Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…



 

Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


 

Azərbaycan musiqi mədəniyyəti dərin, çoxəsrlik köklərə malikdir. Onun yeni yüksəlişi XX əsrdə, mədəniyyətin qədim qatları peşəkarcasına dərk edildikdən, kompozisiyanın Avropa əsasları qədim ənənələrə qarışdıqdan, iki mədəniyyət birləşməyə və incəsənətin yeni formaları yaranmağa başladıqdan sonra baş vermişdir. Bu məhsuldar sintezin nəticələrini, Azərbaycan operasının banisi Üzeyir Hacıbəyli yaradıcılığında görmək olar. Onun 1932 - 36-cı illərdə möhtəşəm xalq-qəhrəmanlıq salnaməsi "Koroğlu" operasını yaratması Azərbaycan musiqi mədəniyyətinin yeni çiçəklənmə dövrünün başlanğıcı idi.
XX əsrin birinci yarsında Azərbaycan musiqisinin digər görkəmli nümayəndəsi M.Maqomayev (1885 - 1937) özünün iki operasında - "Şah İsmayıl" və "Nərgiz"-də yeni yollar açdı.
Sonralar Qara Qarayev,Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarlar Ü. Hacıbəyli və M.Maqomayevin yolunu davam etdirmişlər.
Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında Azərbaycan konsermeysterlərinin yaradıcılığı böyük əhəmiyyət kəsb etmişdir. Onlar klassik repertuardan əlavə, yeni milli repertuarı mənimsəməli, əməli fəaliyyətləri zamanı isə solistləri öyrətməli, onları konsertlərə və premyeralara hazırlamalı, yeni milli repertuarın ifası üçün vacıb olan yeni meyarları birgə yaratmalı idilər. Azərbaycan konsermeysterlərin qarşısında bir sıra vacib məsələlər durur. Bu, ilk növbədə opera tamaşalarının hazırlanmasında onların iştirakıdır. Bundan ötrü konsermeyster, məsələn, Ü. Hacıbəylinin ilkin operalarını öyrənməklə, muğamın quruluşunun xüsusiyyətlərini bilməyə, improvizə bölmələrini, eləcə də, rəng və təsnifləri - muğamın dəqiq ritmik ölçülərə əsaslanmış instrumental və vokal bölmələrini müşayiət etməyi bacarmağa borcludur.
Konsertmeyster ustalığı sinfi musiqiçinin peşəkar kimi püxtələşməsinin ayrılmaz bir hissəsi olaraq, onun əvvəllər əldə etdiyi musiqi bacarığını daha da inkişaf etdirir. Sonraki əməli fəaliyyətlərində, ifaçı və ya konsermeyster kimi çalışmalarından asılı olmayaraq, onlar üçün vacib olan müəyyən bilik və bacarıqların tələbələr tərəfindən mənimsənilməsinə pedaqoji və peşəkar yanaşma bu sinfin ümumi əsaslarını təşkil edir. Solist və xoru müşayiət etmək, üzündən oxuma və transport etmək əsas musiqi bacarıqlarıdır və bunlarsız konsermeysterlik fəaliyyəti mümkün deyildir. Eləcə də, konsermeyster peşəsini qavramaqda harmoniya, polifoniya və musiqi əsərlərinin analizini hərtərəfli bilmək və peşə aləti sinfində oxuduqları müddətdə tələbələrin əldə etdikləri digər bacarıqlar konsertmeyster peşəsinin əldə edilməsində çox böyük kömək göstərir. Məlumdur ki, öyrənilən materialın tədricən mürəkkəbləşdirilməsi, repertuara daha çətin ansambl və ifaçılıq tapşırıqlarının daxil edilməsi konsertmeyster sinfində tələbələrin uğurla öyrədilmələrinin rəhnidir.
Bu məqalə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının peşə fəaliyyətinə həsr olunmuşdur. Kafedra pedaqoqlarının başlıca vəzifəsi pianoçu tələbələri gələcək peşəkar kadrlar kimi yetişdirməkdir. Eləcə də, pedaqoqların elmi-tədqiqat və ifaçılıq fəaliyyətləri işin ayrılmaz hissəsidir.
Ü.Hacıbəyli adına BMA-nın "Konsertmeyster ustalığı" sinfinin yaranmasının tarixi zəminlərinə nəzər salmaq vacibdir.
Kafedranın yaranma tarixi 1937-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xüsusi fortepiano kafedrasının müdiri professor Q.Q.Şaroyevin rəhbərliyi altında müşayiət sinfinin açılmasından başlayır. XX əsrin 30-50-ci illərinin görkəmli Azərbaycan konsertmeysterlərindən biri Vladimir Mixayloviç Kozlovun fəaliyyəti bu sinfin inkişafına böyük töhfə idi. Onun ifaçılıq və pedaqoji fəaliyyəti çox gərgin, səmərəli olmuşdur və respublikanın konsert həyatının yaranmasında və inkişafında az rol oynamamışdır. Kozlov, xüsusilə, konsertmeyster kimi böyük şöhrət qazanmış və ölkənin ən yaxşı konsertmeysteri sırasında layiqincə yer almışdır. O, Azərbaycan Konservatoriyasının nəzdindəki məktəbdə dərs demişdir. Görkəmli bəstəkar Qara Qarayev onun sinfində oxumuşdur. Öz müəllimi haqqında o, belə yazmışdır : "O, Bakıda çıxış edən bütün artistlərlə çalırdı və çoxları bilirdilər ki, bura müşayiətçisiz gəlmək olar." 1960-cı, ildə (V.M.Kozlovun öldüyü il) Qara Qarayev öz müəllimi və dəyərli insanın xatirəsinə skripka və fortepiano üçün Sonata həsr etmişdir. Təzahürün musiqili gerçəkliyi o qədər yüksək idi ki, xatirəsinə həsr olunmuş insanın simasını təsəvvür etməyə imkan verirdi və bunu dinləyicilər qeyd edirdilər. Karaqiçeva Qnesinlər adına Moskva institunun professoru Q.Y. Edelmanın sonata haqqında fikrini misal gətirir (bəstəkarın arxiv materiallarından): " Bu günlərdə mənim üçün yeni olan bu əsər sinfimdə səsləndi. Təəssüratım çox-çox böyükdür. Əgər Sizin məqsədiniz V.M. Kozlovun - insanın və musiqiçinin simasını yaratmaq idisə, mən, onu tanımadan, ancaq Sonatanın məzmununa görə, deyərdim ki, söhbət görkəmli şəxsiyyətdən, dərin və mənalı fərdiyyətdən; təmiz, vicdanlı və cəsarətli fikir və ideyalardan, qəlb təravətindən gedir ".
Yüksək insani və peşəkarlıq xüsusiyyətlərinin qırılmaz vəhdəti, şübhəsiz, Kozlovu yüksək əyarlı konsertmeyster və musiqiçi etmişdir. Müasir konsermeysterlər belə mütəxəssislərdən nümunə götürməlidirlər.
1961-ci ildə sinfə E.S.Xanina rəhbərlik edirdi. Bu zamana qədər peşəkar müəllimlərin sayı artmışdı və bu, sinfin ayrıca bir fənn kimi formalaşmasına zəmin yaratmışdı. Lakin konsertmeyster ustalığı sinfi uzun müddət xüsusi fortepiano, sonra isə metodika və pedaqoji təcrübə kafedrasına aid olmuşdur.
Yalnız 1971-ci ildə E.Q.Əsgərovanın rəhbərliyi altında ayrıca fənn kimi "Konsertmeyster ustalığı" kafedrası yaradılmışdır. Buna uyğun olaraq konsertmeysterləri öyrətmək üçün yeni proqram təsdiq olundu ki, bu da sinfin müəllimlərinə tələbələri yüksək peşəkar səviyyədə gələcək əməli fəaliyyətə hazırlamağa imkan verirdi.
1996-cı ildən "Konsermeyster ustalığı" kafedrasının rəhbəri N.A.İbrahimovadır və bu günə qədər də bu fəaliyyətini davam etdirir.
Hazırda konsertmeysterlik sinfi Ü.Hacıbəyli adına BMA-da pianoçular üçün proqramın əsas fənlərindən biri hesab edilir. Bu sinifdə təhsil və təcrübə, solistlərin ümumi spesifikasından aslıı olaraq, iki istiqamətdə aparılır: opera-konsertmeysteri işini əhatə edən vokalı müşayiət etmək sənəti, və nəfəs, simli və xalq çalğı alətlərini müşayiət etmək sənəti.
Konsertmeysterlik bacarığını mənimsəməyə başlayan pianoçunun qarşısında üç geniş sahə, üç mühüm yaradıcılıq imkanı yaranır:
Birinci - pianoçunun solo repertuarının çərçivəsindən kənara çıxan klassik əsərlərlə tanışlıq.
İkinci - digər peşəkar musiqiçilərlə birgə yaradıcılıq fəaliyyəti zamanı onların ifaçılıq fəaliyyətinin xüsusiyyətləri ilə, səsləndirmə üsulları və musiqi imkanları ilə tanışlıq.
Üçüncü - ansamblda çalmağın və konsertmeysterliyin vərdişlərini əldə etmək.
Konsertmeyster sinfində pianoçu, proqrama uyğun olaraq, vokalın və alətlərin müşayiətinin bütün əsas formalarını, eləcə də üzündən oxuma vərdişlərini mənimsəməli, həm məşqlər, həm də konsert zamanı solisti müşayiət etməyi öyrənməlidir. Öz müşayiətindən əlavə, o, məşqlərdə solistlərlə onların partiyalarını öyrənməyi bacarmalıdır. Bütövlükdə o, solistin repertuarını mümkün qədər dərindən öyrənməli, vokalçının repertuarı (onun opera və kamera-vokal hissəsi) ilə tanış olmalıdır.
Konservatoriyada konsertmeyster sinfi pianoçu-tələbə üçün peşəkarlığını genişləndirmək, artırmaq üçün yeni bir mərhələdir. Konsertmeyster ən elementarından tutmuş ən mürəkkəbinə qədər, nəyə malik olmalıdır? Yaxşı konsertmeyster olmaq üçün baçarıq və vərdişlərin bütöv bir kompleksinə malik olmaq və onu inkişaf etdirmək lazımdır.
Konsertmeysterliyin ən mühüm xüsusiyyətlərindən biri konsertmeysterlik fəaliyyətinin özülü - ritm duyumudur. Yaxşı ritm duyumuna malik olmaqla, texniki cəhətdən çox da güçlü olmayan pianoçular belə, o qədər də mürəkkəb olmayan müşayiəti ilə solistə etibarlı dayaq olaraq yaxşı konsertmeyster ola bilər.
Konsertmeysterlik sinfinə gələn tələbə üçün digər mühüm şərt budur ki, o bilməlidir: yaxşı konsertmeyster olmazdan əvvəl yaxşı pianoçu da olmaq lazımdır. Musiqi alətini yaxşı mənimsəmək müvəffəqiyyət qazanmağın vacib şərtlərindən biridir.
Konsertmeysterin fəaliyyəti digər musiqiçi (və ya musiqiçilərlə) qarşılıqlı əlaqədən ibarətdir. Əgər solo ifası zanamı pianoçu təfsirçilik məsələlərini özü həll edirsə, müşayiət zamanı o, tərəfdaşla işləməlidir və onların hər birinə əsərin musiqili məzmununun bir hissəsi aiddir, lakin onlar birğə tam, bitmiş musiqili fikri yaratmalıdırlar. Tam məzmunu başa düşmək və öz rolunu qiymətləndirmək üçün o, solistin partiyasını öyrənməli və sonralar da bütün ifaçılıq niyyətlərini onunla müzakirə etməlidir. Odur ki, yalnız musiqili-texniki deyil, həm də psixoloji cəhətdən konsertmeysterə məxsus ən vacib xüsusiyyət tərəfdaşlıq duyumudur.
Konsertmeyster sadəcə olaraq solistə uyğunlaşmağı deyil, həm də solistin niyyətlərini başa düşməyi və onları qabaqlamağı, əsas fikri çatdırmaqda ona kömək etməyi baçarmalı və buna görə də solistin partiyasında nə baş verdiyini çox yaxşı təsəvvür etməli, başa düşməli və bilməlidir. Beləliklə, konsertmeyster, sanki eyni zamanda iki partiya ifa edir - biri müşayiətçinin özünün, digər isə, fikrində, daxili eşitmə bacarığı ilə solistin partiyası, və məhz bu, konsertmeysterin bütün niyyətlərini idarə etməlidir.
Konsertmeyster daim, həm ümumi təsəvvür və ifaçılıq planlarının müzakirəsi mərhələsində, həm də məşqlər zamanı bütün istəklərə və nüanslara həssas yanaşmaqla solistlə əlaqə saxlamalıdır.
Məhz ifanın həlledici məqamlarında konsertmeysterdən xüsusi diqqət və yüksək fəallıq tələb olunur:
1 - ansamblın başlanğıcında - hətta başlamazdan əvvəl solist psixoloji olaraq ifaya hazır olduğunu bildirməlidir. Çox zaman məhz müşayiətçinin partiyasında ifaya hazırlayan, bəzən isə solistin partiyasını qabaqlayan mühüm mövzu materialına malik "əsas söz" - yəni giriş səslənir.
2 - əsas kulminasiya nöqtəsinin - əsərin (əgər mürəkkəb formalardırsa) dramaturji mərkəzinin birgə qurulması, bu mərkəzin dramaturji hazırlanması və tədricən əsərin sakit axara yönəlməsi, ümumiləşdirilməsi və yaxud nəticəsi ifaçılıq planının hazırlanmasına daxildir və çox tez-tez bu da müşayiətçiyə onun "son sözündə" və ya sözardında - instrumental ifasında həvalə olunur.
Ansambl əsərlərində çox tez-tez təşəbbüsün ötürülməsi baş verir - intermediyalarda müşayiətçı tək çalır, özü solist kimi çıxış edərək onu əvəz edir.
Konsertmeyster sinfində, müəllimlər tərəfindən tələbələrin texniki bacarıqları nəzərə alınmaqla vokal əsərləri seçilir və onlar bu bünövrə üzərində müşayiətin əsaslarını mənimsəyirlər. Bunları öyrənməyə başlayarkən kafedranın müəllimləri müşayət üzrə iş prosesini aşağıdakı bəndlərə bölürlər:
1.Bəstəkarın yazı üslubu ilə, onun yaradıcılığıdakı əsas janrlarla, xüsusiyyətlərlə, xarakterik cəhətlərlə tanışlıq. Həmçinin əsərin adına diqqət yetirmək lazımdır. Əgər söhbət romans üzərində işdən gedirsə, çox zaman əsərin adı onun bədii-ideya məzmununu təyin edir.
2.Şeir mətninin oxunması əsərin bədii məzmununu daha dərindən anlamağa imkan verir.
3.Not mətninin nəzərlə oxunması. Tempi, daha sonra ölçünü və tonallığı təyin etmək, lazımi ifadə vasitələrinin işlədilməsi haqqında təsəvvürə malik olmaq, əsərin xarakterini dəqiq əks etdirən dinamik xüsusiyyətləri tapmaq vacibdir.
4.Əsərin ilkin analizi, vokal və fortepiano partiyasının əvvəldən axıra qədər çalınması.
5.Basların əmələ gətirdiyi ahəngi nəzərə almaqla müşayiət partiyasının öyrənilməsi, belə ki, solist və eləcə də ümumilikdə bütöv ansambl üçün basın ahənğ xətti harmonik və ritmik bir dayaqdır.
6.Pedalın düzgün seçilməsi də az rol oynamır.
7.Müəyyən texniki çətinliklər törədən epizodlar üzərində iş.
8.Solistlə ansamblda məşqlərə başlarkən onun təfsilat xüsusiyyətlərini nəzərə almaq, həm də onun aqoqik dəyişiliklər cəhətdən istəklərinə diqqətlə yanaşmaq lazımdır.
9.Əsər üzərində işin nəticəsi bədii-ifaçılıq niyyətlərinin imtahan və ya məqbullarda həyata keçməsidir.
Vokal əsərlərinin üzərində iş prosesinə nəzər saldıqdan sonra alət ifaçılarının müşayət edilməsinin xüsusiyyətlərinə keçmək olar.
Solist kimi müxtəlif ifaçılar - nəfəs alətləri, simli alətlər, xalq çalğı alətləri ifaçıları çıxış edə bilərlər.
Alət ifaçılarının müşayiət olunmasının öz müəyyən çətinlikləri var. Nəzərə almaq lazımdır ki, skripkanı müşayiət edərkən fortepianonun səsinin gücü, alt və ya violonçeli müşayiətdə olduğundan daha çox ola bilər.
Simli və taxta nəfəs alətlərinin oynaqlığı, çevikliyi insan səsinin oynaqlığından, çevikliyindən kifayət qədər çox olduğundan alətlərin müşayiəti zamanı tələbələrin həssas eşitmə duyumunun olmağı çox vacibdir. Müxtəlif alətlər üçün solo partiyaların not yazılışının xüsusiyyətlərini, məsələn, flajolet işarələri, müxtəlif ştrixlər və s., alt və tenor açarlarını ayırd etmək lazımdır.
Fortepiano ilə müşayiət zamanı instrumental əsərin tam fakturası ilə ilkin tanışlıq üçün ən münasib yol solistin partiyasının ilk dəfə konsertmeysterin partiyasının harmonik əsasları sadələşdirilmiş fakturası ilə müşayəti ilə çalınmasıdır. Çox zaman instrumental əsərlərdə, xüsusilə də virtuoz pyeslərdə solo partiyasının royalda dəqiqliklə ifa edilməsi qeyri-mümkün olur. Belə hallarda əsərin ilkin nəzərdən keçirildiyi vaxt solo alətin intonasiya tərkibi haqqında aydın təsəvvür yaratmaq üçün fortepiano yalnız köməkçi bir vasitə kimi çıxış etməlidir. Alət ifaçısı ilə çalışarkən tələbə passajların qurulma prinsiplərini aşkara çıxarır, harmonik təmələ, əsasa nisbətən onların dayaq səslərini təyin edir və bu yolla əsərlə yaxşı tanış olur ki, solisti müşayiət edərkən onun partiyasına diqqət yetirməyə imkanı olsun.
Çox tez-tez birgə məşqlər zamanı solistin, təsədüfən yanlış notları götürülməsi halları baş verir. Belə hallarda müşayiətdə yaxın səsləri çalmaq lazımdır ki, solist istiqamətləndirilsin.
Solo aləti və orkestr üçün hər hansı bir konserti müşayiət edərkən yadda saxlamaq lazımdır ki, əsərin orkestr üçün partiturası, həmin əsərin fortepiano üçün köçürülməsindən fərqlənir və ifa zamanı müxtəlif çətinliklər yaradır. Belə hallarda, musiqiyə ziyan gətirmədən, xoşagəlməz məqamların ixtisara salınmasına yol verilir. Ən mühüm məsələlərdən biri səslənmədə orkestrə bənzəmək, simli, səsli və ya zərb alətlərinin səslənmələrindəki əsas fərqi fortepianoda yaratmaq bacarığıdır.
Bunlar sübut edir ki, pianoçunun müşayiətçilik sənətini öyrənməyi vacibdir, o, bunsuz yetkin musiqiçi sayıla bilməz. Konsertmeyster ustalığı kafedrasının pedaqoji kollektivinin peşəkar fəaliyyəti tələbələrin müşayiətçilik sənəti vərdişlərini əldə etməsi kimi mühüm bir məsələnin həllinə yönəldilmişdir.