Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


NƏSR
 

Firuz MUSTAFA
Ironik monohekayələr


 

FİLOSOF

Sən nə iş­lə­yir­sən?..
Bə­li, bə­li, sən... Nə?.. Ha­ra­da?
Lap yax­şı... Mən isə fi­lo­sof iş­lə­yi­rəm. Ni­yə təəc­cüb­lə­nir­sən ki? Yox, mən fi­lo­sof de­yi­ləm, sa­də­cə ola­raq fi­lo­sof iş­lə­yi­rəm. Bə­li, be­lə bir iş də var.
Mə­nim fi­lo­sof iş­lə­mə­yi­min əsas­lı sə­bə­bi var. Bir də­fə tə­sa­dü­fən qatarda iki nə­fər­lə yol yol­da­şı ol­dum; üz­dən şə­hər adamına oxşasalar da, bir-birinə "kəndçim"- deyirdilər. Gör­düm ki, on­lar yol bo­yu nə ba­rə­də­sə ağ­zı kö­pük­lə­nə-kö­pük­lə­nə elə hey mü­ba­hi­sə edir­lər. On­lar­dan bi­ri de­yir­di ki, "əv­vəl­cə ide­ya olub", o bi­ri­si isə iki aya­ğı­nı bir baş­ma­ğa di­rə­yib is­rar edir­di ki, yox, "əv­vəl­cə ma­te­ri­ya olub". Məət­təl qal­mış­dım. Sə­fər yol­daş­la­rım mə­sə­lə­ni adam di­li­lə həll edə bil­mə­yib, baş­qa üsu­la əl at­dı­lar - kupedə az qa­la rin­qə çıx­dı­lar. Mən köh­nə id­man­çı­yam; or­ta­ya gi­rib on­la­rın hə­rə­si­ni qan­tel ki­mi bir tə­rə­fə at­dım. De­yə­sən, mə­nim əmə­li işim bəh­rə­si­ni ver­di: hə­rə çə­ki­lib öz ye­rin­də əy­ləş­di. Söh­bət əs­na­sın­da öy­rən­dim ki, on­lar fi­lo­sof iş­lə­yir­lər. Hımmm... Fi­lo­sof... Mən o vax­ta­can be­lə bir sə­nə­tin möv­cud ol­du­ğu­nu bil­mir­dim. Bir-bi­ri­nin üs­tü­nə yum­ruq çə­kib çox qə­liz bir mə­sə­lə­ni qey­ri-konstruk­tiv yol­la həll et­mək is­tə­yən­lə­ri, axır ki, bir­tə­hər ba­rış­dır­dım. Çan­tam­dan çı­xart­dı­ğım araq şü­şə­si­ni və soyutma şə­hər to­yu­ğu­nu sto­lun üs­tü­nə qoy­dum. Ba­yaq­dan ide­ya və ma­te­ri­ya yolunda az qa­la şə­hid olan sə­fər yol­daş­la­rım, sən de­mə, dün­ya ne­mət­lə­ri­nə bi­ga­nə de­yil­miş­lər. Hə­rə öz qa­ba­ğın­da­kı do­lu stə­ka­nı qa­pıb ba­şı­na çək­di. İkin­ci şü­şə­yə ke­çən­də on­lar­dan so­ruş­dum ki, mən ölüm, bir izah edin gö­rüm bu "ma­te­ri­ya- ide­ya" nə olan şey­dir ki, siz onun üs­tün­də bir-bi­ri­ni­zi qı­rır­sı­nız? İzah et­di­lər. Mən de­yi­lən­lər­dən çox az şey qan­dım. Bir­cə onu qan­dım ki, bu ide­ya-ma­teri­ya mə­sə­lə­si nə­sə ada­ma yu­mur­ta-to­yuq mə­sə­lə­si­ni xa­tır­la­dır.
Son­ra üçün­cü şü­şə or­ta­ya gəl­di və söh­bət çox də­ri­nə get­di. Dör­dün­cü şü­şə­ni açıb süf­rə­də­ki to­yu­ğun so­nun­cu qa­na­dı­nı əli­mə alan­da mən hər şe­yi çox gö­zəl an­la­dım və sa­də bir işi yo­lu­na qo­ya bil­mə­yən bu adam­la­ra gül­mə­yim tut­du. Özü­mü bir­tə­hər ələ alıb tə­zə dost­la­rım­dan so­ruş­dum: "A­də, qı­rış­mal­lar, elə isə siz mə­nə ca­vab ve­rin gö­rüm, to­yuq bi­rin­ci­dir ya yu­mur­ta?" Bi­rin­ci fi­lo­sof şi­rin-şi­rin gə­yi­rə­rək ağ­zı­nı əli­nin ar­xa­sı ilə si­lib de­di ki, to­yuq bi­rin­ci­dir. De­yə­sən, ikin­ci­si on­dan bir az ağıl­lı imiş; o, ara­ğın son qur­tu­mu­nu ba­şı­na çə­kib diş­lə­ri­nin di­bi­ni to­yu­ğun bel sü­mü­yü ilə qur­da­la­ya-qur­da­la­ya de­di ki, to­yuq da, yu­mur­ta da ma­te­ri­ya­dır; bu­ra­da ide­ya xo­ruz ola bi­lər. Sən de­mə, bi­rin­ci fi­lo­sof heç də mə­nim əv­vəl­cə dü­şün­dü­yüm qə­dər sə­feh de­yil­miş; o, ar­tıq ta­mam bo­şal­mış və bu gör­kəm­də ye­tim uşa­ği xa­tır­la­dan araq şü­şə­si­nə mə­sum bir nə­va­ziş­lə ba­xıb de­di ki, cə­nab­lar, unut­ma­yın ki, elə xo­ruz da ma­te­ri­ya­dır. Mə­sə­lə ye­nə qə­liz­ləş­di. Mən, elə­mə­yib tən­bəl­lik, boş şü­şə­lə­ri tə­pik­lə kə­na­ra itə­lə­yə­rək bir da­ha uca­dan so­ruş­dum: yax­şı, to­yuq da, cü­cə də, xo­ruz da, yu­mur­ta da ma­te­ri­ya­dır­sa, bəs on­da bi­zim özü­mü­zün to­yu­ğa, cü­cə­yə, yu­mur­ta­ya, xo­ru­za be­lə son­suz ma­raq gös­tər­mə­yi­mi­zin sə­bə­bi nə­dir? Ma­te­ri­ya­dır ya ide­ya? Bi­ri əl­bəəl dil­lən­di ki, bax, bu ide­ya­dır. O bi­ri­si də de­yi­lə­ni təs­diq et­di; bə­li, sən de­mə, iş­ta­hı­mız ide­ya imiş. Söh­bət xo­şu­ma gəl­di. Elə yol yol­daş­la­rım da ürə­yi­mə yat­dı. Ge­dib va­qon-res­to­ran­dan tə­zə­dən iki şü­şə araq al­dım. Qay­na­dıl­mış yum­şaq şə­hər to­yu­ğu da ki, öz ye­rin­də... Üz­dən şə­hər adamına oxşasalar da bir-birinə "kəndçim" deyən bu adamlar girişdilər şə­hər toyuğuna, nə girişdilər. Söh­bət ye­nə qı­zış­dı.
E­lə ora­da­ca qə­ra­ra al­dım ki, mən də fi­lo­sof iş­lə­yim.
Mən id­man­çı ol­mu­şam. Vax­ti­lə id­man­çı­lar ha­zır­la­nan yer var ha, in­di, de­yə­sən, adı­nı də­yi­şib­lər, unut­mu­şam, hə, nə isə, bax ora­nı bi­tir­mi­şəm. Sən de­mə, oxu­du­ğu­muz il­lər­də bi­zə id­man­la ya­na­şı, fəl­sə­fə də ke­çib­lər­miş. Am­ma mən çox vaxt ya­rış­lar­da iş­ti­rak et­di­yim üçün bu pe­şə­nin sa­hib­lə­ri­ni heç yer­li-dib­li gör­mə­mi­şəm... Öm­rüm­də ilk də­fə idi ki, fi­lo­sof gö­rür­düm. Gö­rü­nür, mü­ha­ki­məm ma­raq­lı alın­mış­dı. Və hə­min gün mən öz ar­zum­la və tə­zə dost­la­rı­mın tə­kid­li tək­li­fi ilə fi­lo­sof iş­lə­mə­yi qə­ra­ra al­dım. Elə on­lar ki­mi...
İn­di mə­nə möv­zu da ve­rib­lər. Köh­nə bir sua­la ca­vab ax­ta­rı­ram: nə bi­rin­ci­dir- ma­te­ri­ya, yox­sa ide­ya? Ar­tıq mən əsr­lər bo­yu bu sua­la ca­vab ax­ta­ra-ax­ta­ra bir-bi­ri­ni qı­ran fi­lo­sof­la­rı mat və­ziy­yət­də qoy­mu­şam! Bə­li, bə­li, təəc­cüb­lən­mə! Mən "nə bi­rin­ci­dir?"- sua­lı­nın ca­va­bı­nı tap­mı­şam. Əzi­zim, be­lə ki, hər şey və­ziy­yət­dən ası­lı­dır- bə­zən, ide­ya bi­rin­ci olur, bə­zən­sə ma­te­ri­ya. Ola bil­məz ki, bir şey elə hə­mi­şə bi­rin­ci ol­sun. Bi­rin­ci bə­zən, güc­dən dü­şüb, zəif­lə­yib ikin­ci olur; ikin­ci isə zi­rək tər­pə­nib, fə­ra­sət­li çı­xıb olur bi­rin­ci. Bu­ra­da hər hal­da bir dia­lek­ti­ka da var. Heç bi­lir­sən dia­lek­ti­ka nə­dir? Ay-hay... Ha­ra­dan bi­lə­sən ki? Sən də, yə­qin, mə­nim ki­mi vax­ti­lə fəl­sə­fə dər­si ke­çi­lən­də baş­qa yer­lər­də ol­mu­san. Yax­şı, ye­ri gəl­miş­kən, bir de gö­rüm, sən han­sı mək­tə­bi bi­tir­mi­sən? Xalq tə­sər­rü­fa­tı­nı? Hə, yə­qin ki, dərs ke­çi­lən vaxt­lar hə­mi­şə ye­yib-iç­mək­də ol­mu­san...
Mən hal-ha­zır­da öz ye­ni kəş­fi­mi, elə o vaxt­kı sə­fər yol­daş­la­rı­ma - in­di­ki həm­kar­la­rı­ma çək­di­yim həm konk­ret, həm də klas­sik bir mi­sa­lın tim­sa­lın­da el­mi şə­kil­də əsas­lan­dır­maq­la məş­ğu­lam. Bir qu­laq as: bax, mən be­lə he­sab edi­rəm ki, to­yuq ma­te­ri­ya­dır. Doğ­ru­dur­mu? İş­tah isə ide­ya­dır. Bu, ne­cə, səhv nə­zə­riy­yə de­yil ki? Ay sağ ol! Bə­zən, ide­ya əv­vəl ya­ra­nır. Hə də, iş­ta­hı de­yi­rəm. İde­ya, yə­ni, iş­tah, üzə çı­xan ki­mi o, özü­nə ma­te­ri­ya- yə­ni, to­yuq tə­ləb edir... Yox, əzi­zim, bu ide­ya­nın Pav­lov nə­zə­riy­yə­si ilə heç bir əla­qə­si yox­dur. Bu nə­zə­riy­yə­nin əsas­la­rı­nı mə­nə qon­şu­muz­da­kı it­bo­ğuş­du­ran ki­şi izah edib. Ona gö­rə də mən yax­şı bi­li­rəm ki, sən in­di şər­ti ref­lek­si de­yir­sən. Ay zır­ra­ma, ora­da to­yu­ğu yox, iti mi­sal çə­kir­lər. İt ha­ra, to­yuq ha­ra? Ye­nə to­yuq olan yer­də tül­kü­nü qeyd et­sən, dərd ya­rı­dır.
Bir qu­laq as... Mən de­yən mə­sə­lə - yə­ni, iş­tah, əs­lin­də, mə­həb­bət ki­mi bir şey­dir. Bax, mə­həb­bət - ide­ya­dır. Adam se­vir, son­ra ev­lə­nir... Mə­nim­lə ra­zı­san? Yox? Ni­yə? Sən be­lə he­sab edir­sən ki, mə­həb­bət ev­lə­nən­dən son­ra mey­da­na gə­lir. Qoy sən de­yən ol­sun! Hə­qi­qə­tən, bə­zən, mə­həb­bət ev­li­lik­dən son­ra gə­lə bi­lər. Əs­lin­də, mən də sən­dən elə bu ca­va­bı göz­lə­yir­dim... Bə­li, bə­li, düz tap­mı­san, sən de­yən də düz­dür, mən de­yən də... De­yir­sən, bu ne­cə ola bi­lər? Elə mə­nim kəş­fi­min də ca­nı bun­da­dır... Bir qu­laq as də...
Hə, ha­ra­da qal­dım? De­mə­li, bə­zən, iş­tah əv­vəl ya­ra­nır, mə­həb­bət ki­mi - yə­ni ide­ya ki­mi. Bə­zən­sə ma­te­ri­ya, yə­ni, to­yuq əv­vəl ya­ra­nır; bu cür hal­lar­da ide­ya, yə­ni, iş­tah, bir az da sa­də şə­kil­də de­sək - mə­həb­bət son­ra gə­lir. Konk­ret və sa­də mi­sal­la izah et­səm bu, be­lə olur: or­ta­ya to­yuq (ya­xud xo­ruz, yu­mur­ta) gə­lir və son­ra iş­tah mey­da­na çı­xır; yə­ni, bə­zən qa­baq­ca ev­lə­nir­sən, son­ra vu­ru­şur­san. Əl­bət­tə, or­ta­lı­ğa gə­lən ma­te­ri­ya­dan da çox şey ası­lı­dır. Bə­zən­sə elə hal olur ki, ide­ya, yə­ni, iş­tah ge­ri çə­ki­lir: sə­bə­bi də bu­dur ki, to­yuq qo­ca olur və ya­xud yax­şı bi­şi­ril­mir. Nə­ti­cə­də dad­sız xö­rək alı­nır. Elə mə­həb­bət - ev­li­lik mə­sə­lə­sin­də də bu­na bən­zər şey­lər olur: ma­te­ri­ya, yə­ni, sa­də dil­lə de­sək - qa­dın ada­mın yə­ni, sa­də dil­lə de­sək - ki­şi­nin ide­ya­sı­nı, yə­ni, sa­də dil­lə de­sək - gü­nü­nü qa­ra edir.
Bax, əzi­zim, ma­tie­ri­ya ilə ide­ya ara­sın­da bu cür dia­lek­tik əla­qə möv­cud­dur. Bu, mə­nim kəş­fim­dir. Oğul is­tə­yi­rəm qa­ba­ğı­ma çı­xıb mə­nim ide­ya­mı in­kar et­sin. Mən köh­nə id­man­çı ki­mi, la­zım gə­lər­sə, hər kə­sin ca­va­bı­nı la­yi­qin­cə ver­mə­yə ha­zı­ram. Mə­nim üçün ar­tıq ide­ya­nı ma­te­ri­ya­ya və ya, ək­si­nə, ma­te­ri­ya­nı ide­ya­ya çe­vir­mək elə də çə­tin mə­sə­lə de­yil­dir. Bə­zən, ən çə­tin sua­lın ca­va­bı­nı cox asan­lıq­la, yə­ni, sa­də dil­lə de­sək- bir yum­ruq zər­bə­si ilə həll et­mək müm­kün olur.

Sə­nin sə­nə­tin nə­dir?
Sən nə iş­lə­yir­sən?
Bə­li, bə­li, sən...
Hə, lap yax­şı...
Mən isə fi­lo­sof iş­lə­yi­rəm.

SA­ŞA

Əsl adı Şəm­məd­dir. Am­ma biz ona uşaq­lıq­dan "Sa­şa" de­mi­şik. Əs­lin­də, on­da "Sa­şa­lıq­dan" bir əsər-əla­mət yox­dur. Mən bi­lən, yal­nız kü­rən ada­ma "Sa­şa" de­mək la­zım gə­lir. Am­ma bi­zim bu "Sa­şa­mız" qa­ra­şın, hinduşka­bu­run, pır­pız­qaş, ba­tıq ovurd­lu bir adam­dır. "A­dam" de­yən­də ki, o, əv­vəl­lər "a­dam" idi. Son­ra­lar Şəm­məd- yə­ni, "Sa­şa", bö­yü­yüb za­ma­nın tə­ka­mül qa­nun­la­rı üz­rə in­ki­şaf et­di. Yox, əs­lin­də, bu in­ki­şaf, sa­də­cə, mü­şa­hi­də olun­ma­ğa baş­la­dı; yə­ni, re­vol­yu­si­ya evol­yu­si­ya­nı üs­tə­lə­di... Mə­sə­lə bun­dan iba­rət­dir ki, Şəm­mə­di gö­tü­rüb bir kon­to­ra mü­dir qoy­du­lar. Ya­dım­da­dır, ye­ni və­zi­fə­yə tə­yin olu­nan Şəm­mə­di gö­rən­də mən ona köh­nə qay­da­da "Sa­şa"- de­yə, mü­ra­ciət et­dim. O, üz-gö­zü­nü tur­şu­dub: "Mən Sa­şa de­yi­ləm"- de­yə, əsə­bi hal­da dil­lən­di. Xa­tır­la­dım ki, hə, bu ada­mın əsl adı Şəm­məd­dir axı. (Şəm­məd o vaxt­lar hə­lə adam idi). Bun­dan son­ra qə­ra­ra al­dım ki, gə­rək bu ada­ma (o vaxt o, hə­lə adam idi) "Şəm­məd" de­yə mü­ra­ciət edəm.
Bir də­fə tə­sa­dü­fən kü­çə­də rast­laş­dıq. Onun hin­duş­ka bur­nu bir az ət­lən­miş­di. Na­zik bığ ye­ri qoy­muş­du. Mən ona öz adı ilə mü­ra­ciət et­dim: "Şəm­məd, ne­cə­sən?" O, əsə­bi şə­kil­də dil­lən­di: "Şəm­məd kim­dir?" Mən təəc­cüb­lən­dim: "Ne­cə, yə­ni, Şəm­məd kim­dir?" Mən onun adı­nı özü­nə xa­tır­lat­dım. Şəm­məd mə­nə izah et­di ki, o, ar­tıq Şəm­məd yox, "Şəm­məd yol­daş­dır". Lap yax­şı, ol Şəm­məd yol­daş. Hər­çənd ki, Şəm­məd­dən bir düz-əməl­li yol­daş­lıq gör­mə­miş­dim və gör­mək ar­zu­sun­da da de­yil­dim.
Dün­ya­mız ba­la­ca­dır. İş elə gə­tir­di ki, bir hüzr ye­rin­də "Şəm­məd yol­daş­la" (o, mən­cə hə­min vaxt ar­tıq, adam de­yil­di) üz-üzə gəl­dik. Mən bığ­la­rı bir az da qa­lın­laş­mış, bur­nu da­ha da ət­lən­miş "Şəm­məd yol­da­şa" öz de­di­yi qay­da­da mü­ra­ciət et­dim: "Ne­cə­sən, Şəm­məd yol­daş?" Onun bığ­la­rı hid­dət­lə qal­xıb-en­di. "Şəm­məd yol­daş kim­dir?" Hey­rət mə­ni bü­rü­dü. Ne­cə yə­ni "kim­dir?"
Mən ona özü­nün bir müd­dət əv­vəl­ki ira­dı­nı xa­tır­lat­dım. Şəm­məd bil­dir­di ki, ar­tıq "Şəm­məd yol­daş" yox­dur; in­di onun adı "Şəm­məd bəy­dir". Mən bi­lən, onun nəs­lin­də heç yer­li-dib­li bəy ol­ma­yıb. Nə olar, elə "bəy" də pis səs­lən­mir; ma­dam ki, özü is­tə­yir, qoy ol­sun "Şəm­məd bəy".
A­ra­dan bir xey­li keç­miş­di. Mən bı­ğı da­ha da yo­ğun­laş­mış "Şəm­məd bəy"­lə bir toy məc­li­sin­də rast­laş­dım. Tə­bii ki, xa­la­xət­rin qal­ma­sın de­yə, onun kef-əh­va­lı­nı so­ruş­dum: "Şəm­məd bəy, ne­cə­sən?". Onun yo­ğun bığ­la­rı, ət­li bur­nu ey­ni ahəng­lə qal­xıb-en­di: "Bu­ra bax, mən Şəm­məd müəl­li­məm". Şəm­mə­din müəl­lim­lik pe­şə­si­nə bir dəx­li ol­ma­sa da, mən öz əzəl­ki mü­ra­ciət qay­da­ma ba­la­ca bir re­dak­tə edə­si ol­dum: ma­dam ki, adam ol­ma­yan bu adam bu cür mü­ra­ciə­ti se­vir, on­da qoy ol­sun "Şəm­məd müəl­lim".
Bu ya­xın­lar­da kü­çə­də ye­nə onun­la rast­laş­dım. Bığ­la­rı sal­lan­mış­dı, bur­nu ya­na əyil­miş­di. Nə­sə bi­kef idi. Gö­rüş­dük. De­dim ki, ne­cə­sən, Şəm­məd müəl­lim? O, ya­zıq - ya­zıq üzü­mə ba­xıb de­di: "Əşi,

DEK­RET YE­Rİ

Heç bil­mi­rəm, söh­bə­tə ha­ra­dan baş­la­yım? Yax­şı­sı bu­dur, qoy elə əv­vəl­dən de­yim. Mə­sə­lə be­lə ol­muş­dur: təh­si­li­mi ba­şa vu­ran ili mə­ni tə­yi­nat­la uc­qar ra­yon­la­rın bi­rin­də­ki uc­qar bir kənd mək­təbi­nə gön­də­rdi­lər. Öl­kə­miz­də­ki bü­tün mək­təb­lər ki­mi, hə­min təh­sil oca­ğı da çox qa­baq­cıl bir müəs­si­sə­dir. Am­ma ora­da ix­ti­sa­sım üz­rə mə­nə iş ta­pıl­ma­dı ki, ta­pıl­ma­dı. Di­rek­tor üzü­mə ba­xıb de­di:
- Ə, ba­la, ədə­biy­yat dər­si qal­ma­yıb, bəl­kə sə­nə ta­rix ve­rək...
Mən ra­zı­laş­ma­lı ol­dum. Ça­rəm nə idi ki?
Di­rek­tor de­di:
- E-e-e... Ə, ba­la, bu­ra bax, əs­lin­də, mən­də heç ta­rix dər­si də yox­dur. Sa­də­cə ola­raq, ta­rix müəl­li­məm dek­re­tə çı­xıb, hə­lə­lik onun dərs­lə­ri­ni mü­vəq­qə­ti ve­ri­rəm sə­nə. Bir də ki, elə ta­rix də ədə­biy­yat ki­mi bir şey­dir də...
Be­lə­lik­lə, mən əmək fəa­liy­yə­ti­nə dek­ret ye­ri­nə iş­lə­mək­lə baş­la­dım. Ta­rix­çi di­li yüy­rək olar: ay öt­dü, həf­tə keç­di, dek­ret vax­tı ba­şa çat­dı. Ta­rix müəl­li­mə­si tə­zə­dən işə çı­xa­sı ol­du.
Di­rek­tor mə­ni ya­nı­na ça­ğı­rıb de­di:
- E-e-e... Ə, ba­la, sən in­nən son­ra coğ­ra­fi­ya dər­si de­yə­cək­sən. Əs­lin­də, elə coğ­ra­fi­ya da ta­rix-ədə­biy­yat ki­mi bir şey­dir. Nə fər­qi var ki?..
Mən qo­lu­mu çır­ma­yıb coğ­ra­fi­ya öy­rən­mə­li ol­dum.
Bir müd­dət keç­di. Coğ­ra­fi­ya müəl­li­mə­si dek­ret­dən qa­yı­dıb işə baş­la­dı. Dərs­lər əlim­dən çıx­dı. De­yə­sən, ta dek­re­tə çı­xan yox idi. Dü­zü­nü de­yim ki, gö­züm qa­dın­la­rın üzün­də qal­mış­dı. Al­la­ha yal­va­rır­dım ki, bir dek­re­tə çı­xan ol­sun.
Nə­ha­yət, ta­pıl­dı!.. Bə­dən tər­bi­yə­si müəl­li­mə­si dek­re­tə çıx­dı. Tə­bii ki, bir az­dan o da işə qa­yı­da­caq­dı. Yüz fa­iz əmin idim ki, mə­nə öz ix­ti­sa­sım üz­rə ye­nə dərs ol­ma­ya­caq­dı. Çün­ki mə­nim həm­ka­rım- ədə­biy­yat müəl­li­mə­si ya­şı alt­mı­şı keç­miş qa­dın idi. Üs­tə­lik də, əri yox idi, o, heç yer­li-dib­li ər­də ol­ma­mış­dı. Əri ol­ma­ya­nın­sa, mən bilən, uşa­ğı da ola bil­məz. Za­lım qı­zı heç ərə get­mə­yə də ha­zır­laş­mır­dı. Məhz bu­na gö­rə də mən işi­mi eh­ti­yat­lı tut­ma­lı idim. Fə­al hə­yat möv­qe­yi seç­dim: ar­tıq öz mək­tə­bi­miz­də və elə­cə də qon­şu mək­təb­lər­də pe­da­qo­ji kol­lek­tiv­lər­də ai­lə qur­ma­ğın, ev­lən­mə­yin, ço­xu­şaq­lı­lı­ğın əhə­miy­yə­ti ba­rə­də təb­li­ğat kam­pa­ni­ya­sı apar­ma­ğa baş­la­dım. Mə­nim de­moq­ra­fik təb­li­ğa­tım tez­lik­lə öz bəh­rə­si­ni ver­di: kol­lek­ti­vi­miz­də­ki su­bay qa­dın­la­rın ha­mı­sı ai­lə qur­du. Hət­ta, ər­dən bo­şan­mış və bir da­ha ərə get­mək is­tə­mə­yən- ki­şi­lə­rə ge­ne­tik nif­rət edən, di­lin­dən da­im zə­hər tö­kü­lən bir qa­dı­nı­mız da mə­nim təb­li­ğa­tım sa­yə­sin­də özü ki­mi mə­ri­fət­li bir in­san­la iz­di­vac yap­dı. Pəh!­Pəh!... Bir gə­lib bi­zim mək­tə­bə baş çə­kəy­di­niz!­ Qa­dın­la­rı­mı­zın ək­sə­riy­yə­ti... hər il dek­re­tə ha­zır­la­şır­dı.
Dek­ret ye­rin­də iş­lə­mə­yi­min bir xey­ri də bu ol­du ki, mən bü­tün elm­lə­ri əməl­li-baş­lı öy­rən­dim. Çün­ki mən tez-tez ix­ti­sa­sı­mı də­yiş­mə­li olur­dum. Kim­ya (əli­lə san­ki reak­si­ya apa­rır), ast­ro­no­mi­ya (gö­yü gös­tə­rir), rəsm­xətt (bar­ma­ğı ilə xətt çə­kir), nəğ­mə dərs­lə­ri üz­rə (jest və mi­mi­ka ilə "nəğ­mə" "o­xu­yur") ix­ti­sas­laş­dım. Əs­lin­də, elə hə­min ix­ti­sas­lar da ədə­biy­yat və ya ta­rix ki­mi bir şey­dir. Nə isə... Ol­dum en­sik­lo­pe­dik, uni­ver­sal, in­tel­lek­tual bir adam! İn­di el­min heç bir sa­hə­sin­də mə­nim­lə mü­ba­hi­sə edə bi­lə­cək bir kim­sə yox­dur! Əgər var­sa, bu­yu­rub çıx­sın irə­li. Bu­ra­sı­nı da de­yim ki, elə bü­tün elm­lər bir-bi­ri­nin ey­ni­dir.
Sağ ol­sun qa­dın­lar! Mən hə­lə də dek­ret ye­rin­də­yəm.