Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Anar HƏBİBOĞLU


Ka­mil ƏF­SƏ­ROĞ­LU
İki hekayə


Məlahət YUSİFQIZI


İsmayıl İMANZADƏ


ƏL­ABBAS
Qa­ra­qo­vaq Çöl­lə­ri
Roman


Fəxri MÜSLÜM


Qədiməli ƏHMƏD


Tahir TAİSOĞLU


Orhan PAMUK
PƏN­CƏ­RƏ­DƏN BAX­MAQ


İlyas Tapdığın 75 yaşı


Zakir SADATLI
GÜNDOĞANDAN
GÜNBATANA


Əsgər RƏSUL
Bənövşə DAŞDILI
Güldənə AĞABALAQIZI


İs­lam QƏ­RİB­Lİ
"FÜYUZAT"ın ŞAİRİ


Elzin Muxtar ELXAN
KİTAB
və oxu mədəniyyətimiz
BU GĞN


Mo­bil AS­LAN­LI HUN­TÜRK
«CA­HAN İGİD ƏR­LƏ­RİN­DİR...»


Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


Vaqif YU­SİF­Lİ
Bİ­ZİM TA­NI­DI­ĞI­MIZ FÜ­ZU­Lİ
VƏ HA­CI ƏLƏM­DAR MA­HİR
Ha­cı Ələm­dar Ma­hir. Mə­nim ta­nı­dı­ğım Fü­zu­li,
"Nur­lan", 2009 və KÜL­LİY­YAT. "Adi­loğ­lu", 2009.



 

Ba­la­yar SA­DİQ
Poe­tik dü­şün­cƏ­nin üfüq­lƏri...
(Fik­rət Qo­ca­nın "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər"
poe­ma­sı haq­qın­da)


 
anda, həm milli və həm də bə­şəri prizmadan yanaşma tərzi ilə seçilən bən­zərsiz sə­nət­kar­dır.
Fik­rət Qo­ca o şairlər­dəndir ki, ya­ra­dı­cı­lı­ğın­da poe­tik fik­rin, bə­dii ifa­də­nin fəl­sə­fi qa­yə­si bə­şə­ri ma­hiy­yət kəsb edir, o heç vaxt lo­kal poe­tik ciz­gi­lə­rin təs­vi­ri ilə ki­fa­yət­lən­mir. Bu poe­zi­ya­da ədə­bi-bə­dii, ic­ti­mai-fəl­sə­fi, mil­li-mə­nə­vi və di­ni kom­po­nent­lər küll ha­lın­da qo­vu­şa­raq, bə­şə­ri də­yər­lər səviyyəsi­nə qalxır.
Yəqin ki, söh­bə­tin konk­ret ədə­bi əsər­də­ki bə­dii fakt­lar müs­tə­vi­sin­də in­cə­lən­mə­si da­ha maraqlı olar. Bu ba­xım­dan şai­rin "Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər" poe­ma­sın­da­kı bə­dii-fəl­sə­fi də­yər­lə­rin bə­zi məqamlarına diqqət yetirmək ye­ri­nə dü­şər. Bununla belə, bəri başdan qeyd edək ki, poe­ma də­rin hu­ma­niz­mi və bə­şə­ri qa­yə­si, həm­çi­nin kom­po­zi­si­ya bü­töv­lü­yü, elə­cə də poe­tik ob­raz­la­rın tam­lı­ğı və psi­xo­loji də­rin­li­yi ilə se­çi­lən ori­ji­nal sə­nət nü­mu­nə­si­dir.
Şair qlo­bal­la­şan dün­ya­nın prob­lem­lə­ri fo­nun­da hə­ya­tın bir par­ça­sı­nı gö­tü­rüb, onu ic­ti­mai-fəl­sə­fi dol­ğun­lu­ğu ilə bə­dii sə­nət müs­tə­vi­sin­də can­lan­dı­rır. Poe­mada möv­cud­lu­ğun bü­tün rəng­lə­ri, ta­ri­xi tə­bəd­dü­lat­la­rın xro­ni­ka­sı hey­rə­ta­miz poe­tik löv­hə­lər­də əks olu­nur, in­sa­nın qayğı və dü­şün­cə­lərinin ahəng və tə­zad­la­rı yük­sək sə­nət­kar­lıq­la sər­gi­lə­nir. Həm­çi­nin bu­ra­da tə­biət və cə­miy­yə­tin da­xi­li har­mo­ni­ya­sı­nın po­zul­ma­sı­nın sə­bəb­lə­ri, si­vi­li­za­si­ya­lar ara­sın­da­kı prob­lem­lə­rin tö­rət­di­yi fa­ciə­lər bə­dii-fəl­sə­fi ra­kurs­dan qlo­bal an­lam­da diq­qə­tə çat­dı­rı­lır.
İlk ba­xış­dan ay­rı-ay­rı poe­tik par­ça­la­rı xa­tır­la­dan bu də­yər­li əsə­rin bü­töv­lü­yü­nün do­mi­nan­tı, məhz onun məz­mu­nun­da­kı poe­tik ümu­mi­ləş­mə­nin bə­şə­ri­li­yi­dir. Sə­nət­kar­lıq mə­ziy­yət­lə­ri­ni əya­ni gös­tər­mək ücün poe­ma ilə can­lı dia­lo­qa ke­çək:
“Bar­daş qu­rub otur­mu­şam kai­nat­da,
­O­tur­mu­şam
mil­yard işıq ili aşa­ğı­da
­Al­la­hın aya­ğı alt­da" -
bu mis­ra­lar­la açı­lır şa­ir id­ra­kı­nın poe­tik qat­la­rı, bə­si­rət mər­tə­bə­lə­ri...
De­miş­dim ki, Fik­rət Qo­ca mü­tə­fək­kir şairdir. Hə­min fik­rin siq­lə­ti­nə bu mis­ra­lar gö­rün necə şa­hid­lik edir:
“Bar­daş qu­rub otur­mu­şam kai­nat­da"
Poe­ma­nın bu ilk mis­ra­sı tə­səv­vüf çeş­mə­sin­dən su içib. Misra­nın bə­si­rə­ti poe­tik-fəl­sə­fi id­ra­kın mər­tə­bə­si­ni gös­tə­rir. "Kai­nat­da bar­daş qu­rub otur­maq" Şərq müd­rik­li­yi­nin ka­mil­lik mər­tə­bə­si­dir.
“O­tur­mu­şam
mil­yard işıq ili aşa­ğı­da" -
bu mis­ra isə, tək­cə mə­sa­fə­nin za­man­la ifa­də­si­nin poe­tik özü­nə­məx­sus­lu­ğu de­yil, həm də bə­dii-el­mi id­ra­kın mər­tə­bə­si­dir. Və nəha­yət,
“Al­la­hın aya­ğı alt­da" -
mis­ra­sı möh­tə­şəm bir mən­zə­rəni tamamlamaqla yanaşı, şai­rin qəl­bin­də­ki ima­nın mər­tə­bə­sin­dən xə­bər verir. Bu mis­ra­nın is­lam fəl­sə­fə­si və poe­tik dil ele­ment­lə­ri ba­xı­mın­dan da özü­nə­məx­sus in­cə­lik­lə­ri var.
"Al­la­hın aya­ğı alt­da" ifa­də­si Al­la­hın dər­ga­hı, yə­ni mü­qəd­dəs ün­van ki­mi rəm­zi sə­ciy­yə da­şı­yır. İs­la­mi də­yər­lər kon­teks­tin­də kai­na­tın Al­la­hın aya­ğı al­tı ki­mi gös­tə­ril­mə­si şai­rin Al­la­hın uca­lı­ğı­na, bö­yük­lü­yü­nə olan ina­mı­nın və ima­nı­nın təs­di­qi­dir, həm də ila­hi qüd­rə­tin föv­qəl­li­yi­nin da­ha bir ob­raz­lı bə­dii ifa­də­si­dir.
Poe­tik di­lin in­cə­li­yi­nə va­raq:
"A­yaq alt­da" ifa­də­si sö­zün müs­tə­qim mə­na­sın­da "aşa­ğı­lan­maq" məz­mu­nu­na ma­lik­dir. La­kin bu "aşa­ğı­lan­ma" di­lin mə­ca­zi im­kan­la­rı sfe­ra­sın­da ucal­ma, yük­sə­liş mə­na­sı­na çev­ri­lir. Məhz be­lə bə­dii fakt­la­ra gö­rə "F.Qo­ca­nın poe­zi­ya­sı di­li­mi­zi zən­gin­ləş­di­rən sə­nət la­bo­ra­to­ri­ya­sı­dır" fik­ri əya­ni­lə­şir.
Fəl­sə­fi id­ra­kın uca mər­tə­bə­lə­ri­nə yük­səl­miş şa­ir Bö­yük Ya­ra­dan­la bə­dii tə­fək­kü­rün bə­si­rət di­li ilə söh­bə­tə baş­la­yır...
"Kü­çə­lər­də qan ya­ğı­şı" bə­şə­ri əx­la­qın if­la­sı­nın bə­dii ar­qu­ment­lə­rin­dən bi­ri­dir. Dün­ya­nın bir çox nöq­tə­lə­rin­də - Nə­cəf­də, Qaf­qaz­da, Af­ri­ka­da, An­tark­ti­da­da baş ve­rən bə­la­la­rın sə­bə­bi in­san­lı­ğın, bə­şə­ri to­le­rant­lı­ğın qə­za və­ziy­yə­tin­də ol­ma­sı­dır.
Bu­nun sə­bə­bi­ni an­la­maq üçün poe­tik löv­hə­yə ba­xaq:
“O­yun­çu­lar yer kü­rə­sin­də
­sər­həd ad­lı qı­lınc ya­ra­sı­nı
­sa­rı­maq is­tə­yir­lər
ti­kan­lı məf­til­lər­lə".
Kai­nat­dan, yə­ni uca mə­qam­dan ba­xan­da Yer kü­rə­si tam­dır, bü­töv­dür. Sər­həd­lər yer üzü­nə in­san­la­rın vur­du­ğu qı­lınc ya­rala­rı­dır. Müx­tə­lif rəng­li, din­li, dil­li var­lıqlar olan in­san­lar on­la­ra Ali Var­lıq tə­rə­fin­dən eti­bar olun­muş əma­nə­tə - Yer kü­rə­si­nə "sər­həd ad­lı qı­lınc ya­ra­sı" vur­maq­la ki­fa­yət­lən­mir, hət­ta bu ya­ra­nı "sa­rı­maq is­tə­yir­lər ti­kan­lı məf­til­lər­lə"; ya­ra üs­tün­dən ya­ra vu­rur­lar. Ni­yə? Çün­ki öz­lə­ri­ni güc­lü he­sab edir­lər. Dün­ya­da ila­hi mü­tə­na­sib­li­yin po­zul­ma­sı­na rə­vac ve­rən Allahın yaratdı­ğı bəzi bən­də­lərin caşmaları­dır:
“Hər güc­lü elə bi­lir ki, Al­lah­dı"
Məhz Al­la­ha şə­rik çı­xan­la­rın sa­yı art­dı­ğı üçün, al­lah­sız­lıq baş al­dı­ğı­na gö­rə dün­ya­nı bə­şə­ri vəh­şi­lik vəh­şət cay­na­ğı­na al­maq­da­dır.
Bə­şə­ri vəh­şə­tə, qət­lia­ma nü­mu­nə ki­mi şair Xo­ca­lı fa­ciə­sini xatırladır:
“Xo­ca­lı­dan qaç­qın uşaq
­u­za­nıb üzü kai­na­ta
­Al­lah ki­mi təm-tək­di".
"Al­lah ki­mi təm-tək­di" deyimi orijinal olduğu qə­dər də çox­mə­na­lı­dır. Mis­ra­da­kı "ki­mi" qoş­ma­sı Xo­ca­lı­dan qaç­qın uşa­ğın tim­sa­lın­da in­sa­nın, fər­din müb­tə­la ol­du­ğu fa­ciə­də ne­cə tən­ha, kim­sə­siz ol­ma­sı­nın öl­çü­sü­nü, da­ha doğ­ru­su, öl­çü­süz­lü­yü­nü gös­tə­rir. Bu­nu dil zən­gin­li­yi­nin da­ha bir fak­tı ki­mi də də­yər­lən­dir­mək olar.
Mil­li fa­ciə­nin bə­dii üs­lub­da bə­şə­ri müs­tə­vi­yə çı­xa­rıl­ma­sı­nın və bə­şə­ri fa­ciə ki­mi də­yər­lən­di­ril­mə­si­nin poe­tik təs­di­qi­ni gör­mək üçün bu bə­dii tab­lo­ya bax­maq ki­fa­yət­dir.
“Sək­kiz yaş­lı
­mü­ha­ri­bə əli­li ol­du...
O da­ha uşaq de­yil­di,
­An­la­ya bil­mir­di
­gü­nah­sız kör­pə
­Ta­le­yin əli ilə ni­yə dö­yül­dü.
­U­şaq­lı­ğı sağ aya­ğı ilə
bir yer­də it­miş­di,
­a­ya­ğı ilə
­qa­çıb get­miş­di".
Bu poe­tik səh­nə dün­ya­nın bü­tün dil­lə­rin­də ey­ni hə­yə­ca­nı, ağ­rı­nı do­ğur­maq iq­ti­da­rın­da­dır.
U­şaq­lar, kör­pə­lər tək­cə bir mil­lə­tin, xal­qın de­yil, bü­töv­lük­də bə­şə­riy­yə­tin gə­lə­cə­yi­dir. Tan­rı di­nin­dən, di­lin­dən, rən­gin­dən ası­lı ol­ma­ya­raq, bü­tün uşaq­la­rı, kör­pə­lə­ri gü­nah­sız elan et­miş­dir. Xo­ca­lı­dan olan qaç­qın uşa­ğın bir aya­ğı­nı itir­mə­si, sa­də­cə bir kör­pə­nin şi­kəst­li­yi de­yil, əs­lin­də, gə­lə­cə­yin şik­sət­li­yi­nə, na­ta­mam­lı­ğı­na işa­rə­dir. Bu mis­ra­lar şai­rin həm də bə­şə­rin, in­san­lı­ğın gə­lə­cə­yi ilə bağ­lı hə­yə­can tə­bi­li­dir.
“Ey ya­ra­dan­lar ya­ra­da­nı,
bir kör­pə üz tu­tub sə­nə,
ca­vab ver­sə­nə!"
Tan­rı su­sur, Dün­ya su­sur, Za­man su­sur...
La­kin F.Qoca qəl­bin­də­ki mil­li ağ­rı­la­ra rəğ­mən, bə­şə­ri hu­ma­nizm mər­tə­bə­sin­dən en­mir, mən­sub ol­du­ğu xal­qın mə­nə­vi uca­lı­ğı­nı sə­nət­kar lə­ya­qə­ti­lə nü­mayiş et­di­rir. Bə­şə­ri müs­tə­vi­də mil­li hey­siy­ya­ta to­xun­ma­dan mil­li na­qis­li­yin bə­dii us­ta­lıq­da if­şa­sı poe­zi­ya­mız­da ori­ji­nal dü­şün­cə­nin tə­za­hü­rü­dür. Fik­rət Qo­ca bə­dii-dip­lo­ma­tik üs­lu­bun ya­ra­dı­cı­sı ki­mi də no­va­tor­dur. Bə­dii fak­ta diq­qət ye­ti­rək:
“Er­mə­ni­lər də ha­mı ki­mi
­bir mil­lət­di.
­Er­mə­ni­lik əlin­dən
­on­la­rın da gü­nü il­lət­di.
­Er­mə­ni­lik ki­mi­nin ca­nın­da­dı,
ki­mi­nin qa­nın­da­dı,
ki­mi­nin də vic­da­nın­da­dı".
Bu poe­tik par­ça sü­but edir ki, əsə­rin də­yə­ri, sa­də­cə, ədə­bi-bə­dii pa­ra­metr­lər­lə məh­dud­laş­mır.
Qə­tiy­yət­lə de­yər­dim ki, qlo­bal məz­mun da­şı­yan, yük­sək sə­nət­kar­lıq nü­mu­nə­si olan bu poe­ma­nın poe­zi­ya­mız­da al­ter­na­ti­vi yox­dur. Bu­ra­da mü­tə­fək­kir şa­ir id­ra­kı­nın bə­dii qüd­rə­ti hu­ma­ni­tar də­yər­lər sis­te­mi­nin bü­tün sər­həd­lə­ri­ni cə­sa­rət­lə, bə­si­rət­lə ge­niş­lən­di­rir.
Ə­sər­də mil­li kim­li­yin qə­dim və çağ­daş mə­qam­la­rı­nın ori­ji­nal poe­tik rəng­lər­lə, ob­raz­lı fəl­sə­fi tu­tum­la, mil­li ko­lo­rit­də çox­mə­na­lı mən­zə­rə­si hey­rə­ta­miz­dir.
“Şah İs­ma­yıl Xə­tai
­o­tu­rub pye­des­tal­da
­Ya­yın bu is­ti gü­nün­də
­O­tu­rub do­ğum evi­nin önün­də".
Poe­tik fi­kir mis­ra­dan-mis­ra­ya keç­dik­cə, "do­ğum evi" ifa­də­si mil­li möv­cud­lu­ğun, mil­li qüd­rə­tin, hə­qi­qə­tin ilk ün­va­nı, be­şi­yi ki­mi sə­ciy­yə­lə­nir. Da­ha son­ra şai­rin qan yad­da­şın­dan, ru­hun­dan qo­pan bə­dii xi­tab ulu ha­ray ki­mi səs­lə­nir.
“Ey yol ke­çən­lər,
ma­şın­la­rı əy­lə­yin,
Sər­kər­də­yə
­Sa­lam ve­rib, ke­çin!"
Bu mis­ra­lar, həm də mil­li özü­nü­dər­kə, mil­li bir­li­yə ça­ğı­rış him­ni ki­mi də qiy­mət­li­dir.
Mə­nə­vi gö­zəl­li­yi özün­də eh­ti­va edən mü­tə­fək­kir dü­şün­cə­nin da­ha bir mən­zə­rə­si­ni seyr edək:
“Yaş­lı,
ka­sıb bir ağ­daş­lı
­Həc­cə ge­də bil­mə­di,
Ge­dən­lə­rin da­lın­ca ba­xıb
Də­rin bir ah çək­di.
Tür­yan­ça­yın üs­tün­də,
yol ya­nın­da
­bir fi­dan çi­nar ək­di
­düz yed­di yüz il əv­vəl."
Bə­dii təs­vi­rin poe­ti­ka­sın­da Al­la­ha ina­mın, sev­gi­nin işı­ğı­nı gö­rü­rük. Al­lah yo­lun­da min­nət­siz gö­rü­lən xe­yir­xah əməl­lər əbə­di ya­şa­yır ("yed­di yüz il" be­lə ta­ri­xi sü­but­lar­dan bi­ri­dir) və əməl sa­hi­bi­ni də ya­şa­dır. O, sa­də­cə ən gö­zəl ar­zu­la­rın çin ol­ma­sı­na əbə­di zə­ma­nət­dir (çi­nar ağa­cı ki­mi):
Bir çi­nar de­yil,
ağ­daş­lı bir ki­şi­nin
yamya­şıl Həcc ar­zu­su­du.
Hər yar­pa­ğı
­Pey­ğəm­bə­rə ya­zıl­mış
bir mək­tub­du,
­Ə­lin­də tu­tub­du."

Bu mis­ra­lar şa­ir qəl­bi­nin söz­lə­rə hop­muş xe­yir­xah­lıq sim­fo­ni­ya­sı­dır.
F.Qoca dün­ya­nı bü­rü­yən fa­ciə­lə­rin sə­bə­bi­ni in­san­la­rın ikiüz­lü, hiy­lə­gər var­lı­ğa çev­ril­mə­sin­də gö­rür. Mü­qəd­dəs rəmz­lə­rin məkr­li əməl­lər üçün is­ti­fa­də­si­ni bə­şə­ri ağ­rı ki­mi də­yər­lən­di­rə­rək, dün­yə­vi fa­ciə­nin, tö­rə­di­lən rə­za­lə­tin ma­hiy­yə­ti­ni acıb ortaya qoyur:
“A­xı ni­yə? Ni­yə? Ni­yə?
Bu sual­dan çox­du san­ki,
­Ü­zü­nü ya­na dön­dər­di.
­U­tan­ma­dı, Pey­ğəm­bə­rin
­a­dı­na bir sa­la­vat gön­dər­di
­ter­ro­rist!.."
Da­ha son­ra dün­ya­da hökm sü­rən iki­li ya­naş­ma meyil­lə­ri­nin hə­ya­sız­ca­sı­na art­ma­sı­nı al­lah­sız­lı­ğın ye­ni tə­za­hü­rü ki­mi önəm­sə­yir.
“A­dam qan­sız olar,
din­siz olar,
i­man­sız olar,
Al­lah­sız olar adam!
Tə­ca­vüz­ka­rın, si­ya­si mərk­li­lə­rin, ter­ro­ris­tin din­dən, iman­dan, in­san­lıq qa­yə­sin­dən uzaq ol­ma­sı­nı nif­rət­lə xa­tır­la­dan şa­ir öz möv­qe­yi­ni bə­dii ümu­mi­ləş­mə yo­lu ilə bə­şə­ri müs­tə­vi­yə çı­xa­rır.
“Al­lah­dı hər şey­dən,
hər kəs­dən üs­tün,
Al­la­hı yox­dur ter­ro­ris­tin,"
"Dü­şün­dük­lə­rim­dən mən­zə­rə­lər" poe­ma­sın­da dün­ya­da­kı di­ni si­vi­li­za­si­ya­la­rın, cə­miy­yət­də­ki mə­nə­vi ey­bə­cər­lik­lə­rin, tex­ni­ki tə­rəq­qi­nin, mü­ha­ri­bə­lə­rin, sev­gi­nin, "olum­la-ölü­mün", və­tən­pər­vər­li­yin və da­ha ne­çə-ne­çə bə­şə­ri mət­lə­bin fəl­sə­fi ko­du poe­tik məz­mun­da açıq­la­nır. Bu poe­ma­nı məz­mun­da­kı mil­li və bə­şə­ri vəh­də­tə, poe­tik tə­xəy­yül ge­niş­li­yi­nə, bə­dii-fəl­sə­fi ma­hiy­yə­ti­nə gö­rə mən­zum ro­man-me­ta­fo­ra ad­lan­dır­maq olar.
İn­san­la­rı xe­yir­xah­lı­ğa, yax­şı əməl­lə­rə sa­hib ol­ma­ğa ça­ğı­ran şa­ir, uca Ya­ra­da­nın rəğ­bə­ti­ni qa­zan­ma­ğın ye­ga­nə yo­lu­nu an­caq yax­şı­lıq­lar ya­rat­maq­da gö­rür. Onun iman işı­ğı­na bə­lən­miş poe­tik niy­yə­ti əbə­diy­yət nəğ­mə­si ki­mi səs­lə­nir.
Poe­ma ilk ba­xış­daca ay­dın, la­kin poe­tik də­rin­lik ba­xı­mın­dan qey­ri-adi mə­na çox­qat­lı­lı­ğı ilə ta­mam­la­nır.
“Al­lah tək­di,
­ey ya­ran­mış­lar,
Ya­ra­da­na da kö­mək gə­rək­di"
­U­calt­maq üçün onun adı­nı
­Siz də yax­şı­lıq­lar ya­ra­dın..."
Müd­rik bə­dii-fəl­sə­fi ümu­mi­ləş­mə­dir. Yə­ni Al­la­hı, sə­ni ya­ra­da­nı se­vir­sən­sə, onun adı­nı əziz tu­tur­san­sa, bu sev­gi­yə la­yiq iş gör, yax­şı­lıq­lar ya­rat. Əsl iba­dət bu­dur. Ya­ra­dan ya­ra­dı­la­nı se­vir...
Da­ha bir mə­na çö­zü­mü:
­Al­lah föv­qə­la­də qüd­rət sa­hi­bi ola­raq bö­yük­lük­də, mü­qəd­dəs­lik­də tək­dir. İs­tər müs­tə­qim, is­tər­sə də mə­ca­zi mə­na­da Al­la­hın heç bir kö­mə­yə eh­ti­ya­cı yox­dur. Şa­ir də məhz Al­la­ha de­yil, "ya­ra­da­na da kö­mək gə­rək­dir" deyir. Doğ­ru­dur, Al­lah həm də ya­ra­dan­dır. An­caq ya­ra­dan sö­zü heç də hə­mi­şə Al­lah mə­na­sı­nı ifa­də et­mir. Ya­ra­dan sö­zün­də in­ki­şaf, tə­rəq­qi, icad et­mək məz­mun­la­rı da möv­cud­dur. Bun­dan əla­və, Ya­ra­dan sö­zü ulu əc­dad­la­ra, soy-kö­kə də şa­mil­dir. Bu ba­xım­dan yax­şı­lıq­lar ya­rat­maq, həm də mən­sub ol­du­ğun so­yun, nəs­lin nə­ca­bə­ti­ni, adı­nı ya­şat­maq, ucalt­maq­dır. Gö­rün­dü­yü ki­mi, fik­rin için­də­ki poe­tik mə­na­nın ça­lar­la­rı rən­ga­rəng­dir. Bu ifa­də dil faktı ki­mi də cox maraqlı­dır.
Poemada dü­şün­cə üfüq­lə­ri­nin sər­həd­siz­li­yi, təs­vir və ifa­də va­si­tə­lə­ri­nin dol­ğun­lu­ğu, zənnimizcə, onu əsl sə­nət in­ci­si­nə çe­virmişdir. Dü­zü, bö­yük şair qardaşı­mın bu uğuru məni ürək­dən sevindirdi və sevincimi "Azərbaycan" jurnalı­nın oxucuları ilə də bö­lüş­mək istədim.