Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


MEHDİ HÜSEYN – 100
 

Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


 

Meh­di Hü­seyn haq­qın­da dü­şü­nən­də, ilk növ­bə­də, onun bə­dii nəs­ri göz­lə­rim qar­şı­sın­da can­la­nır. İlk he­ka­yə­si "Qo­yun qır­xı­nı"n­dan (1927) tut­muş so­nun­cu ro­ma­nı "Ye­ral­tı çay­lar də­ni­zə axır­"a (1964-1965) qə­dər bö­yük bir ədə­bi irs qo­yan M.Hü­seyn XX əsr Azər­bay­can nəs­ri­nin gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən bi­ri­dir. Ədə­biy­yat ta­ri­xin­də hər sə­nət­ka­rın (söh­bət iz qo­yan sə­nət­kar­lar­dan ge­dir-V.Y.) öz ye­ri var və bu sə­nət­kar­lar­dan bi­ri­nin də üzə­rin­dən xətt çək­mək müm­kün de­yil­dir. Bu mə­na­da XX əsr Azər­bay­can nəs­ri­ni Meh­di Hü­sey­nin nəs­ri ol­ma­dan tə­səv­vür et­mək bir az çə­tin olar­dı. "Ab­şe­ron"­suz, "Qa­ra daş­lar"­sız, "Daş­qın"­sız, "Tər­lan"­sız bu nəsr qiy­mət­li bir gu­şə da­şı­nı iti­rər­di.
Meh­di Hü­seyn so­vet döv­rün­də ya­şa­yıb -ya­rat­mış­dı və in­di bir çox­la­rı "so­sia­list rea­liz­mi" döv­rü­nə in­kar möv­qe­yin­dən ya­naş­sa da, gu­ya hə­min döv­rü ye­ni me­yar­lar­la qiy­mət­lən­dir­sə də, biz bu bö­yük ya­zı­çı­dan it­ki­yə uğ­ra­ya­sı heç nə gör­mü­rük. Bə­li, hə­qi­qət­dir ki, Meh­di Hü­seyn bü­tün ya­ra­dı­cı­lıq pa­ra­metr­lə­ri­nə gö­rə öz döv­rü­nün, za­ma­nı­nın ya­zı­çı­sı idi və tə­bii ki, hə­min döv­rün ger­çək­lik­lə­ri­ni əks et­di­rir­di. Am­ma ne­cə? Sə­nət­kar­lıq­la... Bu gün -XXI əs­rin Azər­bay­can oxu­cu­su Meh­di Hü­seyn nəs­ri va­si­tə­si­lə ke­çən əs­rin əv­vəl­lə­rin­də baş ve­rən in­qi­la­bi ha­di­sə­lər, və­tən­daş mü­ha­ri­bə­si, So­vet ha­ki­miy­yə­ti­nin qu­rul­ma­sı, kol­lek­tiv­ləş­mə döv­rü, şəx­siy­yə­tə pə­rəs­tiş il­lə­ri, İkin­ci Dün­ya sa­va­şı, da­ha son­ra dinc qu­ru­cu­luq döv­rü ba­rə­də müəy­yən tə­səv­vür əl­də edə­cək­dir. O oxu­cu lap qa­tı an­ti­so­vet­çi ol­sa be­lə, Meh­di Hü­sey­nin rəğ­bət­lə təs­vir et­di­yi in­qi­la­bi ha­di­sə­lə­ri ya­xud kom­mu­nist-ya­zı­çı plat­for­ma­sın­dan do­ğan ten­den­si­ya­nı in­kar et­sə be­lə, son­da ye­nə qar­şı­da bə­dii sə­nət­kar­lıq­la ya­ra­dı­lan möh­tə­şəm ob­raz­la­rın dur­du­ğu­nu təs­diq edə­cək.
Meh­di Hü­seyn Azər­bay­can nəs­ri­nin ye­ni bir mər­hə­lə­si­nin ba­ni­lə­rin­dən bi­ri idi. Bu sı­ra­da Mir­zə İbra­hi­mo­vun, Sü­ley­man Rə­hi­mo­vun, Əbül­hə­sə­nin, Mir Cə­la­lın, Əli Və­li­ye­vin, İlyas Əfən­di­ye­vin, Sa­bit Rəh­ma­nın, Ən­vər Məm­məd­xan­lı­nın da ad­la­rı­nı çə­ki­rik və bu ya­zı­çı­lar doğ­ru­dan da Azər­bay­can nəs­ri­ni ye­ni bir məc­ra­ya yö­nəlt­di­lər. Azər­bay­can cə­miy­yə­ti­nin XX əsrdə-Şu­ra in­qi­la­bın­dan son­ra­kı real­lıq­la­rı, ic­ti­mai-mə­nə­vi pro­ses­lə­ri ilk də­fə məhz bu sə­nət­kar­la­rın əsər­lə­rin­də öz ək­si­ni tap­dı.
­O­nun nəs­rin­dən söz açar­kən, ilk növ­bə­də, bu nəs­rin mil­li sə­ciy­yə­si üzə­rin­də da­yan­maq la­zım­dır. Dün­ya ədə­biy­ya­tı­nın in­ci­lə­ri­nə yax­şı bə­ləd olan M.Hü­seyn hər han­sı ədə­biy­ya­tın bir baş­qa ədə­biy­yat üzə­rin­də yük­səl­mə­si­ni ar­zuo­lun­maz hal he­sab edir­di. O, və­fa­tın­dan bir ne­çə gün qa­baq yaz­dı­ğı "Ye­ni üfüq­lə­rə doğ­ru" mə­qa­lə­sin­də qeyd edir­di ki: "Hə­qi­qi ədə­biy­yat uni­fi­ka­si­ya yo­lu ilə de­yil, özü­nə­məx­sus mil­li ob­raz­lar sis­te­mi­ni, mil­li şə­kil zən­gin­li­yi­ni və üs­lub ori­ji­nal­lı­ğı­nı ya­rat­maq yo­lu ilə irə­li­lə­yir. "Ölü­lər" "Mü­fət­tiş­"in ey­ni ol­say­dı, biz onun­la öyü­nə bil­məz­dik. Ya­xud "Va­qif" "Puş­kin" dra­mı­na bən­zə­səy­di, bi­zi bu qə­dər se­vin­dir­məz­di. Unut­maq la­zım de­yil ki, bə­dii əsər­də müəy­yən bir xal­qın ta­ri­xi ənə­nə­lə­ri, tə­fək­kür tər­zi, hiss və duy­ğu­la­rı və hət­ta dil xü­su­siy­yət­lə­ri əks olu­nur". M.Hü­seyn nəs­ri də məhz bu xü­su­siy­yət­lə­ri özün­də əks et­di­rən bir nəsr idi.
­O, nəs­rin bü­tün janr­la­rın­da qə­lə­mi­ni sı­na­mış­dır- he­ka­yə, po­vest, ro­man... Özü də, ürə­yi­nə yat­dı­ğı möv­zu­nu he­ka­yə­də­mi, po­vest­də­mi, ro­man­da­mı əks et­dir­mə­yi müəy­yən­ləş­dir­mək­də heç bir çə­tin­lik çək­mə­miş­dir. 1930-cu il­də nəşr et­dir­di­yi "Xa­vər" və "Ba­har su­la­rı" ki­tab­la­rın­da­kı ilk he­ka­yə­lə­ri qa­dın azad­lı­ğı­na, Azər­bay­can kən­di­nin in­qi­lab­dan əv­vəl­ki və son­ra­kı mən­zə­rə­si­nə, cə­miy­yət­də ge­dən ye­ni­lik­lə­rə həsr edil­miş­di. Doğ­ru­dur, onun ilk he­ka­yə­lə­ri son­ra­kı əsər­lə­ri ilə mü­qa­yi­sə­də sə­nət­kar­lıq ba­xı­mın­dan bit­kin de­yil­di, açıq-aş­kar təc­rü­bə­siz­lik və hət­ta sə­riş­tə­siz­lik hiss olu­nur­du. Am­ma hə­min he­ka­yə­lər M.Hü­sey­nin bi­la­va­si­tə re­al hə­ya­ti mü­şa­hi­də­lə­rin­dən doğ­muş­du. O za­man Meh­di Hü­sey­nin cə­mi iyir­mi bir ya­şı var­dı. Bu he­ka­yə­lər­də konf­likt öz kəs­kin­li­yi ilə se­çi­lir­di, bu konf­likt­lər sin­fi mü­na­si­bət­lər üzə­rin­də qu­ru­lur­du və çox za­man sin­fi mü­na­si­bət­lə­ri kəs­kin­li­yi­lə qa­bart­maq bə­dii­li­yə xə­ləl gə­ti­rir­di. Mə­sə­lən, "Ba­har su­la­rı" he­ka­yə­si­nin qəh­rə­ma­nı Qey­sər əri Hi­da­yə­tin əx­laq­sız­lı­ğı­na, mə­nə­vi poz­ğun­lu­ğu­na qar­şı mü­ba­ri­zə apa­rır, öz hü­qu­qu­nu mü­da­fiə edir. Müəl­lif sin­fi mü­na­si­bə­ti qa­bart­maq üçün Hi­da­yə­tin in­qi­lab­dan əv­vəl bol­şe­vik­lə­rə qar­şı vu­ruş­du­ğu­nu ya­da sa­lır, onun "if­şa­sı" bir qə­zet mə­qa­lə­sin­də öz ək­si­ni ta­pır. "Xa­vər" he­ka­yə­sin­də də ye­nə ər-ar­vad konf­lik­ti or­ta­ya qo­yu­lur. Şu­ra səd­ri və­zi­fə­si­nin öh­də­sin­dən gə­lə bil­mə­yən, bu və­zi­fə­də ikən rüş­vət alan Çər­kəz elə öz evin­də­cə "it­ti­ham" olu­nur - "Si­ya­sət bu­nu tə­ləb edir" de­yə ar­va­dı Xa­vər və oğ­lu on­dan üz dön­də­rir­lər, iş kənd şu­ra­sı­na çı­xa­rı­lır və Çər­kəz həbs olu­nur. Onun ye­ri­nə isə Xa­vər se­çi­lir. Gö­rün­dü­yü ki­mi, hər iki he­ka­yə­də si­ya­si­lik apa­rı­cı xət­tə çev­ri­lir. Tə­bii ki, bu gü­nün ic­ti­mai-si­ya­si, lap elə ədə­bi me­yar­la­rı ilə ya­naş­dıq­da, bu ha­di­sə­lər gü­lünc tə­sir ba­ğış­la­ya­caq. Am­ma bu, o döv­rün diq­tə­si idi və tək­cə M.Hü­sey­nin de­yil, di­gər ya­zı­çı­la­rın da he­ka­yə­lə­rin­də oğu­lun ata­ya, qa­dı­nın öz əri­nə, ya­xud qar­da­şın öz qar­da­şı­na qar­şı be­lə açıq mü­ba­ri­zə­si tə­bii idi, qu­ru­lu­şun özün­dən do­ğan bir hal idi.
Meh­di Hü­seyn öz he­ka­yə­lə­rin­də in­qi­lab­dan əv­vəl­ki döv­rün ha­di­sə­lə­ri­ni də təs­vir edir­di və qeyd edək ki, onun bu möv­zu­da yaz­dı­ğı əsər­lər da­ha tə­sir­li və emo­sio­nal idi, bə­dii­lik ba­xı­mın­dan da uğur­lu idi. Mə­sə­lən, "Kor at" he­ka­yə­sin­də Sü­ley­man bəy cı­dır ya­rı­şın­da bi­rin­ci­li­yi ələ alan Kə­rə­mi qət­lə ye­ti­rir, bu səh­nə oxu­cu­nu sar­sı­dır.
Meh­di Hü­sey­nin he­ka­yə ya­ra­dı­cı­lı­ğı son­ra­kı il­lər­də də da­vam edir. Onun mü­ha­ri­bə il­lə­rin­də yaz­dı­ğı "Ni­şan üzü­yü", "Bəx­ti­yar", "Sat­qın", "Qan­lı su­lar", "Dost", "Çi­çək­lər" he­ka­yə­lə­ri xü­su­si­lə ma­raq do­ğur­du. Bu he­ka­yə­lər­də mü­ha­ri­bə, ölüm-di­rim sa­va­şı ilə bağ­lı in­san­la­rın psi­xo­lo­gi­ya­sın­da ya­ra­nan də­yi­şik­lik­lər da­ha çox diq­qə­ti cəlb edir. "Bəx­ti­yar" he­ka­yə­sin­də iki Bəx­ti­yar üz-üzə gə­lir. On­lar­dan bi­ri igid Bəx­ti­yar­dır ki, on bir fa­şist­lə dö­yüş­dən qa­lib çıx­mış­dır. İkin­ci Bəx­ti­yar isə ani zəif­lik nə­ti­cə­sin­də vu­ruş­dan çə­kin­miş, in­di xə­ca­lət için­də ba­şı­nı aşa­ğı sal­mış­dır. O bi­lir ki, bu­nun­la nəin­ki özü­nü göz­dən sal­mış, mil­lə­ti­ni­n də adı­na ya­man­lıq gə­tir­miş­dir. "Mən azər­bay­can­lı adı­nı üs­tüm­dən gö­tür­mə­yə heç vaxt ra­zı ol­ma­ram... İzin ve­rin, gü­na­hı­mı öz qa­nım­la yu­yum" de­yib, dö­yü­şə yol­la­nır, bay­ra­ğı tə­pə­nin zir­və­si­nə san­ca­raq qəh­rə­man­lıq­la hə­lak olur.
Mü­ha­ri­bə il­lə­rin­də ədə­biy­ya­tı­mız­da ge­niş epik löv­hə­lər­lə mü­şa­yiət olu­nan ro­man­lar, po­vest­lər, de­mək olar ki, bar­maq­la sa­yı­la­caq qə­dər­di. Bu­nun da öz sə­bəb­lə­ri var­dı. Mü­ha­ri­bə döv­rü hə­qi­qət­lə­ri­ni əks et­dir­mək üçün ope­ra­tiv janr­lar (şeir­lər, pub­li­sis­tik mə­qa­lə­lər, cəb­hə xa­ti­rə­lə­ri) da­ha çox "hə­rə­kət­də" idi. Am­ma Meh­di Hü­seyn mü­ha­ri­bə­nin son il­lə­rin­də "Fər­yad" po­ves­ti­ni qə­lə­mə al­dı. Po­vest­də, de­mək olar ki, dö­yüş səh­nə­lə­ri təs­vir olun­mur, am­ma bu əsər mü­ha­ri­bə və onun tö­rət­di­yi fa­ciə­lər haq­qın­da bit­kin bir təəs­sü­rat ya­ra­dır. Əsər­də ha­di­sə­lər Krı­mın ki­çik sa­hil şə­hər­lə­ri­nin bi­rin­də cə­rə­yan edir, Qı­zıl Or­du his­sə­lə­ri mü­vəq­qə­ti ola­raq bu şə­hə­ri tərk edib­lər. Şə­hə­rin sa­kin­lə­ri ümid­siz­li­yə qa­pı­lıb­lar. Qo­ca rəs­sam Le­vin də on­lar­dan bi­ri­dir. O, fa­şist­lə­rin tö­rət­di­yi ci­na­yət­lə­rin şa­hi­di olur, qəl­bin­də in­ti­qam hiss­lə­ri alov­la­nır. Düş­mən­lər ona fa­şist­lə­rin "zə­fə­ri­ni" təs­vir edən bir tab­lo çək­mə­yi tək­lif edir­lər. Le­vin isə "Fər­yad" ad­lı an­ti­fa­şist tab­lo ya­ra­dır və bu­na gö­rə gül­lə­lə­nir. Əsər haq­qın­da gör­kəm­li tən­qid­çi Məm­məd Arif gö­zəl bir mə­qa­lə yaz­mış, po­ves­tin uğur­lu və həm də nə­zə­rə çar­pan qü­sur­la­rı ba­rə­də öz təəs­sü­rat­la­rı­nı bil­dir­miş­di. M.A­rif ya­zır­dı: "Fər­yad" po­ves­ti mə­nə­vi qəh­rə­man­lıq po­ves­ti­dir. Və­tən mü­ha­ri­bə­si­nə həsr edil­miş nəsr əsər­lə­ri içə­ri­sin­də bu po­vest öz möv­zu və ifa­də üsu­lu eti­ba­ri­lə ye­ni­dir".
Meh­di Hü­sey­nin nəsr ya­ra­dı­cı­lı­ğın­da elə bir nü­mu­nə­nin adı­nı çə­kə bi­lə­rik ki, hə­min nü­mu­nə Azər­bay­can he­ka­yə sə­nə­tin­də hə­mi­şə ör­nək he­sab edi­lir, bu janr­da ya­zıl­mış əsər­lər­dən söz dü­şən­də onun da adı bi­rin­ci­lər sı­ra­sın­da çə­ki­lir. Bu, ədi­bin "Rə­qib­lər" he­ka­yə­si­dir. Hə­min he­ka­yə so­vet döv­rün­də ya­zıl­sa da, əs­lin­də, bu he­ka­yə ilə ya­zı­çı so­vet qu­ru­lu­şu­nun ya­rat­dı­ğı qü­sur­la­rı tən­qid hə­də­fi­nə çe­vi­rir. Əsas mət­ləb heç də is­teh­sa­lat prob­le­mi de­yil. Ya­zı­çı iki in­sa­nın - iki qüv­vət­li xa­rak­te­rin mə­nə­vi çar­pış­ma­sı­nı bə­dii konf­lik­tin meh­və­ri­nə çe­vi­rir. İki qo­ca­man neft­çi - Hey­bət və Pir­və­li - iki dost in­di bir-bi­ri­nə qə­nim kə­sil­miş­lər. Hət­ta Pir­və­li "onun qa­nı­nı iç­səm, uf da de­mə­rəm" söy­lə­yir. Mü­na­qi­şə­nin əsa­sın­da isə cə­miy­yə­tin - so­sia­lizm qu­ru­lu­şu­nun ya­rat­dı­ğı ən­gəl­lik­lər du­rur. Us­ta Hey­bət So­sia­list Əmə­yi Qəh­rə­ma­nı pil­lə­si­nə­dək bir yol ke­çib, ra­dio, mət­buat, te­le­vi­zi­ya on­dan da­nı­şır, de­pu­tat se­çi­lir. Am­ma ey­ni nai­liy­yət­lə­ri qa­za­nan us­ta Pir­və­li­sə unu­du­lur. He­ka­yə­nin son­lu­ğu isə bu mü­ba­hi­sə­yə bir hüzn və ələm gə­ti­rir. Us­ta Hey­bət də­niz­də hə­lak olur. Çox­la­rı­nın göz­lə­mə­di­yi hal­da us­ta Pir­və­li rə­qi­bi­nin cə­na­zə­si önün­də hön­kür-hön­kür ağ­la­yır.
Meh­di Hü­seyn Azər­bay­can nəs­ri­ni bir sı­ra po­vest və ro­man­lar­la da zən­gin­ləş­dir­miş­dir. Bu po­vest və ro­man­la­rın bir ço­xu tək­cə onun de­yil, ümu­mən Azər­bay­can so­vet nəs­ri­nin də keç­di­yi yo­lu iz­lə­mək ba­xı­mın­dan ma­raq do­ğu­rur. Be­lə ki, 1931-1935-ci il­lər­də Meh­di Hü­seyn "Daş­qın" ro­ma­nı­nı ya­zır. Bu, Azər­bay­can so­vet ro­ma­nı­nın ilk nü­mu­nə­lə­rin­dən bi­ri idi. Hə­min il­lər­də ya­zıl­mış ro­man­la­rın əsas möv­zu­su­nu isə So­vet ha­ki­miy­yə­ti uğ­run­da ge­dən mü­ba­ri­zə təş­kil edir­di. Otu­zun­cu il­lər­də o, "Tər­lan" ro­ma­nı­nı da yaz­dı. Bu əsər­də Azər­bay­can­da kol­lek­tiv­ləş­dir­mə uğ­run­da ge­dən mü­ba­ri­zə təs­vir olu­nur­du. Hə­min il­lər­də qə­lə­mə alı­nan "Kin" po­ves­tin­də isə müəl­lif in­qi­lab ərə­fə­sin­də olan bir Azər­bay­can kən­di­ni təs­vir edir, iki gən­cin sev­gi­sin­dən söz açır, mə­həb­bə­tin heç bir ma­neə­yə bax­ma­ya­raq qa­lib gəl­di­yi­ni, feo­dal-pat­riar­xal hə­yat tər­zi­nin sar­sıl­dı­ğı­nı gös­tə­rir. Əl­bət­tə, bu əsər­lər­də o döv­rün hə­qi­qət­lə­ri­nin ye­ni qu­ru­lu­şun - so­sia­lizm cə­miy­yə­ti­nin möv­qe­yin­dən təs­vir olun­ma­sı bi­zi o qə­dər də ma­raq­lan­dır­mır. Bi­zi ma­raq­lan­dı­ran odur ki, bu əsər­lər­də can­lı, hə­ya­ti in­san ob­raz­la­rı var. Meh­di Hü­seyn bu ob­raz­la­rı çox re­al və inan­dı­rı­cı təs­vir edir­di.
Meh­di Hü­seyn Azər­bay­can ta­ri­xi nəs­ri­nin də in­ki­şa­fın­da mü­hüm rol oy­na­mış­dır. Onun "Ko­mis­sar" po­ves­ti, "Sə­hər" ro­ma­nı ta­ri­xi möv­zu­da­dır. Bu əsər­lər­də də o, in­qi­la­bi ha­di­sə­lə­ri, bu ha­di­sə­lər­də ay­rı-ay­rı şəx­siy­yət­lə­rin ro­lu­nu diq­qət mər­kə­zi­nə çək­miş­dir. Ön­cə de­di­yi­miz bir fik­ri bu əsər­lər ba­rə­də də söy­lə­yə bi­lə­rik: onun əsər­lə­rin­də müx­tə­lif si­nif­lə­rin nü­ma­yən­də­lə­ri üz-üzə gəl­sə­lər də, ­bol­şe­vik­lə­rə rəğ­bət, ka­pi­ta­lis­tə nif­rət təb­liğ olun­sa da, ya­zı­çı can­lı, yad­da­qa­lan, unu­dul­ma­yan in­san xa­rak­ter­lə­ri ya­rat­mış­dır. M.Hü­seyn tək­cə ta­ri­xi nəsr nü­mu­nə­lə­ri ya­rat­maq­la ki­fa­yət­lən­mə­miş, ta­ri­xi nəs­rin sə­ciy­yə­vi xü­su­siy­yət­lə­ri­ni əks et­di­rən mə­qa­lə­lər də yaz­mış­dır. Mə­sə­lən, onun "Ya­zı­çı və ta­rix" mə­qa­lə­si bu gün də öz ak­tual­lı­ğı­nı sax­la­yır. Hə­min mə­qa­lə­də M.Hü­seyn ya­zır­dı: "Əgər ta­rix­çi ay­rı-ay­rı fakt­lar əsa­sın­da müəy­yən el­mi nə­ti­cə­lər çı­xar­maq yo­lu ilə ge­dir­sə, ya­zı­çı­nın çı­xar­dı­ğı nə­ti­cə­lər bə­dii su­rət­də əks et­di­ri­lən ha­di­sə­lə­rin ümu­mi mən­ti­qin­dən, fər­di­ləş­di­ril­miş in­san su­rət­lə­ri­nin bir-bi­ri­nə qar­şı mü­na­si­bə­tin­dən do­ğur. Ta­rix­çi döv­rün ümu­mi ic­ti­mai mü­na­si­bət­lə­ri­ni əks et­di­rir­sə, ya­zı­çı ən çox döv­rün psi­xo­lo­gi­ya­sı­nı təş­rih edir. Ta­rix­çi psi­xo­loq de­yil­dir. La­kin sə­nət­kar psi­xo­loq ol­ma­lı­dır. Bun­suz ta­rix el­mi ya­ran­sa da, ta­ri­xi-bə­dii əsər ya­ra­na bil­məz". Bu mü­la­hi­zə­lə­rə M.Hü­seyn ta­ri­xi möv­zu­da yaz­dı­ğı nəsr əsər­lə­rin­də, həm­çi­nin pyes­lə­rin­də də ria­yət et­mə­yə ça­lı­şır­dı.
Bu mə­qam­da biz onun "Ni­za­mi", "Ca­van­şir" və "Şeyx Şa­mil" ta­ri­xi pyes­lə­ri haq­qın­da qı­sa­ca söz aç­maq is­tə­yi­rik.
Meh­di Hü­seyn dra­ma­tur­gi­ya­ya Bö­yük Və­tən mü­ha­ri­bə­sin­dən əv­vəl ta­ma­şa­ya qoy­du­ğu "Şöh­rət" pye­si ilə gəl­miş­di. Son­ra İlyas Əfən­di­yev­lə bir­gə "İnti­zar" dra­mı­nı yaz­mış­dı. Da­ha son­ra Ə.­Məm­məd­xan­lı ilə müş­tə­rək "Fə­tə­li xan" ki­no-dra­mı­nı qə­lə­mə al­mış­dı. De­mə­li, bu janr­da müəy­yən təc­rü­bə qa­zan­mış­dı. Ta­ri­xi möv­zu­da dram əsər­lə­ri yaz­ma­ğa onu han­sı mə­nə­vi qüv­və təh­rik edir­di? İlk növ­bə­də, onun ta­ri­xə, ta­ri­xi şəx­siy­yət­lə­rə və ha­di­sə­lə­rə müa­sir­­lik möv­qe­yi ay­dın du­yu­lur­du. Meh­di Hü­sey­nin "Ya­zı­çı və ta­rix" mə­qa­lə­si­nə bir da­ha qa­yı­daq. Hə­min mə­qa­lə­də M.Hü­seyn san­ki bir ne­çə il­dən son­ra ya­za­ca­ğı "Ni­za­mi" pye­si­nə işa­rə edib yaz­mış­dı: "Ni­za­mi döv­rü­nün ədə­bi di­li Azər­bay­can di­li də ola bi­lər­di, çün­ki Ni­za­mi­yə qə­dər xal­qı­mız "Də­də Qor­qud" das­ta­nı­nı ya­rat­mış­dı. Heç də tə­sa­dü­fi de­yil­dir ki, şir­van­şah­lar hər za­man Kə­yan nəs­lin­dən ol­duq­la­rı­nı id­dia edir­di­lər. Şir­van­şah­la­rın mən­şə­yi haq­qın­da rəy­lər on­la­rın azər­bay­can­lı ol­duq­la­rı­nı təs­diq edir. La­kin ya­zı­çı on­la­rın si­ya­sə­ti­nə ta­ma­mi­lə haqq ver­mə­yə məc­bur de­yil­dir, çün­ki Şir­van­şah sa­ra­yı­nın Ni­za­mi­yə mü­na­si­bə­tin­dən bəhs edən ya­zı­çı, Ni­za­mi­nin döv­lət haq­qın­da gö­rüş­lə­ri ilə rəs­mi döv­lət xa­dim­lə­ri­nin gö­rü­şün­də­ki fər­qi və on­la­rın ara­sın­da­kı ix­ti­la­fı pər­də­lə­yə bil­məz. Bun­suz ro­man və ya dram əsə­ri ya­ra­na bil­məz".
"Ni­za­mi" pye­sin­də M.Hü­seyn da­hi şai­rin yal­nız gənc­lik il­lə­ri­ni təs­vir et­miş­dir. Am­ma onu bö­yük və­tən­pər­vər və bö­yük in­san ki­mi can­lan­dır­ma­ğa elə bu qı­sa za­man kə­si­yi də ki­fa­yət edir. Pyes­də Ni­za­mi bir şəx­siy­yət ki­mi döv­rü­nün şah­la­rın­dan, hökm­dar­la­rın­dan bö­yük­dür. Müəl­lif onun şəx­sin­də xalq müd­rik­li­yi­ni tə­cəs­süm et­dir­miş­dir. Hə­min dövr­də bir çox müəl­lif­lər (Mir­zə İbra­hi­mov, Məm­məd Arif, Ək­bər Ağa­yev) haq­lı ola­raq qeyd edir­di­lər ki, bu əsər­lə S.Vur­ğu­nun "Va­qif" pye­si ara­sın­da üz­vi bir ya­xın­lıq var, hət­ta "Ni­za­mi"­ni də ta­ri­xi-qəh­rə­man­lıq dra­mı ki­mi təq­dim edir­di­lər və, əl­bət­tə, bu mə­sə­lə­də haq­lı idi­lər. Çün­ki "Va­qif"­də ol­du­ğu ki­mi, "Ni­za­mi" pye­sin­də də xa­ri­ci iş­ğal­çı­la­ra qar­şı mü­ba­ri­zə mo­ti­vi apa­rı­cı xət­ti təş­kil edir­di. Va­qif ki­mi Ni­za­mi də bu mü­ba­ri­zə­də xal­qa mə­nə­vi dəs­tək olur. "Ni­za­mi"­dən son­ra M.Hü­seyn "Ca­van­şir" pye­si­ni qə­lə­mə alır və bu əsər­də də "Ni­za­mi"­də­ki ide­ya­nı da­vam et­di­rir. An­caq fərq ora­sın­da­dır ki, "Ca­van­şir"­də o, ağıl­lı bir şah və sər­kər­də ob­ra­zı­nı ya­ra­dır. "Şeyx Şa­mil" pye­si­nə gəl­dik­də isə M.Hü­seyn xal­qın azad­lıq mü­ba­ri­zə­si­ni can­lan­dı­rır, Şeyx Şa­mi­lin si­ma­sın­da rus is­ti­la­sı­nı qə­bul et­mə­yən mə­tin bir sər­kər­də və din rəh­bə­ri ob­ra­zı­nı dra­ma­tur­gi­ya­ya gə­tir­mək­lə əv­vəl­ki iki pyes­də­ki ta­ri­xi qəh­rə­man­lıq ru­hu­na sa­diq qa­lır... Təəs­süf ki, bu pyes mə­lum sə­bəb­lə­rə gö­rə ta­ma­şa­ya qo­yul­mur.
Meh­di Hü­sey­nə bö­yük şöh­rət qa­zan­dı­ran, onu tək­cə Azər­bay­can­da de­yil, o za­man bü­tün SSRİ miq­ya­sın­da ta­nı­dan əsər isə "Ab­şe­ron" ro­ma­nı ol­du. Bu ro­ma­nın mə­ziy­yə­ti nə­də idi? Bi­rin­ci­si, ro­ma­nın ya­zıl­ma­sın­da döv­rün, za­ma­nın müəy­yən diq­tə­si­ni duy­saq da (unut­ma­yaq ki, Meh­di Hü­seyn so­vet ədə­biy­ya­tı­nın gör­kəm­li mü­bəl­liğ­lə­rin­dən bi­ri idi, o, bu ədə­biy­ya­tın ide­ya­lı­lı­ğı uğ­run­da da­im mü­ba­ri­zə apa­rır­dı və öz bə­dii əsər­lə­rin­də bu­na ria­yət et­mə­yə ça­lı­şır­dı), əsər re­al hə­ya­tı sə­nət­kar­lıq­la əks et­dir­mək ba­xı­mın­dan par­laq bir nü­mu­nə idi. Doğ­ru­dur, is­teh­sa­lat xət­ti, neft­çi­lə­rin pe­şə fəa­liy­yə­ti­nin, on­la­rın gör­dük­lə­ri işin bə­zən yer­li-ya­taq­lı təs­vir edil­mə­si ro­ma­na bir tex­ni­sizm gə­ti­rir­di, am­ma can­lı in­san xa­rak­ter­lə­ri­nin təs­vi­ri bü­tün bun­la­rı unut­du­rur­du. İkin­ci­si, "Ab­şe­ron" ro­ma­nı Azər­bay­ca­nı və Ba­kı­nı, onun mad­di sər­və­ti olan nef­ti dün­ya­ya ta­nıt­maq mə­na­sın­da çox bö­yük əhə­miy­yə­tə ma­lik idi. Be­lə əsər­lə­rin sa­yı isə o za­man çox az idi. Üçün­cü­sü, Bö­yük Və­tən mü­ha­ri­bə­sin­dən son­ra kənd­li ca­van­la­rın şə­hə­rə - Ba­kı­ya axı­nı baş­lan­mış­dı və M.Hü­seyn üçün bu pro­ses çox ma­raq­lı möv­zu idi. M­.Hü­seyn bu ca­van­la­rın da­xi­li-mə­nə­vi tə­ka­mü­lü­nü iz­lə­yib on­la­rın ye­ni mü­hi­tə ne­cə uy­ğun­laş­dı­ğı­nı iz­lə­mək üçün tez-tez neft mə­dən­lə­rin­də olur­du. O, Ta­hir ob­ra­zı­nı da məhz bu da­xi­li-mə­nə­vi tə­ka­mül pro­se­sin­dən ke­çi­rə-ke­çi­rə qəh­rə­man sə­viy­yə­si­nə yük­səl­dir. Mər­hum ya­zı­çı­mız İsma­yıl Şıx­lı "Meh­di Hü­seyn" ad­lı mə­qa­lə­sin­də ya­zır­dı: "Meh­di Hü­seyn Ba­kı neft­çi­lə­ri­nin hə­yat və mü­ba­ri­zə­si­ni əks et­di­rə bi­lə­cək iri həcm­li ka­mil bir əsər yaz­maq qə­ra­rı­na gə­lir. Bu­nun üçün də uzun müd­dət neft mə­dən­lə­rin­də fəh­lə­lə­rin hə­ya­tı­nı, əh­val-ru­hiy­yə­si­ni öy­rə­nir. Geo­loq Ağa­qur­ban Əli­yev bun­la­rı xa­tır­la­ya­raq ya­zır: "Meh­di ilin hər fəs­lin­də, hər cür ha­va­da də­niz bu­ruq­la­rı­na gə­lər­di. O, təc­rü­bə­li qo­ca­man neft­çi­lər­lə söh­bət edər, ca­van fəh­lə­lə­rin işi­nə saat­lar­la ta­ma­şa edər­di". O dövr­də ya­zıl­mış bir çox əsər­lər­dən fərq­li ola­raq M.Hü­seyn təq­dim etdiyi ob­ra­zı çə­tin­lik­lər­dən, bu­rul­ğan­lar­dan ke­çə-ke­çə təs­vir edir­di. Əsər haq­qın­da o za­man Z.Ked­ri­na, K.Ze­lins­ki, Q.Ko­ra­bel­ni­kov, L.Kli­mo­viç, P.Sko­sır­yev, N.Çer­to­va ki­mi ta­nın­mış rus müəl­lif­lə­ri, həm­çi­nin S.Vur­ğun, M.A­rif, M.İbra­hi­mov müs­bət fi­kir­lər söy­lə­di­lər, onu tək­cə Azər­bay­can ədə­biy­ya­tı­nın de­yil, bü­tün so­vet ədə­biy­ya­tı­nın nai­liy­yə­ti ki­mi qiy­mət­lən­dir­di­lər. Biz bu yu­bi­ley ya­zı­sın­da "Ab­şe­ron" ro­ma­nı­nı təh­lil elə­mək, onun çağ­daş ədə­biy­ya­tı­mız üçün də bir nü­mu­nə ol­du­ğu­nu sü­but elə­mək fik­rin­də de­yi­lik. An­caq bu əsə­rin ne­çə nəs­lin mə­nə­vi in­ki­şa­fın­da bö­yük rol oy­na­dı­ğı­nı xa­tır­lat­maq is­tər­dik.
Əl­lin­ci il­lər­də Sta­li­nin şəx­siy­yə­tə pə­rəs­tiş kul­tu ara­dan qal­dı­rıl­dı və öl­kə­də az-çox de­mok­ra­tik əh­val-ru­hiy­yə ya­ran­dı. "Ab­şe­ron­"un da­va­mı olan "Qa­ra daş­lar"­da, da­ha son­ra "Alov" pye­sin­də M.Hü­seyn bu əh­val-ru­hiy­yə­ni əks et­di­rən ilk ya­zı­çı­lar­dan ol­du, "Ye­ral­tı çay­lar də­ni­zə axır" ro­ma­nın­da isə sta­li­niz­min Azər­bay­ca­na vur­du­ğu mad­di və mə­nə­vi zər­bə­lə­ri ye­nə də il­kin ola­raq bə­dii ədə­biy­ya­ta gə­tir­di.


MEHDİ HÜ­SEYN-TƏNQİDÇİ

A­zər­bay­can ya­zı­çı­la­rı ara­sın­da ədə­bi tən­qid­lə ya­xud ədə­biy­yat­şü­nas­lıq­la məş­ğul olan müəl­lif­lə­rin sa­yı az de­yil. On­la­rın ara­sın­da elm­lər dok­tor­la­rı, na­mi­zəd­lə­ri, hət­ta aka­de­mik­lər olub. An­caq sırf pro­fes­sio­nal­lıq ba­xı­mın­dan ya­naş­saq, yal­nız bir ne­çə ya­zı­çı­nın adı qar­şı­sın­da tən­qid­çi ya­xud ədə­biy­yat­şü­nas söz­lə­ri­ni ya­za bi­lə­rik. On­lar­dan bi­ri və bəl­kə də bi­rin­ci­si Meh­di Hü­seyn­dir.
Meh­di Hü­seyn ədə­bi tən­qi­də ya­zı­çı olan­dan son­ra de­yil, ya­zı­çı­lıq­dan əv­vəl baş­la­yıb. Onun ilk he­ka­yə­si olan "Qo­yun qır­xı­nı" 1927-ci il­də işıq üzü gö­rüb­sə, "Biz­də fu­tu­rizm cə­rə­ya­nı" ad­lı mə­qa­lə­si isə bir il əv­vəl "Dan yıl­dı­zı" jur­na­lın­da çap olun­muş­dur.­Tə­sa­dü­fi de­yil ki, 1930-cu il­də ədi­bin ilk tən­qi­di mə­qa­lə­lər ki­ta­bı da ("Ədə­bi dö­yüş­lər") işıq üzü gö­rür. Son­ra­kı il­lər­də, bü­tün ya­ra­dı­cı­lı­ğı bo­yu, onun tən­qid­çi­lik fəa­liy­yə­ti bir an be­lə sən­gi­mə­miş­dir.
A­zər­bay­can ədə­bi tən­qi­di­nin 1930-1965-cı il­lər mən­zə­rə­si­ni Meh­di Hü­seyn­siz tə­səv­vür et­mək müm­kün de­yil. M.Hü­seyn ədə­bi tən­qi­din ən cə­sa­rət­li, sö­zü vax­tın­da, həm də kəs­kin­li­yi­lə söy­lə­yən bir nü­ma­yən­də­si idi və tən­qid­çi həm­kar­la­rın­dan da­ha çox bu cə­hə­tiy­lə se­çi­lir­di ki, çox za­man tən­qi­din bə­dii əsər­lər, ədə­biy­ya­tın ya­ra­dı­cı­lıq prob­lem­lə­ri ilə bağ­lı ilk sö­zü­nü o, de­yir­di. Otu­zun­cu il­lər­də ya­ra­dı­cı­lıq me­to­du ilə bağ­lı mə­sə­lə­lər, ədə­biy­ya­tın ye­ni nəs­li, kom­mu­nist ya­zı­çı­la­rın ya­ra­dı­cı­lı­ğı, qır­xın­cı il­lər­də Azər­bay­can ədə­biy­ya­tı­nın mü­ha­ri­bə döv­rü və­zi­fə­lə­ri, əl­lin­ci il­lər­də ro­man jan­rı­nın in­ki­şa­fı, şei­ri­mi­zin, nəs­ri­mi­zin və dra­ma­tur­gi­ya­mı­zın o dövr­kü mən­zə­rə­si, alt­mı­şın­cı il­lər­də ədə­biy­ya­tı­mı­zın in­ki­şa­fın­da ye­ni bir mər­hə­lə­nin xü­su­siy­yət­lə­ri ilk də­fə tən­qid­çi Meh­di Hü­sey­nin mə­qa­lə­lə­rin­də öz ək­si­ni tap­mış­dı. Əgər söh­bət ay­rı-ay­rı sə­nət­kar­la­rın ya­ra­dı­cı­lı­ğın­dan dü­şər­sə, de­yə bi­lə­rik ki, Meh­di Hü­sey­nin xü­su­si diq­qət­lə ya­naş­dı­ğı, ya­ra­dı­cı­lı­ğı­nı qay­ğı və həm də tə­ləb­kar­lıq­la iz­lə­di­yi ya­zı­çı­lar ol­muş­dur. O, M.S.Or­du­ba­di­nin, Sə­məd Vur­ğu­nun, Sü­ley­man Rüs­tə­min, Əbül­hə­sə­nin, Sa­bit Rəh­ma­nın, Mir Cə­la­lın, Məm­məd Ra­hi­min, Sü­ley­man Rə­hi­mo­vun, Əli Və­li­ye­vin, Əh­məd Cə­mi­lin ya­ra­dı­cı­lı­ğı­na dö­nə-dö­nə mü­ra­ciət et­miş­dir. Onun tən­qi­di in­di bə­zi­lə­ri­mi­zin "sı­ğal tən­qi­di"­nə ox­şa­mır­dı. Meh­di Hü­sey­nin həm bir sə­nət­kar, həm də dost ki­mi çox ya­xın ol­du­ğu Sə­məd Vur­ğu­nun ya­ra­dı­cı­lı­ğı­na mü­na­si­bə­ti bu­na sü­but ola bi­lər. Sə­məd Vur­ğu­nu Azər­bay­can ədə­biy­ya­tı­nın XX əsrdə ye­tir­di­yi ən bö­yük si­ma­lar­dan bi­ri he­sab edən M.Hü­seyn bir çox mə­qa­lə­lə­rin­də onu tən­qid et­mək­dən çə­kin­mə­miş­dir. Ye­ri gəl­miş­kən qeyd edək ki, "Va­qif" pye­si ba­rə­də ilk ya­zı­nın müəl­li­fi də M.Hü­seyn­dir və bu mə­qa­lə in­di­nin özün­də də ob­yek­tiv el­mi-tən­qi­di sə­ciy­yə­si­lə se­çi­lir.
Ön­cə qeyd et­dik ki, M.Hü­seyn bir tən­qid­çi ki­mi cə­sa­rət­li idi. Baş­qa bir tən­qid­çi­nin bəl­kə də eh­ti­yat­la, çə­ki­nə­rək söy­lə­di­yi bir tən­qi­di mü­la­hi­zə­ni M.Hü­seyn açıq şə­kil­də, həm də kəs­kin­li­yi­lə söy­lə­yir­di. Mə­sə­lən, o, H.­Nə­zər­li­nin "Qəh­rə­ma­nın ro­ma­nı" he­ka­yə­si ba­rə­də ya­zır­dı: "Bu he­ka­yə­də Qəh­rə­man qa­dın­la üz-üzə gəl­di­yi za­man on­da heç bir duy­ğu oyan­ma­yır. Hal­bu­ki, kom­mu­nis­tin vü­cu­du qu­ru tax­ta de­yil­dir. On­da da hiss, duy­ğu, ürək var, baş­qa hə­qi­qət­lər də onu məş­ğul edir. La­kin Nə­zər­li öz he­ka­yə­sin­də­ki Qəh­rə­ma­nı bu fi­kir­lər və hiss­lər­lə məş­ğul et­mir və, be­lə­lik­lə, sxe­ma­tiz­mə yu­var­la­nır". Baş­qa bir mi­sal: "Ayın əf­sa­nə­si"n­də Vur­ğun özü ilə mü­ba­ri­zə edir, öz prin­sip­lə­ri­ni uçu­rur, da­ğı­dır və cə­sa­rət­lə de­yə bi­lə­rik ki, əsə­ri­nə möh­kəm zər­bə vu­rur".Ye­nə bir mi­sal: "Biz qəs­dən Əli Və­li­ye­vin ro­man üzə­rin­də az və diq­qət­siz iş­lə­di­yi­ni gös­tər­mək­lə, ona bə­dii ya­ra­dı­cı­lıq işi­nin ne­cə mə­su­liy­yət­li bir iş ol­du­ğu­nu bir da­ha xa­tır­lat­ma­ğı la­zım gö­rü­rük. Çün­ki o, gənc­lə­rə bu cə­hət­dən ör­nək ol­ma­lı­dır. Hal­bu­ki, "Ürək dost­la­rı" əsə­ri hər cə­hət­dən çiy və na­ta­mam­dır". Be­lə mi­sal­la­rın sa­yı­nı is­tə­ni­lən qə­dər ar­tır­maq olar.­ Mə­sə­lə bu­ra­sın­da­dır ki, Meh­di Hü­sey­nin tən­qi­di mü­la­hi­zə­lə­ri ədə­bi aləm­də çox­la­rı­nı şo­ka sal­sa da, onun kəs­kin çı­xış­la­rı tən­qi­din ob­yek­tiv rə­yi ki­mi qar­şı­la­nır­dı. Hə­min mə­qa­lə mü­za­ki­rə edil­mir­di, sa­də­cə, qə­bul olu­nur­du. Heç şüb­hə­siz, onun da tən­qi­di fi­kir və mü­la­hi­zə­lə­rin­də yan­lışlıq­lar ol­muş­dur. Am­ma o, fi­kir və mü­la­hi­zə­lə­rin­də elə bir qə­ti möv­qe tu­tur­du ki, ona ina­nır­dın. Tək­cə ya­zı­la­rın­da de­yil, ədə­bi mü­za­ki­rə­lər­də­ki çı­xış­la­rın­da da onun möv­qe­yi öz ay­dın­lı­ğı və həm­çi­nin kəs­kin­li­yi ilə se­çi­lir­di. İsma­yıl Şıx­lı M.Hü­sey­nə həsr et­di­yi "Qra­nit ki­mi sərt" mə­qa­lə­sin­də ya­zır: "Mü­ha­ri­bə­dən son­ra ədə­biy­ya­tı və ədə­bi gənc­li­yi ye­ni is­ti­qa­mə­tə yö­nəlt­mək la­zım idi. Hə­min il­lər­də Azər­bay­can Ya­zı­çı­lar İtti­fa­qın­da "Gənc­lər gü­nü" ad­lı bir ədə­bi məc­lis təş­kil edil­di. Bu məc­lis bü­tün gənc ədə­bi qüv­və­lə­ri ət­ra­fı­na top­la­dı. Mir­zə İbra­hi­mo­vun sədr­li­yi ilə ke­çən hə­min ədə­bi məc­lis­lər­də ye­ni he­ka­yə­lər, şeir­lər, tən­qi­di mə­qa­lə­lər, pyes­lər, po­vest­lər, poe­ma­lar oxu­nub mü­za­ki­rə edi­lir­di. Mü­ba­hi­sə­lər çox qız­ğın və kəs­kin olur­du. Çox za­man bu məc­lis müx­tə­lif ədə­bi meyil­lə­rin mey­da­nı­na çev­ri­lir­di. Hə­min bu mü­za­ki­rə­lə­rin fə­al iş­ti­rak­çı­la­rın­dan bi­ri də Meh­di Hü­seyn idi." Biz Meh­di Hü­sey­ni tək­cə "Gənc­lər gü­nü"n­də de­yil, Azər­bay­can Ya­zı­çı­lar İtti­fa­qı­nın bü­tün ya­ra­dı­cı­lıq mü­şa­vi­rə­lə­rin­də, mü­ba­hi­sə­lər­lə do­lu ple­num və ic­las­la­rın­da əsas söz sa­hi­bi ki­mi gö­rü­rük. Əl­bət­tə, oxu­duq­la­rı­mı­za, onun haq­qın­da ya­zı­lan xa­ti­rə­lə­rə gö­rə...
Meh­di Hü­sey­nin ədə­bi-tən­qi­di fəa­liy­yə­ti çox­cə­hət­li idi. Onun əsər­lə­ri­nin on­cild­li­yi­nin IX və X cild­lə­rin­də ədə­bi-tən­qi­di mə­qa­lə­lə­ri əks olu­nub. Am­ma X cild­də so­nun­cu mə­qa­lə məş­hur "Azər­bay­can ro­ma­nı haq­qın­da" ya­zı­sı­dır ki, o da 1954-cü il­də qə­lə­mə alı­nıb. Bu­na gö­rə də tər­tib­çi­lər - İsma­yıl Şıx­lı və Zi­vər Hü­sey­no­va M.Hü­sey­nin 1954-1965-ci il­lərdə qə­lə­mə al­dı­ğı mə­qa­lə­lə­ri ay­rı­ca bir ki­tab­da- "Ədə­biy­yat və hə­yat"­da ver­mə­li ol­du­lar.
M.Hü­sey­nin is­tər klas­sik ədə­biy­ya­tı­mız­la, is­tər­sə də müa­sir ədə­biy­ya­tı­mız­la bağ­lı ya­zı­la­rı onun bir tən­qid­çi ki­mi ne­cə in­ki­şaf et­di­yi­ni çox də­qiq izah edir. Bu in­san otuz il­lik ya­ra­dı­cı­lıq yo­lun­da nə­lə­rin şa­hi­di ol­ma­yıb? Sin­fi-si­ya­si mü­ba­ri­zə­lə­ri­n ədə­biy­yat müs­tə­vi­si­nə ke­çi­ril­di­yi iyir­min­ci -otu­zun­cu il­lə­rin ən qız­ğın sə­nət mü­ba­hi­sə­lə­ri­ni­n iş­ti­rak­çı­la­rın­dan ol­muş­dur. O, son­ra­kı il­lər­də də hə­qi­qi ədə­biy­ya­tın mə­na­fe­yi­ni mü­da­fiə et­miş, ge­cə-gün­düz bil­mə­dən sə­nət­də key­fiy­yət uğ­run­da mü­ba­ri­zə­dən bir ad­dım be­lə ge­ri çə­kil­mə­miş­dir. Doğ­ru­dur, onun plat­for­ma­sı mə­lum idi, M.Hü­seyn so­sia­lizm rea­liz­mi ədə­biy­ya­tı­nın Azər­bay­can ədə­biy­ya­tın­da for­ma­laş­ma­sı uğ­run­da mü­ba­ri­zə apa­rır­dı. Am­ma ön­cə, H.­Nə­zər­li­nin bir he­ka­yə­si­nə mü­na­si­bət­dən də gö­rü­nür ki, M.Hü­sey­ni bir tən­qid­çi ki­mi tək­cə ədə­biy­ya­tın ide­ya­lı­lı­ğı, so­sia­list rea­liz­mi möv­qe­yin­də da­yan­ma­sı de­yil, həm də (və da­ha çox!) bə­dii də­yər, sə­nət­kar­lıq ax­ta­rış­la­rı ma­raq­lan­dı­rır­dı. İde­ya­sı ay­dın, am­ma bə­diiy­yat­ca zə­if və sol­ğun əsər­lə­rin qə­ni­mi idi M.Hü­seyn.
M.Hü­seyn bə­dii ədə­biy­yat­da ol­du­ğu ki­mi, tən­qi­di fəa­liy­yə­tin­də də sırf rea­lizm möv­qe­yin­də da­yan­mış­dır. Yə­ni, onun fik­rin­cə: "Ən gö­zəl bə­dii əsər, hə­ya­tı tam mə­na­sı ilə dü­rüst gös­tə­rən əsər­dir. Bu sə­bə­bə gö­rə də, tən­qid­çi hə­yat­la bə­dii əsə­ri tu­tuş­du­rub qiy­mət­lən­dir­mə­li­dir. De­mə­li, tən­qid­çi özü də ya­zı­çı ki­mi hə­ya­tı­mı­zı, cə­miy­yə­ti­mi­zi də­rin­dən və mü­kəm­məl öy­rən­mə­li­dir.­Tən­qid­çi də hə­ya­tı­mız və var­lı­ğı­mız haq­qın­da müs­tə­qil mü­ha­ki­mə yü­rüt­mə­yi ba­car­ma­lı­dır". O, tən­qid­çi­dən, öz həm­kar­la­rın­dan bu­nu tə­ləb edir­di ki, haq­sız və yan­lış mü­la­hi­zə­lə­rə yol ver­mə­sin­lər, ya­zı­çı­la­rı ri­ya­kar tə­rif­lə­rə qərq et­mə­sin­lər, çün­ki ən is­te­dad­lı ya­zı­çı­la­rı be­lə ri­ya­kar tə­rif­lər öl­dü­rə bi­lər, əgər o, gənc­dir­sə, onu in­ki­şaf­dan sax­la­ya bi­lər.
Əl­lin­ci il­lər­də də, alt­mı­şın­cı il­lər­də də M.Hü­seyn ye­nə ədə­bi pro­ses­də sa­yı­lan, se­çi­lən şəx­siy­yət­lər­dən idi. Onun bu sə­viy­yə­yə yük­səl­mə­si bir ne­çə sə­bəb­lə bağ­lı­dır.­ Bi­rin­ci­si, M.Hü­seyn də­rin mü­ta­liə­li və sa­vad­lı in­san idi. O, dün­ya ədə­biy­ya­tı­nın bi­li­ci­lə­rin­dən idi, Azər­bay­can klas­sik ədə­biy­ya­tı­nı çox gö­zəl bi­lir­di və bun­dan əla­və, müa­sir ədə­biy­ya­tın da elə bir nü­mu­nə­si yox idi ki, onu mü­ta­liə elə­mə­sin. Bu əsər­lər haq­qın­da da o, ya ay­rı­ca mə­qa­lə ya­zır­dı, ya da mə­ru­zə və çı­xış­la­rın­da on­lar­dan söz açır­dı. An­caq onun tən­qid­çi sö­zü tək­cə tən­qid­çi sö­zü olub qal­mır­dı, həm də ədə­biy­ya­tın ağ­saq­qa­lı­nın de­di­yi söz ki­mi qar­şı­la­nır­dı. Doğ­ru­dur, döv­ran də­yiş­miş­di, sin­fi mü­ba­ri­zə­lər döv­rü ar­tıq ar­xa­da qal­mış­dı. Meh­di Hü­sey­ni in­di da­ha çox ədə­biy­ya­tın bə­dii sə­viy­yə­si, no­va­tor­luq və ye­ni­lik meyil­lə­ri ma­raq­lan­dı­rır­dı. Əl­lin­ci-alt­mı­şın­cı il­lər­də də ədə­bi mü­ba­hi­sə­lər da­vam edir­di, ye­nə də qız­ğın dis­kus­si­ya­lar, mü­za­ki­rə­lər ke­çi­ri­lir­di və bu qay­nar ədə­bi mü­hit­də Meh­di Hü­sey­nin ro­lu, bö­yük­lü­yü, şəx­siy­yə­ti açıq­ca du­yu­lur­du. Onun alt­mı­şın­cı il­lə­rin əv­vəl­lə­rin­də nəsr­də və poe­zi­ya­da mey­da­na çı­xan bir sı­ra əsər­lə­rə mü­na­si­bə­ti ədə­bi tən­qi­din möv­qe­yi və, hət­ta de­yər­dik, qə­ti sö­zü sə­viy­yə­sin­də qə­bul edi­lir­di. Mə­sə­lən, İlyas Əfən­di­ye­vin "Kör­pü­sa­lan­lar" po­ves­tin­də­ki Sə­riy­yə ob­ra­zı və onun hə­rə­kət­lə­ri bir sı­ra tən­qid­çi­lər və oxu­cu­lar tə­rə­fin­dən "qə­zəb­lə" qar­şı­lan­mış­dı. Sə­riy­yə­nin mil­li adət-ənə­nə­lə­rə, ki­şi-qa­dın mü­na­si­bət­lə­ri­nə xə­ləl gə­tir­mə­si bö­yük bir dis­kus­si­ya­ya sə­bəb ol­muş­du. O za­man Meh­di Hü­seyn yaz­mış­dı: "Sə­riy­yə­nin Adil­dən üz dön­dər­mə­yi və Qə­rib­ca­na meyil gös­tər­mə­yi nə üçün bə­zi tən­qid­çi­lə­ri əsə­bi­ləş­di­rir? Ona gö­rə­mi ki, Sə­riy­yə asan­lıq­la öz ərin­dən ay­rı­lır? Bəl­kə Qə­rib­can heç bir mə­ziy­yə­ti ilə Adil­dən fərq­lən­mir? Biz han­sı ix­ti­yar­la Sə­riy­yə­dən özü­nün is­tə­di­yi ki­mi yox, bi­zim is­tə­di­yi­miz ki­mi hə­rə­kət elə­mə­yi tə­ləb edi­rik? Sə­riy­yə­nin oğ­lan­lar­la lo­puq oy­na­ma­sı mə­nim də xo­şu­ma gəl­mir. Am­ma onun bu qa­ba oyun­dan xo­şu gə­lir­sə, qoy oxu­cu­lar, xü­su­sən da­ha is­mət­li və tə­va­zö­kar qız­la­rı­mız onu təq­lid elə­mə­sin­lər. Mə­gər müəl­lif Sə­riy­yə­nin hə­rə­kət­lə­ri­ni baş­qa­la­rı­na nü­mu­nə gös­tə­rir?" Tə­bii ki, bu sual­lar Meh­di Hü­sey­nin "Ye­ni mər­hə­lə, ye­ni və­zi­fə­lər" mə­qa­lə­sin­də ca­vab­sız qal­mır. Hə­min mə­qa­lə­də, həm­çi­nin alt­mı­şın­cı il­lə­rin əv­vəl­lə­rin­də yaz­dı­ğı di­gər mə­qa­lə­lə­rin­də M.Hü­seyn Rə­sul Rza­nın "Qı­zıl gül ol­ma­yay­dı", İsa Hü­sey­no­vun "Te­leq­ram", Bay­ram Bay­ra­mo­vun "Sə­rin­lik", İsma­yıl Şıx­lı­nın "Də­li Kür", Bəx­ti­yar Va­hab­za­də­nin "Eti­raf", Nə­bi Xəz­ri­nin "Sum­qa­yıt sə­hi­fə­lə­ri" ki­mi gö­zəl əsər­lə­rin də ilk təh­lil­çi­si Meh­di Hü­seyn ol­du. O, hə­min il­lə­rin ca­van və is­te­dad­lı ya­zar­la­rı olan Ək­rəm Əy­lis­li­nin, Ana­rın və İsi Mə­lik­za­də­nin də ya­zı­la­rı haq­qın­da da sə­mi­mi söz de­yən ilk tən­qid­çi idi.
Bir tən­qid­çi ki­mi M.Hü­seyn ədə­bi pro­se­si tam və dol­ğun, bü­tün pa­ra­metr­lə­ri ilə, yə­ni in­ki­şa­fın bü­tün tə­ma­yül­lə­ri üz­rə təd­qiq et­mə­yə ça­lı­şır­dı. Onu di­gər tən­qid­çi­lər­dən fərq­lən­di­rən bir mə­ziy­yə­ti də qeyd et­mək ye­ri­nə dü­şər­di. O da bun­dan iba­rət­dir ki, M.Hü­seyn ədə­biy­ya­tın ye­ni­ləş­di­yi­ni, no­va­tor key­fiy­yət­lər­lə zən­gin­ləş­di­yi­ni vax­tın­da du­yur­du. Mə­sə­lən, o, 1962-ci il­də "Ye­ni mər­hə­lə, ye­ni və­zi­fə­lər" ad­lı mə­qa­lə­sin­də ədə­biy­yat­da ye­ni bir mər­hə­lə­nin ya­ran­dı­ğı­nı ha­mı­dan qa­baq söy­lə­miş­di: "Mən cə­sa­rət­lə de­yə bi­lə­rəm ki, bə­dii nəs­ri­miz­də də, şei­ri­miz­də də biz ye­ni bir mər­hə­lə­yə qə­dəm qoy­mu­şuq. Bu mər­hə­lə­nin ar­tıq qə­ti bir möv­qe tut­du­ğu­nu id­dia et­mək üçün tə­lə­smə­yə eh­ti­yac yox­dur. Ən mü­hüm cə­hət bu­dur ki, hə­min mər­hə­lə­yə keç­mə­yin ta­ri­xi la­büd­lü­yü­nü bü­tün ədə­bi ic­ti­maiy­yə­ti­miz ay­dın hiss et­mək­də­dir. Hə­yat ha­di­sə­lə­ri­nin və in­san su­rət­lə­ri­nin təs­vi­rin­də və mə­na­lan­dı­rıl­ma­sın­da nə isə da­ha li­rik, psi­xo­lo­ji təh­lil­də da­ha təm­kin­li və ka­mil bir üsul ax­tar­ma­ğın, da­ha tə­zə və tə­ra­vət­li ifa­də va­si­tə­lə­ri tap­ma­ğa meyil gös­tər­mə­yin özü heç də az əhə­miy­yət­li bir meyil de­yil­dir". Meh­di Hü­sey­nin uzaq­gö­rən­lik­lə söy­lə­di­yi bu fi­kir­lər son­ra­lar özü­nü doğ­rult­du, doğ­ru­dan da, alt­mı­şın­cı il­lər­dən baş­la­ya­raq ədə­biy­ya­tı­mız­da ye­ni bir mər­hə­lə baş­lan­dı.
Meh­di Hü­seyn və klas­sik ədə­biy­yat... Meh­di Hü­seyn və dün­ya ədə­biy­ya­tı... Meh­di Hü­seyn və rus ədə­biy­ya­tı... Meh­di Hü­seyn və folk­lor... Meh­di Hü­seyn və te­atr... Bu möv­zu­la­rın da hər bi­ri ay­rı­ca, həm də ge­niş bir təd­qi­qat işi­nin möv­zu­su ola bi­lər. Doğ­ru­dan da, bu ya­zı­la­rı oxu­yan­dan son­ra hey­rə­tə gə­lir­sən. Cə­mi 56 il ömür sü­rə­sən, bu öm­rün ço­xu da qov­ğa­da, ədə­bi mü­ba­ri­zə­lər­də ke­çə, həm də bir sı­ra mə­sul və­zi­fə­lər­də ça­lı­şa­san, fə­al ic­ti­mai xa­dim ki­mi fəa­liy­yət gös­tə­rə­sən, da­im qay­ğı­lar, prob­lem­lər əha­tə­sin­də ola­san... am­ma bir an da ədə­biy­yat­dan ay­rıl­ma­ya­san.
...O­nun qə­fil ölü­mü ki­mi (1965, 10 mart), in­di ana­dan ol­ma­sı­nın 100 il­li­yi də mə­nə - bu sə­tir­lə­rin müəl­li­fi­nə qə­ri­bə gə­lir. Mən onu gör­mə­mi­şəm, am­ma eti­raf edim ki, onun tən­qi­di ir­si ilə ta­nış olan­dan son­ra ədə­biy­yat­çı ol­ma­ğı qə­ra­ra al­dım. Ona gö­rə də mən Meh­di Hü­sey­nin yal­nız fi­zi­ki ölü­mü­nə ina­nı­ram. O, bir ədə­biy­yat fə­dai­si ki­mi ya­şa­yır, yaz­dı­ğı "Alov" pye­sin­də­ki Sə­mən­dər qu­şu ki­mi alov­lar için­də ya­nır, am­ma öl­mür.