Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


BAHAR SƏDALARI
 

Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


 
Yüsif BALASAQUNLU

Bahar
("Qutadğu bilik"dən)

Doğardan (Şərqdən) əsib gəldi bahar yeli,
Dünyanı bəzəyərək açdı cənnət yolunu.
Qara yel mişk ilə doldu kafir getcək,
Bəzənmək dilər dünya
gözəlliklərini göstərərək.
Əzablı qışı süpürüb apardı yaz əsintisi,
Parlaq yaz yenə qurdu səadət yayın.
Qurumuş ağaclar yaşıl donun geyindi,
Bəzəndi al, sarı, göy, qızıl rənglə.


Şah İsmayıl XƏTAİ

Bahariyyə
("Dəhnamə"dən)

Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü.
Eşq odu yenə bu canə düşdü.
Yer sesdi qəbagi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxamuşan,
Sərvin yenə tutdu damənin su.
Sərv üstə oxudu taxtə gu-gu.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Bülbül oxudu süfati-hicran,
Dəryada dür oldu əbri-neysan.
Durna uçuban həvayə düşdü,
Laçın oluban ovayə düşdü.
Alma ağacı dibindən sayə
Tən eylər idi buluda, ayə…
Yaşın yerə tökdü əbri-neysan,
Bülbüllər oxudu səd həzaran.
Mey bəslədi jalə hər vərəqdə,
Turac kitab oxur təbəqdə.
Qum-qum dər idi ağacda qumri,
Məst oldu bənövşə içdi xəmri.
Şax üstə qabaqlar astı halı,
Qu gərdənindən verir misalı.
Quş beşçələri ünü yuvadən,
Məktəb ünü tər gəlir həvadən
Boyandı zəmin həzar rəngə,
Övraqi-şəcər də təngə-təngə.
Neylufər açıldı suya girdi,
Pirahənini başına bürdi.
Çinar əlini çu rəqsə açdı,
Gah xırda zərin şəbanə saçdı.
Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi şaxın.
Yarpağı ağaclar üstə lərzan,
Kimisi çu tir, kimisi peykan.
Səh tuti axar şəkər kəlamın,
Qənd ilə pür etdi bəndü damın.
Döndü vətəninə cümlə quşlar,
Gəldi yuvasına qırlaquşlar…


Abbas TUFARQANLI

***
Budur gəldi bahar fəsli,
Dağların lalə vaxtıdı.
Açılıbdı qızıl güllər,
Bülbülün bala vaxtıdı.


Ağ AŞIQ

***
Sən baharın qonağısan,
Boynu buruq bənövşələr.
Eşq əhlilər qınağısan,
Boynu buruq bənövşələr.

Məcnun Leyla xəyalında,
Kərəm Əsli sorağında,
Qurbaninin qəm bağında
Boynu buruq bənövşələr…

Dirili QURBANİ

***
Başına döndüyüm a gözəl pəri,
Adətdir dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altına düz bənövşəni…
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq əqlin itirmiş.
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyıf ki, dəriblər az bənövşəni…