Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


POEZİYA
 

Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


 
Zahid SARITORPAQ

YURDDAŞ

1. dodağında dua əvəzinə saman çöpü

bu milyonlar milyonçular səltənətində
kül rəngli qarsımış üzünü
bir dəfə də olsun çevirmədən zalımlara
haqdan amanda olduğunu yazaraq yapışdırmadan divarlara
meydanlarda "mən sizinləyəm" deyərək bağırmadan
içdən gələn bir səslə "biz də ölmərik!" deyirdi yurddaş

itirilmiş torpaq dərdindən can dərdindən
önə keçmiş olan çörək pulu dərdinin irinləmiş ağrısıyla
şəkil çəkdirirmiş kimi qol-boyun
gülümsəyirdi əli fırçalı gərdişin üzünə
"çək!" deyirdi

amma bu təkəbbür deyildi əsla
zamanında açılmış şilləydi bəlkə vaxtın üzünə
cingiltisindən öz qulaqları batmışdı
yuxarıdan aşağıdan heç bir səs çatmırdı ona
lələkləri yonulmuş quş kimi
çırpınırdı içində ləçəkləri qopmuş həyat
umanlara bağışlamalıydı onu
cocuqlarına məsələn qadınına
amma necə
sevilmiş oxşanmış lənətlənmiş həyat
qıyılmış gözlərində o qədər sısqa o qədər cılız idi
torpaq olsaydı heç bir qəbir də sığmazdı qoynuna bu dəm
amma torpaq deyildi - həyat idi o
qoynunda şəkil çəkdirirdi yurddaş
dodağında dua əvəzinə
saman çöpü vardı qafilin
"çək!" deyirdi elə

2. aclığa şükranlar

götürək elə qışı
qar basmış sabahlarda
dörd bir yana qırma kimi çovuyanda sərçələr
aclığın sazaqlardan keçən yolu
görk olurmuş kimi açılar üzünə bütün görünüşüylə
keç indi görüm necə keçirsən deyər öz-özünə
"Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?"
deyə soruşar

ölümün fəhmini anlamadan
bıçaq tiyəsi kimi dirənəndə gərdişə
ondan nəyə bel bağladığını sormasan daha yaxşı
o bilməz də əsla
gözünü yumub gedər də dirənişə
ruhunda balta yarası kimi
övlad səsindən qadın hönkürtüsündən çapıqlar
öl indi görüm necə ölürsən deyər öz-özünə
"Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?"
deyə soruşar

yarası su salar hər dəfə əliboş dönürkən geri
hamıdan ötüşdürər öyrəncəli gözlərini
təkcə hənirini alınca
körpə qızı gül ləçəyi kimi yerindən qopub da
üstünə uçanda
dilinin altında gəzdirdiyi ürək dərmanı kimi
o Üç Böyük Adı udar dalbadal
amma keçməz boğazından
udquna-udquna qalar
gücü çatmaz "gəl, anam, gəl..." deməyə
"boğuldum..." deməyə belə çatmaz gücü
yaylıq çıxarıb qupquru yanaqlarını silər cocuğun
öz gözləri islaqkən

"Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?"
deyə soruşa bilməz artıq
deyə də bilməz öz-özünə döz indi görüm necə dözürsən
islaq kiprikləriylə yazar sazaqlara şükranlarını

3. əbabil quşları

düzü-dünya daşla dolu neylərsən artıq
dua üstə əriməzsə bircəciyi belə
əgər hər şey axarındadırsa
bu basılmaz qalaya yurddaş
bir fil təhlükəsi yoxdursa
yəni bu isti suçsuz ocağına qafil
yəni yanılmaram söyləsəm
nəsil imperatorluğuna sənin şahlığına yurddaş
yəni fəqirliyinə məzlumluğuna deyirəm
şərəfinə aşiqliyinə gülünə qafil
yoxdursa bir fil təhlükəsi
o zaman bəs
tezliklə göylərdə əbabil quşlarının görünəcəyini
kimlər söyləmiş sənə
caynağında daş olacaqmı demişlər dua üstə
kimlər söyləmiş odsuz atəşsiz savaşın
buzu çatlamış göylərdən başlayacağını
kiminçin dolaşırıq deyirsən səngərsiz Çöllükdə atsız
əlimizdə boş yüyənlər deyirsən kafirlərlərə sarı
qopmuş nallar deyirsən möminlər dua üstəykən
yaş qumlardan tikilmiş ehramları
uçura-uçura kafirlərə sarı
o quşların lələklərinimi gəzirik indi Boşluqlarda

deyirsən
uşaqlığımızın korluğu sindibadlıqdan o yanı görmədi hayıf
gəncliyimizin korluğu məcnunluqdan o yanı görmədi
bu yaşın da korluğu zahidliklə çıxır işıqlığa guya
ölümün korluğundan nə görünür bəs pıçıldamazsanmı dua üstə
belə getsə kafirlərə sarı
nəslimiz kəsiləcək yurddaş dua üstə
fərari oluruq haqq ordusundan kafirlərə sarı
düz deyirlər əbabil quşları gələcək əbabil quşları
üfürülmüş vücudumuzdan başımızın böyüklüyündən
filə oxşadacaqlar bizi dua üstə
düzü-dünya leşlə dolu olacaq kafirlərə sarı
neylərsən artıq

4. işıq sınıqları

qaş qaraldı
ömrümüzün
fələyin çarxına dolaşaraq səsini çıxarmadan ölmüş
bir günü də beləcə sürüklənib getdi

köhnə düsturların
yazılı yazısız təkrarında görünən eyni gələcək
uçuq dəyirmanların yerində kabusa çevrilmiş eyni keçmişə oxşayır

alatoranlarda pırıldayaraq boz ayın çiskinli sinəsinə
qanadının ucuyla "artıq yazdır!" yazan o quş da eynən ötələrdəkidi

hər gün eyni duz eyni çörək eyni iştah
hər gün eyni sevda eyni dua eyni ölüm
eyni aqibət eyni gor eyni gorgah

günün sonluğuna atılmış imza da
alnının möhür yerində eyni cürdü
könlünün gül yerində eyni cür

amma bir quşun nəfsi
bir buluddan o yanı istəməz iddiasına inanma artıq
insan nəfsinin cıdır açıb at oynatdığı yerlərdə
küfrə batilliyə haqq qazandırmaq kimi bir şeydi bu

hər gün eyni sözü eşitməsəydi qulaqların qafil
danışmasaydın eyni dildə
dilə sözə möhtaclıq ucbatından
kim bilir qara başın
daha hansı qapılarda alnını söykəmişdi yerə

hamının hər gün eyni rəngdə gördüyü işıq
suyun dibindən baxan bir balığın
qaralmış mirvari dənəsinə oxşayan gözündə
yəqin yeddi rəngə çalır yenə səkkiz rəngə yox
eləcə işıq sınıqlarıyla oynayırsan sən də
içəridən baxa-baxa
"qismət... qismət..." deyə-deyə
ala-bula görə-görə gərdişi
inana-inana hər gün eyni sevdayla
əlin qaşının üstündə eyni hicranı çəkirsən

amma qaş qaraldı qafil
ömrümüzün
fələyin çarxına dolaşaraq səsini çıxarmadan ölmüş
bir günü də beləcə sürüklənib getdi

eyni cam eyni su eyni surət
eyni işıq sınıqları
eyni Eşq eyni Həsrət
eynən dünənki kimi
qafillik və kor bəsirət
qamçı və milçəyini qovan at quyruğu


Mətləb MİSİR

Qa­ra­ba­ğın sə­fa­lı Ge­cə­göz­lü kən­din­də dün­ya­ya göz açıb. Bu kənd Mət­ləb Mi­si­rə şa­ir­lik, dün­ya­ya Sö­zün, Po­e­zi­ya­nın gö­züy­lə bax­maq qüd­rə­ti bəxş edib. Uzun il­lər o kənddə mü­əl­lim iş­lə­yib­ Mət­ləb, Fü­zu­li pa­yo­nu­nun ta­nı­nan zi­ya­lı­la­rın­dan bi­ri olub. İl­lər bo­yu Qa­ra­ba­ğın gö­zəl­lik­lə­rin­dən, o tor­pa­ğın ye­tir­di­yi in­san­la­rın kö­nül dün­ya­sın­dan söz açıb. Dox­sa­nın­cı il­lə­rin əv­vəl­lə­rin­də isə M.Mi­sir kən­din­dən, elin­dən, oba­sın­dan ay­rı dü­şüb, qaç­qın-köç­kün hə­ya­tı ya­şa­yıb. Şe­ir­lə­rin­də­ki Dərd də, Ağ­rı da elə o hisslər­dən ya­ra­nıb.
70 ya­şı ta­mam ol­du Mət­lə­bin. Ədə­biy­ya­tı­mı­zın bu cə­fa­keş şa­i­ri­nə uzun ömür ar­zu­la­yı­rıq. “Ge­cə­göz­lü­də gö­rü­şə­nə qə­dər”, - de­yi­rik.


QIVRILA-QIVRILA

Sən xəstəhal bir xanımsan,
Mən də Şeir yazan "xəstə".
Sözümüz çəp gəlir bəzən,
Bilmirəm niyə, nə üstə.

Örtülü saxlayaq elə
Bu sualın cavabını.
Ya qəzəblən, tənə elə,
Ya da bağla kitabını.

Arı balı güldən çəkir,
Yer əzabı seldən çəkir, -
Şair çəkir, dildən çəkir,
Yozur qovrula-qovrula.

Hər söz tətikdəki qovdur,
Qeyrətin var, şəri qov, dur,
Şair ömrü də bir ovdur,
Yanıb sovrula, sovrula.

Dəli gəldi, - müntəzirdi,
Ağlına söykənər qucaq.
Seli gəldi, - müntəzirdi,
Aparacaq, aparacaq.

Arzu qəlbdə bir meh, - əsər,
Quzey - əsər, güney - əsər.
Şair ölümə tələsər,
Seli gəldi, aparacaq.

Üzünə üz tuta bilmir,
Yuxusuzdu, yata bilmir,
Ömür baha, sata bilmir,
Qalıb qıvrıla - qıvrıla.

ÜRƏKLƏ DANIŞANDA

                        V.Bayatlı üçün
 
Sözümün astarında
Bir ilahi duyğu var.
İlahi həniridi
Sinəmdəki duyğular.

Xəyalımın məskəni
Göyüzünün qatında.
Ömrüm yelləncək qurub
Ağrıların altında.

Beləcə yaşayıram,
Baharım qışa dönür...
Ağrılar aram - aram
Gözümdə yaşa dönür.

Korlara həsədim var,
Karlara həsədim var.
Görməyib, eşitməyib
Ürəklə danışanda
Güclü olur adamlar.

Az qaldım ki, unudam,
Yadımdakı nə idi?
Dərdimin laylasında
Suvarılır ümidim.
SEVGİLİMƏ DAHA BİR MƏKTUB

Qartımış,
Qoca əcəl
Məni səndən alan günü
Dəli olma.
Dərdlərimə şərik çıxma,
Vəli olma,
Balalarımı,
Dünyanı,
Bu torpağı,
Payız xəzəlini,
Yaşıl yarpağı
Verib gedəcəyəm sənə,
Sən də özün ol,
Bəli - bəli olma.
Mənə olan nifrətini,
Sevgini,
Dərdini,
Nisgilini
Çıxar ürəyindən,
Burax azadlığa.
Burax dalğalı dənizə,
Yovşanlı düzə,
Çəmənə,
Meşəyə, dağa.
Ovut sevgini,
Nifrətini,
Kinini.
Ovut məhəbbət dolu
Qəlbini.
Ovuda bilsən
Onda nə var yaşamağa.
Yəqin,
Mütləq
Mənə bir torpaq rəngli
Qəbir də tapılacaq.
Şeirlərim söykəyinə girəcək,
Darıxma,
Qəlbini sıxma...
Bilirəm arabir
Gözlərin də dolacaq.
Sınma,
Yanma,
Nə qədər ki
Dünya var,
Torpaq var,
Vətən var,
Mətləb Misir də
Bu dünyada
Olacaq,
Qalacaq.

***

Şər hərdən səhv salır mənim yerimi,
Çətindir büdrəyəm, əyiləm, Allah.
Şər özü yazdırır nifrət şeirimi,
Mən buyam, özgə cür deyiləm, Allah.

Duyanların çoxu bəxti kəm olur,
Həm kövrək, nisgilli, həm ötkəm olur.
Uduzan kim olur, udan kim olur? -
De, mən də qanmağa qailəm, Allah.

Şər şax yeriyəndə qırılır belim,
Haqq üçün doğrandım mən dilim - dilim,
Haqqın ətəyindən yapışıb əlim,
Rəvamı danlanam, söyüləm, Allah?

Çox əzab yemişəm, az dilənmişəm,
Bəxtimdən, yaşımdan tez dilənmişəm,
Bütün ömrüm boyu söz dilənmişəm,
Bax, mən də beləcə sailəm, Allah.

Düzə müntəzirəm, sevgim haqq işi,
Zəhər damağımda bayram kişmişi,
Mətləb Misir oldu əyilməz kişi,
Qıyma, Nəsimitək soyulam, Allah.


BİR ZARAFAT ŞEİRİ

Söyüd ağacısan, barsız, bəhrəsiz,
Söyüd ağacından bar istəməzlər.
Yuxulu ömürsən, xeyirsiz, şərsiz,
Nakəsdən səxavət, var istəməzlər.

Zirvə yuxarıda, sən aşağıda,
Zirvə ucalıqda, çən aşağıda,
Ömür aşağıda, gün aşağıda,
Aranda zirvədən qar istəməzlər.

Ürək həmdəminlə qoşa qarıdın,
Dünənki sevgilin indi qarıdı,
Sən belə yaşadın, belə yarıdın,
Heyva ağacından nar istəməzlər.

Allah yer üzünü geniş veribdi,
Sənə ay veribdi, günəş veribdi,
Torpaq zirvə verib, eniş veribdi,
Dünyanı gen istər, dar istəməzlər.

Yetmişin yanında, həndəvərində,
Hələ ləl dərində, inci dərində,
Mətləb Misir, elə nəvələrin də
Gülərlər, bu qədər, yar istəməzlər.

Əli ASLANOĞLU

* * *

Qıl kə­rəm, ey sev­di­yim, aşi­qi-mər­da­nə­yə bax!
No­la, ey afə­ti-can, döv­rən­də pər­va­nə­yə bax!

Bəh­ri-eş­qin tə­ki­nə gən­ci­nə sövq et­di mə­ni,
Ay­na tut, zə­ri-zi­ba, lö­lö­vü-dür­da­nə­yə bax!

Qərqdir tu­fan­la­ra sən­siz sə­a­dət gə­mi­si,
Gör ica­dın gər­di­şin, məs­na­vü-tər­sa­nə­yə bax!

Əh­va­lım təs­vir ola, min qəm­li das­ta­na də­yər,
Nə oxu Əs­li-Kə­rəm, nə qey­ri əf­sa­nə­yə bax.

Qəl­bi na­lan bən­də­yə, za­hi­da, məh­şər nə gə­rək,
İn­di­dən yar si­nə­mi, da­xil­də vi­ra­nə­yə bax!

Bəz­mi-eşq di­va­nı­na üz tut­ma, ey əh­li-və­fa,
Hökm edən sul­ta­nı gör, məh­bu­si-zin­da­nə­yə bax!

Yar cə­fa­sın çək­mə­yə gös­tər­mə tim­sal Əli­ni,
Sən mə­nim şəx­sim­də, gəl, təs­li­mi-hir­ma­nə­yə bax!

* * *

Gəhd edir kön­lüm ye­nə sey­ri-sə­ma­dan do­la­yı,
Vəs­li-ca­nan dil­di­yim təy­ri-hü­ma­dan do­la­yı.

Fəs­li-gül əy­ya­mı­dır, can­sız­la­ra can ve­ri­lir,
Bəz­ri-ri­şə daş də­lir nəş­vü-nü­ma­dan do­la­yı.

Öz­gə yox, öl­səm mə­ni ay üz­lü yar öl­dü­rə­cək,
Çün, fə­da qəs­din­də­yəm hüs­ni-si­ma­dan do­la­yı.

Əh­va­lım did­bil­mə­zə na­şı mü­tər­cim da­nı­şıb,
Nə olub, ol­muş mə­nə ol tər­cü­ma­dan do­la­yı.

Bi­qə­rar di­va­nə­yəm, ün­van mə­nə çöl­dü, tə­bib,
Yox­mu uy­ğun bir də­va bu tər­ki­ma­dan do­la­yı?

Hər nə dərd ol­muş icad əf­la­kə üs­tüm­də bi­çib,
Tək bi­ri öl­çül­mə­yib cüm­lə-cə­ma­dan do­la­yı.

Uç­du mə­bə­din, Əli, qəs­diy­lə za­lım fə­lə­yin,
İn­di nə min­nət­di bu, bər­bad ko­ma­dan do­la­yı?

* * *

Qəl­bi­ni pey­kan de­şən aşiq­sə gər, qəm ey­lə­məz,
Ağ­la­maq tər­kin qi­lar, ov­qa­tı­nı kəm ey­lə­məz.

Hər tə­za­hür bir zə­ru­rət gör­kü­dür, is­ba­tı var,
Hər tə­sa­düf qum eşən kəs abi-zəm­zəm ey­lə­məz!

Aşi­qin nə çək­di­yin bi­ga­nə­lər bil­məz, kö­nül,
Əh­li-hal na­əh­li­dən eşq üz­rə həm­dəm ey­lə­məz.

Göy­lə­ri qan ağ­la­dır hər süb­hə­dək na­ləm mə­nim,
Çün, fə­lək göz sıx­ma­sa gül üs­tü şəb­nəm ey­lə­məz!

Söy­lə­nir kim, tan­rı­nın hər dər­də min il­la­cı var,
İş bu­dur, dərd ar­tı­rıb dər­ma­nı­mı cəm ey­lə­məz!

Ey Əli, ax­tar­ma sən, kim­dir ve­rən can bu­sə­yə,
Bu işi mən­dən sa­vay bir öz­gə sər­səm ey­lə­məz!

* * *

Mən­də bu boş cis­mi­dir, can ad­lı sər­vət yox­du ta,
Can evim alt-üst olub, bir nöq­tə xəlvət yox­du ta.

Dərd gö­züm­dən ca­nı­mı gir­yan­la xa­ric ey­lə­yib,
Can alan Əz­ra­yi­lə üs­tüm­də zəh­mət yox­du ta!

Var­lı­ğım­dan məh­ru­mam na­kam mə­həb­bət eş­qi­nə,
Yox­lu­ğum təs­diq­di kim, ba­rəm­də söh­bət yox­du ta!

Qəl­bi buz bir dil­bə­rin hic­ra­nı kön­lüm yan­dı­rıb,
Min gö­zəl gəl­sin be­lə, bir mey­li-şəh­vət yox­du ta.

Sa­qi, in­sa­fə gəl, dol­dur­ma qa­nım ba­də­yə,
Get­di­lər xun­xa­rə­lər, ol ey­şi-iş­rət yox­du ta!

Qəbr evin tut­dum sə­fər, ta­rix ya­rat bun­dan Əli,
Mən­də bu yol­dan sa­vay bir öz­gə hic­rət yox­du ta!

* * *

Məq­sə­din məh­vim­di­sə al ca­nı­mı, ey afi­tab!
Mən­də qat-qat yan­ma­ğa yox­dur da­ha ta­qə­tü-tab!

Bir ümid kür­sü­sü­dür dar al­tı məs­nəd et­di­yim,
Yıx onu mən­zə­rə bax, kim­dir o boy­nun­da tə­nab?!

Kühl ilə məs­tan olan na­dan­la­ra meyl et­mə sən,
Ey­ni bir nis­bət­dədir on­lar­da eşq iy­lə şə­rab.

Gün­də “di­va­nə” de­yib in­cit­mə aciz bən­də­ni,
Mən, tu­taq Məc­nun olum, an­lat ha­nı Ley­la­yə bab?

Aşi­qə iş­gən­cə­ni məq­bul tu­tan sa­lik de­yil,
Da­də yet, pər­vər­di­gar, ol ka­fə­rə gön­dər ki­tab.

Ey Əli, çox dil­bə­ri sən də və­fa­dar yaz­mı­san,
Tək bi­rin gəl in­di tap, gös­tər, ey hör­mət­li cə­nab!