riy­yə­tin ən mü­hüm əsa­sı­nı təş­kil edir. Vü­cu­dun sağ­lam ol­ma­sı­nın ye­ga­nə sə­bə­bi və müəs­si­ri isə ata - ana­dır".

H.Ca­vid mək­təb­li­lə­rin sağ­lam­lıq­la­rın mü­ha­fi­zə olun­ma­sın­da, on­la­rın mərd, mü­ba­riz və də­ya­nət­li şəxs­lər­tək bö­yük­mə­sin­də hər bir müəl­li­min us­ta­lı­ğı, pe­da­qo­ji mə­ha­rə­ti mü­qəd­dəm şərt­lər­dən he­sab edir. Gör­kəm­li pe­da­qo­qa gö­rə, təc­rü­bə­li müəl­li­min pe­da­qo­ji sə­riş­tə­li­li­yi və tak­tı uşa­ğın hə­rə­ki in­ki­şa­fı­na, fi­zi­ki mü­tə­hər­rik­li­yi­nə, onun əq­li yet­kin­li­yi­nə, fi­kir çe­vik­li­yi­nə və ge­niş tə­xəy­yü­lün mü­ta­biq şə­kil­də müs­bət tə­si­ri­ni gös­tə­rir: "... müəl­lim­lər dai­ma co­cuq­la­rın sı­ra üzə­rin­də al­dıq­la­rı və­ziy­yə­tə diq­qət ey­lə­mə­li­dir. Fə­na və­ziy­yət­lər bo­yun, kü­rək, bel gə­mik­lə­ri­ni əyir, gə­mik­lər əyil­dik­də əza­yi-da­xi­li də bö­yük zə­rər­lər gör­müş olar. Bu zə­rər­lər bə­də­nin xa­ri­ci, da­xi­li əza­sın­dan baş­qa, fi­kir üzə­rin­də də tə­sir edir. Fik­rin müs­tə­rih və oya­nıq ol­ma­sı üçün hər hal­da baş şa­qu­li (dik) bir və­ziy­yət al­ma­lı­dır. Öy­lə ol­maz­sa tə­bii qan di­mağ (be­yin) də sər­bəst­cə cöv­lan edə­məz. Be­yin qa­nın cə­rə­ya­ni-sər­bəs­ta­nə­sin­dən mər­hum olun­ca fi­kir­lər, duy­ğu­lar da məh­dud və əqim qal­mış olur. Çün­ki di­mağ qan ilə, əf­kar və eh­ti­sa­sat da di­mağ ilə ər­zi - fəa­liy­yət edər".
Ya­ra­dı­cı­lı­ğın­da il­ham­la ya­rat­dı­ğı və şəx­siy­yə­ti­nə pə­rəs­tiş et­di­yi türk dün­ya­sı­nın bə­şə­riy­yə­tə fi­kir və qı­lınc ba­ha­dır ki­mi ər­mə­ğan bul­du­ğu Əmir Tey­mu­run öz müəl­lim­lə­ri olan sev­gi və say­qı­sı sev­gi ənə­nə­sin­dən Ca­vi­din də qa­nı­na, ili­yi­nə sı­za­mış­dı. Tə­sa­dü­fi de­yil ki, qan ata­sı qə­dər sev­di­yi M.T.Sid­qi­yə, Qur­ba­nə­li Q.Şə­rif­za­də­yə, Ab­dul­la Su­ra yaz­dı­ğı mək­tub­lar­dan bir da­ha bəl­li olur ki, Ca­vid tək­cə yük­sək pe­da­qo­ji us­ta­lı­ğa, də­rin pe­da­qo­ji tax­ka, əx­la­qa ma­lik ol­maq­la bə­ra­bər, həm də öz us­tad­la­rın rəğ­bə­ti du­yu­lur­du.
H.Ca­vi­din fik­rin­cə, müəl­lim­lər uşaq və gənc­lə­rin əq­li və şüu­ru­nu təh­sil və sa­vad­la tə­min et­mək­lə ya­na­şı, həm də on­la­rın fi­zi­ki sağ­lam­lıq­la­rı­nın yük­səl­mə­si və möh­kəm­lən­di­ril­mə­si­nə diq­qət ye­ti­ril­mə­si­ni təq­di­rə la­yiq he­sab edir­di. Bun­lar­dan bi­ri əgər fi­zi­ki hə­rə­kət­lər, id­man məş­ğə­lə­lə­ri və s. ki­mi təd­bir­lər­dir­sə, di­gə­ri isə on­la­rın sağ­lam hə­yat tər­zi­nin tə­min edil­mə­si­dir. Bu­ra­ya uşaq və gənc­lə­rin spirt­li iç­ki­lər­dən, tü­tün və si­qa­ret­lər­dən, nar­ko­tik mad­də­lər­dən çox zə­ru­ri mə­sə­lə­yə çev­ril­mə­li­dir. Müəl­lif bu­ra­da əc­nə­bi öl­kə­lə­rin maa­rif sis­te­min­də­ki bə­zi na­qis ənə­nə­lər­dən nü­mu­nə­lə­rə də to­xu­nur. O, ya­zır: "Müəl­lim nə­dir?
Ya­po­ni­ya­nın qə­yür və qəh­rə­man mil­lə­ti Mi­ka­do­nun şə­rə­fi­nə de­yil, Ya­po­ni­ya müəl­lim­lə­ri­nin şə­rə­fi­nə ida­re­yi-əq­dah et­di­lər, həm də in­sa­nı sər­səm edən, əql və şüu­ru­nu məhv edən şə­rab, ra­kı (vod­ka) iç­mə­yib, cə­nab-həq­qin mən et­mə­di­yi ən tə­miz, saf və gö­zəl su iç­di­lər.
On­lar­ca Ya­po­ni­ya­nın tə­rəq­qi­si, oy­naq­lı­ğı, maa­rif­pər­vər­li­yi həp, həp müəl­lim­lər sa­yə­sin­də ol­muş­dur".
Bö­yük dra­ma­tur­qun "Mək­tub­lar­"ı ara­sın­da 1902-ci ilin 14 hə­zi­ran - iyu­lun­da haq­qın­da "Bir an, əvət bir an be­lə elm və və maa­rif gü­nə­şi­nə pə­rəs­tiş et­mək­dən ge­ri dur­maz­dı" de­yən maa­rif­çi­lik xid­mət­lə­ri­ni, pe­da­qo­ji sə­riş­tə­si­ni və in­san­lıq key­fiy­yə­ti­ni yük­sək də­yər­lən­dir­di­yi dos­tu və sir­da­şı Qur­ba­nə­li­yə Şə­rif­za­də­yə yaz­dı­ğı mək­tub­da təl­ris ocaq­la­rı­mız­da bə­dən tər­bi­yə­si və id­ma­nın in­ki­şa­fı­na la­zı­mi diq­qət ye­ti­ril­mə­si­nin əhə­miy­yə­ti­ni qeyd edir.H.Ca­vid gös­tə­rir ki, sağ­lam və güm­rah nəs­lin tə­şək­kü­lün­də fi­zi­ki tər­bi­yə mü­hüm amil ki­mi çı­xış edir, bu işin mü­vəf­fə­qiy­yət­li həl­li­nə isə yal­nız mək­təb­lər­də na­il ol­maq müm­kün­dür. Odur ki, hər­tə­rəf­li və har­mo­ni­ya­lı gənc­lə­rin tər­bi­yə olun­ma­sın­da mək­təb­lə­rin və təh­si­lin sə­viy­yə­si ən zə­ru­ri mə­sə­lə­lər­dən­dir. Tər­bi­ye­yi-mə­də­niy­yə­yə gə­lin­cə... iran­lı­la­rın və Qaf­qa­zın hə­nuz mə­də­niy­yə­tə yax­laş­ma­mış tə­rəf­lə­ri­nin ati­si­ni iyir­mi, otuz sə­nə­yə qə­dər çox zəh­mət­li və qa­ran­lıq gö­rü­rəm. Ne­çin? - de­yə­cək­si­niz... Çün­ki əsas yox­dur, əfən­dim, əsas!? Əsa­sı, kö­kü bər­kit­mək üçün yal­nız "evol­yu­sion-qanuni-tə­ka­mü­lə" eh­ti­yac var­dır. Cü­zi və sət­hi bir id­man və mü­ma­ri­sə is­tər, yox­sa iş­də əsas ol­maz isə, in­qi­lab heç bir fay­da ver­məz. Fə­qət mə­ma­fih mən Qaf­qa­zın is­tiq­ba­lı­nı - İra­na nis­bət­lə - da­ha zi­ya­də par­laq gö­rü­rəm...
... Bi­zə yal­nız mək­təb la­zım­dır, bü­tün in­qi­la­ğa­ti - mə­də­niy­yə həp mək­təb məh­su­lu­dur...
Be­lə­lik­lə, Azər­bay­can ədə­biy­ya­tı­nın zən­gin­ləş­mə­si sa­hə­sin­də mi­sil­siz xid­mət­lə­rə ma­lik, bü­tün dövr­lə­rin bö­yük oğ­lu ki­mi sö­zü ilə əmə­li qı­rıl­maz vəh­dət­də ol­muş Ca­vi­din igid­lik və qəh­rə­man­lıq mo­tiv­lə­ri ilə bağ­lı təb­liğ və təş­vi­qi­nə bu gün za­ma­nın da­ha bö­yük eh­ti­ya­cı du­yu­lur. Eti­raf et­mə­li­yik ki, şan­lı ta­ri­xi­nə, şöh­rət və şə­rəf gə­ti­rən, biz­lə­ri zə­fə­rə səs­lə­yən Ca­vid ha­ra­yı­na, onun Tey­mu­ru­nun nə­rə­si­nə, Tey­mu­ru­nun qı­lın­cı­na, Ər­toğ­rul hay­qır­tı­sı­na, Or­xa­nın, Afə­tin, Azə­rin ye­nil­məz­li­yi­nə, ba­ha­dır­lı­ğı­na çox bö­yük eh­ti­yac var­dır. Və çox cid­di mə­sə­lə ki­mi qə­ti həl­li­nə eh­ti­yac du­yu­lur.