Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


ƏDƏBİ DÜŞÜNCƏLƏR
 

Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


 

«Al­la­hım, mə­ni ba­ğış­la və biz bəd­bəxt­lə­ri ba­şa düş­mə­yə ça­lış. Tan­rım, ni­yə bi­zi bu ağır, mə­şəq­qət­li za­man­da dün­ya­ya gə­ti­rib əli­mi­zə qə­ləm ver­din? Biz­dən rəh­mi­ni əsir­gə­mə, Tan­rım».
(So­vet ya­zı­çı­sı­nın bu dün­ya­da son, o dün­ya­da ilk dua­sı)
«...Bir işıq nöq­tə­si mə­ni özü­nə çə­kir­di. Nöq­tə bö­yü­dük­cə işıq qu­yu­su­nun bu­rul­ğa­nı­na düş­düm və, ila­hi, bir ra­hat­lıq hiss et­dim. Sor­dum: «Bu işıq Al­lah­dır­mı?» Səs gəl­di: «Yox, işıq Al­lah de­yil, onun nə­fə­si­dir».

Də­li şai­rin sə­si:

«O şa­ir ki, göy­lə­rin qa­pı­sı açıl­dı və o, in­san­la­rın ya­nı­na gəl­di, dün­ya, in­san haq­qın­da bir ne­çə söz de­yib çı­xıb get­di».
K.Mark­sın gö­zəl bir sö­zü var: «Bə­şə­riy­yət öz keç­mi­şin­dən gü­lə-gü­lə ay­rı­lır». Qa­li­ba, bu gö­zəl sö­zün bir də as­tar üzü var: «Bə­şə­riy­yət keç­mi­şin­dən ağ­la­ya-ağ­la­ya ay­rı­lır».
So­vet xalq­la­rı və əl­bət­tə ki, so­vet ədə­biy­ya­tı öz keç­mi­şin­dən həm gü­lə-gü­lə, həm də ağ­la­ya-ağ­la­ya ay­rı­lır (təəs­süf ki, bu pro­ses hə­lə də bit­mə­yib, nə vaxt bi­tə­cək, Al­lah bi­lir). Bu göz yaş­la­rı da, gü­lüş yaş­la­rı da bi­zim­dir. Bi­zim ta­le­yi­miz­dir. Ta­ri­xin ib­rət dərs­lə­ri de­yi­lən bir tra­fa­ret de­yim var. «Keç­mi­şin gö­zü­nün içi­nə dik bax­maq» ki­mi də şü­ar sə­ciy­yə­li bir ifa­də­ni də biz çox eşit­mi­şik.
Bir az sür­tül­sə də, üzü üz­lər gör­sə də, mən bu de­yim­lə­rin il­kin, ba­ki­rə mə­na­sı­na ina­nan­lar­da­nam. Və ina­nı­ram ki, za­man ke­çə­cək, gəl­di-ge­dər olan hər şey gə­lib ke­çə­cək, ha­fi­zə­lər­də, yad­daş­lar­da ya­şa­ma­ğa la­yiq olan Söz qa­la­caq.
O Sö­zün nə so­vet ədə­biy­ya­tı qav­ra­mı­na, nə hər han­sı di­rek­ti­və, nə bi­zim ya­zı­mı­za eh­ti­ya­cı ol­ma­ya­caq.
Tə­bii seç­mə yal­nız tə­biə­tə aid de­yil. Sö­zün tə­bii seç­mə­si - öz-özü­nü seç­mə­si Al­la­hın ira­də­si da­xi­lin­də ol­du­ğu qə­dər də, o bö­yük Ya­ra­da­nın ira­də­si da­xi­lin­də de­yil. Al­la­hın bu­na eh­ti­ya­cı yox­dur. Al­la­hın sö­zü Sö­zün Al­la­hın­dan çox yu­xa­rı­da­dır - səhv və ya düz, bu­nu mən be­lə qə­bul et­mi­şəm.
İ.V.Sta­li­nin ədə­biy­ya­ta ba­xı­şı və ədə­biy­ya­tın İ.V.Sta­li­nə ba­xı­şı ol­duq­ca zən­gin və ma­raq­lı möv­zu­dur. Və so­vet ədə­biy­ya­tı­nın ma­hiy­yə­ti­ni, re­jim və ədə­biy­yat prob­le­mi­ni, mü­ha­ci­rət və rep­res­si­ya­nın so­vet döv­rün­də­ki fa­ciə­lə­ri­ni, fə­sad­la­rı­nı an­la­maq, dərk et­mək üçün Sta­lin döv­rün­də - 1924-1953-cü (təx­mi­nən 30 il!) il­lər­də­ki mən­zə­rə­ni əks et­di­rən sə­nəd­lər, qə­rar və qət­na­mə­lər, rəs­mi niqt­lər və çı­xış­lar, də­yər­lən­dir­mə­lər, mü­za­ki­rə­lər, mə­qa­lə və mo­noq­ra­fi­ya­lar cid­di əhə­miy­yət da­şı­yır.
...Öl­kə­də si­ya­sət qı­sır­laş­dı­rı­lan­da və si­ya­si dü­şün­cə­yə ya­saq­lar, hü­dud­lar gə­ti­ri­lən­də ədə­biy­yat və sə­nə­tin ro­lu və funk­si­ya­sı da­ha qa­ba­rıq şə­kil­də önə çı­xır.
Bü­tün re­jim öl­kə­lə­rin­də (Hit­ler Al­ma­ni­ya­sı, SSRİ, Çin, İran...) sen­zu­ra, ədə­biy­yat üzə­rin­də qa­tı nə­za­rət bu funk­si­ya­nı da­şı­yır.
A­zad fik­ri, sər­bəst dü­şün­cə­ni, plü­ra­liz­mi qi­da­lan­dı­rıb bəs­lə­yən ən bö­yük amil sər­bəst dü­şün­cə­nin məh­su­lu olan ədə­biy­yat və sə­nət­dir. So­vet döv­rün­də­ki si­ya­si ideo­lo­gi­ya çıx­ma­zı­nın ye­ga­nə ma­neə­si də ədə­biy­yat və sə­nət­dir. 20-ci il­lər SSRİ-nin ilk il­lə­ri və bir növ, məc­bur qal­dı­ğı azad dü­şün­cə qa­pı­sı­nı aç­ma­sa da, tam qa­pa­da bil­mə­di­yi dövr­dür. 20-ci il­lər­də Mosk­va və Le­ninq­rad­da çap olun­muş Z.Freyd, F.Nit­şe, A.­Şo­pen­hauer, T.Vulf... Ru­si­ya­nın XX əs­rin əv­vəl­lə­rin­də qa­zan­dı­ğı fi­kir böh­ra­nı­nın, azad dü­şün­cə ax­ta­rış­la­rı­nın da­va­mı­dır. Bir tə­rəf­dən Tols­toy, Dos­to­yevs­ki ge­niş­li­yi və də­rin­li­yi, Qo­qo­lun, Çe­xo­vun zid­diy­yət və har­mo­ni­ya ara­yış­la­rı, o bi­ri tə­rəf­dən Ple­xa­no­vun, So­ro­ki­nin, So­ko­lo­vun ic­ti­mai-fəl­sə­fi araş­dır­ma­la­rı­nın önü­nü in­qi­lab kəs­kin şə­kil­də ala bil­məz­di. Bu cəhd üçün ön­cə Le­ni­nə, son­ra Sta­li­nə 10-15 il la­zım ol­du. İlk ön­cə si­ya­si rə­qib­lər və si­ya­si mü­xa­li­fət məhv edil­mə­yə baş­lan­dı. Sə­na­ye­ləş­dir­mə, kol­lek­tiv­ləş­dir­mə və mə­də­ni in­qi­lab kam­pa­ni­ya­la­rı, on­la­rın ar­dın­ca ümum­dün­ya iq­ti­sa­di böh­ra­nı, ac­lıq, köç və rep­res­si­ya. Bu ta­ri­xi kon­tekstdə azad dü­şün­cə­nin ta­le­yi, de­mək olar ki, ən azı bi­rin­ci plan­da həll olun­du.
Re­jim şə­rai­tin­də si­ya­sə­tin funk­si­ya­sı kom­pen­sa­si­ya edil­miş şə­kil­də bə­dii ədə­biy­ya­ta, ədə­bi tən­qi­də, pub­li­sis­ti­ka­ya sı­ğış­dı­rı­lır. İn­san­la­rın, xü­su­si­lə ya­ra­dı­cı in­san­la­rın cə­miy­yə­ti təh­lil, tən­qid, araş­dır­ma eh­ti­ya­cı ədə­biy­yat və sə­nət­də mər­kəz­ləş­miş olur. Re­jim öl­kə­lə­rin­də ədə­biy­ya­tın və sə­nə­tin da­ha ma­raq­lı, ori­ji­nal, zən­gin, ço­xöl­çü­lü, me­ta­fo­rik ol­ma­sı həm də bu amil­lə bağ­lı­dır. Bu fi­kir de­mok­ra­tik öl­kə­lər­də ədə­biy­ya­tın zən­gin­li­yi­ni, tək­rar­sız­lı­ğı­nı in­kar et­mir. Çün­ki əsa­sən, dün­ya­nın bü­tün bö­yük söz us­ta­la­rı öz zə­ma­nə­lə­ri­nə mü­xa­lif­dir­lər.

Də­li şai­rin sə­si:

«Lap Al­la­ha mü­xa­lif-şey­ta­nın özü ki­mi...»
Nor­mal mil­lət də, in­san da öz ta­ri­xi­nə in­ti­qam his­si ilə, hey­fal­ma tə­şəb­bü­sü və haqq-he­sab çək­mək mən­ti­qi ilə ya­naş­mır. Tən­qid və təh­lil, za­man və sə­bəb­lər sil­si­lə­si kon­teks­tin­də ya­naş­ma və araş­dır­ma özün­dən qi­sa­sal­ma komp­lek­sin­dən azad ol­du­ğu təq­dir­də ədə­bi mən­zə­rə ay­dın­lıq qa­za­na bi­lər.
Bi­zim di­ni­miz­də, adət-ənə­nə­miz­də, men­ta­li­te­ti­miz­də olan səbr, tə­həm­mül, to­le­rans, xoş­gö­rü, ba­ğış­la­ma, əfv... ki­mi mə­nə­vi özəl­lik­lər (ins­ti­tut­lar) ta­ri­xi­mi­zə, ədə­biy­ya­tı­mı­zın, sə­nə­ti­mi­zin keç­mi­şi­nə mü­na­si­bət üçün də doğ­ru­dur. «Qo­yu­nu qo­yun, ke­çi­ni ke­çi aya­ğın­dan as», «Yüz ölç, bir biç», «Ə­rən­lər dün­ya­nı ağıl­nan bul­muş­lar», «Əv­vəl sö­zü an­la, son­ra qı­zıb ban­la», «Ba­ğış­la­maq sa­vab­dır», «Yax­şı­lı­ğa yax­şı­lıq hər ki­şi­nin işi­dir, ya­man­lı­ğa yax­şı­lıq ər ki­şi­nin işi­dir»... de­yən xal­qı­mı­zın səb­ri, təd­bi­ri, ge­niş və də­rin dü­şün­mə ör­nə­yi­nin, bü­tün mə­sə­lə­lər­də ol­du­ğu ki­mi, ədə­biy­yat ta­ri­xi­mi­zə ba­xış­da da bi­zim üçün çox qiy­mət­li ol­du­ğu dü­şün­cə­sin­də­yəm.
İn­san bə­zən öz ta­ri­xi, mə­də­niy­yə­ti ilə bağ­lı pa­ra­doks­lar qar­şı­sın­da da­yan­ma­lı olur. Mə­sə­lən, «Fəx­riy­yə» şei­ri Sa­bi­rin qar­şı­sı­na, «Da­na­baş kən­di­nin əh­va­lat­la­rı» Mir­zə Cə­li­lin qar­şı­sı­na çıx­mış bö­yük pa­ra­dok­sun bə­dii ifa­də­si­dir. Man­qurt­luq, çı­xıl­maz­lıq... pa­ra­doks­la­rı da in­ka­re­dil­məz­dir.
Hə­yat və in­san mü­rək­kəb­li­yi­nin ifa­də­si olan pa­ra­doks­lar da hə­qi­qə­tin bir par­ça­sı­dır. On­la­rın da gö­zü­nün içi­nə dik bax­maq və on­la­rın öz aça­rı­nı tap­maq da bi­zim və­zi­fə­miz­dir.
Bi­zim məq­sə­di­miz bü­tün bu sə­nəd və el­mi ma­te­ria­lı araş­dır­maq de­yil. So­vet ədə­biy­ya­tı­na ye­ni ba­xı­şın (nis­bi ye­ni­lik ol­sa be­lə!) ic­ti­mai-si­ya­si, fəl­sə­fi-es­te­tik tə­rəf­lə­ri ol­duq­ca ma­raq­lı­dır və fraq­men­tal şə­kil­də ol­sa da, bu ma­te­ria­la söy­kə­nə­rək da­ha çox el­mi-nə­zə­ri, so­sial-fəl­sə­fi tə­rə­fi vur­ğu­la­ya­raq, bu zid­di­yət do­lu prob­le­mi fərq­li yer­dən işıq sal­maq is­tər­dim.
Be­lə bir fi­kir­lə ra­zı­laş­maq çə­tin­dir ki, şai­rin zə­ma­nə­si ilə, öz müa­sir­lə­ri ilə konf­lik­ti və ya onun mü­xa­lif ru­hu hə­mi­şə so­sial fakt de­yil. İn­san tə­biə­ti­nin ma­ya­sın­da­kı zid­diy­yət, öl­kə­sin­dən, döv­lə­tin­dən ası­lı ol­ma­yan sə­nət­kar fa­ciə­si­nin diq­qət­dən kə­nar­da qal­ma­sı­nı doğ­ru say­maq çə­tin­dir.
So­vet döv­rü ədə­biy­ya­tı­na da ey­ni me­yar­lar­la ya­naş­ma­nın fay­da­lı ol­du­ğu­nu dü­şü­nü­rük.
Mən ədə­biy­ya­ta ya­naş­ma­da meyl, mo­tiv və prin­sip­lə­rin (re­jim, so­sial-psi­xo­lo­ji şə­rait, ida­rə­çi­lik, dün­yə­vi zid­diy­yət­lər, tə­biət şərt­lə­ri, şəx­si-fər­di mo­tiv­lər, komp­leks­lər, ge­ne­tik amil­lər, ya­ra­dı­cı­lıq alə­mi­nin mü­rək­kəb­li­yi və söz ağ­rı­sı...) ay­rı-ay­rı­lıq­da müt­ləq­ləş­di­ri­mə­si­nin əley­hi­nə­yəm və pro­ses, kon­tekst (sö­zün ge­niş mə­na­sın­da) da­xi­lin­də, komp­leks araş­dır­ma me­to­du ilə ya­naş­ma və sis­tem­li təh­lil tə­rəf­da­rı­yam. Bu­nun­la ya­na­şı, sub­yek­tiv dü­şün­cə­ni, fər­ziy­yə­ni, es­seis­tik-ədəbi-fəl­sə­fi ya­naş­ma­nı da, sırf aka­de­mik ya­naş­ma və təh­lil qə­dər önəm­li sa­yı­ram.

Də­li şai­rin sə­si:

«Yax­şı ki, So­vet döv­rü­nü gör­mə­di. Yox­sa in­di sü­mü­yü Si­bir­də çü­rü­yür­dü...»
Ə­də­biy­yat mə­sə­lə­lə­ri­nə keç­məz­dən ön­cə bir ak­sio­ma­tik mə­sə­lə­yə mü­na­si­bət bil­dir­mə­yi zə­ru­ri bi­li­rəm. Ha­mı­mı­za, xü­su­si­lə so­vet elm-sə­nət adam­la­rı­na, yax­şı bəl­li­dir ki, «ot­te­pel»­dən, son­ra «aş­kar­lıq və ye­ni­dən­qur­ma»­dan baş­la­nan 90-cı il­lər­də apo­ge­yi­nə yük­sə­lən in­kar­çı an­ti­so­vet ideo­lo­gi­ya­sın­da­kı if­rat­çı­lı­ğı, ey­fo­ri­ya tu­fa­nı­nı da gös­tər­mək və nə­zə­rə al­maq zə­ru­ri­dir. «So­vet ədə­biy­ya­tı» qu­tu­su­na ələ gə­lən hər şe­yi at­maq, rədd et­mək, za­ma­nı nə­zə­rə al­ma­dan hökm­lər ver­mə­yin yan­lış ol­du­ğun gös­tər­mə­mək ol­maz. Xü­su­si­lə za­man keç­dik­dən, ey­fo­ri­ya tu­fa­nı da­yan­dıq­dan son­ra mə­sə­lə­yə bü­töv, kon­sep­tual ba­xış for­ma­laş­ma­ğa baş­la­yır.
Yad­dan çı­xa­ra bil­mə­rik ki, ədə­biy­yat yal­nız so­sial araş­dır­ma, ic­ti­mai təh­lil de­yil. Ədə­biy­ya­ta in­san­şü­nas­lıq (ter­min Sta­li­nin­dir) de­mək də hə­lə hər şe­yi əha­tə et­mir. Ədə­biy­yat şüu­ral­tı sez­gi­lə­rin, ağ­rı­la­rın, dərd­lə­rin ifa­də­si­dir - de­mək də ədə­biy­ya­tın mis­si­ya­sı­nı eh­ti­va et­mir.
Ə­də­biy­yat həm də (əsa­sən!) bə­dii sö­zün bö­yük­lü­yü, seh­ri, ca­zi­bə­si, əl-kim­ya­sı­dır. Ədə­biy­yat me­ta­fo­ra sə­nə­ti­dir. Me­ta­fo­ra­sı bö­yük şa­ir bö­yük ədə­biy­yat öl­çü­lə­ri ilə də­yər­lən­di­ri­lə bi­lir. Şeks­pir gü­cü, Fü­zu­li mə­ca­zı, Ser­van­tes sar­kaz­mı, Rab­le qro­tes­ki, Erazm iro­ni­ya­sı, Puş­kin ge­niş­li­yi... gə­li­şi­gö­zəl söz­lər, an­la­yış­lar de­yil.
Bə­dii tə­fək­kü­rün söz tə­cəs­sü­mü bu an­la­yış­lar­sız, öl­çü­lər­siz ke­çi­nə bil­məz.
So­vet ədə­biy­ya­tı­na me­ta­fo­ra me­ya­rı ilə ya­naş­ma bir çox mü­hüm es­te­ti­ka, poe­ti­ka mə­sə­lə­lə­ri­ni əha­tə edir ki, biz bun­la­rın üzə­rin­də tə­fər­rüa­tı ilə da­ya­na bil­mi­rik. An­caq bu me­ya­rın zə­ru­ri­li­yi­nin al­tı­nı cız­ma­ğı da va­cib he­sab edi­rik. Xa­tır­la­daq ki, bü­tün mü­qəd­dəs ki­tab­lar da (xü­su­si­lə, Töv­rat və Qu­ran) bə­dii sö­zün, şa­ir sö­zü­nün mis­si­ya­sı­nı bu və di­gər şə­kil­də gös­tər­miş­lər.
So­vet ədə­biy­ya­tı­nın ida­rə olu­nan, ideo­lo­ji stan­dart­lar, si­ya­si ta­bu­lar ədə­biy­ya­tı ol­du­ğu­nu unut­maq bu döv­rü el­mi də­yər­lən­dir­mə­yi cid­di şə­kil­də ya­ra­la­yır.
Ya­zı­çı­lar İt­ti­fa­qı və Ya­zı­çı­lar İt­ti­fa­qı içə­ri­sin­də KQB tə­mil­çi­li­yi­ni, Kom­mu­nist Par­ti­ya­sı özə­yi­ni və ədə­bi məh­kə­mə­lə­ri nə­zə­rə al­ma­dan də­yər­lən­dir­mə və təh­lil bit­kin, ob­yek­tiv sa­yıl­maz.
Bu mə­na­da DTN ar­xi­vi ilə bə­ra­bər Ya­zar­lar Bir­li­yi­nin (Mosk­va, Ba­kı...) ar­xi­vi, pro­to­kol, ste­noq­ram ma­te­ria­lı ol­duq­ca əhə­miy­yət­li­dir və bir gün bu ma­te­rial­la­rın tam şə­kil­də çap olu­na­ca­ğı­na ina­nı­ram.
Bu­nu da vur­ğu­la­yım ki, Ya­zı­çı­lar Bir­li­yi­nin şey­tan yu­va­sı, KQB ida­rə­si, məh­kə­mə mey­da­nı... it­ti­ham­la­rı­nı da haq­sız sa­yı­ram.
Bu ba­xış hər şey­dən əv­vəl di­li­mi­zi, mə­nə­viy­ya­tı­mı­zı, söz sə­nə­ti­mi­zi bağ­rın­da qo­ru­yub sax­la­yan­la­ra say­qı­sız­lıq­dır. Say­qı­sız­lıq­dan baş­qa mə­də­niy­yət­siz­lik və ta­ri­xə, keç­mi­şə, kö­kə say­qı­sız­lıq­dır.
Bu bol­şe­vik mən­ti­qi gə­lə­cək nə­sil­lə­rə in­sa­ni heç nə ver­məz və so­vet re­ji­mi­nin in­karçı, zor­ba­lıq, qa­ba­lıq, təz­yiq, bas­kı si­ya­sə­ti­nin bir baş­qa şə­kil­də da­va­mı­dır.
Baş­qa bir tə­rəf­dən bu İt­ti­faq­da ya­ra­nan əsər­lə­rin qəd­ri­ni-qiy­mə­ti­ni za­man ve­rə­cək. Za­ma­nın haq­qı­nı on­dan al­ma­ğa heç kə­sin gü­cü çat­maz.
A­na­rın 15-20 il bun­dan əv­vəl Ya­zı­çı­lar Bir­li­yi­nin ic­las sa­lo­nun­da - Na­tə­van sa­lo­nun­da de­di­yi söz­lə­ri xa­tır­la­yı­ram: «Dün­ya­da hər kəs bir şey­dən qor­xur. Mən də Na­tə­van sa­lo­nun­dan qor­xu­ram». Ya­zı­çı haq­lı idi və in­di də haq­lı­dır. Əl­bə­ya­xa sa­vaş­dan, ölüb-öl­dür­mə­dən, it­ti­ham­dan, həbs, sür­gün hökm­lə­ri­nin məd­dah­lıq­dan, haq­sız­lıq­dan... və nə­lər­dən ke­çən bu sa­lon­dan qorx­maq tə­bii­dir.
Baş­qa bir pən­cə­rə­dən bax­saq, bu sa­lon S.Vur­ğu­nun, R.Rza­nın, S.Rə­hi­mo­vun, H.Meh­di­nin, Ə.­Cə­mi­lin, M.İb­ra­hi­mo­vun, İ.­Şıx­lı­nın, N.Rə­fi­bəy­li­nin, M.Dil­ba­zi­nin, B.A­zə­roğ­lu­nun, H.A­ri­fin, Ə.­Kə­ri­min, M.A­ra­zın... nə­fəs al­dı­ğı, se­vin­di­yi, əsə­bi­ləş­di­yi, na­ra­hat ol­du­ğu, sö­zü­nü de­di­yi, haq­qı tə­ləb et­di­yi, di­li­mi­zi, sö­zü­mü­zü qo­ru­du­ğu sa­lon­dur.
Mən şəx­sən bu sa­lo­na gi­rən­də ar­xa­da otu­ran rəh­mət­lik Vi­da­di Məm­mə­do­vu, İsa İs­ma­yıl­za­də­ni, İ.­Mə­lik­za­də­ni... qa­baq cər­gə­də otu­ran rəh­mət­lik­lər İm­ran Qa­sı­mo­vu, İsaq İb­ra­hi­mo­vu, Hü­seyn Ab­bas­za­də­ni gö­rü­rəm.
Və nə­dən­sə hə­mi­şə Ay­dı­nın əzab və ümid do­lu sə­si­ni eşi­di­rəm. Nə de­di­yi­ni an­la­ma­sam da, bu səs mə­nə o qə­dər çox şey de­yir ki...
Heyf ki, on­la­rı yaz­maq müm­kün de­yil. Bi­zim an­la­ma­dı­ğı­mız di­lin söz­lə­rini bi­zim di­li­mi­zin söz­lə­ri­nə çe­vir­mək im­kan­sız­dır.
Bu sa­lon hər şe­yi ilə bi­zim ta­ri­xi­mi­zin, o cüm­lə­dən ədə­biy­yat ta­ri­xi­mi­zin mu­ze­yi­dir. Bu mu­ze­yin eks­po­nat­la­rı gö­rün­mə­yən üz­lər, eşi­dil­mə­yən söz­lər, nə­fəs­lər, lal-din­məz xa­ti­rə­lər­dir.

Də­li şai­rin sə­si:

«Mən bu mu­zey­də ədə­biy­ya­tı­mı­zın şə­hid­lə­ri­nin də, mü­ca­hid­lə­ri­nin də, sat­qın­la­rı­nın da ruh­la­rı­nın do­laş­dı­ğı­nı gün ki­mi gö­rü­rəm».
Və ey­ni his­si Mosk­va­da Ya­zı­çı­lar Bir­lik­lə­ri­nin (ar­tıq bir ne­çə...) yer­ləş­di­yi bi­na­da da, L.Tols­to­yun hə­yət­də­ki hey­kə­li­nin ya­nın­da da, «qad­yuş­nı» («i­lan-çə­yən yu­va­sı») ad­la­nan zir­zə­mi-ka­fe­də də hiss edi­rəm. Bu his­sin mə­ni duy­ğu­lan­dır­dı­ğı­nı, dü­şün­dür­dü­yü­nü giz­lət­mək is­tə­mi­rəm. Hə­ya­tın iki rən­gi yox­dur, heç yed­di rən­gi də yox­dur. Hə­ya­tın rəng­lə­ri­nin sa­yı son­suz­dur. Bu son­suz­luq ol­ma­say­dı hə­ya­tın mə­na­sı olar­dı­mı?
Ə­də­biy­yat da in­sa­nın ikin­ci hə­ya­tı­dır. Çox­la­rı üçün bəl­kə əsl hə­yat­dan da­ha zən­gin­dir, müb­həm­dir. Ədə­biy­ya­tı hər şe­yi ilə qə­bul et­mə­mək onun tə­biə­ti­nə zid­dir.
Bu mə­qam­da so­vet döv­rün­də ya­şa­yıb so­vet döv­lə­ti­nin kö­kü­nü öz gü­lü­şü, iro­ni­ya­sı ilə bal­ta­la­yan bö­yük gü­lüş us­ta­sı Ar­ka­di Ray­ki­ni xa­tır­la­yı­ram və can­lı Ar­ka­di Ray­ki­ni gör­dü­yüm, din­lə­di­yim, gül­dü­yüm və ağ­la­dı­ğım üçün qü­rur du­yu­ram.
...Keç­miş SSRİ-dən da­nı­şar­kən həm da­xil­də, həm də xa­ric­də ya­rı­za­ra­fat, ya­rı­cid­di iş­lə­di­lən «ho­mosso­ve­ti­kus» ter­mi­ni­ni si­zə xa­tır­lat­maq is­tə­yi­rəm. Ho­mo so­ve­ti­kus nə rus­dur, nə uk­ray­na­lı, nə be­lo­rus, nə öz­bək, nə azər­bay­can­lı, nə qır­ğız, nə də kal­mık, türk­mən, çuk­çi... O, xü­su­si bir tip­dir. Maa­şı ilə, çax-çu­xu ilə «hör­mət» de­di­yi rüş­və­ti ilə, ya­la­nı ilə, har­da­sa bəd­bəxt­li­yi və har­da­sa xoş­bəxt­li­yi ilə...
So­vet ki­no­sun­da (V.Şuk­şin, E.R­ya­za­nov...), ədə­biy­ya­tın­da (M.Qor­ki­dən C.Ayt­ma­to­va ki­mi...), teat­rın­da, rəs­sam­lı­ğın­da... par­laq, ti­pik ob­raz­la­rı olan so­vet ada­mı nə Pa­vel Kor­ça­gin­dir, Me­res­yev­dir, nə Oleq Ko­şe­voy, nə İvan, nə Şu­rik, nə Cə­mi­lə, nə Ber­di, nə Əh­məd, nə də Mə­həm­məd... So­vet ada­mı, ey­ni za­man­da, həm Pa­vel Kor­ça­gin­dir, həm İvan­dır, həm Me­res­yev­dir, həm Oleq, həm Şu­rik­dir, həm Cə­mi­lə, həm Ber­di, həm Əh­məd, həm də Mə­həm­məd­dir...
Cə­miy­yə­tin ya­rat­dı­ğı so­sial tip­lə­rin ana­sı et­nos­lar­dan da­ha çox re­jim, şə­rait, mü­hit­dir. Al­dı­ğı ev, ay­lıq, qo­par­dı­ğı rüş­vət, yat­dı­ğı həbs­xa­na, çək­di­yi əzab, iç­di­yi araq, gör­dü­yü keyf, giz­lət­di­yi inanc, par­ti­ya və həm­kar­lar ic­las­la­rı, Le­nin cü­mə gün­lə­ri bir şey baş­qa şey dü­şün­mək, qu­ru məd­dah­lıq, şü­ar... ya­şa­dı­ğı hə­ya­tın hər şe­yi so­vet ada­mı ti­pi­nin bə­lir­li, ti­pik ciz­gi­lə­ri­ni ya­rat­mış­dır. Hər kəs öz ata-ana­sı ilə bə­ra­bər, həm də öz za­ma­nı­nın öv­la­dı­dır te­zi­si so­vet ada­mı tip­lə­ri qa­le­re­ya­sı­nı ya­ra­dan so­vet ədə­biy­ya­tı­nın da əsas me­yar­la­rın­dan bi­ri ol­muş­dur. An­caq bu­nu da unu­da bil­mə­rik ki, in­sa­nın mil­lə­ti, di­ni, inan­cı, adə­t-ənə­nə­si, ta­ri­xi keç­mi­­şi, ge­ni, yad­da­şı... var.
Və 60-70 il hə­min o so­vet ada­mı­nın yü­zil­lik­lər bo­yu gə­lən kim­li­yi­ni məhv edə bil­məz. Onu yıp­ra­dar, de­for­ma­si­ya edər, zə­də­lə­yər, an­caq si­lib apa­ra bil­məz.
Bu zid­diy­yə­ti, ağır və mü­rək­kəb pro­se­si də ve­rən ən bö­yük va­si­tə (yal­nız va­si­tə­mi?) ədə­biy­yat­dır. Və so­vet döv­rü ki­no­su (Tar­kovs­ki, Romm, Pa­ra­ca­nov, Şəm­şi­yev...), teat­rı (Sta­nis­lavs­ki, Tovs­to­no­qov, Me­yer­xold, Za­xa­rov...) və sə­nə­tin baş­qa növ­lə­ri ilə bir­lik­də ədə­biy­yat (M.Şo­lo­xo­vu, Y.Tri­fo­no­vu, V.Be­lo­vu, F.İs­kən­də­ri, T.Pu­la­to­vu, Ç.Ayt­ma­to­vu, R.Rza­sı, B.Va­hab­za­də­si, Ç.Hü­sey­no­vu, Ana­rı, O.­Sü­ley­me­no­vu, H.Ma­te­vos­ya­nı, V.Voz­ne­sens­ki­si, Y.Yev­tu­şen­ko­su... ilə bir­lik­də) var idi və bu va­rol­ma sə­nə­tin bö­yük­lü­yü­nün, ecaz­kar­lı­ğı­nın də­yər­lə­ri­ni də da­şı­yır­dı. Bu ədə­biy­ya­tın gen yad­da­şın­da «Də­də Qor­qud» da var idi, «Ma­nas» da, «İ­qor pol­ku das­ta­nı»­da var idi, na­ğıl­lar və xalq şeir­lə­ri də, Dos­to­yevs­ki və Tols­toy da, Möv­la­nə və Fü­zu­li də, Sa­bir və Mir­zə Cə­lil də...
Sö­zün ge­niş - kos­mik mə­na­sın­da ədə­biy­yat coğ­ra­fi, et­nik, din, inanc, ideo­lo­ji... sər­həd ta­nı­mır.
60-70-ci il­lər­də o vaxt­kı ye­ni ədə­bi gənc­li­yin Kaf­ka, Kam­yu, Folk­ner, Vulf, Ka­va­ba­ta, Mar­kes... ma­ra­ğı­nı, eh­ti­ra­sı­nı də­yər­lən­dir­mə­mək olar­mı?
60-70-ci il­lər­də «A­zad­lıq», «BBC», «Tür­ki­yə­nin sə­si» ra­dio­la­rın­dan ve­ri­lən dün­­ya xə­bər­lə­ri A.­ Sol­je­nit­si­nin əsər­lə­rin­dən par­ça­lar, «Ə­li və Ni­no» ro­ma­nı, Ə.Cə­fə­roğ­lu­nun ədə­bi-si­ya­si söh­bət­lə­ri, Krım ta­ta­rı dis­si­dent Mus­ta­fa Cə­mi­loğ­lu­nun mü­da­fiə­çi­lə­ri­nin, xü­su­si­lə so­vet ge­ne­ra­lı in­san haq­la­rı­nın na­mus­lu mü­da­fiə­çi­si Qri­qor­yen­ko­nun çı­xış­la­rı, rus mü­ha­cir ədə­biy­ya­tı nü­ma­yən­də­lə­ri­nin əsər­lə­rin­dən ve­ri­lən par­ça­lar, «sa­miz­dat» (əl­yaz­ma) əsər­lə­rin giz­li ya­yıl­ma­sı, «pı­çıl­tı ədə­biy­ya­tı» de­yi­lən giz­li jan­rın ya­yıl­ma­sı, çay­xa­na, mey­xa­na söh­bət­lə­ri... öz işi­ni gö­rür­dü və bu iş sü­rət­lə top­lum key­fiy­yə­ti da­şı­ma­ğa baş­la­yır­dı.


Ya­vaş-ya­vaş açı­lan qa­pı­lar­dan, pən­cə­rə­lər­dən, efir­dən, ek­ran­dan gə­lən ha­va re­jim­lə bağ­lı so­vet mə­nə­vi, əx­la­qi, dün­ya­gö­rüş sər­həd­lə­ri­ni ərit­dik­cə üfüq­lər də ge­niş­lə­nir, sə­nə­tin bü­tün in­san­la­rı, mil­lət­lə­ri, din­lə­ri və mə­də­niy­yət­lə­ri bir­ləş­di­rən, bü­töv­ləş­di­rən bə­şə­ri də­yər­lər sis­te­mi müəy­yən­ləş­mə­yə baş­la­yır­dı. Əs­lin­də, o də­yər­lər hə­mi­şə ol­muş­du. Bə­zən, su­la­rın al­tın­da gö­rün­məz ol­muş, bə­zən, ays­berq ki­mi qis­mən gö­rün­müş, bə­zən də, ol­du­ğu ki­mi or­ta­ya çıx­mış­dır...
Bu­ra­da bir ha­şi­yə çıx­maq is­tə­yi­rəm. Bu ha­şi­yə­nin adı Na­zim Hik­mət fa­ciə­si­dir.
Türk ədə­biy­ya­tı­na ma­ra­ğı, sev­gi­ni ay­rı­ca qeyd et­mə­yi­min sə­bə­bi mə­nim Tür­ki­yə sev­gim­lə bağ­lı de­yil. Bu baş­qa ma­raq­lı söh­bə­tin möv­zu­su­dur. Əs­lin­də, To­fiq Fik­rət­dən, Yəh­ya Ka­mal­dan, R.N.Gün­tə­kin­dən baş­la­yıb Əziz Ne­sin­lə, Na­zim Hik­mət­lə da­vam edən bu mə­həb­bət türk di­li­nə, türk­lü­yü­yə sev­gi­nin ay­rıl­maz bir par­ça­sı­dır. Na­zim Hik­mə­tə, Əziz Ne­si­nə Tür­ki­yə­də olan si­ya­si mü­na­si­bət ta­ma­mi­lə tə­bii­dir. Fə­qət Azər­bay­can tür­kü üçün, öz­bək, ta­tar, qa­zax... tür­kü üçün türk­cə­nin us­ta­dı, türk­cə­nin sə­si-nə­fə­si­dir. Və ədə­biy­yat kri­te­ri­lə­ri ilə ya­naş­saq, hə­qi­qət də çağ­daş Azər­bay­can ədə­bi pro­se­si­nə çox dəx­li və tə­si­ri olan Na­zim Hik­mə­tin, Əziz Ne­si­nin si­ya­si zid­diy­yət­lər ya­şa­yan və suç­la­rı da bo­yun­la­rın­da qal­maq­la bö­yük sə­nət­kar ol­maq­la­rı mü­ba­hi­sə­siz­dir. Ye­ri gəl­miş­kən, Na­zim Hik­mə­tin Tür­ki­yə­də və­tən­daş­lı­ğı­nın bər­pa olun­ma­sı­nı mən Tür­ki­yə­də son il­lə­rin ic­ti­mai-si­ya­si hə­ya­tı­nın ən bö­yük uğur­la­rın­dan bi­ri he­sab edən­lər­də­nəm. Ta­ri­xin gö­zü­nün içi­nə dik ba­xan­da çox şey gör­mək müm­kün­dür.
Qa­pı­lar, sər­həd­lər açıl­dıq­dan son­ra biz N.F.Kı­sa­kü­rə­yi, Sa­it Fai­qi, F.H.Dağ­lar­ca­nı, O.Ak­ba­lı, S.Ço­ku­mu, Y.Ka­ma­lı, A.­Ku­li­ni, O.­Pa­mu­ku... da ta­nı­dıq və sev­dik.
Mən­cə, çağ­daş Tür­ki­yə ədə­biy­ya­tı kon­teks­tin­də təh­lil və ya­naş­ma ilə Türk Dün­ya­sı ədə­biy­ya­tı kon­teks­tin­də, elə­cə də Azər­bay­can ədə­biy­ya­tı kon­teks­tin­də ya­naş­ma nə­zə­ri ba­xım­dan fərq­li özəl­lik­lər da­şı­yır ki, bu ba­rə­də biz ye­ri gəl­dik­cə da­nış­ma­ğa ça­lı­şa­ca­ğıq.
Xü­su­si­lə, «Na­zik Hik­mət fa­ciə­si» ad­lı ya­zı­ya şəx­si və ic­ti­mai eh­ti­yac hiss edi­rəm. Bir döv­rün və bir nəs­lin fa­ciə­si­ni ya­şa­yan Na­zim Hik­mə­tin Ba­kı­da 1928-ci il­də çap olun­muş «Gü­nə­şi içən­lə­rin tür­kü­sü»n­dən mo­der­nist, an­ti­kom­mu­nist, in­sa­ni şeir­lə­ri­nə qə­dər gör­mə­yin, ta­nı­ma­ğın və ta­nıt­ma­ğın va­cib ol­du­ğu­nu dü­şü­nü­rəm.
...30-cu il­lər­də si­ya­si if­ti­ra ucun­dan KQB zin­da­nın­da sax­la­nıb in­ci­di­lən Sü­ley­man Rə­hi­mo­vun ya­ra­dı­cı­lı­ğı­nı xa­tır­la­dım. 60-70-ci il­lər­də ye­ni ədə­biy­yat da­va­sın­da Sü­ley­man Rə­hi­mov ədə­biy­ya­tı­nın in­kar­çı­la­rın­dan bi­ri də mən ol­mu­şam. O za­man mə­nə və ya­şıd­la­rı­ma elə gə­lir­di ki, nə­yin­sə təs­di­qi müt­ləq nə­yin­sə in­ka­rın­dan ke­çir. Bu, bəl­kə də, çox vaxt be­lə­dir. An­caq sə­nət im­pe­ra­tiv ya­naş­ma­la­ra doğ­ma de­yil. Hökm­lər­lə, id­dia­lar­la sə­nət özü də, sə­nə­tin ta­ri­xi də ya­ran­mır, ya­zıl­mır (mə­nim ya­zı­la­rım­da bu ton var­sa, o da is­tis­na de­yil).
Za­man keç­dik­cə an­la­dım ki, İsa Hü­sey­nov, İ.­Şıx­lı, S.Əh­mə­dov nəs­ri S.Rə­hi­mov nəs­ri ilə, M.A­raz, M.Ya­qub, İ.İs­ma­yıl­za­də, Ə.­Sa­lah­za­də, M.As­lan, F.Sa­dıq, A.Ab­dul­la, R.Röv­şən, S.Rüs­təm­xan­lı, V.Nə­sib, M.İs­ma­yıl, E.­Ba­xış, T.Ab­din, Azər Ab­dul­la... şei­ri S.Vur­ğun, R.Rza, B.Va­hab­za­də şei­ri ilə qı­rıl­maz şə­kil­də bağ­lı­dır.
S.Rə­hi­mo­vun lek­si­ka­sı az qa­la Azər­bay­can ədə­bi di­li lü­ğət tər­ki­bi­nin (bə­dii üs­lub) az qa­la 2/3-ni əha­tə edir­sə, bi­zim şe­ir di­li­miz S.Vur­ğun, M.Müş­fiq­lə, R.Rza, B.Va­hab­za­də... ilə qı­rıl­maz şə­kil­də bağ­lı­dır­sa, bi­zim in­di­ki ədə­bi di­li­mi­zin özü­dür­sə, bu­nu ne­cə in­kar et­mək, «so­vet ədə­biy­ya­tı» yar­lı­ğı vur­maq olar?..
Doğ­ru­dur, ye­ni nəs­ri­mi­zin ye­ni key­fiy­yət gös­tə­ri­ci­lə­ri olan Anar, Y.Sə­mə­doğ­lu, Ə.Əy­lis­li, El­çin, İ.­Mə­lik­za­də, F.Kə­rim­za­də, V.Nə­sib, M.Sü­ley­man­lı, R.Röv­şən, A.­Mə­sud, M.O­ruc... Mir­zə Cə­lil nəs­ri­nə da­ha çox is­ti­nad edir­di. Mir­zə Cə­lil nəs­ri­nin ge­niş­li­yi, də­rin­li­yi dil, üs­lub, poe­ti­ka ba­xı­mın­dan da, fəl­sə­fi yük, dün­yə­vi an­lam ba­xı­mın­dan da bu nə­sil üçün es­te­tik kre­do idi.
­Am­ma bu kre­do S.Rə­hi­mo­vun, M.İb­ra­hi­mo­vun, Mir Cə­la­lın, Ə.­Məm­məd­xan­lı­nın, İ.Ə­fən­di­ye­vin in­ka­rı sa­yıl­maz. Hət­ta doğ­ma­lıq xət­lə­ri ilə ya­naş­saq, or­taq olan, sə­ləf-xə­ləf da­vam­lı­lı­ğı­nın gös­tə­ri­ci­si olan çox şey söy­lə­mək olar. Və bu mə­na­da Azər­bay­can so­vet ədə­biy­ya­tı de­yər­kən və təh­lil apa­rar­kən, ta­ri­xi yan­lış­la­rı za­man və re­jim kon­teks­tin­də gös­tər­mək nə qə­dər va­cib­dir­sə, ədə­bi də­yər­lə­ri təs­diq et­mək, sə­nə­tin öz qiy­mə­ti­ni ver­mək o qə­dər va­cib­dir. Ey­fo­rik, in­kar­çı, bir­tə­rəf­li mü­na­si­bət bi­zə bir şey qa­zan­dır­maz, əs­lin­də, ayı­rar, qı­rar və ta­ri­xi­miz­lə, o cüm­lə­dən, mə­də­niy­yət, ədə­biy­yat ta­ri­xi­miz­lə bi­zim ara­mız­da sədd ya­ra­dar ki, bu­nun bi­zim mə­nə­viy­ya­tı­mız, ta­le­yi­miz, dün­ya­da­kı möv­qe­yi­miz üçün fay­da­lı ola­ca­ğı­nı dü­şün­mü­rəm.
Hal­bu­ki bi­zim bö­lün­müş, ay­rıl­mış xal­qı­mı­zın Bü­töv Azər­bay­can ədə­biy­ya­tı qav­ra­mı­na, Or­taq türk ədə­biy­ya­tı an­la­yı­şı­na eh­ti­ya­cı­mız var. Bü­tün dün­ya­da bə­dii sö­zün ta­ri­xi dis­til­lə edil­miş su ki­mi de­yil. Söz sə­nə­ti ta­ri­xin, re­ji­min bü­tün zid­diy­yət­lə­ri­ni spe­si­fik şə­kil­də ifa­də edən fe­no­men ki­mi tək­rar­sız­dır.
So­vet ədə­biy­ya­tı ta­nı­mın­dan söh­bət get­di­yi üçün mən bir da­ha vur­ğu­la­maq is­tə­yi­rəm ki, ta­ri­xi ilə, o cüm­lə­dən ədə­biy­yat ta­ri­xi ilə ba­rış­ma­yan, öz ta­ri­xi­nə nif­rət, kin bəs­lə­yən və ya öz ta­ri­xin­də yal­nız qa­ra nöq­tə ax­ta­ran­lar onu bü­töv gö­rə bil­məz və ta­ri­xi sü­rək­li­li­yin ma­hiy­yə­ti­ni an­la­maq­da çə­tin­lik çə­kər.
Bu o de­mək de­yil ki, bi­zim ədə­biy­yat ta­ri­xi­mi­zin zid­diy­yət­lə­ri, böh­tan­la­rı, çə­tin an­la­şı­lan mə­qam­la­rı yox­dur. Köh­nə SSRİ mə­ka­nı da da­xil ol­maq­la, bü­tün dün­ya­da ədə­biy­yat­la­rın yo­lu ki­fa­yət qə­dər zid­diy­yət­li­dir. Dü­şün­cə, fi­kir yo­lu da be­lə­dir, fəl­sə­fə­nin gi­rin­ti­li-çı­xın­tı­lı ta­ri­xi də, el­mi ba­xış­la­rın keç­mi­şi də.
Kom­mu­nist Par­ti­ya­sı­nın 1946-48-ci il­lər «Zvez­da», «Le­ninq­rad» jur­nal­la­rı haq­qın­da qə­rar­la­rın­da ədə­biy­ya­tın ideo­lo­ji sap­ma­la­rı, yan­lış­la­rı kəs­kin tən­qid edi­lər­kən An­na Ax­ma­to­va da tən­qid olu­nan­la­rın sı­ra­sın­da idi. Bur­jua meş­şan­lı­ğı, yün­gül əx­la­qi key­fiy­yət­lər, kom­mu­nist dü­şün­cə­si­nə xas ol­ma­yan mən­fur özəl­lik­lər və s. it­ti­ham­lar­la tən­qid olu­nar­kən 15 res­pub­li­ka­nın An­na Ax­ma­to­va­sı da ax­ta­rı­lır və ey­ni özəl­lik­lər tən­qid atə­şi­nə tu­tu­lur­du. Ön­cə qu­rul­tay və ya ple­num­lar­da, son­ra ya­ra­dı­cı­lıq it­ti­faq­la­rın­da, son­ra müəs­si­sə­lər­də, kol­xoz və sov­xoz­lar­da...
Ye­ri gəl­miş­kən, onu da de­yim ki, o il­lər­də yu­xa­rı­lar Azər­bay­ca­nın An­na Ax­ma­to­va­sı ki­mi Əzi­zə xa­nım Cə­fər­za­də­ni seç­miş və ki­fa­yət qə­dər tən­qid et­miş­lər.
A­zər­bay­ca­nın qa­dın şa­ir və ya­zı­çı­la­rın­dan Mir­va­rid Dil­ba­zi­nin də, Ni­gar xa­nım Rə­fi­bəy­li­nin də, Mədinə Gülgünün də... ədə­biy­yat cəb­hə­sin­də baş­la­rı az bə­la çək­mə­miş­dir.
An­na Ax­ma­to­va, Ma­ri­na Sve­ta­ye­va... ki­mi qa­dın ya­zar­la­rın so­vet re­ji­mi ilə əla­­qə­lə­ri yal­nız zər­bə də­yən­lər, ya­ra­la­nan­lar möv­qe­yin­dən olub və za­də­gan Mir­va­­rid xa­nı­mın ila­hiy­yət mən­şə­yi, Ni­gar xa­nı­mın mü­sa­vat­çı bəy mən­şə­yi, Əzi­zə xa­­nı­mın sa­va­dı, el­mi, ta­rix bil­gi­si, Mə­di­nə Gül­gü­nün cə­nub mən­şə­yi və, əl­bət­tə ki, hər bi­ri­nin hə­ya­ta, ədə­biy­ya­ta müa­sir, açıq-ay­dın ba­xı­şı ideo­lo­ji dai­rə­lə­ri na­ra­hat et­mə­yə bil­məz­di.
So­vet ya­zı­çı­sı dam­ğa­sı vu­ru­lan so­vet döv­rü ya­zı­çı­la­rı­nın mil­lə­tin­dən, di­nin­dən ası­lı ol­ma­ya­raq, dün­ya ədə­biy­ya­tı pro­se­si­nə mü­na­si­bə­ti, so­vet sis­te­mi­nə tən­qi­di ba­xı­şı, dis­si­dent möv­qe­yi bu an­la­yı­şın nə qə­dər ye­tər­siz və boş ol­du­ğu­nu gös­tə­rir.
Hət­ta da­ha çox so­vet ideo­lo­gi­ya­sı­na ya­xın olan, za­man-za­man hə­min ideo­lo­gi­ya­nın qa­tı təm­sil­çi­si olan Se­ra­fi­mo­viç də, D.Bed­nı da, V.Ka­ta­yev də, N.Ost­rovs­ki də... Azər­bay­can­da S.Rüs­təm də, M.Ra­him də, M.İb­ra­hi­mov da, H.Meh­di də, Ə.Ə­bül­hə­sən də... mil­li mə­sə­lə­lər­də, xal­qın ta­le­yi ilə bağ­lı cid­di prob­lem­lər­də, ana di­li­nin var­lı­ğı uğ­run­da mü­ba­ri­zə­də öz söz­lə­ri­ni de­miş­lər və hə­min do­ğu­ran əsər­lə­ri, ba­xış­la­rı diq­qət­dən ya­yın­ma­ma­lı­dır.
M.İb­ra­hi­mo­vun Azər­bay­can di­li­nin döv­lət di­li ki­mi iş­lən­mə­si­nin zə­ru­rə­ti ilə bağ­lı ağır mü­ca­di­lə­si, S.Rüs­tə­min dil­dən-di­lə do­la­şan məş­hur «Cə­nub şeir­lə­ri», H.Meh­di­nin prin­si­pial ədə­bi-tən­qi­di kon­sep­si­ya­sı... Mir Cə­la­lın sa­də və sə­mi­mi nəs­ri ilə, S.Vur­ğu­nun, M.Müş­fi­qin, B.Va­hab­za­də­nin ay­dan arı, su­dan du­ru mil­li poe­zi­ya­sı ilə, R.Rza­nı­n in­tel­lek­tual ağır­lıq­lı müa­sir şe­ir mə­də­niy­yə­ti ilə, Azə­roğ­lu­nun cə­nub yan­ğı­lı şeir­lə­ri ilə, Ə.­Məm­məd­xan­lı­nın və İ.Ə­fən­di­ye­vin, İ.­Şıx­lı­nın, İ.­Hü­sey­no­vun, S.Əh­mə­do­vun çağ­daş nəs­ri ilə çi­yin-çi­yi­nə da­ya­nır.
Ə­gər söh­bət S.Rüs­tə­min «Rus qar­da­şı­ma» poe­ma­sın­dan və ya adı­nı çək­di­yim və çək­mə­di­yim sə­nət­kar­la­rın vul­qar-so­sio­lo­ji dü­şün­cə­nin məh­su­lu olan şeir­lər­dən, do­nos xa­rak­ter­li mək­tub­la­rın­dan və ya məd­hiy­yə-ya­zı­lar­dan... ge­dir­sə, bə­la­ğət­li dil­dən, bü­rok­ra­tik ədə­biy­yat­dan, si­fa­riş­li ya­zı­lar­dan, baş mə­qa­lə­lər­dən, si­ya­si it­ti­ham­lar­dan ge­dir­sə, so­sial-ideo­lo­ji sə­bəb­lə­ri, si­ya­si mo­tiv­lə­ri açıq­lan­maq­la araş­dı­rı­lar­sa, ədə­biy­yat bü­töv mən­zə­rə­si, ədə­bi pro­ses tam dol­ğun­lu­ğu, zən­gin­li­yi ilə öz ək­si­ni ta­par. Şərq­də də, Qərb­də də in­ki­şaf et­miş, bö­yük ədə­biy­yat­la­rın ta­ri­xi bu sis­tem­lə öy­rə­ni­lir, araş­dı­rı­lır. Bu­nu da unut­maq ol­maz ki, bə­dii sö­zün öz tə­bii seç­mə pro­se­si var və bö­yük sə­nət əsər­lə­ri za­ma­nın ağır sı­naq­la­rın­dan keç­mə­li olur.
So­vet ədə­biy­ya­tı­na mü­na­si­bət­də də bu amil­lə­ri unut­maq ol­maz.

Də­li şai­rin sə­si:

«E­lə oyun­lar var ki, onu qa­lib ud­mur, məğ­lub udu­zur, ay ya­zıq­lar!»
Mü­ha­cir Azər­bay­can ədə­biy­ya­tı da, Cə­nu­bi Azər­bay­can ədə­biy­ya­tı da so­vet ədə­biy­ya­tı an­la­yı­şın­dan kə­nar ol­sa da, çağ­daş Azər­bay­can ədə­biy­ya­tı pro­se­si­nin tər­kib his­sə­si­dir.
Şüb­hə­siz ki, çağ­daş ədə­biy­yat ta­rix­lə­ri­ni, mə­də­niy­yət ta­rix­lə­ri­ni «so­vet» tə­yi­ni ol­ma­dan yaz­maq va­cib­dir. Fə­qət alt­şüur­la­rı «So­vet ədə­biy­ya­tı» qav­ra­mı­nı və ya 70 il iş­lə­nən «So­vet ədə­biy­ya­tı» ter­mi­ni­ni və ya o ter­min al­tın­da an­la­şı­lan ta­nı­mı, mə­na­nı açıq­lı­ğa qo­vuş­dur­ma­dan so­sia­lizm rea­liz­mi ədə­bi me­to­dun­dan, onun tər­kib his­sə­si olan in­qi­la­bi ro­man­ti­ka­dan, ədə­biy­yat­da xəl­qi­lik­dən, par­ti­ya­lı­lıq­dan... da­nış­ma­maq, on­la­rın ma­hiy­yə­ti­nə var­ma­maq müm­kün de­yil. Bir ami­li də unut­maq ol­maz ki, «so­vet ədə­biy­ya­tı» an­la­yı­şı da­xi­lin­də olan sırf rea­list, mo­der­nist və ro­man­tik əsər­lər, poe­ti­ka zən­gin­li­yi ilə se­çi­lən bə­dii əsər­lə­ri də eh­ti­va et­di­yi diq­qət­dən ya­yın­ma­ma­lı­dır.
So­vet ədə­biy­ya­tı­nın təm­sil­çi­lə­ri olub So­vet re­ji­mi­nə qar­şı olan İlf-Pet­rov, B.Pas­ter­nak, M.Bul­qa­kov... ənə­nə­si­ni, Ç.Ayt­ma­tov, F.İs­kən­dər, Y.Yev­tu­şen­ko, V.Voz­ne­sens­ki, A.­Bi­tov, V.Şuk­şin, V.Be­lov, T.Tri­fo­nov, Anar, M. və R. İb­ra­him­bə­yov qar­daş­la­rı, N.Dum­bad­ze, H.Ma­te­vos­yan, El­çin, Ə.Əy­lis­li, Y.Sə­mə­doğ­lu... da­vam et­di­rir­sə (öz mil­li-ədə­bi ənə­nə­si zə­mi­ni üzə­rin­də!), bu so­vet ədə­biy­ya­tı­nın get-ge­də öz məc­ra­sın­dan çıx­dı­ğı­nı, dün­ya ədə­biy­ya­tı­na inteqrasiya ol­du­ğu­nu təs­diq et­mir­mi?!
Bu an­lam dai­rə­sin­də «so­vet döv­lə­ti öz-özü­nə yı­xıl­dı» və ya «so­vet sis­te­mi­ni M.S.Qor­ba­çov yıx­dı» hökm­lə­ri, id­dia­la­rı el­mi-ta­ri­xi əsas­dan məh­rum­dur. So­vet ha­ki­miy­yə­ti­ni yı­xan amil­lə­ri da­xi­li və xa­ri­ci amil­lər adı al­tın­da ayı­rıb uzun, əha­tə­li bir təh­lil apar­maq olar. Biz bu fi­kir­də de­yi­lik. An­caq bir mü­hüm ami­li gös­tər­mə­yə bil­mə­rik: So­vet sis­te­mi­ni yı­xan amil­lə­rin ba­şın­da So­vet döv­rü­nün ədə­biy­ya­tı gə­lir.
Bu ami­li bü­tün so­ve­to­loq­lar, so­vet kon­teks­tin­də mil­li-azad­lıq hə­rə­ka­tı­nın və müs­tə­qil döv­lət qu­ru­cu­lu­ğu­nun li­der­lə­ri və ən baş­lı­ca­sı, xalq fik­ri təs­diq edir.
Mil­li dü­şün­cə ama­lı­nın, müs­tə­qil­lik ide­ya­sı­nın, su­ve­ren döv­lət dün­ya­gö­rü­şü­nün, de­mok­ra­tik ba­xış sis­te­mi­nin tə­mə­li ilk növ­bə­də ədə­biy­yat­la bağ­lı­dır.
Bu an­lam­da M.F.A­xun­za­də­nin, Ə.­Hü­seyn­za­də­nin, Mir­zə Cə­li­lin, Sa­bi­rin, Ü.Ha­cı­bə­yo­vun, H.Ca­vi­din, C.Cab­bar­lı­nın, S.Sur­ğu­nun, B.Va­hab­za­də­nin, S.Rə­hi­mo­vun, R.Rza­nın, Ə.­Məm­məd­xan­lı­nın, İ.Ə­fən­di­ye­vin, M.A­ra­zın, Azə­roğ­lu­nun, F.Xoş­gi­na­bi­nin, Ana­rın, Y.Sə­mə­doğ­lu­nun, Ə.Əy­lis­li­nin, El­çi­nin... əsər­lə­ri Azər­bay­can mil­li-azad­lıq hə­rə­ka­tı­nın və müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin tə­mə­li, bü­növ­rə­si­dir. Bu bü­növ­rə­ni öy­rən­mə­dən, dərk et­mə­dən Azər­bay­can döv­lə­ti­nin de­mok­ra­tik gə­lə­cə­yin­dən da­nış­maq im­kan­sız­dır.
Ye­ni nə­sil Azər­bay­can ədə­biy­ya­tı da ki­fa­yət qə­dər zən­gin­li­yi, çox­şa­xə­li­yi ilə diq­qə­ti cəlb edir. Çağ­daş ədə­biy­ya­tın 1991-ci il­dən son­ra­kı du­rumu, ye­ni ədə­bi nə­sil, çağ­daş ədə­bi pro­ses... baş­qa bir ma­raq­lı möv­zu­dur. Bu ya­zı­da mə­nim məq­sə­dim tam sis­tem­li el­mi təh­lil, təs­vir apar­maq de­yil və növ­bə­ti ya­zı­la­rım­dan bi­ri «Post­so­vet ədə­biy­ya­tı» ola­caq­dır ki, ora­da bə­zi te­zis­lər in­ki­şaf et­di­ri­lə­cək­dir.
Hə­ya­tın ob­raz­lar­la bə­dii ini­ka­sı olan ədə­biy­yat və sə­nə­tin baş­dan-ba­şa re­jim, dik­ta­tu­ra şərt­lə­ri ilə də­yər­lən­di­ril­mə­si kö­kün­dən səhv­dir.
So­vet ədə­biy­ya­tı­nın ya­ra­dı­cı­lıq me­to­du so­sia­lizm rea­liz­mi və onun tər­kib his­sə­si olan in­qi­la­bi ro­man­ti­ka haq­qın­da, ədə­biy­ya­tın par­ti­ya­lı­lı­ğı və xəl­qi­li­yi ba­rə­də uzun-uza­dı da­nış­ma­ğa eh­ti­yac yox­dur. Hər uşaq öz ata-ana­sın­dan da­ha çox öz zə­ma­nə­si­nə bən­zə­di­yi ki­mi ədə­bi cə­rə­yan və mək­təb­lər də (çox za­man ya­zı­çı­la­rın xə­bər­lə­ri-ətər­lə­ri ol­ma­dan tən­qid­çi­lə­rin dü­züb-qoş­du­ğu dür­lü-dür­lü izm-lər...) öz zə­ma­nə­lə­ri­nin öv­lad­la­rı­dır - qan­la­rı, can­la­rı ilə.
So­sia­lizm rea­liz­mi­nin öl­çü­süz­ləş­dir­mə pro­se­si 20-ci il­lər­dən (əs­lin­də, əs­rin əv­və­lin­dən) 1905-ci il­də M.Qor­ki­nin yaz­dı­ğı «A­na» ro­ma­nın­dan 1991-ci ilə ki­mi - təx­mi­nən H.Ma­te­vos­ya­nın «Daş­kənd­»i­nə, C.Ayt­ma­to­vun «Gün var əs­rə bə­ra­bər­»i­nə, Y.Sə­mə­doğ­lu­nun «Qətl gü­nü»­nə... qə­dər uza­nır. Bu öl­çü­süz­lük in­qi­la­bi in­ki­şa­fı, ta­ri­xi konk­ret­li­yi, real­lıq müs­tə­vi­si­ni o qə­dər də­yiş­miş­dir ki, «A­na» ro­ma­nı ilə A.­Bi­to­vun nəs­ri rus­ca ol­maq­dan (əs­lin­də, M.Qor­ki­nin rus­ca­sı ilə A.Bito­vun rus­ca­çı mətn və mət­na­ra­sı kons­tu­tient­lə­ri ilə ta­ma­mi­lə fərq­li­dir) baş­qa heç nə bir­ləş­dir­mir.


Hər hal­da, dün­ya ədə­biy­ya­tın­da ideo­lo­ji ədə­biy­yat­la­rın ən par­la­ğı sos­rea­lizm­dir. Rea­liz­min post­mo­der­ni post­rea­lizm­dir. Fə­qət uy­dur­ma sos­rea­liz­min nə post­sos­mo­der­ni var, nə də post­sos­re­diz­mi. Bu­nu «qa­tır cin­si­yi­niz tö­rə­yib-art­maz» (S.Vur­ğun) mən­ti­qi ilə də izah et­mək olar (bu da tən­qi­din do­daq­qaç­dı­sı­dır), üz­vi, can­lı ol­ma­yan ideo­lo­ji fe­no­me­ni­nin qı­sır­lı­ğı və qa­nu­ni ölü­mü ki­mi də. Hər hal­da, ideo­lo­ji ədə­biy­yat­la­rı hə­ya­tı və ta­le­yi be­lə­dir. Və mən so­vet döv­rü ədə­biy­­ya­tı­nın sə­nət olan bö­yük qis­mi­nin sos­rea­liz­mi me­to­du ilə ya­zıl­ma­dı­ğı­nı id­dia edi­rəm.
Kol­xo­zun buğ­da­sı­nı xəl­vət ac uşaq­la­rı­na gö­tür­dü­yü üçün öz ata­sı­nı hö­ku­mə­tə sa­tan və həbs et­di­rən Pav­lik Mo­ro­zov re­jim ədə­biy­ya­tı­nın sim­vo­lu ki­mi məş­hur­dur. 30-cu il­lə­rin məş­hur «Sot» (L.Leo­nov), «Hi­rod­sent­ral» (M.Şa­gin­yan), «Se­ment», «E­ner­ji» (F.Qlad­kov), «Vaxt­dır, irə­li» (V.Ka­ta­yev)... əsər­lə­ri­nə yer­li ədə­biy­yat­la­rın da yüz­lər­cə ör­nə­yi­ni əla­və et­mək olar. Bu ya­lan­çı qu­ru təb­li­ğat ədə­biy­ya­tı hət­ta so­vet döv­rün­də pa­ro­di­ya­ya çev­ril­miş əsər­lər­dir. N.Ost­rovs­ki­nin So­vet «üst in­sa­nı»­nı təs­vir edən «Po­lad ne­cə bər­ki­di», D.Fur­ma­no­vun «Ça­pa­yev»... ki­mi əsər­lə­ri pa­ro­di­ya­ya çev­ril­mə­sə də, cid­di ədə­biy­yat də­yə­ri­ni hə­lə so­vet vax­tı itir­miş əsər­lər sı­ra­sın­da­dır. Elə o dövr­lər­də qə­lə­mə alın­mış «İ­kin­ci gün» (İ.E­ren­burq), «I Pyotr» (A.­Tols­toy), «Mey­mu­nun ma­cə­ra­la­rı» (M.Zoş­şen­ko), «Tur­bin­lə­rin gün­lə­ri» (M.Bul­qa­kov) və, əl­bət­tə ki, O.­Man­delş­ta­mın, B.Pas­ter­na­kın, M.Sve­ta­ye­va­nın əsər­lə­ri öz za­ma­nı­na sığ­ma­yan bö­yük ədə­biy­yat ör­nək­lə­ri­dir və ya ör­nək­lə­ri ol­ma­ğa la­yiq­dir.
So­vet xa­rak­te­ri an­la­yı­şı­nın Qri­qo­ri Me­le­xo­va (M.Şo­lo­xov «Sa­kit Don»), So­ko­lo­va (M.Şo­lo­xov, «İn­sa­nın ta­le­yi)) və ya Şuk­şi­nin «Qır­mı­zı qa­yı­na­ğa­cı»­na, A.Bi­to­vun, V.Tri­fo­no­vun şə­hər qəh­rə­man­la­rı­na, Ə.­Məm­məd­xan­lı­nın «Ba­bək­»i­nə, İ.Ə­fən­di­ye­vin «Ge­ri­yə bax­ma, qo­ca»­sı­na, «U­nu­da bil­mi­rəm­»i­nə, İ.­Hü­sey­no­vun Əmir­li­si­nə, İ.­Şıx­lı­nın Ca­han­dar ağa­sı­na, S.Əh­mə­do­vun La­çı­nı­na, Ana­rın «Mol­la Nəs­rəd­din 66»sına, Y.Sə­mə­doğ­lu­nun «Qətl gü­nü»­nə, Ə.Əy­lis­li­nin «Adam­lar və ağac­lar­»ı­na, El­çi­nin Ba­la­da­da­şı­na, V.Nə­si­bin «Cə­fə­roğ­lu­nun qa­yıt­ma­sı»­na, Dil­su­zun «Yol­»u­na, M.O­ru­cun, S.Sə­xa­və­tin, Azər Ab­dul­la­nın, S.Bu­daq­lı­nın, A.­Mə­su­dun, Ə.Ə­mir­li­nin nəsr əsər­lə­ri­nə, V.Sə­mə­doğ­lu­nun, F.Qo­ca­nın, İ.İs­ma­yıl­za­də­nin, Ə.­Sa­lah­za­də­nin, A.Ab­dul­la­nın, M.Ya­qu­bun, M.İs­ma­yı­lın, R.Röv­şə­nin, V.Ba­yat­lı Odə­rin, S.Rüs­təm­xan­lı­nın, E.­Ba­xı­şın, T.Ab­di­nin, V.Bəh­mən­li­nin, R.Beh­ru­di­nin, S.Qa­ra­çö­pün... poe­zi­ya­sı­na nə dəx­li var, an­la­mı­ram ki, an­la­mı­ram.
«Hə­ya­tın köl­gə­li tə­rəf­lə­ri­ni» əks et­di­rən bu so­vet ədə­biy­ya­tı ör­nək­lə­ri və adı­nı çə­kə bil­mə­di­yim yüz­lər­cə əsər­lər də 74 il­lik ədə­biy­ya­tın tər­kib his­sə­si­dir. Pa­ra­doks və hə­qi­qət də elə bu­dur.
Ya­zı­çı­nın mü­da­fiə­siz­li­yi­ni və qor­xu sind­ro­mu­nu nə­zə­rə al­ma­dan so­vet ya­zı­çı­sı və onun əsə­ri haq­qın­da da­nış­maq im­kan­sız­dır.
Bir ör­nə­yə diq­qət ye­ti­rək.
1922-ci il iyu­lun 17-də Le­ni­nin Sta­li­nə mək­tu­bu: «...Bu­nu tez­lik­lə et­mək la­zım­dır... Bir ne­çə yü­zü­nü həbs edib, mo­tiv gös­tər­mə­dən «Cə­nab­lar, çı­xıb ge­din!» de­mək la­zım­dır.
«Ə­də­biy­yat evi»­nin bü­tün müəl­lif­lə­ri­ni, Pi­ter­də­ki «Mısl»çı­la­rı» (jur­na­lın adı­dır - K.V.)... Tez­lik­lə tə­miz­lə­mək la­zım­dır».
«Tə­miz­lə­mək» sö­zü­nü yad­da sax­la­yaq. Çün­ki 20-30-40-cı il­lə­rin rep­res­si­ya­la­rı­nın, təz­yiq və cə­za­la­rı­nın ha­mı­sı «tə­miz­lə­mə» egi­da­sı al­tın­da ger­çək­lə­şə­cək­dir. İn­di Tür­ki­yə­də­ki həbs­lər­də «tə­miz­lə­mə» sö­zü­nü eşi­dən­də nə­dən­sə dik­sin­dim.
Bu­nu da unut­ma­yaq ki, Sta­li­nin bü­tün cə­za re­sept­lə­ri­nin xaç ata­sı V.İ.­Le­nin­dir. Sis­te­min ide­ya­sı və ilk təc­rü­bi ör­nək­lə­ri­nin müəl­li­fi Le­nin, ic­ra­çı­sı və «ya­ra­dı­cı­lıq­la» da­vam­çı­sı Sta­lin­dir - si­ya­si mən­zə­rə be­lə­dir. Ədə­biy­ya­tı da bu mən­zə­rə­siz də­yər­lən­dir­mək ol­maz. V.Aks­yo­no­vun bir fik­ri­ni xa­tır­la­yı­ram. «Ə­də­biy­yat alə­min­də rep­res­si­ya zə­ru­ri­dir. Məh­vet­mə, əzab, sı­xın­tı ol­ma­sa, ədə­biy­yat öz ca­zi­bəsi­ni iti­rər­di». De­mək, hə­yat­da ar­tıq heç nə yox­dur.
Bü­tün za­man­lar üçün doğ­ru olan «hökm­dar və sə­nət­kar», «za­man və sə­nət­kar» prob­lem­lə­ri­ni mü­cər­rəd­ləş­di­rə­rək müt­ləq və bir­mə­na­lı şə­kil­də «so­vet ədə­biy­ya­tı zə­rər­li ədə­biy­yat­dır», «So­vet ədə­biy­ya­tı köh­nəl­miş və sax­ta ədə­biy­ya­tı­dır» hök­mü ver­mək, «ö­lən­lər-öl­mə­yən­lər», «sat­qın­lar-fə­da­kar­lar» təs­ni­fi apar­maq hə­qi­qət­dən uzaq ol­du­ğu ki­mi el­mi­lik­dən də kə­nar­dır. Bu tip­li ul­ti­ma­tiv hökm­lər bol­şe­vizm əh­val-ru­hiy­yə­si­nin da­va­mı və kom­mu­nist­lə­ri sö­yə-sö­yə kom­mu­nist­lər­dən da­ha çox kom­mu­nist ol­maq­dan baş­qa bir şey say­maq çə­tin­dir. İn­kar­çı­lıq, ni­hi­lizm vul­qar so­sio­lo­ji təh­li­lin dost-doğ­ma qar­da­şı­dır.
So­vet ədə­biy­ya­tı an­la­yı­şı­nı bir sta­tik za­man hü­du­dun­da don­muş mə­kan sər­həd­lə­rin­də alıb gö­tür­mək doğ­ru de­yil.
Bu disk­re­tizm za­man­ca da, mə­kan­ca da ob­yek­tiv sa­yı­la bil­məz.
M.Qor­ki­nin ya­rat­dı­ğı so­sia­lizm rea­liz­mi me­to­du so­sia­lizm sis­te­min­dən, ən azı, 15-20 il əv­vəl ya­ran­mış­dır. 1991-ci il­də SSRİ da­ğıl­dı. Fə­qət, bu sis­te­min ideo­lo­gi­ya­sı rəs­mən çök­sə də, hə­min ideo­lo­gi­ya da, onun ədə­biy­yat­da­kı ini­ka­sı da gü­nü bu gün də ya­şa­yır­sa, bu pro­se­sin məh­dud bir za­ma­na-mə­ka­na sığ­ma­dı­ğı­nı gös­tə­rir. İkin­ci dün­ya sa­va­şın­dan son­ra so­sia­liz­min bir öl­kə çər­çi­və­sin­dən çı­xıb sis­tem ol­ma­sı, bu sis­te­min üçün­cü dün­ya öl­kə­lə­ri­nin mə­də­niy­yə­ti­nə, ədə­biy­ya­tı­na tə­si­ri də nə­zə­rə alı­nar­sa, mü­ha­ci­rət ədə­biy­ya­tı­nın mar­gi­nal var­lı­ğı ic­ti­mai-bə­dii də­yər ola­raq bər­tə­rəf edil­mə­si, kə­na­ra qo­yul­ma­sı müm­kün ol­ma­yan fakt­lar­dan­dır. Ümu­mi ədə­bi axın­la­rın, cə­rə­yan­la­rın bir öl­kə­yə, bir za­ma­na mün­cər edil­mə­si şər­ti­dir və bu şər­ti­lik me­yar­la­rı­nı, elə­cə də təc­rü­bə­si­ni nə­zə­rə al­ma­dan araş­dı­rıl­ma apa­rıl­ma­sı­nı bü­töv və ob­yek­tiv sa­yıl­ma­sı çə­tin­dir.
Ne­çə mi­nil­lik dün­ya ədə­biy­ya­tı fərq­li za­man­lar, hökm­dar­lar, sə­nət­kar­lar, sa­vaş­lar, edam­lar, sür­gün­lər için­də or­taq də­yər­lər da­şı­mış­dır. Re­jim­lər, ideo­lo­gi­ya­lar, ba­xış­lar ədə­biy­yat ad­lı fe­no­me­nin sərt qa­bı­ğı, için­də ya­şa­ma­lı ol­du­ğu şə­rai­ti və möv­cud­luq şərt­lə­ri­dir. Bu şərt­lə­ri (sa­də­cə şərt­lər bu an­la­yı­şı tam ifa­də et­mə­sə də) nə­zə­rə alın­ma­dan nə Ho­me­rə, nə Dan­te­yə, nə Ni­za­mi­yə, nə Möv­la­nə­yə, nə Rot­ter­dam­lı Eraz­ma, nə L. da Vin­çi­yə, nə də Şeks­pi­rə, nə Mir­zə Fə­tə­li Axund­za­də­yə, nə Ed­qar Po­ya, nə L.Tols­to­ya, F.Dos­to­yevs­ki­yə və, əl­bət­tə ki, ədə­biy­ya­tın ya­xın ta­ri­xi­nin B.Pas­ter­na­kı­na, V.Ma­ya­kovs­ki­si­nə, M.Bul­qa­ko­va, İ.Bu­ni­nə, A.Ax­ma­to­va­ya, İ.E­ren­bur­qa, elə­cə də Sol­je­nit­si­nə, E.­He­min­que­yə, U.Folk­ne­rə, X.Bor­xe­sə, Y.Ka­va­ba­ta­ya.., Ko­be Abe­yə, Q.Mar­ke­sə, K.Kas­ta­ne­da­ya, U.E­ko­ya, C.Ayt­ma­to­va, Şəh­ri­ya­ra, B.Va­hab­za­də­yə... də­yər ver­mək, on­la­rın sə­nət dün­ya­sı­nı aç­maq qey­ri-mümkündür.
...70-80-ci il­lər­də 60-cı il­lər ədə­biy­ya­tı­nı təh­lil edər­kən iş­lət­di­yim bir cüm­lə­ni bu ­gün də özüm üçün bö­yük hə­qi­qət edi­rəm: «Mir­zə Cə­li­lin ba­şı­nın üs­tün­də­ki göy üzü çox ge­niş idi». «Göy üzü» hə­qi­qə­tən ədə­biy­yat üçün yer mə­şəq­qət­lə­rin­dən, dar­lı­ğın­dan, sı­xın­tı­sın­dan fərq­li an­la­yış­dır.
Ə­də­biy­ya­tın bö­yük za­ma­nı, bö­yük də­yər­lər, ila­hi güc-qüd­rət mə­na­sın­da iş­lə­nən «Göy üzü», əs­lin­də, ədə­bi-fəl­sə­fi, es­te­tik kre­do ola­raq Mir­zə Cə­li­li özü­nə is­ti­nad nöq­tə­si gö­tü­rən 60-cı­lar üçün də açar-an­la­yış idi. Mir­zə Cə­li­lə ye­ni ba­xış Ana­rın «An­la­maq dər­di» es­se­si, El­çi­nin, Ə.Əy­lis­li­nin ya­zı­la­rı və çı­xış­la­rı... yal­nız ideo­lo­ji müs­tə­vi­ni de­yil, poe­ti­ka­nı, sə­nət­kar­lı­ğı, di­li-üs­lu­bu da əha­tə edir. Əl­bət­tə, bu pro­ses o il­lə­rin Ya­zı­çı­lar qu­rul­tay­la­rın­dan bi­rin­də de­yil­di­yi və rəs­mi dəs­tək al­dı­ğı şə­kil­də «kop­ya», «yam­sı­la­ma», «əl­la­mə­lik» de­yil­di.
Qütb­lə­şən ədə­bi qüv­və­lə­rin Mir­zə Cə­lil cəb­hə­si «Xaç ata­sı» ki­mi de­yil, so­vet re­ji­mi­nin ilk ədə­bi qur­ba­nı, mo­dern ic­ti­mai-si­ya­si ba­xış və ədə­bi-bə­dii uni­kal­lıq an­la­mın­da iş­lət­sə də, əks - «mü­ha­fi­zə­kar tə­rəf «köh­nəl­miş», «XX əs­rin son qə­ri­nə­si üçün ya­ra­rı­nı, də­yə­ri­ni çox­dan itir­miş klas­sik irs mə­na­sı­na vur­ğu­la­yır­dı.
«Mol­la Nəs­rəd­din-66» (Anar), «Ba­ya­tı Şi­raz» (Y.Sə­mə­doğ­lu), «Ba­la­da­da­şın ilk mə­həb­bə­ti» (El­çin), «Bağ­da­da put­yov­ka var» (Ə.Əy­lils­li) və b. on­lar­ca he­ka­yə, po­vest, dram əsə­ri 60-cı­la­rın Mir­zə Cə­li­lə qa­yı­dı­şın­dan da­ha çox ye­ni za­man kon­teks­tin­də Mir­zə Cə­li­lin ye­ni­dən oxun­ma­sı - ye­ni in­ter­tekst ara­yış­la­rı idi.
­An­caq Mir­zə Cə­lil yal­nız post-ba­xış de­yil, di­ri, can­lı bir ədə­bi hə­rə­ka­tın da­şı­yı­cı­sı idi. Ateist - «Al­lah­sız» Mir­zə Cə­lil Mər­kə­zi Ko­mi­tə­nin or­qa­nı olan «Kir­pi»­nin sə­lə­fi sa­yı­lır­dı.
Ye­nə hə­min döv­rün Ana­rı, C.Hü­sey­no­vu, Y.Sə­mə­doğ­lu­su, Ə.Əy­lis­li­si, El­çi­ni, İ.­Mə­lik­za­də­si, M. və R. İb­ra­him­bə­yov qar­daş­la­rı... üçün Mir­zə Cə­lil özü də ədə­bi hə­ya­tın ba­şı üs­tün­də­ki göy üzü idi - həm hə­qi­qi, həm də şər­ti-sim­vo­lik an­lam­da.
Çap olun­ma­yan əl­yaz­ma­la­rı­nı yan­dı­rıb alo­vun­da son də­fə əl­lə­ri­ni isi­dən Mir­zə Cə­lil, əs­lin­də, klas­sik nəs­rin son, ye­ni nəs­rin ilk nü­ma­yən­də­si idi.

Də­li şai­rin sö­zü:

«...Ey gi­di dün­ya... Şə­hə­rin bir qa­pı­sın­dan va­rid olan də­və kar­va­nı şai­rə qı­zıl-gü­müş, zər-zi­ba, xə­lət gə­ti­rir­di, şə­hə­rin o bi­ri qa­pı­sın­dan də­və kar­van­la­rı hökm­da­rın sər­da­bə­si­ni dəfn üçün qəb­ris­ta­na apa­rır­dı...»
Də­li şai­rin söy­lə­di­yi cüm­lə­nin də­və kar­van­la­rı­nın səh­ra­da­kı hə­rə­kə­ti­ni an­dı­ran rit­mi mə­nə İ.B­rods­ki­nin mü­rək­kəb ta­le­yi­ni xa­tır­lat­dı.
No­bel ödül­lü məş­hur rus şai­ri-ya­zı­çı­sı İo­sif Brods­ki İo­sif Sta­li­nin hə­dəf seç­di­yi son ov­dur de­səm, ya­nıl­dı­ğı­mı dü­şün­mü­rəm.
Ov­çu qo­cal­mış­dı. Əli tit­rə­yir­di. Onun at­dı­ğı ova dəy­mə­di. Ya da min­lər­lə ov ov­la­mış qo­ca ov­çu son ovu­nu vur­maq­dan vaz keç­di. Hər hal­da, İo­sif Sta­lin ölüm ya­ta­ğın­da son sə­fə­rə ha­zır olan­da İo­sif Brods­ki də öl­kə­dən «bir­də­fə­lik” sə­fə­rə ha­zır idi. Öl­kə­nin bir ba­şın­da bir İo­sif, o bi­ri ba­şın­da di­gər İo­sif. Hər iki­si sə­fər üs­təy­di. Bi­ri baş­qa bir dün­ya­ya, bi­ri də o bi­ri dün­ya­ya.
Ta­le­dən qaç­maq ol­maz.
Son­ra L.İ.B­rej­ne­və yaz­dı­ğı mək­tub­da İ.B­rods­ki de­yir­di: «Dil da­ha qə­dim şey­dir və da­ha qa­çı­nıl­maz­dır, nəin­ki döv­lət. Mən rus di­li­nə məx­su­sam, döv­lə­tə gəl­dik­də isə, mən­cə, ya­zı­çı­nın və­tən­pər­vər­lik də­rə­cə­si tri­bu­na­dan söy­lə­nən and­lar­la de­yil, için­də ya­şa­dı­ğı onun xal­qın di­lin­də ya­za­bil­mə ba­ca­rı­ğı ilə öl­çü­lür...»
Mən rus şai­ri ola­raq qa­lır, SSRİ və­tən­da­şı ol­maq­dan im­ti­na edi­rəm.
Si­zin mə­nə rus tor­pa­ğı­na de­yil, rus ədə­biy­ya­tı­na məx­sus ol­ma­ğı­ma izn ver­mə­yi­ni­zi xa­hiş edi­rəm. Mən Və­tə­nim qar­şı­sın­da özü­mü gü­nah­kar say­mı­ram və haq­lı bi­li­rəm...
Mən «Brods­ki­nin əbə­diy­yə­ti Sol­je­nit­si­nin əbə­diy­yə­tin­dən uzun­dur» de­yən və əbə­diy­yət an­la­yı­şı­nı da hü­dud­la­ra ayı­ran B.Sar­no­va haqq qa­zan­dı­rı­ram. «Biz əbə­diy­yət üçün ya­zı­rıq» söy­lə­yən A.­Tols­toy gün­də­lik yal­taq­lı­ğı, sat­qın­lı­ğı, əyil­mə­yi ke­çi­ci say­mış və özü­nə­bə­raət üçün bu gö­zəl kə­la­mı söy­lə­miş­dir. Bir ba­la­ca ha­şi­yə çı­xı­ram. De­yək ki, Or­han Pa­muk «Türk­lə­ri er­mə­ni­lər soy­qı­rım edib» de­yib Av­ro­pa ba­za­rın­da No­bel mü­ka­fa­tı ala bi­lib­sə, Knut Ham­sun da No­bel mü­ka­fa­tı alıb­sa, Hit­ler fa­şiz­min qız­ğın tə­rəf­da­rı ol­sa be­lə... Bən­də­nin bən­də­yə ver­di­yi heç bir mü­ka­fat onun sat­qın­lı­ğı­na haqq qa­zan­dır­maz. Folk­ne­rin al­dı­ğı No­bel mü­ka­fa­tı bir gü­nor­ta ye­mə­yi qə­dər onu se­vin­di­rib...
S.Vur­ğu­nun de­di­yi «Şair, hökm­da­rın hü­zu­run­da­san» mən­ti­qi çox mas­ka­la­rı yırt­mış, çox­la­rı­nı haq­lı çı­xar­mış, ekstre­mal və­ziy­yə­tin nor­mal du­ru­ma gə­ti­ril­mə­si ki­mi an­la­şıl­mış­dır. Ba­ğış­la­yan Al­lah­dır. Və, əl­bət­tə ki, yer üzün­də ba­ğış­la­yan Mil­lət­dir, da­ha ge­niş an­lam­da bə­şə­riy­yət­dir.

Də­li şai­rin sə­si:

«İn­sa­nın in­sa­nı ba­ğış­la­ma­sın­dan gö­zəl nə ola bi­lər, ay mə­nim gö­zəl qar­da­şım?!»
Bu ak­sio­mu da heç unu­da bil­mə­rik ki, «so­vet ədə­biy­ya­tı» an­la­yı­şı için­də olan «es­ton ədə­biy­ya­tı», «mol­dav ədə­biy­ya­tı», «öz­bək ədə­biy­ya­tı», «A­zər­bay­can ədə­biy­ya­tı», «gür­cü ədə­biy­ya­tı» və s. qav­ram­la­rın so­vet ədə­biy­ya­tı ol­maq­la bə­ra­bər, kon­sent­rik və ya kə­si­şən çev­rə mo­del­lər­lə uy­ğun mə­də­niy­yə­tə, böl­gə­yə, coğ­ra­fi­ya­ya, di­lə, ta­ri­xə bağ­lı­lı­ğı­nı in­kar et­mir. Mə­sə­lən, çağ­daş Azər­bay­can ədə­biy­ya­tı­nın (1920-1991) So­vet ədə­biy­ya­tı ol­maq­la bə­ra­bər, Bü­töv Azər­bay­can ədə­biy­ya­tı­nın (yə­ni, Ru­si­ya, İran, İraq, Gür­cüs­tan, Er­mə­nis­tan sər­həd­lə­ri və ya döv­lət­lə­ri için­də ya­şa­yan Azər­bay­can türk­lə­ri­nin), Trans­qaf­qaz (və ya Qaf­qaz) ədə­biy­ya­tı­nın (Azər­bay­can, gür­cü, er­mə­ni, Da­ğıs­tan xalq­la­rı ədə­biy­ya­tı), ümu­mən Türk ədə­biy­ya­tı­nın (Tür­ki­yə türk­lə­ri­nin, qa­zax­la­rın, öz­bək­lə­rin, ta­tar­la­rın, qır­ğız­la­rın... ədə­biy­ya­tı), elə­cə də Şərq və ya Asi­ya ədə­biy­ya­tı­nın (İran, İraq, Mi­sir, Su­ri­ya, Hin­dis­tan, Çin... ədə­biy­yat­la­rı) tər­kib his­sə­si ol­du­ğu da unu­du­la bil­məz. Ta­rix, mə­də­niy­yət, dil ənə­nə­lə­ri bir kə­na­ra qo­yu­la bil­məz.
Məhz bu ak­siom­lar və pos­tu­lat­lar çər­çi­və­sin­də ideo­lo­gi­ya­dan ya tam, ya da qis­mən azad olan me­to­do­lo­gi­ya ilə ədə­bi pro­ses, ədə­bi şəx­siy­yət­lər, poe­tik axın­lar, üs­lub­lar, müx­tə­lif me­tod­la­ra (qar­şı­laş­dır­ma - mü­qa­yiəs­li, se­mio­tik, struk­tur, dest­ruk­tur və s.) öy­rə­ni­lib araş­dı­rı­lır­sa, biz da­ha çox ob­yek­tiv nə­ti­cə­lər ala bi­lə­rik. Bu amil­lər hu­ma­ni­tar elm­lər­də, xü­su­sən ədə­biy­yat­şü­nas­lıq və dil­çi­lik üz­rə təd­ris-təh­sil işin­də xü­su­si­lə fay­da­lı ola bi­lər.
A­zər­bay­can so­vet (və ya so­vet döv­rü) ədə­biy­ya­tı­nın son si­ya­si-ədə­bi da­va­sı və ədə­bi məh­kə­mə­si «Ul­duz» (Y.Sə­mə­doğ­lu­nun re­dak­tor­lu­ğu döv­rü), «A­zər­bay­can» (Ə.Əy­lis­li­nin re­dak­tor­lu­ğu döv­rü), «Qo­bus­tan» (Ana­rın re­dak­tor­lu­ğu döv­rü) «Gənc­lik» (M.İs­ma­yı­lın re­dak­tor­lu­ğu ilə) jur­nal­la­rı­nın ət­ra­fın­da ol­muş­dur.
Son­ra­lar, xü­su­si­lə 80-ci il­lər­də, «Kom­mu­nist» qə­ze­tin­də, «A­zər­bay­can kom­mu­nis­ti» və «Kir­pi» dər­gi­lə­rin­də (MK-nın or­qan­la­rı) ye­nə bu ya­zı­çı­la­rı və V.Sə­mə­doğ­lu­nu, Ə.­Sa­lah­za­də­ni, R.Röv­şə­ni, V.Ba­yat­lı Odə­ri (o vaxt Va­qif Cəb­ra­yıl­za­də), M.Sü­ley­man­lı­nı, A.­Məm­mə­do­vu, K.Və­li­ni... kəs­kin tən­qid edən ya­zı­lar çap olun­ma­ğa baş­la­dı.


Qəs­dən or­ta­ya atıl­mış mə­na­sız, bö­lü­cü «Sər­bəst­çi­lər və he­ca­çı­lar» da­va­sı, R.Rza­ya hü­cum kam­pa­ni­ya­la­rı, əs­lin­də, ədə­biy­yat mə­sə­lə­sin­də çox baş­qa mə­sə­lə­lər­lə (yer­li­çi­lik, qrup­baz­lıq, və­zi­fə­pə­rəst­lik...) bağ­lı idi.
Par­ti­ya üçün bu qey­ri-el­mi mü­ba­hi­sə və da­vam ol­duq­ca əl­ve­riş­li idi.
­İnt­ri­qa­lar, sü­ni konf­likt­lər, kva­ziə­də­biy­yat da­va­la­rı bu­la­nıq su­da ba­lıq tut­ma­ğı asan­laş­dı­rır­dı.
M.Sü­ley­man­lı­nın «Də­yir­man» ro­ma­nı­nın mü­za­ki­rə­si bu mü­ba­hi­sə­lə­rin bir növ kul­mi­na­si­ya nöq­tə­si və har­da­sa son­la­rı idi.
Bu məh­kə­mə - mü­za­ki­rə­də yaş­lı nə­sil­dən İm­ran Qa­sı­mo­vun, İs­haq İb­ra­hi­mo­vun, İl­yas Əfən­di­ye­vin, ca­van­lar­dan Ana­rın, El­çi­nin, Ə.Əy­lis­li­nin, Y.Sə­mə­doğ­lu­nun, İ.İs­ma­yıl­za­də­nin, Ə.­Sa­lah­za­də­nin... möv­qe­yi ye­ni ədə­biy­ya­tı mü­da­fiə et­mək idi.
Za­man sü­rət­lə də­yi­şir. Ədə­biy­yat da də­yiş­mə­dən kə­nar­da de­yil­di. Qar­şı­dan bö­yük za­man çat­la­rı hə­lə uzaq­da olan si­ya­si za­ma­nın ab-ha­va­sı gə­lir­di. So­vet ədə­biy­ya­tı döv­rü, ümu­mən ədə­biy­yat döv­rü so­na çat­maq­da idi. Rus dəs­tək­li er­mə­ni iş­ğa­lı­nın baş­lan­ma­sı, Qa­ra­bağ oyun­la­rı, mil­li-azad­lıq hə­rə­ka­tı və nə­ha­yət, 1991-ci il. So­vet­lər Bir­li­yi öm­rü­nü ba­şa vu­rur. Bir cüm­lə ilə ifa­də olun­muş bu ağır za­ma­nı aç­maq üçün çox ki­tab­lar ya­zı­la­caq...
...Yaş­lar da ay­rı-ay­rı öl­kə­lər ki­mi­dir. Hər ya­şın, nəs­lin öz hü­dud­la­rı var. Bi­zim an­la­ma­dı­ğı­mız yaş di­li­ni bil­mə­di­yi­miz öl­kə­lər, xalq­lar ki­mi­dir.
Zövq­lər, ba­xış­lar, me­yar­lar, dəb­lər... yaş­la­ra gö­rə də­yi­şir. Bir-bi­ri­ni qə­bul edən, hör­mə­tə sev­gi gös­tə­rən doğ­ma, dost yaş­lar ol­du­ğu ki­mi bir-bi­ri­ni qə­bul et­mə­yən, bə­yən­mə­yən yad yaş­lar, hət­ta düş­mən yaş­lar da yox de­yil­dir.
Ə­də­bi nə­sil­lər də be­lə­dir. Hər bi­ri­nin öz rən­gi olan bu za­man kə­sim­lə­ri - yaş­lar nis­bi­dir. Çün­ki də­yi­şir, dü­nən bu­gün olur, bu­gün də sa­bah. Ya­ra­dı­cı nə­sil­lə­rin öz­lə­ri də mü­ca­di­lə edə bi­lir, on­la­rın ya­rat­dıq­la­rı da.
Əsl mü­ca­di­lə ya­ra­dı­cı şəxs­lər, qrup­lar ara­sın­da ge­də bil­məz. Ya­ra­dıl­mış əsər­lə­rin bö­yük za­man kon­teks­tin­də mü­ca­di­lə­si ən ob­yek­tiv mü­ca­di­lə­dir. Sö­zün söz­lə mü­ca­di­lə­si şər­ti an­la­yış­dır. Bö­yük sö­zün ki­çik sö­zü ud­ma­sı, onu öz içə­ri­sin­də ərit­mə­si, yad­daş­dan sil­mə­si tə­bii pro­ses­dir. Ya­zı­ya po­zu yox­dur - de­yir­lər. Fə­qət, ya­zı­nı öz içə­ri­sin­də əri­dib onun izi­ni iti­rən ya­zı­lar var. Ədə­bi cə­rə­yan­lar, mək­təb­lər, ie­rar­xi­ya, üs­tün­lük de­yil. Üs­tün­lük me­yar­la­rı «izm»lər­dən de­yil, bə­dii se­man­ti­ka­dan, me­ta­fo­ra gü­cün­dən, psi­xo­lo­gizm də­rin­li­yin­dən, sə­nət us­ta­lı­ğın­dan gə­lir.
Bu mə­na­da da so­vet ədə­biy­ya­tı­nın, xü­su­si­lə 60-cı il­lər­dən baş­la­yan, ma­raq­lı prob­lem­lə­ri, nə­sil-yaş mü­ca­di­lə­si var.
Mən bu mü­ca­di­lə­ni konk­ret­ləş­dir­mə­yə cid­di eh­ti­yac duy­mu­ram. Söh­bət nə­zə­riy­yə­dən get­di­yi üçün mə­sə­lə­yə ba­xış bu­ca­ğı­nı və ma­hiy­yə­ti aç­ma­ğa yö­nəlt­mə­yin tə­rəf­da­rı­yam.
A­ğır gə­mi­lə­ri xa­tır­la­dan rus-so­vet ədə­biy­ya­tın­dan fərq­li ola­raq ma­nevr qa­bi­liy­yə­ti yük­sək olan mil­li ədə­biy­yat­la­rın bu sa­hə­də üs­tün­lü­yü göz qa­ba­ğın­da­dır. Okean su­la­rın­da üzə bil­mək üçün bu ma­nev­ri qa­bi­liy­yə­ti­nin, mü­tə­hər­rik­li­yin öz üs­tün­lük­lə­ri var idi.
...Sta­li­nin ma­kia­vel­li­sa­yaq da­hi­li­yi, «döv­lə­ti və döv­lə­tin ba­şı­nı qo­ru­maq üçün hər şey məq­bul­dur» zi­re­hi 1951-52-ci il­lər­də ye­ni dəh­şət­li soy­qı­rı­ma ha­zır­lıq­la baş­la­dı. Yə­hu­di hə­kim­lər mə­sə­lə­si, yə­hu­di an­ti­fa­şist ko­mi­tə­si rəh­bər­lə­ri­nin gül­lə­lən­mə­si, öl­kə­nin baş yə­hu­di­si L.M.Ka­qa­no­vi­çin rəh­bər­li­yi al­tın­da ger­çək­ləş­di­ri­lən ye­ni an­ti­se­mi­tizm dal­ğa­sı ha­zır­la­nan soy­qı­rı­mı­nı bir dai­rə­si­dir.
Mə­sə­lə­nin pa­ra­dok­sal tə­rə­fi on­da idi ki, ye­ni ta­ri­xin ilk yə­hu­di döv­lə­ti­ni - İs­rai­li də Sta­lin ya­rat­mış­dı. Sta­li­nin özü­nün gür­cü əsil­li yə­hu­di ol­du­ğu söy­lə­nir. Əcə­ba, Sta­lin sio­nist idi­mi, an­ti­sio­nist idi­mi, se­mit idi­mi, an­ti­se­mit idi­mi sua­lı­nın tək bir ca­va­bı var: İçin­də­ki yır­tı­cı, ürə­yin­də­ki şey­tan Sta­li­nə heç xə­ya­nət et­mə­di. Sta­lin qa­til idi. Bir im­pe­ri­ya­nın ba­şın­da da­ya­nan əli­qan­lı qa­til. Qa­til­lə­rin­sə mil­lə­ti və di­ni ol­mur.
Bu dai­rə­nin ge­niş­lə­nə-ge­niş­lə­nə öl­kə­ni ta­ma­mi­lə əha­tə et­mə­li və mü­ha­ri­bə­dən son­ra yal­nız SSRİ ay­dın­la­rı­na de­yil, dün­ya so­sia­lizm sis­te­mi ay­dın­la­rı­na müd­hiş bir qan­lı dərs ve­ril­mə­li idi. Ali Baş Re­jis­sor bu dər­sin sse­na­ri­si­ni ba­şın­da yaz­mış, ka­ğız­lar­da, əmr­lər­də, tap­şı­rıq­lar­da bu sse­na­ri­nin ün­sür­lə­ri ger­çək­ləş­miş­dir. İki-üç həf­tə­lik ge­cik­mə, ani xəs­tə­lik və ölüm mil­yon­lar­la in­sa­nı xi­las et­di. Al­la­hın in­san­la­ra rəh­mi gəl­di. Gün doğ­ma­dan nə­lər do­ğar - bur­da de­yib­lər.
Bu söz­lə­ri ona gö­rə ya­zı­ram ki, so­vet ədə­biy­ya­tı­nın ba­şı üs­tün­də­ki qa­ra bu­lud­la­ra ay­dın­lıq gə­ti­rim. Bu ay­dın­lıq, ta­ri­xi kon­teks ol­ma­sa, nə za­ma­nın ədə­biy­ya­tı, nə şəx­siy­yət­lər ol­du­ğu ki­mi gö­rün­mə­yə­cək.
...1953-cü ildə Sta­lin ölən­də İo­sif Brods­ki­nin 26 ya­şı var idi. O, öl­kə­si­ni hə­mi­şə­lik tərk edə­cək, No­bel ödü­lü ala­caq və Və­tə­ni­ni, dər­di­ni, qə­ləm dost­la­rı­nın fa­ciə­si­ni, za­ma­nın fə­la­kə­ti­ni və acı iro­ni­ya­sı­nı «Cə­hən­nə­min tö­rə­mə­lə­ri haq­qın­da dü­şün­cə­lər» əsə­rin­də baş­qa bir ba­xış­la, fərq­li bir üs­lub­la qə­lə­mə ala­caq­dır.
...So­vet ədə­biy­ya­tı­nın ma­raq­lı pro­ses­lə­rin­dən bi­ri nə­za­rət və ədə­biy­ya­tı ida­rəet­mə ilə bağ­lı­dır.
Le­nin­dən baş­la­yan, Sta­lin, Xruş­şov, Brej­nev, Qor­ba­çov... tə­rə­fin­dən bu və ya di­gər şə­kil­də da­vam et­di­rilən bu sis­te­min tə­pə­sin­də bi­rin­ci adam - Mər­kə­zi Ko­mi­tə­nin bi­rin­ci ka­ti­bi da­ya­nır. Mər­kə­zi Ko­mi­tə və onun bü­tün iye­rar­xik sil­si­lə­si, Ya­zı­çı­lar İt­ti­fa­qı, KQB, sen­zu­ra, mət­buat, tən­qid bu pro­se­si açıq və giz­li şə­kil­də tən­zim edir, nə­za­rət, ida­rə sis­te­mi­ni ger­çək­ləş­di­rir­di. Ədə­bi məh­kə­mə­lər, rep­res­si­ya­lar, sür­gün­lər, həbs­lər, təc­ri­det­mə­lər, iş­siz­li­yə məh­ku­met­mə­lər, nə­za­rət və ida­rəet­mə­nin mü­rək­kəb struk­tu­ru­nun tər­kib his­sə­si­dir.
Bu sis­te­mi tə­fər­rüa­tı ilə təs­vir et­mə­yə eh­ti­ya­cı yox­dur, çün­ki «ə­də­biy­yat işi ümump­ro­le­tar işi­nin tər­kib his­sə­si, tə­kər­ci­yi, vint­ci­yi ol­ma­lı­dır» (V.İ.­Le­nin) cüm­lə­sin­də bu sis­te­min ma­hiy­yə­ti də­qiq ifa­də olun­muş­dur. Hə­lə or­ta mək­tə­bin son si­ni­fin­də «So­vet ədə­biy­ya­tı» ki­ta­bı­nın bu qəd­dar cüm­lə­si­ni oxu­yan­da Cəb­ra­yıl­da evi­mi­zin ya­nın­da­kı rus hər­bi his­sə­sin­də­ki nə­həng qa­ra tan­kı gö­rür­düm. Tə­kər­ci­yi və vint­ci­yi ilə bu tank bi­zim evi­mi­zi da­ğı­dır, ata­mı, ana­mı, ba­cı­la­rı­mı, qar­da­şı­mı tır­tıl­la­rı al­tın­da məhv edir və gü­lə­rüz­lü gənc rus əs­gə­ri gü­lüm­sə­yə-gü­lüm­sə­yə «Bu iş bit­di» de­yib sə­li­qə ilə qa­ra, nə­həng tan­kın tə­kər­ci­yi­ni, vint­ci­yi­ni yağ­la­yır.
Son­ra­lar, 90-cı il­də bu tan­kı mən Ba­kı kü­çə­lə­rin­də can­lı şə­kil­də dinc adam­la­rı qa­na bo­ya­yan­da gör­düm. Yu­xu­la­rım­da in­di də bu qa­ra, nə­həng tan­kı tez-tez gö­rü­rəm və sə­hə­rə­cən gö­zü­mə yu­xu get­mir.
Mən so­sia­lizm rea­liz­min­dən də, rus-so­vet tan­kın­dan da qor­xu­ram, de­mə­yə uta­nı­ram.
Ca­van­lı­ğım­dan ca­nı­ma, qa­nı­ma ho­pan bu qor­xu san­cı ki­mi, ağ­rı ki­mi mən­də qa­lıb. Yə­qin ki, ölün­cə­yə qə­dər bu qor­xu mə­nim­lə ola­caq. Son­ra­lar oğ­lan­la­rım bu qor­xu­nu ya­da sa­lıb ağ­la­ya­caq­lar, bəl­kə də gü­lə­cək­lər...

Də­li şai­rin sə­si:

«Eyb et­məz, qəm ye­mə, bir vaxt gə­lər öz oğ­lan­la­rı da on­la­ra gü­lər­lər».
...Hə­mi­şə mə­nə elə gə­lib ki, so­vet mi­fi so­vet hə­qi­qə­tin­dən çox-çox bö­yük olub. Be­lə ki, in­san­dan, onun şüu­run­dan, təh­təl­şüu­run­dan sü­zü­lən, gün­lə­rə, ay­la­ra, yu­xu­la­ra, yol­la­ra sə­pə­lə­nən qor­xu ger­çək, re­al qor­xu­dan qat-qat bö­yük və dəh­şət­li­dir.
Və, əl­bət­tə ki, «hər mif, hər bi­dət (apok­rif) han­sı­sa bir real­lı­ğı əks et­di­rir» hə­qi­qə­ti­ni də in­kar et­mək çə­tin­dir.
Sta­lin mi­fi Fran­sa­da ya­şa­yan mü­ha­cir da­hi ya­zı­çı İ.­Bu­ni­ni II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra şa­şırt­mış­sa, mi­fin ger­çək­lik­dən üs­tün­lü­yü­nü is­bat et­mə­yə eh­ti­yac qal­mır. Bu mi­fi ya­şa­yan mil­yon­lar­la in­san, yüz­lər­lə ya­zar ger­çək Sta­lin­dən da­ha çox mif Sta­lin­lə üz-üzə da­yan­ma­lı ol­muş­lar. Bu mi­fə ina­nan, bu mi­fi da­nı­şan, bu mif­dən qor­xan, çə­ki­nən mil­yon­lar­la in­san bir di­ri­jo­run çu­bu­ğu ilə ida­rə olu­nan nə­həng xo­ra bən­zə­yir. Bu xo­run için­də oxu­ma­yan­lar da, do­da­qal­tı sö­yən­lər də, nif­rət­lə tü­pü­rən­lər də, ta­mam baş­qa ha­va oxu­yan­lar da yox de­yil. An­caq bu xor o qə­dər nə­həng­dir ki, yal­nız di­ri­jor çu­bu­ğu­nun işa­rə­lə­rin­dən do­ğan səs və söz eşi­di­lir.

Də­li şai­rin sə­si:

«Bu­nun xo­run mi­fi, ya mi­fin xo­ru ol­du­ğu­nu ayır­maq çox çə­tin­dir».
Bəl­kə də heç la­zım de­yil.
Ye­ri gəl­miş­kən, bu­nu da qeyd edək ki, sə­nə­tin in­ki­şa­fı, elm­dən fərq­li ola­raq, şər­ti xa­rak­ter da­şı­yır. Elm za­man­la düz mü­tə­na­sib­dir. Ke­çi­lən za­man el­min in­ki­şa­fı­nın gös­tə­ri­ci­si­dir. Sə­nət be­lə de­yil­dir. Hər za­ma­nın öz sə­nə­ti var və bu va­rol­ma in­ki­şa­fı de­yil, uni­kal­lı­ğı, tək­rar­sız­lı­ğı əks et­di­rir. İki ana mək­təb - ro­man­tizm və rea­lizm, on­lar­dan do­ğan on­lar­ca mək­təb, cə­rə­yan öz za­ma­nı­nın mən­zə­rə­si ol­du­ğu qə­dər də bü­tün za­man­la­rın gö­rü­nü­mü­dür. Bu mə­na­da Fü­zu­li XVI əs­rin qü­dərt­li şai­ri ol­du­ğu qə­dər də XXI əs­rin də mo­der­nis­ti, post­mo­der­nis­ti, post post­mo­der­nis­ti­dir. Fü­zu­li ədə­bi cə­rə­ya­nın, mək­tə­bin için­də de­yil, ədə­bi cə­rə­yan­lar, mək­təb­lər Fü­zu­li­nin için­də­dir. Ey­ni mən­tiq­lə «Ho­mer, Ser­van­tes», Rab­le... sə­nə­ti­ni də də­yər­lən­dir­mək tə­bii­dir.
Çağ­daş mətn və mət­na­ra­sı (in­ter­tekst) təh­lil bö­yük söz sə­nə­ti­nin ölüm­süz­lü­yü­nü, son­suz­lu­ğu­nu təs­diq edir.
Bu an­lam­da çağ­daş her­me­nev­ti­ka - yo­rum­la Ma­ya­kovs­ki­nin, Pas­ter­na­kın, Bul­qa­ko­vun, Pla­to­no­vun, Müş­fi­qin, Ayt­ma­to­vun... ye­ni­dən oxun­ma­sı, dər­ki zə­ru­ri­dir. Bu dərk və təh­lil so­vet döv­rü ədə­biy­ya­tı­nın ye­ni qat­la­rı­nı aça­ca­ğı­na inam bəs­lə­mə­mək ol­maz.
Bu mə­na­da «So­vet ədə­biy­ya­tı» qav­ra­mı­nı fər­qi­nə var­ma­dan yar­lık, ke­çil­miş mər­hə­lə və hət­ta aşa­ğı­la­ma an­la­mın­da iş­lə­dən ədə­biy­yat si­ya­sət­çi­lə­ri və si­ya­sət­baz­la­rı öz­lə­ri­ni, yaz­dıq­la­rı­nı və sö­zün fəl­sə­fə­si­ni unu­dan­lar­dır. Heç unut­ma­yaq ki, Sö­zü da­va­lar, hökm­lər, tə­rif­lər, hü­cum­lar, dəs­tə­lər, fər­man­lar, ad­lar, təl­tif­lər, id­dia­lar... de­yil, Sö­zün özü ya­şa­dır. Bü­tün mü­ca­di­lə­ni Söz özü apa­rır. Və mü­ca­di­lə kəl­mə­si bi­zim si­ya­sət­də iş­lət­di­yi­miz an­lam­da de­yil. Bu mü­ca­di­lə­ni ifa­də et­mək­də mən də çə­tin­lik çə­ki­rəm. Hər hal­da bu ta­rix­dən sü­zül­mə ağa­cın bit­mə­si, gü­lün aç­ma­sı ki­mi mö­cü­zə­dir. Elm di­lin­də bu­na tə­bii seç­mə də de­mək müm­kün­dür. Sö­zün bu mö­cü­zə­si­ni və tə­bii seç­mə yo­lu­nu ol­du­ğu ki­mi şərh et­mək çə­tin­dir. Bu ba­rə­də növ­bə­ti «Dil-dil­çi­lik mo­der­nizm və post­mo­der­nizm işı­ğın­da» ad­lı ya­zım­da ət­raf­lı şə­kil­də bəhs edə­cə­yəm.
A.P­la­to­no­vun «Eh­ti­yat üçün» he­ka­yə­si­ni oxu­duq­dan son­ra Sta­lin be­lə bir dər­kə­nar qoy­muş­dur: «Ol­duq­ca is­te­dad­lı, is­te­dad­lı ol­du­ğu qə­dər də əc­laf­dır».
Və ya A.­Fa­de­ye­vin «Yol­daş Sta­lin, bu ya­xın­lar­da biz və şəx­sən mən özüm Ya­zı­çı­lar İt­ti­fa­qı üzv­lə­ri sı­ra­la­rın­da «tə­miz­lik işi» apa­ra­ca­ğıq, ideo­lo­ji cə­hət­dən yad ün­sür­lər İt­ti­faq­dan kə­nar edi­lə­cək!» söz­lə­ri­nə Sta­lin sərt təp­ki gös­tə­rə­rək: «...bir bu­na ba­xın, qab-qa­çaq dü­ka­nı­na tə­pil­miş fil olub mə­nim­çün! Nə siz fil­si­niz, nə də ya­zı­çı­lar - qab-qa­caq! Əy­lə­şin!» - de­mə­si Sta­li­nin özü­nün xa­rak­te­rin­də­ki komp­lek­si, qəd­dar­lı­ğı gös­tə­rir.
R.Med­ved­yev «Sta­lin və sta­li­nizm» əsə­rin­də, E.­Rad­zins­ki «Sta­lin» ki­ta­bın­da, doğ­ma qı­zı S.Al­lil­ye­va doğ­ma ata­sı haq­qın­da xa­ti­rə­lə­rin­də Sta­li­nin ədə­biy­ya­ta, sə­nə­tə mü­na­si­bə­ti­ni elə in­cə de­tal və tə­fər­rüat­lar­la an­lat­mış­lar ki, on­la­rın ha­mı­sı­nı ver­mə­sək də, psi­xo­lo­ji və­ziy­yə­ti ət­raf­lı şərh et­mə­yə eh­ti­yac yox­dur. Eh­ti­yac so­vet ədə­biy­ya­tı­nın tə­pə­dən gə­lən, re­jim­lə qi­da­la­nan (əs­lin­də, zə­hər­lə­nən) xis­lə­ti­ni aç­maq­dır ki, bu mə­na­da Le­ni­nin və ya Sta­li­nin qa­ra si­lue­ti və on­la­rın yer­lər­də­ki köl­gə­si olan «bi­rin­ci ka­tib» fi­qu­ra­la­rı or­ta­ya çı­xır.
A­zər­bay­can ic­ti­mai-si­ya­si fik­rin­də, o cüm­lə­dən ədə­biy­ya­tın­da Mir Cə­fər Ba­ğı­rov­la bağ­lı yüz­lər­cə açıq­la­ma­lar, fakt­lar, anek­dot­lar M.C.Ba­ğı­ro­vun müs­bət və ya mən­fi­li­yi haq­qın­da zid­diy­yə­tin də­rin­li­yi­ni gös­tə­rir. Fə­qət bu zid­diy­yət nə qə­dər də­rin və ya ge­niş olur­sa-ol­sun, Mir Cə­fə­rin bir xey­li müs­bət qə­ra­rın­dan, hə­rə­kət­lə­rin­dən, Mosk­va ic­ra­çı­sı ol­ma­ğın­dan ası­lı ol­ma­ya­raq (və həm də onun müs­bət sa­yı­lan əməl­lə­ri­nin üs­tü­nə xətt çək­mə­dən) 30-cu il­lər­də Azər­bay­can soy­qı­rı­mı­nın baş akt­yo­ru ol­du­ğu­nu, kim­lə­rin onun ya­nın­da ol­du­ğu­nu, kim­lə­rin onun (və ya re­ji­min) qur­ba­nı ol­du­ğu­nu, kim­lə­rin ölüm­dən ya­yın­dı­ğı­nı və nə­yin he­sa­bı­na ya­yın­dı­ğı­nı in­kar et­mir. Mən he­sab de­yər­kən, rəh­mət­lik­lə­ri yar­qı­la­maq, mü­ha­ki­mə et­mək is­tə­mi­rəm. O mə­nim de­yil, ta­ri­xin işi­dir. Və bu iş­də ha­mı ey­ni sə­viy­yə­də və müs­tə­vi­də de­yil. An­caq 50 ya­şın­da ən ağır xəs­tə­li­yə ya­xa­la­nan S.Vur­ğun da, hə­ya­tı zə­hə­rə dö­nən R.Rza da, M.İb­ra­hi­mov da, H.Meh­di... də və sağ qa­lan on­lar­ca ya­zı­çı­nın, ali­min nə­lər itir­di­yi­ni, nə­lə­ri qur­ban ver­di­yi­ni heç kəs he­sab­la­ya bil­məz. Qur­ban ge­dən­lə­rin in­ti­qa­mı­nı qur­ban get­mə­yən­lər­dən al­maq ənə­nə­si­nin özü so­vet ənə­nə­si və so­vet psi­xo­lo­gi­ya­sı­dır. Və şüb­hə­siz ki, Sta­lin-Man­delş­tam, Sta­lin-Bul­qa­kov... di­xo­to­mi­ya­ları ki­mi, Mir Cə­fər - Ca­vid, Mir Cə­fər - Müş­fiq... di­xo­to­mi­ya­la­rı da ara­dan qal­dır­mır.
«Zül­mün öz-özü­nü məhv et­mə­si apo­ka­lip­sis­dir (qi­ya­mət­dir)» - de­yən A.­Lav­ru­ki­nə bir­cə əla­vəm var. Bi­zi öl­dür­mə­yib hər şe­yi məhv edən sis­te­min ən bö­yük xə­ya­nə­ti ön­cə bi­zi öl­dür­mə­mə­si­dir. Apo­ka­lip­si­si göz­lə­mə­dən...»
So­vet ədə­biy­ya­tın­dan da­nı­şar­kən, tər­cü­mə ya­ra­dı­cı­lı­ğın­dan bəhs et­mə­mək, o pro­se­si bü­tov gör­mə­mək de­mək­dir.


20-ci il­lər­dən baş­la­ya­raq (hə­lə o za­man Z.Frey­din, T.Vul­fun, F.Nit­şe­nin, A.Şo­pen­haue­rin tər­cü­mə­lə­ri so­vet ideo­lo­gi­ya­sı­nın tam əks qüt­bü ol­sa be­lə) rus di­li­nə tər­cü­mə olu­nan dün­ya ədə­biy­ya­tı re­ji­min ağır ha­va­sı­nın tə­miz­lən­mə­sin­də, ədə­biy­ya­tın or­qa­nizm ki­mi möv­cud qal­ma­sın­da mi­sil­siz rol oy­na­mış­dır. Za­man-za­man çev­ri­lən və ədə­bi pro­se­sə cid­di şə­kil­də tə­sir edən A.­Mo­rua, L.A­ra­qon, N.Hik­mət, P.Ne­ru­da, E.­He­min­quey, A.­Kam­yu, F.Kaf­ka, K.Ham­sun, Y.Ka­va­ba­ta, Ko­be Abe, H.Böll, U.­Folk­ner, Q.Mar­kes, C.Se­lin­cer, T.Vulf, V.Vulf... tər­cü­mə­lə­ri yal­nız rus ədə­biy­ya­tı­nın de­yil, o za­man­kı bü­tün SSRİ xalq­la­rı ədə­biy­ya­tı­nın dün­ya­gö­rü­şü, dün­ya­ya­çı­xı­şı ol­muş­dur. Əgər «dün­ya­nın hər ye­rin­də in­san ru­hu­nu tut­maq üçün tor to­xu­nur»­sa (M.Qor­ki) re­jim­lər­dən ası­lı ol­ma­yan bə­şər ədə­biy­ya­tı­nın bir­gə­ya­şa­yı­şı­nı, di­lin­dən, di­nin­dən, ir­qin­dən, re­ji­min­dən... ası­lı ol­ma­yan bü­töv­lü­yü­nü də unut­maq ol­maz.
A­zər­bay­can türk­cə­si­nə çev­ri­lən (az da ol­sa) əsər­lə­rin bi­zim ədə­bi pro­ses üçün nə qə­dər əhə­miy­yət­li və ay­rıl­maz ol­du­ğu­nu is­bat et­mə­yə eh­ti­yac yox­dur.
Va­qon­da şei­ri­ni sa­tan Mə­za­hir də, mey­xa­na­nın araq qo­xu­lu tüs­tü­lü xa­nə­sin­də, ye­ri gə­lən­də, söz­süz də şe­ir ya­zan, qə­zəl­lə­ri ilə xə­yal sa­ray­la­rın­da ya­şa­yan Va­hid də, şei­ri­nə, de­di­yi sö­zə gö­rə Si­bir sür­gü­nü ya­şa­yan el şai­ri Azaf­lı Mi­ka­yıl da, Al­qa­yıt da və adı bi­lin­mə­yən və ya az ada­mın bil­di­yi on­lar­ca söz ada­mı da so­vet döv­rü­nün sə­nət­kar­la­rı­dır.
Hət­ta, Ə.­Va­hi­di xal­qın təz­yi­qi və tə­lə­bi ilə ən məş­hur­la­rın uyu­du­ğu döv­lət qə­bi­ris­tan­lı­ğın­da - Fəx­ri xi­ya­banda dəfn et­miş­lər.
So­vet döv­rü­nün xalq dis­si­den­ti olan bu sə­nət­kar­lar öz eti­ra­zı­nı qə­zəl, sev­gi şeir­lə­rin­də bil­di­rir, mey­xa­na, çay­xa­na ha­va­sı ilə dəb­də­bə­li sa­lon­la­ra dər­viş­va­ri ca­vab ver­mək­lə so­vet ideo­lo­gi­ya­sı­nın üzü­nə tü­pü­rür­dü­lər - de­səm, səhv et­mə­rəm.
So­vet döv­rün­də ya­şa­yıb so­vet şai­ri ol­ma­yan, ol­maq is­tə­mə­yən bu söz, sə­nət di­dər­gin­lə­ri­nin ya­ra­dı­cı­lı­ğı nə­zə­rə alın­ma­dan, öy­rə­nil­mə­dən döv­rün ədə­biy­ya­tı­nı bü­töv, bit­kin say­maq el­mi əda­lət­dən uzaq ol­du­ğu ki­mi, in­sa­ni ba­xım­dan da yan­lış­dır.
Öz döv­rün­dən ra­zı bö­yük ya­zı­çı yox­dur, əgər be­lə bi­ri­si var­sa, hər hal­da, bu, ano­ma­li­ya­dır.
Bu hər za­ma­nın için­də da­ha ağır za­man­la­rın ol­ma­sı da tə­bii­dir və ta­ri­xin be­lə ağır za­man­la­rın­dan bi­ri də, şüb­hə­siz ki, so­vet döv­rü­dür. İn­qi­lab və pro­le­tar dik­ta­tu­ra­sı ilə baş­la­yıb NEP-lə (Ye­ni İq­ti­sa­di Si­ya­sət­lə), sə­na­ye­ləş­dir­mə, kol­lek­tiv­ləş­dir­mə, mə­də­ni in­qi­lab, ac­lıq (tək­cə 1932-33-cü il­lər­də 50 min­dən ar­tıq in­san acın­dan ölüb), sə­fa­lət, rep­res­si­ya, mü­ha­ri­bə, ajio­taj, ya­lan, hay-küy... da­vam edən və ən tə­bii şə­kil­də da­ğı­lıb ge­dən bu sis­tem­dən müs­bət nə ax­ta­rıb tap­maq olar? An­tiin­san, an­ti­tə­biət, an­ti­ta­rix olan hər şe­yi.
Am­ma söh­bət bu re­jim­dən, dik­ta­tu­ra sis­te­min­dən get­mir.
Söh­bət bu sis­tem­də ya­şa­ma­ğa məh­kum olan in­san­dan və əl­bət­tə ki, ya­ra­dı­cı in­san­dan, onun ya­rat­ma­ğa məc­bur ol­duq­la­rın­dan və ya­rat­dıq­la­rın­dan ge­dir. Fa­ciə­li döv­rün fa­ciə­li ya­zı­çı­la­rı­nın fa­ciə­li əsər­lə­rin­dən da­nış­maq, on­la­rı təh­lil et­mək keç­miş üçün də, gə­lə­cək üçün də zə­ru­ri­dir - de­səm, səhv et­di­yi­mi dü­şün­mü­rəm.


(Ar­dı gə­lən sa­yı­mız­da)