Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


ÖN SÖZ
 

ÖN SÖZ


 

Günlər uzanmağa başlayandan qışın qaranlıq gecələri get-gedə daralır, bahara doğru işıq yolu qısalır. İşıq payı artan hər gün bizi yaza yaxınlaşdırır. Su çərşənbəsində uşaqların qaladığı tonqallar o biri çərşənbələrin yolunu işıqlandırır…
Nəhayət gecə-gündüz bərabərliyində yaz taxtına çıxır. Qışın qar ömrü baharın ilıq baxışlarına tabhaya bilmir. Əriməyə başlayır, selə-suya dönüb çaylar, irmaqlar boyu axıb gedir. Güneyləri yaşıla bürüyən otlar qüzehlərə doğru yeriyir, bənövşə oyanmaqda olan kolların dibindən boylanıb zərif boynunu sanki yaz önündə əyir. Quşların yaz sevinci aşıb-daşır, şaqraq nəğmələri selin-suyun aramsız şırıltısına qarışır. Qaranquşlar eyvanlarda, dam qıraqlarındakı yuvalarını salamat görüb quruldaşır, sanki bir-birinə göz aydınlığı verirlər.
Təbiətin başladığı bayram insanların ürəyində əks-səda tapır, ilk yazına göz açan körpələrin üzündə sevinc sayrışır, daha bir baharını yaşayan qocalar kövrəlir, az qala uşaq kimi sevinirlər.

Ürəyin kükrəyib,
qanın çağlayıb,
gözün gülməyinə sevinir adam.
Bir təpə başında
qışın ağlayıb,
yazın gülməyinə sevinir adam.

…Hansı pəncərəni, qapını açmır,
an-an döyündürmür hansı ürəyi?
Hansı bir qönçənin dodağı qaçmır,
qönçəyə döndərmir hansı ürəyi?..

Bayram xonçaları evləri bəzəyir, növbənöv şirniyyat süfrələrə düzülür, şamlar qədim əyyamların sorağı kimi şölə çəkib yanır, daha bir Novruz axşamına işıq tutur. Həyətlərdə çatılan tonqallar uşaqların bayram sevincini ərşə qaldırır.
Bu səbirsizliklə gözlənilən gün hamını xoş ovqata kökləyir, hamıya bir bayram sevinci bağışlayır, adamları görüşdürür, yaxınlaşdırır, birləşdirir.
Sonra yenə qayğılar, görüləsi işlər, nələr, nələr…
Qoy bu Novruzun qədəmləri sayalı olsun, torpağımıza xeyir-bərəkət, insanlarımızın hər birinə səadət gətirsin.
Yollarımız bütün sədd və maneələri tezliklə yarıb keçsin, körpülərimiz düşmən tapdağı altda inləyən bölgələrimizə uzansın, həyətlərdə bayram tonqalları alovlansın, evlərdə Novruz çıraqları yansın…