Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


POLEMİKA
 

İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


 

Azərbaycanın tanın­mış folklorşüna­sı M.H.Təhmasib "Azərbaycan xalq dastanları (orta əsr­lər)” əsərində 120 xalq dastanı­nı təhlil hə­dəfi­nə çevirir. Bu dastanlar arasında 12-dən artıq variantı, bir neçə nüs­xəsi (variant və variasiya səviyyəsi­nə qalxmayan) mövcud olan "Əsli və Kə­rəm" də xüsusi yer tutur. Mü­əllif öz tədqiqatında əv­vəl­cə mə­həb­bət dastanları haqqında qısaca söz açır, sonra da onların ümumi xüsusiyyət­lərini şərh edir. Onun əsas tədqiqat obyekti dastanın Gən­cə variantı­dır. (Dastanın Zaqafqaziya variantları ilə yanaşı, Türkiyə, türk­mən variantları da mövcuddur).
M.H.Təhmasib bu dastan haqqında məlum olan mən­bə­lərin hamı­sı­nı nə­zər­dən keçirmiş, mübahisəli mə­sə­lə­lə­rə də münasibətini bildirmişdir. Tədqiqatçı yazır: "Oğlanın adı Mahmud, qı­zın adı isə Mər­yəmdir". "Variantların heç birində yaxşı əsaslandı­rılmayan sə­bə­bə gö­rə, hər ikisi adları­nı dəyişirlər. Oğlanın adı Kə­rəm, qı­zın adı Əsli qoyulur".
Əv­vəl­cə adlara nə­zər salaq: Mər­yəm, məlum olduğu kimi, İsa Məsihin anası­nın adı­dır ki, mü­səlman aləmində də ona peyğəm­bər anası kimi (Mər­yəm ana) baxı­lır və Qurani-Kərimdə də "Mər­yəm surəsi" mövcuddur. "Əsli" sö­zü ərəb dilindən "əsilli, nəca­bətli" kimi tər­cü­mə olunur. Kə­rəm Əsliyə "Əsli qızsan, Əsil eylə, quşu ver", - deyə müraciət edir". Əsli həm də, "ən əv­vəlki, ilk" mənaları­nı verir. Xətai yaradı­cı­lı­ğına nə­zər salaq: "Buyi-nə­fəsi mə­sü­hü-Mər­yəm", yəni "Nəfislik (zəriflik) və bakirə ətirli Mər­yəm". Kə­rəm Əsliyə "Əsilzadə (nəca­bətli) bakirə qızsan", - deyə müraciət edir ki, bu da Mər­yəm adı ilə eyni məna daşı­yır. "Kə­rəm"-Allahın sifət­lərindəndir. "Kərim"-Allahın 99 gö­zəl adından biridir. "Nəml" surəsində Kə­rəm sahibi Cənabi Allahın, göy ilə yer arasında mövcud hər nə varsa, altı gün­də yaratdı­ğından söh­bət gedir (Qurani-Kərim, Həml surəsi, 40-cı ayə).
Dastanda Kə­rəmin əv­vəlki adı Mahmuddur. Anadolu variantında isə Əh­məd Mirzədir, özü də İsfahan padşahı­nın oğludur. Mahmud da, Əh­məd də Mə­həm­məd peyğəm­bərin (s.ə.s) adları­dır. Türk variantında Əh­məd Mirzə əsilzadə olduğuna işarədir. ("Mirzə" sö­zü adın əv­vəlində işlədildikdə (Mirzə Cəlil, Mirzə Fə­təli) vəzi­fə titulu, addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır). Maraqlı burası­dır ki, dastanın başlanğı­cında peyğəm­bərin adı­nı daşıyan qəh­rəma­nın adı dəyişilib, Cənabi-Allahın adına yaxınlaşdı­rı­lır.
M.H.Təhmasib dastandakı süjet elementlərinin "Kitabi-Də­də Qorqud" abidəsi ilə səs­ləş­məsindən geniş söh­bət açır. Ancaq bir incə mət­ləbi nə­zərindən qaçı­rır. "Əsli və Kə­rəm" dastanında Kə­rəm şahinini uçurduqdan sonra, gəlib onun şahininin yaraladı­ğı quşu da, şahinini də Əslinin əlində gö­rür və quşu istəyir. Başa düş­mək olmur; o, ilk şikarı olan yaralı quşunu istəyir, yoxsa öz şahinini? 16 yaşında qı­zın ov şahinini tutması inandı­rı­cı deyil, çünki ov şahini sahibindən başqa heç kəsin onu tutmasına imkan verməz, o ki qala Əsli kimi öz mə­həb­bəti naminə hansısa bir tə­şəb­büs gös­tər­mə­yən passiv bir qıza. Bu səh­nə də, qeyd olunduğu kimi, nə­sə çox səthi işlənib. Hər halda, Kə­rəmin ondan təkidlə istədiyi şikardır (Bamsı Beyrək Banıçi­çək­dən yaralı ceyranı istədiyi kimi). Yeri gəlmişkən, "Də­də Qorqud" və "Əsli və Kə­rəm" arasındakı bir süjet oxşarlı­ğı məqa­mı­nı da qeyd edək. Nə sə­bəb­dən­sə bu problem, tədqiqatçıla­rın nə­zərindən qaçıb. Mə­sə­lə burasındadır ki, "Də­də Qorqud"da Baybö­rə bəyin oğlu Beyrək və Baybican bəyin qı­zı Banıçi­çək bəy­lərin duası ilə dünyaya gəliblər. Bəy­lər dua edən­də Baybican bəy deyir: "Bəg­lər, Allah-təala mə­nə bir qız verə­cək olursa, siz tanıq olun ki, mənim qı­zım Baybö­rə bəg oğluna beşikkərt­mə, yavuqlu olsun!"- dedi". Ancaq Baybican sonradan başqasına da qı­zı­nı verə­cəyi haqda söz verir. Doğrudur, onun başqasına söz verməsi abidə­də əksini tapmayıb. Ancaq abidə­də buna işarə edilir: "Yarımacun-yarçımasun kafirin casusu bunları casusladı. Varib Bayburud hasarı bəgi­nə xə­bər Verdi. Aydır: "Nə oturarsan, sultanım, Baybican bəg ol sana verə­cəgi qı­zı Beyrə­gə Verdi. Bu gecə gər­də­gə girür" - dedi".
Bayburd bəyi yeddi yüz kafirlə yemək-içmək­lə məşğul olan Beyrəyin çadı­rına gecə vaxtı hücum edir. Beyrəyin naibi şəhid olur, özü isə otuz doqquz igidi ilə əsir gö­tü­rü­lür və on altı il kafirin qalasında əsirlikdə qalır. Demək, nikah mə­sə­ləsində mü­səlman-xaçpə­rəst söh­bəti "Də­də Qorqud" abidəsində var. Selcan Xatun da Trabzon təkurunun qı­zı­dır.
"Əsli və Kə­rəm" dastanı mü­səlman-kafir qarşıdurması üs­tün­də bər­qərar olub. Yəni süjetin mayası yenə də "Də­də Qorqud"a çı­xır.
M.H.Təhmasib yazır: "10553 nöm­rəli cüng­də təsa­düf edilmiş tək bir qoşma isə bu dastanın məşhur "Şeyx Sənan" əfsanəsi­nə çox yaxın bir variantı­nın da olduğunu gös­tərir". Bizcə, söh­bət burada variantdan deyil, adicə olaraq Də­də Kə­rəmin mə­həb­bət aşiqi olan bir yaradı­cı aşıq olmasından getməlidir. "Əsli və Kə­rəm" dastanı­nın Də­də Kə­rəm imzası ilə şeirlər söy­lə­yən bir yaradı­cı şəxs tə­rəfindən yarandı­ğı şüb­hə doğurmamalı­dır. Dastan yazıya kö­çü­rül­mədiyi üçün dastanın nəsr hissəsi əsr­dən əs­rə, aşıqdan aşığa keçdikcə dəyişikliklə­rə məruz qalmış­dır. Dastanın variantlarında bəzi səh­nə­lər olduqca geniş təsvir edilir, bəzi­lərində isə müx­tə­sər verilir.
Qeyd etdik ki, Də­də Kə­rəm zəma­nəsinin savadlı adamlarından olmuşdur. Onun Şərqin gö­zəl əsər­ləri olan "Leyli və Məcnun", "Fərhad və Şirin"lə yaxından tanış olduğu hamıya məlumdur. "Şeyx Sənan" əfsanəsi ilə Də­də Kə­rəmin tanış olması da bir həqi­qət kimi qəbul olunmalı­dır. Dastançı aşıq mə­həb­bət fədaisi Də­də Kə­rəmin:

Sənan tək oda atdım Quranı,
Donquz güd­düm, ələ alıb əsa­nı.
Tərk etdim Mehdini, tutdum İsanı,
Məscidim olubdur Kəlisa mənim

- söz­lərini demək­dən çəkinib. Ortodoksal islam döv­rün­də yazıb-yaratmış Də­də Kə­rəm Mə­həm­məd peyğəm­bərin (s.ə.s) adı­nı çək­mək­dən ehtiyat edib, ancaq on ikinci imam Mehdinin adı­nı çəkib.
"Əsli və Kə­rəm" dastanı­nın Gən­cə variantında Kə­rəm Gən­cə xanı Ziyad xanın oğludur. M.H.Təhmasib haqlı olaraq aşağıda­kı fikri söy­ləyir: "Bizcə, "Əsli və Kə­rəm" nəinki Cavad xandan, onun atasından, yaxud babasından, hətta bu süla­lənin banisi olan ilk bəy­lər­bəyi Əmir Şahverdi sultandan və onu hakimiyyət başına gətirmiş şah Təhmasibin hakimiyyəti illərindən də qabaq yaranmış bir əsərdir. Bu, əl­bət­tə, tam sübut olunmuş bir həqi­qət deyil, ancaq ehtimaldır. Lakin bu ehtimal vardır ki, ən əsasları aşağıda­kılardır", - deyə gör­kəmli alim altı müd­dəa irəli sü­rür:
1) Bir sıra araşdırmalarda dastanın XVII əsrdə artıq mövcud olduğunu H.Araslı qeyd edir;
2) XVII əsrdə dastanın ayrı-ayrı qoşmaları­nın Eylas Muşeqin "Nəğ­mə­lər" kitabına da düş­dü­yün­dən söh­bət açır və misallar gətirir;
3) Dastanda Kə­rəmin özü­nə "Qarabağlıyam" - deməsi, xüsusilə Gən­cəli­yəm deməsi;
4) Dastanın Türk-Anadolu variantında qoşmaya mə­həb­bət dastanları qəh­rəmanları­nın hamı­sı­nın qədim dastan qəh­rəmanları­nın olması;
5) "Əsli və Kə­rəm"­də Qurbaninin adı­nın çəkilməsi;
6) Dastanın qədim dastanlarla səs­ləş­məsi.
Onu da əlavə edək ki, bü­tün tədqiqatçılar, elə­cə də aşıqlar Qurbanini XVI əsr aşı­ğı adlandı­rırlar. Mərhum şair-tər­cü­məçi Vladimir Qafarov Qurbaninin XV əsrin ikinci yarı­sı, XVI əsrin əv­vəl­lərində yaşadı­ğı­nı söh­bət­lərinin birində belə əsaslandır­ırdı: "Qurbani Şah İsmayı­lın sarayına iki yaşında gəl­məyib ki! O, Pərinin dalınca şahın sarayına gə­lən­də qı­fıl­bənd söy­ləyib, qı­fıl­bənd açan aşıq idi".
Dastanın qədimliyi şeirlərin leksikası ilə izah olunur, dastançı aşıq çox yəqin ki, şeirlərin bir çoxunu "redaktə edib müasirləşdirmişdir". Biz bu dastanda Də­də Qorqud deyimləri ilə səs­lə­şən söz­lər­lə rastlaşı­rıq. Mə­sə­lən, nəs­nə (şey), say (layiq), yey (yaxşı), yol (uğur), üşən­mək (incimək), yazı (çöl), duş (yuxu), döv­lət (ağıl), ün (səs), qat (yan), üsullu (ağıl­lı), gəz (­də­fə, kə­rə), qır­çın (tel), silə (və­tən), belə (birlikdə) və s. söz­lər tez-tez təkrar olunur.
M.H.Təhmasib haqlı olaraq belə bir fikir yü­rü­dür: "Bizcə, sö­zün xüsusi məna­sında "patriot" olan Gən­cə aşıqları bu qədim əsə­rə tendensiyalı bir münasibət­lə yanaşmış, onu bu öl­kənin tarixində xüsusi mövqeyə malik olan Ziyadoğlular süla­ləsi ilə bağlayaraq, yeni bir variant yaratmışlar".
Xalq, qəlbində iz salmış şəxsiyyət­ləri həmi­şə mifləşdirir. Dastançılar eşitdiyi, bildiyi əsatirləri, rəva­yət­ləri, şeirləri sevimli qəh­rəma­nı­nın adına yazır, bununla da gerçək epik obraza çevrilir.
Əlimizdə olan Gən­cə variantında məhz Də­də Kə­rəmin bədii irsindən istifadə edilmişdir. Kə­rəm gən­cəli olub. Onu da qeyd edək ki, Ziyadoğlular Şah Təhmasib (1524-1576) tə­rəfindən yerli hakim təyin olunmuşdular. Ziyadoğluların hakimiyyəti (Qarabağ və Gən­cə) döv­rün­də bir nə­fər də olsun Ziyad adlı xan olmayıb, dastanda Əslini Kə­rə­mə vermək istə­mə­yən Qara Keşiş qı­zı­nı gö­tü­rüb Gəncədən qaçır. Dədə Kərəm Əslinin Gəncədən getməsini belə təsvir edir:

Kör-köç oldu, köçdü ellər, obalar,
Yaman qonşu, qoy xatirin xoş olsun.
Məni yaradan,yarı məndən eləyən,
Ikibaşlı bir qılınca tuş olsun.
...Bundan belə ayrılığın günüdü,

Ağla Əslim, ağla, gözlər yaş olsun, - nəsə böyük ictimai bəladır ki, xan oğlu (başqa variantlarda Şah, hökmdar oğlu) Kərəm bu "köçhaköçə" mane ola bilmir?

Bir tarixi həqiqətə fikir verək; "Səlcuq sultanı Məlikşah öz sərkərdəsi Buğanı qoşunla Gəncəyə göndərdi. Buğa 1088-ci ildə Gəncəni tutdu və Gəncə hökmdarı III Fəzlunu Bağdada göndərdi". III Fəzlunu Bağdada təkmi sürgün olunub? Bəlkə, Qara Məlik (keşiş) onun saray əyanlarından imiş, bəlkə Buğa bütün saray əhlini sürgün edib? Dastançı aşıq da tarixi bilmədiyi üçün hadisəni, nə az, nə də çox, 700 il bəri çəkib. Əsli atasından ayrılmadan gedir və Kərəmə deyir:

Gəl görüşək, mən bu yerdən gedirəm,
Bir nişanə verim, al Kərəm eylə!
Çox duz-çörək yüdik, yar sənin ilə,
Indi sağ - salamat qal, Kərəm eylə.

Variantların çoxunda Əslinin dilindən belə bir qoşma da söylənilir:

Köç-köç oldu, köçdü ellər, obalar,
Yol saldılar bu dağ, o dağ üstündən.
Dedim, Kərəm, getməginən, qal burda,
Götürməyək dodaq-dodaq üstündən.

Ağır ləşkər üstümüzə car oldu,
Dağıldı dövlətim tar-mar oldu.
Axdı gözüm yaşı gilənar oldu,
Necə düşər şəbnəm yarpaq üstündən.

Əsli deyər məni gətirdin cana,
Od tutub alışdım, çəkdim zəbana,
Alagöz Kərəmi versinlər mana,
Eyləsinlər nasaq, nasaq üstündən.

"Dağıldı dövlətim tar-mar oldu", - deyən Əsli atasının var-dövlət sahibi olduğuna işarə etmirmi?
"Ağır ləşkər üstümüzə car oldu" -
"Köç-köç oldu, köçdü ellər, obalar", - dedikdə, bəlkə, Əsli Bərdədən köçürülən albanları nəzərdə tutur?

Şah gəlibən fəth eylədi buranı,
Kərəmin aşiqi-məşuqu hanı?
Qorxuram, qaçırdalar Əsli cananı,
Qoyma üstə ayrı əl gəlsin, getsin.

Onu da qeyd edək ki, burada qoşmanın texniki elementləri­nə riayət olunmayıb. Birinci misrada böl­gü 4, 4, 3 hecalarıyla olduğu halda, ikinci misrada böl­gü 6, 5 hecalarıyladır, üçün­cü misrada vəzn pozulmuşdur. M.H.Təhmasib bu misranı "Qorxuram sü­rə­lər Əsli cananı" kimi oxumuşdur. Əgər "Şah gəli­bən" əvəzi­nə "Sultan gəlib" oxusaq, söh­bətin Sultan Toğruldan, ya da Məlikşahdan getdiyi məlum olar. Həm də ifa üçün deyilmiş qoşma janrında "gəlib(ən)" demək yerinə düş­mür. Ən­dəlib Qaracadaği əlyazmasından M.H.Təhmasib belə bir bəndi misal gətirir:

Atan buyurar, indi məni tutallar,
Ağ əl­lərim dal gər­dən­də çatallar,
Ya Kı­rıma, ya tatara satallar,
Gün­bə­gün baxtıma qara deyəl­lər.

1088-ci ildə Gən­cənin Səlcuqilər tə­rəfindən tutulmasından yuxarıda bəhs etdik. İndi tarix üçün az vaxt sayılan bir az əv­və­lə qayıdaq. "X əsrdə rusların bu ərazilə­rə gəlişinin məq­sədi və mahiyyəti tamamilə dəyişdi. Əv­vəl­lər 15-20 gəmi­dən ibarət dəs­tə­lər­lə ticarət məq­sədi ilə gəldikləri halda, indi yüz­lər­lə gəmi ilə sə­fə­rə çıxanların niyyəti qarətçilik və istilaçı­lıq idi" (Azərbaycan tarixi, 1994, səh. 279).
"... Onlar dənizlə cənuba doğru üzə­rək Kü­rün mən­səbi­nə çatdılar, oradan da çay vasitəsi ilə keçib Bər­də yaxın­lı­ğındakı Müba­rəki deyilən kənd­də sahilə çıx­dılar. Gəmi­ləri burada saxlayıb, öz­ləri 944-cü il avqustun 24-də Bər­dəni müha­sı­rə­yə aldılar... ... 944-cü il avqustun 24-də Bər­də­yə daxil olmuş istilaçılar ələ keçirdikləri qəni­mət­lə kifayət­lə­nə­rək, 945-ci il avqustun 12-də oranı tərk etməli oldular... (yenə orada, səh. 280-283).
Səlcuqilərin Azərbaycana gəlişində bu hadisə­lər hə­lə yaddan çıxmamış­dı. Növ­bəti qarət, sür­gün əv­vəlkiləri də yada salır­dı. Ən­dəlib Qaracadaği əlyazmasındakı qoşmaların birində Əsli deyilən­ləri belə təsvir edir:

Atan buyurar, indi məni tutarlar,
Ağ əl­lərim dal gər­dən­də çatarlar,
Ya Kı­rıma, ya tatara satarlar,
Gün­bə­gün baxtıma qara deyər­lər.

Gö­rün­dü­yü kimi, qoşmada da rusların ərazilərində olan türk qöv­mə­lərinin adı çəkilir. Qeyd etmişdik ki, dastan yaradı­cı­sı öz qəh­rəma­nı­nı zənginləşdir­mək üçün bü­tün hadisə­ləri onunla əla­qə­ləndirir. Bəl­kə də "Əsli və Kə­rəm"in ilk variantı­nı elə Də­də Kə­rəmin özü yaradıb? Dastan yaradı­cı­lı­ğında belə hallara tez-tez təsa­düf olunur.
M.H.Təhmasib bu "köçhakö­çü" Şah Abbas hakimiyyəti illərində İ.P.Petru­şevskinin "Velikiy syurqyun" adlandır­dı­ğı sür­gün­lər­lə əla­qə­ləndirsə də, belə bir məntiqi nəti­cə­yə gəlir: "...Lakin bu o demək deyildir ki, dastan bu illər­də ya­ran­mış­dır". Qeyd etdiyimiz kimi, Gən­cə variantındakı Qara Keşiş Türk-Anadolu variantında Qara Məlik kimi verilir.

Əsliyəm, əməyim getdi badlara,
Alış­dım, tutuşdum, yandım odlara.
Qorxum budu Məlik versin yadlara,
Yar yanında kasad olan dilim var.

Məlik (yerli hakim) ad-titulu heç vaxt erməni­lər­də olmamış­dır, bu ad-titul (albanlara) qıpçaqlara mənsubdur. Əslinin atası­nın keşiş yox, yerli hakim - Məlik olmasına Əslinin söy­lədiyi qoşmada da təsa­düf olunur:
Məni ağlar qoyduz cavan vaxtımda,
Qaralar yazdı­nız mənim baxtımda.
Atamı tarımar olsun taxtında,
Ana, "Kə­rəm yandı" deyin, ağlaram.

"Atamı tarı-mar olsun taxtında", - dedikdə Əsli onun Məlik - yerli hakim olduğunu işarə etmirmi?
Bü­tün hallarda dastan qəh­rəmanları­nın faciəli ölü­mü Qara Keşişin (Məliyin) dini təəs­sübkeşliyi ilə bağlanır və M.H.Təhmasib də bu mövqedən çı­xış edə­rək Qara Keşişin əməl­lərini pisləyir. Dastanda keşiş doğrudan da murdar bir simadır. "Hər şeydən qabaq o, dostluq, qonşuluq qanmayan, çö­rək qədri bilmə­yən, əhd-peymana əməl etmə­yən, verdiyi sö­zə sadiq olmayan, ikiüz­lü, yalançı bir adamdır. Eyni zamanda, o, həm də qəddar, rəhmsiz xudpə­sənddir. Keşiş hər şeyi, doğma qı­zı­nın mə­həb­bətini də, izzəti-nəfsini də öz eqoizminə qurban vermə­yə hazır­dır. Bu adam o qə­dər qansız, ürəksizdir ki, hər yerdən əli üzül­dük­dən sonra xüsusi bir gəlinlik paltarı hazırlatdı­rıb öz doğma balası­nın toyunu yasa dön­dərir, özü də sə­hər arvadı­nı gön­dərir ki:
"Get, Kə­rəm­dən bir xə­bər bil, gö­rək, yanıb kül oldu, ya hə­lə sağdı? Arvad ərindən də qansız və ürəksizdir. Bunlar elə bir-birinə yaraşan, bir-birini tamamlayan ər-arvaddılar".
Türk variantında Kə­rəm - Əh­məd Mirzə İsfahan şahzadəsidir. Əsli - Mər­yəm isə Qara Məliyin qı­zı­dır. Türk­mən variantında Mahmud - Kə­rəm Təbriz şahı­nın oğludur, Əsli - Zöh­rə Qara Məliyin qı­zı­dır. Qafqaz variantlarında isə, Mahmud - Kə­rəm Gən­cə xanı­nın oğlu, Əsli - Mər­yəm Qara Keşişin qı­zı­dır. Əv­vəl­cə onu qeyd edək ki, nə İsfahanda, nə də Təbrizdə məliklik olmayıb. Məlik titulu Qafqaz civarlarına, alban və qıpçaqlara aid tituldur. Haylarda da məlik olmayıb. İndi özü­nə erməni və keçmiş Azərbaycan torpaqlarına "Haystan" deyib həya­sız­lıq edən­lər öz­ləri yaxşı bilirlər ki, onlar türk mən­şəli Ər­məni­lərin tarixini yerli-dibli mənimsəyiblər. Ər­məni­lər hayların babaları deyil. Məliklər qafqazlı­dırlar və haylarla yalnız xaç bağlı­lıqları var. Qıpçaqlar, bildiyimiz kimi, xristianlı­ğı qəbul etmişdilər. Xristianlı­ğın qriqoryan qolu (indiki hayların və gür­cü­lərin mənsub olduqları təri­qət) Qafqazda yaşayan Qriqorini (Cocian) Dər­bəndin Qıpçaq hökmdarı dəli atın quyruğuna bağladıb, çöl­lə­rə buraxıb parça-parça etdirib. O, hayların yox, qıpçaqların arasında xristianlı­ğı yayır­dı. Qafqazda əsa­sən XIX əsrin əv­vəl­lərində geniş vü­sət­lə yayılan "Əsli və Kə­rəm" variantlarında qıpçaq yepiskopu əvəzi­nə "erməni keşişinin" peyda olmasına xristian qıpçaqların (albanların) süqutu və hər addımda sinəsində xaç, adamın gö­zü­nə girən hayların peyda olması sə­bəb olmuşdur ki, bu da Də­də Kə­rəmin şeirlərini bilib, tarixə bə­ləd olmayan dastançıla­rın səhvidir. Daha dəqiq desək, Də­də Kə­rəmin yaşadı­ğı dövr­də (Qarabağda) heç hay olmamış, bəl­kə də Də­də Kə­rəm xoşbəxtlikdən öm­rün­də onların üzü­nü də gör­məmişdi. İsfahan və Təbrizdən fərqli olaraq (orada kilsə yox idi) Qafqazda alban kilsə­ləri var idi. Sonralar haylar bu mə­bəd­ləri özü­nün­kü­ləşdirdilər.
Qıpçaq kilsəsinin yepiskopları (gür­cü­lər­lə erməni­lər­də olduğu kimi) Romada təsdiq olunurdu. 705-ci ildən Ərəb siyasətçiləri Sasanilərin siyasəti ilə gedə­rək, qıpçaq (alban) kilsəsini erməni katolikosuna tabe etmişdilər.
Yəni qıpçaq (alban) katolikosunu hay erməni katolikosu təsdiq edirdi. Bu, iyerarxiya prinsipinin pozulması idi. Hay və qıpçaq (alban) kilsə­ləri arasında mübarizə davam edirdi. XI, XIII, XV əsr­lər­də hay kilsəsinin zəif­lədiyi və vahid hay kilsə mər­kəzi olmadı­ğı dövr­də qıpçaq (alban) kilsəsi Bər­də (Partac) Eçmiədzinlə hesablaşmayaraq, qıpçaq (alban) katolikosunu öz­ləri seçirdilər.
VII əsr­dən XI əs­rə kimi ərəb xəli­fə­ləri Albaniyaya də­fə­lər­lə hücum etmiş və Albaniyanın müəy­yən böl­gə­ləri artıq mü­səlmanlı­ğı qəbul etmişdi. Xristian olaraq qalanlar ərəb xəli­fə­ləri­nə xərac verirdi.
Arsaqda (Qarabağ) 1010-cu ildə özü­nü Alban çarı elan edən Hə­sən Calalın döv­rün­dən başlayaraq, qıpçaqlar öz­ləri­nə müs­təqil katolikos seçirdilər.
İndi dastana nə­zər salaq: Qara Keşiş (Məlik) Əslini gö­tü­rüb Tiflisə qaçır (o dövr­də gür­cü­lərin mər­kəzi şə­həri Msxeta idi). Tiflisdə, əsa­sən, oğuzlar (türk­lər) yaşayır­dı. Oradan isə Batuma, Axsaxaya gedir (yenə də türk­lərin yaşayış mən­tə­qəsi­nə, Göy­çə­yə ozanlar, aşıqlar məs­kəni­nə, Ərzuruma, nəha­yət, Şama (Də­məş­qə) gedib çı­xır (orada da hökmdar paşadır, demək, yenə də türk hökmdarlı­ğı!). Əgər Qara Keşiş hay olsaydı, ya Eçmiədzinə, ya Aniyə, ya da İraqa üz tutardı. Yəni, öz hayları­nın yanına gedərdi. Nə üçün o, türk­lərin yaşadı­ğı yerlə­rə gedirdi? Qara Keşişin, bə­zən, "Qara Məlik" adlandı­rılması "Də­də Qorqud"un təsiri kimi başa dü­şül­məlidir. "Məlik" hakim deməkdir, hakim isə Ziyad xanın xəzi­nəda­rı - vəziri ola bilməzdi və öz taxt-tacı­nı qoyub diyar-diyar gəz­məzdi. Qara Keşiş (yepiskop) həqi­qə­tə uyğundur. Xristianlı­ğın qriqoryanlıq təri­qəti­nə mənsub alban keşişi hay kilsəsi­nə baş əy­mək­dən boyun qaçı­rıb (xərac hesabına müs­təqilliyini saxlayan keşiş), üzü­nü mü­səlman öl­kə­ləri­nə tutur və buralarda ona inanırlar. Qeysəri­də paşa əmr verir ki: "... başqa torpaqdan bura Kə­rəm adında aşıq gəl­sə, tutub onun yanına gətirsinlər. Hər kim də keşişin evini haman adama gös­tər­sə, dar ağacından asılacaq!"
Gö­rün­dü­yü kimi, keşişin pənah gətirdiyi adamlar, əsa­sən, türk­lər və türk hakimləridir. Keşişin danış­dı­ğı dil də elə türk dili, özü də qıpçaq ləh­cəsi olub. Onu başqalarından fərq­ləndirən boynundan asdı­ğı xaç idi. Əgər bu mövqedən çı­xış etsək, yuxarıda qeyd etdiyimiz kimi, bu, müs­təqillik əl­də etmiş alban keşişi idi. Ona gö­rə də üzü­nü türk­lər yaşayan məkanlara tuturdu. Qarabağa qayıtsa, yerli hakimlə bacara bilmə­yə­cəkdi, üz tutmağa başqa yeri də yox idi. Və yaxud, bu taxt-tacı­nı itirmiş məlik idi.
Bir mət­lə­bə də nə­zər salaq: İslam dinində kitabı olanlara o qə­dər də güc tətbiq olunmayıb. Əslinin atası xristian idi, bir yerdə qalmaq üçün vergi verə bilərdi. Sür­gün­dən yaxası­nı qurtara bilərdi. Dastandakı köçhakö­çə o, mane ola bilmir. İslamın Azərbaycanda qə­lə­bəsindən sonra, belə "Köçhakö­çü" ərəb­lər də, farslar da, səlcuqlar də salmış­dı. Bu hansı köçhaköç­dür? - sualına cavab tapmaq çətin olsa da, yuxarıda qeyd etdiyimiz kimi, rus adlanan Şimali türk tayfaları­nın Bər­də­yə yü­rü­şün­dən az sonra səlcuqların Qarabağı tutması dastan­la bü­tün tarixi hadisə­lərin hamı­sından çox səs­ləşir.
Hər halda, keşiş qı­zı Mər­yəm­lə, sadə­cə olaraq, Kə­rəmin onu təqib etməsindən, izlə­məsindən qaçmır­dı. Onu dər­bə­dər salan başqa, daha güc­lü bir qüv­və, ya hansısa hökmdarın fərmanı idi. Əslinin dilindən deyilən:

Duman gəldi dağları­mı­zı bü­rü­dü,
Fərman oldu, ellərimiz yeridi.
Kə­rəmin yaylı­ğı mən­də çü­rü­dü,
Xoca, sən Kə­rəmi tez gön­dər, gəlsin -

deməsi təsa­düfi deyildir. Yox, əgər, Əslinin atası­nı keşiş yox, məlik kimi qəbul etsək (bü­tün hallarda hay deyil) yenə də biz sür­gün­lə (köçhaköç­lə) qarşıla­şı­rıq. Yəni, Əslinin atası bu baxımdan məlik də ola bilərdi. Bu sür­gü­nün sonunun Hə­ləb­də başa çatması nə­yə­sə işarə verir. Bəl­kə, belə bir sür­gün xəli­fənin, ya da səl­cuq sultanı­nın fərmanı əsa­sında olmuş və Əslinin atası­nın keçdiyi vilayət­lər­də də köçhakö­çə başqaları­nı da qoşmuşlar, nəha­yət, sür­gün­lər Hə­ləb­də qərar tutmuşlar?
M.H.Təhmasib qeyd edir ki, Kə­rəm zəma­nəsinin savadlı adamlarından olmuşdur. Hə­lə gənc yaşlarından "Də­də" titulu almış Kə­rəm gö­zəl şeirlərin mü­əllifi idi. Də­də Kə­rəm Beyrəyin adı­nı təsa­dü­fən çək­məyib. Maraqlı­dır ki, burada "Də­də Qorqud"dakı Banıçi­çəyin adı Ağqovaqqız kimi verilir. "Ban - yuxarı­sı, damı" məna­sında işlədilir. Banıçi­çək “sifəti çiçək”, “sifəti gül” məna­sındadır, bu gün də tez-tez qızları­mıza verdiyimiz Gül­bəniz, Gülcamal, Gülyanaq, Gül­çöh­rə kimi adlara bən­zəyir.
Də­də Kə­rəm Banıçi­çəyin adı­nı "Ağqovaqqız" kimi tə­rən­nüm edir. Çox yəqin ki, bu təşbih "Də­də Qorqud"dakı "Boyu uzun Burla Xatun" və "Sərv boylum" prinsipi ilə yaranmış­dır. Qovaq azərbaycanlılar arasında bir neçə adla mövcuddur: Çinar (Qazax-Borçalı), Qə­lə­mə (Qərbi Azərbaycan), Əbrişim (Göy­çə mahalı), Daranqı (Gən­cə) və s. Bu ağac yana bö­yü­yən qovaqlıdan fərqli olaraq, sərv ağacı kimi, əsa­sən, yuxarı boy atır. Odur ki, Də­də Kə­rəm Banıçi­çəyi uca boylu kimi "Ağqovaqqız" adlandı­rıb. Misal çə­kə­cəyimiz qoşma "Əsli və Kə­rəm" dastanı­nın Türk-Anadolu variantındandır:

Hey ağalar, qanğı dər­də yanayım?
İtirdim Əslimi, gö­rən olmadı.
Pərvanə­lər kimi yandım, tutuşdum,
Yandım, alovı­mı alan olmadı.
Ağqovaqqız Beyrək bəginin dəngi,
Şah İsmayıl yarı Ərə­bü­zəngi.
Leyla da bir zaman Məcnunun dəngi,
Onlara da imdad edən olmadı.
Kim gör­müş­dü Fərhad ilə Şirini?
Onlar da sevdilər biri-birini.
Atdı kü­lün­gü­nü, verdi sərini,
Belə yar yolunda ölən olmadı.
Xurşud öz Mahı­nın izinə yatdı,
Qən­bər arzusunun dizinə yatdı.
Dünyada Şahsə­nəm murada çatdı,
Aşıq Qərib kimi gü­lən olmadı.
Kə­rəm deyər: dağ başında oturdum,
Dərdim əlli ikən yü­zə yetirdim.
Loğman kimi minbir həkim gətirdim,
Mənim bu dərdimdən bilən olmadı.

Belə qən­aə­tə gəlirik ki, Də­də Kə­rəm hardasa XI əsrdə yaşamış el şairidir. Və "Əsli və Kə­rəm" dastanı şairin (Də­də Kə­rəmin) şeirləri əsa­sında sonralar yaranmış­dır. Bəl­kə də ilk variantı elə özü yaratmış­dır. "Əsli və Kə­rəm"in Gən­cə variantı isə, bu dastanların ən gəncidir. Burada qoşmaların, gəraylıla­rın deyim tərzinin pozulmasına, (heca vəzni) bənd­lərin ənə­nəvi 3, 5, 7, 9 sayı­nın 4, 6, 8 kimi verilməsi­nə, bə­zən qoşma və gəraylı ilə heç bir əla­qəsi olmayan bəndin peyda olmasına təsa­düf edirik. Bə­zən də deyimlər­də Də­də Kə­rəm sə­nətkarlı­ğı səviyyəsindən aşağı olan bənd­lə­rə, misralara təsa­düf edirik. Ən­dəlib Qaracadağinin topladı­ğı Də­də Kə­rəm şeirləri, əl­bət­tə, Gən­cə variantından fərqli leksikaya malikdir, deyim tərzinin daha qədim döv­rə aid olduğu aşkar gö­rü­nür.
Dastanın bü­tün variantları­nın sonu Kə­rəmin yanması faciəsi ilə bitir. Də­də Kə­rəm elə ilk şeirlərindən yanmaqdan bəhs edir. Əgər Məcnun:

...Əl­bət­tə bu od ki, dü­şüb canə,
Axır tutuşub çə­kər zəba­nə", - deyirsə,

Də­də Kə­rəm:

Eşqin odlarına alı­şıb yandım,
Eşq oduna yanan - dillər nə gö­zəl, - deyir.

Klassiklərimiz bu və digər formada saray ədəbiyyatı ilə əla­qədar idilər. Onların əlyazmaları hökmdarların (çox təəs­süf, Şərqin bö­yük ədəbiyyatı­nın yaranmasına kisə­lər­lə qı­zıl xərc­lə­yən bu hökmdarların çoxları­nın heç adı da məlum deyil) sifarişi ilə yaradı­lır­dı. Yəqin, Də­də Kə­rəmin ayrı-ayrı şeirlərinin (həm də fars dilində olmayan) divan şəklində toplayıb əlyazması şəklinə salınmasına pul xərc­lə­yən olmayıb. Bu bö­yük yaradı­cı­lıq isə özü­nə ən etibarlı yeri insanların yaddaşlarında tapıb. Yaddaşlar isə bu şeirlərin bə­zən cilası­nı pozub, bə­zən tanınmaz hala salıb. Bu zəngin ədəbi irs (Kə­rəmin və Əslinin dilindən deyilən şeirlər) yenidən tədqiq olunmalı­dır. Nə­zə­rə çarpan təhriflər dü­zəldilməlidir. Əslinin dilindən deyilən şeirlərin mü­əllifinin Də­də Kə­rəm olduğuna isə şüb­hə olmamalı­dır.
Də­də Kə­rəm ortodoksal İslamın çox şeylə­rə tabu qoyduğu bir dövr­də yaşamış­dır. O dövr­də sufilik geniş vü­sət almış­dı.
Ortodoksal İslamın çox şeylə­rə tabu qoyduğu bir dövr­də İlahi mə­həb­bət yalnız ulu Tanrıya aid idi. İnsanın insana olan mə­həb­bətini Də­də Kə­rəm kimi yük­səkliyə qaldıra­nı isə o dövr­də tapmaq qeyri-müm­kün­dür. Fərhad da, Məcnun da əfsanədir, nağıl­dır. Onları əfsanə­lər aləmindən klassik ədəbiyyata dahi Nizami, Arif Ər­dəbili, Şah Qasım Ənvar, Xətai, Zəmiri, Həqiri, Füzuli, Fədayi, Məsihi, Sə­məd Vurğun kimi klassiklər gətirmişlər. Hə­rəsi də onların mə­həb­bəti­nə öz dünyagö­rü­şü, bilik səviyyəsi­nə gö­rə cila vermişdir. Də­də Kə­rəmin isə nəyi varsa özü­nün­dür. Və bu kəlamlar insanların qəlbində alov içində yanan Də­də Kə­rə­mə heykəl qoyub. O dövr­də Fərhad, Məcnun kimi Də­də Kə­rəm də öz eşqinə qovuşa bilməzdi; bu müm­kün deyildi. Dastanın ilk unudulmuş variantı­nın mü­əllifi Də­də Kə­rəm, bizcə, o vaxta gö­rə öz eşqini yaşatmaq üçün dastan variantı­nı seçmişdir. Bildiyimiz kimi, aşıqlar el yı­ğıncaqlarında, əs­gər qışlaqlarında və s. çı­xış edirdilər. Əgər dinləyicilərin az qala hamı­sı­nın əlifbanı belə bilmədiyini nə­zə­rə alsaq, tam əminliklə deyə bilərik ki, Də­də Kə­rəm öz dinləyicilərinin yaddaşında özü­nə yer tapa bilə­cəyini nə­zə­rə alaraq, öz eşqini dastanlaşdır­mış­dır. Və bu sə­bəb­dən də öl­məzlik qazanmış­dır. Digər mə­həb­bət dastanı - "Kə­rəm-Sü­sən­"ə (Ordubadlı Kə­rəmin nağı­lı) nə­zər salaq: Yuxuda buta verilir, butası gəlib onun bağına çı­xır, gö­rü­şür­lər, bir-birini sevir, azca çətinlikdən sonra qovuşurlar.
Ə­gər Də­də Kə­rəmin şeirlərini, mə­həb­bətini bü­tün Qafqaz, İran, Türkiyə və Orta Asiya bilirsə, Ordubadlı Kə­rəm haqqında, Azərbaycan aşıqları və dastan tədqiqatçıla­rından başqa, sö­zün əsl məna­sında, bilən­lər çox az tapılar. Də­də Kə­rəm alovu doqquz yüz ildir şö­lə­lənir. Dastan sə­nəti, aşıq sə­nəti yaşadıqca, Də­də Kə­rəmin alovu sön­mə­yə­cək. Dastan dahi Üzeyir bəyin (Türkiyə - Anadolu variantı) ilhamı­nı coşdurmasaydı, səh­nəmizin incilərindən sayılan "Əsli və Kə­rəm" operası yaranmazdı. "Yanıq Kə­rəm" olmasaydı, Əda­lət başqa aşıqlardan fərq­lən­məzdi. Təb­iə­tən çıl­ğın, saza-sö­zə olan alovunu Əda­lət "Yanıq Kə­rəm"­lə sön­dü­rür. Bəli, odu odla sön­dü­rür.
Bizə belə gəlir ki, saz şairlərinin xatirəsinin əbədi­ləşdirilməsinin vaxtı çoxdan yetişib. Hansı xalqın belə bir bədii söz ustası olsaydı, ona belə biganə qalmazdı. Də­də Kə­rəm buna layiq sə­nətkardır.
Azərbaycan Milli Elmlər Akademiyası, Yazı­çılar, Aşıqlar birlikləri, Mə­dəniyyət Nazirliyi, Nazirlər Soveti Də­də Kə­rə­mə layiq 900 illik yubiley keçirilməsi haqda birgə tə­şəb­büs etsə­lər, Də­dəm Qorquddan sonra Də­dəm Kə­rəmin də ruhu qarşı­sında özü­mü­zü az da olsa rahat hesab edərdik.