Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


YAŞAR İMANOV - 75
 

İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


 

Müxtəlif respublikalardan gəlib Azərbayjanda yaşayıb-yaradan, yüksək fəaliyyət göstərən musiqiçilərimiz az deyil. Bunların sırasında istedadlı bəstəkar, Azərbayjan Respublikasının xalq artisti, Üzeyir Hajıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yaşar İmanovun adı da var. Ötən il sənətçinin anadan olmasının 75 illiyi yüksək səviyyədə qeyd olundu. Maraqlıdır ki, Yaşar İmanovun pedaqoci fəaliyyətinin də 50 illiydir!
Yaşar müəllim təvazökar, səmimi, yüksək mədəniyyətə malik olan insandır. O, olduqja mürəkkəb, çətin, lakin şərəfli və maraqlı həyat yolu keçib. O, 1944-jü ildə Suvorov adına hərbi-musiqiçilər hazırlayan məktəbə daxil olur. Əla qiymətlərlə oxuduğuna görə müəllimlərin və müdiriyyətin hörmətin qazanaraq həmin məktəbdə təlimatçı- müəllim vəzifəsində saxlanılır. A.Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra gənj musiqiçi təhsilini artırmaq üçün Moskvaya yollanır. Yaşar müəllimin dediyinə görə, Moskvanın zəngin musiqi həyatı, görkəmli bəstəkarların Dövlət Akademik Böyük Teatrın səhnəsində səslənən opera və baletləri, müxtəlif konsert salonlarında ifa olunan gözəl simfonik əsərlər - bütövlükdə bu amillərin hamısı gənj Yaşarın bir musiqiçi kimi formalaşmasında mühüm rol oynamışdır.
1958-ji ildə Y.İmanov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının "Hərbi diricorlar" fakültəsini uğurla bitirib, Suxumi şəhərinə təyinat alır. Maraqlıdır Yaşar İmanova konservatoriyada təhsil aldığı illərdə dahi bəstəkar D.D.Şostakoviçin sinfində fakultativ bəstəkarlıq kursu keçmək kimi xoşbəxtlik nəsib olur. XX əsrin novator bəstəkarı D.D.Şostakoviçin tövsiyələri Yaşar İmanovun bu gün də yadındadır, ümumiyyətlə, böyük sənətkarın yaxşılıqlarını unutmur, məsləhətlərini öz tələbələrindən əsirgəmir.
1967-ji ildə Yaşar müəllim hərbi diricorluğu ilə yanaşı Suxumi Opera və Balet Teatrında S.Raxmaninovun "Aleko", P.Çaykovskinin "Yevgeni Onegin", iki ildən sonra isə Z.Paliaşvilinin "Daisi" operasını tamaşaya qoyur.
1969-ju ildə Y.İmanov yenijə yaradılmış Abxaziya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş diricoru təyin olunur. O, 1972-ji ildə Azərbayjan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil edir, dinləyijilərin rəğbətini qazanır. 1974-jü ildə dahi diricorumuz Niyazi Yaşar müəllimi Bakıya qastrola dəvət edir.
1992-ji ildə Abxaziyada baş verən mürəkkəb və gərgin hadisələrlə əlaqədar Yaşar müəllim ailəsi ilə birlikdə Azərbayjana köçür. O, Üzeyir Hajıbəyli adına Azərbayjan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayır.
1994-98-ji illərdə Y.İmanov Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş diricoru vəzifəsində çalışır. 1998-ji ildən ta 2006-jı ilədək Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Niyazi adına Simfonik Orkestrinə başçılıq edir.
Həmin ildən başlayaraq Y.İmanov Azərbayjan bəstəkarlarının yaradıjılığını məharətlə təbliğ edir, javan bəstəkarların yaradıjılığına böyük həvəs və inamla yanaşır. Təsadüfi deyil ki, gənj bəstəkarlarımız Yaşar müəllimin xeyirxahlığını, qayğıkeşliyini, həssaslığını həmişə hörmətlə qeyd edirlər. Axı Y.İmanov həmişə javan (həmçinin yaşlı) bəstəkarların əsərlərini məmnuniyyətlə qəbul edir, çalışır ki, onların hər bir əsərini dinləyijilərə vaxtında çatdırsın.
Maraqlıdır ki, Bakıya gəldiyi ilk günlərdən o, Müdafiə Nazirliyinin Nümunəvi Nəfəs Alətləri Orkestrinin məsləhətçisi vəzifəsində də çalışır və həmin orkestrin təşkili, eləjə də digər hərbi kollektivlərin yaranmasında böyük iş görür.
Ötən il noyabrın 1-də M.Maqomayev adına Azərbayjan Dövlət Filarmoniyasında konsert keçirildi. Y.İmanov Ü.Hajıbəyli adına Azərbayjan Dövlət Simfonik Orkestrinə diricorluq etdi, öz əsərlərini səsləndirməklə tələbkar musiqisevərlərin alqışlarını qazandı.
Konserti giriş sözü ilə xalq artisti, Azərbayjan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə açdı. Firəngiz xanımın həmişə olduğu kimi gözəl, dərin mənalı, düşündürüjü və jəlbediji çıxışında biz dinləyijilər bəstəkar və diricor Y.İmanovun yaradıjılıq yolunun əsas məqamları ilə tanış olduq. Firəngiz xanım bəstəkarın hər bir əsərinin məziyyətlərini vurğuladı. Yaradıjılığını yüksək dəyərləndirdi.
Konsertin I şöbəsində Y.İmanovun iki saylı simfoniyası səsləndi. Dörd hissəli silsilədə bəstəkar əsərin lirik-dramatik obrazlarını olduqja məharətlə dinləyijilərə çatdırdı. Silsilənin birinji və dördünjü hissələri dramaturci baxımdan xüsusi seçilirdi. Birinji hissədə səslənən musiqi tematizmi zənginliyilə diqqəti jəlb edir. Ümumiyyətlə, Simfoniyanın orkestr dili maraqlı və diqqətəlayiqdir. Mis və taxta nəfəsli alətlərindən faydalanmaqla finalda musiqinin semantikasını müəllif əsaslı şəkildə dəyişdirir. Bəstəkarın dediyinə görə, burada o, Azərbayjan xalq mahnı və rəqslərindən bəhrələnib.
Konsertin ikinji şöbəsində Yaşar müəllimin digər əsərləri də səsləndi. İlk əsər fortepiano və orkestr üçün "Konsert - ballada" oldu. Bu bir hissəli möhtəşəm, rəngarəng və milli intonasiyalarla zəngin əsərdə müəllif maraqlı dramaturci xətti ön plana çəkir. Əsər boyu müxtəlif obrazlar növbələşir: mahnıvarilik, marşvarilik, rəqsvarilik.
"Konsert - ballada" sonata alleqro formasının dramaturgiyasını özündə jəmləşdirir. Bu əsərin təməlində təzad prinsipi başlıja rol oynayır. Əsərin dramaturgiyasında bir xüsusiyyət də diqqəti jəlb edir: ilk əvvəl nəzərə çarpmayan dəyişikliklərin ardıjıl yığımı müəyyən bir an yeni emosional mərhələnin özü də kompozisiyanın sonajan qorunub saxlanan səviyyəsinin, dramaturci pillənin inkişafına gətirib çıxarır.
Xalq musiqisinə və ümumiyyətlə, onun bütün canrlarına bələd olan Y.İmanov "Konsert - ballada"nın dramaturgiyasını milli musiqi təfəkküründən irəli gələn prinsiplərlə zənginləşdirir.
"Konsert - ballada"nın ifaçısı Azərbayjan Respublikasının Əməkdar artisti, Ü.Hajıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Yeganə Axundova əsəri tam dolğunluqla, zövqlə və inamla dinləyijilərimizə çatdırdı.
Patetik xarakterli "Konsert - ballada"dan sonra səmimi, injə "Lirik vals" səsləndi. Üç hissəli sadə formada bəstələnmiş bu əsər şən, işıqlı obrazlarla xoş ovqat yaradır, dinləyijini jəlb edir.
Həmin yubiley konsertində Y.İmanovun həmçinin vokal canrında yazılan əsərləri də ifa olundu. Olduqja ifadəli melodiyası ilə diqqəti jəlb edən "Geri qaytar" mahnısı oda canrına yaxındır. Bədii zövqlə yazılmış faktura, ifadəli harmonik tapıntılar, məntiqli musiqi dramaturgiyası əsərin səjiyyəvi xüsusiyyətlərindəndir. Əməkdar artisti Əvəz Abdullayev "Geri qaytar" mahnı- romansını olduqja məharətlə, injə zövqlə və yüksək sənətkarlıqla ifa etdi. Əsərin dinamik xətlərini, kuliminasiya nöqtələrini, inkişaf prinsipini dəqiqliklə, professional səviyyədə çatdırmaqla dinləyijilərin rəğbətini qazandı.
Konsertinin sonunda "Təntənəli marş" səsləndi. Üç hissəli mürəkkəb formada bəstələnmiş bu əsərdə maraqlı tapıntılar var. Bu ilk növbədə "alətlərin dialoqu", daha sonra isə fakturada təzadlıq prinsipindən istifadə ilə milli musiqidən irəli gələn rəqsvari ritmik çalarlarla əlaqədardır. Orta bölmədə musiqi işıqlı, lirik əhval-ruhiyyə yaradır. Repriz hissəsində müəllif obrazların modifikasiyasını, yəni yeni boyalarla zənginləşməsini təqdim edir.
Müəllifin hələ 2004-jü ildə yazılan "Təntənəli marş" bir çox orksetrlərin repertuarını bəzəyir və tez-tez radioda səslənir.
Həmin gejə diricor pultu arxasında dayanan Y.İmanov Azərbayjan Dövlət Simfonik Orkestrinə diricorluq etdi. Əsərlərinin hamısını dinləyijilərə zövqlə, yüksək professional səviyyədə çatdırılmasında xüsusi məharət göstərib. M.Maqomayev adına Azərbayjan Dövlət Filarmoniyasına toplaşanların rəğbətini, sevgisini qazandı.