Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…



 

Meh­di HÜSEYN
"OTELLO"


 

O, 100 il əvvəl bir bahar günü - martın 22-də dünyaya gəlib. Müəllim ailəsində. İlk təhsilini Qazaxın II Şıxlı kəndində alıb, sonra yerli seminariyada təhsilini davam etdirib.
İlk hekayəsi - "Qoyunqırxımı" 1927-ci ildə çap olunub. Ailəsilə Bakıya köçdükdən sonra Bakı Pedaqoji Texnikumunu bitirib (1926). Yeni ədəbi mühit yaradıcılığına ciddi təkan verib. Oçerk, hekayə, ədəbi-tənqidi yazıları dövrü mətbuatda tez-tez görünməyə başlayıb. ADU-nin Pedaqoji fakultəsinin tarix şöbəsində təhsil alıb (1926-31). 1938-ci ildə Moskvada kinematoqrafiya institutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirib. Müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışıb. 1958-ci ildən ömrünün sonunacan (1965) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi kimi fəaliyyət göstərib.
Hekayələri, üç hissəli "Daşqın" əsəri, "Kin", "Tərlan" povestləri, "Abşeron", "Qara daşlar", "Səhər", "Yeraltı çaylar dənizə axır" romanları və s. onu qadir bir nasir kimi tanıdıb.
Dram yaradıcılığına "Şöhrət" (1939) pyesilə başlayan ədib sonralar "Şamil", "Nizami", "Cavanşir", "Alov", "İntizar" (şərikli), "Qardaşlar" pyeslərini qələmə alıb.
Yazıçının klassik və çağdaş ədəbiyyatın mühüm problemlərilə bağlı elmi-tənqidi məqalələri də onun oncildliyinin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir.
O, fəal ictimai xadim, Yazıçılar təşkilatının rəhbəri kimi səmərəli fəaliyət göstərib.
Görkəmli nasir, dramaturq və tənqidçinin bu ilin martında 100 yaşı tamam olur. Onun ədəbiyyatımızın inkişafı üçün gördüyü işlər, yazıçı təşkilatımızın rəhbəri kimi səmərəli fəaliyyəti bu gün də minnətdarlıqla xatırlanır.
Yuxarıda qeyd olundu ki, Mehdi Hüseyn istedadla dramaturq, ssenariçi kimi də fəaliyyət göstərib, dramaturgiyanın nəzəri məsələlərilə bağlı məqalələr yazıb. Yazıçının məqalələrindən birini nəzərinizə çatdırırıq.


Otel­lo qa­ra­dır. Bu rə­ng Şek­s­pi­rə nə üçün la­zım ol­muş­dur? Bəl­kə o, qa­ra, vəh­şi bir ərə­bin mə­də­ni ağ­lar mühi­ti­nə düşdüyünü xüsu­si­lə nə­zə­rə çat­dır­maq is­təy­ir? Axı o, əsər­lə­rin­də dra­ma­tik zid­diyy­ət­lə­rin yal­nız da­xi­li fəl­sə­fi mə­na­sı­na dey­il, ey­ni za­man­da za­hi­ri şək­li­nə də fi­kir ver­miş­dir. Bəl­kə o, qa­ra Otel­lo­nu ağ Dez­de­mo­naya nis­bə­tən da­ha qa­ba­rıq gö­s­tər­mək üçün bu boy­a­nı iş­lə­dir? Yox, ək­si­nə, ona bu boya ən gö­zəl in­sa­ni key­fiyy­ət­lə­rə ma­lik olan, alic­ə­nab və saf qəl­b­li Otel­lo­nun ya­lan­çı, sax­ta­kar və ağ vəh­şi­lər mühi­ti­nə düşdüyünü da­ha ba­riz gö­s­tər­mək üçün la­zım ol­muş­dur. Otel­lo qey­ri-adi şəx­siyy­ət­dir. Bu sə­bə­bə gö­rə də onu "xal­qın ən gö­zəl öv­la­dı" ad­lan­dı­ran­lar haq­lı­dır­lar. Və Puş­kin də çox gö­zəl de­miş­dir ki, Otel­lo qıs­qanc dey­il, ina­nan­dır. Bu xa­siyy­ət də onun saf qəl­bə ma­lik oma­sı ilə əla­qə­dar­dır. La­kin Ya­qo öz mühi­tin­də adi bir in­san­dır. O, Otel­lo­nu məhv edən xə­bis­lər gü­ru­hu­nun müməs­si­li­dir. Otel­lo nə­hə­ng­dir. Ya­qo isə cırt­dan­dır. Otel­lo hu­ma­nist­dir. Ya­qo isə qul­dur tə­bi­ət­li bir fit­nə­kar­dır. Onun gücü in­san­da­kı zə­if nöq­tə­lə­ri ay­dın gö­rə bil­mə­sin­də­dir. Uy­dur­duğu ya­lan­la­ra nə­in­ki baş­qa­la­rı­nı, hət­ta özünü də inan­dı­rır. Otel­lo­nun hu­ma­niz­mi se­vg­i­si­nin də, qə­zə­bi­nin də qüvvə­tin­də ey­ni də­rəc­ə­də tə­zahür edir. O, yal­nız öz say­ə­sin­də yüksəl­miş­dir. O, ye­ni tor­paq­lar kəşf et­miş, hey­rə­ta­miz qə­h­rə­man­lıq­lar gö­s­tə­rib re­s­pub­li­ka­nın hör­mə­ti­ni qa­zan­mış bir cə­ng­a­vər­dir. Otel­lo in­ti­bah dövrünün oğ­lu­dur. O, hər za­man kübar­lar ki­mi gö­zəl da­nış­mağı bac­ar­ma­dığ­ı­nı söy­ləy­ir­sə, bu o qə­dər də doğ­ru dey­il­dir. Onun se­nat­da­kı nit­qi­ni xa­tır­lay­ın. Bu­ra­da siz Şek­s­pir düha­sı ilə ya­ra­dıl­maş nə­hə­ng bir in­sa­nın təkcə fi­zi­ki qüdrə­ti­ni dey­il, ey­ni za­man­da zə­ng­in mə­nə­viyy­a­tı­nı gö­rə bi­lər­si­niz. Çünki Otel­lo yal­nız in­ti­bah dövrünün cə­ng­a­və­ri və kəş­fiyy­at­çı­sı dey­il, ey­ni za­man­da şa­ir­dir. Onun fac­i­ə­si­ni yal­nız al­dan­ma­sın­da və son­suz bir eşq ilə sev­diyi Dez­de­mo­na­nı məhv et­mə­sin­də gör­mək yan­lış olar­dı. Onun fac­i­ə­si da­ha ge­niş, da­ha ic­ti­mai bir səc­iyyə da­şıy­ır. Əsl fac­iə Otel­lo­nun yüksək tə­bi­ə­ti ilə sax­ta­kar mühit ara­sın­da­kı ba­rış­maz zid­diyy­ət­də­dir. Sehrkar yay­lıq Şek­s­pi­rin iş­lət­diyi say­sız-he­sab­sız fənd­lər­dən bi­ri­dir. Yay­lıq ol­ma­say­dı da, Otel­lo məhv olac­aq­dı. Ya­qo öz ge­ne­ra­lı­nın sa­də qəl­bi­ni mə­ha­rət­lə öy­rən­diyi üçün baş­qa bir va­si­tə ilə də öz məq­sə­di­nə ça­ta bi­lər­di. İn­ti­bah dövrünün oğ­lu Otel­lo böyük iz­ti­rab­lar için­də doğ­ul­muş­dur. Onu da, Dez­de­mo­na­nı da məhv edən bu iz­ti­rab­lar­dır.
Əziz­bəy­ov adı­na Azər­bayc­an Döv­lət Dram Te­a­t­rı öz ye­ni qu­ru­lu­şun­da Şek­s­pir tra­g­e­diy­a­sı­nı be­lə izah et­miş­dir. Mə­sə­lə, əl­bət­tə, Otel­lo­nun ərəb və ya zənci olub-ol­ma­mağ­ın­da dey­il­dir. Bu xüsu­s­da va­hid bir rəy yox­dur və biz də bu müba­hi­sə­ni həll et­mək fi­k­rin­də dey­i­lik. Qu­ru­luş­çu re­jis­sor, xalq ar­ti­s­ti Adil İsg­ən­də­rov Otel­lo­nu ərəb ki­mi gö­s­tər­miş­dir. Onun otu­ru­şun­da, du­ru­şun­da və xüsu­sən du­a­la­rın­da bu cə­hə­ti so­na qə­dər nə­zə­rə çarp­dır­mış­dır. La­kin de­diy­i­miz ki­mi, mə­sə­lə bun­da dey­il­dir. Adil İsg­ən­də­rov ic­ti­mai fac­i­ə­ni də­rin­dən açıb müa­sir te­atr di­li­nə çe­vir­miş­dir. Bu­ra­da müba­hi­sə­li cə­hət­lər az dey­il­dir. La­kin Adil İsg­ən­də­ro­vun qu­ru­lu­şu öz re­a­liz­mi və da­xi­li hə­qi­qə­ti ilə bi­zi va­leh edir. Bu­ra­da biz təkcə ha­di­sə­lə­rin ge­niş vüsə­ti­ni dey­il, ey­ni za­man­da vu­ru­şan tə­rə­f­lə­rin qüvvə­ti­ni də hiss edi­rik. Qu­ru­luş­çu "Otel­lo"nu böyük bir in­san fac­i­ə­si ki­mi gö­s­tər­miş­dir. Otel­lo Ələk­bə­ro­vun ifa­sın­da əzə­mət­li ol­duğu qə­dər də sa­də və sə­mi­mi­dir. O, ilk də­fə səh­nə­də göründüyü za­man ha­mı­nı da özü ki­mi şad və xoş­bəxt gör­mək is­təy­ir. Onun mə­sum tə­bəssümündə, yed­di ya­şın­dan bu vax­ta qə­dər çək­diyi bütün iz­ti­rab­la­rı unut­muş, böyük mə­həb­bə­tin­dən baş­qa hər şeyə bi­g­a­nə ba­xan bir in­sa­nın xoş­bəxt­liyi ifa­də olun­muş­dur.
Se­nat qar­şı­sın­da Otel­lo - Ələk­bə­rov ye­nə bu cür görünür. La­kin bir­dən onu ca­di­g­ər­lik­də təq­sir­lən­di­rir­lər. Bu­ra­da ar­tıq o, bütün həy­a­tı boyu çək­diyi iz­ti­rab­la­rı xa­tır­la­mağa məc­bur olur. Bun­lar haq­qın­da ilk də­fə baş­qa­la­rı­nın xa­hi­şi­nə gö­rə da­nış­dığı hal­da, in­di məc­bu­riyy­ət qar­şı­sın­da qal­dığı üçün da­nı­şır. Otel­lo - Ələk­bə­rov bir müddət öz sə­a­də­ti­ni unu­da bil­mir. La­kin onun həy­at sə­hi­fə­si və­rəq­lən­dikcə üz-gözü du­man­lan­mağa ba­ş­lay­ır. Onun si­ma­sın­da çək­diyi iz­ti­rab­lar əks edir. Otel­lo - Ələk­bə­ro­vun he­kay­ə­sin­də söz­lər­lə hə­rə­kət­lər ara­sın­da üzvi bir vəh­dət duy­u­lur. Otel­lo - Ələk­bə­rov sa­dəcə bir sə­rgü­zəşt söy­lə­mək­lə ki­fay­ət­lən­mir, bəl­kə din­ləy­ən­lə­rin qar­şı­sın­da şa­hi­di ol­duğu müdhiş mən­zə­rə­lə­rin rə­s­mi­ni çə­kir. Tez-tez ça­tı­lan qa­ş­lar, ti­t­rəy­ən səs, ge­niş əl hə­rə­kə­ti - bun­lar ha­mı­sı ey­ni də­rəc­ə­də mə­na­lı və ifa­də­li­dir. Dez­de­mo­na səh­nəyə gi­rər­kən biz ye­nə xoş­bəxt Otel­lo­nun üzündə o mə­sum tə­bəssümlə­ri görürük.
Otel­lo - Ələk­bə­rov bütün əsər boyu hə­rə­kət­də­dir. Onun pa­u­za­la­rı da kə­s­kin bir dra­ma­tizm ilə do­lu­dur. Bu­ra­da hə­qi­qi tra­g­ik bir is­te­dad gö­s­tə­rən akty­o­run ar­xa­sın­da Otel­lo­nu məhz bu cür tə­səvvür edən qu­ru­luş­çu re­jis­so­ru gör­mə­mək ol­maz. Re­jis­sor idey­a­sı ilə akty­or ifa­sı ara­sın­da­kı bu üzvi vəh­dət bütün baş­qa rol­lar­da da ay­dın su­rət­də nə­zə­rə çar­pır. Xüsu­sən Ya­qo (xalq ar­ti­s­ti Əf­qan­lı) bu cə­hət­dən diq­qə­tə­lay­iq­dir. Bə­zən Ya­qo - Əf­qan­lı uzun müddət söz de­mək im­ka­nı­nın­dan mə­h­rum ol­duğu hal­da, səh­nə­də­ki hə­rə­kə­ti ilə cə­rəy­an edən ha­di­sə­lə­rə ol­duqca fə­al müna­si­bət gö­s­tə­rir. Ya­qo da­xi­li çürüklüyünə bax­may­a­raq, ha­di­sə­lə­rin düyününü mə­ha­rət­lə bağ­lay­ır. O həm xey­ir­xah gör­kə­mi­ni, həm də bu­nun ar­xa­sın­da giz­lət­diyi yır­tıcı ma­hiyy­ə­ti­ni, de­mək olar ki, mə­na­lı su­rət­də büru­zə ve­rir. Əf­qan­lı bütün bu çə­tin dö­ng­ə­lər­dən qey­ri-adi bir çe­vik­lik­lə ke­çir.
Ya­qo - Əf­qan­lı xəy­a­nət iş­lət­diyi za­man nə qə­dər çe­vik və qüvvət­li­dir­sə, onun si­ma­sı ət­raf­da­kı­la­ra ta­ma­mi­lə ay­dın­laş­dıq­da bir o qə­dər rə­zil və gücsüzdür.
Dez­de­mo­na ro­lun­da Ba­rat Şə­kin­skay­a­nın müvəf­fə­qiyy­ə­ti səh­nə­mi­zin ən yax­şı qə­lə­bə­lə­rin­dən bi­ri say­ı­la bi­lər. Kor­de­liy­a­dan ("Kral Lir"də) so­nra bu plan­da Ba­ra­tın nə qə­dər sə­mi­mi və li­rik ton­lar tap­dığ­ı­nı gör­mə­mək ol­maz. Xüsu­sən Qa­ra Qa­ray­e­vin yaz­dığı gö­zəl mu­si­qi­lə hə­ma­hə­ng ola­raq nəğ­mə oxu­duğu səh­nə­də Ba­rat öz ifa­sı­nı hə­qi­qi po­etik sə­viyy­əyə qal­dı­rır. O, nəğ­mə oxu­maq­dan da­ha çox ürəy­i­nə da­man fac­i­ə­si­nin ya­xın­laş­dığ­ı­nı xə­fif və incə ştrix­lər­lə gö­s­tə­rir.
Kas­sio ro­lun­da Ə.Sul­ta­nov, Emi­liya ro­lun­da Fat­ma Qə­d­ri müvəf­fə­qiyy­ət­li­dir.
"Otel­lo" qu­ru­lu­şu­nun ən yax­şı cə­hət­lə­rin­dən bi­ri son də­rəcə qüvvət­li an­sambl ya­ra­dıl­ma­sın­da­dır. Adil İsg­ən­də­rov təkcə baş rol­la­rın müvəf­fə­qiyy­ət­li oy­na­nıl­ma­sı­na fi­kir ver­mək­lə ki­fay­ət­lən­məy­ə­rək, bircə rep­li­ka ilə səh­nə­də görü­nən epi­zo­dik tip­lə­rin də can­lı çıx­ma­sı­na ça­lış­mış­dır. Onun bu səyi bütün qu­ru­lu­şun bə­dii bütövlüyünə sə­bəb ol­muş­dur.
Qu­ru­lu­şun bə­dii tər­ti­ba­tı (Nüsrət Fə­tul­lay­ev və Bə­du­rə Əf­qan­lı) ya­ra­dıcı kol­lek­ti­vin ümu­mi qə­lə­bə­si­nə az kö­mək et­mir. Bu cə­hət­dən ən çox nə­zə­ri cəlb edən Kipr səh­nə­lə­ri­dir. Bu­ra­da həm ay­dın per­spek­tiv, həm də ümu­miyy­ət­lə miqy­as mə­ha­rət­lə göz­lə­nil­miş­dir.
"Otel­lo"nun ye­ni qu­ru­lu­şu 75 il­lik yu­bi­ley­i­ni bay­ram et­məyə ha­zır­la­şan te­a­t­rı­mı­zın xal­qı­mı­za qiy­mət­li bir hə­diyy­ə­si­dir.