Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


AXTARIŞLAR, TAPINTILAR
 

Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


 

M.Ə. Mö­cüz 60 il­lik həya­tı­nın son bir ili­ni anadan olduğu Şə­büs­tər qə­sə­bə­sin­dən xeyli uzaqda - İranın şima­lında yerlə­şən Şahrud şə­hə­rin­də yaşamış­dır. Özü­nün yazdı­ğına gö­rə, Şə­büs­tər­də ona qarşı "müha­ri­bə elan edən" mür­təce qüv­və­lər­lə "26 il vuruşduqdan" sonra bacanağı Xə­lil Möh­də­vi Nadi­rin də­və­ti ilə Şahruda köç­müş, nis­bə­tən sakit bir həyat sür­müş və orada da vəfat etmiş­dir.
İndi­yə­dək Şima­li Azərbaycan mö­cüz­şünasları şai­rin vəfa­tı şər­ai­ti və məza­rı haqqında bir kəl­mə də olsa, söz açmamışlar. Lakin cənublu təd­qiqatçılardan prof. M.T.Zehtabi, Y.Şeyda və M.Niqa­bi­nin bu barə­də müəy­yən araşdırmaları vardır. Hə­min araşdırmaların nə­ti­cə­lə­ri və əl­də etdi­yi­miz bə­zi yeni sə­nəd və məlumatlar bu mövzu ilə bağlı daha də­qiq və obyektiv elmi qən­aət­lə­rə gəl­mə­yə əsas verir. Əv­vəla, şai­rin vəfat tari­xi haqqında.
Bu barə­də ilk məlumat məşhur kitabşünas alim H.M.Naxçıva­ni­nin oğlu Ə.Naxçıva­ni­yə məxsusdur. Onun 1942-ci il­də Təb­riz­də çıxan "Azərbaycan" qəze­ti­nə gön­dər­di­yi məlumata gö­rə "... şair (Mö­cüz nə­zər­də tutulur - F.X.) qə­mə­ri 1353-cü ilin cəma­di­yil-axır ayında ki, şəm­si 1313-cü ilin mehr ayına tət­biq olunur, vəfat etmiş­dir". Mila­di tarix ilə bu, 1934-cü ilin sentyabr-oktyabr aylarına uyğun gə­lir. Ə.Naxçıva­ni­nin məlumatından üç gün sonra təd­qiqatçı Q.Məm­məd­li də "Və­tən yolunda" qəze­tin­də dərc etdir­di­yi "Hə­qi­qə­ti sevən şair" adlı ilk məqa­lə­sin­də şai­rin vəfat tari­xi­ni eyni ilə "1353 hic­ri və yaxud 1313 şəm­si ili­nin mehr ayı" ki­mi gös­tə­rir. Q.Məm­məd­li şai­rin 1945-ci il­də Təb­riz­də və 1948, 1949-cu il­lər­də isə Bakıda çap etdir­di­yi kitablarına yazdı­ğı mü­qəd­di­mə­lər­də də ay gös­tər­mə­dən 1934-cü ilin onun vəfat ili olduğunu bir daha təs­diq edir. 1954-cü il­də Mö­cü­zün əsər­lə­ri­nin işıq üzü gö­rən növ­bə­ti nəş­ri­nə mü­qəd­di­mə­sin­də isə Q.Məm­məd­li heç bir təs­diqe­di­ci mən­bə gös­tər­mə­dən yazır: "M.Ə.­Mö­cüz 1934-cü il sentyabr ayı­nın 25-də Şahrudda vəfat etmiş­dir". 1955 və 1982-ci il­lər­də yenə onun tər­ti­bi ilə çap olunan Mö­cü­zün kitablarında 25 sentyabr 1934-cü il şai­rin vəfat tari­xi hesab olunur. Q.Məm­məd­li­nin "mü­qəd­di­mə"­lə­ri­nə is­tina­dən "Krat­ka­ya Li­te­ra­tur­na­ya En­sik­lo­pe­di­ya", "Bol­şa­ya So­vets­ka­ya En­sik­lo­pe­di­ya" və "Azərbaycan Sovet Ensiklopediya­sı"nda da Mö­cü­zün vəfat tari­xi 25 sentyabr 1934-cü il ki­mi təq­dim olunur.
Cənu­bi Azərbaycan müəl­lif­lə­ri­nə gəl­dik­də isə M.Müc­tə­hi­di və X.Müşardan başqa (bu təd­qiqatçılar 1933-cü ili şai­rin vəfat ili ki­mi gös­tə­rir­lər) onların hamı­sı ay gös­tər­mə­dən 1934-cü ili Mö­cü­zün vəfat ili ki­mi qəbul etmiş­lər. Tək­cə prof. M.T.Zehtabi 1934-cü ilin mart ayı­nın ortaları­nı şai­rin vəfat tari­xi hesab edib.
Gö­rün­dü­yü ki­mi, Mö­cü­zün vəfat tari­xi ətrafında müəl­lif­lər bir-bi­ri ilə cid­di müba­hi­sə­lər aparmasa da, hə­rə­si bir versiya­nın üzə­rin­də dayanmış­dır. Bəs hə­qi­qət necə­dir? Bu qarı­şıq­lığa son qoymaq üçün ortada hər hansı bir də­lil-sübut varmı? Axtarışlar nə­ti­cə­sin­də əl­də edil­miş iki tək­zibe­dil­məz fakt bu barə­də mövcud olan bü­tün fi­kir müx­tə­lif­li­yi­nə son qoymaq və hə­qi­qə­ti üzə çıxarmaq üçün kifa­yət­dir:
1. Şai­rin qəb­ri­nin başdaşı üzə­rin­də­ki yazı: "Haza məq­bəre-mərhume-ağaye-Əli Mö­cüz və­ləde-Hacıağa Şə­büs­tə­ri, 1313" ("Budur, mərhum Əli ağa Mö­cüz Hacıağa Şə­büs­tə­ri oğlunun qəb­ri, 1313").
2. Şahrud şə­hə­ri Əha­li­nin Və­ziy­yə­ti­nin Qeydiyyatı İdarə­si (İdareye-Səbte-Əhval) tə­rə­fin­dən 20 şəh­ri­vər 1313-cü il­də (20 sentyabr 1934) imzalanan Mö­cü­zün "Ölüm şəha­dətnamə­si". Farsca yazılan hə­min sə­nə­din tam mət­ni­nin tər­cü­mə­si belə­dir: "¹102, dai­rə 1. Şahrud Şə­hə­ri Əha­li­nin Və­ziy­yə­ti­nin Qeydiyyatı İdarə­si. Qanunun 4-cü maddə­si. Gün: 12, Ay: 6, İl: 1313, Adı: Ağayi-Əli, Soyadı: Mö­cüz, Pasport ¹2749, Mə­rənd dai­rə­si, Şə­büs­tər Şə­hə­ri Əha­li­nin Və­ziy­yə­ti­nin Qeydiyyatı İdarə­si tə­rə­fin­dən veri­lib. Vəfat etmiş­dir.­Vəfa­tı haqqında məlumat verən: Mə­həm­məd­hə­sən Məllah, Ölü­mün qeydə alınma tari­xi: 20.6.1313. Qanunun 13 və 15-ci maddə­lə­ri­nə əsa­sən imza edi­rəm (imza)".
Belə­lik­lə, qə­bir daşı üzə­rin­də 1313 ş. (1934), "Ölüm şəha­dətnamə"­sin­də isə 12.6.1313 (3 sentyabr 1934) rə­qəm­lə­ri­nin yazılması tam sübut edir ki, M.Ə.­Mö­cüz 3 sentyabr 1934-cü il­də Şahrudda vəfat etmiş­dir.
Şai­rin vəfat şər­ai­ti ilə əla­qədar olaraq əli­mi­zə gə­lib çatan yeganə məlumat isə cənublu şair və ədə­biyyatşünas Y.Şeydanın Mö­cü­zü tanıyanlardan eşit­dik­lə­ri­dir. Ona deyi­lə­nə gö­rə, Ayətullah Hacı Seyid Rza Və­hi­di Məş­hə­də ziya­rə­tə gedən­də həmyerli­si Mö­cüz­dən xə­bər tutmaq üçün yolunu Şahruddan salır və "şai­rin cəna­zə­si ilə bəra­bər olur... Ona namaz qı­lır və bu tərz­lə ... şai­rin pər­vən­də­si bağlanır".
Bir neçə kəl­mə də Mö­cü­zün məza­rı haqqında. Bu barə­də ilk məlumat cənublu mö­cüz­şünas M.Niqa­bi­yə məxsusdur. O, Mö­cü­zün məza­rı­nın yeri­ni müəy­yən­ləş­dir­mək üçün 5 sentyabr 1988-ci il­də Şahruda getmiş və şai­rin baldı­zı oğlu Yusif xan Möh­də­vi Nadir­lə gö­rü­şə­rək öy­rən­miş­dir ki, Mö­cüz Şahrudun "Köh­nə məzar" qə­bi­ristanlı­ğında dəfn olunub. Lakin 1960-cı il­lər­də şə­büs­tər­li həmyerli­lə­ri onun cəna­zə­si­nin qalıqları­nı çıxararaq Şə­büs­tə­rə aparmışlar. Əl­də olan di­gər faktlar bu məlumatın nəin­ki doğru olduğunu təs­diq edir, həm də şai­rin məza­rı­nın Şə­büs­tə­rə kö­çü­rül­mə­si­nin tam təf­sila­tı­nı əks etdi­rir. Keçək faktlara:
1. Mö­cü­zün həmyerli­si prof. M.T.Zehtabi Almaniyada çıxan "Azərbaycan" dər­gi­si­nə verdi­yi müsa­hi­bə­sin­də deyir: "Mən Bakıda olanda 1963-1964 il­lə­rin­də Şə­büs­tər­dən Bağır Məm­mədzadə gəl­di mə­nim yanıma. Dedim: "Get, Mö­cü­zün qəb­ri­ni filan yerdən çıxart, gə­tir Şə­büs­tər­də bir yerdə saxlayın" . Bir il yarımdan sonra gəl­di, dedi: "Bə­li, getdik filan yerdə basdır­dıq"".
2. Q.Məm­məd­li M.Niqa­bi­yə gön­dər­di­yi 10 iyul 1980-ci il tarix­li məktubunda yazır: "Bağır Məm­mədzadə də Şu­rə­vi­də­dir ... Mö­cü­zün sü­mük­lə­ri­ni Şahruddan Şə­büs­tə­rə gə­ti­rən hə­min bu adamdır. O, bu hadi­sə­ni qardaşı Qurbanə­li­yə (filologiya elmlə­ri nami­zə­di Q.Məm­mədzadə nə­zər­də tutulur - F.X.) danı­şıb" (məktubun surə­ti bu sə­tir­lə­rin müəl­li­fi­nin şəx­si arxi­vin­də­dir).
3. M. Niqa­bi Təb­riz­də farsca çıxan "Əhrar" qəze­ti­nə verdi­yi müsa­hi­bə­sin­də yazır: "... Üç nə­fər - Bağır Məm­mədzadə, Əs­gər Ək­bə­ri və Mir Yusif Musə­vi doktor Zehtabi­nin sifa­ri­şi ilə şai­rin sü­mük­lə­ri­ni və qə­bir daşı­nı Şahrudun "Köh­nə məzar" qə­bi­ristanlı­ğından çıxa­rıb Şə­büs­tə­rə aparmışlar".
4. Q.Məm­mədzadə, Ə.Ək­bə­ri və M.Y.Musə­vi­nin qarşı­sında Mö­cü­zün cəna­zə­si­nin qalıqları yı­ğılan qutu və qəb­ri­nin başdaşı­nı əks etdi­rən fotoşə­kil.
Cənu­bi Azərbaycan mö­cüz­şünasları şai­rin məza­rı­nın Şə­büs­tə­rə kö­çü­rül­mə sə­bə­bi haqqında iki versiya üzə­rin­də dayanırlar.
1. M.T.Zehtabi: "... Mö­cü­zün cə­sə­di şai­rin öz və­siy­yə­ti əsa­sında Şahruddan Şə­büs­tə­rə kö­çü­rü­lüb...".
2. M.Niqa­bi: "1364 şəm­si­də (1967) Şahrud şəhrdari­si "Köh­nə məzar" qə­bi­ristanı­nın bir qis­mə­tin uşaq parkına təb­dil edə­cə­yi üçün Mö­cü­zün sü­mük­lə­ri və qə­bir daşı ... Şə­büs­tə­rə gə­ti­ril­miş"­dir.
Biz­cə, bu işin əsas təş­kilatçı­sı olan M.Zehtabi­nin dedik­lə­ri hə­qi­qə­tə daha çox uyğundur. Ən başlıca­sı isə odur ki, bu versiyalardan hansı­nın doğru, hansı­nınsa yanlış olması Mö­cü­zün cəna­zə­si­nin qalıqları­nın Şə­büs­tə­rə gə­ti­ril­mə­si faktı­nı tək­zib etmir.
Hazırda Şə­büs­tər­də Mö­cü­zün cəna­zə­si­nin qalıqları dəfn edi­lən yer giz­li saxlanı­lır. Bunun sə­bə­bi şai­rin vaxti­lə ifşa etdi­yi bə­zi tip­lə­rin in­di müəy­yən nüfuz sahi­bi olan övladları­nın qə­bir üzə­rin­də təh­qire­di­ci hə­rə­kət­lə­rə yol verə­cək­lə­rin­dən ehtiyat edil­mə­si­dir. Bu fik­ri bi­zə 1990-cı ilin avqustunda Şə­büs­tər­də evin­də qonaq olduğumuz prof. M.T.Zehtabi demiş­dir.
Mö­cü­zün vəfat tari­xi və məza­rı ilə bağlı çoxlarına bəl­li olmayan hə­qi­qət­lər bundan iba­rət­dir.