Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


İLYAS ƏFƏN\DİYEV – 95
 

Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


 

Haq­lıy­dı Fü­zu­li!
­A­şi­qi-sa­diq mə­nəm, Məc­nu­nun an­caq adı var - bə­ya­nı ilə haq­lıy­dı şa­ir; biz­sə də­ri­nə get­mi­rik. Yüz il­lər­di Məc­nu­nun aşiq­li­yi­ni vəsf edir, Ley­li­ni qı­na­maq­dan qal­mır, am­ma fər­qi­nə var­mı­rıq ki, Məc­nun, əs­lin­də, çox zəif­di, bir az da... qor­xaq­dı.
Sü­but?
Məc­nun - ona ina­nan, gü­və­nən qa­dı­nı xoş­bəxt elə­mək qüd­rə­tin­də ol­ma­yan bu ki­şi - güc­süz­lü­yü, qə­tiy­yət­siz­li­yi uc­ba­tın­dan tə­yi­na­tı­nı təs­diq edə bil­mə­di və nə­ti­cə­də qa­til ol­du. Ley­li­nin qa­ti­li. Ley­li­nin gü­vən­di­yi dağ ovu­lub tö­kül­dü və qa­dın qal­dı o ovun­tu­la­rın ağır­lı­ğı al­tın­da.
Məc­nun No­fə­li də dö­yüş mey­da­nın­da tək qo­yub İbn-Sə­lam tə­rə­fə keç­di, rə­qi­bi­nə xi­las­ka­rı ki­mi bax­dı; İbn-Sə­lam Məc­nu­nu tə­yi­nat mə­su­liy­yə­tin­dən qur­tar­maq­da bir va­si­tə ki­mi gö­rün­dü ona.
Məc­nun eti­raf­dan qor­xub, bə­ha­nə­dən ya­pış­dı. Çün­ki...
Hər bir ki­şi iki Qa­dı­nı se­vir. Bi­ri­ni öz fan­ta­zi­ya­sın­da ya­ra­dıb se­vir, o bi­ri­nin­sə yo­lu­nu göz­lə­yir və bu ikin­ci qa­dın hə­lə dün­ya­ya gəl­mə­yib.

Get, sən o Ley­li de­yil­sən...
Hal­bu­ki, ürək bir də­fə se­vir.

Ki­şi­nin tə­yi­na­tı bu bir də­fə­ni düz­gün tu­tub, qəl­bi­nin qa­dı­nı­nı xoş­bəxt edə bil­mə­si­lə müt­ləq­lə­şir. Qəl­bin­də­ki­ni Ya­nın­da­kı edə bi­lən Ki­şi Ən Qüd­rət­li­dir.

Məc­nun qüd­rət­li de­yil­di!

­İbn-Sə­la­mın ölü­mün­dən son­ra Ley­li da­ya­ğı­na - ai­lə­si­nə qa­yı­day­dı gə­rək. Ley­li­sə bu da­ya­ğı Məc­nun bil­di və ya­nıl­dı. Məc­nun da­yaq ola bil­məz­di. Çün­ki Məc­nun mü­ha­ki­mə­lər­lə duy­ğu­la­rın sa­va­şın­da hə­qi­qə­tin - duy­ğu­la­rın tə­rə­fin­də du­ra bil­mə­di.
Fü­zu­li isə duy­ğu­la­rın gö­zəl­li­yi­ni o qə­dər ali dil­də, elə zə­rif və də­rin, elə əzə­mət­li və köv­rək təq­dim et­di ki, in­san­lıq ne­çə əsr­dir bu sehr­də qərq olur, am­ma xi­las ba­rə­də dü­şün­mür.

Ey Fü­zu­li, qıl­ma­zam tər­ki-təriqi-eşq kim,
Bu fə­zi­lət da­xi­li-əhli-kə­mal ey­lər mə­ni.
Bu mə­na­da Ley­li güc­lü­dür.
Bu mə­na­da Qa­dın uca­dır, sə­mi­mi­dir, fə­da­kar­dır, Bü­töv­dür.

İl­yas Əfən­di­yev də bu gü­cü, bu uca­lı­ğı və fə­da­kar­lı­ğı eti­raf və təq­dir edən şair­di. Bə­li, bu yer­də şair­di.
O­nun şair­li­yin­də hər bi­ri­mi­zin hə­ya­tı­nın əsil gö­zəl­li­yi - müd­rik­lik­lə hə­qi­qə­tin dərk olu­nub ya­na­şı dur­du­ğu anın poe­zi­ya­sı ya­şa­yır. Bu müd­rik­lik hə­ya­tı­mı­zın çə­tin­lik­lə­ri­nin, səhv­lə­ri­miz və gü­nah­la­rı­mı­zın, sar­sın­tı və mü­təəs­sir­li­yi­mi­zin, pe­şi­man­lıq və mə­yus­lu­ğu­mu­zun, əlac­sız­lıq və əl­çat­maz­lıq­la­rın ver­di­yi dərs­lər­dən gəl­mir. Bu - in­sa­nın özü­nü dərk edib, əzə­mə­ti­ni qiy­mət­lən­dir­di­yi za­man ya­şa­dı­ğı hiss­lə­rin işıq­lı və hə­ra­rət­li nə­ha­yət­siz­li­yin­də, məhz ora­da əsil xoş­bəxt­li­yin ol­du­ğu­nu du­yan­da ke­çir­di­yi duy­ğu­la­rın qə­lə­bə­si­dir.
İl­yas Əfən­di­ye­vin ya­ra­dı­cı pa­ra­diq­ma­sı Cib­ran Xə­lil Cib­ran­dan oxu­du­ğum bir ali­cə­nab­lıq nü­mu­nə­si­nin hey­ran­lı­ğı­nı xa­tır­la­dır: kim­dən­sə ba­lıq is­tə­yən­də sə­nə ilan ve­rə­ni qı­na­ma­ğa tə­ləs­mə. Dü­şün ki, yə­qin ola­nı buy­muş... Elə isə, bu­nu sə­xa­vət ki­mi qiy­mət­lən­dir­mək gö­zəl ol­maz­mı?
Hə­qi­qə­tin düs­tu­ru da bu­ra­dan çı­xır: gö­zəl­lik - in­san hə­ya­tı­nın məq­sə­di­dir.
İl­yas Əfən­di­ye­vin şair­li­yi in­san qəl­bi­ni eh­ti­za­za gə­ti­rən, hey­ran­lıq­la dol­du­ran müd­rik­lik­di. Bu yön­dən ya­na­şıl­sa, onun ya­ra­dı­cı­lı­ğı­nı dra­ma­tur­gi­ya, nəsr böl­gü­sü­nə sal­maq çə­tin­dir, ən azın­dan, "İl­yas Əfən­di­yev teat­rı" ifa­də­si döv­riy­yə­də ol­sa be­lə. Onun qə­lə­min­dən (qəl­bin­dən) sü­zü­lən ya­zı­lar bü­töv­lük­də in­san qəl­bi­nin, duy­ğu­la­rı­nın və gö­zəl­li­yin şə­ni­nə bəs­tə­lən­miş nəğ­mə­lər­dir.
İl­yas Əfən­di­ye­vin ya­ra­dı­cı­lı­ğı­nın şai­ra­nə ru­hu tə­biət və in­san vəh­də­ti­nin əzə­mə­ti­ni, var­lı­ğın ma­hiy­yə­ti­ni, əzə­li-əbə­di duy­ğu­la­rın qiy­mə­ti­ni ifa­də edir. Bu ya­ra­dı­cı­lıq ma­hiy­yə­ti ilə in­san qəl­bi­ni din­lə­mə­yə - bu uca­lı­ğa enib onu dərk et­mə­yə ça­ğı­ran bir Səs­dir. Am­ma bu Səs ha­ray de­yil, pı­çıl­tı­dır, (ən də­rin hiss­lər, ya­şa­nıl­mış duy­ğu - is­tər se­vinc ol­sun, is­tər kə­dər - yük­sək to­nu sev­mir), di gəl, bu pı­çıl­tı­nın təl­qin gü­cü in­sa­nın ru­hu­nu oya­dır, dü­şün­cə­si­ni sil­kə­lə­yir. "Mən bu fik­rə gəl­miş­dim ki, bi­zim cə­miy­yə­ti­mi­zin hər bir nöq­san­lı üz­vü­nü öz ye­rin­də oturt­maq­la, ona hə­və­si, qa­bi­liy­yə­ti olan işi ver­mək­lə düz yo­la sal­maq olar. Bu­nun üçün adam­la­rı­mı­zın qəl­bi­nə, ru­hu­na nü­fuz et­mə­yi ba­car­ma­lı­yıq. Bi­zim bir-bi­ri­mi­zi də­rin­dən ta­nı­ma­ğa, bir-bi­ri­mi­zin ürə­yi­nə yol aç­ma­ğa, ona tə­sir et­mə­yə im­ka­nı­mız var­dır" ("Sö­yüd­lü arx").
İl­yas Əfən­di­ye­vin qəh­rə­ma­nı Nu­riy­yə­nin cə­miy­yə­ti ya­zı­çı­nın keç­mi­şi­nin ahən­gi­ni, ra­hat­lı­ğı­nı poz­maq­la, san­ki bu keç­miş­dən öc alır­dı və bu ha­yı­fı onun gənc hə­ya­tı­nı çə­tin­lik­lə­rin, acı­la­rın dö­zül­məz­li­yin­dən ke­çir­mək­lə çı­xır­dı. Bu an­la­şıl­maz­lı­ğın sə­bə­bi­ni ya­zı­çı öm­rü­nün so­nu­na­can dü­şü­nür­dü və gö­rü­nür, ca­va­bı hət­ta öz­lü­yün­də eti­raf et­mək çə­tin­di. Bu eti­raf­dan da­ha çə­tin olan bir şey də var­dı: xa­ti­rə­lər. Bəl­kə ona gö­rə de­yir­miş: "Ge­ri­yə bax­ma, qo­ca"?
"O adam mə­nim də heç bir za­man ya­dım­dan çıx­ma­dı. Mən ke­çəl Əm­ra­hın bir za­man dəl­lək ol­du­ğu­nu bi­lir­dim. Ne­çə də­fə atam saç­la­rı­mı dü­zəlt­dir­mək üçün mə­ni onun dü­ka­nı­na apar­mış­dı. Dəl­lək Əm­rah da hə­mi­şə ata­mı bö­yük hör­mət­lə qar­şı­la­yar­dı.
Mən heç ba­şa dü­şə bil­mir­dim ki, hə­min o Dəl­lək Əm­rah in­di şə­hər so­ve­ti­nin üz­vü olan­dan son­ra nə üçün bi­zim­lə düş­mən ki­mi rəf­tar edir? Biz­dən nə­yin qi­sa­sı­nı alır? Ni­yə bir­dən-bi­rə be­lə aman­sız adam olub".
80-ci il­lə­rin əv­vəl­lə­rin­də bö­yük ma­raq­la qar­şı­lan­mış "Ge­ri­yə bax­ma, qo­ca" ro­ma­nı, əs­lin­də, Za­ma­nın gün­də­li­yi idi və onu oxu­yub ba­şa ça­tan­dan son­ra, ne­çə il­lər­di öz-özü­mə ver­di­yim sua­lın ca­va­bı­nı tap­dım san­ki və məhz bu ro­man, il­dı­rım qa­ran­lıq ge­cə­ni bir an­lıq ay­dın­lat­dı­ğı ki­mi, bə­zi mət­ləb­lə­rə işıq sal­dı.
­İl­yas Əfən­di­yev gün­də­lik­lə­ri ni­yə yan­dır­dı? Axı gün­də­lik­lər keç­miş­lə gö­rüş im­ka­nı­dır. Mə­gər gün­də­lik­lə­ri məhv et­mək­lə keç­miş­lə gö­rüş im­ka­nın­dan bil­mər­rə məh­rum ol­mu­ruq­mu?

Keç­miş­də nə var­dı? Xə­yal­lar?!

Bəl­kə real­lıq­lar keç­mi­şin bu qiy­mət­li sax­lan­cı­na - xə­yal­la­ra gü­lür, onu aşa­ğı­la­yır­dı və mə­nim köv­rək ya­zı­çı­mın bu əda­lət­siz­li­yə səs­siz-söz­süz üs­ya­nıy­dı məhv ol­muş gün­də­lik­lər? Mə­gər mə­nim ya­zı­çı­mın da qə­naə­ti be­lə de­yil­di­mi ki: "Biz əsəb­lə­ri­mi­zi də­mir ki­mi möh­kəm­lən­dir­mək üçün şü­şə qı­rın­tı­la­rı üzə­rin­də ayaq­ya­lın gə­zi­rik"?!
İn­di bu­dur, üs­tün­dən ne­çə onil­lər ötən­dən son­ra "Ge­ri­yə bax­ma, qo­ca" tək­li­fi­nin bir ya­zı­çı pri­yo­mu ki­mi da­ha cəl­be­di­ci gö­rün­dü­yü­nün fər­qi­nə va­rır­san; bu, əs­lin­də, ça­ğı­rış­dı, keç­mi­şi unut­ma­ma­ğa, onu öy­rən­mə­yə və bağ­la­rı qı­rıl­ma­ğa qoy­ma­maq və­siy­yə­ti­di. İn­cə bir psi­xo­lo­ji pri­yom: qa­da­ğan olu­na­na ma­raq, sir­li gö­rü­nə­nə qar­şı­sıa­lın­maz me­yil, ca­nat­ma in­sa­nın fik­ri­ni sə­fər­bər edib yö­nəl­dir və sən də­rin­lik­lə­rə baş vur­maq, so­na­can get­mək hə­və­sin­dən sax­la­ya bil­mir­sən özü­nü...
Bu ça­ğı­rı­şın o bi­ri ucun­da isə müd­rik bir yol­gös­tər­mə də var - keç­mi­şə alu­də olub qal­maq, da­im onun­la ya­şa­maq ol­maz, yol­lar sa­ba­ha apa­rır, keç­mi­şin xa­ti­rə­lə­ri nə qə­dər şi­rin, gö­zəl ol­sa da, gə­lə­cə­yin na­mə­lum­luq­lar ara­sın­da say­rı­şan işı­ğı da­ha cəl­be­di­ci­dir və bu, hə­ya­tın qa­çıl­maz­lı­ğı­dır.
İl­yas Əfən­di­ye­vin ya­ra­dı­cı­lı­ğı da, ya­ra­dı­cı­lı­ğın kre­do­su da dü­nən­lə sa­ba­hın ara­sın­da du­rub, yol gös­tə­rən dün­ya­gör­müş ağ­saq­qa­lın xe­yir­xah­lıq do­lu nə­si­hə­ti­ni xa­tır­la­dır. Ötü­rü­cü­dür, ayı­rı­cı­dır, həm də sin­tez­dir. Gənc­lik şöv­qü, sev­gi ilə do­lu sin­te­zin li­rik, şai­ra­nə ov­qa­tı in­sa­nı ya­şa­ma­ğa səs­lə­yir.
Ko­lo­rit­li dil, üs­lub özü­nə­məx­sus­lu­ğu­na sa­diq­lik hər ya­zı­çı­ya nə­sib ol­mur. İl­yas Əfən­di­ye­vin ya­zı­çı­lı­ğın­da ori­ji­nal­lı­ğı tə­min edən bir mə­qam var ki, bu da söz­lə­rin və­tən­daş­lıq sta­tu­su ilə bağ­lı­dır. Bir də ov­qa­tın. Onun əsər­lə­ri­nin hər han­sı bi­ri­ni, ad­sız-müəl­lif­siz oxu­san, fər­qi yox­dur, bu, və­tən­daş - söz­lər və ov­qat, hə­yat­se­vər­lik, ya­şa­maq eş­qi və gö­zəl­li­yə mü­na­si­bət o sa­at əsə­rin müəl­li­fi­ni ni­şan ve­rə­cək, de­yə­cək ki, əl­bət­tə, İl­yas Əfən­di­ye­vin­dir. Hət­ta bə­zən ada­ma elə gə­lir ki, mə­sə­lən, "ey­zən", "mər­da­nə" söz­lə­ri­ni, "hər iki­miz gənc və gö­zəl­dik" cüm­lə­si­ni, "çi­çək ki­mi tə­miz" ifa­də­si­ni, "son­ra" ilə baş­la­yan ilk cüm­lə­ni... ilk də­fə İl­yas Əfən­di­yev ya­zıb və şai­ra­nə üs­lub, özü­nə­məx­sus­lu­ğun bu "müəl­lif­lik hü­qu­qu­nu" oğ­lu El­çi­nə mi­ras qo­yub.
Ya­zı­çı ki­mi "adı­na ya­zı­la­sı" da­ha cid­di xey­li nü­ans var ki, bu ba­rə­də müt­ləq da­nış­maq la­zım­dır. Bu nüans­la­rın əhə­miy­yə­ti­ni duy­maq üçün İl­yas Əfən­di­ye­vin mən­sub ol­du­ğu ədə­bi dövr, ədə­biy­ya­ta gəl­di­yi vaxt­la­rın mən­zə­rə­si haq­qın­da, qı­sa da ol­sa, mə­lu­mat­lı ol­maq va­cib­dir.
O­nun ədə­biy­yat ad­lı pla­ne­tə vi­zit kar­tı "Kənd­dən mək­tub­lar" olub. Azər­bay­can rep­res­si­ya xo­fun­dan tə­zə­cə uzaq­la­şır­dı, gənc ya­zı­çı­nın ai­lə­si isə "sə­si alın­mış­la­rın" nə­si­bi­nə görk ola­sı gün­lə­rin acı son­lu­ğu­nu dad­mış­dı; ata­nı bu xof və əzil­mə­lər "apar­mış­dı". Cə­miy­yə­tin, ideo­lo­gi­ya­nın "mən­dən bi­zə" gö­tür­dü­yü səm­tin üzü­cü­lü­yü na­ra­zı­lıq do­ğur­sa da, "ge­ri­yə" cəhd­lər hiss olun­mur­du. Nəsr­də li­rik-psi­xo­lo­ji ro­man ənə­nə­si­nin, in­sa­nın mə­nə­vi dün­ya­sı­nın təq­dim olun­ma­sı, mə­nə­viy­yat mə­sə­lə­lə­ri­nin qo­yul­ma­sı onun adı ilə bağ­lı­dır. Bu, göy­dən­düş­mə təq­di­mat de­yil­di, yə­ni id­dia et­mək doğ­ru de­yil­dir ki, İl­yas Əfən­di­yev­dən baş­qa kim­sə­nin adı­nı çək­mək ol­maz. La­kin məhz bir­cə mi­sal çək­mək ki­fa­yət­dir ki, onun cə­sa­rət­li ad­dı­mı­nın do­ğur­du­ğu re­zo­nan­sı ya­da sal­sın. "Kör­pü­sa­lan­lar" po­ves­ti və Sə­riy­yə ob­ra­zı. 1960-cı il­ və qa­dın üçün, azər­bay­can­lı ai­lə­si üçün ağ­la­sığ­maz hə­rə­kət­lə­ri ilə hey­rə­ta­miz qı­cıq do­ğu­ran Sə­riy­yə­ni tən­qi­din və ic­ti­maiy­yə­tin qı­na­ğın­dan xi­las edən, zən­ni­miz­cə, müəl­li­fin ob­ra­za aş­kar du­yu­lan rəğ­bə­ti, bir də ya­zı­çı üs­lu­bu. Məhz bu üs­lub "ye­ni əx­laq və dü­şün­cə tər­zi­ni" həzm et­mə­yə kö­mək et­di. İl­yas Əfən­di­ye­vin di­li və ob­raz­la­rın da­xi­li alə­min­də so­na­can sə­mi­mi ol­ma­sı Sə­riy­yə­ni "qə­bul et­mə­yə" va­dar edir­di. Sə­riy­yə­nin "qə­bul olun­ma­sın­da" iki il əv­vəl oxu­cu­la­rı ye­ni ov­qa­ta kök­lə­miş, oxu­cu ma­ra­ğı­nı əsir et­miş "Sö­yüd­lü arx" ro­ma­nı­nın xid­mə­ti də da­nıl­maz­dır. Ya­rım əsr­dən çox ya­şı olan "Sö­yüd­lü arx" ye­ni­yet­mə­li­yin mü­ta­liə şöv­qü­nün he­sa­bı­na ya­zı­la bi­lən "köv­rəl­mək adi­li­yi­ni" bu gün də tək­rar­la­yır­sa, bu, həm də onun he­sa­bı­na­dır ki, in­sa­nın mə­nə­vi yük­sə­li­şi­nə və lə­ya­qə­ti­nin qo­run­ma­sı­na səs­lə­yən tə­miz, tə­ra­vət­li duy­ğu­lar ahən­ru­ba ki­mi özü­nə çə­kən bir dil­lə, xoş­hal tə­mas­la in­sa­nın yal­nız özü­nə eti­raf edə bi­lə­cə­yi bir he­ka­yə­ti oya­dır, hər kə­sin öz he­ka­yə­ti­ni oxut­du­rur­du özü­nə.
"Gənc­li­yi­min ilk çağ­la­rın­dan mən­də "Se­gah­"a an­la­şıl­maz bir bağ­lı­lıq var idi. Mə­nə elə gə­lir­di ki, bu mu­ğam, nə isə, qəm­li bir he­ka­yə nəql edir. Lap əv­vəl­lər mən bu he­ka­yə­tin nə­dən iba­rət ol­du­ğu­nu, "Se­gah­"ın nə söy­lə­di­yi­ni an­la­ya bil­məz­dim. Mən yal­nız ax­şam qə­rib­li­yi­nə və ya nə­yin­sə iz­ti­rab­la­rı ilə pə­ri­şan olan bir qı­zın kə­də­ri­nə bən­zər duy­ğu­lar hiss edər­dim. La­kin o gənc ley­te­nant gö­rüş vəd edib gəl­mə­yən­dən son­ra hər də­fə "Se­gah­"ı din­lə­yər­kən, qəl­bim­də ta­ma­mi­lə ye­ni bir aləm ya­ra­nır­dı və mən bu aləm­də yal­nız müz­tə­rib in­san mə­həb­bə­ti­nin bö­yük ta­le­yi­ni gö­rür­düm. San­ki Ley­li bu "Se­gah­"ın di­li ilə İbn Sa­lam­dan xa­hiş edir­di ki, ona ar­vad ol­maq üçün Məc­nu­nun eş­qi­ni unu­da­na qə­dər möh­lət ver­sin. İn­di mən də yal­nız o xoş­bəxt ge­cə­də mə­nə gö­rüş vəd edə­rək ge­dən, bir də qa­yıt­ma­yan o gənc ley­te­nant haq­qın­da dü­şü­nür­düm".
İl­yas Əfən­di­ye­vin bir ya­zı­çı ki­mi qa­dın hiss­lə­ri­ni, bu hiss­lə­rin bü­töv­lü­yü­nü və qa­dın fə­da­kar­lı­ğı­nı du­yub qiy­mət­lən­dir­mə­si, öz həm­cin­si­nə məhz qa­dı­nın tə­rə­fin­də du­rub, onun gö­zü ilə "də­yər ver­mə­si" in­san mü­na­si­bət­lə­rin­də şab­lon­la­rı yox, duy­ğu­la­rın azad­lı­ğı­nı, de­mok­ra­tik prin­si­pi əsas tut­ma­sı onu həm­kar­la­rın­dan fərq­lən­di­rir­di. Onun Hə­sən­za­də­si, Kam­ra­nı, Va­le­hi, lap elə Ər­şa­dı, Mu­ra­dı... San­ki ay­rı-ay­rı dövr­lər­də, ay­rı-ay­rı qa­nun-qay­da­la­rın hökm sür­dü­yü məm­lə­kət­lər­də ya­şa­yan ey­ni adam­dır və bu ey­ni­lik məhz ki­şi­lik, lə­ya­qət, ba­ba­lar­dan gəl­mə adət-ənə­nə­lə­rə, dav­ra­nış, dü­şün­cə əx­la­qı­na sa­diq­lik his­sin­dən su içir, xal­qın, mil­lə­tin tə­fək­kü­rün­də, yad­da­şın­da "əsil ki­şi" ob­ra­zı­na ye­ni ça­lar qa­tır. Onun qa­dın­la­rı da məhz be­lə ki­şi­lə­rə gö­rə dün­ya­nın ən ağır, ən dö­zül­məz pe­şi­man­lı­ğı­nı ya­şa­ya bi­lər­lər. "Axı, Bor­ça­lı dün­ya­nın o ba­şı de­yil­di ki..." ("Unu­da bil­mi­rəm").
"Bu mə­nim üçün tə­səv­vür elə­mə­yə­cə­yim bir səa­dət idi. La­kin xey­li fi­kir­dən son­ra be­lə qə­ra­ra gəl­dim ki, na­zir­li­yə te­leq­ram vu­rub, gəl­mək is­tə­mə­di­yi­mi bil­di­rim. Çün­ki bu­ra­dan çı­xıb get­mək, üz-gö­zü­mün öy­rəş­di­yi adam­lar­dan ay­rıl­maq... mə­nə xə­ya­nət ki­mi gö­rü­nür­dü... axı, bu­ra­dan Qu­zey qış­la­ğa cə­mi al­tı-yed­di ki­lo­metr­dir..." Sö­yüd­lü ar­xın "sü­ku­ta dal­mış çöl ilə xoş bir xə­yal, bir ömür ki­mi uzan­dı­ğı" Qu­zey qış­laq Nu­riy­yə­nin gənc ley­te­nan­tı­nın - Mu­ra­dın kən­di idi.
İl­yas Əfən­di­ye­vin "Tu­fan­dan son­ra" ki­no­no­vel­la­sın­da Ley­la­nın cə­sa­rət­li jes­ti hə­yat yol­da­şı La­çı­nın da­nış­maq, eti­raz et­mək, "ki­şi­lən­mək" haq­qı­nı əlin­dən alır. Çün­ki bu cə­sa­rət hə­qi­qət­dən gə­lir­di.
"Ov­çu ge­dir... qız ba­xır­dı...
- Mən­dən xa­nı­mı­nı­za sa­lam ye­ti­rin... - de­yə qız tək­rar ar­xa­dan qış­qır­dı, - de­yin, mən ona hə­səd apa­rı­ram, eşi­dir­si­niz­mi, hə­səd!
...La­çın hə­lə də ov­çu­nun ar­dın­ca ba­xan qı­za ya­xın­la­şıb so­ruş­du:
- Nə üçün onun ar­va­dı­na hə­səd apa­rır­san? Gö­zəl oğ­lan ol­du­ğu­na gö­rə?
- Yox, - de­yə qız sa­kit ifa­də ilə ca­vab ver­di - Hə­qi­qi ki­şi ol­du­ğu­na gö­rə.
Və çev­ri­lib ağır ad­dım­lar­la La­çın­dan uzaq­laş­dı..."
İl­yas Əfən­di­ye­vin mü­ta­liə­si haq­qın­da çox dı­nı­şıb­lar və ilk ba­xış­da ada­ma elə gə­lir ki, bu zən­gin­lik onun ya­zı­çı­lı­ğı­na iz qoy­ma­mış ol­maz. Onun­sa ya­ra­dı­cı­lı­ğı mil­li ko­lo­rit­lə o qə­dər do­lu­dur ki, yad ha­va­ya yer qal­ma­yıb. Çün­ki o, dün­ya­nı, hə­ya­tı öy­rən­dik­cə, mən­sub ol­du­ğu mə­də­niy­yə­tin, mil­li ru­hun ye­ri­ni, çə­ki­si­ni gö­rüb. Bu isə, ona müa­sir­li­yi, in­ki­şa­fı qiy­mət­lən­dir­mək­də qə­tiy­yən ma­ne ol­ma­yıb. Ye­ni­li­yə, sa­ba­ha, gə­lə­cə­yə mü­na­si­bət, ye­ni ya­naş­ma onun əsər­lə­ri­nə gənc­li­yin çağ­la­yan ener­ji­si­ni, nik­bin­lik və hə­ra­rət gə­ti­rib. Am­ma... bü­tün bu tə­ra­vət­li, güm­rah nə­şə­nin dağ­lar­da qal­mış nəğ­mə­lə­rin xif­fə­ti­nə bü­rün­dü­yü­nü sez­mək çə­tin de­yil. Sa­rı­köy­nək Qə­dir­xan ba­ba­dan xe­yir-dua alıb ay­rı­lan­da da, bül­lur sa­ra­yın xə­fə­sin­də tın­cı­xan Ba­yan­du­run Ay­nur üçün bir ye­ni, əf­sun­lu dün­ya olan söh­bət­lə­rin­də də, Ələs­gər da­yı­nın sa­zın­dan Nu­riy­yə­nin nis­gil­li qəl­bin­də qa­lan uşaq­lıq xa­ti­rə­lə­ri­nin unu­dul­maz­lı­ğı­na çi­lə­nən köv­rək­lik­də də bir ya­nıq­lı su­al, qeyb­dən səs­lə­nir­miş ki­mi sız­la­yır:

Ü­zü bə­ri ba­xan dağ­lar,
Mə­nim siz­də nə­yim qal­dı?

İl­yas Əfən­di­ye­vin "Üça­tı­lan", "Ge­ri­yə bax­ma, qo­ca" "Xan qı­zı Gül­sə­nu­bər­lə tar­zən Sa­dıq­ca­nın na­ğı­lı" əsər­lə­ri­ni çə­kin­mə­dən Qa­ra­bağ hə­ya­tı­nın, tə­rə­kə­mə ela­tı­nın ya­şa­yış tər­zi­nin, məi­şə­ti­nin et­noq­ra­fik tab­lo­su, Qa­ra­bağ­na­mə­lər­dən bi­ri ad­lan­dır­maq is­tə­yi­rəm. Elə bil tə­rəd­dü­dü­mün if­rat - hə­qi­qət sər­hə­din­də­yəm və ya­dı­ma ya­zı mə­də­niy­yə­tin­də­ki kü­bar­lı­ğı ilə se­çi­lən Ya­şar Qa­ra­ye­vin bən­zət­mə­si dü­şür: "Bu gün Qa­ra­bağ­lı şair­lər və na­sir­lər ara­sın­da Xa­rı­bül­bül öz mah­nı­sı­nı ha­mı­dan çox İl­yas Əfən­di­ye­vin di­li ilə oxu­yur".
Bu qəm­li nəğ­mə­nin nə ol­du­ğu­nu isə, "sus­maq­dan ürə­yi daş olan bi­lər".
İl­yas Əfən­di­ye­vin əsər­lə­ri­nin təh­ki­yə­sin­dən sü­zü­lən bir ümid işı­ğı, hə­yat eş­qi on­la­rı na­ğıl­la­rı­mı­zın ru­hu­na ya­xın­laş­dı­rır. Xe­yir­xah na­ğıl­la­rın igid qəh­rə­man­la­rı, müd­rik qo­ca­la­rı bi­zi qor­xu­lu div­lə­rin, za­lım­la­rın əsa­rə­tin­dən qur­ta­ran ki­mi, Mu­rad­za­də, Ər­şad, Şah­mar, ov­çu, Hə­sən­za­də, Ata­yev də dav­ra­nış­la­rı, ali­cə­nab­lıq­la­rı, "mər­da­nə tövr­lə­ri" ilə oxu­cu­nu haq­qın, əda­lə­tin, nə­cib­li­yin, tə­miz sev­gi­nin, dü­rüst­lü­yün var­lı­ğı­na, gö­zəl­li­yi­nə inan­dı­rır.

***

Hər bir ya­ra­dı­cı­lıq sual­dır, hə­yat, in­san, ya­ra­dı­lış haq­qın­da, in­san mü­na­si­bət­lə­ri­nin çe­şid­lə­ri, öm­rün mə­na­sı ilə bağ­lı dü­şün­cə­lər­dir. Bu müx­tə­lif, rən­ga­rəng ya­naş­ma­lar "gə­lim­li-ge­dim­li dün­ya­nın", fa­ni­li­yi­nə qar­şı güc­süz­lü­yü­mü­zü dərk et­mə­yi­mi­zin, bu­nun­la be­lə bu güc­süz­lük qar­şı­sın­da in­san ira­də­si­nin, xə­yal­la­rı­nın möh­tə­şəm­li­yi­nə ina­mı­mı­zın yo­lu yaş, hə­yat təc­rü­bə­si, dün­ya­gö­rü­şü­müz və xa­rak­te­ri­miz­dən ası­lı ola­raq də­yi­şə bi­lir. Am­ma is­te­da­dın də­rə­cə­si, ha­mı­nın bax­dı­ğın­da hər kə­sin gö­r­mə­di­yi zər­rə­də bü­tö­vü gö­rə bil­mək, duy­maq həs­sas­lı­ğı ya­şın, hə­yat təc­rü­bə­si­nin qa­ba­ğı­na ke­çə bi­lir.
İl­yas Əfən­di­ye­vin "Qır­çı və qır­mı­zı çi­çək" he­ka­yə­si bu dü­şün­cə­lə­rin ha­va­sı­na kök­lə­yir oxu­cu­nu. He­ka­yə həm də ya­zı­çı­nın fər­di üs­lu­bu­nu, de­tal­la iş­lə­mək, onu mə­na­lan­dır­maq sə­riş­tə­si­ni ifa­də edir­di. İn­san ki­min­çün­sə ya­şa­yan­da, gə­rək­li və göz­lə­ni­lən ol­du­ğu­nu bi­lən­də ömür də, bu öm­rün ötüb ke­çən hər gü­nü də mə­na­lı olur, məz­mun­lu olur.
"O­nun gü­nəş­dən, ayaz­dan ya­nıb qa­ral­mış ge­niş al­nın­da­kı qı­rış­lar ko­tan şu­mu ki­mi də­rin idi...
Qo­ca yaz­da və pa­yız­da as­fal­tı de­şib çı­xan bu xır­da çi­çək­lə­ri çox gör­müş­dü və hər də­fə də qo­ca­ya elə gəl­miş­di ki, bu ki­çik çi­çək se­vinc­lə ona ba­xıb nə isə de­yir... La­kin nə de­yir? Qo­ca bu ba­rə­də fi­kir­ləş­mə­miş­di, sa­də­cə ola­raq, çi­çə­yin zü­hu­ru ilə onun də­rin qı­rış­la­rı olan çöh­rə­sin­də­ki sərt ifa­də bir qə­dər yum­şal­mış, bu qə­dər ba­la­ca, bu qə­dər zə­rif bir var­lı­ğın qüd­rə­ti on­da riq­qət­li, meh­ri­ban duy­ğu­lar oyat­mış­dı".
O­nun heç kə­si yox­du - xa­ti­rə­lə­rin­dən və kö­mək­çi­si qır­çı­dan baş­qa. Bu sa­kit növ­ra­ğı lə­pə­lən­di­rən qır­mı­zı bant­lı qı­zın gə­li­şi­nə­cən be­ləy­di. Qo­ca ye­nə də öz alə­min­də idi, am­ma in­di onun bu alə­mi­nin qay­ğı­la­rı bu cüt­lü­yün ai­lə se­vin­ci­nə səmt­lən­miş­di, on­la­ra öz öv­lad­la­rı ki­mi toy edə­cə­yi­ni dü­şü­nür­dü. Am­ma qır­mı­zı çi­çək­dən fərq­li ola­raq, qır­mı­zı bant­lı qız qo­ca­nın qü­ru­ba əyi­lən öm­rü­nə qəm­li bir iz sal­dı: "...Göz­lə­ri xey­li müd­dət ota­ğın zül­mə­ti­nə zil­lə­nib qal­dı. Elə bil ki, bu zül­mət bir əbə­diy­yət idi və o, bu əbə­diy­yə­tə qo­vuş­muş­du. La­kin onun şüu­ru iş­lə­yir­di. Bu şü­ur isə, işıq və ümid­lər sil­si­lə­sin­dən iba­rət idi".
Bu sil­si­lə­nin so­nun­da "hə­ya­tın - bö­yük və qüd­rət­li hə­ya­tın qa­nu­nu" son hök­mü­nü ve­rə­cək­di...
İl­yas Əfən­di­yev nəs­ri­nin sə­ciy­yə­si ki­mi, “iyir­min­ci yü­zil Azər­bay­ca­nı­nın, azər­bay­can­lı­sı­nın hə­ya­tı­nın mə­nə­vi-psi­xo­lo­ji ba­ro­met­ri" ifa­də­si­nin qüv­vət­li və kə­sər­li ol­ma­sı­nın kö­kün­də onun ya­zı­çı üs­lu­bu­nun li­riz­mi, "köh­nə ilə ye­ni­nin", mü­ha­fi­zə­kar­lıq­la qa­baq­cıl dü­şün­cə­nin "dil ta­pıb yo­la get­mə­si" və bir də, fo­no­se­man­ti­ka­nın təd­qi­qi üçün ge­niş im­kan­lar ve­rən söz­lə­rin, səs­lə­rin mu­si­qi ahən­gi, rəng­li söz­lə­rin və rəng­li fi­kir­lə­rin mo­zaik zən­gin­li­yi mü­hüm rol oy­na­yıb.
A­zər­bay­can ədə­biy­ya­tı­nın zən­gin ir­si­nə qiy­mət­li əsər­lər ver­miş XX əsrdə in­sa­nın bə­dii-es­te­tik dər­ki­nə xid­mət edən ya­ra­dı­cı­lıq nü­mu­nə­lə­ri içə­ri­sin­də nəsr poe­ti­ka­sı ilə se­çi­lən İl­yas Əfən­di­ye­vin mil­li ko­me­dioq­ra­fi­ya ənə­nə­lə­ri­nə söy­kə­nən dra­ma­tur­gi­ya­sı­nın da mə­də­niy­yə­ti­mi­zin in­ki­şa­fın­da özü­nə­məx­sus ye­ri var­dır. Bu, əs­lin­də, çox mə­su­liy­yət­li bir ad­dım idi; Hü­seyn Ca­vid, Cə­fər Cab­bar­lı dra­ma­tur­gi­ya­sı mil­li mə­də­niy­yə­tin qı­zıl fon­dun­da idi. Mir­zə Fə­tə­li Axun­dov, Nə­cəf bəy Və­zi­rov, klas­sik dra­ma­tur­gi­ya ənə­nə­lə­ri var­dı, Cə­lil Məm­məd­qu­lu­za­də­nin elə bir­cə "Ölü­lər" pye­si­nin Tofiq Kazımov (re­jis­sor), El­çin As­la­nov (rəs­sam) yo­zu­mun­da par­laq səh­nə uğu­ru fo­nun­da dra­ma­tur­gi­ya­ya gəl­mək cə­sa­rət tə­ləb edir­di. İl­yas Əfən­di­yev bu yo­lu - öz yo­lu­nu ta­pa bil­di və san­ki Azər­bay­can te­atr səh­nə­si­nin di­li ilə qiy­mə­ti­ni al­dı: "Sən hə­mi­şə mə­nim­lə­sən". İl­yas Əfən­di­ye­vin və To­fiq Ka­zı­mo­vun bir­gə işi çox yük­sək qarşılandı. İl­yas Əfən­di­yev bir na­sir ki­mi "biz­dən mə­nə" qa­yı­dı­şı­nı səh­nə di­li ilə ger­çək­ləş­dir­di. "Məhv ol­muş gün­də­lik­lər", "Unu­da bil­mi­rəm" - 1954-cü il­də yaz­dı­ğı "Ata­yev­lər ai­lə­si" pye­sin­dən son­ra - 60-cı il­lər­də İl­yas Əfən­di­yev dra­ma­tur­gi­ya­sı­nın bu ma­raq­lı nü­mu­nə­lə­ri teat­rı­mı­zın səh­nə­sin­də ha­di­sə ki­mi qiy­mət­lən­di­ril­di.
70-ci il­lə­rin so­nu­na doğ­ru ic­ti­mai-si­ya­si hə­ya­tı­mı­zın də­rin­lik­lə­rin­də hiss olu­nan tə­bəd­dü­lat­la­rı ədə­biy­ya­tı­mı­zın ta­ri­xi möv­zu­la­ra mü­ra­ciə­ti­nə rə­vac ve­rir­di. Azər­bay­can teat­rı İl­yas Əfən­di­ye­vin ta­ri­xi pyes­lə­ri ilə mil­li-mə­nə­vi dir­çə­li­şə, ta­ri­xi yad­da­şın qat­la­rı­na üz tut­du. "Xur­şid­ba­nu Na­tə­van" (1978), "Sev­gi­li­lə­rin cə­hən­nəm­də vü­sa­lı" (1989), "Hökm­dar və qı­zı" (1991) pyes­lə­ri azad­lıq, mil­li is­tiq­lal yo­lu­na ça­ğı­rış­dı və bu mər­hə­lə 30-40-cı il­lə­rin pa­fos teat­rı­nın da­va­mı ki­mi gö­rü­nür­dü, am­ma bu pa­fo­sun mü­ba­riz ru­hu in­sa­nı yor­mur­du, zən­ci­rin həl­qə­lə­ri ki­mi bir-bi­ri­nə bənd olur, bir­li­yə səs­lə­yir­di.
70-ci il­lə­rin so­nun­da, in­ki­şaf et­miş so­sia­liz­min yük­sək mər­hə­lə­si­ni ya­şa­yan So­vet­lər Bir­li­yin­də, onun bir res­pub­li­ka­sı olan Azər­bay­can­da bu in­qi­la­bi ça­ğı­rı­şın bir adı mey­dan oxu­maq­dı, eti­raz­dı həm də. "De­yin ki, mən Xur­şid­ba­nu Na­tə­van bu əzab­lı yol­la­rı on­lar­la bir­lik­də ge­də­cəm! Onu da de­yin ki, bu uçu­rum­lu yol­la­rın so­nun­da bi­zi öz mil­li bir­li­yi­ni, azad­lı­ğı­nı tap­mış azad Azər­bay­can göz­lə­yir!"
90-cı il­lər­də Azər­bay­can ta­ri­xi fa­ciə­lə­ri­nin, bö­yük səhv­lə­ri­nin acı­sı­nı ye­ni­dən ya­şa­yan­da İl­yas Əfən­di­yev Ağa­bə­yim Ağa­nın di­li ilə xal­qı­na səs­lən­di.
"Qoy bö­yük Ya­ra­dan si­zin ki­mi Azər­bay­can igid­lə­ri­nin qı­lın­cı­nı əlin­dən sal­ma­sın. Bu yal­nız bi­zim fa­ciə­miz de­yil. İb­ra­him xa­nın rus pad­şa­hı­nın söz­lə­ri­nə ina­nıb, ona ta­be ol­ma­sı bi­zim gə­lə­cək nə­sil­lə­ri­mi­zin də fa­ciə­si­dir. Mə­nim əziz həm­və­tən­lə­rim, Azər­bay­can türk­lə­ri heç bir za­man ya­del­li pad­şa­hın zül­mü­nə ta­be ol­ma­ya­caq. Hə­mi­şə və­tə­nin azad­lı­ğı uğ­run­da vu­ru­şa­caq".
Və mən, İl­yas Əfən­di­ye­vin dra­ma­tur­gi­ya­sı­nın, dra­ma­tur­gi­ya di­li­ ilə na­sir İl­yas Əfən­di­ye­vin di­li ara­sın­da çox, həd­dən ar­tıq ox­şar­lı­ğı­nı qeyd et­mə­yə bil­mi­rəm. Mən bu­nun pis­mi, yax­şı­mı, doğ­ru­mu-yan­lış­mı ol­ma­sı­nı dü­şün­mək is­tə­mi­rəm. Mən onu fi­kir­lə­şi­rəm ki, məhz bu dil, məhz bu üs­lub - İl­yas Əfən­di­ye­vin şai­ra­nə üs­lu­bu onun pyes­lə­ri­ni Azər­bay­can səh­nə sə­nə­tin­də hə­lə ne­çə nə­sil ya­şa­da­caq. Və bu üs­lub­da mən İl­yas Əfən­di­yev adın­da bir şa­ir gör­mü­şəm.
A­zər­bay­can ədə­biy­ya­tın­da və te­atr sə­nə­tin­də müs­təs­na xid­mət­lə­ri ol­muş İl­yas Əfən­di­ye­vin "fər­di üs­lu­bu­nun" mü­hüm ciz­gi­si­ni qeyd et­mək la­zım gə­lir. O, sə­nət­kar öm­rü­nü ic­ti­mai fəa­liy­yət, döv­lət qul­lu­ğu, mə­mur meş­şan­lı­ğın­dan fey­zi­yab­lı­ğı­na böl­mə­yib, özü­nü Sö­zə, Ya­zı­çı­lı­ğa bü­töv ve­rib. Hal­bu­ki, ədə­biy­ya­ta gə­tir­di­yi ob­raz­la­rın ye­ni­li­yi­nə qar­şı hü­cum­lar­dan, tən­qid­dən sı­ğor­ta­lan­ma­ğın ən sər­fə­li yo­lu olan "kres­lo zəh­mi­nə" gü­vən­mək üçün onun im­kan­la­rı çox olub. Bəl­kə qu­ru­luş­la so­na­can ba­rı­şa bil­mə­yib, bəl­kə xa­rak­te­rin­də­ki "çə­tin­lik" qoy­ma­yıb, de­mək çə­tin­dir. Hər hal­da, hər iki sə­bəb özü­nü hiss et­di­rib. Ün­siy­yət­də ol­duq­la­rı­nın mü­şa­hi­də­si­dir ki, "ilıq, ro­man­tik, xe­yir­xah adam­la­ra qar­şı mu­nis mü­na­si­bət­də olan İl­yas müəl­lim xud­bin, bəd­xah, si­ma­sız adam­la­ra mü­na­si­bət­də ba­rış­maz idi. Re­al hə­yat­da­kı möv­qe­yi onun əsər­lə­rin­də müx­tə­lif ob­raz­la­rın sə­ciy­yə­vi mə­nə­vi key­fiy­yə­ti­nə dö­nər­di".
Gö­rü­nür, İl­yas Əfən­di­yev özü­nü da­ha yax­şı gö­rüb, da­ha düz­gün qiy­mət­lən­di­rib.
Ö­zü­nə, is­te­da­dı­na, hə­ya­ta, in­sa­na, bö­yük və güc­lü ina­mı olan ya­ra­dı­cı in­san hər für­sət­dən ba­rın­maq, "har­da aş, or­da baş" ol­maq şa­kə­rin­dən o qə­dər uzaq­dır ki...
İl­yas Əfən­di­ye­vin sə­nət­kar ama­lı "yal­nız bir də­fə se­vən ürək" tim­sa­lın­da­dır - ya­maq gö­tür­mə­yib, Ya­zı­çı­lı­ğı bü­tün qəl­bi­lə se­vib.
"Hər təf­si­lat­da li­rik dra­ma­tizm və poe­tik nik­bin­lik ara­yan" bu ya­zı­çı haq­qın­da ya­zı­nı, onun­la ün­siy­yə­ti­ni köv­rək - əziz xa­ti­rə ki­mi qo­ru­yan nə­cib in­san, gö­zəl zi­ya­lı­mız İmam­ver­di Əbi­lov­dan də­qiq, do­lu və la­yi­qli bi­ti­rə bil­mə­yə­cə­yi­mi dü­şün­düm:
"İl­yas Əfən­di­yev yal­nız üs­lub əl­van­lı­ğı, fər­di in­tel­lek­tual zən­gin­li­yi ilə de­yil, şəx­si lə­ya­qə­ti, dav­ra­nış və mü­na­si­bət­lə­ri həd­din­də də ro­man­tik, şai­ra­nə və li­rik bir in­san öm­rü ya­şa­dı".