Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


ÇİNGİZ HÜSEYNOVUN 80 YAŞI
 

Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


 

Çin­giz Hü­sey­nov XX əsr Azər­bay­can bə­dii fik­ri­nin apa­rı­cı si­ma­la­rın­dan bi­ri­dir. Sə­nət­ka­rın uzun müd­dət, təx­mi­nən alt­mış ilə ya­xın (1952-ci il­dən) baş­qa bir məm­lə­kət­də-Ru­si­ya­da ya­şa­ma­sı, əsər­lə­ri­ni Azər­bay­can di­lin­də de­yil, rus di­lin­də yaz­ma­sı da onu öz doğ­ma və­tə­nin­dən, mən­sub ol­du­ğu mil­lə­tin ədə­bi-mə­də­ni mü­hi­tin­dən uzaq­laş­dı­ra bil­mə­miş­dir. Ümu­miy­yət­lə, sə­nət­ka­rın mil­li müəy­yən­li­yi­ni tə­yin edən əsas fak­tor­lar­dan bi­ri dil ami­li ol­sa da, baş­qa bir dil­də əsər­lər ya­zıb mil­li mə­də­niy­yə­tin xə­zi­nə­si­nə töh­fə­lər ver­mək müm­kün­dür və biz bu­nu fars di­lin­də gö­zəl sə­nət in­ci­lə­ri ya­ra­dan, am­ma far­sın yox, tür­kün bö­yük sə­nət­kar­la­rı sa­yı­lan Ni­za­mi­nin, Xa­qa­ni­nin ya­ra­dı­cı­lı­ğı tim­sa­lın­da iz­lə­yə bi­lə­rik. Bu gün Rüs­təm İb­ra­him­bə­yo­vun, Maq­sud İb­ra­him­bə­yo­vun və Çin­giz Hü­sey­no­vun rus di­lin­də yaz­dı­ğı­nı əsas gö­tü­rüb on­la­rın müa­sir Azər­bay­can ədə­biy­ya­tı­na dəx­li ol­ma­dıq­la­rı­nı "sü­but" et­mə­yə ça­lı­şan­lar unu­dur­lar ki, azər­bay­can­lı tə­fək­kü­rü is­tə­ni­lən bir dil­də tə­za­hür edə bi­lər. Çin­giz Hü­sey­nov Mosk­va­da ya­şa­sa da, heç bir vaxt rus ya­zı­çı­sı ol­ma­mış­dır. Çün­ki onun əsər­lə­rin­də əsas möv­zu Azər­bay­can hə­ya­tı və ger­çək­li­yi­dir. Bu ger­çək­li­yi özün­də əks et­di­rən qəh­rə­man­lar isə ta­ri­xi şəx­siy­yət­lə­ri­miz­dir- XIX əs­rin bö­yük fi­kir ba­ha­dı­rı Mir­zə Fə­tə­li Axund­za­də, XX əs­rin gör­kəm­li par­ti­ya və döv­lət xa­di­mi -dok­tor Nə­ri­man Nə­ri­ma­nov, ke­çən əs­rin 50-70-cı il­lə­rin­dən bi­zə ta­nış olan müa­sir­lə­ri­miz­dir. Çin­giz Hü­sey­no­vun, elə­cə də di­gər ta­nın­mış rus­dil­li ya­zı­çı­la­rı­mı­zın əsər­lə­rin­də can­la­nan mil­li xa­rak­ter­lər, mil­li ko­lo­rit, bi­zə ta­nış olan müa­sir­lə­ri­mi­zin ob­raz­la­rı bir da­ha sü­but edir ki, mil­li-mə­nə­vi var­lı­ğı­mı­zın tə­cəs­sü­mün­də əsas amil ya­zı­çı­nın bə­dii tə­fək­kü­rü­nün xa­rak­te­ri­dir. Çin­giz Hü­sey­nov bu mə­na­da əsl mil­li ya­zı­çı­dır.
Ya­zı­çı­nın alt­mış-yet­mi­şin­ci il­lər­də qə­lə­mə al­dı­ğı "Mə­nim ba­cım", "Nov­ruz­gü­lü", "Də­niz ha­va­sı", "Adı­nı de­mə­di", "Qı­zıl" po­vest­lə­rin­də mə­nə­vi-əx­la­qi ax­ta­rış­lar möv­zu­su diq­qət mər­kə­zin­də idi. Hə­min əsər­lər 60-70-ci il­lər Azər­bay­can nəs­ri­nin o möv­zu­da ən uğur­lu əsər­lə­ri ilə bir sı­ra­da du­rur. Çin­giz Hü­sey­no­vun təs­vir et­di­yi qəh­rə­man­lar mə­nə­vi və əx­la­qi gö­zəl­li­yi təm­sil edir­di­lər, cə­miy­yət­də baş ve­rən ha­di­sə­lər bu qəh­rə­man­la­rın hə­ya­tın­da də­rin iz bu­ra­xır­dı və ger­çək­lik on­la­rın fər­di alə­min­də əks olu­nur­du.­Ya­zı­çı­nın əsər­lə­ri nəs­ri­miz­də ya­ra­nan li­rik-psi­xo­lo­ji tə­ma­yü­lü təm­sil edir­di­lər. O­nun əsər­lə­ri­nin qəh­rə­man­la­rı hə­yat­da­kı mən­fi­lik­lə­rin, ey­bə­cər­lik­lə­rin əha­tə­sin­də ya­şa­sa­lar da, mə­nən tə­miz ol­duq­la­rı üçün in­san­la­rın mə­nə­vi alə­mi­nə tə­sir et­mək qüd­rə­ti­nə ma­lik idi­lər. Sev­gi, mə­həb­bət bu qəh­rə­man­la­rın hə­ya­tı­nı də­yiş­di­rir, on­lar bu gur işı­ğı sön­mə­yə qoy­ma­ya­raq mü­hi­tə də mə­nə­vi gö­zəl­lik bəxş edir­di­lər. "Mə­nim ba­cım" po­ves­tin­də­ki Sol­maz sev­mə­di­yi bir oğ­la­na-Ab­ba­sa ni­şan­la­nıb, "Nov­ruz­gü­lü"n­də isə Nov­ruz ər­li bir qa­dı­na-Mər­yə­mə aşiq olub. Hər iki ha­di­sə on­la­rın ya­şa­dı­ğı mü­hit üçün göz­lə­nil­məz­dir - şüur­lar­da kök sa­lan əx­la­qi tə­səv­vür­lə­rə zid­dir. ­La­kin on­lar mü­hi­tin de­yil, ürək­lə­ri­nin hök­müy­lə hə­rə­kət edir­lər. "Xoş­bəxt son­luq" heç də asan­lıq­la ba­şa gəl­mir, gər­gin da­xi­li sar­sın­tı­lar­dan, mü­hi­tin mə­nə­vi təz­yiq­lə­rin­dən, ai­lə­lər­də­ki de­di-qo­du­lar­dan, mü­na­qi­şə­lər­dən ke­çə­rək baş ve­rir. Ü­rə­yin qa­nun­la­rı mü­hi­tin qa­nun­la­rı­na qa­lib gə­lir. Ye­ri gəl­miş­kən qeyd edək ki, 60-70-ci il­lər Azər­bay­can nəs­rin­də bu tip­li qəh­rə­man­lar az de­yil­di və on­lar hə­min döv­rün müs­bət qəh­rə­man­la­rı ki­mi xa­rak­te­ri­zə olu­nur­du­lar. Xa­tır­la­yaq Mir­zə İb­ra­hi­mo­vun "Mə­di­nə­nin ürə­yi" he­ka­yə­sin­də­ki Ya­vər və Mə­di­nə­ni, İl­yas Əfən­di­ye­vin "Kör­pü­sa­lan­lar" po­ves­tin­də­ki Sə­riy­yə və Qə­rib­ca­nı, "Dağ­lar ar­xa­sın­da­kı üç dost" ro­ma­nın­da­kı Sə­li­mə və Şah­la­rı, El­çi­nin "Bir gö­rü­şün ta­rix­çə­si" po­ves­tin­də­ki Məm­mə­da­ğa və Məs­mə­xa­nı­mı... Bun­lar 60-70-ci il­lər Azər­bay­can nəs­rin­də ye­ni tip­li qəh­rə­man­lar idi.
Çin­giz Hü­sey­no­vun ya­ra­dı­cı­lı­ğı­nı mər­hə­lə­lə­rə və möv­zu­la­ra gö­rə qrup­laş­dır­maq fik­rin­də de­yi­lik. An­caq bu­nu söy­lə­yə bi­lə­rik ki, onun nəsr ya­ra­dı­cı­lı­ğı­nı fik­ri tə­ka­mül ba­xı­mın­dan iz­lə­mək da­ha mü­na­sib­dir. Be­lə ki, Ç.Hü­sey­nov ya­şa­dı­ğı döv­rün mə­nə­vi-əx­la­qi prob­lem­lə­ri­ni bə­dii nəsr­də uğur­la əks et­di­rən­dən son­ra cə­miy­yə­ti na­ra­hat edən so­sial prob­lem­lə­rə mü­ra­ciət et­miş, "Mə­həm­məd, Məm­məd, Mə­miş" və "Ai­lə giz­lin­lə­ri" ro­man­la­rı­nı qə­lə­mə al­mış­dır. Bu əsər­lə­rin ge­niş təh­li­lin­dən im­ti­na edib yal­nız bir ne­çə kəl­mə ilə ki­fa­yət­lə­nə­cə­yik: is­tər "Mə­həm­məd, Məm­məd, Mə­miş"­də, is­tər­sə də "Ai­lə giz­lin­lə­ri"n­də müəl­lif ar­tıq öz böh­ran­lı çağ­la­rı­nı ya­şa­yan bir qu­ru­lu­şun kri­tik həd­də ça­tan, cə­miy­yə­ti mə­nə­vi dep­res­si­ya­ya sü­rük­lə­yən mən­fi, ne­qa­tiv hal­la­rı kəs­kin tən­qid hə­də­fi­nə çe­vir­miş­dir. Təs­vir olu­nan ha­di­sə­lər da­ha çox Azər­bay­can ic­ti­mai ger­çək­li­yi ilə bağ­lı idi. "Mə­həm­məd, Məm­məd, Mə­miş"­də bö­yük bir ai­lə təs­vir olu­nur, ai­lə­nin baş­çı­sı Xa­say vax­ti­lə ham­bal oğ­lu ol­muş­dur, la­kin öz şəx­si "fə­ra­sə­ti" sa­yə­sin­də şə­hər nəq­liy­ya­tı­na rəh­bər­lik edən bir və­zi­fə sa­hi­bi­nə qə­dər yük­səl­miş­dir. Yük­səl­dik­cə də in­san­lıq cə­hət­dən pil­lə-pil­lə aşa­ğı en­miş, hə­mi­şə öz şəx­si ta­le­yi­ni dü­şün­müş­dür. O, ilk ar­va­dı Hüs­niy­yə­ni "xoş­luq­la" bo­şa­yan­dan son­ra ikin­ci də­fə oğ­lu Gül­ba­la­nın sev­gi­li­si Rə­na ilə ev­lən­miş, üçün­cü də­fə də Ni­ga­ra meyil et­miş­dir. Xa­say öz qar­daş­la­rı­nın da fi­ra­van do­lan­ma­sı üçün şə­rait ya­rat­mış, ka­sıb ba­cı­sı oğ­lu Mə­mi­şə isə məhz ka­sıb ol­du­ğu üçün hə­qa­rət­lə bax­mış­dır. Mə­miş öz "doğ­ma­la­rı­na" qar­şı mü­ba­ri­zə apa­rır, am­ma tə­bii ki, qa­lib gə­lə bil­mir, fa­ciə­li şə­kil­də hə­lak olur. Əsə­rin be­lə bir bəd­bin son­lu­ğu o za­man bir çox eti­raz­la­ra sə­bəb ol­muş­du. Axı, "müs­bət" qəh­rə­man qa­lib gəl­mə­li idi. Çin­giz Hü­sey­nov isə be­lə bir şab­lon son­luq­dan im­ti­na et­di və əsl hə­qi­qə­ti yaz­dı.
Ey­ni dövr­də ya­zı­çı pa­ra­lel ola­raq "La­büd­lük" po­ves­ti­ni və "Fə­tə­li fət­hi" ta­ri­xi ro­ma­nı­nı yaz­mış, son il­lər­də isə N.Nə­ri­ma­no­vun hə­ya­tın­dan söz açan "Dok­tor N" ro­ma­nı­nı çap et­dir­miş­dir. Müa­sir möv­zu­lar­dan ta­ri­xə mü­ra­ciət isə sə­bəb­siz de­yil - Çin­giz Hü­sey­nov xal­qı­mı­zın mil­li-mə­nə­vi şüu­ru­nun tə­şək­kü­lü və in­ti­ba­hın­da bö­yük rol oy­na­mış Mir­zə Fə­tə­li Axund­za­də­ni və gör­kəm­li şəx­siy­yət, in­qi­lab­çı de­mok­rat Nə­ri­ma­no­vu ya­şa­dıq­la­rı əsr­lə­rin föv­qün­də, uca­lı­ğın­da dərk edir, be­lə bir fik­ri aşı­la­yır ki, bu şəx­siy­yət­lə­rin ya­şa­dı­ğı fa­ciə­lər tək­cə on­la­rın şəx­si fa­ciə­lə­ri de­yil, həm də mən­sub ol­duq­la­rı xal­qın fa­ciə­si ol­muş­dur. Çin­giz Hü­sey­no­vun bir na­sir ki­mi püx­tə­ləş­mə­si bu əsər­lər­də da­ha ba­riz nə­zə­rə çar­pır.­ Be­lə ki, o, ilk əsər­lə­rin­də da­ha çox rea­list təs­vir üsu­lu­na üs­tün­lük ve­rir­di, "Fə­tə­li fət­hi"n­də isə bu üs­lu­ba şər­ti­lik ele­ment­lə­ri və bə­dii təs­vir­də ye­ni for­ma­lar qa­rı­şır. Gör­kəm­li tən­qid­çi Ya­şar Qa­ra­yev ya­zır­dı ki: "Ona (Ç.Hü­sey­no­va- V.Y.) məx­sus "da­xi­li nitq" və "uca­dan dü­şün­cə" üsu­lu...dra­ma­tik fi­kir­lə­rin göz­lə­nil­məz dal­ğa­la­rı ilə pub­li­sis­tik pas­saj­lar­la, "sə­nəd­li tə­xəy­yül­lə" və bə­dii hi­po­tez­lər­lə mün­bit­dir.
Müəl­lif M.F.A­xun­do­vun mə­nə­vi alə­mi­nə da­ha də­rin­dən nü­fuz et­mə­yə kö­mək gös­tə­rən heç nə­dən im­ti­na et­mir, ye­ri gə­lən­də, fan­tas­tik üsu­la da, qro­tes­kə də, sim­vol­la­ra da bol-bol yer ayı­rır. Çin­giz Hü­sey­no­vun təs­vi­rin­də qəh­rə­man çox tez-tez gər­gin mə­nə­vi hal­la­rın, yu­xu və xa­ti­rə­lə­rin, tə­sa­dü­fi tə­xəy­yül və hi­po­tez­lə­rin bə­dii bül­lu­run­dan gö­rü­nür".
"Fə­tə­li fət­hi" haq­qın­da Azər­bay­can nəs­ri­nin uğur­lu bir nü­mu­nə­si ki­mi söz açan mə­qa­lə­lə­rə də is­ti­nad edə bi­lər­dik. Am­ma yax­şı olar ki, Çin­giz Hü­sey­no­vun ro­man­la bağ­lı özü­nün fi­kir­lə­ri­nə mü­ra­ciət edək: "Əsər-sə­nəd­li fan­ta­zi­ya­dır-yə­ni, sə­nəd­lər üzə­rin­də qu­rul­muş­dur, heç bir uy­dur­ma­ya yol ve­ril­mə­miş­dir, am­ma sə­nəd­lər "müa­sir göz­lə" oxun­muş­dur. Axun­do­vun gə­lə­cə­yi bi­zə mə­lum­dur, bu gə­lə­cək­dən ge­ri­yə ba­xan­da gö­rü­rük ki, Axun­do­vun si­ma­sı bö­yük və uca­dır, la­kin fa­ciə­si də il­dən-ilə bö­yü­yür və gü­nah Axun­dov­da de­yil, zə­ma­nə­də­dir. Əl­bət­tə, onu de­mə­li­yəm ki, mən Axun­do­vu və xal­qı­mı­zı rus di­li va­si­tə­si­lə ça­lış­dım dün­ya­ya ta­nıt­dı­ram, Axun­do­vun xa­rak­te­ri­ni ti­pik­ləş­di­rib şi­şirt­mi­şəm, ucalt­mı­şam-da­hi­lə­rin zid­diy­yət­lə­ri də­rin və bə­şə­ri olur, Fə­tə­li-Ni­ko­lay, Fə­tə­li-Şa­mil və s.-bü­tün bun­la­rı mən ola bi­lə­cək ki­mi ver­mi­şəm, bəl­kə də Ni­ko­la­yın Fə­tə­li­dən heç xə­bə­ri yox idi, am­ma ola bi­lər­di, bü­tün bun­la­rı şrift yo­lu ilə ver­mi­şəm, kur­siv­lə və bü­tün bu "ola bi­lə­cək­lər ta­ri­xə zidd de­yil, o döv­rə aid­dir".
Ye­ri gəl­miş­kən qeyd edək ki, "Fə­tə­li fət­hi" Azər­bay­can nəs­rin­də ta­ri­xə, ta­ri­xi şəx­siy­yət­lə­rə ar­tıq ye­ni bir mü­na­si­bə­tin for­ma­laş­dı­ğın­dan xə­bər ve­rir­di və biz hə­min il­lər­də İsa Hü­sey­no­vun "Məh­şər", son­ra­kı il­lər­də Yu­sif Sə­mə­doğ­lu­nun "Qətl gü­nü", El­çi­nin "Mah­mud və Mər­yəm" ro­man­la­rın­da bu­nun əya­ni şa­hi­di ol­duq.
Çin­giz Hü­sey­no­vun "Dok­tor N" ro­ma­nı (1998) Azər­bay­can nəs­rin­də N.Nə­ri­ma­no­va həsr olu­nan ilk ro­man­lar­dan bi­ri­dir. Bun­dan xey­li əv­vəl Mir­zə İb­ra­hi­mov "Pər­va­nə" ro­ma­nı­nı qə­lə­mə al­mış­dı, la­kin hə­min ro­man­da Nə­ri­ma­no­vun hə­ya­tı­nın yal­nız bi­rin­ci döv­rü (uşaq­lıq və gənc­lik il­lə­ri) əks olun­muş­du. İki his­sə­li "Dok­tor N"də isə Nə­ri­ma­no­vun hə­ya­tı, mü­ba­ri­zə­lər­də ke­çən öm­rü az qa­la ad­dım-ad­dım iz­lə­nir. Am­ma bu­ra­da tər­cü­me­yi-hal fakt­la­rı sa­da­lan­mır, bə­zi ta­ri­xi ro­man­lar­da ol­du­ğu ki­mi "bə­dii av­to­bioq­ra­fi­ya" ya­rat­mır. Ro­man o yer­dən baş­la­nır ki, Nə­ri­ma­nov 1925-ci ilin qar­lı-çov­ğun­lu bir gü­nün­də so­yuq tram­vay­da Krem­lə ge­dir. Ge­cə o, qa­rı­şıq yu­xu­lar gö­rüb, in­di öm­rü­nün ötüb ke­çən il­lə­ri­ni xa­tır­la­yır. Bu il­lər ər­zin­də o, müx­tə­lif əqi­də­li in­san­lar­la gö­rüş­müş, bə­zi­lə­ri ilə si­lah­daş və həm­fi­kir ol­muş, bə­zi­lə­ri ilə mü­na­qi­şə­yə gi­riş­miş, bə­zi­lə­ri­nin isə açıq düş­mən­çi­li­yi­ni hiss et­miş­dir.­ Kim­dir bun­lar? Ha­cı Zey­na­lab­din Ta­ğı­yev, Nə­sib­bəy Yu­sif­bə­yov, Şaum­yan, Məm­məd Əmin Rə­sul­za­də,­Ki­rov, Mi­ko­yan, Or­co­ni­kid­ze, Sta­lin, Le­nin... bir söz­lə, dost­lar və düş­mən­lər. Müəl­lif Nə­ri­ma­no­vu məhz bu dost­lar və düş­mən­lər əha­tə­sin­də təq­dim edir, Nə­ri­ma­no­vun Azər­bay­can na­mi­nə, onun tə­rəq­qi­si yo­lun­da çək­di­yi əziy­yət­lə­ri­ni, bu yol­da se­vinc­lər­lə bə­ra­bər tə­qib­lər­lə, təz­yiq­lər­lə, sür­gün­lər­lə üz­ləş­mə­si­ni bü­tün ro­man bo­yu iz­lə­yir. An­caq, "Fə­tə­li fət­hi"n­də ol­du­ğu ki­mi bu ro­man­da da təh­ki­yə ənə­nə­vi üs­lub­da de­yil, as­so­sia­tiv tərz­də­dir, da­ha doğ­ru­su, "şü­ur axı­nı" şək­lin­də da­vam edir. Ona gö­rə də Ç.Hü­sey­no­vun ro­man­la­rı üs­lu­bu ba­xı­mın­dan ye­ni tip­li­dir. Ro­man haq­qın­da söz açan bir çox müəl­lif­lər sü­but et­mə­yə ça­lı­şır­lar ki, ro­man­da bir yox, iki qəh­rə­man var. Be­lə ki, ro­ma­nın bi­rin­ci his­sə­sin­də Nə­ri­ma­nov, ikin­ci his­sə­sin­də isə Məm­məd Əmin Rə­sul­za­də əsas qəh­rə­man ki­mi təq­dim edi­lir.­ Doğ­ru­dur, ro­ma­nın ikin­ci his­sə­sin­də Nə­ri­ma­nov­la mü­qa­yi­sə­də Məm­məd Əmi­nə bir qə­dər çox yer ve­ri­lir, bu­ra­da məq­səd heç də Nə­ri­ma­no­vu köl­gə­də qoy­maq de­yil. Sa­də­cə ola­raq, müəl­lif Azər­bay­ca­nın ta­le­yi ilə bağ­lı mə­sə­lə­lər­də Məm­məd Əmi­nin düz­gün yol tut­du­ğu­nu nə­zə­rə çarp­dır­maq is­tə­miş­dir.
Nə­ri­ma­nov - bu bö­yük in­san həm də fa­ciə­li şəx­siy­yət ol­muş­dur. Onun Le­nin ide­ya­la­rı­na bö­yük ina­mı var idi, an­caq Mosk­va­da bu ina­mın get-ge­də sar­sıl­dı­ğı­nı hiss edir. Çin­giz Hü­sey­nov bəl­kə elə bu sə­bəb­dən əsə­ri­ni "fa­ciə ro­ma­nı" ad­lan­dır­mış­dır. Doğ­ru­dan da bö­yük in­san­la­rın fa­ciə­lə­ri də bö­yük olur və ro­ma­nı oxu­duq­ca biz bu­nu da­ha ay­dın hiss edi­rik.
...Çin­giz Hü­sey­nov­dan söz açan­da onun nəsr ya­ra­dı­cı­lı­ğı ilə ya­na­şı, həm də keç­miş SSRİ mə­ka­nın­da ta­nın­mış bir ədə­biy­yat­şü­nas ol­du­ğu­nu (bu sa­hə­də fəa­liy­yə­ti in­di də da­vam edir) da unut­mu­ruq. Onun so­vet ədə­biy­ya­tı­nın müx­tə­lif prob­lem­lə­ri, elə­cə də mil­li ədə­biy­yat­la­rın ən ak­tual mə­sə­lə­lə­riy­lə bağ­lı on­lar­la mə­qa­lə­si­ni xa­tır­la­maq olar. De­yək ki, o, şöh­rət­li ya­zı­çı adı­nın ar­xa­sın­da giz­lə­nən ədə­biy­yat­şü­nas­lar­dan ol­ma­mış­dır, fi­lo­lo­gi­ya elm­ləri dok­to­ru, pro­fes­sor Çin­giz Hü­sey­no­vun el­mi-nə­zə­ri fi­kir­lə­ri hə­mi­şə mö­tə­bər sa­yıl­mış­dır.
Çin­giz Hü­sey­nov uzun müd­dət SSRİ Ya­zı­çı­lar İt­ti­fa­qın­da mil­li ədə­biy­yat­lar üz­rə məs­lə­hət­çi ol­muş­dur (1955-1972). Onun hə­min il­lər­də Azər­bay­can ədə­biy­ya­tı ilə bağ­lı gör­dü­yü iş­lə­rin sa­yı və san­ba­lı an­caq fə­rəh do­ğu­rur. Azər­bay­can klas­sik və müa­sir ədə­biy­ya­tı­nın təb­li­ği, tər­cü­mə­si, şa­ir və ya­zı­çı­la­rı­mı­zın Mosk­va­da di­gər qar­daş res­pub­li­ka­lar­da yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si ilə bağ­lı mə­sə­lə­lər məhz onun iş­gü­zar fəa­liy­yə­ti­nin bəh­rə­lə­ri idi. Beş il bun­dan əv­vəl, "Azər­bay­can" jur­na­lı­nın av­qust nöm­rə­sin­də Çin­giz Hü­sey­no­vun "Ötən gü­nə gün çat­maz" ("Gün­də­lik­dən sə­hi­fə­lər-1964") xa­ti­rə-qeyd­lə­ri çap olun­du. Hə­min ya­zı­da siz de­dik­lə­ri­mi­zi sü­but edə bi­lə­cək on­lar­la fakt­la üz­lə­şə bi­lər­si­niz.
Mosk­va­da - biz­dən uzaq­da ya­şa­yan, am­ma bi­zim ədə­biy­ya­tı­mı­zın gör­kəm­li nü­ma­yən­də­si ki­mi ta­nı­nan Çin­giz Hü­sey­no­vun sək­sə­nin­ci ba­ha­rı­nı ürək­dən təb­rik edi­rik. Ə­sər­lə­ri­nin uzu­nö­mür­lü ola­ca­ğı­na ha­mı­mız ina­nır, "öm­rü də be­lə uzun ol­sun Çin­giz müəl­li­min" de­yi­rik...