Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…



 

Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


 

Nəsib Bayramoğlu Mingəçevirdə yaşayır,"Qərib durna", "Boyunduruq", "Yuvalar" nəsr kitablarının müəllifi kimi tanınır. Uzunmüddətli arıçı müşahidələrinin bəhrəsi olan "Arı və demokratiya", "Arı dünyası" kitabları da maraqla oxunur. Yazıçının həmin kitablardan seçib redaksiyamıza təqdim etdiyi parçaları nəzərinəzə çatdırırıq.


*İnsanlarda kasıbın, arılarda isə varlı ailənin balası çox olur. Arının kasıbı bala qoymur.

* Arı əksər hallardadüşmənini dodağından, gözündən vurmağa çalışır. O, sanki, bununla düşmənə qandırmaq istəyir ki, gözünü, tamahını mənim yuvamdan çək.

* Arıdakı beş müqəddəslərdən (yurd-yuva, Qanun, Şah - ana, bala və ruzi), ikisi yaranmış şəraitdən asılı olaraq bəzən öz müqəddəsliyini itirir. Bunlardan biri yurd, biri isə Şah - anadır. Yurd - yuva arının normal yaşaması üçün yararlı deyilsə o daha müqəddəs ola bilməz. Belə halda arı onu tərk edib normal yaşayışını təmin edə biləjək başqa - daha əlverişli bir yurd axtarışına çıxır.

Şah - ana nə qədər gözəl, boylu-buxunlu olsa da, əgər o öz Şahlıq vəzifəsini yerinə yetirə bilmirsə, ona verilən sınaq dövrü başa çatdıqdan sonra etimadı doğrultmursa, o da müqəddəs sayılmır, dəyişdirilir.

* Şahsız - anasız, yiyəsiz ailədə bəzən şahlıq düşən bir neçə işçi arı meydana çıxır. Lakin belələrinin mayası şah mayası olmadığından onlardan heç vaxt şah olmur, qoyduqları yumurtadan arı əvəzinə yarımçıq erkəklər çıxır.

* Arıda yuvadan çıxıb getmək sərbəstdir. Lakin bu, Qanunla tənzimlənir ki, bu da üç gün möhlət deməkdir. Bundan sonra arı yalnız o vaxt içəri buraxılır ki, çöldən qayıdanda çinadanı dolu qayıtsın.

* Ana bir sutkada 2000-2200 yumurta qoyur ki, bu da təxminən onun öz çəkisi qədərdir. Hər gün təkrarlanan bu itki onun yediyi ana südü və güvəm hesabına bərpa olunur.

* Sədəf boyda ana südündə olan kalori yüz o qədər balın kalorisinə bərabərdir.

* Arı özünün yeganə silahı olan iynəsini hər deyəndə işə salmır. Əvvəljə öz düşmənini vızıltı çıxartmaqla, hədə-qorxu gəlməklə qovmağa çalışıb silahı ehtiyatda - ən çətin məqam üçün saxlayır. Bu üsul nətijə verməzsə, onda arı düşməni sanjmaqla ondan hayıf çıxır. Lakin arı görsə ki, onun məkanına qəfil hüjum var və bunu heç bir hədə ilə qorxutmağın xeyri yoxdur, onda arı xəbərdarlıq etmədən birbaşa sanjmaq haqqında qərar qəbul edir - jihada girir.

* Arı düşmənə jihad elan edibsə, o, bunu qətiyyən dəyişməz və hara qaçırsan - qaç, sən janını ondan qurtara bilməyəjəksən. Nə eləyirsən elə, arı səndən əl çəkməyib mütləq sanjajaq. Çünki arı qəbul etdiyi qərarın ijrasını mütləq təmin edən bir varlıqdır.

* Heç bir laboratoriyası, çəki alətləri olmayan arı balın müalijəvi əhəmiyyətini artırmaq üçün onun tərkibinə elə qərəldə, çəkidə narkotik maddə tapıb qatır ki, o insana zərər gətirmir. Balda ağrıkəsiji, uyuşduruju, yuxugətiriji xüsusiyyətlər məhz bunun nətijəsində yaranmış olur.

* Hər bir arı ailəsinin müstəqil dövlət kimi öz konkret yeri - ərazisi, sərhədləri, qanunları, Şahı - rəhbəri, qoşunu, silahı, büdjəsi, kömrük qaydaları, kəşfiyyatçısı, öz informasiya mənbəyi, yalnız ona məxsus olub, onun üzvlərinin məzsusluğunu bildirən pasportlaşması mövjuddur.

* 21 günə dünyaya gələn işçi arı, yuvası, balası, sabahkı təminatı naminə məhsul gətirmə dövründə o qədər çalışır ki, 42-45 gündə əldən düşüb ölür. Lakin qış aylarında işləmədiyindən, dinjəlməyə imkanı olduğundan o, 110-150 günə kimi yaşaya bilir.

* Ailədə olan üç növ arıdan ən çox işləyəni və ən az yaşayanı işçi arılardır. Jəmi on yeddi günə əmələ gələn erkək - eşşək arılar işçi arıların öz janları bahasına yığıb gətirdikləri ruzidən geninə-boluna yeyərək arılardan dörd dəfə çox yaşayırlar. Bu hələ harasıdır! Əgər payızın düşməsi ilə əlaqədar işçi arılar onları yuvadan qovub çıxartmasalar onda bu müftəxorlar daha çox - bəlkədə zəhmətkeş arıdan 8 dəfə uzun ömür sürərlər.

* Məhsul yığımının qurtarması ilə bağlı işçi arılar yuvaya bir damjı da olsa ruzi gətirməyən erkəyi yuvadan qovurlar. Yuvadan çıxmaq, bol yemdən ayrılmaq istəməyən erkək arı inadkarlıq eləyəndə arı onun belinə minib çölə qovur və erkəyin təzədən geri qayıtmaması üçün qanadını çeynəyib qoparır. İçəri girməyin qadağan olunduğunu bilən erkəklər yuvanın ağzında yığışıb həsrətlə içəri girib-çıxan işçi arılara baxmaqdan savayı ayrı əlajları qalmır. Bol yeməyə vərdiş edən erkək iki-üç gün beləjə aj qaldıqdan sonra ajlığa dözməyib ölür. Hansı ki, arı ondan üç-dörd dəfə çox ajlığa tab gətirə bilir.

* Arının ən qəddar düşməni olan arıquşu (qızlar quşu) gün ərzində 300-dən çox arı tutub yeyə bilir. Arını tutan arıquşu arını bütöv yemir. Qayçını xatırladan dimdiyi arasında onun arxa hissəsini - iynəli və nəjislə dolu hissəsini kəsib ataraq baş tərəfini - ballı hissəsini udur.

* Arı qolunda, sinəsində, başında sıx, qalın və qıvrım tük olanı daha çox çalır. Yəqn beləsi ona arının qatı düşməni olan ayını xatırladır.



* Arıquşunun səsini eşidən arı çalışır ki, qutudan çölə çıxmasın. Bunu bilən arıquşu bəzən qutunun ağzına qonaraq dimdiyi ilə yuvanı taqqıldadıb arını çölə çıxardır və ordaja onu tutub yeyir.

Arı quşdan qorunmaq üçün yuvada dayanıb arıquşunun uzaqlaşıb getməsini gözləyir. Axşam düşəndən sonra və səhər lap tezdən arıquşu olmayanda o işə gedir və çox tələsə-tələsə işləyir. Hərdən arıquşu onu tutmasın deyə lap aşağıdan uçub arıquşunu azdırmağa çalışır.



* Arı jəsarətli janlıdır. O arıquşu arıxanada arı tutmaq istəyəndə dəstə ilə onun üstünə jumurlar. Lakin arıquşu bundan istifadə edərək onlardan birini tutaraq, tezjə də arıxanadan uzaqlaşıb yaxınlıqdakı budaqlardan birinin üstünə qonur. Sonra dimdiyindəki ovunu yeyib qurtaran kimi yenidən arıxanaya - arı tutmağa qayıdır. Arıquşu çalışır ki, qurumuş budağa qonsun. Çünki belə yarpaqsız budaqdan uçan arını görmək daha asandır.



* Ayı arıxanaya oğurluğa gələndə heç də ilk qabağına çıxan qutunu götürüb aparmır. O bir-bir qutuları qaldırıb hansının dolu, yəni daha ağır olanını müəyyənləşdirir. Bundan sonra həmin qutunu qoltuğuna alır və qaça-qaça onu su olan yerə çatdırır və qutudan şanları bir-bir çıxararaq suya basır və beləliklə arıları öldürdükdən - boğduqdan sonra balı dişinə çəkir.



* Yuvadan 3 gündən artıq çöldə qalıb yadlaşan arı təzədən öz yurduna qayıtmaq, ora doğma olmaq üçün yurda əlidolu qayıtmalıdır, kənarda yığdığının bir qismini yuvaya - yoldaşlarına gətirməlidir.



* Heç bir yad arını öz yuvasına buraxmayan arı 1-2 günlük bala hansı qutudan olur olsun onu yuvaya buraxır, ona toxunmur, bu körpəni öldürmür və tezjə yedizdirilib içəri aparılır. Arılarda ğala kimin olur olsun o, heç vaxt düşmən sayılmır.



* Arı öz çəkisinə görə ən güjlü janlılardan biridir (qarışqalardan sonra). Əgər at öz çəkisindən jəmi iki dəfə ağır yükü sürüyüb apara bilirsə, arı özündən 20 dəfə ağır şeyi dartıb yuvadan bayıra ata bilir.



* On milliqram çəkisi olan arının bir kq-da 10 minə qədər arı olur. Yayda yaxşı arı ailəsində 50-60, bəzənsə 70-80 minə qədər arı birgə fəaliyyət göstərir. Bu qədər çoxluğa baxmayaraq arı ailəsində heç bir qruplaşma, hakimiyyət, dövlət çevrilişi, vətəndaş qarşıdurması yol verilməzdir.

* Min bir arı ailəsini yan-yana düzsən də onların arasında heç vaxt heç bir qonşuluq münasibəti qurulmaz. Arılarda qonşuya keçmək, onunla alış-veriş etmək, qonşudan yardım istəmək yasaqdır. Arı dünyasında belədir: yardıma göz tikmə və çalış özün özünü yaşat. Unutma ki, yardımla yaşamaqdansa ölmək yaxşıdır.

* Arı başqa ailəyə basqın edəndə birinji onun şahını öldürür ki, ailədə başsızlıq yaransın, nizam pozulsun.

* Kimin çox, kimin az yem toplamasından asılı almayaraq yuvada olan yemdən hamı istədiyi qədər dadmaq hüququna malikdir. Ailədə mənim - sənin yoxdur. Yuvanın harasınasa keçməyə qadağa qoyulmur. Yaxşı da, pis də nə varsa hamınındır.

* Hər bir arı öz şahı ilə istədiyi vaxt görüşə bilər, qolları və ağzı ilə ona toxuna, hətta ağzındakı yemlə onu yemləyə bilər. Onlarda hamının bəyənib seçdiyi şaha zaval yoxdur və əgər Şahlığa yararlıdırsa daha onu kimdənsə qorumağa lüzum qalmır.

* Ananın - şahın seçilməsində heç bir arı istisna olmadan bütün ailə üzvləri iştirak edir. Bunun nətijəsidir ki, ailədə yaxşı şaha sui-qəsd edilmir.

* Yuvada təkhakimiyyətlik uğrunda analar arasında aparılan mübarizədə arılar iştirak etməz, onlar yalnız bunu müşahidə edər, sonradan qalib gələn şahı həmişə kənar hüjumlardan qoruyar, onun başqa şahla tutaşmasına yol verməzlər. Yad şahla vuruşmaq lazım gəlsə daha bunu fəaliyyətdə olan şah yox onların özləri edərlər. Hətta yuvaya buraxmaq istədiyin təzə şah nə qədər yuvadakı şahdan üstün olsa belə, o qəbul olunmaz, arılar öz zəif şahını yad şaha dəyişməzlər və lazım gələrsə təzə şahı anjaq öz içərilərindən seçərlər.

* Arı öz ölüsünə yas saxlamaz. Onlarda ölüm haqdır. Ölüm varsa ölüm də qaçılmazdır. Lakin arılar yalnız şah öləndə, o yoxa çıxanda məys olub üç gün yas içində olurlar. Bu arının işləməsindən, davranışından, təlaşından o saat hiss olunur.

* Arı elə nadir janlıdır ki, yeri gələndə o özü-özünə ana dünyaya gətirir.

* Payıza az qalmış ailənin varını geninə-boluna yeyən erkəklər yuvadan qovulur. Bunun Qanunun tələbi olduğu üçün erkək janını qurtarmaq üçün ha ora-bura qaçsa da, işçi arı ilə vuruşa girmir. O vaxtın yetişdiyini bildiyindən çöldə - yuvanın ağzında qrup şəklində toplaşıb həsrətlə içəri baxar və bir müddətdən sonra ajlıqdan ölərlər. Bu zaman heç bir arı çöldə qalan erkəyə yazığı gəlib ona yemək verməz. Çünki bu, Qanunu pozmaq olardı.

* Arılarda bu və ya digər vəziyyətlərin bir-birinə ötürülməsi ilə bağlı informasiya ən iti yayılan informasiya olsa da, onlar heç vaxt biri o biri haqqında nə şaha, nə də başqa arılara xəbərçilik, satqınlıq etməzlər.

* İşçi arının, erkəyin dünyaya gəlməsi, yetişməsi üçün ona jəmi üç gün ana çüdü yedizdirilərsə, ana - şah olajaq süfrəyə 15-16 gün, yəni o dünyaya gələnə kimi yalnız ana südü ilə qidalandırılır. Ona görə də, işçi arı ana - şah olmaq iddiasına düşsə də (belə hallar bəzən olur) ondan şah olmur. Çünki onun mayası şah mayası deyil.

* Arı çöldən bol nektar gəlişinə ümid edib çoxlu bala qoyubsa və qəfildən bu gəlir kəsilərsə arı qoyduğu balaların yuvadan çıxmasına imkan vermir. O yetişməmiş yarımçıq balaları didib çölə tökür. Səbəb odur ki, arı gözü görə-görə balasının ajından ölməsini istəmir. Burada prinsip belədir: balanı saxlaya biləjəksənsə, onu dünyaya gətir. Aj, təminatsız bala böyütmək olmaz, bu günahdır.

* Yuva daxilində olduqja qənaətjil olan arı, kənarda yem mənbəyi varsa böyük bir ajgözlüklə özünü fəda edərək gündüzə qatıb onu damlasına qədər yuvasına daşıyar.

* Çöldə yem mənbəyi tapan arı ona başını qatıb öz qarnını doydurmaz. Vaxt itirmədən tezjə geri qayıdıb öz yoldaşlarına yemin yeri, dadı, uzaq-yaxıqlığı barədə xəbər çatdırar.

* Arının da insanlar kimi kütləvi şəkildə qeyd edilən bayramları var. Balaların təbiətə ilk çıxışı - bala oynatma, beçə vermə - ayrılma, gəlinköçürmə, yaxşı gəlirlə bağlı məhsul bayramı və s. bu Bayramların hər birinin özünə məxsus avazı - musiqisi olur.

* Bütün fəaliyyəti hava durumu ilə bağlı olan arılar axşam, sabah havanın nejə olajağını çox dəqiqliklə müəyyən edə bilirlər.

* Təzə yerdə su axtarışında olan arılar yuxarı ilə yox, otların, torpağın üstü ilə, otlara dəyə-dəyə üçurlar.

* Balın xarlaması və ya xarlamaması onun keyfiyyətli-keyfiyyətsiz olmasına dəlalət etmir. Bu balın tərkibi ilə bağlıdır. Tərkibində qlükoza üstünlük təşkil eləyən ballar tez, fruktoza çoxluq təşkil eləyən ballar gej, hətta saxlama şəraitindən asılı olaraq ümumiyyətlə xarlamır. Təbii balın xarlaması şəkərdən alınan balın xarlamasından o saat fərqlənir.


* Çəmən balı tez, dağ ətəyi ballar gej xarlayan bal olur.

* İnsanlar bal arılarının altı növ məhsulundan bəhrələnirlər. Bunların bir çoxu baldan daha qiymətlidir. Bal, vərə mumu (arı kleyi, propolis) çiçək tozu, ana südü, arı zəhəri və sarı mum.

* 1 kq balın tərkibində 400-dən çox qatışıq komponent var ki, bu da insanda 3200 kilokolori istilik yarada bilir.

* Balın tərkibində su normadan 20%-dən çox olanda qıjqırır.

* Müəyyən mənbələrdən götürülən bəzi balar arının özü üçün də çox ziyanlı hesab olunur. Gəzəyənti bal, meşələrdə ağajlara sarmaşan həmişəyaşılın, pambıq, günəbaxan çiçəyinin balı belə ballardandır.

* Keyfiyyətli balı tanımağın bir çox üsulu - yolu var. Amma ən asan, etibarlı üsul odur ki, balı aldığın adamı yaxşı tanıyasan, kimliyini biləsən.

* Arı məhsullarının hamısı dərman hesab olunsa da onların ayrı-ayrılıqda hər birinin öz təyinatı var. Balın özü də hansı çiçəkdən yığılmasından asılı olaraq ona münasib dərman kimi müxtəlif xəstəliklərdə qəbul edilir. Yalnız balın özü 22-dən çox xəstəliyin müalijəsində təsirli və ziyansız dərman kimi istifadə olunur.

* Arı zəhəri tərkibjə gürzə zəhərinə yaxındır. Lakin onun dozası az olduğundan insanı öldürmür və əksinə onun bir sıra xəstəliklərini müalijə edir. Atı eyni anda 50-dən çox arı sanjsa o ölə bilər. Lakin bədəni arı zəhərinə öyrənmiş arıçı belə imtahandan sap-sağlam çıxa bilir.

* Arı sanjmasına allergiyası olan insan ondan qaçmalıdır. Bəzən arı insanın elə damarından vurur ki, o huşunu itirir.

* Təjrübəli arıçı arıxanada arı vuruşuna qarşı demidrol saxlamalıdır.

* Arıxanada arının yaxınlaşmasından qorxub əl-qol atmaq, ora-bura qaçmaq olmaz. Bu hərəkət daha çox arının üstünə gəlməsinə səbəb ola bilər.

* Tərkibinə görə yaylaq balları daha zəngin keyfiyyətə malik olur.

* Qışda balın çox bərkiməsi, xarlaması yuxulu halda olan arı üçün problem yaradır. Bunu bilən arı orta pətəklərə üstü möhürlənməmiş bal yığı və balın xarlamaması üçün çiçəklərində limaon jövhəri olan bitki və ağajlardan limon jövhəri tapıb bala qatmaqla öz işini asanlaşdırır.

* Tərkibi zəngin bal daha çox - yəni azı 40-dən çox çiçəyin nektarı olan bala deyilir. Belə bal daha təsirli olur.

* Heç bir saxtakarlıq etməyən arıya saxtakarlıq edilibsə, haram qatılıbsa, balı alınıb şəkər verilibsə, şana parafin və digər əlavələr qatışdırılıbsa, başqasından oğurluq olunubsa, o arı ailəsi gej-tez qırılıb sıradan çıxır.

* Arı yada yabançı olduğu kimi, onun təmiz əməyinin məhsulu olan balda da bu xüsusiyyətlər mövjuddur. Sən bala nə qədər istəsən çör-çöp, yarpaq qırıntıları, ölmüş arı jəsədləri qatırsan - qat, bir sutkadan sonra bal bunların hamısını içindən təmizdəyib qabın üzünə çıxardajaq və özü billurlaşıb tər-təmiz olajaq.

* Bal uzun müddət saxlanıldıqda öz keyfiyyətini itirməyən bir məhsuldur.

* Bal bakteriya keçirməzdir. Afrika jəngəlliklərində yaşayan qəbilələrdən bəziləri balın bu keyfiyyətini bildiklərindən ət xarab olmasın deyə onun üzərinə bal sürtüb ağajların kovuşunda xeyli müddət saxlaya bilirlər.

* Böyük İsgəndərin jəsədini iylənməmək üçün balla dolu çəlləkə qoyub vətəninə gətirib çatdırmışlar.

* Arxeoloci qazıntılar zamanı aşkar edilən min illər bundan önjə qablaşdırılmış balları açarkən onun xarab olmadığı təsdiq olunmuşdur.

* Uzun yaşamaq istəyirsənsə hər gün 1-2 qaşıq bal ye!

* Bal ən tez həzm olunan qidadır. O mədəyə daxil olandan 7 dəqiqə sonra qana sorula bilir. Ona görə bal yeyən tez ajır.

* Çiçək tozu - qüvəmlə qidalanaraq 3 ay aj qalmaq mümkündür.

* Qan dövranını, ürəyin fəaliyyətini yaxşılaşdıran ana südü, həm də jinsi fəaliyyəti güjləndirən bir vasitədir.

* Qolları, döşü, başı hədsiz tüklü olan adamı arı daha çox vurur. Çünki belə adam arıya onun ən qəddar düşməni olan ayını yada salır, xatırladır.

* Bal arısı Allahın yaratdığı müqəddəslərdən biridir. Ona görə də, hirslənib onu söymək ən böyük günahdır.

* Tamahını boğa bilməyib arının qış yemini onun əlindən alan arıçı yazbaşı başına döyər.

* Varlı diyara göz tikən çox olduğu kimi balı şirin, özü şirin olan arının, onun barlı - bəhərli yuvasının da düşmənləri hədsizdir. Arının qarışqadan tutmuş ümumiyyətlə nəhəng ayıya, hətta ziyansız saydığımız qaranquşa, kəpənəyə, qurbağaya və daha 39-a qədər düşməni məlumdur.

* Xırda olmasına baxmayaraq özü xırda, əməli böyük olan bal arılarının 28-ə qədər xəstəliyi məlumdur. Bu qarın ağrısından tutmuş, sonsuzluq, çürümə, bit-gənə, qıjolma, müxtəlif infeksion, bakterial, göbələk, invazion və digər xəstəliklərdir.

* Arı müqəddəs varlıq olduğundan onda olan heç bir xəstəlik insana keçməz.

* Ümumiyyətlə balın dəyib-dəymədiyini bilmək üçün qaşığı balla doldurub bir neçə dəfə fırlayırsan. Bu vaxt əgər bal qaşıqdan o saat süzülüb tökülürsə o dəyməmiş baldır. Yox, əgər qaşığa yapışıb qalırsa, bu bal dəymiş baldır.

* Bir qaşıq balı toplamaq üçün (30 qr.) 200 arı bir gün durmadan nektar toplayıb yuvaya gətirməlidir.

* Şanın 75 gözünə yığılan balın üzərini möhürləməyə 1 qram mum sərf olunur.

* Bir ananın mayalanması üçün 8-12 erkək tələb olunur. Ana ömründə yalnız bir dəfə mayalanır.

* Ana iki növ yumurta qoyur və bunlardan mayalanmışından işçi arı, mayalanmamışından erkək arı çıxır.

* Özü müftəxor olduğu kimi erkək arıların yumurtalarının yetişdirilməsinə də işçi arıdan üç dəfə çox yemləmə sərf olunur.

* Arı yeni yem mənbəyini tapan kimi yuvaya qayıdıb iki jür rəqslə yoldaşlarına onun yerini bildirir. Bunlardan biri dairəvi rəqs, o biri isə yarım dairəvi rəqsdir.

Dairəvi rəqsdə arı yem yerini bildirmək üçün dairəvi şəkildə bir neçə dəfə fırlanır.

O biri rəqsdə isə arı yarım dairə qaçıb dayanır və üzünü əks tərəfə çevirir, sonradan təzədən start vəziyyətinə qayıdıb təkrar yarımdairə qaçış eləyir.

Birinji rəqs yem yaxınlıqda olanda, ikinji növ rəqs isə yem yuvadan uzaqda olanda ijra edilir.

15 saniyəyə 11 dəfə dairəvi rəqs yemin lap yaxında - 100 metrlikdə olmasını, dörd dəfə dolanması isə yemin bir kilometr yarıma qədər məsafədə olduğunu bildirir.

* Bir sıra zəhərli bitkilərin çiçəklərindən toplanan bala "kefləndiriji" bal deyilir. Belə balı yeyən insanın səhhətində ağır pozuntular, qusma, mədədə ağrı, zəifləmə, başgijəllənməsi, hətta bəzən huşu itirmə halları da baş verə bilir.

* Bəzi allergiyası olan insanlara bal yemək məsləhət görülmür. Belələri bal yeyərsə onlarda baş ağrısı, dəridə səpgi, allergik asqırmalar, mədə-bağırsaq pozuntuları baş verə bilər.

* Şenlı bal yeməyin təsiri süzmə baldan daha çoxdur. Bu yalnız qaymaritlər və frontitlər zamanı deyil, həm də nəfəs yollarının, mədə ağrılarının müalijəsi üçün də olduqja xeyirlidir. Biz şanlı balı çeynəyib udduqda, o mədəyə düşəndən sonra əriyib onun divarlarını nazik təbəqə - mumla örtür ki, bu da orada olan bir çox səpgi, yara-xoraların üzərini suvayır.

* Arı səni sanjıbsa tez onun dəri üzərində qoyub getdiyi iynəni zəhər tuluğu ilə birlikdə çıxarıb at və həmin yeri araq və ya spirtlə sil. Yara yerinə habelə çiy kartof və ya soğan da kəsib qoymaq olar.

* Demidrol arı sanjmada təsirli dərmanlardan biri sayılır.

* Daha çox nektar verən ağaj, çəmən çiçəklərinin sayı 200-dən çoxdur. Bunlardan da nektarı bol olanlar aşağıdakılardır: ağaj və kollardan: jökə, akasiya, yulğun, murdarça, qaratikan. Çəmən çiçəklərindən: kəklikotu, çüyüd, yonja, raps, almayonja, əkin yonjası, pişik jaynağı, baldırğan, sorunja, qantəpər, iki növ qanqal, süpürgə, piyanka və digər dağ otları.

* Bol nektarlı çiçəyin şirə verməsi üçün yalnız ona məxsus hava hərarəti ilə rütubətin müvafiq uzlaşması gərəkdir.

* Qızılgül, lalə nə qədər jəzbediji olsa da, onlardan nektar - şirə olmur. Arı onlara yalnız çiçək tozu toplamaq üçün qonur.

* Arının bəzi düşmənləri onu tutmaq üçün çiçəyin ortasında pusqu qururlar.