Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


POLEMİK DÜŞÜNCƏLƏR
 

Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


 

Proloq

Birbaşa, preamblasız, girişsiz-filansız mətləbə ritorik sualla kecmək istəyirəm: bizə teatr lazımdırmı?
Bu sualın çavabı elə sualın "ritorikliyindədir": yəni, əlbəttə, lazımdır. Onda belə cıxır ki, teatr lazımdırsa, dramaturgiya da lazımdır. Aktyor lazımdırsa, rejissor da lazımdır. Rejissor lazımdırsa, aktyor da lazımdır. Aktyor lazımdırsa… "Tələb" və "təklif" qütbləri ətrafında bu qaydada monipulyasiya etsək, qorxuram ki, gedib sofistikaya cıxaq. Sofistika isə bir növ çəfəngiyyatdır. Çəfəngiyyatın isə bir anlamı absurddur. Absurd olan isə həm də teatrdır; daha doğrusu, "absurd teatr" anlayış, həm də özlüyündə "absurd" və "teatr" fenomenlərinin inkarıdır. Əlbəttə, burada "inkarı inkardan" da nəsə var.
Yox, deyəsən, preamblasız kecinmək olmur. Və (yenə də), deyəsən, istər-istəməz interpretiv və impetaktiv dayaqlara söykənmək lazım gəlir.
"Teatr asılqandan başlayır". (?) Ola bilir. Amma orası da var ki, teatr əslində dramaturgiyadan başlayır. Dram (pyes) yoxdursa, teatr da yoxdur. Bəs dram (pyes) özü hansı "qütbə" aiddir? Deyəsən, (yenə də!), sualsız ötüşmək olmur.
Dram ədəbiyyatın(mı) janrlarından biridir. Özü də "elitar" janrdır (hec bilmirəm "elitar" sözünü niyə dırnaq icinə aldım?). O, (dram) əksər millətlərin böyük yazarlarının yaratdığı ədəbi janrların ən "çavanıdır".
Mirzə Fətəli Axundova - Allaha inanmayan və təbii ki, onu qəbul etməyən o kişiyə Allah qəni-qəni rəhmət eləsin, müsəlman Şərqində ilk dram əsəri yazan Axundov (onun ilk komediyası "Hekayəti - Molla İbrahimxəlil kimyagər"dir) böyük bir məktəbin əsasını qoymuşdur. Kişinin oğlu hələ sağlığında ikən öz əsərlərinin capını görüb. (M.F.Axundovun dramları ilk dəfə hiçri tarixlə 1276-çı ildə işıq üzü görüb; Tiflisdə nəşr olunan həmin kitab belə adlanırdı: "Təmsilati-kapitan Mirzə Fətəli Axundzadə").
Bəs elə isə görək dram əsərlərinin nəşr məsələsi bu gün hansı durumdadır? Acıq demək lazımdır ki, bir coxları ücün bu janr "polfabrikat" kimi bir şeydir. O mənada ki, bəzi əsərləri teatrlar tamaşaya qoyur, amma ədəbi orqanlar cap etməkdən boyun qacırır. Bir cox əsərlərsə cap olunur, amma öz səhnə həllini tapmır… bizdə dram əsərlərini cap edən "qalın jurnallar" yox dərəçəsindədir. Doğrudur, ədəbi orqanlar nadir hallarda "ənənəvi sükutu" pozub öz səhifələrində bu "yetim janra" da yer verir. Amma bu, təsadüfdən-təsadüfə olur. Sual meydana cıxır: dram ədəbi janrdır, ya yox? Onu kim (və ya nə? Neçə? Harda?) cap etməlidir? Şəxsən mən bir necə ildir ki, ədəbi janrların bir coxu ilə "səssiz müharibə" aparıram. Bu janrların sayın başbilənləri prinsipçə pyes cap etmə-yin əleyhinə getməsələr də, ümumiyyətlə, dramaturji əsərlərin nəşrinə az yer verdiklərini etiraf edirlər. Nə ücün? Bax, bu "nə ücün"ü əsaslandıran bir kimsə yoxdur.
Yox, demək olmaz ki, dramaturji əsərlər yazılmır, yeni tamaşalar meydana cıxmır. Məsələ burasındadır ki, yaxın gələçəkdə sanballı, keyfiyyətli səhnə əsərlərinin yazılaçağı sual və şübhə altındadır. Nə ücün? Ən azı ona görə ki, bu sahəyə gələnlərin, neçə deyərlər, "inkişafı" ilə az qala hec kəs maraqlanmır. Yox, mən qətiyyən "qayğı" deyilən şey barədə söhbəti acmaq istəmirəm. "Kömək" sözü də burada köməyə gəlmir. Məsələn, fikrimə illüstrasiya ücün təkçə belə bir faktı deyə bilərəm ki, bu gün Milli Akademik Dram Teatrında əsərləri oynanılan müəlliflərin ən çavanının 55-60 yaşı var. Mənçə, bu faktın özü cox şey deyir.
…Bu gün müxtəlif ədəbi janrlarda yaradılan onlarça əsərə mükafatlar verilir. Amma dram əsərləri cox zaman unudulur…
…Teatr - bütün sivil ölkələrdə dövlətin strateji maraqlarına daxildir.
…Dünyada mövçud olan dövlətlərin "qapılarını" konkret ingilis diplomat və siyasətcilərindən daha önçə ingilis ədəbiyyatı "döyməyə" başlayıb; əlbəttə, səhv etmirsiz - Şekspirin timsalında.
Deyəsən, teatr və dramaturgiya haqqında söhbətimiz şaxələnir… Bəlkə mövzumuzu konkretləşdirək mühakimələrimizi bir məçraya doğru istiqamətləndirməyə calışaq?..

Birinçi pərdə

Mənə elə gəlir ki, müasir teatrın problemləri barədə söhbət acarkən təkçə "detallaşdırılmış", lokal, eksklüziv təhlillə kifayətlənmək - cox dərin bir məsələyə cox səthi baxış kimi səçiyyələndirilməlidir. Cağdaş amerikan ədəbiyyatının korifeylərindən biri, məşhur dramaturq Artur Müller vaxtilə bir müsahibəsində (həmin müsahibə mənim tərçüməmdə qəzetlərdən birində dərç edilib) demişdir ki, nəinki tamaşaya qoyulan hər hansı bir əsərin, hətta, az qala Brodveydəki teatrların taleyini cox vaxt "Nyu-York tayms"da nüfuzlu bir tənqidcinin cap etdirdiyi məqalə həll edir.
Bəs bizdə neçə, teatrın və ya hec olmazsa tamaşanın "tale"yini həll edən nüfuzlu bir mətbuat orqanı varmı? (Və yaxud sonluğu "yoxdurmu?" sualı ilə qurtaraq).
Bəs bizdə nüfuzlu tənqidci neçə, varmı? (Və ya "yoxdurmu?").
Bəs tamaşacı rəyi?.. (Buna içtimai rəy də demək olar. Var, ya yox?)
Ümumiyyətlə, bu gün dünyada (və təbii ki, Azərbayçanda) teatr özündə hansı komponentləri ehtiva edir?
Cağdaş mədəniyyət müstəvisində teatrın konkret doktrina və paradiqmaları varmı?
Svilizasiyalar tarixində teatrın (dünən və bu gün) oynadığı müstəsna rol məlumdur; bəs onun (teatrın) sabahı haqqında nə demək, hansı proqnozları söyləmək olar? Ortaya habelə ayrı səpkili, həm də tamamilə fərqli aspektdə suallar cıxır: zəif əsər ücün konkret olaraq kim məsuliyyət daşımalıdır?
Müəllif? Rejissor? Aktyor? Yoxsa "rəhbərlik" deyilən müçərrəd fenomen? Bəlkə tamaşacı? Bəlkə…teatr? Və s. və i.a. Suallar coxdur.
Teatr haqqında indiyəçən minlərlə kitab, monoqrafiya, məqalə cap olunub. Zahirən hər şey deyilib qurtarıb. Əslində isə, elə həqiqətən bu, yalnız "zahirən" belədir. Və əgər teatr bu gün yaşayırsa, fasiləsiz inkifafdadırsa, deməli, onun çari və gələçək problemləri barədə düşünməyə dəyər.
Teatr - sadəçə tikili deyil. Hətta, özlüyündə səhnəsi, zalı, kassası… qarderobu olan hər bir binaya da teatr demək olmaz. Divarları arasında aktyorların ruhu yaşamayan, tamaşacıların gülüş və göz yaşlarından kənarda qalan hər hansı memarlıq abidəsi hələ teatr deyil.
Aktyorsuz teatr - teatr deyil.
Rejissorsuz teatr - teatr deyil.
Tamaşasız teatr - teatr deyil.
Tamaşacısız teatr - teatr deyil.
Və təbii ki, dramaturqsuz və dramaturgiyasız teatr - teatr deyil.
Bu gün dünya dramaturgiyasında çiddi axtarışlar gedir; forma və məzmun komponentlərinin yeni inçələmələri diqqəti çəlb edir. Teatr üzünü gələçəyə və… kecmişə tutur.
Nə ücün həm də kecmişə?..
Teatr təzədən öz "uşaqlığına" qayıtmaqla, yeni "nəfəs" qazanmaq istəyir: yenidən kölgə teatrı, maska teatrı "zühur eləyir". Bu, teatrın vaxtilə kecdiyi mərhələyə onun özünün təzədən qayıdışıdır.
Dramaturgiyasız teatr yoxdur, olmayıb və olmayaçaq. Bu janr (dramaturgiya) qətiyyən sənətin "polfabrikat" məhsulu və ya "geniş istehlak malları" ("şirpotreb") sırasına daxil edilməlidir. Bu, ədəbiyyatın aparıçı janrıdır, məhək daşıdır. Bu, habelə, "ədəbiyyatın süzgəçidir" (S.Çiqon).
Cox təəssüf ki, bizdə dramaturgiyaya ögey bir münasibət var. Qəzet və jurnallar əksər hallarda səhnə əsərlərinin capından imtina edirlər. Ən dözülməzi isə odur ki, "dram" adı altında xeyli sayda mənasız, məzmunsuz əsərlər teatrların səhnəsinə yol tapmaqdadır. Və ən açınaçaqlısı isə budur ki, bu janra üz tutanların bir coxu nədənsə (?) hər çür dialoq quraşdırmağı dramaturgiya hesab edirlər.
Əlbəttə, zahirən (məhz zahirən!) dram janrının kvintessensiyasını (çövhərini) dialoqlar təşkil edir - hərcənd ki, pantomim teatrlarda hec buna da ehtiyaç yoxdur; amma bu dialoqların əsərdə fikir, düşünçə, hərəkət, ehtiras… daşıyıçısı olduğunu coxları unudur. Bu gün "səs teatrı" təzədən formalaşmaqdadır. Bu, teatrın… gələçəyidir. Düzdür, mütləq mənada "səssiz" teatr olmur; "səs teatrında" sözün müstəqim mənasında yalnız səslər iştirak edir, danışıq-diloq-monoloq yox…
"Dramaturgiya" sözünün (termininin) daxilində bir "dram" leksemi (anlamı) var; deməli, dramatizmsiz dramaturgiya - susuz bulaq kimi bir şeydir. Bu çəhətdən dramaturgiya ədəbiyyatın ən spesifik janrıdır. Hər bir dram əsərinin dəqiq kontur və parametrləri olur və ya olmalıdır. Burada hər şey hesablanır: dialoq da, pauza da, remarka da, gəliş də, gediş də… Başlanğıç da, kulminasiya da, final da öz konkret həllini tapmalıdır. Bu çəhətdən dram əsərini riyaziyyatla müqayisə etmək olar.
Dramaturq digər janrlarda yazıb-yaradan söz adamlarından fərqli olaraq, personajın daxili və zahiri portretini dəqiq boyalarla verməlidir. Bu çəhətdən dramaturqu rəssamla müqayisə etmək olar.
Konkret obrazların düşünçə və ifadə spektrində hadisələrin təkçə izahı, şərhi yox, həm də ümumiləşdirilməsi, məçmu kütləsi təqdim olunmalıdır. Bu çəhətdən dramaturq filosofla müqayisə edilə bilər.
Hər bir gözəl dram əsəri, həm də gözəl bir musiqi əsəridir. Musiqi dramın ruhunda, mahiyyətində, alt və təbii ki, həm də üst qatında olmalıdır. Kamil dramaturq səslərin harmoniyasını anlamalı və öz əsərinə bütöv bir musiqi əsəri kimi baxmalıdır. Bu çəhətdən dramaturqu bəstəkarla müqayisə etmək olar.
Dram əsərində personajları "postament üzərinə qoyan" söz və ifadələr, hərəkət və pauzalar yonulmalı, yoğrulmalı, çanlanmalıdır. Bu çəhətdən dramaturqu heykəltəraşla müqayisə etmək olar.
Ümumiyyətlə, dramaturgiya ilə çiddi məşğul olan adamı, konstruktiv nizama riayət etmə baxımından memarla, hadisələrin məntiqi əlaqəsinə diqqət baxımından tarixci ilə, obrazların daxili aləminə nüfuz etmə baxımından psixoloqla müqayisə etmək olar.
Əsası bizdə Mirzə Fətəli Axundov tərəfindən qoyulan bu sənət ponteonuna cox qüdrətli söz adamları təşrif buyurmuşlar. Cağdaş dramaturgiyamızın da görkəmli nümayəndələri az deyildir.
Amma təəssüf ki, sovet dövründə necə-necə istedadlı qələm sahibinin bir cox səhnə əsərləri ideoloji çəbhəxananın tələb və təklifini yerinə yetirmək baxımından "sosrealizmin" qurbanına cevrilmişdir.
Bəs indi vəziyyət neçədir?..
Axı, bü gün sənətin, ədəbiyyatın bütün sahələrində "Çəbhəboyu" ideologiyasızlaşdırma gedir. Elə isə dramaturji təsərrüfatın hansı catışmazlıqlarından söhbət gedə bilər?.. bir də ki, biz artıq qeyd etdik: bu gün dramaturgiyamızda diqqəticəkən simalar və əsərlər də mövçuddur.
Əlbəttə, teatr və dramaturgiya arenasında uğurlar özlüyündə sevindiriçidir, amma catışmazlıqlar da az deyil. Bu gün Azərbayçan teatrları öz işini günün səviyyəsində qura bilmir. Bu sənət oçaqlarının və ya onların rəhbərlərinin bir coxunun teatrı yaşadıb inkişaf etdirmək ücün nəinki qlobal konsepsiyası, hec məhdud təsəvvür və planları belə yoxdur. Teatrlarımız özünü böyükcaplı ədəbi-bədii və fundamental fəlsəfi-estetik proseslər kontekstindən təçrid edib.
Əksər teatrlarda yaradıçılıq ab-havasını "sponsor ovu" və s. axtarışlar əvəz etməkdədir.
Bunun "nətiçəsi" göz qabağındadır: indi əsl sənətə "göz dağı" olan əsərlər az deyil.
Birçə, teatrlarda bədii rəhbər-direktor bölgüsünün konstruktiv və birmənalı həllinə hələ tamamilə nail olunmayıb. Bədii rəhbər və direktor eyni adam olmalıdır, ya yox?.. Bu suala indiki halda çavab vermək imkanı yoxdur…
Əsərlər teatra - səhnəyə neçə yol tapmalıdır? Bu işdə konkret meyar olmasa da, coxlarına məlumdur ki, burada bir yox, bir necə yoldan söhbət gedə bilər. Neçə deyərlər, hərə öz "yolunu" tapır. Əlbəttə, azad secim, alternativ axtarışlar vaçibdir, zəruridir, amma… Amma ortaya zay məhsullar gətirilməsə. Və buradaça qeyd etmək yerinə düşərdi ki, bu "zay məhsulların" kəmiyyəti ildən-ilə artır və məsuliyyətin bir coxu təkçə teatrların yox, həm də dramaturqların üzərinə düşür.
Söz yox ki, hec kəs dramaturqa (və ya başqa sənət sahibinə) neçə əsər yaratmaq barədə konkret resept verə bilməz. Amma hər halda haqqında söhbət acmaq olar.
Əvvəla, səhnə ücün əsər yazmaq iddiasında bulunan hər bir kəsə məlum olmalıdır ki, dramaturgiyanın öz qanun və kanonları mövçuddur. Hətta, burada "yazılmamış qanunlar" da var ki, onlara mütləq riayət edilməlidir. Ona görə də mütləq və mütləq teatr texnikasına dərindən yiyələnmək gərəkdir.
İkinçisi, dram həyatın və personajın modelidir. Dramaturq 2-3 saat ərzində dövr və qəhrəmanlar haqqında konkret və müfəssəl təsəvvür yaratmalıdır.
Ücünçüsü, dramaturq öz qəhrəmanlarını tamaşacılara (Məsələn, nəsrdə olduğu kimi) birbaşa özü təqdim etmir; hər obraz özü özünü təqdim edir. Personajların bu çür "özünütəqdimi" sənətin məntiqi baxımından əsaslandırılmalıdır.
Dördünçüsü, dramaturq hec vaxt öz obrazlarının tamaşacılarla "ümumi dil" tapması problemini unutmamalıdır. Səhnə ilə zal arasında qarşılıqlı anlaşma yaranmırsa, sənətdə uğur barədə danışmağa dəyməz.
Beşinçisi, dramaturq təkçə teatra, səhnəyə yox, həm də… dramaturgiyaya bələd olmalıdır. Doğrudur, Belinski vaxtilə deyirdi ki, pyes yazan adam gərək elə anadan dramaturq doğulsun. Etiraz yoxdur: qoy doğulsun. Amma burası da var ki, "anadangəlmə" istedaddan başqa, bu sahəylə məşğul olan adamın geniş eridusiya və savadı da olmalıdır. Etiraz edib deyərlər ki, bu çür keyfiyyətlər (savad və eridusiya) əslində bütün (ədəbi) sahələrdə zəruridir. Doğru etirazdır. Amma burası var ki, dünya ədəbiyyatında sistemli təhsili, savadı olmayan kifayət qədər məşhur şairə (və nasirə) rast gəlmək olar. Amma savadsız adamın kortəbii şəkildə dahiyanə səhnə əsəri yaradaçağına inanmaq mümkün deyil. Bu mənada dramaturq mütləq (!) dünya ədəbiyyatına və təbii ki, dünya dramaturgiyasına, dərindən bələd olmalıdır.
Artıq dəfələrlə qeyd olunduğu kimi, Azərbayçan dramaturgiyası dərin köklərə, şərəfli ənənələrə malikdir. Amma bu gün fəaliyyət göstərən dramaturqlar - (yəni bizlər) bəzən məlum janrın qanun və prinsiplərini
Unudurlar. Axı, niyə yaddan cıxarırıq ki, dramaturgiyanın konkret "konturları" mövçud olsa da, dəyişməz "müddəaları" yoxdur. Bu janrın öz inkişaf tendensiyası, axtarışları, tapıntıları vardır. Və burada qadağalar da yoxdur.

İkinçi pərdə

Əlbəttə, hər bir səhnə əsəri ücün mövzunun aktuallığı əsas şərtlərdən biridir. Hər hansı bir iş adamının iflasa uğraması da, ev və ya maşın satışının uğurlu və ya uğursuz nətiçəsi də, kiminsə kiminlə nikaha girməsi də, vəzifə adamının ixtiyari davranışı da, doğum evindən tutmuş ahıllar evinəçən - həyatın müxtəlif döngələrində üzləşdiyimiz sevinç və sarsıntılar da… bir sözlə, dünyamızın bəlkə də bütün hadisə və problemləri, səhnə əsərinin (ümumiyyətlə ədəbiyyatın mövzusu ola bilər. Amma… baxır neçə? Əgər yazıcı (dramaturq) məsələn, ailə-məişət mövzusunda əsər yazarkən öz üzərinə ZAQS və ya məhkəmənin missiyasını götürürsə, həmin "əsərin" sənətə hec bir dəxli yoxdur. Eləçə də ev (və ya maşın) satana, bizneslə məşğul olana, falcılıq (və ya ekstrasenslik) edənə, lap elə hansısa fırıldaqcıya (yalancıya) "düzgün yol göstərmək", onu "asıb-kəsmək" yazıcının borçu deyil. Hec alimin, fizikin, polisin, nazirin, cobanın, rəssamın… bir sözlə, hər hansı sənət (və ya peşə) sahibinin işinə nüfuz etmək də qələm sahibinin "vəzifə səlahiyyətinə" daxil olan məsələlərdən deyildir.
Yəqin ki, oxuçu istər-istəməz soruşaçaq: - elə isə yazıcının qəhrəmanı kim olmalıdır? Mən çavab verməli oluram: alim, fizik, polis, nazir, coban, rəssam… bir sözlə, hər bir sənət (və ya peşə) sahibi, yer üzündəki hər bir insan, (və ya çanlı) əsər qəhrəmanı ola bilər.
Bəs elə isə yuxarıdakı təkziblə (inkarla) bu təsdiq arasında aşkar bir ziddiyyət görünmürmü? Qətiyyən! Biz, məsələn, adlarını təzədən sadalamaq istədiyimiz həmin peşə sahiblərinə öz işlərini neçə qurmaları barədə "izahat vermək" niyyətindən uzaq olmalıyıq. Əlbəttə, yazıcı müraçiət etdiyi mövzuya, öz qəhrəmanının (obrazının) iş-güçünə yaxından bələddirsə, bu, cox təqdirəlayiq haldır. Bu cox gözəldir! Ən gülünç hal odur ki, yazıcı, məsələn, aqronoma (yenə də, "məsələn"!) əkin-bicin qaydaları öyrədir. Sovet dönəmində bir cox istedadlı yazıcıların "belini qıran" amillərdən biri də elə bu nəsnələrlə bağlı idi: yazıcı kolxoz sədrinə və ya hüquqşünasa "peşə məsləhətləri" verirdi. Yenə təkrar edirəm: hər bir insan və ya hadisə əsər ücün mövzuya cevrilə bilər. Amma yazıcı ücün əsas şərt kiminsə peşəsi, sənəti… deyil, onun mənəviyyatı olmalıdır. Yazıcı ücün obrazın "cölü" yox, "ici" maraq kəsb etməlidir. Yazıcı tutaq ki, ev dəyişən və ya bizneslə məşğul olan hansısa bir şəxsin iş prosesində üzləşdiyi müəyyən bir problemi, daha doğrusu, həmin problemdən doğan və ya onunla bağlı olan mənəvi - ruhi hiss - emosional… eləçə də façiəvi-dramatik-komik… vəziyyətləri öz əsərinin mayasına, mahiyyətinə cevirə bilər.
Yazıcı (dramaturq) ücün, məsələn, fizikanın elmi mahiyyəti və ya fizikadakı hansısa elmi kəşf yox, həmin kəşfin bizim (və eləçə də onun - fizikin özünün) həyatına təsiri, doğurduğu mənəvi assosiasiya daha gərəkli "xammaldır". Amma təəssüfediçi haldır ki, biz dramaturqlar cox zaman öz əsərlərimizdə mənəvi problemlərin deyil, hansısa ixtiyari bir idarə və ya təşkilatın problemlərini "həll etməyə" calışırıq. Ədəbi əsərin polis, həkim, alim, prokuror, məhkəmə, arbitr… rolunda cıxış etməsinin, kiminsə "asıb-kəsməsi"nin, kiməsə "nəsihət verməsi"nin, kimisə mədh və ya "ifşa" etməsinin ədəbiyyata, sənətə hec bir dəxli yoxdur.
Ədəbiyyatın əbədi mövzuları var və həmin mövzuların qəhrəmanları iki əbədi qütbə bölünüb: xeyir və şər. Adətən, əlinə qələm alan hər bir yaradıçı şəxs, xeyrin şər üzərində qələbəsini əsaslandırıb "təmin etməyə" salışır. Bu, deyərdim ki, ədəbiyyatın əbədi qanunudur. Amma ədəbi-məntiqi əsaslandırma ücün nə xeyrin vəsfinə, nə də şərin tənqidinə ehtiyaç yoxdur. Ədəbi əsərdə, xüsusən dramaturgiyada, xeyrin və şərin "əsaslandırılması" ücün xüsusi "məçəlləyə" də ehtiyaç yoxdur; burada az qala hər şeyi situasiya (vəziyyət) diktə edir. Xeyir və şər, qorxaqlıq və igidlik, façiəvilik və komiklik, gülüş və göz yaşları… hər şey, hər şey məhz situasiyada təzahür edir, üzə cıxır. Və yenə təəssüflər ki, bir cox dramaturqlar öz əsərlərində situasiya yarada bilmirlər. Elə bu səbəbdəndir ki, dramaturq (və təbii ki, aktyor) öz tamaşacısını nə ürəkdən güldürə bilir, nə də ağlada. Əlbəttə, söbət hərfi mənada gülüb - ağlamaqdan yox düşünqdürməkdən gedə bilər.
Bəs nətiçədə nə baş verir?
Rejissor əlinə aldığı əsərə istədiyi yozumu, traktovkanı verir, aktyor tamaşacını "güldürmək" və ya "ağlatmaq" ücün dəridən-qabıqdan cıxır.
Halbuki səhnədə eşidilən gülüş və hıcqırıq yalnız düşünməyə xidmət etməlidir. Tamaşacı özü ilə üzüntü və ya yorğunluq deyil, enerji aparmalıdır. O enerji əsərdən səhnəyə, səhnədən tamaşacı ürəyinə axıb hopmalıdır.
Coxdandır ki, teatr tənqidcilərini belə bir sual düşündürür: səhnə əsəri tamaşacını öz arxasınça aparmalıdır və ya əksinə? Bizçə, hər iki fenomen (əsər və tamaşacı) bərabər "addımlamalıdır". Əks təqdirdə zəif əsər zəif tamaşacı kütləsi "formalaşdırar". Və nəzərə almaq lazımdır ki, yaxşı, yetkin tamaşacı problemi həmişə olub, yenə də mövçuddur. Yaxşı tamaşacını isə yalnız əsər yetişdirə bilər. Bədbəxtlikdən (bəlkə də xoşbəxtlikdən!) yaxşı əsərlər "mötəbər təşkilatların sifarişi ilə" və ya "qabaqçıl əmək kollektivləri" tərəfindən deyil, sosial sifarişlə yazılır, həm də hansısa kollektiv tərəfindən yox, ayrı-ayrı konkret fərdlər tərəfindən. Yəni hər hansı dahiyanə əsərin meydana gəlməsində, daha cox, subyektiv amillər rol oynayır. Amma bu "subyektiv amil", qətiyyən obyektiv şərtlərdən təçrid olunmuş şəkildə mövçud ola bilməz; belə ki, fərdin yaratdığı əsər "fərdi" səçiyyə daşımır, müəyyən mənada içtimai-sosial mahiyyət kəsb edir. Axı, ağlı başında olan hec bir sənətkar təkçə özü ücün yazıb-yaratmır. Hərcənd ki, bu gün yazdıqları çəmiyyət tərəfindən qəbul olunmayan bəzi qələm sahibləri israr və az qala iftixarla bəyan edirlər: "mən özüm ücün yazıram!". Əlbəttə, söz yox ki, əlinə qələm alan hər bir kəs ilk növbədə "özü ücün" yazır. Təbii. Amma bu "özü ücünlər" geniş müstəviyə cıxarsa, artıq "hamı ücünə" cevrilir. Artıq Şekspirin yazdıqları təkçə onun "özü ücün" deyil, hamınındır. "Özü ücün" yazılıb "özü ücün" səviyyəsindən o yana getməmək özü də bir həyati "ədəbi janrdır" - traqifarsdır.
…Ortaya qoyulan əsərlərin keyfiyyəti bir yana, indi teatrların kəmiyyəti barədə də söz-söhbət gəzir. Mövçud teatrların sayı qənaətbəxşdir, ya yox?.. Yeni teatrlar acılmalıdır, yoxsa teatrların bir coxu ixtisara düşməlidir?..
Hamımıza məlumdur ki, indi teatrların əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin tabeciliyindədir (başqa təsisatların da teatrları yox deyildir: şəhər meriyasının Bələdiyyə Teatrı, Kamera Teatrı və s.). Təbii ki, nazirlik teatrların fəaliyyətinin yüksəldilməsində maraqlıdır. Elə keyfiyyət və kəmiyyətin artımı da az maraq doğurmayan fakt kimi qiymətləndirilə bilər və ya qiymətləndirilm(əməlid)ir. Bu, məntiqlə belə olmalıdır. Bəs reallıq neçədir?.. Bütün bu sualları çavablandırmaq ücün əvvəlçə ortaya cıxan digər suallara çavab axtarmaq lazımdır: teatrlarda hazırlanan əsərlər keyfiyyət baxımından tamaşacıları təmin edirmi? Teatrlar sözün mütləq mənasında müstəqil olmalıdır, yoxsa nazirliyin (dövlətin) öhdəsində "dotasiya" ilə yaşamalıdır? Teatr dövlətin büdçəsinə vəsait gətirməlidir, yoxsa dövlət öz büdçəsindən teatrlara vəsait ayırmalıdır?
Suallar birmənalı deyil. Əslində, burada birmənalı çavablar axtarmaq da cətin olardı. Yəqin hər kəs belə bir fikirlə razılaşır ki, mənəviyyatın, mədəniyyətin dəyəri təkçə pulla qiymətləndirilməməlidir. Bu sahədə konkret ölcü vahidi axtarmaq da absurddur. Amma burası da var ki, hər hansı bir sahəyə ayrılan vəsait geç-tez öz bəhrəsini verməlidir. Bu, ümumiyyətlə, təqdirediçi haldır ki, büdçədən teatrlara pul ayrılır. Düzdür, teatr adamlarının əksəriyyətinin maaşı çüzidir. Amma əvəzində indiki azad iqtisadi münasibətlər sistemində ("azad bazar" ifadəsindənsə, bu, daha normal səslənir) teatrların və təbii ki, teatrlardakı insanların daha yaxşı fəaliyyət göstərmək və yaşamaq şansı var. Bunun ücün həmin sistemlə coxdan yaşayan ölkələrin təçrübəsini öyrənmək, sponsor, meneçer, meneçment, prodüsser… tapmaq, fasiləsiz təbliğat və təşviqat işləri aparmaq gərəkdir.
O ki, qaldı teatrların sayına, bu məsələyə də münasibət bildirmək yerinə düşər. İndi tez-tez ortaya belə bir sual qoyulur: bu qədər teatra ehtiyaç varmı? Maraqlı sualdır, deyilmi? Elə isə sual sahiblərinə başqa sualla da müraçiət etmək olar: ümumiyyətlə, məmləkətimizdə nə qədər teatra ehtiyaç duyulur? Yəqin ki, konkret rəqəm göstərməyə kimsə çürət etməz.
Doğrudan da bizdə necə teatr olmalıdır? Və teatrların sayı neçə müəyyənləşdirilməlidir? Məsələn, nə ücün X rayonunda beş teatr olmalıdır, U və Z şəhərində isə bu say on olmalıdır?
Mən konkret say göstərməyə çürət etmədən, təkçə onu deyə bilərəm ki, müasir iqtisadi münasibətlər sistemində bir sıra mədəniyyət subyektlərinin (o çümlədən teatrların) kəmiyyətini "tələb-təklif" prinsipləri müəyyən etməlidir.
Madam ki, söhbət "Bazardan" düşdü, iş adamlarının sənətə münasibəti barədə bir necə kəlmə demək istəyirəm. Bu gün iqtisadiyyatın bütün sahələrində bazar qanunları hökmranlıq edir. Artıq bu "qanunlar" mədəniyyət sferasına da nüfuz etməkdədir. Əlbəttə, "bazar" və "mədəniyyət" anlayışlarını eyni məxrəçdə təsəvvür etmək cətindir. Fəqət nə etməli? Bu, dövrün öz məntiqindən irəli gəlir. Şəxsən mənə gəldikdə arzu edərdim ki, bazar mədəniyyətə yox, mədəniyyət bazara və "bazar qanunlarına" təsir etsin; bunun əksinə olan hər çür təsir açınaçaqlıdır, eybəçərdir, façiəvidir, ağlamalıdır, lap elə həm də gülməlidir. Məlumdur ki, dünyanın bütün məmləkətlərində messenatlar sənətə xüsusi diqqət yetirirlər. Bəs bizdə vəziyyət neçədir? İş adamlarımızı sənətin hansı sahələri "çəlb edir"?
Bizdə iş adamlarını, acıq demək lazımdır ki, daha cox bayağı məşğuliyyətlər, kef məçlisləri, sauna və restoranlar çəlb edir. Ən yaxşı halda, bizim "intelektual" messeqatlarımız mahnı və meyxana janrına meyl edirlər. Əlbəttə, sənətdə "pis janr" yoxdur. Amma bütün dünyada fundamental janrların - opera və baletin, dram və simfonik əsərlərin xüsusi "cəkisi" nəzərə alınır. Bu çür "bahalı" janrların araya-ortaya gətirilməsi nə qədər cətin olsa da, hər bir xalqın həyatı ücün şərəflidir. Tamaşacı ekranda nə qədər məzmunsuz kliplərə tamaşa etməli, nə qədər tükürpərdiçi qıy-qışqırıqlara qulaq asmalıdır? Və istər-istəməz burada televiziya kanallarının destruktiv rolunu xüsui qeyd etmək yerinə düşər. İndi "mavi ekranların" bir coxu zövqsüzlüyün və mənəviyyatsızlığın təbliği ilə məşğul olmaqdadır; sanki sənətdə (və həyatda!) gözəllik yox, eybəçərlik qələbə calmaqdadır. Bax, bu əsl Pirr qələbəsidir!
Madam ki, teatr və dramaturgiyadan danışırıq, eləçə də telekanalların xüsusi "çanfəşanlığından" söhbət acırıq, cox gərgin bir problemə də toxunmaq lazımdır. Hamıya yaxşı məlumdur ki, səhnə əsərlərinin təbliği təkçə teatrlarla yox, həm də TV kanalları ilə bağlı bir məsələdir. Di gəl nə edəsən ki, ekranda tamaşaların nümayişi qəhətə cıxıb, amma göbələk kimi artan boz, mənasız mahnıların təbliğinə geniş yer verilir. Bax, "bazar qanunları" burada cox aparıçı rol oynayır! Doğrudanmı, "bazar və mədəniyyət"in "vəhdət"i budur?..
Mən yeri əlmişkən, ekran və efirlə bağlı konkret təkliflə cıxış etmək istərdim:





ƏVVƏLA, bütün radio və televiziya şirkətlərinin nizamnaməsində mədəniyyətin təbliğinə xüsusi yer və vaxt ayrılsın. Mənə etiraz edib deyə bilərlər ki, onsuz da mövcud şirkətlərin hamısı mədəniyyətə kifayət qədər vaxt ayırırlar. Doğrudur. Amma gəlin görək bu "vaxt" hansı "əsərlər" üçün ayrılır? Bəyəm biz ekranlarda bayaq adını çəkdiyim "fundamental janrların" təbliğinə, nümayişinə tez-tezmi rast gəlirik? Yox!
İKİNCİSİ, ekran və efir vasitəsilə mədəniyyətin pulsuz təbliğinə daha çox yer ayrılmalıdır. Teatrların reklam və elanları pulla verilməlidir. Hər bir şirkət ayda heç olmazsa bir səhnə əsərinin nümayişini təmin etməlidir.
ÜÇÜNCÜSÜ, yaxşı olardı ki, bizdə ayrıca mədəniyyət kanalı açılaydı. Sivil ölkələrin hamısında bu cür kanallar mövcuddur.
Mən, nə qədər ağır və acınacaqlı da olsa, bir məsələyə öz münasibətimi bildirmək istəyirəm: teatrlarda bilet satışı məsələsinə. Heç kəsə sirr deyildir ki, bütün teatrların öz tamaşaçı siyasəti mövcuddur. Və teatrların yaxşı və pis tamaşaları kimi, yaxşı və pis tamaşaçıları olur. Biz indiki halda yaxşı və pis tamaşaların və tamaşaçıların konkret məziyyətlərini müəyyənləşdirmək iddiasından uzağıq. Təkcə onu demək istəyirik ki, tamaşaçının formalaşması mürəkkəb bir prosesdir; yalnız kiçik (məktəbli) yaşlarından teatra məhəbbət ruhunda tərbiyə olunan yeniyetmə, gələcəyin intellektual vətəndaşına, səviyyəli tamaşaçıya çevrilə bilər. Deməli, hər kəs uşaq, yeniyetmə vaxtlarından teatrın "havasını almalıdır".
Bəs bizdə vəziyyət necədir?
Qəribə də olsa ölkənin Təhsil Nazirliyi məktəblilərin teatra gəlməsinə maneçilik törədir. Hətta, təhsil ocaqlarında bilet satışını qadağan edən sərəncam da var.
Çox qəribədir!
Biz uşaq olarkən müəllimlər teatrı, tamaşaları təbliğ edərdilər. İndi isə "əks-təbliğat" gedir; yeniyetmələrin teatra, mədəniyyət ocaqlarına getməsinin qarşısı alınır.
Bizcə, Təhsil Nazirliyi bilet satan, məktəbliləri teatra aparan təhsil ocağı rəhbərini yox, əksinə, gənclərin mədəniyyət müəssisələrinə gedişini təmin etməyən "rəhbərləri" tənbeh etməlidir. Çalışmaq lazımdır ki, hər bir ali və orta məktəbdə təhsil alan gənc, mütəmadi olaraq teatra getsin. Hətta, bunun üçün xüsusi qrafa tutlmalıdır. Ayağı teatra, konsert salonuna, bir sözlə, mədəniyyət məbədinə dəyməyən fərddən nə gözləmək olar?
Və nəhayət. Artıq söhbətimizin əvvəlində qeyd etdik ki, bu gün dram əsərlərinin (eləcə də ssenarilərin) nəşri az qala qeyri-mümkün bir işə çevrilib. Bəs çağdaş dünya və milli dramaturgiya nümunələri (eləcə də tərcümələr) hansı təşkilat tərəfindən və harada çap olunmalıdır? Axı, bu məsələ subyektiv səciyyə daşımır. Bu sosial və strateji mahiyyət kəsb edən bir işdir. Belə hesab edirik ki, ölkəmizdə "Teatr" jurnalının çapı bu gün labüd və qaçılmazdır. Ümid edirik ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq.
Düməli, teatrın yüksəlişi təkcə teatr xadimlərindən yox, bizim hamımızdan - bütün cəmiyyətdən asılıdır.

Dramatik pauza

Azərbaycanda professional teatrın və dramaturgiyanın yaşı elə də çox deyildir. İlk səhnə əsəri (M.F.Axundovun "Hekayəti - Molla İbrahimxəlil kimyagər" komediyası) 1850-ci il mart ayının 13-də Bakıda göstərilib.
Yunanıstanda teatrın yaşı minillərlə, Avropa ölkələrinin çoxunda isə, yüzilliklərlə ölçülür. Amma bu gənc janr ölkəmizdə çox sürətlə təşəkkül tapıb; M.F.Axundovun əsasını qoyduğu dramaturgiya janrı sonrakı illərdə H.B.Vəzirov, Ə.B.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov, S.S.Axundov, M.S.Ordubadi, Ü.Hacıbəyli, A.Şaiq, H.Cavid tərəfindən daha da inkişaf etdirilib.
Çox şübhəsiz ki, XIX əsr Axundov dramaturji məktəbinin XX əsrin birinci qərinəsində ən qüdrətli davamçısı Cəfər Cabbarlı olmuşdur. XX əsr Azərbaycan dramaturgiyasında parlaq simalar çox olmuşdur. Fəqət desək ki, onların böyük əksəriyyəti Cəfər Cabbarlı ənənələri əsasında formalaşmışdır - bizcə, az-çox ədalətli hökm vermiş olarıq.
…Səhnə üçün əsər yazanlar və ya dramaturgiyada özünü sınamaq istəyənlər çox olsa da, tamaşaçı ürəyinə yol tapıb orada daimi yer tutanlar həmişə az olmuşdur. Bu hal, əslində, elə bütün dünya ədəbiyyatında eyni, adekvat səciyyə daşımaqdadır; belə ki, bütün xalqlarda necə deyərlər, "peşəkar" dramaturqların sayı barmaqla sayılacaq qədər azdır.
Dramaturgiyaya üz tutan hər bir qələm əhlinin bir qismi sonrakı mərhələlərdə sənət və fəaliyyətlərini başqa sahələrdə davam etdirmişlər. Amma fakt budur ki, onlar mövcud imkan və ampluaları çərçivəsində sənət panteonuna öz töhfələrini verməyə çalışmışlar.
Məhz haqqında söhbət açılan mərhələdə İlyas Əfəndiyev dramaturgiyası öz bədii masştabı və şiqləti ilə diqqəti daha çox cəlb edir. İ.Əfəndiyev Azərbaycan dramaturgiyasına yeni üslubi çalar və lirik-dramatik vüsət gətirmişdir…
Əlbəttə, hər cür müqayisə yersizdir və elə buna görə də tam qətiyyətlə demək olar ki, dramaturgiyanın inkişafında adı çəkilən (və çəkilməyən) hər bir qələm sahibinin öz rolu, öz yeri vardır.
Təbii ki, dramaturgiya bu gün də yaşayır, inkişaf edir. Bu sahəyə yeni nəfəs, yeni nəsil gəlməkdədir. Söz yox ki, hər dövrün öz tələbi, öz ideyası, öz idealı olur. Bu cəhətdən şərti olaraq yeni dramaturgiya adlandıra biləcəyimiz sahə də istisnalıq təşkil etmir. "Yeni dramaturgiya" anlamı yalnız konkret dövrlə - zamanla bağlı hadisə deyildir. Əslində hər epoxanın öz yeni dramaturgiyası olmuşdur. Yeni dramaturgiya, öz mahiyyəti etibarilə yeni rejissor və aktyor məktəbi, bir sözlə, yeni teatr deməkdir.
Dramaturgiyanın realizə məkanı teatrdır. Başqa sözlə, teatr yoxsa - dramaturgiya da yoxdur. Bəlkə də elə buna görədir ki, dram, bir ədəbi jant kimi ədəbiyyatın obyektidirsə, bir sintetik janr olmaqla incəsənətin subyekti hesab oluna bilər. Yəqin bu səbəbdəndir ki, dünyanın bütün ensiklopediyalarında "ədəbiyyat" bölməsi ilə yanaşı "muxtariyyət" (avtonomiya) təşkil edən bir sahə də mövcuddur: TEATR.
…Teatr - ecazdır. Bəzən çox qüdrətli bir sənətkarın dram əsəri teatrda öz səhnə həllini tapa bilmir; bəzənsə, əksinə, diqqəti o qədər də çəkməyən əsər teatrda "anşlaq"la gedir. Bəs səbəb nədir?
"Ümumən ədəbiyyat" və "ümumən incəsənət" bir nəfərin səyinin, istedadının nəticəsi olaraq meydana gəlmir. Hər hansı səhnə əsərinin taleyi isə təkcə yazıçıdan - dramaturqdan asılı deyildir; burada rejissor, aktyor, rəssam, bəstəkar… yaradıcılığı da müstəsna rol oynayır. Bu, əslində bir "ekipaj janr"dır. Axı, təyyarənin uçuşuna təkcə komandir cavabdeh ola bilməz.
Əlbəttə, hər cür inkara və bəraətlərə baxmayaraq bütün hallarda əsərin əsas ağırlıq mərkəzi dramaturqun üzərinə düşür; yaxşı əsərçün də o cavabdehdir, pis əsərçün də.
… Dramaturgiyanın özünün özəl tarixi və ənənəvi, bir növ dəyişməz kanonları mövcuddur. Elə b.e.ə. Evripid də o kanonlara əməl edib, Esxil də… Orta əsrlər dramaturgiyasının nümayəndələri də əvvəlcədən "cızılmış" dairədən kənara çıxmağa cəhd göstərməyiblər; buna görə də Şekspir və ya Molyer dramaturgiyası öz forması etibarilə özündən beş yüz il əvvəlki və beş yüz il sonrakı dramaturgiyadan əsaslı şəkildə fərqlənməyib. Yox demək olmaz ki, bu janr formaca qətiyyən inkişaf etməyib. İnkişaf olub, lakin bu inkişafı "konservatizm" ("mühafizəkarlıq") müşayiət edib. Yəqin ki, sənətdə sövcüd olan heç bir janr dramaturgiya qədər "ənənəviliyə" sadiq olmayıb. Bəs bu "mühafizəkarlığın" əbədi izlədiyi "inkişafı" harada axtarmaq lazımdır? Yəqin ki, bayaq qeyd etdiyimiz "dairədə". Bu "mühafizəkar dairə"nin içində böyük axtarışlar gedib. Məhz elə bu səbəbdəndir ki, zaman-zaman çeşidli dram əsərləri və teatrlar meydana gəlmişdir - hər teatrın öz stili, hər əsərin də öz mahiyyəti, öz məntiqi…
…"Dram" sözünün kvintessensiyasında dayanan anlam, yəni "dramatizm", haqqında söhbət gedən fenomenin bütün reallığını özündə ehtiva edir. Başqa sözlə, dramatiklikdən, toqquşmalardan, intriqa və kolliziyalardan kənarda dram mövcud ola bilməz. Təbii ki, dramatizmin müstəvisi də çoxşaxəlidir. Toqquşmalar hərəkətdə də inikas oluna bilər, təfəkkürdə də. Elə buna görə də tarixi baxımdan hadisə dramından - psixoloji drama doğru yol gedən evolyusiya (təkamül), qanunauyğun hesab olunmalıdır. Axı, həyat, təfəkkür və təsəvvür inkişaf etmirsə, onun obrazlı - bədii inkişafı və inikası mümkün ola bilərmi? "Özündəinkişaf" sadəcə mümkün deyildir. Böyük dramaturgiyada - ətalətə, durğunluğa yer yoxdur…
… Dramaturgiyanın qarşılıqlı dialektik əlaqədə olduğu elmlərdən biri, bəlkə də birincisi fəlsəfədir - desəm, yəqin ki, səhvə yol vermiş olmaram. Zahirən fəlsəfə ilə dramaturgiyanın "görünən" əlaqələri diqqəti o qədər də cəlb etmir. Axı, fəlsəfə daha çox nəzəriyyə və doktrinalarla, postulat və paradiqmalarla, bədii əsər (o cümlədən dramaturji janr) isə obrazlarla "danışır". Biri gerçəkliyi deduktiv, digəri induktiv metodla öyrənir; biri analiz edir, digəri sintez. Biri ümumiləşməyə meyllidir, digəri xüsusiləşməyə. Birini "o" təqdim edir, digərini isə "mən". Əlbəttə, dramaturgiya elə öz yaranışından "fəlsəfi" olub. Çünki hər bir qüdrətli qələm sahibi öz əsərində istər-istəməz dövrün fəlsəfi suallarına cavab axtarıb. Bu, öz yerində. Amma məsələ burasındadır ki, artıq XX əsrin ortalarından etibarən məhz "peşəkar" filosoflar dramaturgiyaya üz tutmağa başlamışlar. Bu mənada biz ilk növbədə görkəmli ekzistensialist filosofları - Sartr və Kamyunu nəzərdə tuturuq. Xüsusən, öz pyeslərində filosof - Sartrla, dramaturq - Sartrın "ekzistensialist mövcudluğu" daha qabarıq görünür. Mütəfəkkir öz fəlsəfi nəzəriyyəsində irəli sürdüyü baxışları öz pyeslərində obrazlaşdırır; paradiqmalar ayrı-ayrı personajların dünyagörüşünə hopur; insanlar ideyaları "həzm edib" öz fəaliyyətlərinə hopdururlar; ümumi olan xüsusi olana çevrilir.
Ekzisentialist baxışlar sonrakı dövrdə absurd dramaturgiyanın meydana gəlməsində bir mərhələ olmuşdur. İxtisasca filosof olan Bekket və İonesko öz pyeslərində daha çox psixoanalitik baxışların inikasına diqqət yetirmişlər. Yeni mərhələdə "peşəkar" filosofların dramaturgiyaya üz tutması, görünür, təsadüfi səciyyə daşımamışdır. Dramaturgiya bir növ "ümumən ədəbiyyatla" fəlsəfənin sintezidir. Bu janr (dramaturgiya) ədəbiyyatdan "xüsusi olanı" və fəlsəfədən "ümumi olanı" götürərək onları bir araya gətirir. Fəlsəfi "plasın" fonunda cərəyan edən yolliziyalar təkcə ayrı-ayrı fərdlərin həyatının təqdimatı kimi yox, həm də epoxal proseslərin təsviri kimi diqqəti cəlb edir. Bu cür "fəlsəfi dramlarda" ideyalarla onların daşıyıcıları (konkret insanlar) ayrılmaz vəhdətdə təqdim edilir. Axı, nəhəng xarakterlər böyük panorama və geniş müstəvidə daha cazibədar təsir bağışlayır. Bu cür əsərlərdə "xırda" təəssüratlar da irimiqyaslı görünür. Burada şəxsi toqquşmalardan daha çox, ictimai kolliziyalar diqqəti çəkir. Dramaturgiyaya gətirilən fəlsəfi "ton", fəlsəfi "çalar" teatrların işini
a) bir tərəfdən çətinləşdirirsə,
b) digər tərəfdən yüngülləşdirir; çünki (birinci halda) yeni ifadə tərzi geniş tamaşaçı kütləsi tərəfindən hələ tam mahiyyəti ilə dərk olunmursa da, ikinci halda irəli sürülən ideya konseptual baxımdan tamaşaçını qane edir.əslində burada söhbət a) gərəkli ideyanın, b) hədəfə düzgün çatdırılmasından gedir.
Ziddiyyət isə bundan ibarətdir ki, a) mürəkkəb doktrinaların şərhi, b) sadə improvizə ilə təqdim olunur. Sadəliyin mürəkkəbliyini, eyni vaxtda, mürəkkəbliyin sadəliyi müşayiət edir.
Yeni dövrün dramaturgiyası öz mahiyyəti etibarilə daha çox qloballaşmaya meyl edir. Bu da təbiidir. Qloballaşma az qala bütün çağdaş fiziki və mədəni lokallaşmalara meydan oxuyur. İndi gerçəkliyin sərhədləri get-gedə sıxışdırılıb aradan götürülməkdədir. Yeni sosial-siyasi-mənəvi müstəvidə baş verən proseslər istər-istəməz bədii təfəkkürə öz təsirini göstərməkdədir. Bu mənada dramaturgiya "aut"da ola bilməz. Bütün ədəbiyyatın, o cümlədən dramaturgiyanın aparıcı mövzusu tarix boyu insanlar arasındakı münasibətləri işıqlandırmaqdan, bir az trafaret səslənsə də - xeyirlə şərin mübarizəsini əfkar-ümuma, daha ümumi şəkildə təqdim etməkdən ibarətdir.
Bu gün xalqlar və millətlər arasında, bir çox parametrlər üzrə, yalnız zahiri mahiyyət daşıyan fərqlər mövcuddur. Ritual,adət-ənənə, din, dil və bəzi regional fərqləri nəzərə almasaq, Yer üzündəki bütün insanların problemləri eynidir; hamı xoşbəxt olmaq istəyir; heç kəs bədbəxtliyə düçar olmaq istəmir; şər hamının qınaq obyektidir; xeyir hamının idealıdır. Deməli, hamı (hətta, bəzən zahirən də olsa belə) mənfi emosiyaları müsbət emosiyalarla əvəzləməyə can atır.
İndi dünya ovcun içindədir: mobil telefonlarla dünyanın istənilən guşəsinə çıxış tapmaq mümkündür. İndi dünya evin içindədir: radio-televiziya kanalları planetimizdə baş verən hadisələr barədə ən qısa bir vaxt ərzində bizə məlumat çatdırır.
Böyük dünyamız balacalaşır. Məhdud baxışlarımız böyüyür, genişlənir.
Qloballaşma bizim təfəkkür və təsəvvürlərimizlə yanaşı, bədii əsərlərdə, xüsusən dramaturgiyada obrazların həyat və "düşüncə tərzinə" də təsir göstərir. Afrikada yaşayan qəhrəmanın (personajın) taleyi avropalını düşünməyə məcbur edir və ya, əksinə. Amerika ədəbiyyatında meydana gələn bədii obraz asiyalı üçün doğmadır və ya, əksinə. Böyük ədəbiyyatın, böyük sənətin vətəni yoxdur; daha doğrusu, bu vətən - Yer üzüdür. Harada, hansı məmləkətdə qələmə alınmasından asılı olmayaraq yüksək bədii dəyərə malik əsərlər hamını eyni dərəcədə riqqətə gətirir. Bu rakursdan yanaşdıqda, dram əsərləri daha "kosmopolit" səciyyə daşıyır. Hamlet, Otello, Boris Qodunov, Villi, Şeyx Sənan, Aydın, Şahbaz… hamını düşündürür, hamını məyus edir, hamını heyrətə gətirir. Artıq bu obrazlar milli ruhdan çoxdan çıxıblar. İndi onlar dünyaya məxsusdur. Səhnə əsərlərinin digər ədəbi janrlara nisbətən müxtəlif xalqların mənəvi həyatına daha tez nüfuz etməsi, bəzən ildırım sürəti ilə bir teatrın səhnəsindən başqa bir arenaya yol tapması təəccüblü deyil. Axı, dramaturgiya nə qədər "konservativ" olsa da daim öz "çevikliyini" də qoruyub saxlayır, başqa "dünyanın" mədəniyyət okeanına nüfuz etməkdən çəkinmir. Əgər mədəniyyət tariximizə nəzər salsaq görərik ki, elə bizim ədəbi mühitimizə də ilk dəfə "qonaq" gələnlər, xarici ölkə, əsasən Avropa dramaturqları olmuşdur: Şekspir, Molyer, İbsen, Şiller…
Səhnə əsərlərinin (əlbəttə, söhbət ciddi sənət nümunələrindən gedir) çox vaxt qısa bir müddət ərzində lokal məkandan qlobal arenaya çıxması bir sıra amillərlə bağlıdır; ən başlıca amil isə odur ki, aktyor müəllif ideyasını tamaşaçıya birbaşa (heç bir əlavə vasitə olmadan) çatdırır. Bir növ yaranan canlı təmas (aktyor-tamaşaçı təması) emosiyalara təsir göstərir.
Bu gün qloballaşmanın ən operativ daşıyıcısı müasir kompüter texnologiyası və texnikasıdır. İnternet saytlarının köməyi ilə cəmi bir neçə dəqiqə (hətta, saniyə) ərzində istənilən məsələ barədə kifayət qədər informasiya əldə etmək olar.
Bəziləri iddia edirlər ki, qloballaşma bəşəriyyətə (təbii ki, sənət də daxil olmaqla) böyük bəlalar gətirməkdədir; belə ki, yeni proses xalqların və millətlərin təkcə adət-ənənələrinin, milli-əxlaqi dəyərlərinin spesifik xüsusiyyətlərinin deyil, habelə, xalqların və millətlərin özlərinin tarixi arenadan silinib getməsi təhlükəsi yaratmaqdadır. Bu həyəcan notlarının mahiyyətini anlamaq, əlbəttə, çətin deyildir. Amma orası da var ki, dünya bina olandan bəri xalqlar, millətlər bir-birindən nəyisə öyrənir, əxz edir. Qapalı, izoləolunmuş şəraitdə hər hansı inkişafdan söhbət belə gedə bilməz. Mədəniyyətlər bir-biri ilə iç-içə yaşayır. Hər bir milli (dar) mədəniyyət bəşəri (geniş) mədəniyyətə nüfuz etməklə özü də zənginləşir. Öz milli qınına çəkilməklə böyük mədəniyyət əbidələrinin meydana gəlməsi ideyasından danışmaq absurddur. Bu sətirlərin müəllifi iqtisadiyyatın və mədəniyyətin beynəlxalq səviyyədə çulğaşması barədə bir sıra tədqiqat işləri aparmışdır. Azərbaycan və rus dillərində nəşr olunmuş "Sərhədsiz dünya" adlı elmi-fəlsəfi əsərdə məhz həmin komponentlərə geniş yer ayrılmışdır. Haqqında söhbət açılan kitabdan yalnız bir tezisi xatırlamalarla qloballaşmaya öz münasibətimi bildirmək istəyirəm: birləşmiş qablar qanunu təkcə fizika elminə aidə olan hadisə deyildir; dünya mədəniyyətləri də məhz "birləşmiş qablar qanunu" əsasında öz mövcudluğunu qoruyub saxlaya bilər. "Qablar" -yeni xalqlar və onların mədəniyyətləri arasındakı intensiv, daimi əlaqələr pozularsa, mədəniyyətdə katostroflar daş verə bilər. Bu cür "katostroflar" digər qlobal katostroflardan heç də az təhlükəli deyildir. Vaxtilə Eynşteynin gələcəkdə baş verə biləcək bəlaların kökünü atom-nüvə silahlarından daha çox, mənəvi iflasda görməsini təqdir etməmək mümkünsüzdür; həqiqətən, mədəniyyətin (mənəviyyatın) aşınması, məhvi, acı nəticəsi gözdən çox idrakla görünə biləcək qəzalara, sosial zəlzələlərə səbəb ola bilər.
Dediyim odur ki, "avtonom" (muxtar) mədəniyyət ola bilməz. Necə ki, bu gün belə dünya teatr səhnələrində öz əbədi "səfərini" davam etdirən Sofokl, Şekspir, Molyer, Çexov, Axundov təkcə bir xalqa mənsub deyil, yəni onlar dar məkandan -avtonomluq dan çoxdan çıxıblar.
…Teatrın cəmiyyət (tamaşaçı) qarşısında əsas missiyası nədən ibarətdir? İnsanlar teatra nə üçün gedir?
Bu suala cavab tapmaq ilk baxışdan asandır. Artıq qeyd etdiyimiz kimi, çoxları teatra istirahət üçün gedir. Doğrudanmı teatr istirahət yeridir? Qətiyyən, yox! Məncə, teatr həyatın özüdür. Biz öz ömrümüzün davamını teatrda yaşayırıq. Daha doğrusu, teatr-həyatın modelidir. Biz teatrda da həyatda olduğu kimi ağlayır və gülürük, kədərlənir və sevinirik, həyəcanlanır və qəribsəyirik, hiddətlənir və sakitləşirik, lap elə… bezirik və əsnəyirik. Teatrın həyatdan fərqi odur ki, orada (teatrda) vaxt sıxılmış qaydada mövcuddur. Səhnədə bir ömrün, bir epoxanın tarixi 2-3 saat ərzində təqdim edilir. Bu kiçik zaman kəsiyində biz bir ömür yaşayırıq.
…Ədəbiyyatla ciddi məşğul olmaq, ciddi bədii əsər yazmaq, heç də bəzilərinin düşündüyü qədər, asan məsələ deyildir. Amma təəssüflə qeyd etməliyik ki, bu gün əlinə qələm götürüb ədəbiyyata gəlmək istəyənlərin bir çoxu bədii sözün qiymətini artırmaq əvəzinə onu gözdən salmaqla məşğul olurlar… Ədəbiyyatın bütün janrlarında söz demək çətin və məsuliyyətli işdir. Mən hər hansı müqayisəyə yer vermədən deyə bilərəm ki, bu sahədə ən mürəkkəb janr kimi ilk növbədə dram janrını nümunə göstərmək olar. Niyə? Nə üçün? Artıq qeyd etdik ki, digər janrların da öz çətinliyi mövcuddur. Məsələ burasındadır ki, dramaturgiya təkcə yaradıcılıq imkanları baxımından deyil, həm də texniki cəhətləri etibarilə də digər janrlardan fərqlənir. Əvvəla, dram əsəri yazmaq həvəsinə düşən şəxs səhnəni, teatrı bilməli, quruluş və tərtibatdan tutmuş adi səs nüanslarına qədər, bir sıra sənət nəsnələrinə bələd olmalıdır. İkincisi, hətta çox böyük təbii istedadı olan adam belə, yüksək savad və mütaliəyə malik deyilsə, dram əsəri yaza bilməz…
…İncəsənətin ən qədim və maraqlı növlərindən biri olan teatra marağı və məhəbbəti insanlarda hələ uşaq ikən yaratmaq lazımdır. Almanlar 2-3 yaşlı körpəni simfonik konsert salonlarına aparıb klassik musiqini dinləməyə "məcbur" edirlər. Əlbəttə, o yaşda uşaq mürəkkəb musiqi əsərlərini hələ dərk etmir; amma istər-istəməz onda melodiyanı dinləmək vərdişi formalaşmağa başlayır, sonrakı illərdə bu vərdiş marağa və sevgiyə çevrilir.
Təəssüf ki, son illərdə bizdə klassik musiqiyə, incəsənətə, o cümlədən teatra, maraq əvvəlki illərlə müqayisədə xeyli azalıb… Teatr gənclik auditoriyalarında təbliğ olunmalıdır. Gənc nəslin teatr salonlarına gedib tamaşaya baxmasından, ekranda gördüyü sənət adamları ilə canlı təmasdan gözəl nə ola bilər?.. İlk gəncliyində sənətə, incəsənətə maraq göstərməyən nəsillərdən gələcəkdə hansı estetik dəyərlərin inikasını gözləmək olar?
…Bu günün teatrı dünənki deyil. Bu günün tamaşaçısı dünənki günün tamaşaçısı deyil. Deməli, bu günün dramaturgiyası da dünənki dramaturgiya deyil. Amma həmin "bu gün"lərdə "dünən"dən çox şey qalıb bu gün də yaşamaqdadır. "Sabah"da da "bu gün"dən, "dünən"dən nəsə qalıb yaşayacaq. Zaman özündə miraslara deyil, həm də o mirasları qoyub gedən canlı nəsillərin özlərini qoruyub saxlayır. Bu varislik olmasa sənət də yoxdur. Sənət (incəsənət) "boş yer"də yaranmır.
Artıq qeyd etdik ki, bizim "cavan" dramaturgiyamızın öz zəngin ənənələri var. Elə novatorluq da bu ənənələrin içində yaşamaqdadır. Söz yox ki, bizim tetar (dramaturgiya) aləmində ortaya qoyulan əsərlərin hamısı eyni səviyyəli olmamışdır. Burada şedevrlərlə yanaşı zəif əsərlər də az deyildir. Bu da təbiidir. Biz sənət "ermitajımızın" bütün örnəklərini dəyərləndirir, onun bütün yaradıcıları qarşısında baş əyirik. Haqqında söhbət açılan sahədə "təftiş" aparmağa ehtiyac duyulmur. Onsuz da zəif əsərlərin ömrü qısa olub və bu gün də həmin prinsip qüvvədə qalır. Və həmin prinsipin "müəllifi" zamandır. Teatrlarımız (tamaşalarımız) ayrı-ayrı mərhələlərdə müxtəlif səviyyələrdə təqdim olunmuşdur. Səhnəyə ömrü bir günlük kəpənəkləri xatırldan əsərlər də yol tapıb, "uzunömürlülər" də. Dünən sevilən əsərlərin bu gün "taxtdan" (səhnədən) düşdüyünün də şahidi olmuşuq, əksinə, nə vaxtsa qəbul edilməyən əsərin indi "anşlaqla" getdiyinin də. Kənd-kənd, bölgə-bölgə, şəhər-şəhər, ölkə-ölkə gəzib min cür əzab-əziyyətə qatlaşaraq mədəniyyətimizi təbliğ edən teatr xadimlərinə - aktyor və rejissorlara ürəyimizdə daimi sayğı və sevgilər olmalıdır. Bu gün biz Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Mirzağa Əliyevin, Sidqi Ruhullanın, Ələsgər Ələkbərovun, Rza Darablının, Mərziyyə Davudovanın, Sona Hacıyevanın, Hökümə Qurbanovun… adlarını ehtiramla çəkirik. Onların hər biri bir sənət məktəbi olmuşdur.
…Bu gün öz pyeslərini sponsorların köməyi ilə səhnəyə çıxaran müəlliflərin olduğu heç kəsə sirr deyil. Nə etməli, bu da həyatın tələbidir. Görünür, incəsənət təkcə qurban yox, həm də pul tələb edir. Amma burası da var ki, bəzən "sponsorlu" - "prodüsserli" əsərlər teatr kollektivini bir növ girova çevirir (əlbəttə, söhbət zəif əsərlərdən gedir). Özünün malik olduğuı karyera və "rıçaqlar" hesabına əsərlərini repertuara daxil etdirən "yazarın" olması da istisna deyil. Qoy olsun! Ən əsası budur ki, teatr yaşayır, fəaliyyət göstərir.
…Mən heç bir sahədə, o cümlədən, haqqında söhbət gedən məkanda ehkamın, sxolostikanın tərəfdarı deyiləm. Hər şey dəyişməli, inkişaf etməli, təzələnməlidir. Bu, öz yerində. Məsələ burasındadır ki, bütün bu "inkişaf" deyilən şeyin əsasında bir "dəyişməzlik", "bütövlük", "ehkam" da vardır… Ötən yüzillərdə dramaturgiyada axtarışlar, yeniliklər də az olmayıb: ələlxüsus, forma axtarışları sahəsində. Xülasə, mən yeniliyi təqdir etsəm də, "yenilik" adı altında "sırınan" hər cür əllaməçiliyin əleyhinəyəm.

Epiloq

Mən əvvəllər deyirdim: teatr - dünyanın modelidir.
Amma indi bu qənaətdəyəm ki, elə dünya da - teatrın modelidir…
Teatr içində teatr, səhnə içində səhnə yaşayır…