Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ



 

Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


 

Se­yid Əbül­qa­sim Nə­ba­ti tək­cə klassik Azər­bay­can poeziyası­nın de­yil, bü­töv­lük­də poe­tik mə­də­niy­yət ta­ri­xi­mi­zin bən­zər­siz si­ma­la­rın­dan bi­ri­dir. Hə­lə sağ ikən ki­fa­yət qə­dər ge­niş bir re­gion­da qa­zan­dı­ğı qey­ri-adi şöh­rə­tə, və­fa­tın­dan sonra da is­tər söz adam­la­rı və mü­tə­xəs­sis­lər, is­tər­sə də sa­də xalq küt­lə­lə­ri ara­sın­da məş­hur­lu­ğuna bax­ma­ya­raq, şai­rin bə­dii ir­si­nin la­zı­mın­ca və ye­tə­rin­cə öy­rə­nil­di­yi­ni söy­lə­mək çə­tin­dir. Bu sa­hə­də gö­rü­lən iş­lə­rə qə­dir­qan­lıq­la ya­na­şa­raq və on­la­rın üzə­ri­nə əs­la köl­gə sal­ma­dan qeyd et­mək la­zım­dır ki, Nə­ba­ti­nin ədə­bi-ta­ri­xi möv­qe­yi, ya­ra­dı­cı­lı­ğı­nın fəl­sə­fi-etik ma­hiy­yə­ti, xü­su­sən onun poe­zi­ya­sı­nın bə­dii-es­te­tik siq­lə­ti və poe­tik-üs­lu­bi pa­ra­metr­lə­ri ilə bağ­lı bir çox mü­hüm sual­lar hə­lə də açıq qal­maq­da­dır.
Baş­qa söz­lə, Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın təd­qi­qi sa­hə­sin­də ədə­biy­yat­şü­nas­lıq el­mi­mi­zin bü­tün nai­liy­yət­lə­ri­nə rəğ­mən, şai­rin şəx­siy­yə­ti və poe­zi­ya­sı hə­lə də sirr ha­lə­si­nə bü­rün­müş hal­da­dır, onun axı­ra qə­dər dərk edil­di­yi­ni id­dia et­mək cətindir və bu na­dir sə­nət­ka­rın tək­rar­sız ir­si ilə bağ­lı de­yil­mə­miş, ya­zıl­ma­mış mət­ləb­lə­rin mövcud olması da danılmaz fakt­dır.
Əl­bət­tə, bu­ra­da ob­yek­tiv amil­lə­rin tə­si­ri­ni də nə­zə­rə al­maq la­zım­dır. Be­lə ki, şai­rin bə­dii ir­si ilə bağ­lı teks­to­lo­ji prob­lem­lər bir sı­ra yan­lış fi­kir­lə­rə tə­kan ver­miş­dir və bu­nu, Sal­man Müm­taz­dan tut­muş Əbül­fəzl Hü­sey­ni­yə qə­dər, Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın təd­qi­qat­çı­la­rı za­man-za­man qeyd et­miş­lər. Mər­hum Əbül­fəzl Hü­sey­ni­nin 1968-ci il nəş­ri­nin və, xü­su­sən, Gü­ney Azər­bay­can­dan olan fə­da­kar təd­qi­qat­çı Hü­seyn Düz­gü­nün (Sə­diq) iki cild­lik 1993-cü il nəş­ri­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­maq­la ya­na­şı, de­mə­li­yik ki, Nə­ba­ti di­va­nı­nın mü­kəm­məl el­mi-tən­qi­di mət­ni in­di­yə­dək işıq üzü gör­mə­miş­dir.
Di­gər tə­rəf­dən, Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı əsas araş­dır­ma­la­rın so­vet dö­nə­min­də, mə­lum ideo­lo­ji qa­da­ğa­lar-qə­lib­lər şə­rai­tin­də apa­rıl­ma­sı şai­rin ya­naş­ma­la­ra tə­sir­siz ötüş­mə­miş­dir və yaradı­cı­lı­ğı, dünyagö­rü­şü ilə bağlı zid­diy­yət­lər ba­rə­də mə­lum te­zis xey­li də­rə­cə­də məhz bu­ra­dan qay­naq­la­nır. Müs­tə­qil­lik il­lə­rin­də Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­na da­ir yal­nız bir ge­niş araş­dır­ma (na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı) mey­da­na çıx­mış­dır ki, o da bü­tün uğur­lu mə­qam­la­rı­na və po­zi­tiv cə­hət­lə­ri­nə bax­ma­ya­raq Nə­ba­ti­nin "xey­ri­nə ol­ma­yan" nə­ti­cə ilə so­nuc­lan­mış­dır. Nə­ba­ti­yə yal­nız bir tə­ri­qət şai­ri ki­mi ba­xıb hə­qi­qi şai­rin və bə­dii sö­zün bü­tün tə­ri­qət­lə­rin föv­qün­də dur­du­ğu­nu nə­zə­rə al­ma­dıq­da bu cür nə­ti­cə­yə gə­lin­mə­si la­büd bir ha­la çev­ri­lir.
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı Gü­ney Azər­bay­can­da apa­rı­lan az­say­lı təd­qi­qat­lar­da isə da­ha çox me­to­do­lo­ji və me­to­di­ki yan­lış­lıq­lar mü­şa­hi­də olu­nur, təs­vir­çi­lik, qay­naq­la­ra tən­qi­di ya­na­şıl­ma­ma­sı və s. ki­mi hal­lar diq­qə­ti çə­kir.
Bü­tün bu real­lıq­lar müs­tə­qil­li­yin el­mi dü­şün­cə­miz və fi­lo­lo­ji fik­ri­miz qar­şı­sın­da aç­dı­ğı im­kan­lar­dan fay­da­la­na­raq müa­sir ədə­biy­yat­şü­nas­lı­ğın nail­liy­yət­lə­ri priz­ma­sın­dan Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­na ye­ni­dən ba­xıl­ma­sı­nı, onun ən müx­tə­lif as­pekt­lər­də ob­yek­tiv və hər­tə­rəf­li təd­qi­qi­ni tə­ləb edir. Fik­ri­miz­cə, bu­ra­da ən tə­xi­rə­sa­lın­maz və­zi­fə Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­nın də­rin­dən öy­rə­nil­mə­sin­dən iba­rət­dir ki, bu da bir sı­ra amil­lər­lə şərt­lən­miş­dir.
Əv­və­la, Nə­ba­ti ir­si­nə həsr olun­muş dis­ser­ta­si­ya­lar­da (Rə­fi­qə Həm­zə­ye­va. Se­yid Əbül­qa­sim Nə­ba­ti­nin hə­ya­tı və ya­ra­dı­cı­lı­ğı - 1967, Mə­ti Bay­ra­mov. Nə­ba­ti­nin li­ri­ka­sı - 1996) və müx­tə­lif səp­ki­li di­gər təd­qi­qat­lar­da şai­rin döv­rü, hə­ya­tı, ya­ra­dı­cı­lı­ğı­nın ide­ya-te­ma­tik xü­su­siy­yət­lə­ri, məz­mun və mün­də­ri­cə­si, bə­dii sə­nət­kar­lı­ğı­nın müəy­yən cə­hət­lə­ri bu və ya di­gər də­rə­cə­də işıq­lan­dı­rıl­sa da, onun di­va­nı­nın poe­ti­ka­sı komp­leks şə­kil­də xü­su­si araş­dır­ma ob­yek­ti­nə çev­ril­mə­miş­dir. Bu­nu hə­lə mər­hum Əbül­fəzl Hü­sey­ni Nə­ba­ti əsər­lə­ri­nin el­mi nəş­ri­nə yaz­dı­ğı mü­qəd­di­mə­sin­də vur­ğu­la­ya­raq ya­zır­dı: "Bu­ra­da Nə­ba­ti şei­ri­nin bə­dii xü­su­siy­yət­lə­rin­dən da­nış­maq müm­kün ol­ma­dı. Hə­min mə­sə­lə özü ay­rı­ca el­mi-təd­qi­qat əsə­ri­nin möv­zu­su­dur. Nə­ba­ti Azər­bay­can, elə­cə də İran ədə­biy­ya­tın­da tə­ri­qət cə­rə­ya­nı­nın ye­ni tip­li son nü­ma­yən­də­si­dir. Onun ya­ra­dı­cı­lı­ğı­nın ay­rı-ay­rı cə­hət­lə­ri müs­tə­qil şə­kil­də təh­lil edil­mə­li­dir".
İ­kin­ci­si, Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın qey­ri-adi ca­zi­bə­si, seh­ri və bən­zər­siz­li­yi şai­rin han­sı tə­ri­qə­tə mən­sub­lu­ğu ilə de­yil, məhz poe­ti­ka­sı ilə əla­qə­dar­dır və şai­rin ir­si ilə bağ­lı yu­xa­rı­da qeyd et­di­yi­miz ca­vab­sız sual­la­ra, qa­ran­lıq mə­qam­la­ra məhz onun poe­ti­ka­sı­nı araş­dır­maq­la ay­dın­lıq gə­tir­mək müm­kün­dür. Bu­ra­da bö­yük ədə­biy­yat­şü­nas Fi­ru­din bəy Kö­çər­li­nin ək­sər təd­qi­qat­lar­da ve­ri­lən fik­ri­ni bir da­ha xa­tır­la­maq ye­ri­nə dü­şər: "Se­yid Əbül­qa­sim Azər­bay­can türk­lə­ri­nin Xa­cə Şəm­səd­din Ha­fi­zi və Şəms Təb­ri­zi­si və bə­zi mə­qam­lar­da Möv­la­na Cə­la­ləd­din Ru­mi­si mən­zi­lə­sin­də­dir. Ne­cə ki, Ha­fiz fə­sa­hət və bə­la­ğət­də şüə­ra­yi-far­sın sər­dəf­tə­ri olub, həm­çi­nin Nə­ba­ti də Azər­bay­can şüə­ra­sı­nın fə­sih­ra­qı­dır..." Diq­qət ye­tir­mək la­zım­dır ki, Fi­ru­din bəy Kö­çər­li Nə­ba­ti­ni Şərq və bü­töv­lük­də dün­ya ədə­biy­ya­tı­nın ən bö­yük si­ma­la­rın­dan olan Ha­fiz Şi­ra­zi ilə məhz "fə­sa­hət və bə­la­ğət" (oxu: poe­ti­ka) ba­xı­mın­dan mü­qa­yi­sə edir və bu yer­də hət­ta da­hi Fü­zu­li­ni də "u­nu­dur". Nə­ba­ti ir­si­nin təd­qi­qin­də xü­su­si xid­mət­lə­ri olan gör­kəm­li alim Fey­zul­la Qa­sım­za­də isə ya­zır: "Fü­zu­li zir­və­si­nə yük­sə­lən tən­ha şa­ir Se­yid Əbül­qa­sim Nə­ba­ti ol­muş­dur". İran ali­mi Əb­dü­lə­li Nes­fət öz növ­bə­sin­də Nə­ba­ti ir­si­nə be­lə qiy­mət ve­rir: "Nə­ba­ti şei­ri­nin xü­su­siy­yə­ti on­da olan sə­fa və sə­mi­miy­yət­dir. Onun ya­ra­dı­cı­lı­ğın­da ruh­suz əsər gö­zə dəy­mir... Nə­ba­ti ya­ra­dı­cı­lı­ğın­da Fü­zu­li, Ha­fiz və Möv­lə­vi ru­hu var­dır, la­kin heç za­man on­lar­dan təq­lid et­mə­miş­dir..." Bü­tün bun­la­ra Nə­ba­ti­nin öz söz­lə­ri­ni də əla­və edə bi­lə­rik:

Kil­ki-ney­dən tö­kə­rəm ka­ğə­zə şəh­di-şəkəri,
Dürri-nəz­mi edə­rəm göv­hə­ri-qəl­tan ilə cəm.

Nə­ba­ti­nin "Ha­fiz mən­zi­lə­sin­də" ol­ma­sı da, "Fü­zu­li zir­və­si­nə yük­səl­mə­si" də, ya­ra­dı­cı­lı­ğın­da "ruh­suz əsə­rin gö­zə dəy­mə­mə­si" də, "qa­mış qə­lə­min­dən ka­ğı­za tö­kü­lən söz­lə­rin şə­kər tək şi­rin­li­yi" də onun poe­zi­ya­sı­nın bə­dii key­fiy­yət­lə­ri və özü­nə­məx­sus poe­ti­ka­sı ilə bağlı­dır və yal­nız bu poe­ti­ka­nın hər­tə­rəf­li təd­qi­qi nə­ti­cə­sin­də şai­rin ədə­bi ir­si­nin es­te­tik də­yə­ri­ni və onun ədə­biy­yat ta­ri­xi­miz­də­ki ye­ri­ni də­qiq su­rət­də müəy­yən­ləş­dir­mək müm­kün­dür.
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sın­dan da­nı­şar­kən, ilk növ­bə­də onun di­va­nı­nın janr tər­ki­bi­nə diq­qət ye­tir­mə­li­yik. Bu­ra­da klas­sik poe­zi­ya­nın əsas janr­la­rı (qə­zəl, qə­si­də, rü­bai, məs­nə­vi, mü­xəm­məs, müs­tə­zad, tər­ci­bənd və s.) ilə aşıq şei­ri­nin for­ma­la­rı (qoş­ma, gə­ray­lı, təc­nis) ya­na­şı da­yan­mış­dır. Ədə­biy­yat ta­ri­xi­miz üçün heç də ye­ni ol­ma­yan bu fakt şai­rin ya­ra­dı­cı­lı­ğı­nın ümu­mi xa­rak­te­ris­ti­ka­sı ba­xı­mın­dan nə qə­dər əhə­miy­yət kəsb et­sə də, mə­sə­lə­nin ma­hiy­yə­ti ək­sər təd­qi­qat­lar­da qeyd olun­du­ğu ki­mi, yal­nız Nə­ba­ti poe­zi­ya­sın­da iki qo­lun (klas­sik ədə­biy­yat və folk­lor) möv­cud­lu­ğun­da de­yil­dir. Əsas mə­sə­lə qeyd olu­nan janr­lar­da baş ve­rən de­mok­ra­tik­ləş­mə və trans­for­ma­si­ya pro­ses­lə­ri­dir ki, bu da ye­ni dövr ədə­biy­ya­tı­nın ti­po­lo­gi­ya­sı ba­xı­mın­dan müs­təs­na əhə­miy­yə­tə ma­lik­dir.
Jan­rın trans­for­ma­si­ya­sı ilk növ­bə­də, di­va­nın kə­miy­yət­cə əsas his­sə­si­ni təş­kil edən qə­zəl­lər­də özü­nü ay­dın şə­kil­də gös­tə­rir. Bu pro­ses jan­rın is­tər ənə­nə­vi se­man­tik struk­tu­ru­nu, is­tər­sə də for­mal pa­ra­metr­lə­ri­ni əha­tə edir. Aşi­qa­nə məz­mun tez-tez öz ye­ri­ni ic­ti­mai, fəl­sə­fi, di­ni, əx­la­qi möv­zu­la­ra ve­rir. Te­ma­tik dia­pa­zo­nun ge­niş­lən­mə­si jan­rın həc­mi­nə də tə­sir­siz ötüş­mür. Bir qay­da ola­raq beyt­lə­ri­nin sa­yı 7-11 ara­sın­da də­yi­şən qə­zəl da­ha iri həcm­li for­ma sa­yı­lan qə­si­də hü­dud­la­rı­na qə­dər ge­niş­lə­nir. Mə­sə­lən:

Məs­tə­be­yi-eşqdə ba­de­yi-mi­na­yə bax!
Sa­qi­yi-gül­rən­gi gör, sa­ğə­rü səh­ba­yə bax!

- mət­lə­li qə­zəl 23 beyt­dən iba­rət­dir. Bu fakt Nə­ba­ti di­va­nı­nı nəş­rə ha­zır­la­yan Ə.­Hü­sey­ni­nin diq­qə­tin­dən ya­yın­ma­mış, la­kin o, mə­sə­lə­yə nə­zə­ri as­pekt­də ya­naş­ma­ya­raq, prob­le­min özü­nə­məx­sus "həl­li"­ni tap­mış­dır. Ə. Hü­sey­ni ya­zır: "Nə­ba­ti qə­zəl­lə­ri­nin bə­zi­si həcm eti­ba­ri­lə klas­sik qə­zəl çər­çi­və­sin­dən çı­xır... Biz şər­ti ola­raq bu növ şeir­lə­ri qə­si­də­lər sı­ra­sı­na da­xil et­dik". Əl­bət­tə, bu hal­da qə­zə­li qə­si­də­lər sı­ra­sı­na da­xil et­mək yox, mə­sə­lə­nin el­mi-ta­ri­xi iza­hı­nı ver­mək la­zım idi.
Də­yi­şik­lik­lər da­ha ki­çik for­mal ele­ment­lər­də də mü­şa­hi­də olu­nur. Mi­sal ola­raq, qa­fi­yə tək­ra­rı­nı gös­tər­mək müm­kün­dür. Ən ma­raq­lı­sı bu­dur ki, şa­ir özü də hə­min fak­ta işa­rə edə­rək ya­zır:

Küfr­dür qa­fi­yə­də bir sö­zü tək­rar de­mək;
Mən mü­kər­rər de­yi­rəm: dur gə­ti mi­na, mi­na!

Be­lə­lik­lə, Nə­ba­ti bə­dii-fik­ri mən­ti­qi­nin tə­lə­bi ilə klas­sik poe­to­lo­ji trak­tat­la­rın müəy­yən et­di­yi nor­ma­lar ba­xı­mın­dan "küfr" sa­yı­lan hal­la­ra yol ver­mək­dən çə­kin­mir­di.
Jan­rın "de­mok­ra­tik­ləş­mə­si" qə­zəl­lə­rin lek­si­ka­sın­da bü­tün par­laq­lı­ğı ilə üzə çı­xır. Və şai­rin mə­ha­rə­ti bun­da­dır ki, o, bu işi klas­sik bə­dii har­mo­ni­ya­nın tə­ləb­lə­ri­ni mak­si­mum göz­lə­mək­lə hə­ya­ta ke­çi­rir. Di­van­da­kı az qa­la hər qə­zəl­də bu­nun ba­riz nü­mu­nə­lə­ri var­dır. Üs­tə­lik, qə­zəl üçün ye­ni olan söz və ifa­də­lər Gü­ney Azər­bay­can­da­kı xalq di­lin­dən əxz edil­miş­dir. Yüz il son­ra bu iş da­hi Şəh­ri­yar tə­rə­fin­dən baş­qa bir sə­viy­yə­də hə­ya­ta ke­çi­ri­lir. Bu ba­xım­dan da Nə­ba­ti­nin poe­tik lek­si­ka­sı­nın təd­qi­qi bö­yük əhə­miy­yət kəsb edir.
Bü­tün bun­lar onu de­mə­yə əsas ve­rir ki, Nə­ba­ti di­va­nın­da klas­sik janr­lar­la folk­lor for­ma­la­rı­nın pa­ra­lel möv­cud­lu­ğu, ya­xud me­xa­ni­ki şə­kil­də bir­ləş­mə­sin­dən de­yil, mü­rək­kəb sin­te­zi və qar­şı­lıq­lı tə­si­rin­dən da­nış­maq la­zım­dır və bu pro­se­sin hər­tə­rəf­li təd­qi­qi ye­ni dövr­də ədə­biy­ya­tı­mız­da baş ve­rən də­yi­şik­lik­lə­rin ay­dın­laş­dı­rıl­ma­sı, elə­cə də bu iş­də Nə­ba­ti­nin ro­lu­nun müəy­yən­ləş­di­ril­mə­si ba­xı­mın­dan va­cib və zə­ru­ri­dir.
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğın­da­kı trans­for­ma­si­ya pro­ses­lə­ri ənə­nə­vi struk­tur-mə­na pa­ra­diq­ma­sı ilə müəl­lif şəx­siy­yə­ti­nin nis­bə­ti tim­sa­lın­da da araş­dı­rıl­ma­lı­dır. Be­lə ki, şai­rin klas­sik janr­lar­da yaz­dı­ğı əsər­lər­də, ilk növ­bə­də, qə­zəl­lə­rin­də jan­rın şərt­lən­dir­di­yi müəl­lif ob­ra­zı­nın cid­di su­rət­də də­yiş­mə­si göz önün­də­dir və bu da qə­zəl­də fər­di baş­lan­ğı­cın güc­lən­mə­si­nin bir­ba­şa nə­ti­cə­si­dir. Nə­ba­ti­nin li­rik qəh­rə­ma­nı ki­fa­yət qə­dər fər­di ciz­gi­lə­rə ma­lik, ət­raf ger­çək­li­yə kəs­kin və bir çox hal­da iro­nik mü­na­si­bət (bu cə­hət onun özü­nə mü­na­si­bə­tin­də də ki­fa­yət qə­dər qa­ba­rıq­dır) sər­gi­lə­yən bir aşiq və arif­dir. Bu­ra­da klas­sik qə­zə­lin baş­lı­ca se­man­tik mər­kəz­lə­ri olan aşiq-mə­şuq pa­ra­diq­ma­sın­da "qüv­və­lər nis­bə­ti"­nin bi­rin­ci­nin xey­ri­nə də­yiş­di­yi­ni gö­rü­rük. Bu da qə­zəl­də ye­ni tip­li li­rik qəh­rə­ma­nın for­ma­laş­ma­sı pro­se­sin­dən bəhs et­mə­yə im­kan ve­rir və onun sə­ciy­yə­vi cə­hət­lə­ri­nin ay­dın­laş­dı­rıl­ma­sı Nə­ba­ti poe­zi­ya­sın­da­kı özü­nə­məx­sus­lu­ğun dər­ki­nə şə­rait ya­ra­da­caq­dır.
Qeyd edək ki, şai­rin fars di­va­nın­da da ana­lo­ji si­tua­si­ya ilə qar­şı­la­şı­rıq. Bu mə­na­da M.Bay­ra­mo­vun, "Nə­ba­ti­nin fars­ca əsər­lə­ri janr nor­ma­tiv­lə­ri­nin tə­ləb­lə­ri­nə əməl olun­ma­sı ba­xı­mın­dan da­ha "sı­ğal­lı" tə­sir ba­ğış­la­yır, şa­ir ana di­lin­də yaz­dı­ğı əsər­lər­də gös­tər­di­yi sər­bəst­li­yi fars­ca şeir­lə­rin­də gös­tər­mir", - fik­ri ilə ra­zı­laş­maq çə­tin­dir. Yu­xa­rı­da sa­da­la­nan xü­su­siy­yət­lər Nə­ba­ti­nin fars­ca şeir­lə­rin­də də ay­dın şə­kil­də gö­rün­mək­də­dir və bu mə­na­da şa­ir özü­nü "dürd­nu­şu" say­dı­ğı Ha­fi­zin, "məh­rə­mi-xəlvəti-ün­sü" ad­lan­dır­dı­ğı Sai­bin fars­dil­li qə­zəl­də gör­dü­yü işi ye­ni ta­ri­xi şə­rait­də özü­nə­məx­sus şə­kil­də və uğur­la da­vam et­dir­miş­dir. Bu da hər şey­dən ön­cə ənə­nə­vi ob­raz­la­rın ye­ni­dən mə­na­lan­dı­rıl­ma­sı, on­la­rın tam ye­ni, bə­zən tam fərq­li poe­tik-se­man­tik təf­si­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si şək­lin­də tə­za­hür edir. Su­fi sim­vo­li­ka­sı da hə­min pro­ses­dən nəin­ki kə­nar­da qa­la bil­mir, hət­ta bu işin əsas ob­yek­ti­nə çev­ri­lir. Bu mə­na­da Nə­ba­ti ya­ra­dı­cı­lı­ğın­da su­fi ter­mi­no­lo­gi­ya­sı­nın funk­sio­nal ma­hiy­yə­ti­nin araş­dı­rıl­ma­sı bö­yük əhə­miy­yə­tə ma­lik­dir.
Nə­ba­ti poe­zi­ya­sı­nın ob­raz­lar sis­te­mi­nin ən qa­ba­rıq cə­hə­ti bü­tün di­van sə­viy­yə­sin­də ay­dın mü­şa­hi­də olu­nan di­na­mi­ka­dır. Şai­rin dün­ya­du­yu­mu və bə­dii tə­fək­kü­rü­nün, ger­çək­li­yə özü­nə­məx­sus mü­na­si­bə­ti­nin tə­za­hü­rü olan bu di­na­mizm poe­tik mətn­də çe­şid­li va­si­tə­lər­lə real­la­şır. Mi­sal ola­raq, şai­rin fel­lər­dən qa­fi­yə qis­min­də bol-bol fay­da­lan­ma­sı­nı gös­tər­mək olar. Bə­dii tək­rir­lər­dən qey­ri-adi bir mə­ha­rət­lə, bə­zən, az qa­la, hər beyt­də is­ti­fa­də olun­ma­sı ba­xı­mın­dan Nə­ba­ti poe­zi­ya­sı ədə­biy­yat ta­ri­xi­miz­də ana­lo­qu ol­ma­yan ha­di­sə­lər­dən­dir və bu üsul da hə­min di­na­mi­ka­nın "mad­di­ləş­mə­si­nə" xid­mət edir.
Ü­mu­miy­yət­lə, Nə­ba­ti di­va­nın­da­kı poe­tik-üs­lu­bi fi­qur­la­rın təd­qi­qi onun ob­raz­lar sis­te­mi­nin qu­rul­ma prin­sip­lə­ri­ni ay­dın­laş­dır­ma­ğa im­kan ve­rə­cək­dir. Bu­ra­da be­lə bir mü­hüm cə­hə­ti də vur­ğu­la­maq la­zım­dır ki, şai­rin iş­lət­di­yi mə­caz­lar klas­sik Şərq poe­ti­ka­sı­nın ka­te­qo­ri­ya­la­rı ba­xı­mın­dan araş­dı­rıl­ma­lı­dır. Yal­nız bu hal­da, yə­ni əsas­lan­dı­ğı poe­to­lo­ji tə­səv­vür­lər kon­teks­tin­də nə­zər­dən ke­çi­ril­dik­də Nə­ba­ti poe­ti­ka­sın­da­kı bə­dii fi­qur­la­rın adek­vat dər­kin­dən söh­bət ge­də bi­lər. Son dövr­lər­də mil­li ədə­biy­yat­şü­nas­lı­ğı­mı­zın klas­sik Şərq poe­ti­ka el­mi­nin nə­zə­ri əsas­la­rı­nın təd­qi­qi sa­hə­sin­də­ki uğur­la­rı bu­na əl­ve­riş­li şə­rait ya­ra­dır.
Ey­ni sö­zü Nə­ba­ti­nin aşıq şei­ri for­ma­la­rın­da olan əsər­lə­ri haq­qın­da de­mək olar. Xü­su­sən, şai­rin təc­nis­lə­ri bu jan­rın klas­sik ör­nək­lə­ri sa­yı­la bi­lə­cək sə­viy­yə­də­dir və şai­rin yük­sək bə­dii us­ta­lı­ğı­nın əya­ni gös­tə­ri­ci­lə­ri­dir. Bu şeir­lər həm­çi­nin Nə­ba­ti ya­ra­dı­cı­lı­ğın­da klas­sik poe­ti­ka ilə folk­lor es­te­ti­ka­sı­nın ne­cə üz­vi şə­kil­də çul­ğaş­dı­ğı­nı iz­lə­mək ba­xı­mın­dan ma­raq do­ğu­rur.
Nə­ba­ti poe­zi­ya­sı­nın rit­mik xü­su­siy­yət­lə­ri və poe­tik sin­tak­si­si­nin araş­dı­rıl­ma­sı da son də­rə­cə mü­hüm bir prob­lem­dir. Nə­ba­ti şei­rin vəzn, qa­fi­yə, rə­dif ki­mi fun­da­men­tal ka­te­qo­ri­ya­la­rın­dan, al­li­te­ra­si­ya, as­so­nans ki­mi fo­ne­tik va­si­tə­lər­dən, xi­tab, ni­da, ri­to­rik su­al və s. ki­mi bə­dii üsul­lar­dan is­ti­fa­də et­mək­lə poe­zi­ya ta­ri­xi­miz­də rit­mik şei­rin bən­zər­siz nü­mu­nə­lə­ri­ni ya­rat­mış­dır. Əru­zun dür­lü bəhr­lə­ri şai­rin poe­tik il­ha­mı­na tam ta­be olur və bu­ra­da "həşv" ad­la­nan ha­di­sə­yə, de­mək olar ki, rast gə­lin­mir. Ək­si­nə, şa­ir Azər­bay­can-türk söz­lə­ri­ni əruz tə­fi­lə­lə­ri­nə "o­turt­maq" sa­hə­sin­də mi­sil­siz mə­ha­rət nü­ma­yiş et­di­rir.
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı ilə bağ­lı bü­tün bu mə­sə­lə­lə­rin ge­niş şə­kil­də təd­qi­qi ədə­biy­ya­tı­mız­da Nə­ba­ti fe­no­me­ni­ni da­ha də­rin­dən an­la­ma­ğa, onun özün­dən son­ra­kı poe­zi­ya­mı­za sə­mə­rə­li tə­si­ri­nin sir­ri­ni və miq­ya­sı­nı da­ha ay­dın dərk et­mə­yə şə­rait ya­ra­da­caq­dır. Mü­şa­hi­də­lər gös­tə­rir ki, Nə­ba­ti şei­ri­nin klas­sik Şərq şei­ri ilə əla­qə­lə­ri in­di­yə­dək aş­kar­la­nan­lar­dan da­ha ge­niş ol­du­ğu ki­mi, onun son əsr ya­rım ər­zin­də is­tər Qu­zey, is­tər­sə də Gü­ney Azər­bay­can­da söz sə­nə­ti­nə tə­si­ri də tə­səv­vür edil­di­yin­dən qat-qat güc­lü ol­muş­dur.

Bir söz­lə, Nə­ba­ti poe­ti­ka­sı­nın təd­qi­qi:
Yox­du bir kim­sə ilə ül­fə­tü rəb­tim, rəb­tim,
Söy­lə­rəm pər­də­də giz­lin be­lə məz­mun, məz­mun,
- söy­lə­yən bö­yük şai­rin bə­dii "giz­lin­lə­ri­nin" aş­kar­lan­ma­sı­na im­kan ve­rə­cək­dir.