Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


POEZİYA
 

Mobil QULUZADƏ


 
Bura niyə gəldim?

Gəldim ki, uzadam bizim yamacı,
Evimiz həmi­şə başında olsun.
Gəldim ki, yurdumdan mən söh­bət açım,
Gö­züm torpağında, daşında olsun.

Civir çovustanı, qarğı - qamı­şı,
Gəldim tanıt­dıram bü­tün alə­mə.
Mən kənd­dən çıxanda kəndin qarğı­şı
­Məni bu yollarda tutubdur demə.

Gəldim ki, söy­lə­yəm Qubadı yalı,
Eyfel qül­ləsindən ucadır min qat.
Gəldim ki, söy­lə­yəm, Mirzəcamallı
Parisdən gö­zəldir, bilsin camaat.

Gəldim ki, tanı­dım doğma torpağı,
Məni eşitməsinlər onu duyanlar,
Deyim Məciklidir Tyan - Şan dağı,
Gəlib seyrə dalsın inanmayanlar.

Bu eli, obanı kim gö­rüb, deyim,
Mənim dü­zəltdiyim dəyə saraydır?!
Gəldim Kön­də­ləni gös­tərib deyim,
Dünyanın ən bö­yük çayı bu çaydır.

İlk də­fə bu kənd­də qobu gör­mü­şəm,
Odur kəndimizin ilk Qobustanı.
Bu eli, obanı kimə vermişəm
Niyə yazmamışam mən bu dastanı.

Qınamaq istə­sən, sən məni qına,
Dili lal, gö­zü kor, qulağı karam.
Doğma kəndimizi başqalarına
Tanıda bilmədim, mən günahkaram.

Ümİd yerİ

Çiyinlər­dən yerə dü­şüb ağır yük kimi,
Qolları­nı, qıçları­nı çatıblar onun.
Meşə­lər­dən çıxa­rıblar bir kö­tük kimi,
Dağ çayı­nın qabağına atıblar onu.

Seçilməyir toxuduğu corab milindən.
Nə­nəm daha qocalıb­dır, hana toxumur.
Gəlib burda tutan yoxdur onun əlindən,
Yerə dü­şüb, cü­cər­məyib nə­və toxumu.

Nə­və­ləri bö­yü­sə də sö­zü­nə baxmır,
Atam bilsə nə­nəm təkdir, min qan eylə­yər.
Gör­sə əgər oğlu, qı­zı sö­zü­nə baxmır,
Yerlə­rə də, göy­lə­rə də üsyan eylə­yər.

Nə gizlədim, necə girib yuxuma atam,
Axı niyə belə oldun, a fərsiz bala?
Gör­mü­sənmi əsil nə­və nə­nəni ata?
Qoyma nə­nən yad evlərin kün­cün­də qala.

Onun cın­dır yatağına qarışqa dolub,
Gecə - gün­düz dən daşı­yır, gətirir ora.
Elə bildim nə­və­ləri qarışqa olub,
Nə­nəm burda nağıl deyir qarışqalara.

Göz yaşıyla dağlayıb­dır nə­nəm sinəmi,
Heç bilmirəm nə­nə deyim ona nə haqla.
Atam deyir - necə olsa gətir nə­nəni,
Yerin yoxsa, göz­lərinin içində saxla.

Nə­nəm deyir - Mən öl­mə­rəm Balay gəl­məmiş.
Balasızam, nə­vəsi­zəm mən bu dünyada.
Əzrayıla can vermə­rəm, balam gəl­məmiş,
Mənim bircə balam varmış, Balaymış o da.

Nə­nə dərdi alış­dı­rır sinəmi indi,
Kəndimizdə olmasa da onun yaşı­dı.
Gəlin məni qınamayın, nə­nəmi indi
Bir iynənin gö­zü boyda ümid yaşadır.

Nar qız necə oldu?

Nar qız nağı­lı­nı dedin bir axşam,
Tutuldum, göz­lərim yaşardı onda.
Narı də­nə­ləyib yedim bir axşam,
Nar qız yoxa çıx­dı nar qurtaranda.

Söy­lədin: - Ay bala, gör bir nə etdin,
Gö­rür­sən, boş qalıb nar qı­zın yeri.
Sən o gün nar qı­zın dalınca getdin,
Bir daha qayı­dıb dön­mədin geri.

Bu gecə yuxuda səni gör­mü­şəm,
Qayıt evimizə, tez elə gö­rüm.
Səninçün bir qucaq nar gətirmişəm,
Onların birini qız elə gö­rüm.

Bu nar qıza dön­sə əh­də düz olar,
Duyar ürəyimdən gəlib keçəni,
İnana bilmirəm bu nar qız ola,
Qızların içində bə­yə­nə məni.

Bu dərd ürəyimi buza dön­dərir,
Dünyada nə olub, mə­nə olubdur.
Almanı dərvişlər qıza dön­dərib,
Narı qı­z eylə­yən nə­nən olubdur.

Dərələyiz

Bir çiçək adıyla adlanır də­rə,
Göz­ləri açı­lır onu gö­rənin.
Kim gəlib baxıbsa bu çiçək­lə­rə,
Yadından çıxarmır bu gen də­rəni.

Uzaqdan gör­mü­şəm Də­rə­ləyizi,
Odur ki, dön­mü­şəm bir parça daşa.
Bəl­kə də bu çiçək məst edib bizi,
Yatmışam, yuxudan ayılmamışam.

Batıb bu də­rə­də kimin varı var,
Də­vəsi, sü­rü­sü gö­rün­mür niyə?
Bəl­kə bu çiçək­də bihuşdarı var;
Huşunu itirir onu iylə­yən?!

Xalqın arasına çı­xıb nə üz­lə
Yadına salırsan o yerləri sən?
Bir kürd qalmayıbsa Də­rə­ləyizdə,
Mobil Balay oğlu, nə öyü­nür­sən?

Sənin oylağın­dır o də­rə, o dağ,
Çiçəyi ətirli, otu suludur.
O daşa çevrilən adama bir bax,
O, sənin babandır, Cə­fərquludur.

Yadlar bu torpağa ayaq açıblar,
Ü­zü­mə baxırsan axı nə üz­lə?
Onun dü­zəltdiyi boz alaçıqlar
Dumana çevrilib Də­rə­ləyizdə.

Tubulğu çomağı gö­tür əli­nə,
Sın­dır yağıla­rın başında onu.
Qayıt öz yurduna, doğma elinə,
O də­rə göz­ləyir sənin yolunu.

Od andı

Axşam üz tutmuşam ulduzlu gö­yə,
İşıq istəmi­şəm ocaq keçən­də.
Safdır, mü­qəd­dəsdir, təmizdir deyə,
Oda and içmişəm mən and içən­də.

İldı­rım çaxanda bir anlıq olub,
Bulud balaları verib səs - sə­sə.
İşı­ğın düş­məni qaranlıq olub,
Paxıl­lıq etməyib işıq heç kə­sə.

Kim odla oynasa, o, odsuz qalar,
Yanar ocağı­nı özü sön­dü­rər.
Köz üs­tə su tö­küb sön­dür­mə, bala,
Baxtı­nı sön­dü­rür kö­zü sön­dü­rən.

Od gə­rək od ola, suya dön­mə­yə,
Gö­rəm öz gö­züm­lə bir daha onu.
Adamlar qoymayıb kö­zü sön­mə­yə,
Qoruyub saxlayıb sabaha onu.

And içdim, sadiqəm mən öz andıma,
Ö­züm qoruyuram bu odu indi.
Bu qız od olub ki, məni yandıra,
Bu gəlin, doğrudan, od gəlinidir.

Daş daşa də­yən­də od çı­xıb daşdan,
Baxanda ürəyim od tutub, yanıb.
Qı­zıl ildı­rımlar Misri qı­lıncdan,
İgid Koroğlular oddan yaranıb.