Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


Ədəbi gənclik
 

İra­də AY­TEL


 
ANA, XOŞ­BƏXT DE­Yİ­LƏM...

Ürə­yi­nin ya­ğıy­la bəs­lə­mi­sən mə­ni sən,
Əlin­də qo­ru tu­tub, göz­lə­mi­sən mə­ni sən,
Ge­cə­ni sə­hə­rə­cən, naz­la­mı­san mə­ni sən,
Ni­ga­ran bir ba­xış­la
in­di ha­lım so­rur­san,
Di­lim də gəl­mir, Anam,
Di­lim də gəl­mir, de­yəm:
- Ana, xoş­bəxt de­yi­ləm...

Ba­la de­yib sən mə­nə, ba­lan­dan da­da gəl­din,
Eşi­dib xoş sə­da­mı bir az mu­ra­da gəl­din.
Mən­sə ba­la dad­ma­mış ba­la­lı oda gəl­dim,
Mən­də se­vinc gə­zir­sən,
eh... özü­nü yo­rur­san,
Ha­va­lan­sam,
in­lə­yən sı­nıq-sal­xaq bir ne­yəm,
Di­lim də gəl­mir, Anam,
Di­lim də gəl­mir, de­yəm:
- Ana, xoş­bəxt de­yi­ləm...

Tən­ha ge­cə­lə­ri­min sə­hə­ri ya­man uzaq,
Eşik­də is­ti­sə də mə­nim boş evim sa­zaq,
Bir­cə ge­cə­min ahın de­səm, kök­sün ya­na­caq,
Bəl­kə də xə­bər­siz­sən, mən­çün xə­yal qu­rur­san,
İs­tə­mi­rəm xül­ya­nın bir­cə kər­picin əyəm,
Di­lim də gəl­mir, Anam,
Di­lim də gəl­mir, de­yəm:
- Ana, xoş­bəxt de­yi­ləm...

Hər­dən də Ana de­yib, gə­zir sə­ni mən ba­lan,
Hər­dən də ba­la dər­di öm­rü­mü edir ta­lan,
İs­tə­yi­rəm ahım­la ye­ri-gö­yü tərs sa­lam,
Qa­ran­lı­ğın için­dən bir­cə ba­la­mı alam!
Yox, Ana!
mən aci­zəm,
Yox, Ana!
mən güc­sü­zəm...
Qoy baş qo­yum kök­sü­nə,
ağ­la­yım için-için,
Qoy dər­di­mi bir­cə-bir sə­nə söy­lə­yim, Ana!
Qoy sən­dən xə­bər alım,
xə­bər alım ki, ney­çün,
- Ney­çün mə­ni bəs­lə­din?
Ney­çün mə­ni naz­la­dın?
Ney­çün gəl­dim ca­ha­na?!..

...Ni­ga­ran bir ba­xış­la
ye­nə ha­lım so­rur­san,
Di­lim də gəl­mir, Anam,
Di­lim də gəl­mir, de­yəm,
- Ana, xoş­bəxt de­yi­ləm...

MƏ­NİM ŞE­İR BA­LA­LA­RIM

Sə­nə şe­ir yaz­ma­ya­cam...
Son şe­i­ri­min sə­tir­lə­ri­ni
bo­ğa­zı­ma do­la­mı­şam,
bo­ğu­lu­ram.
Ürə­yi­mi yan­dı­rıb,
İs­tə­yim­dən yan qu­rub,
Qə­hər­lə­nən,
Di­li­min ucun­da ki­lid­lə­nən
kəl­mə­lə­ri,
içim­dən sö­kü­lən,
Ka­ğız­la­ra ti­ki­lən
İl­mə­lə­ri
Çöz­mü­şəm,
da­ğı­lı­ram.

Sə­nə şe­ir yaz­ma­ya­cam...
Ay şe­i­ri­min ata­sı!
Hər ye­tim şe­i­rim do­ğul­duq­ca,
Qı­naq­lar­da bo­ğul­duq­ca
Nən­ni ürə­yi­min,
Qə­bir ürə­yi­min
so­lur bu­ta­sı.
Ağı­la­rım,
Ya­ğı­la­rım,
Mə­nim şe­ir ba­la­la­rım,
Bəl­kə elə...
Elə mən də siz­lə do­ğu­lu­ram...

ƏFV ET

...Ba­ğış­la­yan, Adil Sən­sən,
Əfv et, Tan­rım, əfv et mə­ni!
He­sab sor­san bir gün mən­dən,
Əfv et, Tan­rım, əfv et mə­ni!

Zəm-zəm içib du­rul­mu­şam,
Öz Mək­kə­mə bu­rul­mu­şam,
Mən bən­də­nə yar ol­mu­şam,
Əfv et, Tan­rım, əfv et mə­ni!

Bu bir gü­nah, bir qa­da­ğa,
Ca­nım Sə­nə hey sa­da­ğa,
İnan, dər­dim qiy­mam da­ğa,
Əfv et, Tan­rım, əfv et mə­ni!

Nə sax­ta­yam, nə ri­ya­yam,
Sev­gi ad­lı bir du­a­yam,
Mü­qəd­də­səm, öv­li­ya­yam,
Əfv et, Tan­rım, əfv et mə­ni!

Özün yaz­dın böy­lə yo­lu,
Sev­dam Ali, sev­dam Ulu,
Mən sev­da­mın dön­məz qu­lu,
Əfv et, Tan­rım, əfv et mə­ni!

SƏ­Nİ GÖZ­LƏ­YİR

Göz­lə­ri­ni Bə­növ­şən
Aç­mır, sə­ni göz­lə­yir.
Yaz ol­sa da ət­ri­ni,
Saç­mır, sə­ni göz­lə­yir.

“Oyan” - de­yir sübh me­hi,
Bü­kür boy­nu­nu “eh”i,
Yar­pa­ğın­da­kı şe­hi,
İç­mir, sə­ni göz­lə­yir.

Qor­xur yad əl­lər də­yər,
Qu­rur kol altda də­yə,
“Söz­lüm gə­lə­cək” - de­yə,
Köç­mür, sə­ni göz­lə­yir.