Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

AGASƏFA


Vidadi BABANLI


Seyran SƏXAVƏT
YƏHUDİ ƏLİFBASI
roman


Zahid SARITORPAQ
Mətləb MİSİR
Əli ASLANOĞLU


Vaqif ƏLİXANLI
"OĞLUM, QARDAŞIM ƏCƏL"
ekran üçün povest


Vaqif YU­SİF­Lİ
US­TAD TƏN­QİD­Çİ


Elman HƏBİB


Sü­da­bə AĞA­BA­LA­YE­VA
MİN QILINCA BİR QƏLƏM


Mahirə ABDULLA
Əli ƏKBƏR
Dinarə GƏRƏKMƏZLI


Y.VA­QİF
ÇİN­GİZ HÜ­SEY­NO­VUN SƏK­SƏ­NİN­Cİ BA­HA­RI


Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


Müşfiq BABAYEV
CON STEYNBEK YARADICILIĞINDA SUFİLİK VƏ TRANSSENDENTALİZM


İra­də AY­TEL


Xa­lid MAH­MUD


Leyla MƏM­MƏDOVA
MİRZƏ FƏ­TƏLİ AXUNDZADƏNİN
100 İLLİK YUBİLEY TƏN­TƏ­NƏSİ (1911)


Yaqub BABAYEV
CAMAL VƏ HÜSN LIRIKASI

(İ. Nəsiminin anadilli şeirlərində insanın hüsn elementlərinin hürufi-metaforik yozumu)


GÜNEYDƏN SƏSLƏR
 

Ramin Cahangirzadə
Məlihə Əzizpur
Səid Muğanlı
Türkan Urmulu
Alma Muğanlı


 
Ramin Cahangirzadə

Elə dağılmışam kİ...

Elə dağılmışam ki,
Tanrı da məni bir yerə toplaya bilməz.
İzlərini,
Şəhərin qara Asfaltlarında itirdim.
Mavi gözlərin
Boğuldu qara gözlərimin acı sahilində.
Sarı saçlarını
Qapınızın cırığında itirdim.
Sənə yazığım gəlirdi...
Səni yalqız bilirdim,
Amma sən yal qızı idin.
Elə dağılmışam kı,
Heç, tanrı da məni bir yerə toplaya bilməz.
Hək olmağını,
Və sonra
bir yala yalvarmağını eşidəndə,
elə dağıldım ki,
daha səndən
heç bir iz də qalmadı məndə.
Mən elə bilirdim,
Səni qoruyacam bütün çirkinliklərdən...
Amma qoruya bilmədim.
Və indi Şeytanlar "sən yaşamalısan" deyərək,
Danlayırlar məni...
Tanrıya yalvarıram...
- məni sil bu dünyanın kitabından...
Məni sil bu çirkin sətirlərdən...
Daha Paraqraf - Paraqraf
Yaşamağımı istəmirəm.

Yorğun şəhər

Çıxdım ən uca yerə,
Ayağımın altında
Yırğalanan yorğun şəhər.
Çən basmışdı...
Düşüncələrin gədiyində,
Qurd qoxusu.
İzlərim soyumuşdu
Varlığım soyulmuş can kimi.
Baxırdım...
Baxışlardan donurdu duyğum.
Uşaqlar,
Ax, uşaqlar!
Nədənsə onların gözündə
Can verirdi ulduzlar.
Xiyabanlar
İlan qorxusundan kirimişdi.
Dəhşət!
Dəhşət tökülürdü divarlardan.
Körpələr hələ körpüdən keçməmiş
Tökülürdülər tıkanların ağzına.
Yuva salmışdı bayquşlar
Günəş xarabalığında.
Şəhər buzluğa çevrilmişdi,
Sibirin buz dağlarına bənzəyən
O şəhərdə
bir ürək donmuşdu.

Dua etdİyİm əllərim...

Payızımdan oğurladılar
Qızıl günəşimi,
Əllərimi göyə qaldırıb
dua etdim:
-barı heç olmasa
Ulduzumu özümə qaytar.
Kimsə pıçıltı ilə qulağıma dedi:-
Göydə nə var ki?!...
Susdum,
Sarmaşıq kimi dolaşdım,
Çaşdım yollarda.
Çarmıxa çəkəcəkmişlər onu,
Qana boyayacaqmışlar
Gün batmamışdan.
-Mən sarsılmazam, deyə
Öldü
Ölənlər öldürdü onu
Bilənlər öldürdü onu.
Dua etdiyim əllərim
Boşa çıxdı
Çıx-daş oldum
Daşları yonub,
Sitayiş etdim;
Dualarımdan daş əskilməsin deyə!

Və bir gecə qar yağırdı...

...Və bir gecə
Qar yağırdı...
Küçələrin düşüncəsi
Zərrə-zərrə
Ağarırdı.
Qıvraq-qıvraq yeriməyə
Ayaqlarım da utanırdı.
Bütün gecə
Küçələrdə
Bir məniydim,
Bir də sən.
Bir də...
Arxamca gələn soyuq izlərim,
Mən titrəyə-titrəyə...
Sən dönmüşdün
Ağ ləçəkli siqaretə
Dodağımda alışarkən,
Tüstü olub
Dumanlara qarışırdın.
"İçərimdə nəfəs-nəfəs
Can verirdin bədənimə"
Hər bir poku vuran zaman;
Kökünü mən anlayırdım.
Bütün gecə
Küçələrdə,
Varlığımı danlayırdım.
İndi də sən
Qar yağanda
Küçələrin baxışında
Yaşayırsan dodağımda
Yana - yana...


Məlihə Əzizpur

***

Yavaş-yavaş bizə çatmaqdadır sıra!
Hanı...
Təpəgözlər gözünü kim doyura biləcək ki?
Bir gecə oğurlan mənə!
"Ay boz çuxa, çal papaq, çit arxalıq gül oğlan"
"Dədə"
insan demədi bizlərə ya?
belə ki bəlli olur
Elə qınsız qılınc ilə bitəcək
Qar/daş/lıq
(ya qaranlıq ya ışıq)
Və sonunda dədə gəldi adını qoydu:
"VƏTƏN"!..
"Atını yan çək top qara birçək hamıdan göyçək
Gül oğlan!"

Ay üstündəki ulduz

Bu ay üstündəki ulduz
kimə baxar böylə?
Beyni lüt
əyni lüt
cılxa çılpaq
alaca yuxumda boylanaraq
içimə baxdı.
ərkək səsində
yoluxucu bir doğmalıq
imli imlər yerində
öz adımla çağırda məni
oooooooyyy
mininə minmiş sonuncu yəcucun sonuncu törəsi
qulaqlarının biri yorğanı, biri - döşəyi,
qaraca saqqalın ağarmamışkən
ağca dişlərin qaralmamışkən
adına çapdığın o hansı ad yox
bəlli bilgil
sonuncu yəcucun sini burdadır
başına qılıncını sancacaqsan sanc
daşına adını yazacaqsan yaz
yeddinci çaparın yeddinci atının nalları düşmüş
aşılası yol deyil adını daşlara yazmışların qılıncının uca kölgəsi!

"At dırnağında gəlirəm
çoxdandı aşmışam kölgəlikləri
acunun alnında ağaran yollardır adımız.

Aşdı sonuncu sini
başına qılıncını sancmadan,
aşdı uca kölgəni
daşına adını yazmadan
yollar tanığımız olsun!
deyib keçdi".
Dili öz dilimdir
adı öz adımdır
mənmi söyləmişəm söylənənləri?
Qutlu adı qutluqdur
adına sığınar
and yeri qılıncı olar
at üstə doğar
at üstə ölər törəmiz öyrənmədimmi?
Öyləsə
qaraca ağını
içimə axıdan bu hansı məndir?

Acunun alnında ağarar yollar
səssizcə düşər ay işığı çəpərlər üstə
qurdun ulam çağıdır
beş boyanın birləşim dönəmi,
qalın ağacı boyunca
tanığı yollar olan
adına sığınan
qutlu adı qutluqdur
durduqca durar.

Səid Muğanlı

***

Gözlərin, ala göz mahnı
Gözlərin ölüm ensiklopediyasıdır
Və qadınlığın, tarıxın ikinci yarısı!
Üşüyürəm, məni bağrına bas
Lənət olsun o mavi gözlərinə
Sən ölümlə yaşamın dönüş nöqtəsisən
Qucağın əmniyyətdir
gözün - terrorist!

Türkan Urmulu

1)

Bu da
"Səni Sevirəm" dediyimdən sonra
Çəkdiyim ilk siqara
Bütün gecələrim dumanla dolsa
Dəyər...

2)

Satdım
Ankaranın bütün gülüşlərini
Bir damla göz yaşıma!
Sənin için axdı ya....

3)

Niyə sarıb saxlayım,
Sonra da ağlayım səni
Dodaqlarımdan daşan sözcüklər!
Şərab keflisi şeirimsən
Yazacayam
Kimə nə?!

Alma Muğanlı

***

Güzgüm əlimdə
Dalğalar üstə gedirəm
Dalğalar sahildən gedir dənizə sarı
Dəniz bir çəllək sevinc pay verir mənə
Və gözlərim güləndə hər şey dəyişir
Dalğalar dönür
Yenidən sevilirəm, Yenidən sevirəm
Dodaqlarım gülümsəyir
Tarım yenidən çalır, güzgüyə baxıram
Heç bir şey dəyişilməyib
Güzgülər yenə məni ağlağan kilkəli qız göstərir
Bir də baxıram güzgüdə bir şey dəyişilib
Sevinc bir yamaqtək utancaq ürəyimə tikilib.

***

Göy tutqun!
Yer - qaranlıq!
Bir sınıq gəmi!
Bir cırıq yelkən!
Bir kiçik dənizdə!...
Dalğa çəkdi onları öz içinə...
Hamı gəmiyə ağladı!
Kim bildi ki günəş
Gəminin içində gizlənmişdi.

***

Paltarlarımı
İp üstünə sərmişəm!
Yel əsir,
Paltarlarım dalğalanır...
Onları geyirəm,
Dənizə bənzəyirəm!...

***

O tay - mavi dənizlər!
Bu tay - yaşıl ormanlar!
Ayla, günəş şəkli ilə
Arada Araz
Qıpqırmızı qızarıb!

***

Sən - günəş, mən - ay,
Hərdən yarıyam, hərdən yarıdan da az,
Ancaq sən bütövlükdə yaşayırsan,
Sən
Və yalnız, sən
Göyə və yerə nur səpələndirirsən və gündüz doğursan
Mən qaranlıq gecənin az işığını da səndən alıram,
Amma
Mən AZƏRBAYCAN bayrağının üstündə ulduzla yaşayıram
Və sən
Mavi göylərdə sapsarı quruyubsan.