Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


UNUDULMAZLAR
 

Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


 

Böyük müğən­ni, Azər­bayc­a­nın ilk qa­dın ope­ra ifa­çı­sı Şöv­kət Məm­mə­do­va Azər­bayc­an mu­si­qi mə­də­niyy­ə­ti­nin unu­dul­maz si­ma­la­rın­dan­dır. Mu­si­qi mə­də­niyy­ə­ti­mi­zin qa­ran­qu­ş­la­rın­dan say­ı­lan Şöv­kət xa­nı­mın ya­ra­dıc­ı­lığı Azər­bayc­an ope­ra sə­nə­ti­nin par­laq sə­hi­fə­lə­rin­dən­dir.
1897-ci ilin 18 ap­re­lin­də Ti­f­lis şə­hə­rin­də çək­mə­çi Hə­sə­nə­li­nin evin­də dünyaya göz açan Şöv­kət hə­lə uşaq ya­ş­la­rın­dan mu­si­qiyə böyük hə­vəs gö­s­tə­rir. Va­li­deyn­lə­ri onun bu hə­vəs və qa­bi­liyy­ə­ti­ni görüb pu­lu­nu his­sə-his­sə ödə­mək şər­ti­lə bir pi­a­ni­no alır­lar. Ya­rım il so­nra Ti­f­lis mu­si­qi mək­tə­bi­nə da­xil olan Şöv­kət 12 ya­şı­na qə­dər bu mək­təb­də oxuy­ur. Klas­sik mu­si­qiyə hə­və­si onu tez-tez ope­ra te­a­t­rı­na çə­kib apa­rır­dı. Gör­kəm­li italy­an müğən­ni­si Ai­da Qon­za­qa o vaxt Ti­f­li­s­də qa­s­t­rol sə­fə­rin­də idi. C. Ver­di­nin "Ri­qo­let­to" ope­ra­sın­da Cil­da ro­lu­nu oy­nay­an müğən­ni­nin ifa­sı ba­laca Şöv­kə­ti necə ov­sun­la­mış­dı­sa, evə gə­lən­dən so­nra da eşi­dib yad­da sax­la­dığı mu­si­qi­ni oxu­mağa ba­ş­lay­ır. Onun oxu­maq bac­a­rığı haq­qın­da söz-söh­bət dil­lə­rə düşür. Ti­f­li­s­də xey­riyy­ə­çi qa­dın qra­finya Vo­ront­so­va - Daş­ko­va ax­şam ziy­a­fə­tin­də oxu­maq üçün ge­ne­ral Ka­zım Mir­zə Qac­a­ra bir müsəl­man qı­zı tap­ma­sı­nı tap­şı­rır. Hə­min müsəl­man qı­zı 13 ya­ş­lı Şöv­kət olur. O ziy­a­fət­də A. Ru­ben­ştey­nin "Əz­ra" ro­man­sı­nı, Azər­bayc­an xalq mah­nı­sı­nı və bir italy­an ro­man­sı­nı necə us­ta­lıq­la, mə­la­hət­lə oxuy­ur­sa, qra­finya ona mütləq Pe­ter­bur­qa ge­dib mu­si­qi təh­si­li al­mağı məs­lə­hət görür. Şöv­kət isə 1910-cu il­də mək­tə­bi qur­ta­rıb Ba­kı met­se­nant­la­rı­nın kö­məyi ilə İta­liy­aya oxu­mağa ge­dir. 14 ya­ş­lı müsəl­man qı­zı İta­liy­a­nın Mi­lan şə­hə­rin­də ke­ç­miş ope­ra müğən­ni­si Dot­ti Am­b­ro­zi­o­nun sin­fin­də dərs ke­ç­məyə ba­ş­lay­ır. Bir il­dən so­nra təh­sil haq­qı­nı ödəyə bil­mə­diy­in­dən Və­tə­nə qay­ı­dır. Ü. Hac­ı­bəy­li baş­da ol­maq­la o dövrün ziy­a­lı­la­rı, inc­ə­sə­nət xa­dim­lə­ri Şöv­kə­tə mad­di yar­dım məq­sə­di­lə Tağ­ıy­ev te­a­t­rın­da bə­s­tə­ka­rın "Ər və ar­vad" ope­ret­ta­sı gö­s­tə­ri­lir. To­pla­nan və­sa­it Şöv­kə­tin təh­si­li­nin da­va­mı­na sərf edil­mə­li idi. Ta­ma­şa­dan so­nra Şöv­kət səh­nəyə çı­xıb oxu­mağa ba­ş­lay­ır. Şa­q­raq və mə­la­hət­li səs əv­vəlcə zal­da ölü sükut ya­ra­dır. La­kin az so­nra san­ki yu­xu­dan ay­ı­lan Ba­kı qo­çu­la­rı ba­laca qızc­ığ­a­zı ölümlə hə­də­ləy­ə­rək təh­qi­ra­miz söz­lər yağ­dır­mağa ba­ş­lay­ır­lar. Mir­zə­ağa Əliy­ev­lə Ü. Hac­ı­bəy­li giz­li yol­la Şöv­kə­ti te­atr­dan qa­çı­rır­lar. Ta­ma­şa­dan to­pla­nan 1500 ma­nat pul müsa­di­rə olu­nur və Şöv­kət Ti­f­li­sə qay­ı­da­raq or­ta mək­tə­bi bi­ti­rir. Ai­lə həy­a­tı qu­ra­raq Kiy­e­və köçür və Alek­san­d­ra Şper­lin­qin sin­fin­də təh­si­li­ni da­vam et­dir­məyə ba­ş­lay­ır. Kiy­ev kon­ser­va­to­riy­a­sın­da oxu­duğu il­lər gör­kəm­li bə­s­tə­kar R. Qliy­er­lə görüşür və ya­ra­dıc­ı­lıq əla­qə­lə­ri ya­ra­nır. "Gəl, gəl, ey mə­nim ma­ra­lım", "Küçə­lə­rə su səp­mi­şəm", " Ye­ri, ye­ri küsmüşəm sən­dən" və s. Azər­bayc­an mah­nı­la­rı­nı Qliy­er ilk də­fə Şöv­kə­tin ifa­sın­da eşi­dir və Azər­bayc­an mu­si­qi­si­nə hey­ran olur. So­nra­lar bə­s­tə­kar "Şah­sə­nəm" ope­ra­sı­nı ya­zar­kən Azər­bayc­an mu­si­qi nümu­nə­lə­rin­dən ya­ra­dıc­ı­lıq­la bə­h­rə­lən­miş­dir.
1920-ci il­də Şöv­kət Məm­mə­do­va Kiy­ev kon­ser­va­to­riy­a­sı­nı bi­ti­rib Ba­kıya gə­lən­də ar­tıq püxtə­ləş­miş bir müğən­ni idi. Onun ye­ni for­ma­da, ye­ni ça­lar­lar­la oxu­mağı çox­la­rı­nın xo­şu­na gəl­mir. Şöv­kət bi­lir­di ki, ye­ni­lik hə­mi­şə ma­ne­ə­lər­lə qar­şı­la­şır. Sə­nət­də ye­ni­liyi xalq bir­dən-bi­rə qə­bul edə bil­mir. Bu­nun üçün uzun bir pro­ses, bir də dözüm la­zım idi. Şöv­kət isə uşaq­lıq­dan dözümlü idi. Sağ ol­sun yax­şı adam­lar. Onun bir müğən­ni ki­mi ye­tiş­məy­in­də Ü. Hac­ı­bəy­li və Qliy­e­rin çox böyük xid­mət­lə­ri ol­muş­dur. Sə­nətşünas­la­rın di­li ilə de­sək "... Qliy­er Şöv­kət Məm­mə­do­va­nı kəşf et­di, Üzey­ir bəy isə Şöv­kə­tin əlin­dən tu­tub ilk azər­bayc­an­lı qa­dın müğən­ni­ni səh­nəyə gə­tir­di..."
..."Cə­sa­rət­lə dey­ər­dim ki, Şöv­kət xa­nım Məm­mə­do­va vo­kal sə­nə­ti­mi­zin ilk pi­o­ne­ri olub­dur. O bu sə­nə­tin gə­ləc­əyi üçün bütün gənc­liy­i­ni qur­ban ve­rib­dir ..." (Ü. Hac­ı­bəy­li).
... "Mən Ru­siy­a­da böyümüşəm. De­mək olar ki, Şöv­kət xa­nım Məm­mə­do­va ilə ilk ta­nı­ş­lığa qə­dər Azər­bayc­a­nı ta­nı­mır­dım. Mən Azər­bayc­a­nı ilk də­fə Şöv­kə­tin oxu­duğu xalq mah­nı­la­rı ilə kəşf et­mi­şəm." (R.Qliy­er).
Kiy­ev kon­ser­vaty­o­riy­a­sı­nı bi­ti­rib Ba­kıya gə­lən­də ilk də­fə oy­na­dığı rol Ü. Hac­ı­bəy­o­vun "Ar­şın mal alan" ope­ret­ta­sın­da Gülçö­h­rə olub. Az so­nra re­per­tu­a­rı­nı ge­ni­ş­lən­di­rə­rək Av­ro­pa və Azər­bayc­an ope­ra­la­rın­da ye­ni-ye­ni ob­raz­lar ya­rat­mağa ba­ş­lay­ır. "Tra­vi­a­ta" da Vi­o­let­ta­nı, "Ri­qo­let­ta"da Cil­da­nı, "Şah­sə­nəm"də Şah­sə­nə­mi, "Şah İs­may­ıl"da Gülza­rı, "Nə­rg­iz"də Nə­rg­i­zi, "Şo­ta Ru­s­ta­ve­li"də Ni­na­nı, "Lak­me"də Lak­me­ni us­ta­lıq­la ifa edir. Bütün bu rol­lar onun üçün ye­ni mək­təb, mə­hək da­şı olur.
Şöv­kət Məm­mə­do­va müxtə­lif il­lər­də, ay­rı-ay­rı ope­ra­lar­da ob­raz­la­rı elə ürək­lə, mə­həb­bət­lə ya­ra­dıb ki, bu gün də öz dəy­ə­ri­ni itir­məy­ib. Şah­sə­nəm və Nə­rg­iz ob­raz­la­rı­nın da­xi­li alə­mi­ni, sə­mi­miyy­ə­ti­ni, sa­də­liy­i­ni, mər­da­nə­liy­i­ni özünə məx­sus mə­ha­rət­lə açıb. Tə­sadüfi dey­il ki, 1938-ci il­də Mosk­va­da ke­çi­ri­lən Azər­bayc­an inc­ə­sə­nə­ti ongünlüyündə Şah­sə­nəm və Nə­rg­iz ob­raz­la­rı­nı elə mə­ha­rət­lə ifa et­miş­di ki, hə­min il­də SSRİ xalq ar­ti­s­ti fə­x­ri adı­na lay­iq görülmüşdü.
Şöv­kət xa­nım təkcə ope­ra müğən­ni­si ola­raq qal­ma­mış­dır. Pa­ri­s­də, Ber­lin­də, Tə­b­riz­də qa­s­t­rol sə­fər­lə­rin­də olar­kən Azər­bayc­an xalq mah­nı­la­rıy­la xa­rici öl­kə din­ləy­ic­i­lə­ri­nin qəl­bi­nə yol tap­mış­dır. Hət­ta 1925-ci il­də Pa­ri­s­də məş­hur bir Fran­sa bə­s­tə­ka­rı onun ifa­sın­dan hey­rət­lə­nə­rək de­miş­dir: "Bu müğən­ni çox na­dir səs tem­b­ri­nə ma­lik­dir. Onun sə­si roy­a­lı ol­duqca pis və­ziyy­ət­də qoy­ur. Bu müğən­ni üçün xüsu­si roy­al düzəlt­mək la­zım­dır". Fran­sız qə­zet­lə­rin­dən bi­ri ya­zır­dı: "Şöv­kət Məmm­mə­do­va­nın çı­xı­şı bir da­ha sübut et­di ki, böyük mu­si­qi mə­də­niyy­ə­ti və vo­kal mə­ha­rə­ti anc­aq av­ro­pa­lı­la­rın qi­s­mə­ti dey­il."
Hə­lə XX əs­rin əv­vəl­lə­rin­də Azər­bayc­a­nı, Azər­bayc­an mə­də­niyy­ə­ti­ni dünyaya ta­nı­dan böyük müğən­ni­nin xid­mət­lə­ri bu­nun­la məh­dud­laş­mır.
Azər­bayc­an mu­si­qi fol­k­lo­ru­nun gö­zəl ifa­çı­sı olan müğən­ni baş­qa xal­q­la­rın mah­nı­la­rı­nı da se­və-se­və oxu­muş­dur. O, Şu­bert, Şu­man, Qriq, Brams, Qlin­ka, Ru­ben­şteyn, Çay­kov­ski, Rim­ski-Kor­sa­kov, Qliy­er ki­mi gör­kəm­li Av­ro­pa və rus klas­sik bə­s­tə­kar­la­rı­nın vo­kal mu­si­qi­si­ni də öz re­per­tu­a­rı­na da­xil et­miş­di.
Ömrünün çox his­sə­si­ni mu­si­qiyə həsr et­miş Şöv­kət Məm­mə­do­va 1948-ci ilə qə­dər Azər­bayc­an Ope­ra Te­a­t­rın­da iş­lə­miş­dir.
Onun həy­at yo­lu­na nə­zər sa­lan­da tə­əccüblən­məyə bil­mir­sən. Azər­bayc­an mu­si­qi sə­nə­ti­nin bir çox sa­hə­lə­rin­də o bi­rinc­i­lər sı­ra­sın­da day­a­nıb. Onun tə­şəbbüsü ilə Ba­kı­da ilk Te­atr Tex­ni­ku­mu ya­ra­dı­lıb. Bu Ya­xın Şərq­də ilk te­atr, ilk təh­sil oc­ağı idi. Şöv­kət xa­nı­mın bir müddət di­rek­tor­luq et­diyi bu tex­ni­ku­mun ilk bu­ra­xı­lı­şı 1926-cı il­də olub və ilk qa­dın mə­zu­nu isə unu­dul­maz Fat­ma Qə­d­ri idi. Azər­bayc­an­da ilk not nə­ş­riyy­a­tı da Şöv­kət Məm­mə­do­va­nın tə­şəbbüsü ilə ya­ra­dıl­mış­dır. Bu­ra­da Ü. Hac­ı­bəy­li­nin, M. Ma­qo­may­e­vin re­dak­tə­si və tər­ti­bi ilə Azər­bayc­an xalq mah­nı­la­rı nəşr olu­nur­du. İn­di­ki Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı da ilk də­fə Azər­bayc­an Te­atr Cə­miyy­ə­ti ki­mi məhz Şöv­kət xa­nım tə­rə­fin­dən ya­ra­dıl­mış və ilk di­rek­to­ru da sə­nət­ka­rın özü ol­muş­dur. O, ilk azər­bayc­an­lı müğən­ni­dir ki, 1925-ci il­də Fran­sa­da sə­si ya­zıl­mış va­lı bu­ra­xıl­mış­dır.
Şöv­kət xa­nım bütün ömrü boyu sə­nə­tin müxtə­lif sa­hə­lə­rin­də nə isə bir iş gör­mək ar­zu­su ilə ya­nıb. Müxtə­lif il­lər­də mu­si­qi fol­k­lo­ru­mu­zun to­plan­ma­sın­da iş­ti­rak eləy­ib. Bu sa­hə­də­ki iş­lə­ri­nə gö­rə hət­ta Pa­ri­sə də ge­dib. Bir hə­qi­qət də var ki, han­sı sa­hə­də ça­lı­şır­sa ça­lış­sın, Ş. Məm­mə­do­va hə­mi­şə ope­ra so­li­s­ti ola­raq qa­lır­dı. O, mu­si­qi­siz ya­şaya bil­mir­di. Müxtə­lif ope­ra­lar­da ya­rat­dığı ob­raz­lar içə­ri­sin­də Ros­si­ni­nin "Se­vilya bər­bə­ri"ndə­ki Ro­zi­na par­tiy­a­sı üzə­rin­də uzun müddət iş­lə­miş, sərf et­diyi əmək bo­şa get­mə­miş, ob­ra­zın yüksək təc­əssümünə na­il ola­raq ta­ma­şa­çı­la­rın qəl­bin­də unu­dul­maz iz bu­rax­mış­dı. Ro­zi­na­nın nik­bin his­slər­lə zə­ng­in və çı­lğ­ın alə­mi­nə Şöv­kət Məm­mə­do­va­nın cə­nub hə­ra­rə­ti rə­ng­a­rə­ng ça­lar­lar gə­ti­rir­di. Ro­zi­na­nın gah şıl­taq, gah çı­lğ­ın, gah qüssə­li, gah da utanc­aq­lığı hey­rə­ta­miz vo­kal ifa­çı­lığ­ın­da necə də əl­van və yad­da­qa­lan idi. "Gecə sa­kit­liy­in­də" ko­va­ti­na­sı­nı ifa edər­kən ta­ma­şa­çı­lar vəc­də gə­lir­di­lər. O, Ro­zi­na ro­lu­nun Azər­bayc­an di­lin­də ilk və həm də əvəz­siz ifa­çı­sı idi.
De­li­bin "Lak­me" ope­ra­sın­da Lak­me ro­lu­nu da Şöv­kət Məm­mə­do­va özünə­məx­sus ori­ji­nal və par­laq boy­a­lar­la ya­rat­mış­dır. Bu ope­ra Şərq möv­zu­sun­da ol­duğ­un­dan müğən­ni­nin ürəy­i­nə da­ha çox ya­tır, ana di­lin­də səs­lən­dir­mək­dən böyük zövq alır­dı. Lak­me­nin zə­ng­in da­xi­li dünya­sı­nın, nəc­ib his­slə­ri­nin ifa­də­si olan "Be­şik nəğ­mə­si", "Ey uca Dur­la" ki­mi müqəd­dəs­lə­rə mürac­i­ət Şöv­kət xa­nı­mın ifa­sın­da da­ha tə­sir­li səs­lə­nir­di.
Müğən­ni­nin vo­kal ifa­çı­lığı heç za­man ob­ra­zın həy­at hə­qi­qə­ti­ni, inc­ə­liy­i­ni üstə­lə­mir, ək­si­nə ifa­çı­lıq­la səh­nə həy­əc­an­la­rı­nın vəh­də­ti­nə çe­v­ri­lir­di. Ope­ra­nın əsas par­tiy­a­la­rın­dan olan "Zə­ng­lər­lə ariy­a­nın" ifa­sın­da bu özünü da­ha çox büru­zə ve­rir­di.
Şöv­kət xa­nım ta­ma­şa­çı­nı təkcə sə­si ilə dey­il, ob­ra­zın da­xi­li alə­mi­ni, xa­rak­te­ri­ni us­ta­lıq­la aç­ma­sı ilə də hey­rə­tə gə­ti­rir­di. Onun ya­ra­dıc­ı­lığ­ın­da düşüncə ilə duyğu vəh­dət təş­kil edir­di.
Dünya ope­ra te­atr­la­rı re­per­tu­a­rı­nın fə­x­ri olan "Ri­qo­let­ta" ope­ra­sın­da Cil­da ob­ra­zı li­rik - ko­lo­rit­li so­pra­no səs­li müğən­ni­lə­rin qu nəğ­mə­si he­sab olu­nur. Hə­lə gənc­liy­in­də Cil­da­nın par­tiy­a­sı­nı məş­hur italy­an müğən­ni­si Ai­da Qon­za­qa­nın ifa­sın­da hey­ran­lıq­la din­ləy­ən Şöv­kət xa­nım, bu rol­da gör­kəm­li italy­an müğən­ni­si Tot­ti del Mon­te və Qa­li Kur­çi­nin ifa­sı­nı da eşit­dik­dən so­nra öz Cil­da­sı­nı ya­rat­mağa ba­ş­lay­ır. İs­tər ariya, is­tər­sə də du­et və re­çi­ta­tiv­lə­rin­də Şöv­kət xa­nım əvə­ze­dil­məz və par­laq səh­nə təc­əssümü ya­rat­mağa na­il ol­muş­dur. Cil­da ilə Ri­qol­let­ta­nın du­e­ti­nin kul­mi­na­siya nöq­tə­si Cil­da­nın "Bi­li­rəm ki, si­zi xoş­bəxt edə­rəm" söz­lə­ri ilə ba­ş­lay­an his­sə­si­dir. Cil­da­nın ötə­ri kə­də­ri­ni yüngül bir qüssə əvəz edir və ar­dınca tə­bəssüm və pı­çıl­tı­lı rep­li­ka­lar gə­lir. Şöv­kət xa­nım bu çə­tin və mürək­kəb epi­zo­du elə tə­miz, rə­van səs­lə ifa edir ki, ta­ma­şa­çı uzun müddət bu sehrli an­la­rın tə­si­ri al­tın­da qa­lır. Şöv­kət xa­nı­mın ifa­sı­nı eşi­dən­lər bu səh­nə­ni yad­da­ş­la­rın­dan si­lə bil­məy­ib­lər.
Cil­da­nın ariy­a­sı azər­bayc­an­lı müğən­ni­nin ən böyük na­i­liyy­ə­ti idi. O bu ariy­a­nı rə­ng­bə­rə­ng səs qam­ma­la­rı ilə ifa edir­di. Onun ifa­sı­nın se­h­ri­nə təkcə adi ta­ma­şa­çı­lar dey­il, böyük sə­nət­kar­lar da düşürdü. Da­hi Niy­a­zi dey­ir­di: "Yə­qin ki, in­di­ki nəs­lin nümay­ən­də­lə­ri Şöv­kət xa­nım Məm­mə­do­va­nın vo­kal ifa­çı­lığı ilə yax­şı ta­nış dey­il­lər. Am­ma mən böyük is­te­dad sa­hi­bi olan bu müğən­ni­nin ya­ra­dıc­ı­lığ­ı­nı hə­mi­şə se­vib iz­lə­mi­şəm. O, ori­ji­nal müğən­ni, əsl vo­kal­çı­dır. Şöv­kət xa­nım vo­kal sə­nə­ti­nin Av­ro­pa üsul­la­rı­nı Azər­bayc­an mil­li oxu­ma xüsu­siyy­ət­lə­ri ilə mə­ha­rət­lə bir­ləş­dir­məyə na­il olan sə­nət­kar­lar­dan­dır. Mən bu is­te­dad­lı sə­nət­ka­rı də­fə­lər­lə eşit­mi­şəm. Açığ­ı­nı eti­raf edim ki, hər də­fə də bu qey­ri-adi is­te­dad sa­hi­bi­nin ifa­çı­lığı mə­ni sehrləy­ib."
Dünya şö­h­rət­li müğən­ni Rə­şid Beh­bu­dov isə öz duyğ­u­la­rı­nı be­lə ifa­də et­miş­dir: "Şöv­kət xa­nı­mı mən Azər­bayc­an ope­ra te­a­t­rı səh­nə­si­nə gə­lən ilk qa­dın müğən­ni ki­mi ta­nıy­ı­ram. İta­liya və Kiy­ev­də mükəm­məl mu­si­qi təh­si­li al­mış bu müğən­ni ilk gündən Azər­bayc­an mu­si­qi­si­nin ağ­ır­lığ­ı­nı çiy­nin­də da­şı­mış­dır. Onun gö­zəl ifa­çı­lıq ma­ne­ra­sı oxuy­an­la­rı­mız üçün ör­nək ol­muş­dur."
Elə sə­nət adam­la­rı var ki, on­lar bir yer­də doğ­u­lur, ora­da boya-ba­şa ça­tır və ya­ra­dıc­ı­lıq­la­rı, həy­at­la­rı bir mə­kan­la bağ­lı olur. Anc­aq Şöv­kət Məm­mə­do­va­nın tərcümeyi-ha­lı ilə ta­nış olan­da gə­rək Ti­f­li­s­dən tut­muş İta­liy­aya, Kiy­e­və qə­dər do­la­naq, Ba­kı­da qə­rar tu­taq. Ti­f­li­s­də doğ­u­lan, İta­liy­a­da, Ru­siya və Uk­ray­na­da təh­sil alan, Ba­kı­da ömrünü ba­şa vu­ran bu sə­nət­ka­rın həy­a­tı qə­dər ya­ra­dıc­ı­lığı da mürək­kəb və rə­ng­a­rə­ng­dir.
Şöv­kət xa­nım həm də gö­zəl təş­ki­lat­çı və fə­al ic­ti­ma­iyy­ət­çi idi. O 1923-cü il­dən özünün tə­şəbbüsü ilə ya­ra­dı­lan Azər­bayc­an Te­atr Tex­ni­ku­mu­nun ilk di­rek­to­ru ol­muş­dur. 1939-cu il­dən Ope­ra Te­a­t­rı­nın di­rek­to­ru və­zi­fə­sin­də ça­lı­şan Ş. Məm­mə­do­va al­tı il so­nra özünün tə­şəbbüsü ilə ya­ra­dı­lan Azər­bayc­an Te­atr Cə­miyy­ə­ti­nin ilk sə­d­ri olur. Müəl­lim­lik fə­a­liyy­ə­ti­nə də elə hə­min il­lər­dən ba­ş­la­mış­dır. Ş. Məm­mə­do­va kon­ser­va­to­riy­a­nın vo­kal ka­fe­d­ra­sı­nın müdi­ri və vo­kal fakültə­si­nin de­ka­nı ki­mi mil­li kadr­la­rın ye­tiş­mə­sin­də böyük xid­mət­lər gö­s­tər­miş­dir. O 1949-cu il­dən kon­ser­va­to­riy­a­nın pro­fes­so­ru idi. SSRİ xalq ar­ti­st­lə­ri F. Əh­mə­do­va, M. Ma­qo­may­ev, V. Kə­ri­mov, A. Əliy­e­va, RSFSR xalq art­si­ti L. Pla­to­no­va, Uk­ray­na SSR xalq ar­ti­s­ti C. Ko­ça­ro­va, Tac­i­ki­s­tan SSR xalq ar­ti­s­ti O. Ori­fov, Sta­ni­slav­ski və Ne­mi­ro­viç - Dan­çen­ko adı­na Mosk­va Te­atr­la­rı­nın so­li­st­lə­ri M. Kar­lo­va, L. Şer­ba­ço­va, Azər­bayc­an müğən­ni­lə­ri A. İb­ra­hi­mo­va, Ta­hi­rə Mir­zəy­e­va ki­mi ifa­çı­lar Şöv­kət xa­nı­mın tə­lə­bə­lə­ri ol­muş, vo­kal ifa­çı­lığ­ı­nın sirr­lə­ri­ni on­dan öy­rən­mi­ş­lər.
Mülay­im, gö­zəl xa­siyy­ət­li ol­duğu üçün on­dan yax­şı dost tap­maz­dın. O do­st­luq­da çox sə­da­qət­li və fə­da­kar idi. Rus ifa­çı­lıq sə­nə­ti­nin gör­kəm­li nümay­ən­də­lə­ri L. So­bi­na və A. Ne­jda­no­va ilə Şöv­kət xa­nım ai­lə­vi dost idi­lər. V. Gess, S. Sto­ler­man, A. Klib­son və baş­qa­la­rı ilə ya­ra­dıc­ı­lıq do­st­luğu sax­lay­ır­dı. Da­hi müğən­ni Bülbüllə hə­lə İta­liy­a­da təh­sil al­dığı il­lər­dən me­h­ri­ban dost idi­lər. Bu do­st­luq "Şah­sə­nəm" və "Nə­rg­iz" ope­ra­la­rı­nın uğ­ur qa­zan­ma­sın­da əsas amil­lər­dən ol­muş­dur. Məş­hur bə­s­tə­kar Qliy­er­lə ya­ra­dıc­ı­lıq do­st­luğ­un­dan bə­h­rə­lə­nən də təkcə Şöv­kət xa­nım dey­il­di. Qliy­er "Şah­sə­nəm" ope­ra­sı üzə­rin­də iş­ləy­ər­kən bir sı­ra çə­tin­lik­lər­lə üzləş­miş­dir. Bə­s­tə­ka­rın əlin­də heç bir mu­si­qi ma­te­ri­a­lı yox idi. Şöv­kət xa­nım mil­li mu­si­qi par­ça­la­rı­nın araş­dı­rıl­ma­sın­da və ope­ra­da yer­li-ye­rin­də is­ti­fa­də olun­ma­sın­da Qliy­e­rə ya­xın­dan kö­mək­lik gö­s­tə­rib. Məhz Şöv­kət xa­nı­mın səyi nə­tic­ə­sin­də be­lə gö­zəl bir ope­ra ya­ra­nıb.
Ya­şa­dığı il­lər­də Ş. Məm­mə­do­va bir müğən­ni, müəl­lim, əsl us­tad ki­mi ope­ra sə­nə­ti­mi­zin in­ki­şa­fın­da mi­sil­siz rol oy­na­mış­dır. O hə­lə uşaq ya­ş­la­rın­dan hər yer­də Azər­bayc­an mu­si­qi­si­nin, əs­ra­rə­ng­iz xalq mah­nı­la­rı­mı­zın gö­zəl tə­rənnümçüsü ki­mi ad qa­zan­mış­dı.
Bütün həy­a­tı və ya­ra­dıc­ı­lığı hə­qi­qi və­tən­da­ş­lığ­ın gö­zəl nümu­nə­si olan sə­nət fə­da­i­si Ş. Məm­mə­do­va yaz­mış­dır: "Bütün həy­a­tım boyu Azər­bayc­an mu­si­qi­si, Azər­bayc­an səh­nə­si və mə­də­niyy­ə­ti üçün əlim­dən gə­lə­ni et­məyə ça­lış­mı­şam. Mən hə­mi­şə bu sə­nə­tin özünə­məx­sus­luğ­u­nun və tə­k­ra­ro­lun­maz­lığ­ı­nın qə­d­ri­ni bil­mi­şəm".
Və­tə­ni­ni se­vən, sə­nə­tin qə­d­ri­ni bi­lən sə­nət­ka­ra qə­dir­bi­lən xal­qı hə­mi­şə böyük hör­mət və eti­mad gö­s­tər­miş­dir. İlk azər­bayc­an­lı qa­dın SSRİ xalq ar­ti­s­ti olan Ş.Məm­mə­do­va 4 çağ­ı­rış Ali So­ve­tin de­pu­ta­tı ol­muş­dur. Xal­qın sə­si­ni təkcə səh­nə­də dey­il, yüksək tri­bu­na­da da eşit­dir­məyə na­il ol­muş­dur. Ha­zır­da Mil­li Kon­ser­va­to­riy­a­nın vo­kal stu­diy­a­sı öl­məz sə­nət­ka­rın adı­nı da­şıy­ır. Bu stu­diy­a­da oxuy­an, təh­sil alan hər bir gənc unu­dul­maz müğən­ni­nin adı­na və sə­nə­ti­nə eh­ti­ram bəs­ləy­ir, ec­az­kar sə­nə­tin sirr­lə­ri­ni öy­rən­mək­lə Şöv­kət sə­nə­tin­dən hə­lə də bə­h­rə­lə­nir­lər. Əsl sə­nət ki­mi, sə­nət­kar da öl­məz­dir, əbə­di­dir. Təkcə ya­şa­dığı dövrün dey­il, bütün dövr­lə­rin sə­nət­ka­rı, sön­məy­ən, əbə­di ul­du­zu ol­maq hər kə­sə nə­sib olan xoş­bəxt­lik dey­il.