Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


TƏN­QİD VƏ ƏDƏ­BİY­YAT­ŞÜ­NAS­LIQ
 

Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


 

Bə­şəri xilqətin ilahi timsalında cəlal, qüd­rət və əzə­mətini gös­tər­mək və təqdim etmək­dən öt­rü gör­kəmli Azərbaycan şairi İma­dəddin Nəsimi insanın vücudi gör­kəm, zahiri gö­zəllik və hüsn elementlərini coşqun ilhamla, daxili qürur və ehtirasla təsvir və tə­rən­nüm etməyi bü­tün yaradı­cı­lı­ğı boyu diqqət mər­kəzində saxlayır. Bu mənada şairin poetik irsinin mü­hüm bir qismini gö­zəli, gö­zəlliyi təsvir və vəsf edən camal və hüsn lirikası təşkil edir. Doğrudur, sə­nətkarın dün­yəvi gö­zə­lə və gö­zəlliyə həsr olunmuş lirik ör­nək­ləri də az deyil. Bununla belə, filosof şairimizin bu mövzuda qə­lə­mə alın­mış poeziya nümu­nə­lərinin bir çoxu məhz tə­rı­qət ruhlu, hürufiyanə baxış və dü­şün­cənin məhsulu olan şeirlərdir.
Nəsimi təri­qət lirikasında gö­zəli - bə­şər övladı­nı zati-müt­ləqin bir zər­rəsi və bən­zəri kimi tə­rən­nüm hə­dəfi­nə çevirir, adilikdən, maddilikdən, dün­yəvilikdən çıxa­rır. Onun lirik qə­hə­rəma­nına gö­rə, insan "bə­şər surətli rəhman, mə­ləksima həbib"dir. Surət­də adi bə­şər olsa da, mahiyyət­cə zati-mü­təh­hərdir:

Surət­də gərçi adı bə­şərdir Nəsiminin,
Mə'nidə gör ki, zati-mü­təh­hər degilmidir?

Azərbaycan şairi obyekt kimi gö­tür­dü­yü nigarı adilikdən çıxardı­ğı kimi onun fiziki-cismani varlı­ğına, hüsn elementləri­nə və gö­zəllik cizgiləri­nə də qeyri-adi poetik-fəl­səfi linzadan baxır. İfadə­lər­dən, lirik ovqatdan,poetik terminlər­dən tutmuş zahiri cizgilə­rə, gö­zəlliyi yaradan atributlara və məra­mın ifadəsi­nə qə­dər hər şey rəmzi məna kəsb edir. "Quş dili"nin hürufi-simvolik müs­təvisinə keçir, məcaziləşir və rümuzat tü­lü­nə bü­rü­nür. Son idraki qən­aə­tə gö­rə, insanın "Hüs­nü­nün rümuzini nə mə­lək bildi, nə bə­şər." Adəm övladına məxsus sifət­lər rəmz­lərin sirridir. Onu bəyan edən bu məntiqdir:

Əsrari-rümuzdir süfa­tın,
Bu məntiq ilə bəya­nə gəldi.

Həm də bü­tün xilqətin ən şə­rəflisi olmaqla yanaşı, surət və gör­kəm­cə də ən gö­zəlidir. Hədisdə deyildiyi kimi, Allah-taala "gizli bir xəzi­nə"("kün­tə kən­zə") ikən özü­nü aşkara çıxarmağa və tanıtmağa ehtiyac hiss etdi və bu sə­bə­bə də bə­şəri xəlq etmək qəra­rına gəldi. Bü­tün kosmik gerçəklik və maddi kainat da insanın naminə yaradıl­dı. Nəsiminin də isnad etdiyi hədisi-şərifin ("Sən olmasaydın göy­ləri yaratmazdım”.-Nəsimidə:"­lövlakə lima xə­ləq­tül əflak, Eşqinlə yaratdı kainatı) hök­mü­nə və məntiqinə gö­rə, bü­tün varlı­ğın yaradı­lı­şında son məq­səd insanla bağlı­dır. Elə buna gö­rə də Tanrı insanı "əh­səni-təqvim" ("Ət-Tin"surəsi, ayə 4), yəni ən gö­zəl gör­kəm­də xəlq etmişdir: "Biz insanı ən gö­zəl biçimdə yaratdıq." Bu Quran ayəsi hürufiməs­lək şairə bə­şəri gö­zəli və gö­zəlliyi təsvir və tə­rən­nüm­dən öt­rü başlıca çı­xış nöq­təsi, ən mö­tə­bər istinad qaynağı­dır:

Surətin əh­səni-təqvimü üzün qiblə imiş.
...///Əh­səni-təqvimə inkar eylə­yən şeytan olur.

Həmin gö­zəl gör­kəm və camalda Haqqı gör­mə­yən­dən Haqq əbədi olaraq gizli qalmış olur.
İlahi hüs­nün daşı­yı­cı­sı kimi qəbul edilən insanın - dilbərin, cananın, nigarın camal gö­zəlliyini yaradan və ona xidmət edən bir sıra vücudi-cismani detallar və hüsn elementləri Nəsimidə xüsusi hürufi-rəmzi məna kəsb edir və ali obraz səviyyəsi­nə qaldı­rı­lır. Bu obrazlar adilikdən çı­xır, sirli-əsrarəngiz məna ilə yük­lənir və Tanrı­nın bə­şəri vücud və surət­dəki atributlarına çevrilir. Üz, saç(zülf), qaş, göz(çeşm), kirpik, yanaq, xal(bən), dodaq(ləb), ağız(­də­hən), diş, qamət(­qədd) və s. cizgi, xətt və bə­dən üzv­ləri bu qəbildəndir. Bunların içərisində isə daha çox tə­rən­nüm hə­dəfi kimi gö­tü­rü­lən üz və saçdır.
Hətta sadalanan bə­dən üz­vü və xət­lərin bəzi­lərinin farsca və ərəb­cə yazı­lı­şı əb­cəd yolu ilə müx­təlif üsullarla hesablanaraq hürufilə­rə lazım olan mü­qəd­dəs rə­qəm­lər də alı­nır­dı. Mə­sə­lən: üz (ərəb­cə:­vəch)-v=6+c=3+h=5=14; saç (ərəb­cə: cə'd) əb­cədi-səğirlə hesabladıqda-c=3+ "ayn"=10+d=4=17; qaş (ərəb­cə:ha-cib)-h=8+a=1+c=3+b=2=14; dodaq (farsca:ləb)-l=30+b=2=32. Buradakı 32 fars əlifbasındakı hərf­lərin, 17 möminlərin bir gün ərzində qılmalı olduqları namazdakı rü­kət­lərin sayına işarə kimi qəbul edilirdi. 14 rə­qəmi isə həm 14 məsu­mə, həm də ərəb əlifbası­nın yazı­lı­şındakı 14 əsas işarə­lər sisteminə müvazi olaraq anlaşı­lır­dı. Belə ki, ərəb əlifbasında 28 hərf olsa da, həmin hərf­lərin bə­zı­lərinin yazı­lış formaları (şəkilləri) bir-birinə oxşayır və onları yalnız nöq­tə­lər fərq­ləndirir. (Mə­sə­lən: "nun" "be" yə, "dal" "zal" a, "sin" "şin" ə, və s. oxşayır.) Əlifbadakı əsas işarə­lərin sayı isə 14-dür. Nəsimidə ən mü­tə­hərrik rəmzi-poetik obraz kimi diqqəti cəlb edən insan üzü də nitqi-ilahiyə, 28 və 32 hər­fə mün­cər edilirdi.

Sivü dü, nitqi-ilahidir üzün.
...Ü­zün­də haqqın ayəti oldu otuz iki.
...Vəchində yazmış idi anın iyirmi səkkiz hərf.

Ü­zün bir hürufi-poetik obraz kimi eyniləşdirilməsi və ya təşbehat silsiləsi Haqqın özün­dən başlayıb aşağıya doğru enir, mə­nəvi və maddi gerçəkliyin çeşidli mü­qəd­dəs varlıqları­nı əhatə edir. "Üzün Haqdır" birbaşa qəra­rından sonra "üzün" "Haqqın Nurudur","həq­qül-yəqindir", "məz­həri-həqdir", nuri-təcəllidir","şəmi-tövhidi-hidayətdir" və s. tipli etiqad hökm­ləri gəlir:

Surətin Həqdir,budur həq­dən xə­bər,
Söy­lə­yən Həqdir,vəli adı bə­şər,
...Şəm'i-vəh­dətdir üzün,­gül narı­dır,
...Ey camalın məz­həri-zati-qədim,
Surətin Allahü rəhmanür-rəhim.
...Əhli-mən'i xocəs­tə surəti­nə
­Mə'niyi-vahibissü­vər dedilər.
...Gör­düm səni gümansız hər dilbərim yü­zün­də,
Həq­qəl-yəqin gö­rə­nə zən­nü güman gə­rək­məz.
...Hər kim ki, deməz surəti­nə məz­həri-həqdir,
Vaqif degil andan.

Nəsiminin lirik qəh­rəma­nına gö­rə, insanın surətinin nəqş­lərində Haqq zühur etmişdir.Daha doğrusu, məna bən­zəri olmayan ("leysə­kəmislihü" - "Ona bən­zər şey yoxdur") surə­tə dü­zül­müş­dür. (Surət­də düz­dü mə'niyi, "leysə­kəmislihü"dedi), onu gör­mə­yən kəs bibəsi­rət və bibə­sərdir.
Haqqın məka­nı ərşi də, Rəhmanın camal gö­zəlliyini də, ilahi dərgahda olduğu güman edilən qeybi hikmət toplusu lövhi-məhfuzu da, möminlə­rə vəd olunan əbədi cən­nəti də mü­tə­fəkkir şairimizin nigarı­nın üzün­də tapmaq müm­kün­dür:

Rövzeyi-rizvan üzün­dür, vəs­səlam,
Surəti-rəhman üzün­dür, vəs­səlam,
Ərşi-həq, ey can,ü­zün­dür, vəs­səlam,
Lövh ilə Qur'an üzün­dür, vəs­səlam.

Dini tə­səv­vür­də Allaha ixlasla ibadətin mükafatı olaraq vəd edilən cən­nət Nəsiminin inancında gö­zəlin camalı­nın vüsa­lına yetişmək­dən başqa bir şey deyil. Bu vüsa­lın nə­şəsindən hasil olan mə­nəvi məstlik isə aşiqi tərk etməz xislə­tə malikdir:

Aşiqin cən­nəti-ədni şol cəmalin vəslidir,
Ey şərabi-köv­sərim, getməz xumarım, qandasan?

Məna aləminin sirrini özün­də ehtiva edən gö­zəlin üzü aşağıya - kəs­rət aləmi­nə endikcə də öz öl­çü­süz hikmətini hifz edir. Başqa söz­lə, o, ayineyi-haqnüma olmaqla yanaşı həm də cami-cahannüma, on səkkiz min aləmin güz­gü­sü, sirri-kainatdır.
Yer üzün­də dilbərin camalı­nın müqayisə və təşbeh obyekti islami nöqteyi-nə­zər­dən ən mü­qəd­dəs varlıq və Allah kəla­mı sayılan Qurandan(Müs­həf) başlayır,sonra onun surə, ayə və ifadə­ləri­nə doğru dərinləşir. Qiyamət gü­nü­nə qə­dər hidayət nuru ve­rən öl­məz kitabı gö­zəlin camalında gö­rən("Müs­həfi-ləm­yə­zəl ki, cəma­lındadır sənin") sə­nətkar belə hesab edir ki:

Müs­həfdir anın üzü, ey Vallah,
Nun, eynü mim qül­hü­vəllah.

Burada gö­zəlin üzü Quran elan edilmək­lə onun qaşı(nun-?), gö­zü (eyn-?), və ağzı (mim-?) da Quranın 112-ci ("Əl-İxlas") surəsinin 1-ci ayəsi ("qül­hü­vəllah" - "De ki, Allah birdir.) kimi də­yər­ləndirilir.
Nəsimidə insanın camalı daha çox Quranın 1-ci və əsas surə­lərindən olan, Qurana giriş hesab edilən, "üm­mül-kitab" ("kitabın anası") adlandı­rılan "Əl-Fatihə" surəsi ilə müqayisə edilir. Hansı ki, dini tə­səv­vür və şərh­lər­də onun Allah kitabı­nın əsas mahiyyət və məğzini özün­də cəm­ləşdirib ehtiva etdiyi söy­lənilir. Yeddi ayə­dən ibarət bu surənin iki də­fə nazil olunduğu güman edilir və buna gö­rə də onunla bağlı Nəsimi lirikasında da tez-tez rast gəldiyimiz "Səb­'ül-məsani" (2 də­fə yeddi) ifadəsi işlədilir. Bundan əlavə şair gö­zəlin üzü­nü "Taha", "Yasin", "İsra", "Ər-Rəhman", "Nur", "Duxan" və s. surə­lər­lə ya eyniləşdirir, ya da onlara bən­zədir :

Ey üzün üm­mül-kitabü Fatihə
...Surətin Tahavü həm Yasin imiş.
...Sureyi-İsrada gör­düm üzü­nü.
...Çün camalındadır Ər-Rəhman ələl-ərş istiva.
...Zül­fün­lə rü­xün hər necə kim, Müs­hə­fə baxdım,
Gör­düm ki, anın surə­ləri Nurü Duxandır.

Daha sonra bə­şəri surətin bən­zəyiş və vahidləş­mə hə­dəfi Quranın ayə və ifadə­ləri­nə yö­nəlir: "Qül­hü­vəllahü əhəd, Əllahüs-saməd" ("De ki, Allah təkdir, Allah ehtiyacsız­dır" - "Əl-İxlas", ayə1-2), "Ayə­təl-kürsi"("Əl-Bə­qə­rə", ayə255-257), "İnna fə­təhna" ("Biz sə­nə qə­lə­bə qazandır­dıq" - "Əl-Fəth", ayə 1) və s.kimi bu məfkurə­yə bağlı ifadə­lər silsiləsi, möminlərin hər gün beş vaxt namazda zikr etdikləri "Vəh­də­hü-laşəri­kə­ləh" ("O, təkdir, şəriki yoxdur"), həmçinin "Əh­sə­nə-ilah" ("Allah işin ən gö­zəlini işlədi"), "Təali-şənahi" ("Allahın ehsanı­dır"), "Leysə kəmislihü" ("Onun misli-bəra­bəri yoxdur") və s. dini anlayışlarla davam etdirilir:

Ey camalın "qül­hü­vəllahü-əhəd",
Surətin yazusu "Əllahüs-sə­məd".
...Ü­zün "inna-fə­təhna"dır, təba­rək şə'ninə mün­zəl,
Bu vəchi əh­səni-surət bilən­lər əhli-ürfandır.
..."Şahidi-laşəri­kə­ləh"şol sə­nəmin cəmalidir,
"Leysə­kəmislihü"a­nın nun ilə mimü dalidir.

Təbii ki, söz-kəlam və buyruq silsiləsi hürufiliyin aləmin hidayət və hikmət nişanı kimi anlaşılan ana kitabına qə­dər gəlib çı­xır:

Fəzli-həqqin "Cavidanı­dır­"ü­zün,
Aləmin doğru nişanidir üzün.

Nəsiminin dilbərinin üzü ilahi gö­zəlliyin tə­cəs­süm güz­gü­sü, Haqq nurunun cismani tə­cəllisi kimi qüdsi məkan və məfhumları-Kə­bəni, qibləni, ehramı, səc­dəga­hı da əvəz edir. Gö­zəl üzü ziyarət və onun vüsa­lı Həcci ziyarət timsalındadırsa, gö­zəl üzə səc­də də qiblə­yə səc­də anlamındadır. Din də, iman da nuri-nihayət, cüm­lə əşya da sə­nəmin hüsni-vəchindədir:

Mə'nidə hacı oldurur, əhli-səfa derəm.
...Kə­bə üzün­dür, ey sə­nəm, üzü­nədir sücudumuz,
...Mən­dən üzün yaşırma kim, səc­dəgahim oldur.
...Aşiqə iman ilə dindir üzün.

Haqqın camal gö­zəlliyinin bə­şəri vücuddakı tə­cəlli atributlarından biri də saçdır. Saç (zülf) sufilərin rəmzi-fəl­səfi təfsirində neqativ məna tutumuna malikdir. Maddi dünyaya, kəs­rə­tə, şəbi-hicrana,məşuqun gö­zəlliyini aşiqdən gizlə­dən hicaba və s.-ə işarədir. Tə­səv­vüf­də o, az-az hallarda pozitiv anlamda işlənir (mə­sə­lən: saç ruhların məs­kənidir).
Hürufilərin simvolik-fəl­səfi yozumunda və rəmzi-metaforik linzasından baxdıqda isə bü­tün spektrləri ilə işıq­lı çalara malik, müs­bət məna daşı­yı­cı­sı olan poetik istilahdır.
Dahi sə­nətkarı­mı­zın qən­aəti­nə gö­rə, insani ruhun saça meyl və mehri bə­şəri ruhun lap ilkin yaranış çağında, Vücudi-küll ilə ruhun əhd-peyman (imsaq) bağladı­ğı "bəzmi-əzəl"­də, Ələst aləmində ruhun Tanrı həqi­qəti­nə "qalu" ("bəli") dediyi məqamda baş vermiş və əbədi hissə çevrilmişdir:

“Kimin ki, kön­lü dolaşdı saçınla "qalu"də,
Ayırmaz anı saçın zülfi-dilrübasindən.”

Saça mə­həb­bətin bu əzəli məntiqindən çı­xış edən Nəsiminin fikrincə, zülf canın və­təni,aşiqin məs­kəni, əhli-irfanın məqa­mı­dır. Həqi­qət yolçusu olan aşiqi, tövhid əhlini Haqqa bağlayan "həb­lül­mətin"dir ("möh­kəm ip"dir). Zülf kafəri islama çəkib imanı qarət edir. Zülf və qaş, Nəsimiyə gö­rə, "vəchi-hə­sən"dir. Çünki Haqq əzəl­dən öz sirrini saça əma­nət etmişdir. ("Zül­fü­nə vermiş əma­nət Həq əzəl­də sirrini" (13,160)). Saç elə bir "səvadi-əzəm"dir ("bö­yük öl­kə") ki,ancaq həqiqi möminlər və ariflər ona məh­rəm ola bilər­lər. Nəha­yət, zülf aşiqi meraca yetirən isra ("leylə­tül-isra"), qədr (Quranın ilk ayə­lərinin nazil olunduğu və ya talelərin müəy­yən­ləşdiyi gecə) və bərat (Mə­həm­məd əleyhüs­səlama peyğəm­bərliyinin xə­bər verildiyi gecə) gecə­ləridir. Əl­bət­tə, Nəsimi bu, bədii-fəl­səfi və etiqadi şərhində gecənin qaralı­ğı ilə saçın qaralı­ğı arasındakı rəmzi-metaforik təşbehdən məha­rət­lə bəh­rə­lənmişdir :

Ey xətin Xız­rü, ləbin abi-həyat,
Ən­bərin zül­fün şəbi-qəd­rü bərat.
...Me'racə məni yetirdi zül­fün,
Qəd­rə irənin budur bərati.

Üz kimi saçın da hürufi təşbehatı və vəh­dəti vücudi-müt­ləqin zatına işarə olan "gənci-nihan"dan başlayıb Quranın­"Ən-Nur","Əd-Duxan", "Əl-İnşirah" ("Ələm-nəş­rəh")və s. surə­ləri­nə, elmül-bəyana, küfr ilə imana qə­dər vacib və müm­kün alə­mə aid miqyassız varlıqları əhatə edir. Hətta "Əz-Züha" surəsində (ayə1-2) Haqqın özü­nün and yeri kimi mü­qəd­dəs səviyyə­yə qaldı­rılan gecə ("Vəlleyl") gö­zəlin saçı, gün­düz isə ("vəz-züha") üzü kimi mənalandı­rı­lır:

...Ey saçın "vəlleyl", üzün "vəz­züha",
Surətin şə'nində gəldi "qul kəfa".
Ey saçından çün əyan oldu mana,
Sirri-ər­rəhman ələl-ərş istiva.

Deyilən­lər­lə yanaşı saçın iman əhlinə "siratül-müs­təqim" ("düz haqq yol"), "fət­hün-qərib" ("yaxınlaşan qə­lə­bə") hesab edilməsi də onun insanın cismani varlı­ğında vücudi-kül­lə işarə kimi də­yər­ləndirilən hüsn ün­sü­rü olduğunu isbata yetirir.
Lakin bü­tün bu gös­təri­lən­lə­rə baxmayaraq zülf və xalın gö­zəlliyini dərk hə­lə əb­cədi öy­rən­mək kimidir. Rəhmanın dərki isə surətin bəya­nı ilə ola bilər:

“Zül­fü xalindən Nəsimi əb­cədi qıl­dı tamam,
Şimdi üzün­dən bəyani-surəti, rəhman edər.”

Saç kimi zəruri hüsn ün­sür­lərindən olan qaşın da ilahi hikməti və qüdsi məna­sı "sübhi-əzəl"­dən, ələst aləmindən başlanır. Həmin vaxtdan qaş bəsi­rət əhli üçün qiblə məqa­mındadır. Kim ki o zamandan qaşı qiblə kimi dərk etmişdir, gecə və gün­düz "Hu" ("Allah") deyir.

Kim ki, qaşınla olmadı sübhi-əzəl­dən aşina,
Ta əbəd ol qaragü­nün bəxti səhab içindədir.

Nəsiminin rümuzat lü­ğətində qaş vəhy,qiblə, "həq kitabı" (Quran), mehrab, "nəsrin-minəllah" ("Allah tə­rəfindən olan yardım"), merac zamanı islam peyğəm­bəri ilə Allah arasındakı məsa­fə­yə işarə kimi qəbul edilir, "qabü-qövseyn" ("iki qövs məsa­fəsi") və s. kimi mənalandı­rı­lır. İnsan surətindəki xət­lər-qaş,kirpik və saç "ismi-əzəm", "üm­mül-kitab" ("Əl-Fatihə" surəsi) hesab olunur. Kirpik də xət­lər sistemində Quran, onun ayəsi "inna fə­təhna" və s.-lə eyni funksional mahiyyət kəsb edir:

Ey qaşınla kirpigin, mişgin saçın üm­mül-kitab,
Əhli-tövhidin imamü mürşidi Qur'an olur.
...Qaşları "nəsrin minəllah", çün saçı "fət­hün-qərib",
Kirpigi "inna-fə­təhna", çeşmi mazağəl-bə­sər.

Başqa fiziki bə­dən üzv­ləri, cizgilər və xət­lər də gö­zəllik elementi kimi ilahi hüs­nün insan simasındakı tə­cəlli nişanə­ləri olaraq müx­təlif simvolik-hürufi məna­nın daşı­yı­cıla­rı­dır. Mə­sə­lən:
Xətt və xal: "Sətri-bismillahir-rəhmanir-rəhim"dir, "hü­vəl-lahüs-saməd"dir,
("Allah ehtiyacsız­dır" - "Əl-İxlas", ayə2), "inna fə­təhna"dır ("biz sə­nə qə­lə­bə qazandır­dıq" - "Əl-Fəth", ayə1), "üm­mül-kitab"dır, "sureyi-Vəl­mür­səlat"dır (Quranın 77-ci surəsi) və s. :

"Hü­vəl-lahüs-sə­məd" söy­lər xətin, əl­həm­dülillah kim.
...Müs­nəfi-hüs­nün­də şol hər­fü xə­tü xalun sənin.
Sətri-bismillahir-rəhmanir-rəhim olmuşdurur.
...Zül­fü xalın sureyi- Vəl­mür­səlat.

Dodaq (ləb) - "abi-heyvan"dır", "çeşmeyi-heyvan"dır","abi-həyat"dır (bu anlayışların hər üçü "dirilik suyu" məna­sındadır), səl­səbildir, abi-köv­sərdir, ruhül-qudsdur, aşiqlə­rə can verir, mü­qəd­dəs ruh dodağın tök­dü­yü şəraba qə­dəhdir. Elə buna gö­rə də: "Şəha, lə'lin şərabindən Nəsimi şöy­lə sərxoşdur, Olubdur valehü heyran, dilə­məz abi-ənguri". Çünki ləlin hikmətini anlamayan və onu sormayan susuz ilğım içərisindədir. Ona gö­rə ki, bü­tün varlıq söz­dən yaranmış­dır, söz isə dodaqlar vasitəsi­lə deyilir. Deməli, bü­tün xilqətin varlı­ğı dodağa bağlı­dır.
Saqi, ləbindən doğmuşuz, yə'ni ki, "bey"dən "lam"ilə,
Fitrət gü­nün­dən ta əbəd şol dayə­dəndir şirimiz.
Bu beytdə "ləb" sö­zü­nün yazıl­dı­ğı"lam" və "bey" hərf­lərinin əb­cəd­lə 32 rə­qəmini ifadə etməsi (l=30+b=2=32) məna­sında da dodaq varlı­ğın əsası hesab edilir.
Ağız (də­hən) da bu mənada dodaqla eyniləşdirilir, "nöqteyi-pünhan" ("Ağzına nüqteyi-pünhan dedilər, gerçək imiş"), "miftahi-qeyb" ("qeybin açarı"), xilqətin yaradı­lış vasitəsi kimi dərk edilir.

Göz - bəsi­rət vasitəsi, "ayətullah"("Allahın nişanəsi"), həq kitabı­dır. Nigarın məstanə göz­ləri cahana qül­qü­lə salmış, sərxoş göz­lərinin piyaləsindən dünya başdan-başa sərxoş olmuşdur:

Qaşın­dır vəhy, eynin ayə­tüllah.
...Düş­dü cəha­nə qül­qü­lə fitnəli nərgisindən uş.
...Sənin məstanə eynin sağərindən
Cəhan sərtasəri məstan deyilmi?

Qədd (qamət, boy) - "Cəl­lə cə­ləllahü"­dür ("uca zatı ucalıqlarla anıl­sın"), tubadır, həqi­qət sirridir, sidrədir və s.
Yanaq - "mət­ləül-ənvar", ("nurlar qaynağı"), Alın -"Əş-Şəms" (Quranın 91-ci surəsi), "nəsrin-minəllah"dır.
Diş - mənalar göv­hərinin mə­dənidir, "vəs-sin"dir. Laməka­nı seyr edən, binışa­nı gö­rə bilən maddi cöv­hərdir. Dişlərin sayı hürufi yozumda fars əlifbasındakı 32 hər­fə işarə kimi qəbul edilir:

Göv­həri-dürri-məani dişlərin,
Seyr edər ol laməkani dişlərin,
Gör­dü çün kim binişani dişlərin,
Otuz iki gizli kani dişlərin.

Ümumiyyət­lə, Nəsiminin əqi­dəsi­nə gö­rə, Allah-taala özü­nə­bən­zər xəlq etdiyi insanı yaradarkən onun camalına hüsn ün­sür­lərinin timsalında Quranın surə və ayə­lərini nəqş etmişdir. Obrazlı şəkildə desək, bu mü­qəd­dəs ilahi kəlamlarla onun camalı­nı bə­zəmişdir:

Ji-vü jale,çeşmü əbru zül­fü rüx,bu xət­tü xal,
Müs­hə­fü-həqdir müəy­yən gər oxursan taliba.
...Gö­zü­nə "Vən-Nəcm­"ü yazdı,qaşına "Vən-Naziat",
Alnına "nəs­rün-minəllah", gö­rü­nür eynül-yəqin.