Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.


POEZİYA
 

İlyas Tapdığın 75 yaşı


 
Ədə­biy­ya­ta əl­lin­ci il­lər­də gə­lən, 60-70-ci il­lər­də bir şa­ir ki­mi se­vi­lən, ta­nı­nan, 80-90-cı il­lər­də isə ya­ra­dı­cı­lı­ğı­nın ka­mil­lik mər­hə­lə­si­nə qə­dəm qo­yan İl­yas Tap­dı­ğın bu əs­rin 9-cu ilin­də 75 ya­şı ta­mam olur. Bu il­lər ər­zin­də onun Azər­bay­can di­lin­də 30-a ya­xın şe­ir və tər­cü­mə, rus di­lin­də isə 9 şe­ir ki­ta­bı işıq üzü gö­rüb. Elə ilk şeir­lə­rin­dən o, ənə­nə­vi ­şei­rə, saz-söz dün­ya­sı­na bağ­lı­lı­ğı ilə diq­qə­ti cəlb et­di, şeir­lə­rin­də Azər­bay­can tə­biə­ti­nin gö­zəl­lik­lə­ri­ni, onun şan­lı ta­ri­xi keç­mi­şi­ni, qəh­rə­man oğul­la­rı­nı, söz-sə­nət da­hi­lə­ri­ni, müa­si­ri ol­du­ğu in­san­la­rın mə­nə­vi dün­ya­sı­nı, bu il­lə­rin real­lı­ğı­nı qə­lə­mə al­mış­dır. Onun elə şeir­lə­ri var ki, tək­cə ya­zıl­dı­ğı il­lər­də yox, in­di­nin özün­də də dil­lər əz­bə­ri­dir:
So­ruş­dun har­da­nam, Şi­rin xa­laoğ­lu,
­Öm­rü­mün bi­na­sı Gə­də­bəy­də­dir.
A­na­mın boy­nu­na do­la­nan qo­lu,
Yu­xu­mun lay­la­sı Gə­də­bəy­də­dir.
Gə­zib do­la­şan­da bi­nə­lə­ri­ni,
­Əz­mə çi­yə­lə­yin də­nə­lə­ri­ni,
Də­rə­nin də­ri­ni, su­yun sə­ri­ni
­Bağ­la­rın qo­ca­sı Gə­də­bəy­də­dir.
İl­yas Tap­dıq həm də gö­zəl uşaq şai­ri­dir. Onun “Me­şə­nin mah­nı­sı” və “Çi­çək­lə­rim, gül­lə­rim” ki­tab­la­rın­da toplanan şeir­lə­ri­ni Azər­bay­can uşaq poe­zi­ya­sı­nın in­ci­lə­rin­dən say­maq olar.
İl­yas Tap­dıq bu şeir­lə­rin­də çox sa­də, an­la­şıq­lı, şi­rin dil­lə ba­la­ca­la­rın dün­ya­sı­na yol ta­pır, on­la­rı dü­şün­dü­rən sual­la­ra ca­vab ve­rir, sö­zün əsl mə­na­sın­da ata, müəl­lim, ba­ba olur on­la­ra. İn­di də bu şeir­lər se­vi­lə-se­vi­lə oxu­nur, əz­bər­lə­nir.
Ağ­saq­qal şai­ri­miz İl­yas Tap­dı­ğa ka­mın­ca ya­şa­maq, gö­zəl-gö­zəl əsər­lər yaz­maq, həm də uzun ömür sür­mək ar­zu­suy­la təb­rik­lə­ri­mi­zi söy­lə­yi­rik.

İlyas TAPDIQ

YAZDA DOLU DÜŞƏNDƏ...
Torpaqda başlanan
yaz savaşını
Gör doluya düşən
Yaz savaşında,
Əsl səbəbini yaz göy üzünə -
Öyrən üstündəki düyün daşını!
Bax, doluya düşən yaz çiçəyinə -
Dolunun zədəsi çiçəkdə qalır.
Arılar başına dolanıb əsmir,
Güldən-gülə qonub şirəni çəkmir...
Küsür çiçəklərdən
Pətəkdə qalır,
Arı saxlayanlar içini çəkir,
Könlü bal istəyir
Balını kəsmir!

MÜŞFİQİN

M. Müşfiqin xatirə gününə
Ülvi xatirənin ülvi məskəni-
Bura doğulduğu yerdi Müşfiqin!
Ruhu səmalardan enir torpağa -
Hər il təzələnir dərdi Müşfiqin!
Bu müqəddəs yurdda, güllü dərədə,
Eşqi qanad verdi bülbüllərə də;
Hələ doğulmayan nəsillərə də,
Doğulduğu torpaq pirdi Müşfiqin!
Burda söykəndiyi hər daş mizidir,
Quşlar xəyalının qalan izidir.
Ölməz şeirləri həyat rəmzidir,
Hər zaman təzədi-tərdi Müşfiqin!
Düşmənin əliylə boğuldu səsi,
Yetmədi haraya dostu, kimsəsi...
Coşqun şəlaləydi eşqi, nəfəsi,
Zaman qiymətini verdi Müşfiqin!

NƏBZİMDƏ DÖYÜNƏN
VƏTƏN NƏBZİDİR

Nəbzimdə döyünən vətən nəbzidir,
Yurdun ağrıları mənə tanışdır.
Vətən ürəyimin qəm dənizidir,
Göz yaşım dəyməyən yer qalmamışdır.
Möhkəmdir düşmənin söykəndiyi dağ,
Döyüb sinəsinə, coşur hələ də!
Doğma Qarabağda hava, su, torpaq
Çırpınan quş kimi qalıb çələdə...
Köçkünlük həyatı bezdirib xalqı,
Nə sevinci sevinc, nə qəmi qəmdir.
Vətənsiz, torpaqsız tapdanar haqqı,
Köçkünlük sürgündən ağır sitəmdir.
Qarabağ sinəmdə bir yara kimi,
Ürək ağrısıtək sızıldar daim.
İlahi, bu dərddən yanan sinəmi,
Xalqı xəcalətdən qurtaracaq kim?
BAYRAM ŞƏNLİYİNDƏ (ovqat)
Nağaranı vurun, vurun!
Guruldasın gurum-gurum!
Bu Vətənin hər yerini -
Kəndlərini, şəhərini
Qoy bürüsün şənlik səsi,
Nağaranın gur nəğməsi!
Hər tərəfdə qoy gurlasın!
Sədasından yer titrəsin,
göy gurlasın!
Oyansın dağ, dəniz, çöllər,
Sevinməyə haqqı vardır,
Haqqı vardır sevinməyə
Qoy sevinsin bizim ellər!
Nağaranı vurun, vurun!
Guruldasın gurum-gurum
Bu Vətənin əziz günü -
Bayramıdır!
Öz yurdunun şənliyinə
Büsat quran axşamıdır!
Şanlı yaylım atəşləri
Salamlayır azad günü -
Qəhrəmanlıq dastanları
Yazır göyə, yazır yerə!
Alqış doğma bayramını
Şən keçirən mərd ellərə!
Nağaranı vurun, vurun!
Guruldasın gurum-gurum!
Vurun, vurun nağaranı!
Nağaranı vurun, vurun!
Vətənimin bayramında,
Bayramında Vətənimin
Hər könüldə şənlik qursun!
Vurun! Vurun nağaranı,
Nağaranı vurun, vurun -
Hər könüldə büsat qursun!

MƏRD DƏ, NAMƏRD DƏ...

Mərd də iş görür,
namərd də -
Namərdin işi
mərdə quyu qazmaqdır;
Mərdə böhtan,
iftira yazmaqdır.
Mərd də iş görür,
namərd də -
Namərd əyilir, -
xəsarət yetirir mərdə!
Var namərd də,
sakit, tədbirli
Həm də dəhşət məkrli!...
Gəzər ara-bərədə
sərbəst, ağıllı;
Mərdi yıxar - namərdin
içindəki paxıllıq!

KƏNDİMİN OĞULLARI

Bu məclisdə gör nə qədər adam var!
Mərd anadan doğulanlar var olsun!
Ad-sanıyla ucalara çatan var,
Yurdu üçün çovuyanlar var olsun!
Mərd anadan doğulanlar var olsun!
Zahid Aslan enib gəldi Daryurddan,
Məmməd - Məmli söhbət saldı saf oddan;
Cəmil dedi: - Qoç kəsərəm sabahdan,
Görüm gələn yolların par-par olsun!
Eli sevən mərd oğullar var olsun!
Dar olmayıb qonağına Daryurdum,
Koroğlusu burdan gedib Bayburdun!...
Buradır ilk yurdu Dədə Qorqudun,
Həm Usufu, həm Əsgəri var olsun!
Yaxşı dostu - Müzəffəri var olsun!
Uzaqsa da kəndin yolu şəhərdən,
Mən gəlirəm, qurtarıram qəhərdən...
Dostlar qoyur süfrəyə bal-bəhərdən,
Azərləri, Məmmədləri var olsun!
Əliləri, Əlfətləri var olsun!
El içidi, hər şey üzdə, sirr yoxdu,
Dağlar pirdi, burda yalan pir yoxdu;
Bizdə əyri, nadürüstə yer yoxdu,
Varlısı da, kasıbı da var olsun!
Salahı da, Sahibi də var olsun!
Pənahı da, Şahini də var olsun!
Bircə dərd var-könül qırır yol işi,
Kaş bu haqda düşünəydi hər kişi,
Mən demirəm bu dərdi sözgəlişi,
Yola hörmət qoyanları var olsun!
Eldarları, Zamanları var olsun!
Sabirləri, Cahanları var olsun!
Köçərigil kəndimizin lap başı,
Aşağıda Oruc bəydi qardaşım...
Bakir, Natiq, Möhü, Salman qaqaşım,
Hər birinin uğurları var olsun!
Qeyrət çəkən oğulları var olsun!
Tükənməzdir bu könüldə xoş istək.
Heç bir yeri sevməmişəm bu yertək;
Ürək birdir, bir yerə də uyur tək,
Ağsaqqalı dinləyənlər var olsun!
Bu şenliyi şenləyənlər var olsun!
Mən İlyasam, Tapdıq mənim babamdır,
Ömür sürüb getdiyi yer obamdır.
Hər xoş arzum cavanlara duamdır;
Teymurları, Toğrulları var olsun!
Yurdu sayan oğullardı! Var olsun!
Elə hayan oğullardı! Var olsun!

DAĞLAR

Yaşayan nağıldı Yaqublu Məcid,
Oydu bu mahalın Sultanı, dağlar!
Talıb oğlu Novruz, Mustafa ağa,
Atından salırdı düşməni, dağlar!
Çayyurd, Cətindərə bərədi, bənddi,
Dağların sinəsi meşədi, kənddi.
Cəfərqululardan törəyən mərddi
Cahangir Şınığın aslanı, dağlar!
Nankor qonşuların vardı amacı ,
Qana bulamışdı neçə yamacı.
O vaxt el yetirdi Nuqa Namazı -
O pələng ürəkli insanı, dağlar!
Hanı ellərimin gülən çöhrəsi?
Qartalın qıyyası, şır-şırın səsi...
Fıstığın, vələsin dilbər meşəsi? -
Seyrəlir yurdumun ormanı, dağlar!
Yaşıdın zamana özün yiyəsən.
İlyasın könlünü qırdın niyə sən?!
Varmı bir övladın, özün deyəsən -
Xoş keçib əvvəli, həm sonu, dağlar?!

Məmməd HƏBİB

XatirƏ

Qardaşım Zirvə üçün

Məhləmizə dünyadan
Bir küçəylə yol vardı.
O küçə yay zamanı
Daim tozlu olardı.
Yol qırağı qarışıq
Gəndəlaşlar bitərdi.
Səkiylə gedənlərə
Sürtünər, ilişərdi.
O tozlu küçə boyu
Ayaqyalın qaçardım,
Hər gəndəlaş dibində
Mən özümə nə isə
Gizli aləm açardım.
Dünya bir küçə idi
Mənim üçün o çağlar.
Dünyamın sakiniydi
Məhlədəki uşaqlar.
Dünya bir küçə idi,
Tozlu, sirli bir küçə.
Gəzərdim mən dünyamı
Dünyama göy üzündən
Qaranlıqlar düşüncə.
Qaranlıq bağlayardı
Dünyamın qapısını.
Gündüz gördüklərimin
Hər gecə hamısını
Çəkib xəyallarıma
Yatağıma yığardım.
Yuxumda dama qalxıb
Hey dünyama baxardım.
Sirli-sirli duyğular
Ürəyimdən ötərdi.
Dünyamda hər nədən çox
Gəndəlaşlar bitərdi.
Dünyama qar yağardı,
Qışda quş yuvasıtək
Tənhalaşardı dünyam.
Hər fəsillə bir cürə
Halallaşardı dünyam.
Dünyam sirli bir aləm,
Sirrin aça bilmərəm.
Heyif... mən ki, bir daha
Dünyamda ayaqyalın
Gəzib qaça bilmərəm.
Mavi dƏniz

Salam, mavi dəniz, görüşdük yenə,
Bəlkə də son dəfə, nə bilmək olar?!
Dalğalar qırışmı mavi üzünə,
Bəlkə də, nə bilim, bənzətmək olar.
Salam, mavi dəniz, o sahil uzaq...
Bu sahil qumunda doyunca gəzim.
Bəlkə məndən burda bir iz qalacaq,
Qoy ki, gözlərimi yumunca gəzim.
Salam, mavi dəniz, sən də “Salam” de,
Söhbətə açardı “Salam”, əzizim.
Qəvvasa salam de, hələ sağam de,
Mehriban dənizim, mavi dənizim.

* * *
Ad günümə

Sabah məndən keçər doğulduğum gün,
Açar yaxasını məşuqəm kimi.
Bir il də bac istər vüsalı üçün,
Ağrıdar, inlədər ölən sevgimi.
Sabah məndən keçər doğuldugum gün,
Üfürə bilmərəm yanan şamları.
Hopar xatirələr gözümə üzgün,
Nağıla dönəcək qış axşamları.
Sabah məndən keçər doğuldugum gün,
Duyğular qar olub yerə tökülər.
Haraya çevrilib sinəmdəki ün,
Dağlara çırpılar, əks olub gülər.
Sabah məndən keçər doğuldugum gün,
Dolar buludlartək doğma baxışlar.
Anam təbrik edər, qucağında gül,
Mənə həyat verər, tale bağışlar...
BƏrƏltmƏ
Bərəltmə, sən allah gözlərini
bərəltmə!
Sən allah haray-həşir
qoparma.
Səsini “Heyif” kəlməsinə
yükləyib boğazından aparma.
Sus, bax.
Bir də bax.
Yadında saxla.
Yaddaşına yaz gözlərində nə var,
Mənəm də, ölü olanda nə olar?..
Lənkəran

Həbib SƏFƏR

* * *
Mənsiz elə ağla, ağlayan gülsün,
Mənsiz elə gül ki, gülən ağlasın.
Mənsiz üz-gözündən sevinc tökülsün,
Mənsiz ürəyində kədər çağlasın.
Gecələr yatanda mənsiz başını
Qoşa balışların arasına qoy.
Vaxtsız qarşılama ömrün qışını,
Özünü ərlilər sırasına qoy.
Hicranı dost kimi elə sına ki,
Gözünün yaşını silən olmasın.
Elə gir həsrətin qılığına ki,
Mənsiz qaldığını bilən olmasın.
Özünə doğma bil bu göyü, yeri,
Hər yerdə, hər yanda bil ki, varam mən.
Sən mənsiz yaşayan xatirələri
Yaşatsan, təzədən doğularam mən...

TƏndir ÇörƏyi

Üstü zəfəranlı, üstü xaşxaşlı
Təndir çörəyindən doymadıq, bacım.
Ürəyi ümidli, gözləri yaşlı
Ana xörəyindən doymadıq, bacım.

Çörəyin ətrini almaqdan ötrü
Biz tozlu təndiri qoxulayardıq.
Birtəhər yuxuya dalmaqdan ötrü
Çörəkdən söz salıb yuxulayardıq.

Zəfəran da vardı, xaşxaş da vardı,
Bir çörək həsrətli təndirimiz də.
Bacıcan, çör-çöp də tapmaq olardı,
Təkcə bir un-urva çatmırdı bizdə.

Aclıqdan qurtarıb çoxdan canımız,
Yaşamaq necə də gözəl, şirindi.
Hər şey yerindədi, ancaq anamız,
Bir də təndirimiz çatışmır indi.

NeylƏyim

Allah, allah, qızlara bax-gülyanaq,
Bir baxışla yanaqlarda gül yanar.
Bir də baxsan bütün aləm güllənər
Belə yerdə alışmayım, neyləyim?

Gözlər deyir, sənə neçə göz baxır,
Ayaq deyir, otur ağır, dur ağır.
Ürək deyir, birin rəqsə dur çağır,
Cavanlara qarışmayım, neyləyim?

Dəli şeytan deyir, unut hər şeyi,
Vəzifəni, qocalığı, dincliyi.
Bir saatlıq qaytarmağa gəncliyi
Fürsət düşüb, çalışmayım, neyləyim?..

Lənkəran