Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU
TALISTAN DASTANI,
CAVANŞİR YURDU


Frans KAFKA
ATAMA MƏKTUB


Əhməd QƏŞƏMOĞLU


HƏSRƏT


Nahid HACIZADƏ
İLLƏRİN XATİRƏ İŞIĞINDA


Musa ƏLƏKBƏRLİ


Ayaz ARABAÇI


Fikrət SADIQ
«BUGÜNNAMƏ»


Müzahim İSMAYILZADƏ
QATARDA KEÇƏN GECƏ


Firuz MUSTAFA
Ironik monohekayələr


FƏXRƏDDIN MEYDANLI


Mobil QULUZADƏ


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA
(Davam)


Ka­mil VƏ­Lİ
«SO­VET ƏDƏ­BİY­YA­TI»:
GER­ÇƏK­LİK­LƏR, HƏ­Qİ­QƏT­LƏR, ZİD­DİY­YƏT­LƏR


Xədi­cə İS­GƏN­DƏR­Lİ
"SÖY­LƏ­RƏM PƏR­DƏ­DƏ GİZ­LİN
BE­LƏ MƏZ­MUN, MƏZ­MUN"
Nə­ba­ti ya­ra­dı­cı­lı­ğı­nın poe­ti­ka­sı­na da­ir mü­la­hi­zə­lər


To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ



 

To­fiq HA­CI­YEV
A­ZƏR­BAY­CAN ƏDƏ­Bİ Dİ­Lİ TA­Rİ­XİN­DƏ
FÜ­ZU­Lİ


 

Elm­də mil­li dil və onun da­va­mı ki­mi mil­li ədə­bi dil an­la­yı­şı var. Bu an­la­yış av­ro­pa­şü­nas­lıq­dan gə­lir. El­mi se­man­ti­ka­dan çox Av­ro­pa mər­kəz­çi­li­yi (av­ro­sent­rizm) ilə bağ­lı­dır. Bu dok­t­ri­na­ya gö­rə, mil­lət və tə­bii ki, onun­la bağ­lı tö­rə­mə­lər (mil­li ədə­bi dil, mil­li dil) ka­pi­ta­lizm­lə bağ­lı­dır. Hə­min dü­şün­cə­yə gö­rə, ka­pi­ta­lizm dün­ya ta­ri­xi üçün ye­ni mə­də­ni, el­mi sə­viy­yə ya­ra­dır və müa­sir yük­sək tə­rəq­qi­nin baş­lan­ğı­cı və hə­rə­kət­ve­ri­ci, si­ya­si-ic­ti­mai təş­ki­lat­çı­sı ka­pi­ta­lizm­dir. De­yir­lər ki, xalq ic­ti­mai kol­lek­tiv ola­raq mil­lət həd­di­nə ça­tan­da ən yük­sək in­ki­şaf sə­viy­yə­si­nə qo­vuş­muş olur. Hə­min möv­qe­dən, de­mə­li: Av­ro­pa öl­kə­lə­ri­nin xalq­la­rı, mil­lət məz­mu­nu kəsb edə­rək, müa­sir dün­ya­nın ən mə­də­ni cə­miy­yət­lə­ri­ni təş­kil edib­lər.
Bi­lin­di­yi ki­mi, Şər­qin və Qər­bin ya­şa­dı­ğı ta­ri­xi-coğ­ra­fi, si­ya­si, hər­bi, mə­də­ni şə­rait­lər müx­tə­lif ol­muş­dur və tə­bii ki, xalq və mil­lət an­la­yış­la­rı­nı da bu iki mə­də­niy­yət coğ­ra­fi­ya­sı üçün ey­ni kon­tekstdə də­yər­lən­dir­mək ger­çək mən­tiq de­yil. Av­ro­pa­lı­la­rın mil­lə­tin aya­ğı­na yaz­dıq­la­rı at­ri­but­la­rı biz Şərq­də, Türk Dün­ya­sın­da və onun tər­kib his­sə­si ki­mi Azər­bay­can­da xalq ki­mi iş­lən­miş ter­mi­nin için­də gö­rü­rük. Mə­sə­lən, Nə­si­mi­də, hət­ta "Də­də Qor­qud ki­ta­bı"n­da, bi­rin­də bir qə­dər çox, bi­rin­də nis­bə­tən az Azər­bay­can mil­li ədə­bi di­li­nin əla­mət­lə­ri ilə rast­la­şı­rıq. Mil­li dil, müa­sir dil­çi­lik an­la­yı­şı ilə, mil­lə­tin iş­lət­di­yi ün­siy­yət va­si­tə­si­dir. Bu­gün­kü Azər­bay­can di­li­nin əsas lü­ğət fon­du ta­ma­mi­lə və qram­ma­tik qu­ru­lu­şu ümu­mən hə­min mən­bə­lər­də (DQK-da və Nə­si­mi­də) gö­rü­nür. Bu mil­li dil Nə­si­mi­dən əv­vəl for­ma­laş­ma­ğa baş­la­yıb, on­da xü­su­si küt­lə və se­man­tik güc kəsb et­miş və yo­lu­nu da­vam et­dir­miş­dir. Öl­kə­lə­ri­ni mil­li dil­lə­rin ilk və­tə­ni sa­yan av­ro­pa­lı­lar­da da bu mil­li­li­yin for­ma­laş­ma­sı­nın əsr­lər­lə da­vam et­di­yi gös­tə­ri­lir. Mə­sə­lən, mü­tə­xəs­sis­lə­rin fik­rin­cə, al­man mil­li di­li­nin for­ma­laş­ma­sı XIV-XIX əsr­lər ara­sın­da baş ve­rir1. "İlk ka­pi­ta­list mil­lə­ti ital­yan­lar­da" (K.Marks) hə­min pro­ses da­ha uzun çək­miş­dir (XIII-XIX)2. Azər­bay­can di­li ta­ri­xin­də hə­min pro­ses xalq di­li­nin için­də get­miş­dir. Yə­ni, biz­də xalq di­li­nin müəy­yən­ləş­mə­si mil­li di­lin for­ma­laş­ma­sı de­mək­dir. Əli­miz­də olan ilk ya­zı­lı abi­də­miz "Də­də Qor­qud ki­ta­bı"­nın VII əs­rə aid ol­du­ğu­nu nə­zə­rə alan­da Azər­bay­can di­li ta­ri­xin­də hə­min in­ki­şaf da­ha ar­tıq da­vam et­miş­dir - M.Fü­zu­li­də ba­şa çat­mış­dır. Bu iş­də ob­yek­tiv və sub­yek­tiv fak­tor­lar bir-bi­ri­ni ta­mam­la­yır.
VII əsr­dən gə­lən ilk ya­zı­lı abi­də­mi­zin di­lin­də Azər­bay­can xal­qı­nın di­li­ni (yə­ni, mil­lə­tin di­li­ni, mil­li di­li­ni) əsas lü­ğət fon­du və qram­ma­tik qu­ru­lu­şu ilə gö­rü­rük: Qo­şa ba­dam sığ­ma­yan dar ağız­lum, Qu­ru­lu ya­ya bən­zər çat­ma qaş­lum, Güz al­ma­sı­na bən­zər al ya­naq­lum; Bir gün Qam­ğan oğ­li xan Ba­yın­dır ye­rün­dən dur­mış­di. Şa­mı gün­lü­gi yer yü­zi­nə dik­dir­miş­di. Ala sey­va­nı gög yü­zi­nə aşan­mış­di. Bin yer­də ipək xal­ça­sı dö­şən­miş­di. Bu, min üç yüz il bun­dan əv­vəl­ki di­li­mi­zin bu­gün­kü di­li­miz­lə səs­ləş­mə­si­dir. Heç bir Av­ro­pa mil­li di­li­nin baş­lan­ğı­cı bu­gün­kü şək­li ilə bu qə­dər səs­ləş­mir. Bu, Azər­bay­can türk­cə­si­nin al­tı əsr on­dan ("Də­də Qor­qud ki­ta­bı"n­dan) son­ra­kı XIII əsr nü­mu­nə­si: Şə­ha, şi­rin sö­zin qı­lur Mi­sir­də bir za­man ka­sid; Ba­şum­dan get­mə­di hər­giz sə­nün­lən iç­ti­güm ba­də; Ne­cə­sin, gəl, ey yü­zi ağum bə­nüm. Sən ərit­dün od­la­ra ya­ğum bə­nüm... Hüsn içün­də san­a ma­nənd ol­ma­ya, Əs­li yu­ca, könli al­ça­ğum bə­nüm (İ.­Hə­sə­noğ­lu). Bu, XIV əsr: Haq­qa şü­kür, qoç­la­run döv­ra­nı­dur, Cüm­lə aləm bu də­mün hey­ra­nı­dur, Gün ba­tar­dan gün do­ğan ye­rə də­kün Eşq əri­nün bir nə­fəs sey­ra­nı­dur (Q.Bür­ha­nəd­din). Bu da XV əsr: Do­da­ğun qənd imiş, bal an­da ney­lər, Nə na­zik xətt imiş, xal an­da ney­lər; Çoq dua­lar qıl­mı­şam mən xa­li­qün dər­ga­hi­nə, Çün mu­ra­dım ha­sil ol­maz, mən dua­nı ney­lə­rəm (İ.­Nə­si­mi). Mil­li de­yi­lən dil ki­mi XIII-XIV əsr­lər­dən XIX-ya ki­mi in­ki­şaf yo­lu ke­çən Av­ro­pa dil­lə­rin­dən heç bi­rin­də əsr­lər ara­sın­da bir-bi­ri ilə bu qə­dər səs­ləş­mə, bir-bi­ri­nə bu qə­dər ya­xın­lıq yox­dur. Bu, di­li­mi­zin keç­mi­şin­dən müx­tə­lif əsr­lə­rə aid mi­sal­lar­dır. Bu ya­zı­lı nü­mu­nə­lər ədə­bi dil fak­tı ol­maq eti­ba­ri­lə, şüb­hə­siz, ya­şa­yan, var olan xalq di­li­nin üs­tün­də du­rur, bu­ra­da Tür­küs­tan türk­cə­si de­yil, ca­ğa­tay ör­nək­lə­ri de­yil, gö­rün­dü­yü ki­mi, məhz Azər­bay­can türk­cə­si iş­lən­miş­dir. Yə­ni, xal­qı­mı­zın di­li bu ör­nək­lər­də Av­ro­pa­da "mil­lə­tin di­li" de­yi­lən dil sə­viy­yə­sin­də­dir. De­mə­li, Av­ro­pa dil­çi­li­yi­nin "mil­li ədə­bi dil" say­dı­ğı dil ol­ma­ğa di­li­miz ne­çə əsr əv­vəl­dən ha­zır ol­muş­dur. An­caq Azər­bay­can xal­qı­nın möv­cud di­li­nin "mil­li ədə­bi dil" ki­mi çı­xış et­mə­si üçün si­ya­si, mə­də­ni, ta­ri­xi-ic­ti­mai şə­rait müəy­yən­ləş­mə­yib­miş. Bu şə­rait Azər­bay­can ta­ri­xi­nin XVI əs­rin­də baş ve­rir. Bu za­man ob­yek­tiv ta­ri­xi şə­rait ye­ti­şir, mər­kəz­ləş­miş Azər­bay­can döv­lə­ti ya­ra­nır, bu dövr­də həm də sub­yek­tiv fak­tor mey­da­na çı­xır - mə­də­niy­yə­ti­mi­zin ta­ri­xi­nə Fü­zu­li dü­ha­sı gə­lir.
Folk­lor şei­ri­nin di­li, xalq şei­ri janr­la­rı­nın di­li o şeir­lə­rin ya­ran­dı­ğı döv­rə­dək ol­muş xalq di­li­nin özü­dür. Bu mə­na­da, Qur­ba­ni­nin sə­nət di­li XVI əsrdə Azər­bay­can xal­qı­nın da­nış­dı­ğı türk­cə­miz­dir. He­ca vəz­ni türk­cə­nin doğ­ma vəz­ni ol­du­ğu üçün sə­nət­kar­la­rın ya­rat­dı­ğı, müəy­yən tə­ləb­lər, öl­çü­lər üz­rə qur­du­ğu, hət­ta xalq di­li­nə gir­mə­miş, ya­ban­çı söz­lər­dən təş­kil et­di­yi ya­zı­lı dil de­yil, məhz cə­miy­yə­tin iş­lət­di­yi ün­siy­yət di­li­nə əsas­la­nır. Qur­ba­ni­nin bu di­li XVI əs­rin Azər­bay­can türk­cə­si­nin ey­ni­dir: Mür­şi­di-ka­mi­lim, Şeyx oğ­li şa­him, Bir ər­züm var qul­lu­ğın­a, şah, mə­nüm. Əziz ba­şun içün, oxu yaz­ğu­mi, Agah ol ha­lum­dan gah­ba­gah mə­nüm1. Bu da he­ca vəz­ni ol­du­ğu üçün tə­bii xalq di­li­nin gös­tə­ri­ci­si­dir: Kön­il, nə gə­zür­sən, sey­ran ye­rün­də, Aləm­də hər şe­yün var ol­ma­yun­ca, Olu­ra, ol­ma­za dost de­yüb gəz­mə, Bir əh­dü­nə bü­tün yar ol­ma­yun­ca (Xə­tai) 2.
Ey­ni xəl­qi lü­ğət tər­ki­bi­ni və for­ma­laş­mış mil­li qram­ma­ti­ka­nı əruz vəz­nin­də də gö­rü­rük: Qı­zıl gül, ba­ğü bus­ta­num, nə der­sən, Fə­da ol­sın san­a ca­num, nə der­sən; Ahu qu­zı doy­du­rub uyut­di, Oğur­la­nub özi ota get­di (Xə­tai); Ney­çün özin­ə zi­yan edir­sən,­ Yax­şı adıni ya­man edir­sən? Ney­çün san­a tə­nə edə bəd­gu, Na­mu­sın­a la­yiq iş­mi­dür bu? La­lə ki­bi sən­də lütf çoq­dır, Əm­ma nə de­yim, yü­zin açuq­dır. Qız­san, ucuz ol­ma, qəd­rin­ü bil. Hər su­rə­tə əks ki­bi baq­ma, Hər gör­dü­gin­ə su ki­bi aq­ma (Fü­zu­li).
Mi­sal­lar gös­tə­rir ki, Nə­si­mi­nin və nə­si­mi­yə­qə­dər­ki di­lin lü­gət və qram­ma­ti­ka­sı XVI əsr­də­ki mil­li dil­dən (mil­lə­tin di­lin­dən) xü­su­si se­çil­mir. Ümum­xalq di­li­nin (mil­li di­lin) for­ma­laş­ma­sı üçün mər­kəz­ləş­miş döv­lə­tin ya­ran­ma­sı va­cib amil­dir. El­mi ədə­biy­yat­da gös­tə­ril­di­yi ki­mi, Av­ro­pa­da mil­li dil­lə­rin ya­ran­ma­sı­nı ka­pi­ta­lizm tə­min edir­sə, Şərq­də bu işi mər­kəz­ləş­miş döv­lət ic­ra edir1. Ka­pi­ta­lizm feo­dal pə­ra­kən­də­li­yi­nə son qo­yub öl­kə­ni va­hid ba­za­ra bağ­la­yır. Ey­ni işi mər­kəz­ləş­miş döv­lət ye­ri­nə ye­ti­rir. Mər­kəz­ləş­miş döv­lə­tin ya­ran­ma­sı yo­lun­da XV-XVI əsr­lər­də apa­rı­lan cəhd­lər XVI əsrdə sə­fə­vi­lər za­ma­nın­da ba­şa ça­tır. Bu bö­yük ide­ya­nın da­hi müəl­li­fi, ta­ri­xi­mi­zin ca­han­şü­mul sər­kər­də­si Şah İs­ma­yıl Xə­ta­yi bu işi be­lə tə­səv­vür edir­di:

Şir­van xə­la­yi­qi qa­mu Təb­ri­zə da­şı­na,
Mül­ki-Əcəm so­rar ki: qı­ya­mət xa­çan qo­par.

Öl­kə­nin müx­tə­lif böl­gə­lə­rin­dən, şi­ma­lın­dan və cə­nu­bun­dan, şər­qin­dən və qər­bin­dən bö­yük ta­cir­lə­ri cəlb edən Təb­riz və Şa­ma­xı ba­zar­la­rı Azər­bay­ca­nın iq­ti­sa­di bir­ləş­mə­sin­də mü­hüm rol oy­na­dı. Bu iq­ti­sa­di əla­qə­lən­mə­də Azər­bay­can türk­cə­si, yə­ni dil fak­to­ru ən ef­fekt­li təş­ki­le­di­ci ki­mi çı­xış edir. Bu mən­zə­rə bu­gün­kü in­san­lar üçün qə­ri­bə gö­rü­nə bi­lər ki, ba­za­rın, iq­ti­sa­di bir­li­yin, ti­ca­rət­də qa­zanc gö­tür­mə­yin di­lə nə dəx­li var. An­caq XIII əsr lü­ğə­ti­nin müəl­li­fi İbn Mü­hən­na gö­rün nə ya­zır: "...bu təəs­süf do­ğu­ran ha­di­sə ilə rast­laş­mı­şam ki, adam­lar di­lin öy­rə­nil­mə­si­ni öz­lə­ri üçün əbəs sa­yıb­lar. Hal­bu­ki sə­ya­hət və gə­zin­ti­lə­rin­də bun­dan is­ti­fa­də edə bi­lər­lər, elə­cə də el­mi mə­sə­lə­lə­rin təd­qi­qin­də, ti­ca­rət­də fay­da qa­zan­maq və ya zi­yan­dan qaç­maq üçün, ya­xud bir iş­də us­ta­lı­ğı­na, sə­nət­kar­lı­ğı­na gö­rə haqq al­maq is­tə­yi ilə. ...öz müa­sir­lə­ri­nin qar­şı­sın­da üs­tün­lük əl­də et­mək üçün dil bi­li­yi on­la­rın gə­rə­yi olar­dı"2. Söh­bət in­san­la­rın bir-bi­ri­ni an­la­ma­sın­dan, müx­tə­lif dil sa­hib­lə­ri­nin ün­siy­yət an­laş­ma­sın­dan ge­dir. Və be­lə­lik­lə, bu iq­ti­sa­di, si­ya­si, mə­də­ni şə­rait­də Azər­bay­can türk­cə­si döv­lət di­li­nə çev­ri­lir, döv­lə­tin əra­zi­sin­də­ki hər kəs bu di­li bi­lir, onun­la ün­siy­yət sax­la­yır. Öl­kə­də­ki bü­tün et­nik qrup­lar iq­ti­sa­di bir­lik şə­rai­tin­də va­hid dil­də ün­siy­yə­tin va­cib­li­yi­ni dərk edir və döv­lət di­li öl­kə­nin ümu­mi ün­siy­yət va­si­tə­si olur. Döv­lət sis­te­min­də­ki ha­kim qüv­və­lə­rin, əyan­la­rın, sa­ray ya­xın­la­rı­nın, elə­cə də kü­bar ai­lə­lə­ri­nin zöv­qü və mə­na­fe­yi ərəb və fars dil­lə­ri­ni ta­mam təc­rid et­mə­yə im­kan ver­mir­di. Be­lə bir an­ti­de­mok­ra­tik mü­hit­də nəqd iq­ti­sa­di qa­zanc­la­rın gü­cü­nə ar­xa­la­na­raq Azər­bay­can türk­cə­si ümu­mi ün­siy­yət va­si­tə­si ola­raq döv­lət di­li he­ge­mo­ni­ya­sı­nı qa­zan­dı. Ümu­mün­siy­yət va­si­tə­si­nin zə­ru­ri­li­yin­də bir si­ya­si məq­sə­din də az ro­lu ol­ma­dı. Mə­sə­lən, şi­yə­lik təb­li­ğa­tı ilə ge­niş xalq küt­lə­si hö­ku­mə­tin ət­ra­fın­da bir­ləş­di­ril­di. Xə­tai­nin bu təb­li­ği mis­ra­la­rı­nı ya­da sal­maq ye­tər: Rəh­bər­siz heç yol bu­lun­maz...; Mür­şi­dün nə­fə­si həqq nə­fə­si­dür, Mür­şi­dün nə­fə­si həqq ri­za­sı­dur, Rəh­bə­rün əm­rin­də ol­ma­yan can­lar Yü­zi dön­müş cə­hən­nə­mə sü­ri­lür və s. Bü­tün bun­lar ümu­mi ün­siy­yət di­li­nin "ə­də­biy­yat­da möh­kəm­lən­mə­si­ni" (V.Le­nin) tə­min et­di. Be­lə­lik­lə, Azər­bay­can türk­cə­si­nin öl­kə­də ümu­miün­siy­yət va­si­tə­si ki­mi müəy­yən­ləş­mə­si, ümu­mi xalq di­li­nin (mil­li di­lin) var­lı­ğı və bu di­lin "ə­də­biy­yat­da möh­kəm­lən­mə" haq­qı qa­zan­ma­sı Azər­bay­can mil­li ədə­bi di­li­nin ya­ran­ma­sı üçün şə­rai­tin ha­zır ol­ma­sı de­mək idi.
Bir hal­da ki, mil­li ədə­bi di­lin for­ma­laş­ma­sın­dan söh­bət ge­dir, on­da nə­zə­ri ədə­biy­yat­dan gə­lən koy­ne fak­to­ru­na diq­qət ye­tir­mək la­zım­dır. Əv­və­lən, nə­zə­ri ədə­biy­yat­da Av­ro­pa dil­lə­ri üçün mü­şa­hi­də olun­muş koy­ne xü­su­siy­yət­lə­ri Şərq­də, mə­sə­lən, Azər­bay­can türk­cə­si­nin təc­rü­bə­sin­də özü­nü doğ­rult­mur. Yə­ni, hə­min dövr­də Azər­bay­ca­nın iki mə­də­niy­yət mər­kə­zi var­dı: Təb­riz və Şa­ma­xı. Həm Təb­riz, həm də Şa­ma­xı ba­za­rı öl­kə­nin iq­ti­sa­di əla­qə­si və in­ki­şa­fı üçün ey­ni də­rə­cə­də əhə­miy­yət kəsb edir­di. O da var ki, prin­sip­cə Təb­riz və Şa­ma­xı dia­lekt­lə­ri ara­sın­da bir-bi­ri­ni rədd edən əla­mət­lər yox idi. Mə­sə­lən, mil­li de­yi­lən dil nor­ma­sı­nın for­ma­laş­dı­ğı XVI əsrdə və XX əs­rin 20-ci il­lə­rin­də la­tın əlif­ba­sı­na ke­çə­nə qə­dər bü­tün fəa­liy­yə­ti döv­rün­də ya­zı­da özü­nü gös­tə­rən və ədə­bi dil nor­ma­sın­da ümu­mi­li­yi ilə diq­qə­ti çə­kən ahəng tə­za­hü­rü - do­daq-da­maq ahəng­lə­ri­nin po­zul­ma­sı, in­di­ki “y“ ye­rin­də “g”, “j” mü­qa­bi­lin­də iş­lən­mə­si və sa­ir xü­su­siy­yət­lər hər iki dia­lekt­də ey­ni idi. Baş­qa dil­lə­rin ta­ri­xin­də ana­lo­ji ha­di­sə­nin şa­hi­di olu­ruq. Mə­sə­lən, Ru­si­ya­da pay­tax­tın Mosk­va­dan Pe­ter­bur­qa köç­mə­si ilə bağ­lı baş ve­rən dil pro­se­si be­lə təs­vir olu­nur: "XVIII əs­rin əv­və­lin­də pay­tax­tın Pe­ter­bur­qa köç­mə­si rus ədə­bi di­li­nin ümu­mi key­fiy­yə­ti­nə əsas­lı tə­sir gös­tə­rə bil­məz­di. Ye­ni, pay­taxt­da müx­tə­lif dia­lekt­li əha­li var­dı. Bun­lar üçün hər hal­da ilk vaxt­lar­da Mosk­va­da for­ma­laş­mış tə­ləf­füz vər­diş­lə­ri və nor­ma­la­rı ör­nək ki­mi sax­la­nır­dı"1. Bu mə­na­da mər­kəz­ləş­miş Azər­bay­can döv­lə­ti­nə pay­tax­tın Təb­riz, ya Şa­ma­xı ol­ma­sı­nın fər­qi yox idi. Hət­ta, bu iki dia­lekt bu ba­xım­dan da uy­ğun idi ki, ədə­bi di­li­mi­zin ta­ri­xi üçün çox sə­ciy­yə­vi mor­fo­no­lo­ji fakt olan “n” (sa­ğır “n”) on­la­rın heç bi­rin­də yox­dur.
Doğ­ru­dur, Azər­bay­can ədə­bi di­li­nin ta­ri­xi fo­ne­tik-or­foq­ra­fik cə­hət­dən ən çox Təb­riz və Şir­van (Şa­ma­xı) dia­lekt­lə­ri­ni ya­da sa­lır. An­caq müx­tə­lif nitq sa­hə­lə­ri­nə aid fakt­la­ra, mor­fo­lo­ji əla­mət­lə­rə, xü­su­si­lə lek­sik-fra­zeo­lo­ji ma­te­ria­la gö­rə bu dia­lekt­lər­lə məh­dud­laş­mır. Dün­ya ədə­bi dil­lə­ri­nin təd­qi­qi­nə aid ədə­biy­yat­lar gös­tə­rir ki, mil­li dil­lə­rin ya­ran­ma­sı­na qə­dər müx­tə­lif xalq­lar­da ün­siy­yət fak­tı ki­mi dia­lekt­lə­rin sin­te­zin­dən iba­rət bir nitq for­ma­sı iş­lən­miş­dir2.
A­zər­bay­can di­li­nin ta­ri­xi təs­diq­lə­yir ki, mil­li­yə­qə­dər­ki dövr­də mü­kəm­məl ümum­xalq da­nı­şıq di­li­nin var­lı­ğı dia­lekt­lə­rin sin­te­zi­nin nə­ti­cə­si və ye­ku­nu­dur. Dia­lekt sin­te­zi "Də­də Qor­qud ki­ta­bı"n­da çox ay­dın şə­kil­də gö­rü­nür. Dia­lekt­föv­qü fakt ki­mi mey­da­na çı­xan şi­fa­hi xalq ədə­biy­ya­tı­nın folk­lor şei­ri­nin di­li də hə­min dia­lekt sin­te­zi­nin nə­ti­cə­si­dir. Bu­nu ya­zı­lı abi­də­lə­rin di­li də əks et­di­rir. Mər­kəz­ləş­miş Azər­bay­can döv­lə­ti­nin ya­ran­dı­ğı dövr­də öl­kə­nin mə­də­niy­yət mər­kə­zi­nin (əs­lin­də: mər­kəz­lə­ri­nin) möv­cud dia­lekt (koy­ne) xü­su­siy­yət­lə­ri əli­miz­də ya­zı nü­mu­nə­lə­ri olan bü­tün dövr­lər­də özü­nü gös­tə­rir: ən qə­dim "Də­də Qor­qud ki­ta­bı"­mız­da da, Hə­sə­noğ­lu (XIII əsr), Q.Bür­ha­nəd­din (XIV əsr) və Nə­si­mi­də də (XIV-XV əsr­lər). De­mə­li, Təb­riz (və Şir­van) dia­lek­ti və üs­tə­gəl “n”-li (sa­ğır nun­lu) han­sı­sa bir dia­lekt.
Mə­sə­lə­nin baş­qa tə­rə­fi də var: ahəng qa­nu­nu­nun Təb­riz və Şir­van dia­lekt­lə­rin­də­ki tip­də po­zul­ma­sı Or­xon-Ye­ni­sey abi­də­lə­ri­nin di­lin­də də baş ve­rir, hə­lə üs­tə­gəl bu dil­də sa­ğır nu­nun il­kin məx­rə­ci - “nq” af­ri­ka­tı da iş­lə­nir. De­mə­li: 1. Azər­bay­can­da mər­kəz­ləş­miş döv­lə­tin ya­ran­ma­sı za­ma­nı ədə­bi dil­də mü­şa­hi­də et­di­yi­miz fo­no-mor­fo­lo­ji və or­foq­ra­fik nor­ma ola bi­lər ki, çox qə­dim bir koy­ne­nin ənə­nə­si ol­muş­dur - hə­min koy­ne­də ya po­zul­muş ahəng­lə sa­ğır nun ya­na­şı iş­lən­miş­dir, ya da ahəng­siz dia­lekt­lə sa­ğır nun­lu dia­lekt bir­ləş­miş­dir. 2. Ola bi­lər ki, qə­dim türk im­pe­ri­ya­sı­nın ədə­bi dil nü­mu­nə­si olan Or­xon-Ye­ni­sey dil nor­ma­sı Tu­ran dün­ya­sı­nın bü­tün öl­kə­lə­ri ki­mi Azər­bay­can­da da iş­lən­miş və təd­ri­cən yer­li türk xalq da­nı­şıq di­li­nə tə­mas et­miş­dir.
Mil­li di­lin ta­ri­xi­nin bu qə­dər uza­ğa get­mə­si nə­zə­ri qa­nu­nauy­ğun­luq çər­çi­və­sin­də­dir. Rus və Av­ro­pa dil­çi­li­yin­də Şərq dil­lə­rin­dən da­nı­şar­kən "əs­ki dil" (sta­rıy ya­zık) və "ye­ni dil" (no­vıy ya­zık) ter­min­lə­ri iş­lə­nir. Bu hal­da "əs­ki dil" və "ye­ni dil" di­lin in­ki­şa­fın­da iki mər­hə­lə ki­mi gö­tü­rü­lür. Və "ye­ni dil" bir çox hal­lar­da X-XI əsr­lər­dən baş­la­yır, de­yək ki, hə­min dövr­dən­cə bu dil­lər ya­zı­da əks olu­nur. "Əs­ki ya­zı­lı" dil­lər ki­mi təq­dim olu­nan bu ədə­bi dil­lə­rin müa­sir qram­ma­tik qu­ru­luş və əsas lü­ğət fon­du ilə on əsr­lik yo­lu Av­ro­pa­da mil­li ad­lan­dı­rı­lan dil­lə­rin yo­lu­dur1. Ərəb, İran dil­lə­ri, bir çox türk dil­lə­ri, o cüm­lə­dən VII əsr­dən ya­zı­lı abi­də­si ("Də­də Qor­qud ki­ta­bı") gəl­miş Azər­bay­can türk­cə­si be­lə uzun ta­ri­xi in­ki­şaf yo­lu keç­miş­dir. Be­lə­lik­lə, müəy­yən­ləş­miş xalq di­li əsa­sın­da doq­quz əsr­lik ya­zı yo­lu keç­miş Azər­bay­can türk­cə­si­ni ha­zır olan ta­ri­xi-si­ya­si, iq­ti­sa­di və mə­də­ni şə­rait­də M.Fü­zu­li mil­li ədə­bi dil ki­mi ger­çək­ləş­dir­di. Dil­çi­lik­də­ki mə­lum qə­lib­lə de­sək: M.Fü­zu­li Azər­bay­can mil­li ədə­bi di­li­nin ba­ni­si­dir. Bu o de­mək­dir ki, M.Fü­zu­li di­li­nin qram­ma­tik qu­ru­lu­şu və əsas lü­ğət fon­du Azər­bay­can-türk mil­lə­ti­nin (bu, ey­nən Azər­bay­can xal­qı de­mək­dir) di­li­nin əsa­sı­dır və müa­sir mil­li Azər­bay­can ədə­bi di­li­nə uy­ğun­dur.
Bu hal­da Fü­zu­li di­li­nin müa­sir azər­bay­can­lı­la­ra nə də­rə­cə­də ay­dın olub-ol­ma­ma­sı me­yar de­yil. Əsas odur ki, bu gün di­li­miz­də möv­cud olan elə söz­də­yiş­di­ri­ci (qram­ma­tik) şə­kil­çi yox­dur ki, Fü­zu­li­də ol­ma­mış ol­sun; bu­gün­kü söz bir­ləş­mə­si növ­lə­ri - tə­yi­ni söz bir­ləş­mə­lə­ri, fe­li si­fət, fe­li bağ­la­ma, məs­dər tər­kib­lə­ri, sa­də və mü­rək­kəb cüm­lə tip­lə­ri onun di­lin­də var. Fü­zu­li di­lin­də­ki fra­zeo­lo­ji bir­ləş­mə­lə­rin, ata­lar söz­lə­ri və mə­səl­lə­rin ha­mı­sı müa­sir Azər­bay­can di­lin­də ya­şa­yır və iş­lə­nir. Elə­cə də məhz bu əsas­dır ki, Fü­zu­li döv­rü Azər­bay­can di­li­nin əsas lü­ğət fon­du bu gün qa­lır. Fərq lü­ğət tər­ki­bin­də­dir. Lü­ğət tər­ki­bi ba­xı­mın­dan ta­ri­xi, si­ya­si, mə­də­ni şə­rait­lə bağ­lı ola­raq hər əsr özün­dən əv­vəl­kin­dən fərq­lə­nir (bu, tə­bii­dir və bü­tün dün­ya dil­lə­ri­nə aid­dir). De­yək ki, Fü­zu­li­nin di­li, mə­sə­lən, Xə­tai­nin, Sa­ib və Qöv­si Təb­ri­zi­lə­rin di­li ilə mü­qa­yi­sə­də bu­gün­kü di­li­miz­dən da­ha çox fərq­lə­nir­sə, bu, Fü­zu­li­nin söz tu­tu­mu­nun on­la­rın­kın­dan qat-qat çox ol­ma­sı ilə bağ­lı­dır. Bu da tə­bii­dir: Fü­zu­li janr və for­ma əl­van­lı­ğı, üs­lub zən­gin­li­yi ilə çox yük­sək­də du­rur. İş bu­dur ki, bu gün müa­sir Azər­bay­can türk­cə­sin­də ün­siy­yət­də qa­lan, iş­lə­nən elə ərəb, fars söz­lə­ri yox­dur ki, bun­lar Fü­zu­li di­lin­də iş­lən­mə­miş ol­sun. Bu söz­lər min­lər­lə­dir. De­mə­li, bu min­lər­lə söz Fü­zu­li­də və müa­sir dil­də müş­tə­rək­dir.
Bə­kir Ço­ban­za­də I Tür­ko­lo­ji qu­rul­tay­da­kı mə­ru­zə­sin­də de­yir­di ki, bu gün, çu­vaş və ya­qut­la­rı çıx­maq­la, baş­qa türk xalq­la­rı­nın bir-bi­ri­ni ba­şa düş­mə­sin­də ərəb, fars söz­lə­ri­nin on­la­rın di­lin­də müş­tə­rək­li­yi mü­hüm rol oy­na­yır (Ste­noq­ram­ma...s. 191). Yə­ni, hə­min alın­ma söz­lər bu gün müx­tə­lif türk­cə­lə­rin də, o vaxt­kı Fü­zu­li döv­rü türk­cə­miz­lə bu­gün­kü­nün də kör­pü­sü­dür. Və, de­mə­li, hə­min əc­nə­bi lü­ğət XVI əsrdə xal­qın can­lı ün­siy­yə­tin­də iş­lə­nir­miş. Ey­ni za­man­da, Fü­zu­li di­lin­də iş­lən­miş min­lər­lə əc­nə­bi söz bu gün həm Azər­bay­can ədə­bi di­li, həm də xalq di­li üçün qey­ri-iş­lək­dir və müa­sir oxu­cu küt­lə­si üçün an­la­şıl­maz­dır. He­sab et­mək olar ki, hə­min lü­ğə­tin müəy­yən qis­mi öz za­ma­nın­da da ge­niş oxu­cu küt­lə­si üçün, bü­töv xalq üçün an­la­şıl­maz ol­muş­dur. Bu­nun iki sə­bə­bi ol­ma­lı­dır. Bi­ri: Fü­zu­li­nin di­li yük­sək in­tel­lekt di­li­dir. Bu dil, bir tə­rəf­dən, "xəl­qə ağ­zın sir­ri­ni" açır, "hər məh­vi­lin", yə­ni, xalq şən­lik­lə­ri­nin, mü­ğən­ni­lə­rin çı­xış et­dik­lə­ri məc­lis­lə­rin zi­nə­ti­dir, ey­ni za­man­da, qə­zəl "xi­rəd­mənd­lər (alim­lər) sə­nə­ti­dir", yə­ni, bu hal­da o, bir qru­pun an­laş­ma­sı­na yö­nə­lir. Bu­na gö­rə­dir ki, şai­rin çox qə­zəl­lə­ri­nin di­li ge­niş dai­rə­də an­la­şıl­dı­ğı hal­da, bə­zi­lə­ri­nin di­lin­də küt­lə­vi an­la­şıl­ma­yan ərəb söz­lə­ri çox­dur. Hət­ta bi­lin­di­yi ki­mi, şeir­lə­rin­də bü­töv mis­ra­lar, beyt­lər ərəb­cə, ya fars­ca, ya­xud ana­dil­li "Di­van­"ın­da bü­töv qə­zəl­lər ərəb di­lin­də söy­lə­nir - bu nü­mu­nə­lər hə­min "xi­rəd­mənd­lər" üçün nə­zər­də tu­tu­lur. Və, ümu­miy­yət­lə, di­lin­də ərəb, fars söz­lə­ri­nin çox­lu­ğu döv­rün sa­ray əyan­la­rı­nın, kü­bar ai­lə­lə­ri­nin, ta­cir­lə­ri­nin zöv­qü ilə bağ­lı idi (ya­dı­mı­za sa­laq ki, hət­ta Mol­la Pə­nah­da han­sı konk­ret şəx­sə ün­van­lan­ma­sı ilə əla­qə­dar bə­zi qoş­ma­la­rı­nın di­li vər­diş olun­ma­mış ərəb-fars kəl­mə­lə­ri və tər­kib­lə­ri ilə iş­lə­nir).


Baş­qa sə­bəb: Fü­zu­li­də janr, for­ma, üs­lub müx­tə­lif­li­yi var və bu for­ma­la­rın ta­ri­xi dil stan­dart­la­rı ol­muş­dur. Fü­zu­li­nin nəsr nü­mu­nə­lə­ri var. Bu dil çə­tin­li­yi­nə gö­rə şei­ri­nin di­lin­dən əsas­lı də­rə­cə­də fərq­lə­nir. Bu dil­də "xəl­qə ağ­zın sir­ri­ni hər dəm iz­har" et­mə­yən söz­lər çox iş­lək­dir. Nəs­rin özü də di­li­nin an­la­şıl­ma­ma də­rə­cə­si­nə gö­rə yek­cins de­yil. "Di­van­"ı­nın və "Ley­li-Məc­nun­"u­nun "Di­ba­çə"­lə­ri hə­yat­da, ün­siy­yət­də iş­lən­mə­yən dil­dir. Bu an­caq ki­tab­da, ya­zı­da möv­cud­dur. Onu hət­ta ərəb­cə, fars­ca­ya bə­ləd olan hər zi­ya­lı an­la­maz. Bu nəs­rin di­li­ni yal­nız mü­kəm­məl ərəb təh­si­li gör­müş elm adam­la­rı ba­şa dü­şə bi­lər­lər. "Hə­di­si-ər­bəin" tər­cü­mə­si­nə nəsr­lə ya­zıl­mış "Mü­qəd­di­mə" də, "Şi­ka­yət­na­mə"­nin gi­riş his­sə­si də hə­min üs­lub­lu dil­dir.
Bə­dii nəs­ri­nin di­lin­də və­ziy­yət nis­bə­tən asan­lı­ğa də­yi­şir, folk­lor-da­nı­şıq əsas­lı nəsr di­li­nə ya­xın­la­şır. "Hə­di­qə­tüs-süə­da"­nın di­li hə­min üs­lub­da­dır. Bu­ra­da rə­va­yət­dir ki, nəql­dir ki, müc­mə­lən, əl­qis­sə, əl­ha­sil, əl-aqi­bət ki­mi das­tan, na­ğıl ifa­də­lə­ri var (adi da­nı­şıq­da xü­la­sə, nə­ha­yət, na­ğıl­da, das­tan­da əl­qis­sə, əl­ha­sil, əl-aqi­bət ifa­də­lə­ri ilə mü­qa­yi­sə edin). Fü­zu­li nəs­rin­də xü­su­si "Şi­ka­yət­na­mə" di­li var. Bu, sink­re­tik mətn di­li­dir: nəsr və şe­ir, müəl­lif di­li və dia­loq, ərəb­cə ifa­də və cüm­lə­lər. Bu­ra­da­kı dia­loq di­li küt­lə­vi ün­siy­yət di­li­nə çox ya­xın­dır*.
Şai­rin ya­ra­dı­cı­lı­ğın­da epis­tol­yar üs­lu­bun (məhz epis­tol­yar üs­lub!) ti­pik nü­mu­nə­lə­ri var: "Qa­zi Əlaəd­di­nə mək­tub", "Əh­məd bə­yə mək­tub", "Bə­ya­zid Çə­lə­bi­yə mək­tub". Mək­tub­lar­da nəsr­lə ya­na­şı, nəzm də iş­lə­nir. Mək­tub­la­rın­da­kı nəsr di­li an­laş­ma də­rə­cə­si­nə gö­rə bə­dii nəs­ri­nin di­li­nə uy­ğun­dur. "Bə­ya­zid Çə­lə­bi­yə mək­tub" ərəb­cə iki nəsr par­ça­sı və üç beyt fars­ca şeir­lə baş­la­yır və ma­raq­lı­dır ki, mək­tub­da son­ra gə­lən şe­ir nü­mu­nə­lə­ri­nin ha­mı­sı fars­ca­dır. O da diq­qə­ti çə­kir ki, bu mək­tu­bun nəsr di­lin­də os­man­lı söz­lə­ri və ca­ğa­tay şə­kil­çi­lə­ri (-dın çı­xış­lıq hal şə­kil­çi­si) iş­lən­miş­dir. Fü­zu­li­nin epis­tol­yar di­li ay­rı­ca üs­lub ki­mi diq­qə­ti çə­kir. Son­ra­lar mək­tub­lar­da üs­lub fak­tı ki­mi ənə­nə­vi da­vam edə­cək məx­su­si əv­vəl və axır bu nü­mu­nə­lər­də özü­nü gös­tə­rir. Fü­zu­li­nin mən­zum ya­ra­dı­cı­lı­ğı da for­ma­ca çox müx­tə­lif­dir: qə­zəl, rü­bai, qi­tə, məs­nə­vi, tər­kib­bənd, tər­ci­bənd, mü­rəb­be, mü­xəm­məs, al­le­qo­ri­ya, müəm­ma­lar. Bu for­ma­lar­dan hər bi­ri­nin özü­nə məx­sus ifa­də­lə­ri və ifa tər­zi var. Hə­min ifa­də ma­te­ria­lı və ifa­də tərz­lə­ri üs­lub məx­su­si­li­yi­nə qə­dər fərq­lər ve­rir. Fü­zu­li mü­kəm­məl tər­cü­mə­lə­rin müəl­li­fi­dir ki, bun­la­rın da özü­nə­məx­sus dil xü­su­siy­yət­lə­ri gö­rü­nür.
Bir söz­lə, Fü­zu­li üs­lu­bi dif­fe­ren­sia­si­ya an­la­yı­şı­nı ya­rat­dı və Azər­bay­can ədə­bi di­li­ni lek­sik və qram­ma­tik ba­xım­dan bü­tün üs­lu­bi im­kan­lar­la tə­min et­di - mü­va­fiq mə­də­ni şə­rait is­tə­ni­lən funk­sio­nal üs­lu­bu işə sa­la bi­lər­di. Yə­ni, Av­ro­pa el­min­də mil­li ədə­bi dil de­yi­lən sə­viy­yə­ni Azər­bay­can türk­cə­si üçün Fü­zu­li ha­zır­la­dı.
­İn­di­yə qə­dər dil­çi­li­yi­miz­də bu fi­kir söy­lən­mə­yib. Fü­zu­li di­li­nin türk­cə­mi­zin əsas lü­ğət fon­du­na mak­si­mum ya­xın­lı­ğı­na diq­qət ye­tir­mək əvə­zi­nə əbə­di di­lin lü­ğət tər­ki­bin­də ar­xaik­ləş­miş an­la­şıl­maz ərəb, fars söz­lə­ri­nə fi­kir ver­miş­lər. Fü­zu­li di­lin­də müa­sir türk­cə­mi­zin qram­ma­tik qu­ru­lu­şu­nun, xü­su­si­lə sin­tak­si­sin sa­bit­ləş­miş ol­ma­sı­nı gör­mək­dən­sə, onun di­lin­də­ki ərəb, fars iza­fət­lə­ri­ni önə çək­miş­lər. Adə­tən türk­cə­mi­zin mil­li ədə­bi dil sə­viy­yə­si­ni Mol­la Pə­nah Va­qif­lə bağ­la­yır­lar. An­caq Va­qi­fin lü­ğə­ti elə həcm­də de­yil ki, ona əsas­la­nıb "mil­li di­li" qə­bul edə­sən və onun di­li mil­li ədə­bi di­lin bü­növ­rə­si ol­sun. Mol­la Pə­na­hın 4500 söz ehi­ya­tı var, Fü­zu­li­nin­ki 20 min­dən ar­tıq­dır.
De­yi­lir ki, A.S.Puş­kin rus mil­li ədə­bi di­li­nin ba­ni­si­dir1. Tə­bii ki, şa­ir ol­maq eti­ba­ri­lə o, mil­li ədə­bi di­lin an­caq bə­dii üs­lu­bu­nu ha­zır­la­mış­dır. V.V.Vi­noq­ra­dov ya­zır ki, hə­lə Puş­kin za­ma­nın­da abstrakt-fəl­sə­fi üs­lub, el­mi və pub­li­sist üs­lub­lar yox idi - bu üs­lub­lar bir ne­çə onil­lik son­ra, V.Be­lins­ki­dən, A.­Gert­sen­dən son­ra for­ma­la­şır2. De­mə­li, rus mil­li ədə­bi di­li­nin funk­sio­nal bü­töv­lü­yü (üs­lub­la­rın çox­va­lent­li­li­yi) mil­li ədə­bi di­lin ya­ran­ma­sın­dan son­ra baş ve­rir. Bəs bu hal­da ni­yə Puş­kin rus mil­li ədə­bi di­li­nin ba­ni­si sa­yı­lır? Çün­ki "Puş­ki­nin ya­ra­dı­cı­lı­ğın­da rus ədə­bi və şi­fa­hi ifa­də­lə­ri­nin ədə­bi nor­ma­la­rı ay­dın şə­kil­də müəy­yən­ləş­miş­di və müa­sir rus di­li­nin qu­ru­lu­şu əsas qat­lar üz­rə for­ma­laş­mış­dı"3. Bu mə­na­da müa­sir Azər­bay­can türk­cə­si­nin qu­ru­lu­şu Fü­zu­li di­lin­də da­ha əha­tə­li şə­kil­də əks olun­muş­dur.
Mil­li ədə­bi dil­lə­rin müx­tə­lif qu­ru­luş qat­la­rı­nın for­ma­laş­ma ar­dı­cıl­lı­ğın­da ey­niy­yət yox­dur. Mə­sə­lən, in­gi­lis və al­man mil­li ədə­bi dil­lə­rin­də ən axı­rın­cı sin­tak­sis for­ma­la­şır1. Azər­bay­can mil­li ədə­bi di­li­nin sin­tak­si­si M.Fü­zu­li­də müəy­yən­lə­şir. De­mə­li, bu pro­ses ədə­bi di­lin lü­ğət tər­ki­bi ilə ey­ni vaxt­da ba­şa ça­tır. Azər­bay­can mil­li ədə­bi di­li­nin Fü­zu­li sin­tak­si­si tam Azər­bay­can türk­cə­si­dir, mor­fo­lo­gi­ya­sı da­ha çox oğuz­ca­dır. Bu­na gö­rə də Fü­zu­li di­li­nin mor­fo­lo­gi­ya­sın­da Tür­ki­yə türk­cə­si fakt­la­rı xey­li yer tu­tur. Hal­bu­ki Fü­zu­li sin­tak­si­si müa­sir Tür­ki­yə türk­cə­si ilə üst-üs­tə düş­mür. Ya­zı­da­kı və­ziy­yə­tin­dən çı­xış et­sək, ədə­bi di­lin fo­ne­ti­ka­sın­da Azər­bay­can xalq türk­cə­si­nin əks olun­ma­sı lü­ğət və sin­tak­sis­dən son­ra baş ver­miş gö­rü­nür. An­caq nə­zə­rə alın­ma­lı­dır ki, Azər­bay­can mil­li ədə­bi di­lin­də fo­ne­tik nor­ma­nın nis­bə­tən lən­gi­mə­si can­lı Azər­bay­can xalq di­li ilə yox, əlif­ba-im­la mü­ha­fi­zə­kar­lı­ğı ilə bağ­lı­dır - bir növ sub­yek­tiv fak­tor­dur, re­al ta­ri­xi­lik de­yil (in­gi­lis­cə "a­na" sö­zü­nün ta­ri­xən ya­zıl­dı­ğı “mother” im­la­sı­nı sax­la­ya­raq, “ma­zə” tə­ləf­füz edil­di­yi­ni ya­da sa­lın; yə­ni, tə­ləf­füz də­yi­şir, im­la öz ta­ri­xi­li­yi­ni qo­ru­yur).
Be­lə­lik­lə, Puş­ki­nin XIX əs­rin bi­rin­ci ya­rı­sın­da rus di­lin­də gör­dü­yü işi Fü­zu­li Azər­bay­can türk­cə­si­nin ta­ri­xin­də XVI əs­rin bi­rin­ci ya­rı­sın­da gö­rür. Ey­ni za­man­da, Dan­te­nin ital­yan mil­li ədə­bi di­li­nin ta­ri­xin­də­ki2 ro­lu­nu Azər­bay­can­da Fü­zu­li ye­ri­nə ye­tir­miş­dir.
On­suz da türk di­li ənə­nə­vi ola­raq Şərq və Qərb ədə­bi türk­cə­lə­ri ki­mi fəa­liy­yət gös­tər­di­yi üçün Azər­bay­can ədə­bi di­li­nin öz mux­ta­riy­yə­ti var­dı. XII-XIII əsr­lər­dən Or­xon və "Qu­tad­ğu bi­lig" ədə­bi nor­ma­la­rı ar­tıq Azər­bay­can­da an­la­şıl­mır­dı, sa­də­cə, Şərq-Qərb türk ideo­lo­gi­ya­sı ilə ya­şa­yan müəy­yən qrup sa­vad­lı­lar­la məh­dud­la­şır­dı.
Coğ­ra­fi ya­xın­lıq sə­bə­bi ilə Tür­küs­tan türk­cə­sin­dən səl­cuq­la­rın oğuz­ca­sı­nın için­də Qər­bə gəl­miş Şərq türk­cə­si­nin ele­ment­lə­ri XIII əsrdə ar­tıq ar­xaik­ləş­miş­di. Cin­gi­zi­lə­rin mon­qol yü­rüş­lə­ri ilə Şərq türk­cə­si ye­ni­dən dir­çəl­mək şan­sı qa­za­nır­dı. Bu­na gö­rə də XIII-XIV əsr­lər­də xey­li lü­ğət əsər­lə­ri ya­ran­dı. An­caq tə­bii ki, müx­tə­lif coğ­ra­fi­ya­la­rın əha­li­si­nə lu­ğət ki­tab­la­rı­nın va­si­tə­si­lə dil öy­rət­mək real­lı­ğa çev­ri­lə bil­məz­di. Bu ikin­ci dal­ğa, Çin­gi­zi­lə­rin gə­li­şi an­caq onun­la nə­ti­cə­lən­di ki, Azər­bay­can ədə­bi di­lin­də Şərq türk­cə­si adı­na məh­dud dai­rə­də ca­ğa­tay ele­ment­lə­ri iş­lən­di. Bu­na XIV-XV əsr­lər­də epi­zo­dik şə­kil­də Nə­si­mi və Kiş­və­ri­də rast gə­li­rik. Ca­ğa­taizm­lə­rin Kiş­və­ri­də nis­bə­tən fəal­lı­ğı Azər­bay­can ədə­bi dil nor­ma­sın­dan gəl­mə­yib, Kiş­və­ri­nin şəx­sən öz­bək ya­zı di­li­nə (ca­ğa­tay­ca­ya) bə­ləd­li­yi ilə, Nə­vai­yə ya­xın­lı­ğı, özü­nü Nə­vai mək­tə­bi­nin nü­ma­yən­də­si say­ma­sı ilə bağ­lı­dır. Xə­tai­də tək-tək ca­ğa­taiz­min iş­lən­mə­si onun türk­cə­lə­rə türk im­pe­ra­to­ru ol­maq gö­zü ilə bax­ma­sın­dan gə­lir. Xə­tai həm də hökm­dar ol­maq eti­ba­ri­lə özü­nü in­tel­lekt­li hökm­dar, Türk Dün­ya­sı ədə­biy­yat­la­rı­na bə­ləd şəxs ki­mi gös­tər­mək is­tə­yir­di - tə­bii ki, bu hal­da XVI əs­rə qə­dər­ki türk­dil­li ədə­biy­ya­tın ən bö­yük şəx­siy­yə­ti ­Ə­li­şir Nə­vai­ni ta­nı­dı­ğı­nı, onun sə­nət di­li­ni bil­di­yi­ni gös­tər­mə­li idi. M.Fü­zu­li öz şah əsə­ri "Ley­li və Məc­nun"­da Ə.­Nə­vai­ni özü­nə müəl­lim say­dı­ğı­nı bil­di­rir. De­mə­li, Fü­zu­li özü­nə­qə­dər­ki ən mü­kəm­məl türk­dil­li "Ley­li-Məc­nun" ki­mi Nə­vai­nin əsə­ri­ni la­zı­mın­ca öy­rən­miş və bil­miş­dir. An­caq Fü­zu­li­nin "Ley­li və Məc­nun­"un­da bir də­nə də ol­sun, ca­ğa­tay di­li ele­men­ti yox­dur. Öz­bək şai­ri­nin şei­ri­nə yaz­dı­ğı nə­zi­rə­də ("İ­məs" rə­dif­li qə­zə­li ya­dı­nı­za sa­lın) Fü­zu­li ca­ğa­taizm iş­lət­miş­dir ki, bu da nə­zi­rə poe­ti­ka­sı­nın dön­məz qa­nu­nu­dur. Fü­zu­li­nin di­li bi­la­va­si­tə Qərb türk­cə­si, məhz Azər­bay­can türk­cə­si­dir.
Be­lə­lik­lə, Qərb türk­cə­sin­də Tür­küs­tan türk­cə­si­nin ge­ri çə­kil­mə­si, ar­xaik­ləş­mə­si ilə Azər­bay­can ədə­bi di­lin­də (elə­cə də Os­man­lı di­li ki­mi ta­nı­nan Tür­ki­yə ya­zı di­lin­də) ərəb, fars söz­lə­ri mey­dan su­la­ma­ğa baş­la­yır, bö­yük küt­lə­yə çev­ri­lir. Bu iş­də onun da müt­ləq bö­yük ro­lu var ki, türk ədə­biy­yat­la­rın­da, o cüm­lə­dən Azər­bay­can­da ya­zı­lı poe­zi­ya fak­tı ki­mi əruz şei­ri ha­kim möv­qe tu­tur. Fü­zu­li di­lin­də ərəb və fars söz­lə­ri­nin üs­tün­lü­yü bu­nun­la çox şərt­lə­nir.
Ey­ni za­man­da Fü­zu­li­nin qar­şı­sın­da bu beş yüz il­lik ərəb-fars­dil­li poe­zi­ya ilə və ərəb, fars söz­lə­ri ilə do­lu türk­dil­li əruz poe­zi­ya­sı ilə ya­na­şı bu da var­dır: ba­ya­tı­lar, gə­ray­lı­lar, var­sa­ğı­lar, qu­la­ğı­nın di­bin­də­ki Kər­kük ma­ni­lə­ri, Kaş­ğa­ri "Di­van­"ın­da­kı türk xalq şeir­lə­ri. XII əsr­dən tə­ri­qət­lə­rin, xalq su­fiz­mi­nin, dər­viş­li­yin fəl­sə­fə­si­ni ifa­də edən xalq poe­zi­ya­sı, Yə­sə­vi­nin, Yu­nus Əm­rə­nin ana di­li­nə mey­dan aç­mış sa­də şeir­lə­ri­nin di­li də göz qa­ba­ğın­da idi. Bü­tün bu dil nü­mu­nə­lə­ri­ni gö­rən Fü­zu­li öz türk ana di­li­ni bö­yük ədə­biy­yat, bö­yük poe­zi­ya di­li ki­mi ha­zır­la­maq üçün tan­rı­sın­dan yar­dım di­lə­yir.

Ey feyz­rə­sa­ni-ərə­bü tür­kü əcəm,
Qıl­dun ərə­bi əf­sə­hi-əhli-aləm,
Et­dün fü­sə­ha­yi-Əcə­mi İsa­dəm,
Mən türk­zə­ban­dan il­ti­fat ey­lə­mə kəm.

Qar­şı­sı­na bir türk ideo­lo­qu ki­mi məq­səd qo­yur:

Mən­də tö­fiq ol­sa, bu düş­va­rı asan ey­lə­rəm,
Növ­ba­har ol­ğac di­kən­dən bər­gi-gül iz­har olur.

Bu "düş­var"­dan çı­xa­caq ta­pır, de­mok­ra­tik dil for­ma­sı­nı elan edir: Qə­zəl rəs­min et cüm­lə­dən ix­ti­yar. Qə­zəl de ki, məş­hu­ri-döv­ran ola, Oxu­maq da, yaz­maq da asan ola.
Və şüur­lu şə­kil­də, məf­ku­rə nə­ti­cə­si ki­mi ya­rat­dı­ğı di­lin nü­mu­nə­lə­ri be­lə­dir: 1. Nis­bə­tən az an­la­şı­lan dil var: Hüs­ni-rə­yün afi­ta­bi-aləmi-sid­qü sə­fa, Xa­ki-pa­yin mən­şəi-cəmiyyəti-ruyi-zə­min; 2. Or­ta an­laş­ma də­rə­cə­sin­də olan dil var: Qıl­ma­sın dün­ya­də sul­tan­lar mə­nə tək­li­fi-cud, Bəs­dü­rür ba­şum­da töv­fi­qi-qə­naət əf­sə­ri. 3. Tam an­la­şı­lan dil var: Can söz­dür, əgər bi­lür­sə in­san, Söz­dür ki, de­yir­lər, öz­gə­dir can.
De­mə­li, Fü­zu­li­nin ya­şa­dı­ğı cə­miy­yət­də bu üç tə­fək­kür qa­tı ol­muş və bu nü­mu­nə­lər­dən hər bi­ri­ni öz an­la­ya­nı üçün yaz­mış­dır. Bu gün üçün çox­lu an­la­şıl­maz ərəb, fars söz­lə­ri­nin iş­lən­mə­si, Fü­zu­li di­li­nin müa­sir Azər­bay­can di­li­nin tə­mə­li ol­ma­sı­nı in­kar et­mir. Baş­qa xalq­lar­da da mil­li ədə­bi dil­lə­rin ta­ri­xin­də ana­lo­ji mən­zə­rə tək­rar olun­muş­dur.
Fü­zu­li Dan­te­nin işi­ni gör­dü, an­caq Şərq və Qərb (Asi­ya və Av­ro­pa) kon­tekstlə­ri var. Şərq­də ərəb­cə Ya­xın və Or­ta Şərq türk­lə­ri üçün elm di­li olub. Qərb­də bu işi la­tın di­li gö­rüb. La­tın­dan mil­li ro­man dil­lə­ri­nə qa­lan­lar et­nik kök­dən gə­lir, an­caq ərəb­cə­dən türk­cə­lə­rə ke­çən­lər yad mən­şə­li ol­maq­la iki­yə bö­lün­dü: 1. Xal­qın di­lin­də iş­lə­nən­lər, de­mə­li, an­la­şı­lan­lar; 2. An­caq zi­ya­lı­la­rın, sa­vad­lı­la­rın di­lin­də iş­lə­nən­lər - ya­zı di­li ilə gə­lən­lər. Fü­zu­li­də hər iki­si bir­lə­şir, çün­ki Fü­zu­li həm ge­niş küt­lə üçün ya­zır və küt­lə­nin di­lin­də iş­lə­nən­lər ba­şa dü­şü­lür, bu, xal­qın di­li­dir; həm də bi­la­va­si­tə "xi­rəd­mənd­lər" üçün, seç­mə - kü­bar qat üçün ya­zır­dı. Bu gün di­li­miz­də ba­şa dü­şü­lüb iş­lə­nən min­lər­lə ərəb, elə­cə də fars söz­lə­rin­dən elə­si yox­dur ki, Fü­zu­li­də ol­ma­mış ol­sun - bu, Fü­zu­li ərə­bizm­lə­ri­nin təx­mi­nən 80 fai­zi­dir. De­mə­li, ərə­bizm­lə­rin çox­lu­ğu an­la­şıl­maz­lıq de­mək de­yil. Nə­ti­cə: 1. Azər­bay­can di­lin­də bu­gün­kü türk söz­lə­ri­nin ha­mı­sı Fü­zu­li­də var; 2. Bu­gün­kü ərəb-fars alın­ma­la­rı­nın ha­mı­sı Fü­zu­li­də var. De­mə­li: mil­li di­lin lü­ğə­ti on­da cəm­lə­şir. Hər di­lin ta­ri­xi özü­nə­məx­sus­lu­ğu var. De­yək ki, Puş­kin rus mil­li ədə­bi di­li­ni for­ma­laş­dı­rar­kən lek­si­ka­da da­ha çox folk­lor əsas­lı can­lı di­lə əsas­la­nır və əs­ki slav­ya­nizm­lər­dən də is­ti­fa­də edir. An­caq rus mil­li ədə­bi di­li­nin sin­tak­si­si­ni fran­sız­ca­dan kal­ka­la­rın üs­tün­də qu­rur. Bu­na gö­rə də məhz lü­ğə­tin sa­yə­sin­də bu­gün rus Puş­ki­nin di­li­ni ra­hat ba­şa dü­şür və pro­fes­sio­nal ol­ma­yan­lar, ge­niş küt­lə bil­mir ki, Puş­ki­nin ya­rat­dı­ğı rus mil­li ədə­bi di­li­nin sin­tak­si­si­nin ba­za­sı fran­sız di­li­nə məx­sus­dur. M.Fü­zu­li­də tam ək­si­nə­dir: cüm­lə sin­tak­si­si tə­miz türk­cə­dir, an­caq lü­ğə­tin­də ərəb, fars mə­nim­sə­mə­lə­ri ək­sə­riy­yət təş­kil edir. Bu­na gö­rə də müa­sir dil üçün əc­nə­bi ar­xaik lek­si­kon Fü­zu­li­də da­ha çox­dur. Əl­bət­tə, bu ar­xaizm­lə­rin də­rə­cə­sin­də Fü­zu­li­dən gü­nü­mü­zə qə­dər­ki dörd yüz əl­li il­lik za­man mə­sa­fə­si­nin öz ta­ri­xi ro­lu var. Bu­nun­la be­lə, Fü­zu­li di­li­nin ta­ri­xi­li­yi­ni qav­ra­maq üçün bü­töv­lük­də Şərq kon­teks­ti­ni, türk dil­lə­ri­nin in­ki­şaf yo­lu­nu, elə­cə də Azər­bay­can ədə­bi di­li­nin əsr­lər­lə da­vam edən ənə­nə­vi gə­li­şi­ni nə­zə­rə al­maq la­zım­dır. Bu mə­na­da Azər­bay­can mil­li ədə­bi di­li tam və küt­lə­vi an­la­şı­lan dil de­mək de­yil. Mə­sə­lən, M.Ə.­Sa­bir XX əs­rin əv­vəl­lə­ri­nin şai­ri ola­raq, tə­bii ki, Azər­bay­can mil­li ədə­bi di­lin­də yaz­mış­dır. An­caq Fü­zu­li di­li ilə mü­qa­yi­sə­lər apa­raq.

Fü­zu­li­də:

Hüs­nün ol­duq­ca fü­zun eşq əh­li ar­tıq zar ey­lər,
Hüsn nə miq­dar olur­sa, eşq ol miq­dar olur.

Sa­bir­də:

Su­zi-binaleyi-pər­va­nə­ni gör, ey bül­bül,
Səh­ni-gül­zar­də an­caq sə­nin əf­ğa­nun var.

Fü­zu­li­də:

Pə­ri­şan ha­lin ol­dum, sor­ma­dun ha­li-pə­ri­şa­num,
Qə­mün­dən dər­də düş­düm, qıl­ma­dun təd­bi­ri-dər­ma­num.
Nə der­sən, ru­zi­ga­rım böy­lə­mi keç­sün, gö­zəl ya­rum,
Gö­züm, ca­num, əfən­düm, sev­di­güm, döv­lət­lü sul­ta­num.

Sa­bir­də:

Ha­li-məc­zu­bim gö­rüb, qa­re, de­mə, di­va­nə­dir,
Nə­re­yi-şu­ri­də­mi zənn et­mə bir əf­sa­nə­dir.
Şai­rəm, tə­bim dən­iz, şei­ri-tə­rim dür­da­nə­dir,
Beh­cə­tüm, ey­şüm, sü­ru­rim, vəc­düm əh­ra­ra­nə­dir,
İn­ci­za­bim cü­rə­ti-mərdaneyi-mər­da­nə­dir,
A­fə­ri­nim him­mə­ti-valayi-Sət­tar­xa­nə­dir.

Fü­zu­li­nin bey­tin­də az-çox “fü­zun” sö­zü du­man­lı gö­rü­nə bi­lər, Sa­bir­də “suz”, “səhn” müa­sir oxu­cu üçün ay­dın de­yil, hə­lə Sa­bir­də iza­fət­lər də na­ham­var­lıq təl­qin edir. Fü­zu­li­nin dörd­lü­yün­də bir də­nə ay­dın ol­ma­yan söz yox­dur, “ha­li-pə­ri­şan”, “təd­bi­ri-dər­man” iza­fət­lə­ri lek­sik tə­rəf­lə­ri­nin tam şəf­faf­lı­ğı nə­ti­cə­sin­də oxu­cu­nu bir zər­rə gü­cə sal­mır. Sa­bir­də­ki məc­zub (cəzb olun­muş), “qa­re” (oxu­cu), “şu­ri­də” (aşiq, məf­tun), “beh­cət” (şad­lıq), “sü­rur” (se­vinc, şad­lıq), “əh­ra­ra­nə” (azad­lıq dö­yüş­çü­sü­nə məx­sus), “in­ci­zab“ (vur­ğun­luq), “him­mət” (səy, qey­rət), “va­la” (ali, bö­yük) ki­mi söz­lər üçün ge­niş oxu­cu­nun lü­ğə­tə eh­ti­ya­cı var, “şei­ri-tər”, “cü­rə­ti-mər­da­nə” bir­ləş­mə­lə­rin­də tə­rəf­lə­ri an­la­şıq­lı ol­du­ğu üçün iza­fət­lər qav­ra­na bi­lir, an­caq “ha­li-məc­zu­bim”, “nə­re­yi-şu­ri­dəm”, him­mə­ti-valayi-Sət­tar­xan iza­fət­lə­rin­də na­mə­lum tə­rə­fə gö­rə mə­lum söz də mə­na­ca açıl­mır.
Bu baş­qa mə­sə­lə­dir ki, Fü­zu­li­də "A­çıl­di la­lə, gül­di qön­çə, gəl­di iş­rət əy­ya­mi", "Ol dos­tum idi, de­gil­di düş­mən, Həm ol ana aşiq idi, həm mən" ki­mi min­lər­lə tam şəf­faf mis­ra­lar və beyt­lər var. Və, ey­ni za­man­da, Sa­bi­rin küt­lə­vi-xəl­qi sa­ti­ra­la­rın­da "Ma­hi-Kə­na­nın ba­tub, ey pi­ri-Kə­nan, qəm ye­mə! Ta gü­lüs­ta­nun olub­dur bey­ti-eh­zan, qəm ye­mə! Ey di­li-möh­nət­zə­də, ol şad, ləb­ri­zi-sü­rur, qəm ye­mə!", "Bu tifl ki nu­ri-bə­sə­rü şi­re­yi-can­dır, Ta­bi-tə­nü ara­mi-di­lü ru­hi-rə­van­dır...", "Töh­mət edir qə­zet­çi­lə mə­şə­ri-na­sı bir be­lə", "Əq­val ilə əmal bir ol­say­dı yə­qi­nən", "Üm­mə­ti-mər­hu­mə­vü məğ­fur ilə, Əmr­də­yəm taə­ti-məz­bur ilə" ki­mi yüz­lər­lə mis­ra­lar, beyt­lər, bənd­lər var ki, için­də ge­niş oxu­cu küt­lə­si üçün mə­na­sı ay­dın ol­ma­yan söz­lər, ifa­də­lər iş­lən­miş­dir. On­da be­lə çı­xır ki, Sa­bi­rin di­li mil­li ədə­bi dil nü­mu­nə­si de­yil.
Bəs hə­lə ro­man­tik­lə­rin di­li­nə diq­qət edil­sin. Əli­bəy Hü­seyn­za­də: Ən­za­ri-şə­ba­bım­da pə­di­dar olan, ey zill, Ey zil­li-tü­luat, olu­yor­sın ye­nə pey­da; M.Ha­di: Ey toxm­pa­şi-məzrəeyi-el­mü mə­ri­fət, Ol­dun tə­ri­qi-mövqeyi-ənvari-məğ­fi­rət. Bir hey­kə­li-mü­cəs­səm idin, ey vü­cu­di-pak, Şol məs­lə­ki-bü­lən­di­lə ol­dun də­fi­ni-xak.
Bu­yu­run, bu, XX əs­rin əv­vəl­lə­ri­nin, mil­li ədə­bi di­lin ya­ran­ma­sın­dan dörd əsr son­ra­kı Azər­bay­can şe­ir di­li­dir. Ba­xıl­sa, nəsr di­lin­də də ey­ni mən­zə­rə­ni gö­rə­rik.
Fü­zu­li­də: ... Və da­xi zöv­qi-ictimai-lə­taif və şöv­qi-idraki-zə­raif iq­ti­za­si­lə bu sə­ra­dən ri­fə­ti-sü­rəy­ya və bu qət­rə­dən vü­sə­ti-dər­ya umu­lub və qə­lə­mi-sehr pər­da­zi fü­sun­saz edüb ni­fa­zi-əqaidi-əl­faz və ib­ra­zi-fəvaidi-ən­fas olun­maq olun­muş­dur. Bu bil­di­rir ki... ("Bə­ya­zid Çə­lə­bi­yə mək­tub"­dan)
Se­yid Əzim­də: Si­pa­si-bi­qi­yas ol müəs­si­si-əsasi-karxaneyi-nitq və bə­ya­nə kim, mən­tu­qe­yi-elmül-bə­yan ilə... Ta bu əy­ya­mi-məlalətəncami-bəd­fər­cam­də tə­qa­za­yi-seybi-sər­bə­nə­sib mə­ni naə­lac və gu­şe­yi-in­zi­va­yə möh­tac et­di. Abid­fi­rib olan büt­lə­rün xə­ya­li-xə­məb­ru­lə­ri ilə gu­şe­yi-meh­ra­bı tək­yə­gah et­düm və bu gu­şə­də tu­şe­yi-məq­su­də yet­düm ("Di­ba­çə"­sin­dən).
"Ə­kin­çi"­də: Heç şü­ur hə­sə­nə qə­bi və qə­bi­hə hə­sən de­məz. Sa­ni­yən, biz xəl­qi tə­vək­kül­dən sal­ma­rıq, çün tə­vək­kül bəd əz elm və təd­bir gə­rək­dir. Ona bi­naən de­yi­rik: elm və təd­bir sa­hi­bi gə­rək ol­maq, ta tə­vək­kül əh­li ola­san. Çün hik­mə­ti-banieyi-ila­hi hər şe­yə bir xa­siy­yət ve­rüb... Aya mil­lət, döv­lət içün əs­ba­bi-tə­rəq­qi­yat, ala­ti-hifzi-mil­lət, döv­lət və röv­nə­qi-ümuri-ti­ca­rət və sə­naət və qey­rə la­zım de­yil? (Fi 25 iyun Ru­si­yə, sə­nə 1876).
F.B.Kö­çər­li­də: Mol­la Mə­həm­məd Bağ­da­di türk şair­lə­ri­nin ba­ba­sı he­sab olu­nur. Nəsr və nəzm­də bir şəxs onun us­ta­dı ol­ma­yub­dur. Əa­zi­mi-üdə­ba­dan bir nə­fə­ri­nin asa­rı­nı sər­məşq və it­ti­xaz et­mə­yüb­dir. ...Ə­gər­çi "Hə­di­qə­tüs-Süə­da" nəsr ilə təh­rir olu­nub­dur..., la­kin bu nəsr­də Fü­zu­li o qə­dər mə­ha­rət və fə­sa­hət gös­tər­miş ki və əh­va­li-keyfiyyəti-şü­hə­da­nı elə bir gö­zəl və şi­rin dil ilə yaz­mış ki, əh­li-zövq və ər­ba­bi-mə­ri­fət in­din­də onun də­rə­cə və mən­zi­lə­ti çox nəzm­lər­dən ar­tıq­raq­dır ("A­zər­bay­can ədə­biy­ya­tı", I cild).
Ə­li bəy Hü­seyn­za­də­də: Ru­si­ya­da bu gün­lər­də va­qe olan hə­rə­ka­ti-qəyuranəyi-hür­riy­yət­ka­ra­nə­nin əhə­miy­yə­ti-əziməyi-alə­miy­yə­si in­kar olun­maz. Qaf­qaz xəl­qi­ni qul­lu­ğa, əsa­rə­tə mə­luf et­mək ol­maz. Qaf­qa­zın üç-dörd bin sə­nə­lik ta­ri­xi­ni qa­rış­dır­saq, onu dai­ma öz hür­riy­yə­ti və azad­lı­ğı içün mü­ha­ri­bə edən gö­rü­rüz... Bən­cə Qaf­qaz türk­lə­ri ət­ra­kın ən hür­riy­yət­pə­rəs­ti­dir. Bu məm­lə­kət­də heç bir qüv­vət hür­riy­yət şöv­qü­ni məhv edə­məz. Heç bir cəbr və təz­yiq, heç bir cə­fa və əziy­yət, heç bir zülm və si­təm hür­riy­yət odu­nı sön­dü­rə­məz ("Hə­yat", 1906, ¹ 143).
Gö­rün­dü­yü ki­mi: S.Ə­zi­min nəs­ri Fü­zu­li­nin­kin­dən çox az fərq­lə­nir. Bu, "Di­ba­çə" di­li­nin ənə­nə­vi stan­dart üs­tün­də dur­ma­sı ilə bağ­lı­dır, hət­ta səc­li­li­yi­ni (qa­fi­yə­li nəsr) də sax­la­yır. "Əkin­çi"­də məz­mu­na, müəl­lif­lə­rin üs­lu­bu­na gö­rə dil müx­tə­lif sə­viy­yə­lər­də çı­xış edir: son də­rə­cə sa­də - bu­gün­kü an­laş­ma də­rə­cə­sin­də və nis­bə­tən küt­lə­vi iş­lək ol­ma­yan lü­ğə­tin iş­lən­di­yi dil. F.Kö­çər­li­də ümu­mən di­li­mi­zin ter­mi­no­lo­ji müəy­yən­li­yi­nin ol­ma­ma­sı ilə bağ­lı ənə­nə­vi ob­raz­lar və ifa­də­lər iş­lə­nir, bü­töv­lük­də isə an­la­şı­lan el­mi dil möv­cud­dur. Əli­bəy isə öz türk­çü ideo­lo­gi­ya­sı­na uy­ğun ola­raq İs­tan­bul ağ­zın­da ya­zır­dı. Bü­tün nəsr nü­mu­nə­lə­rin­də küt­lə­vi an­la­şıl­ma­yan dil və əc­nə­bi söz bir­ləş­mə­lə­ri (iza­fət) Fü­zu­li nəsr di­li­nin, za­ma­na gö­rə, sa­də­lə­şə-sa­də­lə­şə gə­lən, an­caq üzül­mə­yən ənə­nə­si idi. Şüb­hə­siz, hə­min dövr­də əruz şei­ri­nin var­lı­ğı da öz sö­zü­nü de­yir­di - dil əruz şei­ri­nin da­nı­şan ənə­nə­vi ca­zi­bə­sin­dən ta­ma­mi­lə çı­xa bil­mir­di.


Baş­qa bir fakt. Üze­yir bəy Ha­cı­bə­yov "Ley­li və Məc­nun" ope­ra­sı­nı Fü­zu­li­nin sü­je­ti əsa­sın­da yaz­dı. Onun lib­ret­to­su­nun mət­ni Fü­zu­li­nin qə­zəl­lə­rin­dən və "Ley­li və Məc­nun" məs­nə­vi­sin­dən qu­rul­muş­dur. Ope­ra xo­run ifa­sın­da bir­ba­şa "Şə­bi-hic­ran ya­nar ca­nım, tö­kər qan çeş­mi-gir­ya­nım" mis­ra­la­rı ilə mə­lum məş­hur qə­zəl­dən dörd bey­tin oxun­ma­sı ilə baş­la­yır və bir kəl­mə an­la­şıl­maz söz yox­dur. Məc­nun sa­lon­da­kı din­lə­yi­ci-ta­ma­şa­çı­la­ra bir kəl­mə­si­ni də də­yiş­mə­dən Fü­zu­li­nin qə­zə­li ilə mü­ra­ciət edir:

Yan­dı ca­num hicr ilə, vəs­li-rüxi-yar is­tə­rəm,
Dərd­mən­di-fir­qə­təm, dər­ma­ni-di­dar is­tə­rəm.
Bül­bü­li-za­rəm, de­gil bi­hu­də əf­qan et­di­gim,
Qal­mı­şam na­lan qə­fəs qey­din­də, gül­zar is­tə­rəm.

Qə­zə­lin son­ra­kı beyt­lə­rin­də be­lə söz­lər, bir­ləş­mə­lər var: dəhr ba­za­rı, ka­sid, mə­tai-him­mət, bə­la­yi-dəhr, ra­hə­ti-cismi-zəi­fü ca­ni-əf­kar, şə­bi-hic­ran, tə­mən­na­yi-əcəl, bəz­mi-vəsli-dil­dar və s. Ley­li "Eşq da­mi­nə gi­rif­tar ola­lı zar olu­bam" mis­ra­sı ilə Fü­zu­li­nin di­li­ni da­vam et­di­rir. Ley­li və Məc­nun bir yer­də dərd­lə­ri­ni bir-bi­ri­nə çat­dı­rır­lar: "Ah ey­lə­di­yim sər­vi-xu­ra­ma­nın üçün­dür..." Ata­sı Məc­nu­na de­yir: "Can ver­mə ğə­mi-eş­qə ki, eşq afə­ti-can­dır...", ana­sı Ley­li­ni mə­zəm­mət edir: "Oğ­lan, əcəb ol­maz, ol­sa aşiq, Aşiq­lik işi qı­za nə la­yiq...". Məc­nun öz psi­xo­lo­ji ka­mil­li­yi­ni gös­tə­rə­rək eş­qin məc­nun­luq fəl­sə­fə­si­ni mu­si­qi di­li­nə çe­vi­rir: "Fə­za­yi-eş­qi ta gör­düm, sə­la­hi-əql­dən du­rəm, Mə­ni rüs­va gö­rüb eyb et­mə, ey na­seh ki, mə­zu­rəm" və "Eşq dər­di, ey müa­lic, qa­bi­li-dər­man de­gil..." Bu Məc­nun sər­kər­də No­fə­lə yük­sək üs­lub­da mü­ra­ciət et­mə­li ikən sö­zü­nü be­lə­cə sa­də, məi­şət di­lin­də de­yir: "Sən­də, bi­li­rəm ki, lütf çox­dur, Nə sud ki, mən­də bəxt yox­dur". Fü­zu­li­nin məş­hur mü­rəb­be­si İbn Sə­la­mın Ley­li­yə mü­ra­ciə­tin­də elə mü­na­sib gö­rü­nür ki, elə bil şa­ir bu­nu vax­ti­lə dram üçün ya­zıb­mış: Pə­ri­şan ha­lın ol­dum, sor­ma­dın ha­li-pə­ri­şa­nım, Qə­min­dən dər­də düş­düm, qıl­ma­dın təd­bi­ri-dər­ma­nım. Nə der­sən, ru­zi­ga­rım böy­lə­mi keç­sin, gö­zəl ya­rım (əs­lin­də: xa­nım. - T.H.), Gö­züm, ca­nım, əfən­dim, sev­di­gim, döv­lət­li sul­ta­nım". Ley­li­nin son sö­zü bu­dur: "Xoş­dur, nə qə­dər ey­lə­sə ya­rım cə­fa mə­nə...". Bu da Məc­nu­nun son sö­zü: "A­şiq ol­dur kim, qı­lır ca­nın fə­da ca­na­nı­na..."1. Mu­si­qi­li dram­da­kı bu dia­loq və mo­no­loq­lar oxu­cu və ta­ma­şa­çı üçün XX əsrdə an­la­şıl­maz­lıq ya­rat­mır­sa, XVI əsrdə Fü­zu­li­ni əha­tə edən mü­hit­də bu dil ne­cə an­la­şıl­maz ola bi­lər­di. Ya­xud bir az son­ra Üze­yir bəy baş­qa mu­si­qi­si ilə ye­nə Fü­zu­li şei­ri­nə üz tut­du: "Ar­şın mal alan" mu­si­qi­li ko­me­di­ya­sın­da XX əs­rin sev­gi­li­lə­ri ürək­lə­ri­ni Ley­li və Məc­nun ki­mi Fü­zu­li­nin qə­zəl­lə­ri ilə açır­dı­lar. Ar­şın­mal­çı Əs­gər bəy bu beyt­lə­ri di­li­nə gə­ti­rir:

Na­lə­dən­dir ney ki­mi ava­ze­yi-eş­qim bü­lənd,
Na­lə tər­kin qıl­ma­zam, ney tək kə­sil­səm bənd-bənd.

Hə­lə ifa­də­yə diq­qət ye­ti­rək: na­lə tər­kin qıl­ma­zam. Bu gün de­yər­dik: na­lə(­ni) tərk et­mə­rəm, ya­xud: na­lə­dən əl çək­mə­rəm. An­caq ən sər­rast qram­ma­tik ifa­də, əl­bət­tə, Fü­zu­li­nin­ki­dir.

Gül­çöh­rə Fü­zu­li­nin söz­lə­ri ilə züm­zü­mə edir:
Pə­ri­şan xəl­qi-aləm ahü əf­ğan et­di­gim­dən­dir,
Pə­ri­şan ol­du­ğum xəl­gi pə­ri­şan et­di­gim­dən­dir.
De­gil bi­hu­də, gər yağ­sa fə­lək­dən ba­şı­ma daş­lar2...

Psi­xo­lo­ji gər­gin­lik anın­da Gül­çöh­rə ye­nə ürə­yi­ni Fü­zu­li­nin beyt­lə­ri ilə açır:

A­şıq ol­dum ne­cə bir ta­zə gü­li-rə­na­yə
­Ki, sa­lıb­dır mə­ni o, iş­və ilə qov­ğa­yə...
Bu bir iş­dir ki, mə­ni ig­nə ki­mi in­cəl­dib,
Sa­lır ip­lik ki­mi hər dəm bir uzun sev­da­yə3.

"Ley­li və Məc­nun" ope­ra­sı da, "Ar­şın mal alan" mu­si­qi­li ko­me­di­ya­sı da XX əs­rin əv­vəl­lə­rin­də, Sa­bi­rin, Ha­di­nin, Əli­bə­yin yaz­dıq­la­rı za­man səh­nə gör­müş­dür. Ta­ri­xi mən­bə­lə­rin mə­lu­ma­tı­na gö­rə, Üze­yir bə­yin əsər­lə­ri, xü­su­si­lə ope­ra­sı, ne­cə de­yər­lər, hə­mi­şə anş­laq­la din­lə­nil­miş­dir. Bu ope­ra bu gün də sa­lon do­lu­su in­san­lar­la din­lə­ni­lir və hər kəs, de­yək ki, mə­na­sı­nı dü­rüst bil­mə­di­yi üç-beş kəl­mə­nin yox, bü­töv qav­ra­dı­ğı Fü­zu­li şei­ri­nin ca­zi­bə­sin­də qa­lır. XX əs­rin ikin­ci ya­rı­sın­da Bül­bül "Ley­li və Məc­nun" poe­ma­sın­dan bü­töv fəs­li xalq mu­si­qi­si­nin üs­tün­də oxu­yur­du və ha­mı ra­hat-ra­hat din­lə­yir­di. Bu gün Alim Qa­sı­mov qı­zı ilə bir­lik­də Fü­zu­li poe­zi­ya­sı­nı, klas­sik Fü­zu­li şei­ri­ni mu­ğam sil­si­lə­si şək­lin­də müa­sir­lə­ri­nə təq­dim edir və hə­ra­rət­lə qar­şı­la­nır, yə­ni, Fü­zu­li an­la­şı­lır - öz di­li ilə özün­dən dörd yüz il son­ra Fü­zu­li be­lə ya­şa­yır. Çün­ki bu, XVI əsrdə ya­ran­mış Azər­bay­can mil­li ədə­bi di­li­dir*.
An­laş­ma­da ta­ri­xi­li­yin, təh­sil ti­pi­nin, in­san­la­rın zöv­qü­nün ro­lu­nu bir da­ha tə­səv­vür et­mək üçün H.Ca­vid dram­la­rı­nın səh­nə ta­ri­xi də bi­zə çox söz de­yir. 1920-30-cu il­lər­də teat­rı­mız­da mün­tə­zəm ta­ma­şa­ya qo­yul­muş Ca­vid dram­la­rı­nın hə­mi­şə sa­lon do­lu­su ta­ma­şa­çı­la­rı ol­muş­dur. An­caq 30 il­lik fa­si­lə­dən son­ra 1960-cı il­lər­də bö­yük dra­ma­tur­qun ən gö­zəl əsər­lə­rin­dən "Şeyx Sə­nan" dra­mı­nın çox qı­sa səh­nə hə­ya­tı ol­du və bü­tün ta­ma­şa­lar­da ey­ni ta­ma­şa­çı bol­lu­ğu gö­rün­mə­di. Bu, ya so­vet ideo­lo­gi­ya­sı­nın küt­ləş­dir­di­yi zöv­qün, ya da di­lin an­laş­ma də­rə­cə­si­nin zəif­li­yi­nin nə­ti­cə­si idi - 1920-ci il­lər­də or­ta və ali mək­təb­lər­də təd­ris H.Ca­vi­din yaz­dı­ğı dil­lə (Tür­ki­yə türk­cə­si­nin nor­ma­sı ilə) ge­dir­di, mət­bua­tın di­li də hə­min idi. Ha­di­nin, Sa­bi­rin, Əli bə­yin XX əs­rin əv­vəl­lə­rin­də oxun­ma­sı, ba­şa dü­şül­mə­si də be­lə ol­muş­dur - döv­rün sa­vad­lı­la­rı ən azı məd­rə­sə təh­si­li gör­müş­dü­lər, ya­xud S.Ə­zi­min üsu­li-cə­di­di tip­li mək­təb­lər­də, Qo­ri se­mi­na­ri­ya­sın­da və öl­kə­nin müx­tə­lif şə­hər­lə­rin­də­ki gim­na­zi­ya və se­mi­na­ri­ya­lar­da oxu­muş in­san­lar idi­lər ki, bu təd­ris ocaq­la­rın­da mü­da­vim­lə­rə ərəb, fars dil­lə­ri öy­rə­di­lir­di. Hə­min dövr­də "Gəl, gəl, a yaz gün­lə­ri", "Dov­şan, dov­şan, a dov­şan" ki­mi tə­miz türk­cə dərs­lik şeir­lə­ri də, A.­Səh­hə­tin "Qaf­qaz al­tım­da­dır, ən müd­hiş olan zir­və­də mən" tər­cü­mə­lə­ri də var­dı. Fü­zu­li­nin za­ma­nın­da da Qur­ba­ni­nin "Qur­ba­ni der, kön­lüm sən­dən say­ru­dur, Ney­lə­mi­şəm, ya­rım mən­dən ay­ru­dur, Ay­rı­luq­mı çək­müş, boy­nu əy­ri­dür, Heç yer­də gör­mə­dim düz bə­nəv­şə­ni" de­yən di­li də möv­cud idi (diq­qət edin: Fü­zu­li ədə­bi for­ma ki­mi "əg­ri", Qur­ba­ni isə xalq da­nı­şıq di­lin­də­ki ki­mi "əy­ri" iş­lə­dir).
Bu gün Fü­zu­li qə­zəl­lə­ri Ba­kı ca­maa­tı, Ab­şe­ron əha­li­si tə­rə­fin­dən Azər­bay­ca­nın bü­tün böl­gə­lə­rin­də­kin­dən da­ha yax­şı ba­şa dü­şü­lür. Çün­ki Ba­kı kənd­lə­rin­də hə­mi­şə, mün­tə­zəm qə­zəl məc­lis­lə­ri ke­çi­ri­lir, müx­tə­lif yaş­lı, müx­tə­lif sə­viy­yə­li in­san­lar din­lə­yir və qav­ra­ma vər­di­şi qa­za­nır­lar. Bu şe­ir mü­hi­tin­də Ə.­Va­hid ki­mi müa­sir qə­zəl da­hi­si ye­ti­şib, onun yo­lu­nu da­vam et­di­rən Ha­cı Ma­yıl ki­mi sə­nət­kar­lar ya­zıb-ya­ra­dıb­lar. Bə­dii di­lin qav­ran­ma­sın­da nitq mü­hi­ti və poe­tik zövq va­cib şərt­dir. Fü­zu­li özü de­yir­di ki:

Şeir zöv­qün­dən ol­ma­yan agah
­Əh­li-nəz­mi mə­zəm­mət ey­lə­mə­sün.
Kən­di cəh­li­nə eti­raf et­sün,
Hər kə­ra­mə­tə sehr söy­lə­mə­sün.

Baş­qa bir mü­qa­yi­sə. Ta­ri­xən Azər­bay­can türk­cə­sin­də iş­lən­miş elə ərəb söz­lə­ri var ki, bu gün bi­zim di­li­miz­də iş­lən­mir, azər­bay­can­lı oxu­cu, hət­ta fi­lo­loq on­la­rı an­la­mır, an­caq Tür­ki­yə türk­cə­sin­də in­san­lar gün­də­lik ün­siy­yət­də on­la­rı iş­lə­dir­lər - be­lə­si­nə bir ne­çə nü­mu­nə: meş­reb (xa­siy­yət, dav­ra­nış - Fü­zu­li­də: Nə gör­di ba­də­də, bil­mən ki, ol­du ba­də­pə­rəst, Mü­rid məş­rə­bü zöh­had gör­dü­gün kön­lim), ce­lil (bö­yük) tə­sər­rüf (sərf et­mə), mü­said (mü­na­sib), mü­na­fik (ara­vu­ran), ma­lə­səf (təəs­süf), mü­na­zaa (mü­ba­hi­sə, sa­vaş), müm­taz (se­çi­lən, hör­mət­li), men­dil (dəs­mal), se­ne (il), te­lak­ki (an­la­yış, dün­ya ba­xı­şı), mun­zat (bir­ləş­miş), mü­sa­dif (rast­laş­ma), mun­fa­sıl (ay­rı), mu­sad­dak (təs­diq­lən­miş), ika (ika et­mək, "yap­mak"), na­fi­lə (ha­va­yı, boş), iha­nət (təh­qir, al­çalt­ma), meş­rut (şərt­lən­miş), meş­ru (qa­nun), meş­ru­bat (iç­ki, biz­də: şə­rab), ace­le (tez, ərəb­cə: əci­lə) və s. min­lər­lə, bə­li, yüz­lər­lə yox, məhz min­lər­lə söz­lər. Bu­ra­da mü­la­yim, an­caq dön­məz bir mən­tiq var: or­ta əsr­lər Ana­do­lu şair­lə­ri­nin, ya­zı di­li nü­ma­yən­də­lə­ri­nin iş­lət­dik­lə­ri, Os­man­lı di­li ad­lan­dı­rı­lan Tür­ki­yə ədə­bi di­li­nin ta­ri­xin­də iş­lən­miş bu söz­lə­ri bu gün Tür­ki­yə­nin xal­qı, zi­ya­lı­la­rı an­la­yır və ün­siy­yət­də iş­lə­dir­lər­sə, de­mə­li, bu lek­si­ka ta­ri­xən an­la­şıl­dı­ğı üçün ya­şa­dıl­mış və bu gün də is­ti­fa­də olu­nur. Os­man­lı ya­zı di­lin­də iş­lən­miş lü­ğə­tin­dən yüz­lər­lə söz müa­sir Tür­ki­yə ədə­bi di­li üçün ar­xaik­lə­şib­sə, bu bü­tün dün­ya dil­lə­rin­də ge­dən bir pro­ses­dir. Bu, sək­kiz yüz, al­tı yüz il get­miş in­ki­şa­fın nə­ti­cə­si­dir. Ye­ni­ləş­mə get­mə­sə, ar­xaik­ləş­mə də get­məz­di - bu­nu in­ki­şaf mən­ti­qi tə­ləb edir.
Ey­ni iş Azər­bay­can di­li­nin ta­ri­xin­də get­miş­dir. Fü­zu­li di­lin­də­ki ərəb lü­ğə­ti o dövr Azər­bay­can cə­miy­yə­ti tə­rə­fin­dən qə­bul olun­muş­dur. De­di­yi­miz ki­mi, el­mi üs­lub­da­kı lek­si­kon el­mi cə­miy­yə­tin işin­də iş­lə­nib, an­caq qə­zəl­lə­rin­də­ki, məs­nə­vi­lə­rin­də­ki, baş­qa bə­dii janr­la­rın­da­kı lü­ğət xal­qın, ge­niş küt­lə­nin qav­ra­yı­şı sə­viy­yə­sin­də ol­muş­dur. Fü­zu­li­nin bə­dii di­lin­də­ki ərəb lü­ğə­ti­nin ək­sə­riy­yə­ti bu gün müa­sir Azər­bay­can türk­cə­sin­də iş­lə­nir, yə­ni, an­la­şı­lır. Bu gün Azər­bay­can di­lin­də iş­lə­nən Fü­zu­li ərə­bizm­lə­rin­dən, xü­su­si­lə far­sizm­lə­rin­dən elə­lə­ri var ki, on­lar da müa­sir Tür­ki­yə türk­cə­sin­də iş­lən­mir. De­mə­li, Tür­ki­yə türk­cə­si­nin ta­ri­xi təc­rü­bə­si Azər­bay­can­da da ol­muş­dur: bu gün Fü­zu­li­nin bə­dii di­lin­də an­la­şıl­ma­yan ərə­bizm­lə­rin ha­mı­sı şai­rin müa­sir­lə­ri üçün ba­şa dü­şü­lən ol­muş­dur. Azər­bay­can və Tür­ki­yə türk­cə­lə­rin­də də, Tür­küs­tan və Vol­qa bo­yu türk­cə­lə­rin­də də, təx­mi­nən, ey­ni ərəb söz­lə­ri iş­lən­miş­dir (İm­pe­ri­ya di­li ol­du­ğu, ərəb­lər­lə da­ha çox kon­takt­da ol­du­ğu üçün, tə­bii ki, Tür­ki­yə türk­cə­sin­də nis­bə­tən ar­tıq ol­ma­lı idi). Ərəb söz­lə­ri is­lam di­ni və onun təd­ri­si, tə­li­mi ilə bağ­lı ol­du­ğun­dan, ərəb di­li döv­lət və elm di­li ki­mi məd­rə­sə­lər­də təd­ris edil­di­yin­dən Ön Asi­ya, Tür­küs­tan, Vol­qa bo­yu və Krım­da bir ərəb di­li mü­hi­ti var idi. Bu türk coğ­ra­fi­ya­la­rı­nın söz us­ta­la­rı ya­şa­dıq­la­rı cə­miy­yət­lər­də xal­qın mə­də­ni sə­viy­yə­si­ni, dil bi­li­yi­ni nə­zə­rə alıb öz əsər­lə­ri­nin ya­zır­dı­lar, de­mə­li, bi­la­va­si­tə öz cə­miy­yət­lə­ri üçün ya­zır­dı­lar. Ye­nə tək­rar edi­rəm: Fü­zu­li­nin an­la­şıl­ma­sı­nı bu­gün­kü oxu­cu­la­rın an­laş­ma də­rə­cə­sin­dən çı­xış edə­rək qiy­mət­lən­dir­mək ol­maz - za­ma­nın­da Fü­zu­li qə­zəl­lə­ri ra­hat­ca an­la­şı­lıb.
Baş­qa bir mə­sə­lə. Ta­ri­xən və bu gün Azər­bay­can­da iş­lə­nən in­san ad­la­rı fik­ri­mi­zi da­vam et­dir­mək üçün bi­zə müəy­yən söz de­yir. Bu gün in­san adı ki­mi elə ərəb və fars söz­lə­ri iş­lə­nir ki, ge­niş küt­lə bu ad­la­rın lü­ğə­ti mə­na­sı­nı bil­mir, hət­ta öz adı­nın mə­na­sı­nı bil­mə­yən zi­ya­lı­lar var. An­caq mə­lum­dur ki, ad­qoy­ma­da hə­mi­şə sö­zün mə­na­sı nə­zə­rə alı­nıb və əc­da­dı­mız, nə­nə­lə­ri­miz, də­də­lə­ri­miz öv­lad­la­rı­na ad ver­mək üçün yax­şı mə­na­lı söz­lə­ri se­çib­lər. Mə­na­sı­nı bu gün bil­mə­di­yi­miz ad­lar ənə­nə­vi iş­lə­nib və biz də də­də-ba­ba­la­rı­mız­dan gə­lən bu ad­la­rı sti­xi­ya ilə qə­bul edi­rik. De­mə­li, ulu ba­ba­la­rı­mız bu söz­lə­rin mə­na­sı­nı bi­lib­lər və, de­mə­li, bu söz­lər on­la­rın za­ma­nın­da ün­siy­yət­də iş­lə­nib, son­ra ar­xaik­lə­şib - mə­na sö­zün için­də daş­la­şıb, mə­na abi­də­lə­şib. Mə­na ad­la­rın için­də et­noq­ra­fik məz­mun ki­mi, adət ki­mi ya­şa­yıb. Bir ne­çə ör­nək: Şə­ma­yıl (şə­kil, gö­zəl su­rət. - Bir qa­yət ilə şə­mai­li-xub... - L.-M.), Sa­la­tın (sul­ta­nın cə­mi), Sə­məd (əbə­di), Əş­rəf (şə­rəf­li, möh­tə­rəm), Fa­iq (üs­tün, se­çi­lən), Riz­van (xoş­hal­lıq), Fu­ad (ürək), To­fiq (qa­bil ol­ma, ba­ca­rıq. - Mən­də to­fiq ol­sa, bu düş­va­rı asan ey­lə­rəm), Müş­fiq (şəf­qət­li), Məş­kur (şükr edi­lən, yax­şı), Şa­kir (şükr edən), Və­si­lə (va­si­tə, qo­vuş­ma), Nə­bi (pey­ğəm­bər), Rə­sul (el­çi, pey­ğəm­bər), İq­bal (bəxt. - Sən düş­mən üçün di­lər­sən iq­bal - L.-M.), Qə­dir (ta­le), Fi­ruz (qa­lib, bəxt­li), Müş­taq (həs­rət çə­kən. - Müş­ta­qi­nəm, ey əcəl, kə­rəm qıl), Nüs­rət (qə­lə­bə. - Ya­run tə­rə­fin­də ola nüs­rət), Əf­sər (tac. - Bəs­dü­rür ba­şum­da töv­fi­qi-qə­naət əf­sə­ri), Sü­rəy­ya (Ül­kər - ul­duz), Hə­bib///Hə­bi­bə (dost. - Hə­bi­bim, fəs­li gül­dür bu...), Va­qif (mə­lu­mat­lı, vəqf edən), Di­la­ra (ürək­bə­zə­yən), Di­ləf­ruz (se­vin­di­rən, ürə­ka­çan. - Ley­li ki­mi ləf­zi­mi di­ləf­ruz ey­lə), Ha­di (yol­gös­tə­rən), Rza (ra­zı), Dil­suz (ürək­yan­dı­ran), Mü­se­yib (la­qeyd, li­be­ral, tə­rəd­düd edən), Ra­hil/­//Rə­hi­lə (köç­mə, get­mə), Hə­sən (gö­zəl)...
Bu ad­la­rın ta­ri­xən ün­siy­yət­də konk­ret mə­na bil­di­rən söz­lər ki­mi iş­lən­miş ol­ma­la­rı­nı əya­ni gös­tər­mək üçün bun­lar­dan bə­zi­lə­ri­ni Fü­zu­li mis­ra­la­rın­da ver­dik. İn­san ad­la­rın­da iş­lə­nən ərəb, fars söz­lə­rin­dən müəy­yən qis­mi bu­gün­kü ün­siy­yə­ti­miz­də iş­lə­nir və ba­şa dü­şü­lür: Göv­hər, Gül­naz, Qön­çə, Cə­va­hir, Dür­da­nə, Züm­rüd, Fi­ru­zə, Mət­ləb, İz­zət, Mən­zə­rə, Hic­ran, Za­hir, Nə­sib///­Nə­si­bə, Alim­///A­li­mə, Arif­///A­ri­fə, Mü­ba­riz, Lə­tif///­Lə­ti­fə...
Bu gün an­la­şıl­ma­yan ad­la­rı da ta­ri­xən əc­da­dı­mız an­la­mış­dır. Bu gün öz­lü­yün­də an­la­şıl­ma­yan ərəb və ya fars sö­zü müəy­yən ifa­də da­xi­lin­də ra­hat­ca qav­ra­nır. Mə­sə­lən, ”övc” (ən yük­sək nöq­tə) şi­və­də "əvc elə­mək" (öh­də­sin­dən gəl­mək) ifa­də­sin­də iş­lə­nir (Cəb­ra­yıl şi­və­si), “yek­san” fars sö­zü­nün "bə­ra­bər, bir sə­viy­yə­də" ol­maq mə­na­sı bi­lin­mir, an­caq xa­ra­ba­lı­ğa dön­müş bir ti­kin­ti üçün iş­lə­di­lən "yer­lə yek­san ol­maq" ifa­də­sin­də ba­şa dü­şü­lür (hət­ta şi­və­lə­ri­miz­də xalq di­li­nə məx­sus me­ta­te­za­ya uğ­ra­yır: yes­kan); “na­tə­van” (güc­süz, zə­if) - bi­lin­mir, ta­va­na­sız bi­li­nir, “cən­nə­tül-mə­va” bi­lin­mir, an­caq si­no­ni­mi ilə ba­şa dü­şü­lür: “cən­nət-mə­kan”; “sa­yə”, “ba­rə” - fars söz­lə­ri “sa­yəm­də”/”sa­yə­sin­də”, “ba­rəm­də”/”ba­rə­sin­də” qə­lib­lə­rin­də qra­ma­tik­ləş­miş şə­kil­də mə­lum­la­şır; bad (fars­ca yel) “ba­da get­mək”, "öm­rü ye­lə ver­mək" fra­zeo­lo­ji tər­kib­lə­rin­də bi­li­nir; “mord” (fars­ca “ö­lü”) bi­lin­mir, an­caq “mür­də­şir“ an­la­şı­lır. Ya­xud “fa­siq” - ərəb­cə "pis əməl sa­hi­bi", "hiy­lə­gər" bə­dii əsə­rin için­də hər kə­sə ay­dın de­yil, an­caq şi­və­də “fa­sıq” tə­ləf­fü­zü ilə "bic, hiy­lə­gər, sa­man alt­dan su ye­ri­dən" mə­na­la­rın­da iş­lə­nir. Mətn­də “mə­zaq” (zövq, ləz­zət, həzz) ərəb sö­zü­nü bil­mə­yən bu­gün­kü azər­bay­can­lı­lar ma­zaq­laş­ma­ğın nə ol­du­ğu­nu bi­lir­lər; “bə­sər” (göz, gör­mə), “bə­sir” (uzaq­gö­rən, bi­li­ci), “bə­sa­rət” (açıq­göz­lü­lük, gə­lə­cə­yi gör­mə), “bə­si­rət” (gö­züa­çıq­lıq, uzaq­gö­rən­lik) söz­lə­ri­nin mə­na­sı­nı bu gün ba­şa düş­mə­yən xalq küt­lə­si "ba­sa­ra­tı bağ­lan­maq" fra­zeo­lo­gi­ya­sı­nı is­tə­ni­lən mə­qam­da ra­hat­ca iş­lə­dir; fars­ca “həf­tad” (70) sa­yı­nı bil­mə­yən bir şəxs sö­yüş­də "sə­nin həf­ta­dı­na (yə­ni yet­miş ar­xa dö­nə­ni­nə) lə­nət" de­yir; “in­tə­ha” (son, nə­ti­cə), “mün­tə­ha” (son, axır) söz­lə­ri­ni ay­rı­lıq­da ba­şa düş­mə­yən bir kəs gün­də­lik da­nı­şı­ğın­da də­fə­lər­lə "in­tə­ha­sı bu­dur ki" ifa­də­si­ni iş­lə­dir; “müft” (ərəb­cə: pul­suz, ha­va­yı), “xor” (fars­ca: ye­mək) söz­lə­ri­ni bil­mə­yən in­san bu gün "müf­tə­xor" sö­zü­nü ye­rin­də­cə de­yir; ya­xud bi­ri­si “mü­səl­ləm” (məq­bul, mü­ba­hi­sə­siz) sö­zü­nü an­la­mır, an­caq “müf­tə-mü­səl­ləm” tər­ki­bi­ni yer­li-ye­rin­də iş­lə­dir.
“Nəqş” sö­zü­nü na­xış şək­li­nə sa­lıb öz türk tə­ləf­fü­zü­nə uy­ğun­laş­dı­ran küt­lə baş­qa söz­lə­ri də be­lə­cə ilk mər­hə­lə­də lü­ğə­ti mə­na ki­mi qav­ra­yır, son­ra fo­ne­tik, qram­ma­tik ba­xım­lar­dan mil­li­ləş­di­rir. De­mək, be­lə söz­lər vax­ti­lə xal­qın ün­siy­yə­tin­də olub ki, dia­lekt­də olub ki, bu gün ki­çik se­man­tik fərq­lə ya­şa­yır. Türk söz­lə­ri ki­mi, bun­lar da ar­xaik­lə­şib, ar­xaik­lə­şən türk söz­lə­ri ki­mi, bun­lar da dia­lekt­də qa­lıb. De­yək ki, “mür­şid” “müəl­lim” mə­na­sın­da Tür­ki­yə türk­cə­sin­də bu gün də iş­lə­nir və sər­bəst qav­ra­nı­lır. Çün­ki o, “mü­rid” (şa­gird, ye­tir­mə) sö­zü ilə bağ­lı­dır və Möv­la­na­nın tə­li­mi ilə bağ­lı cə­miy­yət­də iş­lə­nib. An­caq so­vet hə­min sö­zü di­ni an­la­yış ki­mi rədd et­di­yin­dən Azər­bay­can türk­cə­sin­də ar­xaik­ləş­miş, onun “müəl­lim” si­no­ni­mi “şa­gird” sö­zü ilə bağ­lı sax­lan­mış­dır.
Bu gün ədə­bi di­li­miz­də və küt­lə­vi ün­siy­yə­ti­miz­də si­ya­si döv­lət­çi­lik ter­mi­no­lo­gi­ya­sın­dan tut­muş ən müx­tə­lif elm sa­hə­lə­ri ilə bağ­lı sa­hə söz­lə­ri­nə qə­dər, seç­mə kü­bar lek­si­ka­sın­dan tut­muş çox adi məi­şət nü­mu­nə­lə­ri­nə qə­dər sər­bəst və fra­zeo­lo­ji bir­ləş­mə­lər için­də tam şəf­faf, bü­tün se­man­tik in­cə­lik­lə­ri­nə qə­dər məz­mun­ca an­la­şı­lan bö­yük ərəb-fars söz­lə­ri küt­lə­si var­dır - yüz de­yil, min de­yil, min­lər­cə­dir: döv­lət, mil­lət, hö­ku­mət, ha­ki­miy­yət, mət­buat, mət­bu, müd­dəi, id­dəa, müd­dəa, məd­hiy­yə, təh­did, təh­lü­kə, eti­mad, eti­bar, eh­ti­şam, mə­şəq­qət, il­ti­zam, qa­yil, qa­yib, ağıl, aqil, ma­liy­yə, müa­yi­nə, təəh­hüd, tə­ka­mül, tə­sər­rü­fat, tə­va­zö, məş­və­rət, ti­fil, ta­qət, qüv­vət (“qüv­vət” "güc" sö­zün­dən da­ha iş­lək­dir), xə­bər, nə­zər, üs­lub, cöv­hər, mək­təb, müəl­lim və az qa­la in­tə­ha­sız­lı­ğa qə­dər ge­dən an­la­şıq­lı, gün­də­lik el­mi, ic­ti­mai-si­ya­si və məi­şət sə­viy­yə­lə­rin­də iş­lək söz­lər.
Xey­li ərəb, qis­mən də fars söz­lə­ri da­xi­li flek­si­ya­sı ilə qo­ru­nub sax­lan­mış­dır: eşq-aşiq-mə­şu­qə, nitq-na­tiq, şe­ir-şa­ir (klas­sik şei­ri­miz­də: əşar-şüə­ra), elm-alim-müəl­lim, ka­tib-kitab-mək­tub, za­hir-zühur-tə­za­hür, zülm-zalim-məz­lum, id­dia-müddəa-müd­dəi, ka­mal-kamil-tək­mil, sərf-məs­rəf, fə­qir-fü­qə­ra (bir söz ki­mi), rəsm-rəs­sam, hədd-hüdud-məh­dud, nəqş-nəq­qaş, qeyb-qa­ib, faş-if­şa, hə­də-təh­did, üzr-mə­zur, fəxr-if­ti­xar, qü­rur-məğ­rur, və­ləd-övlad-tə­vəl­lüd, va­si­tə-və­sait...


Di­ni hə­rə­kat və duy­ğu­lar­la, elm-maarif-mə­də­niy­yət əla­qə­lə­ri ilə, gün­də­lik tə­mas-ün­siy­yət­lə bağ­lı bu söz­lər o qə­dər güc­lü dal­ğa ki­mi gə­lib ki, flek­tiv qə­lib­lər­lə, ha­zır qram­ma­tik for­ma­lar şək­lin­də ün­siy­yə­tə nü­fuz edib və o qə­dər küt­lə­vi iş­lək­lik qa­za­nıb­lar ki, in­di də ey­ni kök­dən müx­tə­lif flek­tiv for­ma­la­rın­da qa­lır­lar. De­mə­li, bu flek­tiv qə­lib­lər gəl­dik­lə­ri za­man qav­ran­mış­dır. Ümu­miy­yət­lə, əc­nə­bi qram­ma­tik nü­mu­nə­lər hə­mi­şə an­la­şıl­maz­lıq fak­to­ru ol­mur: əc­nə­bi söz­lə­rin mə­na­ca an­la­şı­lan və an­la­şıl­ma­ya­nı ol­du­ğu ki­mi, əc­nə­bi qram­ma­ti­ka da hə­min hə­ya­tı ya­şa­yır. Və bu hət­ta əc­nə­bi sin­tak­si­sə də aid­dir. Tə­sa­dü­fi de­yil ki, bu gün ədə­bi və da­nı­şıq di­li­miz­də bir sı­ra an­la­yış­lar məhz iza­fət (əc­nə­bi söz bir­ləş­mə­si) qə­lib­lə­rin­də ifa­də olu­nur: tər­cü­me­yi-hal (bioq­ra­fi­ya), ər­zi-hal (mü­ra­ciət), kür­re­yi-ərz (yer pla­ne­ti), da­di-bi­dad (kö­mək­siz­lə­rin kö­mə­yi - Al­lah nə­zər­də tu­tu­lur), əy­ya­mi-qə­dim­dən (çox uzaq keç­miş­dən), əf­ka­ri-ümu­mi (ümu­mi rəy) və s. Hət­ta bir çox ta­be­siz söz bir­ləş­mə­lə­ri də mil­li tə­ləf­fü­zün tə­si­ri ilə mü­rək­kəb söz ki­mi qav­ra­nır­lar: ah-vay (Hər sə­nət­ka­rın di­li, bi­rin­ci növ­bə­də, ya­şa­dı­ğı nitq mü­hi­ti­nin ye­tir­mə­si­dir. Fü­zu­li Bağ­dad­da ya­şa­yıb ya­ra­dıb. O, Azər­bay­ca­nın müx­tə­lif böl­gə­lə­rin­dən gə­lib ora­da məs­kun­laş­mış həm­soy­la­rı­nın, Kər­kük oğuz­la­rı­nın di­li­ni və on­la­rın ərəb söz­lə­ri­ni an­la­ma də­rə­cə­si­ni nə­zə­rə al­ma­mış de­yil. Fü­zu­li Bağ­dad­da yox, Təb­riz­də do­ğul­say­dı, Qöv­si Təb­ri­zi­nin, Şa­ma­xı­da dün­ya­ya göz aç­say­dı, Se­yid Əzim Şir­va­ni­nin türk­cə­sin­də ya­zar­dı.
Fü­zu­li Şər­qin şöh­rət­li dil­lə­ri­nə bə­ləd idi. Qu­ra­nın di­li olan ərəb ədə­bi di­li­ni, "Şah­na­mə"­nin, Ni­za­mi "Xəm­sə"­si­nin di­li olan fars di­li­ni yax­şı bi­lir­di. Yə­ni ədə­bi dil tip­lə­rin­dən xə­bər­dar idi, ədə­bi di­lin nə ol­du­ğu­nu, ədə­bi di­lin ic­ti­mai və mə­də­ni xid­mə­ti­ni ay­dın tə­səv­vür edir­di. Və Ni­za­mi­ni, Əli­şir Nə­vai­ni, Şər­qin nə­həng söz us­ta­la­rı­nı yax­şı ta­nı­yan Fü­zu­li ədə­bi di­lin fəa­liy­yət gös­tər­mə­sin­də konk­ret şəx­siy­yə­tin, söz us­ta­dı­nın xid­mə­ti­ni bi­lir­di. Adi bir mi­sal. Nə­si­mi de­yir: Sə­ni bu hüs­ni-ca­mal ilə, bu lütf ilə gö­rən Qorx­du­lar həqq de­mə­yə, dön­dü­lər, in­san de­di­lər - "dö­nüb in­san de­di­lər" qə­li­bi sırf ədə­bi dil fak­tı­dır. An­caq Nə­si­mi xa­lis da­nı­şıq di­li ki­mi şəxs­li, za­man­lı fel (dön­dü­lər) iş­lə­dir. Fü­zu­li de­yir: Ki­mə kim dər­di­mi iz­har qıl­dım, is­tə­yib dər­man, Özüm­dən həm be­tər bir dər­də onu müb­tə­la gör­düm - da­nı­şıq di­li for­ma­sı ki­mi "iz­har qıl­dım, is­tə­dim dər­man" de­yə bi­lər­di, an­caq xa­lis ədə­bi dil fak­tı ki­mi fe­li bağ­la­ma (is­tə­yib) şək­li­ni iş­lə­dir, ədə­bi­ləş­dir­mə­yə can atır. Bu kon­tekstdə türk ədə­bi di­li­nin in­ki­şa­fın­da öz ye­ri­ni gö­rür­dü. Gö­rə­cə­yi işə özü­nü ha­zır­la­yır­dı. Türk­cə­ni Şər­qin şöh­rət­li dil­lə­ri ilə rə­qa­bə­tə çı­xa­rır­dı.
Fü­zu­li gö­rür­dü ki, XVI əsr Şər­qin­də Fir­dov­si, Ni­za­mi, Əli­şir Nə­vai yox­dur:

Yox­dur bir mülk bu zə­man­da
­Ki, nəzm rə­va­cı ola an­da.
Nə Hind, nə Fars, nə Xo­ra­san,
Nə Ru­mü Əcəm, nə Şa­mü Şir­van.
Ol­say­dı bi­rin­də bir sü­xənc­sənc,
Əl­bət­tə, əyan olur­du ol gənc.

Gö­rün­dü­yü ki­mi, Fü­zu­li to­po­ni­mik ad­lar­la Oğuz coğ­ra­fi­ya­sı­nı nə­zər­də tu­tur­du. Fü­zu­li bu ba­xım­dan ger­çək­çi­dir - rea­list­dir: o, be­lə fan­ta­zi­ya irə­li sü­rə bil­məz­di ki, Al­tay­dan Bal­ka­na, Vol­qa­dan Kər­kü­kə bü­tün türk­lər üçün yaz­sın. Ərəb ta­rix­çi-səy­yah­la­rı­nın Türk Dün­ya­sı haq­qın­da əya­ni ta­ri­xi ki­tab­la­rı ona mə­lum idi: onun Tu­ra­nı xül­ya de­yil, gö­rü­nən, qav­ra­nan coğ­ra­fi­ya­dır. Fü­zu­li Ə.­Nə­vai­nin əsər­lə­ri tim­sa­lın­da Şərq ədə­bi türk­cə­si­nin zir­və­si­ni gö­rür və türk­cə­nin Oğuz nü­mu­nə­si­ni - Qərb ədə­bi türk­cə­si­ni ya­rat­ma­ğa qə­rar­la­şır. Os­man­lı im­pe­ri­ya­sı­nın si­ya­si möv­qe­yi də bu ide­ya­nı gün­də­li­yə gə­ti­rir. Fü­zu­li­nin za­ma­nın­da Sul­tan Sü­ley­man İra­kı da Os­man­lı im­pe­ri­ya­sı­na qoş­muş­du. Fü­zu­li Sul­tan Sü­ley­ma­nı əs­rin pad­şa­hı, is­la­mın pad­şa­hı, Mək­kə və Mə­di­nə­nin şa­hən­şa­hı, Şər­qin və Qər­bin ha­ki­mi, Tür­kü ərə­bü əcə­min pə­na­hı, za­ma­nın İs­gən­də­ri tə­yin­lə­ri ilə vəsf edir və onun gü­nəş ki­mi dün­ya­nı əha­tə edən səl­tə­nə­tin­də İran və Tu­ra­nı "ki­çik bir cil­və­gah" (xır­da bir pa­rıl­tı mə­ka­nı) sa­yır. Bu döv­lə­tin - Os­man­lı im­pe­ri­ya­sı­nın türk ün­siy­yət di­li - ədə­bi türk­cə­si ol­ma­lı idi (vax­ti­lə bü­tün türk im­pe­ri­ya­la­rın­da olan ki­mi). Fü­zu­li bu işi öz üzə­ri­nə gö­tü­rür. Şah İs­ma­yıl Xə­tai, Azər­bay­can döv­lət­çi­lik fak­to­ru da var idi - Azər­bay­can türk­cə­si döv­lət di­li ki­mi fəa­liy­yət gös­tə­rir­di və Xə­tai ana di­lin­də gö­zəl poe­zi­ya nü­mu­nə­lə­ri ya­ra­dır­dı (Sul­tan Sü­ley­ma­nın da Qa­nu­ni tə­xəl­lü­sü ilə şeir­lə­ri mə­lum­dur). Bü­tün mak­si­mal ya­xın­lıq­la­rı ilə ya­na­şı, Fü­zu­li Azər­bay­can və Tür­ki­yə türk­cə­lə­ri­nin ara­sın­da fərq­lə­ri də gö­rür­dü:

­Ol­muş­di rə­fi­qü həm­zə­ba­nım,
A­yi­ne­yi-tutiyi-rə­va­nım
Bir ne­çə zə­ri­fi-xütteyi-Rum.

Yə­ni: güz­gü­də şey ne­cə əks olu­nar­sa, Tür­ki­yə türk­cə­si (bir ne­çə Rum zə­ri­fi­nin da­nı­şı­ğı) mə­nim rə­van tu­ti di­lim­də (Azər­bay­can türk­cə­sin­də) elə əks olu­nur­du. Fü­zu­li öz ana di­li­ni im­pe­ri­ya di­li sə­viy­yə­sin­də iş­lə­dir. An­caq bu türk­cə­lə­ri ümu­mo­ğuz di­li şək­lin­də ümu­mi­ləş­dir­mə­li olur.
Fü­zu­li­nin di­lin­də elə lek­sik va­hid­lər və qram­ma­tik-mor­fo­lo­ji türk­cə nü­mu­nə­lər var ki, on­lar bu gün Azər­bay­can türk­cə­si üçün ar­xaik­dir, an­caq müa­sir Tür­ki­yə türk­cə­sin­də ədə­bi dil­də və can­lı xalq da­nı­şı­ğın­da iş­lə­nir. A. Lek­sik nü­mu­nə­lər: sun­maq (təq­dim et­mək), bul­maq, bək­lə­mək, sa­kin ol­maq (sa­kit ol­maq), din­lən­mək (din­cəl­mək: Yar­suz eşq əh­li­nün din­lən­mə­gi müm­kün de­gil), düş­mək (yı­xıl­maq: Düş­dü­vü qu­caq­la­dı mə­za­rı), şim­di, kən­di, qac (ne­çə), ya­rın (sa­bah). B. Qram­ma­tik nü­mu­nə­lər: 1) ida­rə əla­qə­si - sor­ma zöh­ha­də (zöh­had­dan); 2) fe­li bağ­la­ma­nın mən­su­biy­yət şə­kil­çi­lə­ri ilə iş­lən­mə­si - iç­di­gim­cə (mən iç­dik­cə), baq­dı­ğım­ca (mən bax­dıq­ca); 3) əmr for­ma­sı­nın şə­kil­çi­lə­ri - I ş. t.: ge­də­yim (ge­dim), gö­rə­yim (gö­rüm); I ş. c: bək­li­yə­lim, çı­qa­lım (çı­xaq), qo­ya­lım (qo­yaq. Qo­ya­lım ba­şı xü­mi-ba­də aya­ğı­na gə­lin); 4) xə­bər­lik və şəxs şə­kil­çi­lə­rin­də -z ele­men­ti­nin iş­lən­mə­si: bək­lə­riz, çək­mək­də­yiz, san­ma­nız, bi­ziz (Bi­ziz məş­hur olan - Ley­li san­a, Məc­nun man­a der­lər), vəq­tiz (Bi­xə­bər­lər şər­bə­ti-ra­hət bi­lir­lər ba­də­yi, Biz hə­ki­mi-vəq­tiz, tök­mü­şüz, anı can bil­mi­şiz); 5) ba­ca­rıq mə­na­sı­nın ifa­də­si: ye­nə­məz (ye­nə bil­məz), du­ra­maz (du­ra bil­məz); 6) Tə­sir­lik hal­da -yi şə­kil­çi­si­nin iş­lən­mə­si; Məc­nun ilə Ley­li­yi qı­lub yad; -mi su­al əda­tı­nın şəxs və xə­bər­lik şə­kil­çi­sin­dən əv­vəl gəl­mə­si: Əql yar ol­say­dı, tər­ki-eşqi-yar et­məz­mi­dim; bu­mu­dur və­fan...
Fakt­dır ki, bu nü­mu­nə­lər Fü­zu­li­də müa­sir Azər­bay­can türk­cə­sin­də­ki for­ma­la­rı ilə pa­ra­lel iş­lə­nir. Mə­sə­lən, həm "Gö­rü­nüz gah ya­pub, gah yı­qan me­ma­ri" de­yir, həm də de­yir: "Gə­lir ol sər­vi-sə­hi, ey gü­lü la­lə, açı­lın, Vey mə­hü mehr, çı­xın, qüd­rə­tə nəz­za­rə qı­lın". Bir tə­rəf­dən "Nə şər­bət­dür qə­mün kim, iç­di­güm­cə ək­si­lur səb­rim, Nə qehr ey­lər rü­xin kim, baq­dı­ğum­ca rəğ­bə­tüm ar­tar", bir tə­rəf­dən "Bax­dıq­ca san­a qan sa­çı­lır di­də­lə­rim­dən" de­yir. Hət­ta ey­ni beyt­də müa­sir və ar­xaik bil­di­yi­miz for­ma­la­rı gö­rü­rük: "Yar meh­ma­nı­mız ol­du, gə­lün ey ca­nü kö­nül, Qı­la­lum sərf, nə­miz var isə, meh­ma­ni­mi­zə".
Be­lə nü­mu­nə­lə­rin bu gün Tür­ki­yə türk­cə­sin­də iş­lən­mə­si be­lə bir təəs­sü­rat ya­ra­da bi­lər ki, bun­lar o di­lin­dir. Hal­bu­ki bun­la­ra baş­qa əsr­lər­də, baş­qa klas­sik­lə­ri­mi­zin də di­lin­də rast gə­li­rik. "Ə­kin­çi" qə­ze­ti­mi­zin di­lin­də "şim­di" zər­fi də, -z ele­men­ti də gen-bol iş­lə­nir. XIX əs­rin ko­me­di­ya­sın­da Əş­rəf bəy də, nö­kə­ri Cə­bi də ("Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük") mü­sa­hib­lə­ri­nə "bu­yu­ruz" de­yə mü­ra­ciət edir­lər. Gə­liz/­//Gə­li­niz, bu­yu­ruz///­buy­ru­nuz for­ma­sı ta­ri­xən bə­dii əsər­lə­ri­mi­zin di­lin­də kü­bar di­li, yük­sək üs­lub fak­tı ki­mi mü­şa­hi­də olu­nub, bu gün də mə­qa­mı­na gö­rə iş­lə­nir. S. Ə­zim "Tu­ta­lım, el­mə ol­mu­san va­sil, Bi­zə bu elm­dən nə­dir ha­sil" de­yir­di. Bu gün biz­də can­lı da­nı­şıq­da "tu­taq ki" mo­dal sö­zün­dən çox "tu­ta­lım ki" iş­lə­nir. İn­di Azər­bay­can şi­və­lə­rin­də ta­le­dən şi­ka­yət mə­qa­mın­da de­yir­lər: "Al­lah ona əzəl­dən bir gün sun­ma­dı" (Cəb­ra­yıl şi­və­si). Klas­sik ədə­bi di­li­miz­də iş­lən­miş “ruz­gar” bu gün Tür­ki­yə türk­cə­sin­də biz­də­ki “yel, kü­lək” mə­na­sın­da, “yağ­mur” biz­də­ki “ya­ğış” mə­na­sın­da iş­lə­di­lir. Hal­bu­ki biz­də də məh­dud dai­rə­də özü­nü gös­tə­rir: "ya­ğı­şa-yağ­mu­ra düş­mək" ifa­də­sin­də, "Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük" mə­sə­lin­də. Bu gün şi­və­lə­ri­miz­də -yı tə­sir­lik hal şə­kil­çi­si ge­niş iş­lə­nir, hal­bu­ki Tür­ki­yə türk­cə­sin­də ədə­bi dil fak­tı­dır. Yu­nus Əm­rə­nin di­lin­də "ne­cə" "na­sıl"­dan iş­lək­dir. “Ya­ra” mə­na­sın­da “baş” sö­zü Yu­nus­da da, Nə­si­mi­də də var və s. Bun­lar və da­ha baş­qa çox­lu fakt­lar gös­tə­rir ki, be­lə nü­mu­nə­lər oğuz di­li­nə məx­sus ümu­mi ma­te­rial ol­muş, oğuz türk­cə­lə­ri ol­maq eti­ba­ri­lə Azər­bay­can və Tür­ki­yə ədə­bi türk­cə­lə­rin­də mü­va­zi iş­lən­miş, son­ra­lar hər xal­qın di­lin­də təd­ri­cən xü­su­si­ləş­mə­lər get­dik­cə, ədə­bi sə­viy­yə­lər­də də pay­lan­ma­lar baş ver­miş­dir.
Tə­bii ki, Azər­bay­can və Tür­ki­yə türk­cə­lə­ri­nin ümu­mo­ğuz məx­rə­cin­də be­lə ümu­mi­ləş­di­ril­mə­si Os­man­lı im­pe­ri­ya­sı hü­dud­la­rın­da öz ədə­bi di­li­ni ümu­mi ədə­bi dil ki­mi təq­dim et­mək üçün Fü­zu­li­yə müt­ləq va­cib ol­muş­dur. Bü­tün bu ümu­mi­ləş­mə ilə ya­na­şı, Fü­zu­li di­li­nin cöv­hə­rin­də Azər­bay­can türk­cə­si da­ya­nır. Onun di­lin­də əsas lü­ğət fon­du və bü­tün in­cə­lik­lə­ri, de­tal­la­rı ilə mil­li sin­tak­sis Azər­bay­can türk­cə­si­nin­dir. Mor­fo­lo­gi­ya­sın­da Tür­ki­yə türk­cə­si­nə, əs­lin­də gə­lə­cək­də Tür­ki­yə türk­cə­si­nin aya­ğın­da sa­bit­lə­şə­cək mor­fo­lo­gi­ya­ya mü­ra­ciət sıx-sıx gö­rü­nür.
Bir söz­lə: Fü­zu­li­nin di­lin­də nə var­sa, bi­la­va­si­tə XVI əsr Azər­bay­can ədə­bi di­li­nin və, ümu­miy­yət­lə, Azər­bay­can ədə­bi di­li­nin­dir. Gü­nü­müz üçün onun ar­xaik­lə­şə­ni var, ey­nən qa­lan­la­rı var, an­caq za­ma­nın­da bir bü­töv olub. Bu­gün­kü oxu­cu üçün an­la­şı­la­nı var, an­la­şıl­ma­ya­nı var, an­caq za­ma­nın­da ha­mı­sı an­la­şı­lıb - bir qis­mi­ni ha­mı, bü­tün xalq an­la­yıb, iş­lə­dib, bir qis­mi müəy­yən qrup in­san­la­rın işi­nə ya­ra­yıb, on­la­rın is­ti­fa­də­sin­də olub. Hə­min "bir qrup in­san" da xal­qın tər­kib his­sə­si olub, xal­qın zi­ya­lı­sı, kü­ba­rı olub. De­mə­li, bu ədə­bi dil öz döv­rü­nün xal­qı­na, xal­qı­nın müx­tə­lif qat­la­rı­na xid­mət gös­tə­rib. De­yək ki, "Ar­şın mal alan", "O ol­ma­sın, bu ol­sun­"un müəl­li­fi Üze­yir bəy mil­lə­tin var­lı­ğın­dan, onun di­lin­dən da­nı­şar­kən əc­nə­bi "is­ba­ti-vü­cud" ifa­də­si­ni iş­lə­dir: "Bir mil­lə­tin var­lı­ğı­na, is­ba­ti-vü­cud et­mə­si­nə sə­bəb onun di­li­dir". Əgər bu ifa­də an­la­şıl­ma­sa, iş­lət­məz­di, "var­lı­ğı­nı is­bat (və ya sü­but) et­mə­si" ya­zar­dı. Sö­zün ki­min di­lin­dən get­mə­si də şərt­dir - Üze­yir bə­yin ko­me­di­ya­la­rın­da­kı dil xalq da­nı­şı­ğı­dır, ob­raz­la­rın di­li­dir, an­caq bu ifa­də el­mi mə­qa­lə­dən­dir, müəl­li­fin di­li­dir. Ey­ni və­ziy­yət M.F.A­xund­za­də­də gö­rü­nür - dra­ma­tur­qun xalq ün­siy­yət di­lin­də ya­zıl­mış ko­me­di­ya­la­rı­nın adı be­lə­dir: "He­ka­yə­ti-Mol­la İb­ra­him Xə­lil kim­ya­gər", "He­ka­yə­ti-müs­yö Jor­dan hə­ki­mi-nə­ba­tat və dər­viş Məs­tə­li şah ca­du­kü­ni-məş­hur", "Sər­gü­zəş­ti-vəziri-xani-Lən­kə­ran", "Sər­gü­zəş­ti-mərdi-xə­sis" və s. Söz ya­ra­dı­cı­lı­ğı ki­mi, ye­ni­ləş­mə ki­mi ar­xaik­ləş­mə də di­lin gün­də­lik hə­rə­kə­ti­dir, dai­mi bir pro­ses­dir. Hə­lə ke­çən əs­rin 20-30-cu il­lə­ri ilə bu gün ara­sın­da (XXI əs­rin əv­vəl­lə­ri) ədə­bi dil­də nə qə­dər söz ar­xaik­lə­şib: ədə­bi di­li­miz­də, bə­dii, pub­li­sist, el­mi üs­lub­lar­da, rəs­mi dil­də iş­lə­nən Tür­ki­yə türk­cə­si­nə məx­sus yüz­lər­lə söz, rus­ca­nın “re­vol­yu­si­ya”, “kul­tu­ra”, “fi­nans”, “qeo­met­ri­ya”, “ab­sol­yu­tizm” ki­mi on­lar­la sö­zü iş­lək­lik­dən çıx­dı. Bu gün (XXI əsr­də) ge­niş küt­lə üçün bi­lin­mə­yən mə­cid (ad­lı-san­lı), mə­hal (çə­tin. - Elm kəs­bi­lə pa­ye­yi-ri­fət Ari­zu­yi-mə­hal imiş an­caq. - Fü­zu­li), ni­hal (kör­pə ağac), fi­dan (kör­pə bu­daq), ni­had (xa­siy­yət) ki­mi söz­lər XX əsrdə 30-40-cı il­lə­rin yaş­lı nəs­li tə­rə­fin­dən iş­lə­nir, bə­dii ədə­biy­yat­da təş­beh ki­mi is­ti­fa­də olu­nur­du.
­A.­Puş­kin rus mil­li ədə­bi di­li­nin ba­ni­si­dir, an­caq onun di­lin­də müa­sir rus di­li üçün xey­li ar­xaik­ləş­miş əs­ki slav­yan di­li fakt­la­rı var (hə­lə Puş­kin XIX, Fü­zu­li - XVI əsr­dir).
A.­Dan­te ital­yan mil­li ədə­bi di­li­nin ba­ni­si sa­yı­lır, an­caq onun haq­qın­da de­yi­lir: "Dan­te keç­miş Ro­ma ilə ye­ni Ro­ma ara­sın­da kör­pü­dür" (En­gels). Əgər Dan­te iki nəs­li bağ­la­yır­sa, bu iki nə­sil əs­ki və ye­ni ədə­biy­yat­dır, de­mə­li, bun­la­rın ara­sın­da nə qə­dər söz və qram­ma­ti­ka fər­qi ol­ma­lı­dır. Be­lə­cə, Fü­zu­li Nə­si­mi ilə S.Ə­zi­mi bir-bi­ri­nə bağ­la­yır­dı.
Bu, Azər­bay­can ədə­bi di­li­nin ta­ri­xi təc­rü­bə­si ilə təs­diq­lə­nir - göz qa­ba­ğın­da­dır. Dün­ya­nın bö­yük in­ki­şaf ta­ri­xi­nə ma­lik çox dil­lə­rin­də be­lə ol­muş­dur. Bü­tün möv­cud təc­rü­bə­lə­ri ümu­mi­ləş­di­rən bu gü­nün dil nə­zə­riy­yə­si­nə gö­rə də bu be­lə­dir. Bü­tün ar­xaik­lə­şən və ar­xaik­ləş­mə­yən lek­si­ka və qram­ma­ti­ka­sı ilə M.Fü­zu­li Azər­bay­can mil­li ədə­bi di­li­nin ba­ni­si­dir.