Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


TƏN­QİD VƏ ƏDƏ­BİY­YAT­ŞÜ­NAS­LIQ
 

Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


 

Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər buraxan, realist dramaturgiyamı­zın və nəsrimizin banisi Mirzə Fə­təli Axundzadənin zəngin və çoxşaxəli irsi əsr­lər keçdikcə müasirliyini saxlayır, hər dövr­də yenidən tədqiq olunur, araşdı­rı­lır. Bu axtarışların coğrafiyası genişlənib, məzmunu dərinləşdikcə yeni-yeni elmi faktlar, qiymətli məlumatlar aşkara çı­xır, dramaturqun həya­tı­nın bəzi maraqlı məqamları müəy­yən­ləşir.
M. F. Axundzadənin realizmindən insan psixologiyası, mə­nəviyyatı, onun inikası əsas cə­hət­lər­dən biridir. Mü­təf­fəkirin yaradı­cı­lı­ğı haqqında hə­lə öz sağlı­ğında xarici öl­kə­lər­də də­yərli yazılar çap olunmuş, onun komediyaları rus, fars, ingilis, fransız, alman dilləri­nə tər­cü­mə olunaraq, ona dünya şöh­rəti qazandır­mış­dı. O dövr­də Azərbaycan yazı­çıla­rından Rusiyada və Qərbi Avropada ən çox tanınan, məşhur olan, sevilən məhz Mirzə Fə­təli Axundzadə olmuşdur.
Ə­sər­ləri müx­təlif öl­kə­lər­də, müx­təlif dillər­də çap olunsa da, ədibin Azərbaycan dilində komediyaları­nın çapı 1859-cu ildə (Tiflisdə) həyata keçmişdi.
Azərbaycanda M. F. Axundzadə haqqında istər alimlərimiz, istər­sə də yazı­çıla­rı­mız çox yazmışlar. Onlar ədibin həya­tı, yaradı­cı­lı­ğı, ədəbi-ictimai və fəl­səfi fikirləri haqqında bir çox kitablar, monoqrafiyalar və elmi məqa­lə­lər yazmış, komediyaları­nın, "Aldanmış kəvakib" povestinin, "Kəma­lüd­döv­lə məktubları" fəl­səfi əsərinin, şeirlərinin, məktubları­nın tarixi əhəmiyyətini, ideya-bədii xüsusiyyət­lərini düz­gün qiymət­ləndirən bir sıra də­yərli fikirlər söy­ləmişlər.
1909-cu ildə Firidun bəy Kö­çərli "Tə­rəqqi" (1909, 19 mart) qəzetində bö­yük rus yazı­çı­sı N. V. Qoqolun anadan olması­nın 100 illik yubileyi münasibəti­lə məqa­lə çap etdirmişdi. Firudin bəy məqa­ləsində Azərbaycanın gör­kəmli dramaturqu M. F. Axundzadənin də 100 illik yubileyinin yaxınlaşdı­ğı­nı geniş ictimaiyyə­tə xə­bər verirdi;
"Aya, Mirzə Fə­təlinin 100-illiyi də bizim yadı­mıza dü­şə­cəkdirmi və bizdə yeni milli hiss və milliyyət damarı ayrılacaqdır­mı, biz də öz ədiblərimizin şan və şə­rəfini, qədir və qiymətini dərk edə­cəyikmi?"
M. F. Axundzadənin tə­vəl­lüd tarixi üç müx­təlif ildə (1811, 1812, 1814) gös­tərilmişdir. Dramaturqun ölü­mün­dən (1878,0 mart) sonra onun oğlu Rəşidbəy Axundovun xahişi ilə, atası­nın uzun illər xidmət etdiyi rəsmi döv­lət idarəsindən verilən əmək kitabçasında onun doğum tarixi 1811-ci il qeyd edilir. Əsl düz­gün sə­nəd isə M. F. Axundzadənin özü­nün 1874-cü ildə tərtib etdiyi avtobioqrafiyadır. Orada tə­vəl­lüd tarixi 1812-ci il gös­tərilir (F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. 1974, s.254).
Gör­kəmli ictimai xadim Əli­mərdanbəy Topçubaşov (1865-1934) 1903-cü ildə Mirzə Fə­təlinin komediyaları­nın nəşrinin 50 illiyi (1853, Tiflis) münasibəti­lə bir yazı çap etdirə­rək, M. F. Axundzadənin əsər­lərinin səh­nə tarixi haqqında məlumat vermişdi. Ə. Topçubaşov Mirzə Fə­təlinin doğum ilini, dramaturqun oğlu, mü­həndis və tər­cü­məçi Rəşidbəy Axundovun (1854-1905) 1887-ci ildə "Kəş­kül"­də (N43-də) nəşr etdirdiyi "M. F. Axundovun tər­cümeyi - halı" (M. F. Axundov bu "Tər­cümeyi-halı fars dilində özü yazmış­dı) əsa­sında doğru olaraq 1812-ci il kimi təqdim etmişdir.
M. F. Axundzadənin komediyaları­nın nəşr olunması­nın 50 illiyi münasibəti­lə "Tiflisski listok" (1903, 31 oktyabr) qəzetində gör­kəmli publisist, tənqidçi Hüseyn Minasazov (1881-1932) dramaturqun keçdiyi həyat yolu, onun doğum tarixi, uşaqlıq illəri, öm­rü­nün sonuna qə­dər döv­lət qulluğunda xidmət etməsini yığcam şəkildə işıqlandır­mış­dı:
"Mirzə Fə­təli Axundov Azərbaycan ziyalıla­rı­nın ən parlaq nüma­yən­də­lərindən biridir. Həya­tı­mı­zın ən qaranlıq bir döv­rün­də o, nadanlıq və qaranlıq dünyasına cəsa­rət­lə hücum çəkmişdir... Mü­səlmanlar bu mübariz filosofla fəxr etməlidir. Mə­gər onu unutmaq olarmı?... Yubiley bayramı müt­ləq keçirmək lazım­dır, hər necə olur - olsun keçirmək lazım­dır. Bu, mü­səlman həya­tı­nın hadisə­lərini dərk etmək və qiymət­ləndirmək­də bizim yetkinliyimizi nümayiş etdirən bir imtahan olmalı­dır".
Hüseyn Minasazovun bu məqa­ləsi ilə birlikdə, qəzetin həmin sayında "Zaqafqazye" qəzetinin əməkdaşı, publisist Hacı bəy Şirvanski də "M. F Axundovun yubileyi müna­sibəti­lə " adlı məqa­lə dərc etdirmişdi.
Hacı bəy Şirvanski məqa­ləsində Tiflis yerli mü­səlman ziyalıla­rı­nın bir qrupunun, yı­ğıncaqların birində Mirzə Fə­təli Axundzadənin yubileyinin keçirilməsi üçün "yubiley komitəsi" yaratmasından bəhs edirdi. O dövr­də Tiflisdə xidmət edən Azərbaycan ziyalıla­rında Həm­zət bəy Şirvanski katib, M.A.Abbasov, M.B.Əliyev, N.B.Qaibov, M.Q.Hə­sənzadə, N.B.Yadigarov, A.Q.Mövlazadə, A.M.Nərimanov, A.A.Poladzadə, Q.B.Rəhimov, C.Sultanov, Y.V.Tahirov və M.R.Ə­fəndiyev üzv seçilmişdilər. Komitənin əsas vəzi­fəsi M.F.Axundzadənin həyat və yaradı­cı­lı­ğına dair çoxlu materiallar toplamaq, başqa şə­hər­lər­lə, əsa­sən də Bakıda təşkil olunan yubiley komitəsi ilə əlaqə yaratmaq, yubiley tən­tə­nə­lərinin dəqiq planı­nı hazırlamaq, bu münasibət­lə xərc­lə­nə­cək pulun mən­bəyinin tapılması kimi mə­sə­lə­lər­dən ibarət idi.
Yubiley ərə­fəsində ən maraqlı məqa­lə­lər­dən birinin mü­əllifi də Rəhim bəy Məlikov olmuşdur. Professor Rəhim bəy Məlikov gör­kəmli Azərbaycan jurnalisti, təb­iət­şünas alim Hə­sən­bəy Məlikov - Zərdabinin qardaşı oğludur (1886-1936). O, "Baku" qəzetində (1911, 17 oktyabr) çap etdirdiyi "Unudul­maz xaritə" adlı məqa­ləsində M. F Axund­za­də­nin anadan olması­nın 100 illiyinin Azərbaycan xalqı­nın mə­dəni və ictimai həya­tında oy­nadı­ğı rol haqqında bəhs etmişdir. Rəhim bəy Məlikov ədəbi-mə­dəni fikrimizin inki­şafında M. F. Axundzadənin xidmət­lərini yük­sək qiymət­ləndirmişdir. Məqa­lə­də yubiley tən­tə­nəsinin təxminən noyabrın 25-də (1911) keçirilə­cəyi haqqında məlumat verilmişdir. Tiflisdə "Baku" qəzetinin müxbiri olan R.Məlikov Əb­dür­rəhimbəy Haqverdiyevin Bakıda gör­kəmli dramaturqun tən­tə­nəli yubileyinə hazırlaşdı­ğı­nı yazmış­dı.
Bakıda "Kaspi" qəzetində (1911, 11 noyabr) dərc olunan "Müxbir məktubu"nda bildirilirdi ki, noyabrın 10-da "Nicat" maarif cəmiyyəti "Nəşri maarif" cəmiyyəti ilə birgə iclas keçirib, M. F. Axundzadənin yubiley tən­tə­nəsini 1991-ci ildə, ən geci dekabrın 2-də keçirməyi qərara almış­dı. İclasda doktor Qarabəy Qarabəyov sədr, Əb­dür­rəhimbəy Haqverdiyev və publisist Mehdibəy Hacınski isə katib seçilmişdilər. Yubiley tən­tə­nəsinin Zeynalabdın Tağıyev teatrında keçirilməsi və əmin gün Nə­cəf­bəy Vəzirov və gör­kəmli aktyor Cahangir Zeynalovun iştirakı ilə "Hacı Qara" komediyasından parçalar oynanılacağı haqqında da bilgilər verilmişdir. Yazı­çı-dramaturq Ə. Haqverdiyev "M. F. Axundov" ("Xəyalat" - L.M.) adlı kiçik həcmli pyesinin də yubiley gü­nün­də gös­tərilməsi haqqında məlumat daha önəmli xə­bər­lər­dən biri idi. Bundan başqa M. F. Axundzadənin qız nə­vəsi Mahmən­zər Qacar bildirmişdir ki, yubilyarın varisi olan anası Nisə xanım atası­nın bü­tün əsər­lərinin nəşr edilməsi­nə razı­dır və bu məq­səd­lə də o, onun anası öz atası­nın (M. F. Axundzadənin - L. M.) əsər­lərinin bir hissəsini "Nicat" maarif cəmiyyətinin sədri Aşurbəy Aşurbəyliyə təqdim edib (" Kaspi" qəz., 1911, 11 noyabr).
Lakin yubiley komitəsinin yı­ğıncağında qərara alın­mış­dır ki, M.F. Axund­zadənin əsər­lərinin nəşri ilə əla­qədar razı­lı­ğı yalnız onun həqiqi varisi olan mərhum mü­həndis Rəhidbəy Axundovun (M. F. Axundzadənin oğlu - L. M.) oğlu Fə­təli Axundov verə bilər. Fə­təli Axundov isə həmin vaxt Rusiyada, Universitetdə təhsil alır­dı. Ə. Haqverdiyev isə M. Fə­təlinin nə­vəsi Fə­təli Axundovu axtarmaqla məşğul idi.
"Bakı" qəzetində M. F. Axundzadənin yubileyinin həqi­qə­tən Bakı, Tiflis və Gən­cə­də dekabrın 2- də qeyd olunması haqqında komitənin qəra­rı dərc edilmişdir. Bundan başqa qəzetdə Rəhimbəy Məlikovun Azərbaycanda teatr tamaşası­nın ilk tə­şəb­bü­sü olan, dramaturq Nə­cəf­bəy Vəzirovdan aldı­ğı təəs­süratlar haqqında bilgiləri də verilmişdir. Bundan başqa xə­bər­də Firidunbəy Kö­çərlinin "M.F.Axundov" əsərinin Tiflisdə, Ə. Haqverdiyevin "Xəyalat" pyesini isə Bakıda nəşr olunması və dramaturqun xatirəsinin xalq qarşı­sında əbədi­ləşdirilməsi bildirilmişdir. ("Baku" qəz., 1911, 20 noyabr).
M.F.Axundzadənin anadan olması­nın 100 illik yubileyi tən­tə­nəsi Bakıda Tiflisdə və Zaqafqaziyanın bəzi şə­hər­lərində qeyd olunmuşdur. Bu yubileyin keçirilməsində Azərbaycanın gör­kəmli ziyalıla­rı yaxından kö­mək və iştirak etmə­sə­lər də, Tiflisdə Firidunbəy Kö­çərli, Bakıda isə M.F.Axundzadənin ən yaxşı tədqiqatçı­sı, yazı­çı, dramaturq və ictimai xadim Əb­dür­rəhimbəy Haqverdiyev xüsusi fəal­lıq gös­tərmiş və yubileydə geniş məzu­rə ilə çı­xış etmişdilər.
Bakıda yubiley tən­tə­nəsi 1911-ci ildə dekabrın 2-də Hacı Zeynalabdın Tağıyevin teatrında keçirilmişdir. Yubileyin fəxri sədri Bakı milyonçusu, xeyriyyəçi H. Z. Tağıyev, rəsmi sədri isə Qarabəy Qarabəyov olmuşdur. Həmin tədbirdə Q. Qarabəyov iclası açmış, yubilyar haqqında giriş sö­zü söy­ləmiş, Ə. Haqverdiyev də dramaturqun həyat və yaradı­cı­lı­ğı haqqında geniş və əha­təli bir məzu­rə ilə çı­xış etmişdir. Tən­tə­nəli gecə­də başqa millət­lər­dən olan ziyalılar da dramaturqun həya­tı və onun əsər­lərinin bədii də­yəri haqqında çı­xış etmiş və Azərbaycan xalqı­nı bu tarixi gün münasibəti­lə ürək­dən təbrik etmişdir Bakı və Tiflis yubiley tən­tə­nəsində söy­lənmiş təbrik nitqləri mətbuatda dərc olunur. Bu təbriklər "M. F. Axundovun "Məqa­lə­lər məcm­uəsi"ndə nəşr olunur. Bax: M. F. Axundov. Məqa­lə­lər məcm­uəsi, Bakı, 1962).
Qeyd etmək lazım­dır ki, Ə. Haqverdiyevin M. F. Axundzadənin xatirəsini xalq qarşı­sında əbədi­ləşdirmək üçün yazdı­ğı "Xəyalat" komediyası ziyalılar tə­rəfində bu yubiley üçün əvəzsiz hədiyyə kimi qəbul edildi. Pyesdə Ə. Haqverdiyev dramaturgiya tarixində orijinal yol seçə­rək M. F Axundzadənin komediya qəh­rəmanları­nı bir yerə toplayıb, onları müəlliflə üz­ləşdirmiş və bu tipləri yenidə səh­nə­də canlandır­mış­dır. Bu kiçik həcmli pyesdə tiplər komediyalarda ifşa olunduqları üçün əsəbi­ləşir,. Fə­təli­dən narazı­lıq edir, onları "təhqir" etdikləri üçün dramaturqdan Qafqaz canişinliyinə şikayət əri­zəsi yazacaqları ilə hə­də­ləyirlər.
"Xəyalat" pyesi yubiley gecəsinin üçün­cü hissəsində gös­təri­lər­kən, gör­kəmli aktyorlar və maarif xadimlərində Abbas Mirzə Şərifzadə Mirzə Fə­təli, Nə­cəf­bəy Vəzirov Hatəmxanağa, Mirzağa Əliyev (1883-1954) Molla İbrahimxəlil kimyagər rollarında çı­xış etmiş, "gö­zəl tiplər "qalereyası"­nı incəlik və parlaqlıqla yaratmış­dılar (Bax: K. Məm­mədov. Ə. Haqverdiyev, "Gənclik" Bakı, 1970, s.154). gecə­də M. F. Axundzadənin komediyalarında "Hekayəti - Molla İbrahimxəlil kimyagər" və " Sər­gü­zəşti-mərdi xəsis ("Hacı Qara")"dan da parçalar gös­tərilmişdir.
M. F. Axundzadənin yubileyi Bakıdan sonra Tiflisdə, dekabrın 5 - də qeyd olunmağa başlamış­dı. Həmin gün saat 12 - də Şah Abbas məscidində Şeyxülislam Pişnamazzadə başda olmaqla Tiflisin ali ruhaniləri yubilyarın şə­rəfi­nə matəm duası oxumuş, Şeyxülislam özü nitq söy­ləmiş, onun müavini Mollazadə dramaturqun həyat və fəaliyyəti barə­də danış­mış, Tiflis bə­lədiyyə rəisi də bu münasibət­lə nitq söy­ləmişdir. Məsciddəki yı­ğıncaqdan sonra nüma­yən­də heyəti M. F. Axundzadənin qı­zı Nisə xanım Qacarın evinə gedib, onu və əri polkovnik Xanbabayev Qacarı təbrik etmişdilər. Yubiley komitəsi M. F. Axundzadənin oğul nə­vəsi Fə­təli Axundova təbrik teleqramı da gön­dərmişdi.
Dekabrın 9-da Tiflisdə, gür­cü dvoryan teatrımda keçirilən yubiley gecəsində M. F. Axundzadənin həyat və yaradı­cı­lı­ğı haqqında geniş məru­zə və çı­xışlar dinlənilmişdir. Həmin məclisdə Ə. Haqverdiyev, S. M. Qənizadə, A. Y. Talıbzadə, Z. Tağıyev, gür­cü ziyalıla­rından - "Temi" qəzetinin redaktoru Q. N. Diasilidze, Z. A. Diasilidze və başqalarında gə­lən təbrik teleqrafları da oxunmuşdur. Gecə­də yenə Ə. Haqverdiyevin "Xəyalat" səh­nəciyi, M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər" və "Hacı Qara" komediyaları yazı­çı Soltan Məcid Qənizadənin rəh­bərliyi və rejissorluğu ilə tamaşaya qoyulmuş və alqışlarla qarşılanmış­dır (M. F. Axundov. Əsər­ləri, III c, s.302).
Həmin ildə M. F. Axundzadənin yubileyi münasibəti ilə ziyalıla­rın məqa­lə­ləri mətbuatda dərc edilmiş və yubilyar barə­də də­yərli fikirlər söy­lənmişdir. Tiflisdə "Zaqafqazye", "Qafqaz", "Tifliskiy listok", "Surxandai" (gür­cü dilində); Bakıda "Kaspi", "Baku", "Kavkazskaya kopeyka", "Yeni İrşad"; Orenburqda "Şura" qəzetlərində, "Taraz" jurnalında M. F. Axundzadənin həyat və yaradı­cı­lı­ğına həsr olunmuş məqa­lə­lər dərc edilmişdi (M. F. Axundov. Əsər­ləri III c, s.302).
Bu məqa­lə­lərin içərisində gör­kəmli Azərbaycan publisistləri və tənqidçilərindən Rəhimbəy Məlikov, Hacı bəy Şirvanski, Süleyman bəy Əb­dür­rəhmanov, Həm­zət bəy Hacınski və Qarabəy Qarabəyovun yazdı­ğı məqa­lə­lər xüsusilə diqqəti çəkirdi. Onlar M. F. Axundzadənin həya­tı, bir şair, filosof, tənqidçi, nasir və dramaturq kimi fəaliyyəti, komediyaları­nın rus, fars və bir çox Qərbi Avropa dilləri­nə tər­cü­məsi, ədibin ərəb əlifbası­nın islahı uğrundakı mübarizəsi haqda ümumi məlumat verir, yazı­çı­nın Azərbaycan ədəbiyyatı­nın inkişafı tarixində xidmət­ləri xüsusilə qiymət­ləndirilir.
Hacı bəy Şirvnski "M. F. Axundovun yubileyinə dair" məqa­ləsində M. Fə­təlinin tək Zaqafqaziya mü­səlmanları arasında deyil, "bü­tün mü­səlman dünyasında teatrın ilk əsasları­nı qoyan", "mü­səlman əlifbası­nın sadə­ləşdirilməsinin ilk tə­şəb­büskarı" olan yazı­çı, mü­tə­fəkkir və ictimai xadim olduğunu fəxr­lə qeyd etmişdir. H. Şirvanski məqa­ləsini bu söz­lər­lə bitirir:
"Bu gün biz mərhum M. F. Axundovun xatirəsi gü­nün­də, teatrda, tən­tə­nə­də iştirak edər­kən, tamaşaçıla­rın başı üzərində üz tutaraq deyə­cəyik:
- Ayıl və öz bö­yük və öl­məz oğlunun xatirəsi qarşı­sında bir insan kimi ayağa qalx, onun əziz xatirəsini daima yadında saxla və mə­həb­bət, yeni axtarışlar simvolu kimi onu qaranlıq və nadanlıq damğasından keçirib, gə­lə­cək nəsillə­rə aparıb çıxart" ("Kaspi" qəz., 1911, N101).
Publisist Süleyman bəy Əb­dür­rəhmanov da "Nicat" qəzetində dərc olunmuş "M. F. Axundov" məqa­ləsini isə bu söz­lər­lə başlayır:
"Hər millətin arasında elə şəxs­lər zühur edir ki, istiqlali-milləti və zəru­rəti zəma­nı fəhm və dərk edib milə­tə ruhi-nicat gös­tərir və bu təriq ilə milləti tə­rəqqi və təaliyə sövq edir. Millət belə yeganəyi - əsrin əfkari-aliyəsini dü­şü­nüb də, onun gös­tərdiyi yol ilə gedir və şəni -milləti ucaldır" ("Nicat" qəzeti, 1911, 3 dekabr, N56).
S. Əb­dür­rəmanov doğru olaraq gös­tərir ki, xalqın zəruri tə­ləb­lərini vaxtında və güz­gün başa dü­şən, onun tə­rəqqisi, maariflən­məsi, istiqbalı, nicat yolu uğrunda fəal mübarizə aparan, lakin öz sağlı­ğında layiqli qiymətini almayan bö­yük şəxsiyyət­lər­dən biri də Mirzə Fə­təli Axundzadə olmuşdur. Azərbaycan xalqı­nın belə bir şəxsiyyət­lə fəxr etmə­yə haqqı var.