Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


Ədəbi gənclik
 

Xa­lid MAH­MUD


 
UŞAQ EV­LƏ­Rİ

Uşaq ev­lə­ri...
bur­da
hər kəs
ümid­siz­lik için­də
ta­le­lər
uçuq di­var­lar ki­mi
yu­xu­la­ra
so­yuq qu­caq­lar gə­lir
hər ge­cə.

Uşaq ev­lə­ri...
ar­zu­lar
otaq­la­rın qa­ran­lıq kün­cü­nə qı­sı­lıb.

şı­rım-şı­rım tə­bəs­süm qu­ru­yub
ya­naq­lar­da.
çat-çat ol­muş
ba­rış­lar­dan
ana həs­rə­ti­nin
qo­xu­su gə­lir.

Uşaq ev­lə­ri...
do­daq­lar­da
“ana” kəl­mə­si ye­tim­di,
saç­lar­dan
ata nə­va­zi­şi it­kin dü­şüb...

hər gün
iki göz ba­xır üzü­nə
ta­le­yin
sı­nıq pən­cə­rə­sin­dən.
yol­larda­kı
ayaq iz­lə­rin­dən ası­lıb
oyun­caq ki­mi
qı­rıl­mış uşaq ümid­lə­ri.
uşaq­lar bö­yü­dük­cə,
dərdlər də bö­yü­yür
və dərdlə­rin için­də
bö­yü­yür
ata­sız­lıq,
ana­sız­lıq.

ən azı
ha­mı
dərk edir
atıl­dı­ğı­nı bur­da.

əs­lin­də
ha­mı­mız
za­ma­nın so­yuq qu­ca­ğın­a
atıl­mı­şıq...

uşaq ev­lə­ri...
hər gün
qəm­li göz­lər,
həs­rət­li ba­xış­lar
su­suz səh­ra ki­mi
uza­nan yol­la­ra
tor at­maq­da.
yol­lar­sa,
“Qa­ra daş” ki­mi
sü­kut di­lin­də
iba­dət
et­mək­də...

* * *

nif­rə­ti­mi
ma­şın­la­ra hö­rü­rəm
daş-daş.
tor­paq ası­lıb
ayaq­la­rım­dan san­ki.
sə­hə­ri
di­ri­göz­lü açı­ram
və gü­nə­şin
ne­cə çıx­dı­ğı­nı
seyr edi­rəm hər gün.
mə­nə
bir az
sə­hər gön­dər
için­də ge­cə ol­ma­sın...

SEV­Gİ PI­ÇIL­TI­LA­RI

                               E... üçün

ge­cə özüm ötür­düm
sə­ni qa­pı­ya qə­dər.
əlin qal­dı əlim­də
ta­pa bil­mə­dim sə­hər.

oyan­dım ki, sən yox­san,
da­ha ya­ta bil­mə­dim.
qaç­dım sə­hə­rə qə­dər
sə­nə ça­ta bil­mə­dim.

dü­şün­düm, bəl­kə, gə­lə,
bəl­kə, ya­nım­dan ke­çə.
bir də ge­ri dön­mə­di
sə­ni apa­ran ge­cə.

* * *

sən get­din...
və bir sən­siz­lik asıl­dı
sə­nə uza­nan əl­lə­rim­dən.

sən get­din...
xa­ti­rə­lər
yar­paq-yar­paq tö­kül­dü
ayaq­lar al­tın­da.

dün­ya
ay­rı­lıq­lar­la do­lu qə­dəh.
ba­şı­ma
çək­mək is­tə­yi­rəm
sən­siz­li­yin
sağ­lı­ğı­na.

* * *

mən
tən­ha­lı­ğı,
sən­sə
ay­rı­lı­ğı seç­din...

get­din,
do­daq­la­rım
üzün­də,
göz­lə­rim
gö­zün­də qa­lıb.
sən get­di­yin gün­dən
əl­lə­rim
di­zim­də qa­lıb.

* * *

dil açan
ka­ğız­dı ürə­yim.
oxu!..
sə­nin adın­la baş­la­nır
se­vin­cim də,
kə­də­rim də...

* * *

dün­ya­nın
bü­tün dərdlə­ri­ni
göz­lə­ri­mə sı­xı­ram bir az...
son­ra da
əl­lə­rim­dən çı­xı­ram.
ba­ğış­la,
əzi­zim
sə­nə ça­ta bil­mi­rəm...

* * *

hə­lə də
o ge­cə­nin da­dı qa­lıb
da­ma­ğım­da.
hə­lə də
əl­lə­ri­nin is­ti­si
get­mir əl­lə­rim­dən.
hə­lə də
sən ya­dı­ma dü­şən­də
si­qa­ret yan­dır­maq,
kü­lü­nü
ovuc­la­rı­ma yı­ğıb,
ba­şı­ma tök­mək is­tə­yi­rəm.
son­ra da
sə­ni ax­ta­rı­ram
kül­qa­bı­da qa­laq­lan­mış
si­qa­ret kö­tük­lə­ri­nin
ara­sın­da...