Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Təyyar SALAMOĞLU (CAVADOV)
İSMAYIL ŞIXLI VƏ MİLLİ - TARİXİ VARLIĞIMIZ


Südabə AĞABALAYEVA
KÜR MEYDANI RAM ELƏMƏK


Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜ­SEYN - NASİR VƏ DRA­MA­TURQ


Nisə BƏYIM


MAHCAMAL
QƏZƏLLƏR


Yeremey AYPIN
ÇAY YANVAR AYINDA
VƏ YA RIO-DE-CANEYRODA


TƏRLAN


Xatirə FƏRƏCLİ


Ə­bül­fət QA­SI­MOV
GÜNDƏLIKDƏN SƏTIRLƏR


Şövkət Zərin HOROVLU


Nərmin Nəbiyeva
TÖVBƏ


İbadət MÖVLƏLI
«ƏSLİ VƏ KƏ­RƏM» DASTANI:
TARİXİ REALLIQLAR TƏ­SƏV­VÜF KONTEKSTİNDƏ


Pa­şa KƏRİ­MOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ


İrina NIKITINA
POSTMODERNİST SƏNƏT


Fər­man XƏLİLOV
MİRZƏ ƏLİ MÖ­CÜ­ZÜN VƏFA­TI TARİXİ VƏ MƏZA­RI HAQQINDA BƏZİ QEYDLƏR


Aydın TAĞIYEV
SÜLEYMANA QALMAYAN DÜNYA


POEZİYA
 

Şövkət Zərin HOROVLU


 
ƏSRLƏR­DƏN GƏ­LƏN SƏS

Pey­ğəm­bə­ri­miz de­yib:
“Ev do­ğu­lub, öl­mək üçün­dür,
hə­yat yol­lar­da­dır”
Yol ya­şa­maq, tə­zə­dən
baş­lan­maq üçün­dür,
Sev­mi­rəm yol­la­rın ha­ma­rı­nı
dü­zü­nü,
Yol­la­rım daş-kə­sək ol­sun,
Çən-çi­sək ol­sun
Gə­dik­lər­dən “bi­rəm-bi­rəm”
qar gəl­sin,
yol­la­rı­ma ələn­sin.
Tə­ki itir­mə­yim
ba­ba­la­rın izi­ni
Yo­lum qa­ya­la­ra di­rən­sin,
yo­xuş­la­ra dik­lən­sin.
Ayaq səs­lə­rim­dən daş­la­şan,
ulu­la­şan ba­ba­la­rım
dil­lən­sin.
Ami­ra­nə səs eşi­dim
Əsrlə­rin di­bin­dən,
yol­la­rım­da bə­ləd­çitək
tut­sun mə­nim əlim­dən.
Eheyy! Tür­kün sə­si bat­maz,
Boz­qurdla­şar, yat­maz.
Türk oğ­lu türk!
Gün­do­ğan­dan - Gün­ba­ta­na
uza­nan bu yol sə­nin,
Tor­pa­ğı­na bay­raq ki­mi
San­cı­lan tək qol sə­nin.
Yö­nü­nü sal əzəl yur­dun
Tu­ra­na
Sa­va­la­na, Sə­hən­də.
Qı­lın­cı­nı al əlin­dən
Ara­zı sal kə­mən­də,
Tək qo­lu­na çar­pış-vu­ruş
dur­ma­dan,
Yol­la­rı­nın dü­yü­nün aç
ta göz­lə­mir vaxt, za­man!

Sentyabr, 2007

BİR GÖZ­DƏ ÇƏ­Kİ­LİR HAQQ DA, NA­HAQ DA

Özü qan ça­na­ğı olan dün­ya­nın,
Baş aça bil­mi­rəm heç gər­di­şin­dən.
Bu qan­lı-qa­ba­lı ya­lan dün­ya­nın,
Haq­qa dar ağa­cı qur­maq işin­dən.

Oxu çı­xıb yay­dan tə­hə­ri yox­dur,
Hə­də­fi cə­nub­dur, şər­qdir - bi­lin­mir.
Tö­kü­lən göz ya­şı, çə­ki­lən ah­dır,
Ey­nə­si açı­lıb, bir­cə yol gül­mür.

Od ilə oy­na­yır çır­pı­sı ha­zır,
Mə­lum­du oca­ğın kö­rük­lə­yən­lər.
Qərb Şər­qin hök­mü­nü əlüs­tü ya­zır,
Ana­lar qan udur, ya­nır kör­pə­lər.

Dün­ya­nın vər­di­şi ağ­lat­maq dər­di,
Mə­nim də ağ­la­yan Qa­ra­ba­ğım var.
İla­hi, sən ye­tir Mə­lik­məm­mə­di,
Qı­rıl­sın til­sim­lər, açıl­sın yol­lar.

Uşaq­lar do­ğu­lur va­qon ev­lər­də,
Bi­ri­nin qis­mə­ti cah-ca­lal olur
Qan oca­ğı olub İraq ye­nə də
Nə­si­mi ba­bam da “Sər­pa” so­yu­lub.

Qan qo­xu­yur or­da daş da, tor­paq da,
Ağ­lı­na güc gə­lib Qər­bin ta­ma­hı.
Bir göz­də çə­ki­lir haqq da, na­haq da,
Bil­mi­rəm dün­ya­nın nə­dir gü­na­hı?

DƏR­Dİ QU­CA­ĞI­NA IX­MIŞ­DI ANA

Bir ana otur­muş­du
gör­düm yol qı­ra­ğın­da
Ba­şı enib si­nə­yə
diz­lə­ri qu­ca­ğın­da.
Ağac­la­rın çi­çə­yi
kö­çüb ba­şın­da açıb
Do­daq­la­rı bom­boz­du
ya­na­ğın qa­nı qa­çıb.
Xə­ya­lı göy­lər­də­dir
fik­ri ta­rı­mar olub
Ba­ha­rın gü­lüş ça­ğı
gö­zü bu­ludtək do­lub.
Yaz­dı, daş da, tor­paq da
kö­nül ve­rib sev­gi­yə,
Ha­nı onun gü­lü­şü
Bəl­kə çə­ki­lib gö­yə?
Han­sı həs­rət ta­la­yıb
han­sı dərd əyib onu?
Bəl­kə haq­sız da­va­da
iti­rib tək oğ­lu­nu?
Fə­lək­mi qar­ğış­la­yıb
ana­nın bu ça­ğı­na,
Dərd qu­şu­du de­yə­sən,
sı­ğı­nıb qu­ca­ğı­na.
Onu tor­paq ağ­rı­sı
yurd qə­mi dö­yüb, Al­lah,
Od qı­zı li­ba­sı­nı
od­dan da ge­yib, Al­lah!
Ha­çan­sa səs­li-küy­lü
ağır bir eli var­dı.
Bir kör­pə ovut­ma­ğa
in­di bəs nə­yi var­dı?
Dərd qu­şu aman ver­mir
bur­da da din­cəl­mə­yə,
İçin­də yu­va ti­kib
qoy­mur da­nı­şa-gü­lə.
Ba­xış­la­rı çə­ki­lib
ba­har da gör­mür onu
Yol qı­ra­ğın­da dər­di
qu­caq­la­yan ana­nı.

Nab­ran, iyul, 2007.

GÖY­LƏR­DƏN GƏL­Mİ­ŞƏM MƏN YER ÜZÜ­NƏ

Göy­lə­rin qu­ca­ğın­dan yer üzü­nə gəl­mi­şəm,
Göy qa­nad­lı, nur üz­lü mə­lək­lər­lə yen­mi­şəm.
Göy nəğ­mə­si oxu­yan gü­nah­sız mə­lək idim.
Mə­lək­lər ara­sın­da haqq do­lu ger­çək idim.
Ye­rə gə­lib düş­mü­şəm za­lım fə­lək oy­nu­na,
Bu haq­sız gü­nah­la­rın mən gir­mi­şəm qoy­nu­na.
Nə bi­ləy­dim ömür də dərd ilə bəs­lə­nər­miş,
Se­vincdə də bu qə­dər qəm-kə­dər giz­lə­nər­miş?
Yax­şı­lıq ax­tar­mı­şam, ümid ve­rə kön­lü­mə,
Ya­man­lar ara­sın­da ömr et­mi­şəm sən de­mə.
Mə­nim göy mə­lək­lə­rim Qa­ra­bağ­da az­dı­lar,
Göy hə­vəs­li öm­rü­mə yer dər­di­ni yaz­dı­lar.
Yurd dər­din­dən əyil­dim də­və­nin boy­nu ki­mi,
Bu ağ­rı­nı çə­kə­cəm, de­yə­sən qəb­rə ki­mi.
Şax gəz­mə­dim bir kə­rə, bü­kül­dük­cə-bü­kül­düm,
Gü­nah­dan xə­cil olub, öz içim­də çə­kil­dim,
Ar­tan tor­paq ağ­rı­mı bəxt say­dım, qə­dər bil­dim,
Tö­kü­lən göz ya­şım­dan bu yer, bu göy doy­ma­dı,
Nə yax­şı, ümid mə­ni yı­xıl­ma­ğa qoy­ma­dı.

PA­YIZ DÜ­ŞÜN­CƏ­LƏ­Rİ

Ba­yaq­dan gə­zi­rəm dağ ara­sın­da,
Ürə­yi­mi köv­rək duy­ğu­lar alır.
Nə­zə­rim yox ilə var ara­sın­da,
Bu­daq­da çır­pı­nan yar­paq­da qa­lır.

Onun da oxu­yub pa­yız hök­mü­nü,
ağac­dan ası­lıb son ümid ki­mi.
Öz pa­yız öm­rü­mü an­dı­rıb mə­nə,
Ay­rı­lıq qı­lınctək kə­sir üs­tü­mü.

Ki­çi­cik pöh­rə­lər əsir­lər tir-tir,
Kü­lək­lər aşı­rır o yan-bu ya­na,
So­yuq nə­fə­si­lə pa­yız elə bil,
Bir həs­rət pay­la­yır bur­da hər ya­na.

Dün­ya­nın oyu­nun dü­şün­mək na­haq,
O nə­dən “bo­şa­lır”, o nə­dən “do­lur”?
Bu gün yaz öm­rü­mü ya­şa­yan yar­paq,
Sa­bah ayaq altda bir xə­zəl olur?

Cı­ğır­la qal­xı­ram üzüyu­xa­rı,
Ey­nim­də ya­şa­maq, yaz­maq hə­və­si.
Ba­şı­mın üs­tün­də dur­na qa­ta­rı,
Aya­ğım al­tın­da xə­zəl na­lə­si.

Pa­yız­dan ay­rı­lıb kö­çən dur­na­lar
Bir də bu pa­yı­za qa­yıt­ma­ya­caq.
Tə­bi­ə­tin ne­cə tə­zad­la­rı var?!
Pa­yı­zın ye­ri­ni ba­har ala­caq.

Yo­lum zir­və­yə­di, zir­və də uzaq.
Aya­ğım elə bil yer­dən üzü­lür.
Bir pa­yız ov­qa­tı nə­dən ya­şa­maq?
Zir­və­dən üs­tü­mə işıq sü­zü­lür.

QƏ­RƏN­FİL­LƏR OYAQ­DIR

Şə­hid­lər mə­zar­lı­ğı.
Göz­lə­ri­mdə yaş ya­nır,
So­yuq sü­kut daş ki­mi
bo­ğa­zı­ma tı­xa­nır.
Ne­çə ana fər­ya­dı
hey­kəl olub nə vaxtdır,
Gör ne­çə çi­çək öm­rü
bur­da so­lub nə vax­tdır.
Gün altda cıq­qır-cıq­qır
tor­paq ya­nır, qov­ru­lur,
Am­ma bur­da so­yuq­dan
in­san da, daş da do­nur.
Bir quş da ötüb get­mir,
tə­bi­ət san­ki lal­dır.
Ba­xış­lar­da qəm, kə­dər,
bir də son­suz su­al­dır.
Si­nə­si dağ­lı Ba­kı
mə­zar­lı­ğa baş əyir,
Ətə­yi­nə göy Xə­zər
göz yaş­la­rı çi­lə­yir.
Göy üzü ça­dır-ça­dır
Do­lub­dur, ya­ğa­caq­dır,
Tək­cə dər­di ovu­dan
qə­rən­fil­lər oyaq­dır.

BİR­Dİ ÜRƏ­YİM

Nə qə­dər ovu­dub ağ­la­maq olar?
Özü boy­da dərddi-sər­di ürə­yim.
Nə qə­dər el üçün ağ­la­maq olar?
Qəm do­lu Araz­dı, Kür­dü ürə­yim.

Qa­lıb yo­lay­rı­cı dü­şün­cə­lər­də,
Ağr­ı­sı­na dö­nüb se­vinc də, qəm də.
Hə­qi­qət ax­ta­rıb gəz­di­yi yer­də
Nə qə­dər ya­lan­lar gör­dü ürə­yim.

Za­ma­nın hök­mü­nə dö­züb ağ­la­dı,
Dər­din də­ri­nin­də üzüb ağ­la­dı.
Xə­yal­da yurd ye­rin gə­zib ağ­la­dı,
Ney­lə­yim, bir be­lə kür­dü, ürə­yim.

Qə­fil­dən alı­şıb yan­dı­rır mə­ni,
Gah dər­din bu­zun­da don­du­rur mə­ni,
Gah da “Kə­rə­mi”ni çal­dı­rır mə­nə,
Dərdlər xi­ri­da­rı pir­di ürə­yim.

Yı­xıl­sam, ye­nə də hay­la­ram onu,
Dər­di bir də di­nə, qoy­ma­ram onu.
Kül edib tor­pa­ğa pay­la­ram onu,
He­yif ki, si­nəm­də bir­di ürə­yim.