Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


MƏMMƏD CƏFƏR – 100
 

Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


 

Sağ­lı­ğın­da ona "fi­lo­sof tən­qid­çi" və "ədə­biy­ya­tın vic­da­nı" de­yir­di­lər. Ədə­bi ic­ti­maiy­yə­tin və onu ta­nı­yan­la­rın nə­zə­rin­də o, ilk növ­bə­də, ­bö­yük şəx­siy­yət idi. O­nun tən­qid­çi, ədə­biy­yat­şü­nas, pe­da­qoq, maa­rif­çi ki­mi XX əsr Azər­bay­can mə­də­niy­yə­ti ta­ri­xin­də si­lin­məz iz­lər bu­rax­ma­sı da­nıl­maz bir hə­qi­qət­dir.
Mən o xoş­bəxt in­san­lar­da­nam ki, bu bö­yük şəx­siy­yə­tin tə­lə­bə­si ol­mu­şam. O, BDU-nun fi­lo­lo­gi­ya fa­kül­tə­sin­də bi­zə XIX əsr rus ədə­biy­ya­tı ta­ri­xin­dən mü­ha­zi­rə­lər oxu­yur­du. Hə­qi­qə­ti de­mə­li­yəm: onun mü­ha­zi­rə­lə­ri­nə ha­mı ey­ni ma­raq və hə­vəs­lə qu­laq as­mır­dı. Am­ma onun fa­na­tik­lə­ri olan tə­lə­bə­lər var­dı (mən də o sı­ra­da idim), on­lar bi­rin­ci mü­ha­zi­rə­sin­dən tut­muş so­nun­cu­su­na qə­dər hey­ran­lıq­la qu­laq asır, bir cüm­lə­si­ni be­lə diq­qət­dən ya­yın­dır­mır­dı­lar. O, bə­zi na­tiq pe­da­qoq­lar ki­mi par­laq və emo­sio­nal da­nış­mır­dı, sə­si ca­zi­bə­li de­yil­di, hət­ta çox za­man sə­si­ni aşa­ğı to­na en­di­rir­di. Am­ma biz fa­na­tik­lər onun sə­si­nin yox, mən­ti­qi­nin və ge­niş dün­ya­gö­rü­şü­nün əsi­ri idik. Açı­ğı­nı de­yim ki, bi­zim rus ədə­biy­ya­tı­na bö­yük ma­raq və hey­ran­lı­ğı­mız onun mü­ha­zi­rə­lə­rin­dən və bu möv­zu­da yaz­dı­ğı on­lar­la mə­qa­lə­dən baş­la­dı. İl­lər keç­di, mən as­pi­ran­tu­ra­da ix­ti­sas im­ta­ha­nı­nı M.Cə­fə­rin qar­şı­sın­da ver­mə­li ol­dum. Nə­ha­yət, na­mi­zəd­lik dis­ser­ta­si­ya­mın mü­da­fiə­sin­də ic­la­sa sədr­lik edən M.Cə­fər müəl­lim idi.
De­yir­lər ki, o, fi­lo­lo­gi­ya fa­kül­tə­si­nin de­ka­nı olan­da hər ay al­dı­ğı mə­va­ci­bi yox­sul tə­lə­bə­lə­rə pay­la­yır­mış. De­yir­lər ki, zi­ya­lı­lar ara­sın­da sadəlikdən, səmimilikdən, təbiilikdən, dosta sə­da­qət­dən,­ hə­qi­qət­pə­rəst­lik duy­ğu­sun­dan söz dü­şən­də bir nü­mu­nə ki­mi onun adı çə­ki­lir­miş. De­yir­lər ki, bü­tün öm­rü bo­yu için­də pa­xıl­lıq ol­ma­yıb, el­mi və ədə­bi kar­ye­ra­sı za­ma­nı heç ki­min bos­ta­nı­na daş at­ma­yıb, hə­mi­şə hə­qi­qət prin­si­pi­nə sa­dıq qa­lıb.
Söh­bət us­tad tən­qid­çi, aka­de­mik Məm­məd Cə­fər Cə­fə­rov­dan ge­dir.
...Bu yu­bi­ley ya­zı­sı­nı qə­lə­mə al­ma­mış­dan ön­cə Məm­məd Cə­fər müəl­li­min Axun­dov adı­na Res­pub­li­ka ki­tab­xa­na­sın­da olan əsər­lə­ri­nin kata­lo­qu­na nə­zər ye­tir­dim. Mə­nə inan­mır­sı­nız­sa, ge­dib ba­xa bi­lər­si­niz- XX əsrdə ya­şa­mış heç bir tən­qid­çi və ədə­biy­yat­şü­nas onun ki­mi məh­sul­dar fəa­liy­yət gös­tər­mə­miş­dir. Məm­məd Cə­fər müəl­lim sək­sən üç il­lik öm­rü­nün alt­mış ili­ni fa­si­lə­siz şə­kil­də, de­mək olar ki, dinc­lik və is­ti­ra­hət bil­mə­dən Azər­baycan ədə­biy­ya­tı­nın xid­mə­tin­də da­yan­mış­dır. Hə­mi­şə bu post­da ayıq-sa­yıq da­ya­nan us­tad, ədə­biy­ya­tın tə­fək­kü­rü mis­si­ya­sı­nı ye­ri­nə ye­ti­rən tən­qi­din sı­ra­vi nü­ma­yən­də­sin­dən onun apa­rı­cı si­ma­sı­na qə­dər şə­rəf­li bir yol keç­miş­dir.
XX əsr Azər­bay­can ədə­biy­ya­tın­da- poe­zi­ya, nəsr və dra­ma­tur­gi­ya­da ay­rı-ay­rı ƏDƏ­Bİ MƏK­TƏB­lə­rin möv­cud­lu­ğun­dan söz aç­saq, de­yə bi­lə­rik ki, poe­zi­ya­da Sa­bir, Sə­məd Vur­ğun, Rə­sul Rza, nəsr­də Cə­lil Məm­məd­qu­lu­za­də, dra­ma­tur­gi­ya­da Cə­fər Cab­bar­lı, İl­yas Əfən­di­yev ədə­bi mək­təb­lə­ri ol­muş­dur. Bu, bəl­kə də bir fərq­li dü­şün­cə­dir, mə­nim­lə ra­zı­laş­ma­ya da bi­lər­lər.
XX əsr Azər­bay­can ədə­bi tən­qi­din­də isə mə­nim fik­rim­cə, bir mək­təb­dən söz aç­maq olar ki, bu mək­tə­bin ba­ni­lə­ri ki­mi Məm­məd Ari­fin və Məm­məd Cə­fə­rin ad­la­rı­nı çək­mək olar. Mə­sə­lə bu­ra­sın­da­dır ki, bu iki gör­kəm­li şəx­siy­yət otu­zun­cu il­lə­rin son­la­rın­dan baş­la­ya­raq ədə­bi tən­qi­din tək­cə bə­dii ədə­biy­ya­tın de­yil, həm də mə­də­niy­yə­tin fə­al bir sa­hə­si­nə çev­ril­mə­sin­də bö­yük rol oy­na­dı­lar. Tən­qi­din "xa­lis ədə­biy­yat sər­həd­lə­ri da­xi­lin­də yox, bü­tün­lük­də ideo­lo­ji işin, ic­ti­mai fik­rin ümu­mi mən­zə­rə­sin­də möv­qe­yi və ro­lu" (Q.Ya­şar) ilk də­fə məhz bu iki tən­qid­çi­nin ya­ra­dı­cı­lı­ğın­da da­ha ba­riz şə­kil­də hiss olun­du, on­la­rın ədə­bi-tən­qi­di fəa­liy­yə­ti tək­cə ədə­biy­ya­ta yox, həm də əs­rə, za­ma­na kök­lən­di.
Məm­məd Cə­fər Zey­na­lab­din oğ­lu Cə­fə­rov yüz il bun­dan əv­vəl, may ayı­nın 9-da Nax­çı­van şə­hə­rin­də dün­ya­ya göz açıb. Ata­sı dər­ziy­di, ço­xu­şaq­lı ai­lə­də çö­rək qa­za­nan an­caq o idi. Odur ki, əli işə ya­tan ki­mi ba­la­ca Məm­məd Cə­fər də hə­ya­tın qay­nar bu­rul­ğa­nı­na atıl­dı, çö­rək dü­ka­nın­da iş­lə­mə­yə baş­la­dı. On ya­şı olan­da -1919-cu il­də əv­vəl­cə ana­sı­nı, az son­ra ata­sı­nı iti­rir, bö­yü­yü yed­di, ki­çi­yi iki ya­şın­da olan iki ba­cı­sı, özün­dən bir yaş ki­çik qar­da­şı, əl­li ya­şın­da nə­nə­lə­ri, de­mək olar ki, ümid­lə­ri­ni ona dik­di­lər. Ona gö­rə də onun sa­vad al­ma­ğı bir az gec ba­şa gə­lir, ai­lə qay­ğı­la­rı ona im­kan ver­mir ki, tam ib­ti­dai təh­sil al­sın, am­ma bu­na bax­ma­ya­raq ya­zıb-oxu­ma­ğı öy­rə­nir,­ Şu­ra in­qi­la­bı gə­lən­də isə al­tı ay­lıq ali sa­vad kur­su­nu ba­şa vu­rur, iki ay müd­də­tin­də isə Hü­seyn Ca­vi­din bö­yük qar­da­şı Mə­həm­məd Rə­si­za­də­nin "şa­gir­di" olur. An­caq ib­ti­dai təh­sil haq­qın­da və­si­qə­si ol­ma­dı­ğın­dan onu or­ta mək­tə­bə qə­bul elə­mir­lər. Ürə­yi isə oxu­maq, təh­sil al­maq eş­qi­lə çır­pı­nır­dı və ta­nış bir zi­ya­lı­nın məs­lə­hə­ti­lə o vaxt maa­rif ko­mis­sa­rı olan Ru­hul­la Axun­do­va şe­ir ilə uzun bir əri­zə ya­zır. Bu əri­zə­nin bö­yük tə­si­ri olur, 1928-ci ilin sent­yab­rın 15-də iki mi­lis nə­fə­ri çö­rək dü­kan­la­rı­nın bi­rin­də onu ta­pır, ra­yon par­ti­ya ko­mi­tə­si­nə apa­rır­lar. Ru­hul­la Axun­dov mən­zum əri­zə­nin bi­rin­ci sə­hi­fə­sin­də yaz­mış­dı: "Bu oğ­la­nı tə­ci­li ta­pıb mək­tə­bə qə­bul olun­ma­sı­na kö­mək edin!". Be­lə­lik­lə, elə hə­min gün Məm­məd Cə­fər Nax­çı­van pe­do­qoji tex­ni­ku­mu­na qə­bul olu­nur. (M.Cə­fə­rin uşaq­lıq və gənc­lik il­lə­riy­lə bağ­lı bu fakt­la­rı Ya­şar Qa­ra­ye­vin gör­kəm­li ali­mə həsr et­di­yi "Bir öm­rün işıq­la­rı" mo­noq­ra­fi­ya­sın­dan əxz elə­dik).
1932-ci il­də M.Cə­fər pe­da­qo­ji tex­ni­ku­mu bi­ti­rir və təh­si­li­ni da­vam et­dir­mək üçün Ba­kı­ya gə­lir, o, Le­nin adı­na APİ-nin dil və ədə­biy­yat fa­kül­tə­si­nə da­xil olur. Be­lə­lik­lə, gənc M.Cə­fər qay­nar ədə­bi mü­hi­tə qo­vu­şur. O, Nax­çı­van­da ya­şa­yar­kən ara-sı­ra şeir­lər də ya­zır­dı, əli­nə ke­çən bə­dii əsər­lə­ri mü­ta­liə edir­di və onun şeir­lə­ri­ni din­lə­yən hər kəs bu ca­va­nın is­te­dad­lı ol­du­ğu­na şüb­hə elə­mir­di. Ba­kı hə­ya­tı isə M.Cə­fə­rin pub­li­sist və təd­qi­qat­çı ki­mi fəa­liy­yə­ti üçün tə­kan­ve­ri­ci rol oy­na­dı, o, "Gənc iş­çi", "Maa­rif iş­çi­si" qə­zet­lə­ri­nin re­dak­si­ya­la­rın­da ça­lı­şır, son­ra as­pi­ran­tu­ra təh­si­li alır. Xa­rak­te­rin­də­ki zəh­mət­se­vər­lik, sə­nə­ti­nə fa­na­tik mə­həb­bə­ti M.Cə­fə­rin çox tez­lik­lə el­mi təş­ki­lat­çı­lıq kar­ye­ra­sı­nı da müəy­yən­ləş­di­rir: o, APİ-də rus ədə­biy­ya­tı ta­ri­xi müəl­li­mi, ədə­biy­yat fa­kül­tə­si­nin de­ka­nı, Axun­dov adı­na Müəl­lim­lər İns­ti­tu­tun­da ədə­biy­yat ta­ri­xi ka­fed­ra­sı­nın mü­di­ri ki­mi fəa­liy­yət gös­tə­rir. M.Cə­fər Bö­yük Və­tən mü­ha­ri­bə­si il­lə­rin­də Qu­ba­da müəl­lim­lər ins­ti­tu­tu­nun təş­ki­lat­çı­la­rın­dan bi­ri olur, hət­ta iki il ora­da el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni və­zi­fə­sin­də ça­lı­şır. Onun pe­do­qoji fəa­liy­yə­ti da­ha çox ADU-nun fi­lo­lo­gi­ya fa­kül­tə­si ilə bağ­lı­dır. M.Cə­fər düz on sək­kiz il-1959-cu ilin so­nu­na ki­mi bu­ra­da fa­kül­tə de­ka­nı, rus ədə­biy­ya­tı ta­ri­xi ka­fed­ra­sı­nın mü­di­ri və əl­bət­tə, müəl­lim ki­mi ADU-nun fi­lo­lo­gi­ya fa­kül­tə­si­nin tə­lə­bə­lə­ri­nin se­vim­li­si­nə çev­ri­lir. Ma­raq­lı­dır ki, o, son­ra­kı il­lər­də də rus ədə­biy­ya­tı ta­ri­xin­dən mü­ha­zi­rə­lər oxu­maq üçün BDU-ya də­vət edi­lir­di. Qız­ğın pe­da­qoji fəa­liy­yət­lə ya­na­şı, M.Cə­fər dörd il (1945-1948) "Ədə­biy­yat qə­ze­ti"n­də baş re­dak­tor da iş­lə­miş­dir. Mən is­tə­mi­rəm ki, bu bioq­ra­fik fakt­la­rı uza­dım. Qı­sa­ca de­yim ki, M.Cə­fər son­ra­kı il­lər­də də hə­mi­şə ədə­bi və el­mi fik­rin fə­al qu­ru­cu­la­rın­dan ol­muş, Ədə­biy­yat ins­ti­tu­tun­da şö­bə mü­di­ri və di­rek­tor, Azər­bay­can EA ic­ti­mai elm­lər böl­mə­si­nin aka­de­mik-ka­ti­bi və­zi­fə­lə­rin­də ça­lış­mış­dır.
Bu, a­lim-mü­tə­fək­kir Məm­məd Cə­fər ömür­lü­yü­nün çox qı­sa­ca ta­rix­çə­si­dir. Am­ma Məm­məd Cə­fə­rin tən­qid­çi-ədə­biy­yat­şü­nas port­re­ti­ni dol­ğun tə­səv­vür et­mək üçün, ilk növ­bə­də, gə­lin onun el­mi bib­lioq­ra­fi­ya­sı­na nə­zər ye­ti­rək. "Rus ədə­biy­ya­tı ta­ri­xi oçerk­lə­ri" (1939), "Klas­sik­lə­ri­miz haq­qın­da" (1948), "M.F.A­xun­do­vun ədə­bi-tən­qi­di gö­rüş­lə­ri" (1950), "A.İ.­Gert­sen" (1954), "Ədə­bi dü­şün­cə­lər" (1958), "Fü­zu­li dü­şü­nür" (1959), "H.Ca­vid" (1960), "Azər­bay­can ədə­biy­ya­tın­da ro­man­tizm" (1963), "Azər­bay­can-rus ədə­bi əla­qə­lə­ri ta­ri­xin­dən" (1964), "Es­te­tik zövq haq­qın­da" (1964), "Mü­tə­fək­ki­rin şəx­siy­yə­ti" (1966), "Sə­məd Vur­ğun" (1966), "Cə­lil Məm­məd­qu­lu­za­də" (1966), "Es­te­tik tər­bi­yə, ai­lə və mək­təb" (1967), "Hə­ya­tın ro­man­ti­ka­sı" (1968), üç cild­lik "XIX əsr rus ədə­biy­ya­tı ta­ri­xi" (1970-1974), "Sə­nət yol­la­rın­da" (1975), "Ni­za­mi­nin fi­kir dün­ya­sı" (1982)... Bu sı­ra­ya M.Cə­fər müəl­li­min uzun il­lər or­ta mək­tə­bin "Ədə­biy­yat" dərs­lik­lə­ri­nin müəl­li­fi ol­du­ğu­nu da əla­və edə bi­lə­rik.
Klas­sik və müa­sir ədə­biy­ya­tı­mı­zın elə bir bö­yük şəx­siy­yə­ti yox­dur ki, M.Cə­fə­rin təd­qiq ob­yek­ti­nə çev­ril­mə­sin. Ədə­biy­ya­tı­mı­zın elə bir prob­le­mi yox­dur ki, M.Cə­fə­rin tən­qi­di ya­zı­la­rın­da öz həl­li­ni tap­ma­sın. Əgər be­lə de­mək müm­kün­sə, o, Ni­za­mi­dən Ana­ra və El­çi­nə qə­dər sək­kiz əsr­lik bir ədə­biy­ya­tın yo­rul­maz təd­qiq­çi­si və təb­liğ­çi­si ol­muş­dur. An­caq bu söz­lər onun el­mi-tən­qi­di fəa­liy­yə­ti­ni tam açıq­la­mır. M.Cə­fər is­tər ədə­biy­yat ta­rix­çi­si, is­tər nə­zə­riy­yə­çi alim, is­tər­sə də tən­qid­çi ki­mi ya­naş­dı­ğı hər han­sı bir möv­zu­ya öz mö­hü­rü­nü vu­rur­du. Mə­sə­lən, Fü­zu­li haq­qın­da Hə­mid Aras­lı da, Mir­za­ğa Qu­lu­za­da də, Mir Cə­lal da gö­zəl el­mi əsər­lər yaz­mış­lar, la­kin "Fü­zu­li dü­şü­nür", "Fü­zu­li se­vir" əsər­lə­ri­nin fü­zu­li­şü­nas­lıq­da müs­təs­na ye­ri var. M.F.A­xun­dov və Sa­bir haq­qın­da çox­lu əsər­lər ya­zı­lıb, am­ma M.Cə­fə­rin bu sə­nət­kar­lar haq­qın­da yaz­dı­ğı əsər­lər xü­su­si­lə se­çi­lir. M.Cə­fər Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da Ca­vid haq­qın­da ilk mo­noq­ra­fi­ya­nın müəl­li­fi­dir, bu mo­noq­ra­fi­ya ca­vid­şü­nas­lı­ğın ye­ni mər­hə­lə­si üçün baş­lan­ğıc nöq­tə­si ol­du. Azər­bay­can ədə­biy­ya­tın­da ro­man­tizm prob­le­mi­nin ilk təd­qiq­çi­si də M.Cə­fər ol­muş­dur. M.Cə­fər Azər­bay­can şei­ri­nin vəz­ni, poe­tik xü­su­siy­yət­lə­ri haq­qın­da ən san­bal­lı və in­di də əhə­miy­yə­ti­ni itir­mə­yən bir çox mə­qa­lə­lə­rin müəl­li­fi­dir. Bu "ilk" tə­yin­lə­ri­nin sa­yı­nı ye­nə ar­tır­maq olar. Am­ma onun üç cild­lik "XIX əsr rus ədə­biy­ya­tı ta­ri­xi" dərs­li­yi­nin isə al­ter­na­ti­vi yox­dur.
Bu ya­zı­da, tə­bii ki, Məm­məd Cə­fə­rin el­mi-tən­qi­di fəa­liy­yə­ti­nin bü­tün as­pekt­lə­ri­ni açıq­la­maq müm­kün de­yil. An­caq Məm­məd Cə­fə­ri Məm­məd Cə­fər ki­mi ta­nı­dan və sev­di­rən mə­qam­lar üzə­rin­də da­yan­maq is­tər­dim.
Bİ­RİN­Cİ MƏ­QAM. Məm­məd Cə­fər tə­pə­dən-dır­na­ğa mil­li tən­qid­çi-ədə­biy­yat­şü­nas ol­sa da, ədə­biy­ya­ta da­ha ge­niş üfüq­lər­dən - Şərq və Av­ro­pa kon­teks­tin­dən ya­na­şır­dı. Azər­bay­can ədə­biy­ya­tı­nın hər han­sı bir prob­le­mi dün­ya ədə­bi fik­rin­də cə­rə­yan edən ha­di­sə­lər­dən təc­rid olun­mur­du. Ya­şar Qa­ra­yev M.Cə­fə­rin tən­qid zöv­qü və gö­rüş­lə­ri­nin for­ma­laş­ma­sın­da klas­sik fran­sız maa­rif­çi­li­yi­nin (Vol­ter, Rus­so, Did­ro, La­mat­ri, Hel­vet­si) və rus in­qi­lab­çı-de­mok­rat­la­rı­nın (Çer­nı­şevs­ki, Dob­rol­yu­bov, Gert­sen, Be­lins­ki) bö­yük tə­si­ri ol­du­ğu­nu qeyd edir. Ya­zır ki: "...bu cə­hə­ti M.Cə­fər ya­ra­dı­cı­lı­ğın­da ilk də­fə ola­raq Sə­məd Vur­ğun mü­şa­hi­də et­miş və onu "fi­lo­sof tən­qid­çi" ki­mi ilk də­fə o fərq­lən­dir­miş­di. Ümu­miy­yət­lə, klas­sik fran­sız maa­rif­çi­li­yi­nin və rus in­qi­la­bi-de­mok­ra­tiz­mi­nin es­te­ti­ka­sı M.Cə­fə­rin ən çox öy­rən­di­yi və öl­məz ənə­nə­lə­ri­ni bu gün də mü­da­fiə et­di­yi ədə­bi tən­qid mək­tə­bi he­sab olu­na bi­lər".
İ­KİN­Cİ MƏ­QAM. Məm­məd Cə­fə­rin el­mi-tən­qi­di fəa­liy­yə­ti ta­rix­lə müa­sir­li­yin ide­ya-mə­nə­vi bağ­lı­lı­ğı­nı əks et­di­rən bir tə­lim­dir - de­sək, ya­nıl­ma­rıq. O, tək­cə klas­sik ir­sin qo­ru­yu­cu­su, ha­mi­si, ənə­nə ke­şik­çi­si ki­mi de­yil, həm də bu ənə­nə­lə­rin gə­lə­cək nə­sil­lə­rə çat­dı­rıl­ma­sı mis­si­ya­sı­nı hə­ya­ta ke­çi­rən ilk tən­qid­çi­lər­dən ol­muş­dur. Məm­məd Cə­fər Azər­bay­can ədə­biy­ya­tı­nın ay­rı-ay­rı mər­hə­lə və dövr­lə­ri­ni qə­tiy­yən bir-bi­rin­dən təc­rid et­mir­di, o, müa­sir­lə­ri­mi­zi dü­şün­dü­rən bir çox sual­la­ra ca­vab ax­ta­rar­kən, ilk növ­bə­də, Ni­za­mi­yə, Fü­zu­li­yə, Axun­do­va, Sa­bi­rə, Mir­zə Cə­li­lə, on­la­rın öl­məz əsər­lə­rin­də ifa­də olu­nan fi­kir­lə­rə is­ti­nad edir­di. Onun fik­rin­cə, bu sə­nət­kar­lar hə­mi­şə müa­sir­dir­lər. Ni­za­mi hü­ma­niz­mi ba­rə­də ya­zır­dı: "Ni­za­mi­yə gö­rə, hu­ma­nizm in­sa­nın ən yük­sək duy­ğu­la­rı­nı, qəl­bin ən ali, in­cə və nə­cib hiss­lə­ri­ni can­lan­dı­ran, in­san ru­hu­nu çi­çək­lən­di­rən ba­har nə­si­mi­dir. On­suz in­san mə­nə­viy­ya­tı qa­ran­lıq qış ge­cə­lə­ri ki­mi so­yuq və mis­kin­dir".
M.Cə­fə­rin Fü­zu­li sə­nə­tiy­lə bağ­lı mə­qa­lə­lə­ri­nə gə­lin­cə, qə­tiy­yət­lə de­mək olar ki, bu ya­zı­lar­da bö­yük fəxr duy­ğu­sun­dan do­ğan elə sə­tir­lər var on­la­rı hə­yə­can­sız oxu­ma­maq ol­mur. Us­tad tən­qid­çi əv­vəl­cə Fü­zu­li sev­gi­si­nin ma­hiy­yə­ti­ni şərh edir, bu sev­gi­nin fəl­sə­fə­si­ni açır. "Fü­zu­li­nin nə­zə­rin­də in­san hər şey­dən əv­vəl hə­yat aşi­qi, elm və id­rak aşi­qi, gö­zəl­lik aşi­qi de­mək­dir. Fü­zu­li sə­nə­ti­nin iki əsas can­lı məs­də­ri var­dı: eşq və id­rak. Fü­zu­li var­lı­ğa bu yol­la mə­ri­fət ye­ti­rir­di... Fü­zu­li se­vir, Fü­zu­li dü­şü­nür de­mək­dir. Aşiq Fü­zu­li ilə mü­tə­fək­kir Fü­zu­li, an­caq vəh­dət ha­lın­da alın­dı­ğı za­man onu duy­maq olur. Fü­zu­li baş­qa cür dərk edi­lə bil­məz....Fü­zu­li se­vir­di. Fü­zu­li­ni ba­şa düş­mək üçün hər şey­dən əv­vəl se­vən qəl­bə ma­lik ol­maq la­zım­dır. Elə bir qəlb ki, sa­də­cə se­vib yün­gül­ləş­mək de­yil, se­vib kə­dər­lə­nə bil­mək üçün də dö­yün­sün. Se­vib yün­gül­ləş­mək, nə­şə­lən­mək çox asan­dır. Bu cür sev­mə­yi hər kəs ba­ca­rar. Se­vib kə­dər­lən­mək, bü­tün xal­qın, elin, bə­şə­riy­yə­tin dər­di­nə şə­rik ol­maq isə çə­tin­dir. Fü­zu­li be­lə se­vir­di... Yün­gül­ləş­mək üçün sev­mə­yi və tə­miz niy­yət­lə də ol­sa özü­nü sev­dir­mə­yi ba­ca­ran­lar Fü­zu­li­ni an­la­ya bil­məz­lər. Özü­nü Qey­sə, sev­di­yi­ni isə Ley­li­yə ox­şa­dan­lar, özü­nü Məc­nun ki­mi na­lan və gir­yan, sev­di­yi­ni isə Ley­li ki­mi məh­zun və pə­ri­şan gör­mək is­tə­yən­lər də Fü­zu­li­ni an­la­ya bil­məz­lər".
O­dur ki, Fü­zu­li­yə sev­gi­lər­lə ya­na­şı, Fü­zu­li­ni an­la­ma­yan, "onu dər­də sa­lan na­dan­lar­"a da mü­na­si­bət­siz ke­çin­mir us­tad tən­qid­çi. An­caq M.Cə­fə­rin fü­zu­li­şü­nas­lıq­da, de­yər­dik ki, ən bö­yük hü­nə­ri da­hi şai­rin dün­ya­gö­rü­şü­nün təd­qi­qi­dir. "Fü­zu­li dü­şü­nür" mo­noq­ra­fi­ya­sı şa­ir Fü­zu­li ilə alim-mü­tə­fək­kir Fü­zu­li­nin vəh­də­ti­ni, əs­lin­də, bu "bir­li­yin" şai­rin ya­ra­dı­cı­lı­ğı­nın elə ilk il­lə­rin­dən ya­ran­dı­ğı­nı sü­but edir. Fü­zu­li­ni təd­qiq edən M.Cə­fər bu da­hi şai­ri tək­cə ədə­biy­yat üçün, elm üçün de­yil, həm və ən baş­lı­ca­sı, gə­lə­cək nə­sil­lər üçün kəşf edir­di. Us­tad tən­qid­çi di­gər klas­sik­lə­rə də məhz bu me­yar­la ya­na­şır­dı.
­Ü­ÇÜN­CÜ MƏ­QAM. Gör­kəm­li tən­qid­çi Ya­şar Qa­ra­yev ya­zır­dı: "Sə­nət­də­ki gö­zəl­li­yin sir­lə­ri­ni kəşf et­mək, bö­yük fi­kir­lə­ri duy­maq və aşı­la­ya bil­mək, də­rin inan­dı­rı­cı­lıq-onun tən­qid sə­nə­ti tə­li­min­də əsas cə­hət­dir və məhz hə­min xü­su­siy­yət­lə­rin Məm­məd Cə­fə­rin öz ya­ra­dı­cı­lıq prak­ti­ka­sın­da kəsb et­di­yi konk­ret ide­ya-məf­ku­rə və emo­sio­nal məz­mun onun rəğ­bət bəs­lə­di­yi es­te­tik sis­te­mi, ədə­bi tən­qid kon­sep­si­ya­sı­nı xa­rak­te­ri­zə edir".
Bu müd­dəa­dan çı­xış edib Məm­məd Cə­fə­rin bir çox əsər­lə­rin­də onun tən­qid sə­nə­ti tə­li­mi­nin baş­lı­ca is­ti­qa­mət­lə­ri ilə ta­nış ola bi­lə­rik. De­yə bi­lə­rik ki, M.Cə­fər tən­qi­di məhz sə­nət­də­ki gö­zəl­lik­lə­rin sir­lə­ri­ni, mö­cü­zə­lə­ri­ni kəşf et­mə­yə yö­nəl­miş­di. Biz M.Cə­fə­rin tək­cə klas­sik­lər haq­qın­da de­yil, həm də öz müa­sir­lə­ri­nin ya­ra­dı­cı­lı­ğı ba­rə­də dü­şün­cə­lə­ri­ni əks et­di­rən ya­zı­la­rı­na diq­qət ye­tir­sək, gö­rə­cə­yik ki, mə­sə­lən, Rə­sul Rza­nın ye­ni şe­ir üs­lu­bu fər­di xü­su­siy­yət­lə­ri ilə se­çi­lir, fərq­lən­di­ri­lir. O­nun şe­ir tex­ni­ka­sın­da, şai­ra­nə cüm­lə tər­zin­də, şe­ir di­li və in­to­na­si­ya­sın­da, bə­dii təs­vir va­si­tə­lə­rin­də, ob­raz­la­rın­da, ifa­də üsul­la­rın­da, dil­də ar­xaiz­mə və neo­lo­giz­mə mü­na­si­bə­tin­də ye­ni­li­yə, ori­ji­nal­lı­ğa meyil et­mə­si­ni, həm­çi­nin poe­tik for­ma­lar, şe­ir tex­ni­ka­sı ba­xı­mın­dan mil­li ədə­bi ənə­nə­lə­rə ar­xa­lan­ma­sı­nı, bir tə­rəf­dən qoş­ma, gə­ray­lı, ba­ya­tı, nəğ­mə, məs­nə­vi şə­kil­lə­ri­nə mü­ra­ciət et­mə­si­ni, əruz və he­ca­nın müx­tə­lif şə­kil­lə­rin­də əsər­lər yaz­ma­sı­nı, di­gər tə­rəf­dən, sər­bəst şei­rə xü­su­si ma­raq gös­tər­di­yi­ni M.Cə­fər çox us­ta­lıq­la, əsl tən­qid­çi pro­fes­sio­nal­lı­ğı ilə şərh edir. Yə­ni bu mə­qa­lə­də M.Cə­fər bə­zi yu­bi­ley və port­ret ya­zı­la­rın­dan fərq­li ola­raq, şai­rin kim­li­yi­ni müəy­yən edən bir əsas mə­sə­lə­yə diq­qə­ti yö­nəl­dir ki, o da POE­TİK US­TA­LIQ­DIR. Ey­ni pro­se­si biz S.Vur­ğun haq­qın­da ya­zı­da da iz­lə­yə bi­li­rik. Tək­cə şair­lər haq­qın­da de­yil, C.Cab­bar­lı, M.Müş­fiq, M.S.Or­du­ba­di, M.İb­ra­hi­mov, İ.Ə­fən­di­yev, Mir Cə­lal, Os­man Sa­rı­vəl­li, Əbül­hə­sən, El­çin ya­ra­dı­cı­lı­ğın­dan söz açan ya­zı­la­rın­da da M.Cə­fər diq­qə­ti da­ha çox sə­nət­kar­lıq mə­sə­lə­lə­ri­nə yö­nəl­dir­di.
DÖR­DÜN­CÜ MƏ­QAM. Məm­məd Cə­fər ədə­biy­yat­da ye­ni­li­yi, no­va­tor­lu­ğu mü­da­fiə edən tən­qid­çi­lər­dən idi. O, is­tər klas­sik ədə­biy­ya­ta, is­tər­sə də müa­sir ədə­biy­ya­ta o me­yar­la ya­na­şır­dı ki, ya­zı­lan əsər­lər­də ye­ni ide­ya­lar irə­li sü­rül­sün, bu ide­ya­lar dek­lo­ra­tiv şə­kil­də yox, heç vaxt öz tə­ra­və­ti­ni itir­mə­yən bə­dii ob­raz­lar­la əks olun­sun. Us­tad tən­qid­çi alt­mış il ər­zin­də bir ne­çə ədə­bi nəs­lin ya­ra­dı­cı­lı­ğı­nı iz­lə­miş və de­mək olar ki, on­la­rın ilk ya­zı­la­rı və ki­tab­la­rı ba­rə­də ob­yek­tiv söz de­mə­yə ça­lış­mış­dır. Onun fik­rin­cə, is­te­da­dı vax­tın­da gör­mək və qiy­mət­lən­dir­mək la­zım­dır, la­kin onu tə­rif­lə­yib göy­lə­rə qal­dır­maq la­zım de­yil, əsər­lə­rin­də nə­zə­rə sar­pan uğur­lu cə­hət­lər­lə ya­na­şı, nöq­san və qü­sur­la­rı­nı da çə­kin­mə­dən gös­tər­mək la­zım­dır. M.Cə­fər alt­mı­şın­cı il­lər­də ədə­biy­ya­ta gə­lən gənc­lə­rin hər bi­ri­nin ya­zı­la­rı­na da məhz bu me­yar­la ya­na­şır­dı. Ya­zır­dı ki, "Ək­rəm Əy­lis­li­nin "Nə­nə­min tü­tün ki­sə­si", "Gi­las ağa­cı" və "Ot bas­mış pil­lə­kən­lər" he­ka­yə­lə­ri gənc müəl­li­fin gə­lə­cək­də yax­şı bir na­sir ola­ca­ğı­nı xə­bər ve­rir. Ək­rəm Əy­lis­li ya­zı­la­rın­da hə­qi­qə­tə sa­diq, sə­mi­mi­dir, mü­şa­hi­də­lə­ri can­lı­dır". An­caq us­tad tən­qid­çi möv­zu cə­hə­tin­dən Ə.Əy­lis­li­nin ya­ra­dı­cı­lı­ğın­da məh­dud­luq ol­du­ğu­nu da nə­zə­rə çarp­dı­rır­dı. O, Əli­ba­la Ha­cı­za­də­nin də ilk he­ka­yə­lə­rin­də yığ­cam­lı­ğı, ori­ji­nal, iş­lən­mə­miş möv­zu­la­ra meyil et­di­yi­ni, di­li­nin emo­sio­nal­lı­ğı­nı xü­su­si qeyd edir, am­ma Əli­ba­la­nın "Ağ saç­lı qı­zın he­ka­yə­si"n­də sen­ti­men­ta­liz­mə qa­pıl­dı­ğı­nı, rea­lizm­dən uzaq­laş­dı­ğı­nı, dər­di-qə­mi ideal­laş­dır­dı­ğı­nı tən­qid edir. "Ədə­biy­ya­tı­mı­zın ye­ni nəs­li" ad­lı hə­min mə­qa­lə­sin­də M.Cə­fər Yu­sif Sə­mə­doğ­lu­nun, Ana­rın, Çin­giz Hü­sey­no­vun, Çin­giz Ələk­bər­za­də­nin ilk he­ka­yə­lə­ri­nə də məhz bu prin­sip­lə ya­na­şır və de­mək olar ki, onun il­kin proq­noz­la­rı son­ra­lar özü­nü doğ­rult­du. M.Cə­fə­rin o il­lə­rin gənc şair­lə­ri­nin ya­ra­dı­cı­lı­ğın­da nə­zə­rə çar­pan qü­sur­la­ra mü­na­si­bə­ti də ma­raq­lı idi. O, ca­van şair­lə­rin şeir­lə­rin­də fi­kir da­yaz­lı­ğı­nı, möv­zu yek­nə­səq­li­yi­ni, nəzm­çi­li­yi, söz­çü­lü­yü xü­su­si­lə nə­zə­rə çarp­dı­rır­dı: "...göl­dən, çay­dan, bağ­dan, bu­laq­dan da yaz­maq olar və la­zım­dır. An­caq ne­cə yaz­maq, han­sı fi­kir, han­sı hiss ilə, han­sı niy­yət­lə yaz­maq..."
BE­ŞİN­Cİ MƏ­QAM. Məm­məd Cə­fər ədə­bi əla­qə­lər sa­hə­sin­də ən mö­tə­bər və nü­fuz­lu təd­qi­qat­çı­lar­dan bi­ri idi. Onun rus, al­man, fran­sız, in­gi­lis, is­pan ədə­biy­ya­tı­nı ye­tə­rin­cə bil­mə­si sil­si­lə mə­qa­lə­lə­rin, mo­noq­ra­fi­ya­la­rın, dərs­lik­lə­rin ya­ran­ma­sı­na sə­bəb ol­du. Bu ya­zı­lar müəy­yən bir boş­lu­ğu dol­dur­maq xa­ti­ri­nə de­yil­di, Azər­bay­can oxu­cu­la­rı­nı dün­ya mə­də­niy­yə­ti­nin ən gö­zəl in­ci­lə­ri ilə ta­nış et­mək, Qərb və Şərq mə­də­niy­yət­lə­ri ara­sın­da kör­pü sal­maq idi. Məm­məd Cə­fər o təd­qi­qat­çı­lar­dan idi ki, Azər­bay­can ədə­biy­ya­tı haq­qın­da dü­şü­nən­də dün­ya ədə­biy­ya­tın­da baş ve­rən pro­ses­lə­ri nə­zər­dən qa­çır­mır­dı, ox­şar­lar, pa­ra­lel­lər ax­ta­rır­dı. Bu mə­na­da onun "Azər­bay­can ədə­biy­ya­tın­da ro­man­tizm" mo­noq­ra­fi­ya­si­ya­sı Azər­bay­can ədə­biy­yat­şü­nas­la­rı üçün el­mi-nə­zə­ri prin­sip­lə­rin yol­la­rı­nı müəy­yən­ləş­dir­di. Ha­di­ni, Ca­vi­di, Səh­hə­ti və di­gər Azər­bay­can ro­man­tik­lə­ri­ni bir-bi­ri ilə mü­qa­yi­sə et­mək, on­la­rın ya­ra­dı­cı­lı­ğın­da­kı ox­şar və fərq­li xü­su­siy­yət­lə­ri açıq­la­maq bir ədə­biy­yat­şü­nas üçün­ bəl­kə də heç bir çə­tin­lik do­ğur­mur, am­ma Azər­bay­can ro­man­tik­lə­ri­ni Bay­ron, Şil­ler, Ler­mon­tov, Hen­rix Hey­ne ki­mi dün­ya ro­man­tik­lə­ri cər­gə­sin­də təd­qiq et­mək bö­yük hü­nər is­tə­yir­di. İl­lər gə­lib ke­çir, tən­qid və ədə­biy­yat­şü­nas­lıq­da da ye­ni me­yar­lar ya­ra­nır, vax­ti­lə dö­nə-dö­nə mü­ra­ciət olu­nan möv­zu­lar ye­ni­dən iş­lə­nir və be­lə­lik­lə, bir çox hə­qi­qət­lər or­ta­ya çı­xır. An­caq Məm­məd Cə­fə­rin XIX əsr rus ədə­biy­ya­tı­nın (bu dövr rus ədə­biy­ya­tın­da "qı­zıl dövr" ad­lan­dı­rı­lır) bü­töv mən­zə­rə­si­ni əks et­di­rən təd­qiq­lə­ri­nin hə­lə­lik al­ter­na­ti­vi yox­dur. İn­di­nin özün­də də hə­min döv­rü M.Cə­fər ki­mi son də­rə­cə ob­yek­tiv və yük­sək el­mi-nə­zə­ri sə­viy­yə­də təd­qiq edən ikin­ci bir ədə­biy­yat­şü­na­sın adı­nı çək­mək müm­kün de­yil. Hət­ta öz el­mi sə­viy­yə­si­nə gö­rə M.Cə­fə­rin "XIX əsr rus ədə­biy­ya­tı" üç­cild­li­yi rus ədə­biy­yat­şü­nas­la­rı­nın bu dövr­lə bağ­lı təd­qi­qat­la­rın­dan qə­tiy­yən ge­ri qal­mır. Gə­rək yüz­lər­lə, bəl­kə min­lər­lə bə­dii, el­mi, ta­ri­xi əsər oxu­ya­san ki, bir əs­rin ədə­biy­ya­tı və onun ye­tir­di­yi sə­nət­kar­la­rın ya­ra­dı­cı­lı­ğı ba­rə­də mü­fəs­səl söz aça­san. Sa­də­cə söz aç­maq, əsər­lə­ri təh­lil et­mək de­yil, həm də bu əsər­lə­rə ta­ri­xi­lik­lə müa­sir­li­yin vəh­də­ti priz­ma­sın­dan qiy­mət ver­mək... Bu­na sa­də­cə hey­rət et­mək olar ki, Məm­məd Cə­fə­rin təh­lil­lə­rin­də Puş­kin, Ler­mon­tov, Qo­qol, Dos­ta­yevs­ki, Tols­toy, Çe­xov Azər­bay­can oxu­cu­su üçün san­ki ye­ni­dən do­ğu­lur... Bu­ra­da M.Cə­fə­rin A.P.Çe­xov­la bağ­lı el­mi oçer­kin­dən bir mi­sal gə­tir­mək is­tə­yi­rəm: "Or­kestrdə müx­tə­lif səs­li mu­si­qi alət­lə­ri­nin, müx­tə­lif lad və me­lo­di­ya­la­rın kö­mə­yi ilə əzə­mət­li bir sim­fo­ni­ya ne­cə ifa edi­lir­sə, Çe­xo­vun pyes­lə­rin­də də ay­rı-ay­rı fərd­lə­rin mə­nə­vi iz­ti­rab­la­rı, kə­dər­li, sı­xın­tı­lı hə­ya­tı, bir-bi­ri­nə ox­şar bəd­bəxt ta­le­lə­ri, ru­hi sar­sın­tı­la­rı, həm­çi­nin bun­la­ra kont­rast ola­raq qəlb­lər­də, fi­kir­lər­də oya­nan yax­şı hə­yat ar­zula­rı bir-bi­ri­ni ta­mam­la­ya­raq bir leyt­mo­tiv ki­mi ümu­mi hə­qi­qə­ti, əsas məz­mu­nu ifa­də edir. Bu məz­mun və leyt­mo­tiv isə bun­dan iba­rət­dir: be­lə kə­dər­li ya­şa­maq ol­maz, hə­ya­tı də­yiş­mək, cə­miy­yə­ti də­yiş­mək za­ma­nı ar­tıq çox­dan gə­lib çat­mış­dır..."
Bu, Çe­xov haq­qın­da yük­sək el­mi-nə­zə­ri sə­viy­yə­də ya­zı­lan bir oçer­kin emo­sio­nal son­lu­ğu­dur və de­yim ki, M.Cə­fər tən­qi­din­də emo­sio­nal­lıq­la ana­li­tik­li­yin vəh­də­ti (El­çin Əfən­di­yev) ən baş­lı­ca üs­lu­bi xü­su­siy­yət­dir.
AL­TIN­CI MƏ­QAM. Bu ya­zı­da son mə­qam ki­mi M.Cə­fər tən­qid mək­tə­bi­nin tə­sir dai­rə­sin­dən qı­sa­ca söz aç­maq və ya­zı­ya nöq­tə qoy­maq is­tə­yi­rəm. Məm­məd Cə­fər tən­qi­di həm öz sağ­lı­ğın­da, həm də in­di müa­sir ədə­bi pro­se­sin in­ki­şa­fın­da is­ti­nad nöq­tə­lə­rin­dən bi­ri ola­raq qa­lır. Onun ən is­te­dad­lı tə­lə­bə­lə­rin­dən olan Ya­şar Qa­ra­yev ya­zır: "Sə­nət dün­ya­sın­da gö­zəl­lik öl­çü­sü-əbə­diy­yət, in­ki­şaf, sü­rət me­ya­rı-nə­sil sa­yı­lır. Ye­ni və köh­nə es­ta­fet ara­sın­da adə­tən, "bir nə­sil" in­ki­şaf fər­qi olur. La­kin ya­ra­dan şəx­siy­yət, dü­şü­nən zə­ka üçün bir za­man va­hi­di kə­sər­siz və tə­sir­siz­dir. Be­lə şəx­siy­yə­tin ömür dün­ya­sı hə­mi­şə bir fə­sil­də ya­şa­nır-əbə­di gənc­lik­də!". Məm­məd Cə­fər müəl­lim də bi­zim üçün hə­mi­şə gənc­dir...