Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI


Va­qif YU­SİF­Lİ
VAQİF SƏMƏDOĞLUNUN 70 YAŞI


 

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


 
I

­Mə­nim ünvanım:
Nəhayətsizlik.
Zaman.
Məkan.
Dünən,
bu gün
və sabah.
Görünən,
görünməyən.
Eşidilən,
eşidilməyən,
Qalaktika.
Günəş sis­te­mi.
Yer kü­rə­si.
Tor­paq.
Bir az Av­ro­pa.
Bir az Asi­ya.
Bö­yük öl­kə.
Doğ­ma yur­dum.
A­zər­bay­can
Ba­kı.
Sa­kit bir kü­çə.
­Ev dörd, mən­zil otuz yed­di.
­O­taq.
Üç­bu­caq ma­sa.
Ka­ğız və qə­ləm.
Şeir­lər.

Bu – Va­qif Sə­mə­doğ­lu­dur. Əl­li il­dir şe­ir ya­zır. Beş ki­ta­bın müəl­li­fi­dir. Və ar­tıq 70 ya­şı var. Va­qif bö­yük Azər­bay­can şai­ri Sə­məd Vur­ğu­nun oğ­lu­dur. Sə­məd Vur­ğun isə Azər­bay­can de­mək­dir. Və Va­qif həm də Azər­bay­ca­nın oğ­lu­dur.
Mən Yu­sif­li Va­qif isə həm Sə­məd Vur­ğu­nun, həm də Va­qif Sə­mə­doğ­lu­nun oxu­cu­la­rın­dan bi­ri­yəm. Sə­məd Vur­ğu­nun "Va­qif" pye­si məş­hur­la­şan­dan son­ra atam bu adı mə­nə gö­tü­rüb. De­mə­li, ada­şıq. İl­lər gə­lib keç­di, mən kənd­dən Ba­kı­ya gə­lib ədə­bi mü­hi­tin ada­mı ol­dum, gün­lə­rin bi­rin­də Va­qif Sə­mə­doğ­lu ilə ta­nış ol­dum. Onu bir şa­ir ki­mi də, in­san ki­mi də çox se­vi­rəm. Əl­bət­tə, bu sev­gi­nin əsa­sın­da onun poe­zi­ya­sı du­rur. Oxu­du­ğum çox-çox şair­lər mə­nə şair­dən baş­qa ic­ti­mai hə­yat ada­mı, si­ya­sət­çi, rəs­sam, mu­si­qi­çi tə­si­ri ba­ğış­la­yır­lar. Va­qi­fə isə şair­lik­dən baş­qa bir ad ya­raş­dı­ra bil­mi­rəm. (Ne­cə ki, Əli Kə­ri­mə,­ Mu­sa Ya­qu­ba, Ra­miz Röv­şə­nə, Va­qif Ba­yat­lı­ya). Hər­çənd Va­qif Sə­mə­doğ­lu təh­si­li­nə gö­rə mu­si­qi­çi­dir, ca­zı çox se­vir və təb­liğ edir­di. O, Mil­li Məc­li­sin üz­vü­dür, ic­ti­mai hə­yat ada­mı­dır, am­ma ha­mı­sın­da şair­dir.
Va­qif Sə­mə­doğ­lu ilə onun şeir­lə­ri ara­sın­da heç bir tə­zad gör­mü­rəm. Əs­lin­də, əsl şa­ir şei­rin­də ya­şa­ma­lı­dır. İl­lər ke­çən­dən son­ra o şai­rin ob­ra­zı yad­daş­lar­dan si­li­nə bi­lər, o şa­ir haq­qın­da tə­səv­vür­lər ta­mam yox ola bi­lər. Am­ma şe­ir yad­daş­dır və nə­sil­dən nə­si­lə ötü­rü­lür, şai­ri ya­şa­dan da elə bu­dur... Bu gün çox şai­rin şei­ri özü­nə bən­zə­mir. Şei­ri özü­nə, özü şei­ri­nə bən­zə­mə­yən çox-çox şair­lər gö­rü­rəm bu gün..Va­qif Sə­mə­doğ­lu şeir­lə­ri­nin bi­rin­də ya­zır:

Mə­nə se­vib ay­rıl­ma­ğa
bir qa­dın ve­rin.
Ü­rə­yim­də bir ay­rı­lıq qə­rib­sə­yib,
və bu ay­rı­lıq­dan bir şeir.
Mə­nə baş gö­tü­rüb get­mə­yə
­bir yol gös­tə­rin.
Ü­rə­yim­dən bir yol ke­çir,
və bu yol­dan bir şeir..
Mə­nə ya­şa­ma­ğa bir qür­bət ve­rin.
Ü­rə­yim­də bir və­tən qə­rib­sə­yib
və bu və­tən­dən bir şeir.

Tək­rir­lər üzə­rin­də qu­ru­lan bu şei­rin hər bən­din­də bir is­tək, bir duy­ğu səs­lə­nir. Ye­ri gəl­miş­kən de­yim ki, Va­qi­fin şeir­lə­rin­də məx­su­si poe­tik ob­raz­lar var: Ay­rı­lıq, Yol, Və­tən, Qa­dın, Ömür, Ölüm... bun­lar­dan ön­cə Al­lah və Azad­lıq. İs­tə­yi­rəm söh­bə­ti­mə so­nun­cu­lar­dan baş­la­yım.
Son iyir­mi il­də doğ­ru­dan da şei­ri­miz­də Al­la­ha mü­ra­ciət­lər, xi­tab­lar ço­xa­lıb. Bu yax­şı­dı­mı, pis­di­mi – mən bu sua­lı ver­mi­rəm, çün­ki şai­rin də sı­ğın­dı­ğı Al­lah­dır, sö­zün də... An­caq is­tə­ni­lən mü­qəd­dəs bir sö­zü şeir­də həd­din­dən ar­tıq is­tis­mar elə­dik­də o sö­zü adi­ləş­di­rib göz­dən sal­maq da olar. Ya­xud o mü­qəd­dəs söz az və ya çox iş­lən­mə­yin­dən ası­lı ol­ma­ya­raq, hər də­fə şeir­də ye­ni mə­na kəsb edə bi­lər. Va­qif Sə­mə­doğ­lu­nun şeir­lə­rin­də "Al­la­ha mü­ra­ciət­lər" ca­vab­sız qal­mır. Ulu Tan­rı­nın ca­va­bı ya­şa­dı­ğı­mız bu dün­ya­dır, hər bi­ri­mi­zin və ha­mı­mı­zın bir­lik­də öm­rü­dür, hə­ya­tı­dır, ta­le­yi­dir"­(A­nar).

Ki­min var, Ulu Tan­rı
­Mən­dən sa­va­yı bu dün­ya­da?
Ki­mim var sən­dən baş­qa
­bu aləm­də mə­nim?
Sən tək, mən tək,
U­lu Tan­rı...

Va­qif Sə­mə­doğ­lu­nun bu möv­zu­lu şeir­lə­ri, mə­nim fik­rim­cə, poe­zi­ya­mız­da ilk də­fə ola­raq Al­lah üzə­rin­də­ki mis­tik ör­tü­yü gö­tür­dü. İn­san­la Al­lah doğ­ma­laş­dı və bu doğ­ma­lıq in­sa­nın son pə­na­hı olan Al­la­ha doğ­ru yo­lu da qı­salt­dı. Al­lah öz bən­də­lə­ri­nin hay-ha­ra­yı­nı, fər­ya­dı­nı eşi­dir, gü­nah­kar məx­luq­la­rın əməl­lə­ri­nə boy­la­nır. "Ən uzaq pla­net olan Al­lah" Va­qif Sə­mə­doğ­lu­nun dua­la­rı­nı din­lə­yir.
Biz unut­muş­duq hər şe­yi
­an­caq heç nə çıx­ma­yıb Al­la­hın ya­dın­dan.

II

Va­qif Sə­mə­doğ­lu­nun şa­ir ki­mi su­san vaxt­la­rı da olub. Onun şa­ir dost­la­rı tri­bu­na­lar­dan, mey­dan­lar­dan, şe­ir məc­lis­lə­rin­dən qış­qı­ran­da, o, daş səb­ri ilə su­sur­du. Da­ha doğ­ru­su, ya­zır­dı, am­ma su­sur­du... ­Sən de­mə, O, A­zad­lıq və İs­tiq­lal haq­qın­da ha­mı­dan çox dü­şü­nür­müş. Bi­zim içi­miz­də ya­şa­yan kə­də­ri ha­mı­dan çox o çə­kir­miş:

Mə­nə Və­tən yo­lu
­dar gə­lir ye­nə,
­ü­zü­mə ba­har yox,
qar gə­lir ye­nə.

Mə­nə elə gə­lir bu şei­ri o za­man Va­qif heç cür işıq üzü­nə çı­xa­ra bil­məz­di:

Sən mə­nim
doğ­ma anam­san, Azad­lıq,
Mən sə­nin
Yad qa­pı­sın­da bö­yü­müş ba­lan.

Heç bir QLAV­LİT Va­qi­fin bu mis­ra­la­rı­nı da ya­xı­na bu­rax­maz­dı:

Be­lə gün­də şə­hər
­üs­tüa­çıq qəb­ris­tan­lı­ğa bən­zər.
..Məğ­lub Və­tən bay­ra­ğı tək
­A­yaq altda qa­lıb ba­har.

Mi­sal­lar çox­dur. An­caq bu mi­sal­la­rı bir­cə-bir­cə sa­da­la­maq­la mən Va­qif Sə­mə­doğ­lu­nu cə­sa­rət­li şa­ir ki­mi təq­dim et­mək fik­ri­nə düş­mü­rəm. Onun bu­na eh­ti­ya­cı yox­dur. De­yir­lər ki, şe­ir za­ma­nı­na gö­rə ya­zı­lır və öz vax­tın­da mey­da­na çıx­ma­lı­dır. Gu­ya za­man ötən­dən son­ra o şeir­lə­rin mil­lət üçün heç bir əhə­miy­yə­ti yox­dur.­Tə­bii ki, bu fik­rin bö­yük poe­zi­ya­ya dəx­li yox­dur. Əs­rin o ba­şın­da ya­zıb-ya­ra­dan Sa­bi­rin şeir­lə­ri öz za­ma­nın­da ya­zı­lıb, öz za­ma­nın­da de­yi­lib, am­ma elə bil, bu gü­nün şei­ri­dir. Öz za­ma­nın­da ya­zı­lan və de­yi­lən çox­lu şeir­lər də var ki, on­la­rın heç bi­ri bu gün ya­şa­mır. Va­qif Sə­mə­doğ­lu bir şei­rin­də ya­zır:
Şair ki­mi yox,

şeir ki­mi öl­mək is­tə­yi­rəm.

III

Va­qif Sə­mə­doğ­lu­nun şei­ri fər­di, in­tim ol­du­ğu qə­dər də ic­ti­mai­dir. Ümu­miy­yət­lə, kim de­yir­sə ki, şe­ir an­caq ru­hun ifa­də­si­dir və onun ət­raf mü­hi­tə, cə­miy­yə­tə heç bir dəx­li yox­dur, onun­la ra­zı­laş­maq ol­maz. Ya­xud, kim­sə de­yir­sə ki, şe­ir cə­miy­yət üçün ya­zı­lır, o fi­kir də yan­lış­dır. Qış­qı­ran şair­lə­rin "ic­ti­mai" şeir­lə­ri də, öz da­xi­li dün­ya­sı­na qa­pı­lan şair­lə­rin "fər­di" şeir­lə­ri də dün­ya­dan təc­rid olu­na bil­məz. Pı­çıl­tı­da da, hə­zin­lik­də də,­ səs­siz fər­yad­da da bö­yük dün­ya­nı gör­mək olar. Bö­yük dün­ya de­di­yi­miz isə mə­nəm, sən­sən, cə­miy­yət­di, tə­biət­di. Və Va­qif Sə­mə­doğ­lu o bö­yük- son də­rə­cə zid­diy­yət­li, ağ­la­ma­lı, gül­mə­li, ko­mik, fa­ciə­li dün­ya­nı bi­zim içi­miz­dən ke­çi­rə bi­lir.

A­yıb­dır, utan,
ö­zü­nü qüv­vət­li gös­tər­mə,
qə­fəs­lə­rin­də
­as­lan­lar mür­gü vu­ran
hey­van­xa­na­sı olan bu şə­hər­də
­A­yıb­dır, val­lah.
Bir az çə­kil,
ö­lü­mə yer sax­la ya­nın­da,
­ö­lüm­süz gös­tər­mə özü­nü
­Qız qa­la­sı.
Xə­zər­dən gen düş­müş bu şə­hər­də.
­A­yıb­dır, ya­vaş,
bir az ya­vaş da­nış.
şair­lə­ri su­san bu şə­hər­də.

Bir­cə bu şeir­lə ya­lan, ri­ya və sax­ta­kar­lıq üzə­rin­də qu­ru­lan bir alə­min pa­no­ra­mı­nı ay­dın­ca tə­səv­vür et­mək olar.
Va­qif Sə­mə­doğ­lu­nun şeir­lə­rin­də­ki ağ­rı-acı­nı, kə­də­ri-qə­mi, Al­lah, Dün­ya, Ömür və Ölüm haqqında dü­şün­cə­lə­ri­ni bir ye­rə top­la­yan­da be­lə qə­ra­ra gə­lir­sən ki, o, bu dün­ya­nın – fa­ni­li­yin için­də əzab çə­kir. Onun şeir­lə­ri­nin hər bi­ri əza­bın səs­lər­də, söz­lər­də ifa­də olu­nan nəq­şi­dir. Nə­si­mi de­yir­di: "Ol­mu­şam dər­di-fə­ra­qın­dan zə­if ol həd­də kim, Gə­ti­rə­məz­lər xə­ya­la nəq­şi­mi nəq­qa­şi­lər". Bu beyt klas­sik poe­zi­ya­nın li­rik qəh­rə­ma­nı­nın əzab­la­rı­nın bö­yük­lü­yü­nü fan­tas­tik də­rə­cə­də göz önün­də can­lan­dı­rır. Ro­man­ti­ka özü­nün ən yük­sək zir­və­si­nə qal­xır. Am­ma Va­qi­fin şeir­lə­rin­də gü­nün, za­ma­nın acı­lıq­la­rın­dan do­ğub onun için­dən fəv­va­rə vu­ran dərd­lər baş alır.

Get­mə, get­sən
bir şüş­tər açı­lar qür­bət­də,
və­tən­də
sə­hər ki­mi!
Zi­li-dar ağa­cı
­bə­mi-mə­zar...

Bu ki­çik şei­rin aşı­la­dı­ğı təəs­sü­rat çox tə­sir­li­dir. Bu­ra­da "Və­tən də qür­bət ki­mi­dir" fik­ri (bu fi­kir Va­qi­fin bir çox şeir­lə­rin­də də səs­lən­di­ri­lir) ifa­də olu­nub, am­ma fik­rin ifa­də­si üçün se­çi­lən ma­te­rial-söz­lə­rin ya­rat­dı­ğı mə­ca­zi aləm o qə­dər bi­çim­li­dir ki, hey­rət­lə­nir­sən. "Şüş­tər" Azər­bay­can mu­ğam­la­rı içə­ri­sin­də ən kə­dər­li­si­dir-bu­nu da­hi Ü.­Ha­cı­bə­yov söy­lə­yib. Qür­bə­tin do­ğur­du­ğu kə­dər his­si ilə və­tən­də açı­lan sə­hə­rin bən­zə­yən-bən­zə­di­lən müs­tə­vi­sin­də yer­ləş­di­ril­mə­si, nə­ti­cə­də iki ob­ra­zın (Və­tən və Qür­bə­tin) "hib­ri­di"n­dən üçün­cü bir ob­ra­zın -"Şüş­tər­"in ya­ran­ma­sı as­so­sia­tiv tə­fək­kü­rün məh­su­lu­dur. So­nun­cu iki mis­ra isə ye­ni-üçün­cü ob­ra­zın əla­mə­ti ki­mi diq­qə­ti cəlb edir. Zili­dar ağa­cı, bə­mi-mə­zar...
Va­qi­fin "dərd­li" şeir­lə­rin­də pa­to­lo­ji ağ­rı yox­dur, cis­ma­ni əzab­la­rın sı­xın­tı­sın­dan do­ğan qüs­sə­yə rast gəl­məz­sən, bu, mə­nə­vi ağ­rı­la­rın ya­rat­dı­ğı hiss­lə­rin, duy­ğu­la­rın ifa­də­si­dir.

Ay­rı­lıq da, qür­bət də xəs­tə­lik­dir,
Yo­lu­xu­cu azar­dır iki­si də.
Ne­çə il bir yas­tı­ğa
baş qoy­du­ğun qa­dın­la
­bə­zən ay­rı­lıq qız­dır­ma­sın­da ya­tır­san
bir in­san öm­rü bo­yu.
Do­ğu­lub ya­şa­dı­ğın və­tən­də
­mü­ha­cir üşüt­mə­siy­lə tit­rə­yir­sən
­il­lər uzu­nu, bir ta­le bo­yu.
Son­ra qə­rib mə­za­rı qa­zı­lır sə­nə
­a­na tor­paq­da...

Va­qif Sə­mə­doğ­lu haq­qın­da dü­şü­nən­də tə­bii ki, "tən­ha şa­ir" ifa­də­si­ni di­li­mə gə­ti­ri­rəm. Ada­ma elə gə­lir ki, bu adam min­lə­rin için­də, hət­ta bu gur dün­ya­nın için­də tən­ha­dır. O, bu tən­ha­lıq­dan bez­mir, usan­mır. Tən­ha­lıq onun üçün və­tən­dir. O­nun mə­nə­vi tən­ha­lı­ğı­nın məs­kə­ni bir kü­çə də ola bi­lər, göy üzü də, ya­şa­dı­ğı Və­tən də.

Bir kü­çə var şə­hə­rim­də,
sa­kit, qı­sa bir kü­çə.
Yet­miş ad­dım o ya­na,
ye­ti­miş ad­dım bu ya­na.
Bir si­qa­ret
o ya­na,
bir si­qa­ret bu ya­na...

Va­qif təs­vir et­di­yi Ba­kı­ya da, Xə­zə­rə də, in­san mə­za­rı­na da, hət­ta mə­nə­vi, gö­rün­məz ci­sim­lə­rə də özü­nün tən­ha­lıq dün­ya­sın­dan boy­la­nır. Bu­dur, onun bu tən­ha­lıq dü­şün­cə­lə­ri ilə İçə­ri­şə­hə­rə va­rid olu­ruq:
Əy­rin-üy­rün,
Dar kü­çə­lə­rin,
Gün­düz­lər
­o­taq­la­rın­da­kı bə­yaz ge­cə­lə­rin,
dam­la­rı­nın yas­tı­sı,
­i­çi­nin as­ta­sı
­kü­çə­lə­ri­ni
­do­la­nan ad­dım­la­rın
hə­mi­şə tən­ha sə­si,
Ge­cə­lə­ri­nin
dün­ya­da itən ta­rix ti­kə­si.
­İ­çin­dən
Kom­mu­nist kü­çə­si­nə çı­xan təəc­cü­büm,
oğ­ru­la­rın­dan qor­xan ci­bim,
ö­lüm aya­ğın­da­dır in­di,
Bi­ça­rə şə­hər,
İ­çə­ri şə­hər.

IV

Va­qif Sə­mə­doğ­lu şei­ri öz poe­tik san­ba­lı­na, yü­kü­nə gö­rə çağ­daş poe­zi­ya­mız­da ay­rı­ca bir qol­dur de­səm, səhv et­mə­rəm. Bu­ra­da Söz adi­lik­dən və hər cür təm­tə­raq­dan, ri­to­ri­ka­dan xi­las olur. Söz fi­kir­lə his­sin poe­tik da­şı­yı­cı­sı­na çev­ri­lir. Biz Va­qif şei­rin­də bəl­kə də çox­la­rı üçün qə­ri­bə tə­sir ba­ğış­la­yan ifa­də­lər, de­yim­lər­lə qar­şı­la­şı­rıq. La­kin bü­tün bun­la­rı dərk et­mək üçün Va­qi­fi duy­maq la­zım­dır. Du­yan­da gö­rür­sən ki, ən qa­tı, ən zil qa­ran­lıq­da da doğ­ma­lıq və yad­lıq var. De­mə­li, qa­ran­lıq da ana ki­mi əziz, sər­xoş qa­dın ki­mi iy­rənc ola bi­lər­miş. Du­yan­da gö­rür­sən ki, bu dün­ya yu­xu ba­za­rı­dır, ömür də ba­zar­da sa­tı­lan mal­dır. Və Va­qi­fin bü­tün şeir­lə­ri­ni oxu­maq la­zım­dır ki, bu­ra­da ana xət­ti ta­mam­la­yan Ölüm, Azad­lıq, Dün­ya mo­tiv­lə­ri­nin mi­fik kök­lə­ri­ni açıq­la­ya bi­lə­sən.
Son za­man­lar Va­qif Sə­mə­doğ­lu şeir­lə­ri­ni de­ka­den­tizm nü­mu­nə­si ki­mi təq­dim edən ədə­biy­yat­şü­nas­lar ta­pı­lır. Doğ­ru­dur, Va­qif Sə­mə­doğ­lu­nun ək­sər şeir­lə­rin­də kə­dər, qəm mo­tiv­lə­ri üs­tün­dür, an­caq V.Sə­mə­doğ­lu­nu zor­la bu nə­zə­ri mo­de­lə sı­ğış­dır­maq cəh­di kü­lünc­dür. V.Sə­mə­doğ­lu şei­ri­ni zor­la müəy­yən bir "izm"lə bağ­la­maq müm­kün de­yil. Bə­li, onun şeir­lə­rin­də bəd­bin­lik, kə­dər bol­dur, am­ma de­ka­dent de­yil. O, sırf hə­yat ada­mı­dır: in­san dər­din­dən, se­vin­cin­dən ya­zır, am­ma bu­nu bü­tün­lük­lə rea­liz­min he­sa­bı­na yaz­maq doğ­ru­dur­mu? O, ye­ri gə­lən­də çıl­ğın ro­man­tik­dir. Ye­ri gə­lən­də sim­vo­list­dir, lap ye­ri gə­lən­də imp­re­sio­nist­dir. Şai­rin şeir­lə­ri­ni han­sı bir "izm"lə­sə pər­çim­lə­mək onun dün­ya­sı­nı məh­dud­laş­dır­maq de­mək­dir.
Mə­nim fik­rim­cə, Va­qif Sə­mə­doğ­lu poe­zi­ya­sı Azər­bay­can və dün­ya şei­ri­nin ən müa­sir meyil­lə­ri­nin bir nöq­tə­də bir­ləş­di­yi, vəh­dət təş­kil et­di­yi bir poe­zi­ya­dır.­Va­qif Sə­mə­doğ­lu ilə beş əsr­lik Fü­zu­li ara­sın­da qı­rıl­ma­yan poe­tik tel­lər gö­zə gö­rün­dü­yü ki­mi, ata­sı Sə­məd Vur­ğun ara­sın­da da ox­şar­lıq, ya­xın­lıq tap­maq müm­kün­dür. Həm­çi­nin Va­qif Sə­mə­doğ­lu şeir­lə­ri ilə müa­sir post­mo­der­nist poe­zi­ya ara­sın­da da be­lə bir uyuş­ma­nı açıq­la­maq müş­kül de­yil. Dün­ya­da bü­tün gö­zəl şair­lə­rin yo­lu bu vəh­dət­dən ke­çir. Am­ma ilk növ­bə­də, V.Sə­mə­doğ­lu yal­nız özü­nə bən­zə­yən şair­dir. O­nun "Gü­nün bax­tı" (1972) şeir­lər ki­ta­bı ilə son şeir­lə­ri ara­sın­da tə­bii, poe­zi­ya üçün qa­nu­nauy­ğun bir in­ki­şaf pro­se­si­ni iz­lə­mək mə­nim üçün çə­tin de­yil, am­ma o ilk şeir­lər­lə son şeir­lər ara­sın­da elə bir bağ­lı­lıq var ki, bu­nu sən baş­qa bir şair­də ta­pa bil­mir­sən.
Ön­cə mən "Va­qif özü­nə bən­zə­yən şair­dir" ifa­də­si­ni iş­lət­dim. İn­di qı­sa­ca bu fik­ri şərh elə­mək is­tə­yi­rəm. Bir­in­ci­si; hər han­sı şai­rin sə­viy­yə­si (da­ha doğ­ru­su, poe­tik is­te­da­dı) dil fak­to­ruy­la öl­çü­lür­sə, V.Sə­mə­doğ­lu­nun şeir­lə­ri Azər­bay­can di­li­nin müa­sir mər­hə­lə­sin­də­ki sə­viy­yə­si ilə düz mü­tə­na­sib­dir. Di­li­miz­də­ki ən gö­zəl söz­lər, ifa­də­lər, xalq­dan, folk­lor­dan gə­lən idiom­lar, al­qış­lar, dua­lar, and­lar onun şeir­lə­rin­də zər­gər də­qiq­li­yi­lə sı­ra­la­nır. An­caq mə­lum­dur ki, dil ma­te­ria­lı­na yi­yə­lən­mək çox za­man əsl poe­zi­ya ya­rat­ma­ğın rəh­ni­nə çev­ril­mir. Va­qi­fin şeir­lə­rin­də Dil fak­to­ru onun ya­rat­dı­ğı özü­nə­məx­sus ob­raz­lar­da, bə­dii təs­vir va­si­tə­lə­rin­də, poe­tik löv­hə, təəs­sü­rat ya­rat­maq­da tə­cəs­süm edir.

Bü­tün yol­lar çə­ki­lib­miş,
Göz­lə­rim yol çək­mək üçün.
Al­lah tor­paq ya­ra­dıb­mış
Qar­şın­da diz çök­mək üçün...

Mə­nə ömür ve­ri­lib­miş,
Heç nə­yi bil­mə­mək üçün.
Bir də sə­ni bu dün­ya­da
­Gör­mə­yib öl­mə­mək üçün.

Bu poe­tik mətn­də hər bir sö­zün və söz bir­ləş­mə­si­nin öz funk­si­ya­sı var. Və bun­la­rın şeir­də in­san sev­gi­si­nin və bu sev­gi­dən do­ğan həs­rə­tin ob­ra­zı­nı ne­cə can­lan­dır­dı­ğı­nın şa­hi­di olu­ruq. Onun şeir­lə­rin­də hər şey can­lı­dır, can­sız pred­met­lər də poe­tik mə­na kəsb edir, göz­lə gö­rü­nən və gö­rün­mə­yən nəs­nə­lər də in­sa­ni­lə­şir. Biz Va­qi­fin şeir­lə­rin­də "ölüm" sö­zü­nün bəl­kə on­lar­la ça­lar­la­rı­nı gö­rə bi­lə­rik, bir sö­zün ən azı on də­fə "qi­ya­fə­si­ni də­yiş­mə­si", hər də­fə ye­ni mə­na kəsb et­mə­si is­te­da­dın əla­mə­ti­dir. Va­qif hiss­lə­rin, duy­ğu­la­rın kök­sün dar qə­fə­sin­dən çı­xıb şei­rə çev­ril­mə­si­ni hə­lə ilk ya­zı­la­rın­da us­ta­lıq­la sü­but edə bil­miş­di:

Bi­lir­siz qan­tel nə­dir?
Çu­qun­dan tö­kül­müş,
U­zun­bel sək­ki­zə bən­zər
­ə­zə­lə bər­ki­dən.
Mən bir də­fə
­dün­ya­nın ən ağır
qan­te­li­ni qal­dır­dım:
te­le­fon ça­ğır­dı mə­ni,
gö­tür­düm dəs­tə­yi,
səs gəl­di:
-Özü­nü ələ al,
öl­dü...
Qüv­vəm çat­ma­dı,
düş­dü əlim­dən
dün­ya­nın ən ağır qan­te­li...

"Şeir­lə­rin­dən bi­ri "Dün­ya­nın ən ağır qan­te­li" ad­la­nır. Bu şe­ir mə­nə kon­sert ge­cə­si­ni, ge­niş səh­nə­də, qə­rib bir tən­ha­lıq­da qal­mış ki­mi gö­rü­nən, göz­lə­ri qey­ri-müəy­yən bir nöq­tə­yə zil­lən­miş gən­ci xa­tır­lat­dı. Mən bu şeir­də hə­min ge­cə­nin se­vinc və iz­ti­rab do­lu ha­va­sı­nı duy­dum. Şei­rin kə­dər­li bəs­tə­si, şüb­hə­siz ki, ifa­də et­di­yi ha­di­sə ilə bağ­lı gün­lər­də ya­ran­mış, har­da isə qəl­bin də­rin­lik­lə­ri­nə sı­ğı­nıb qal­mış­dır" (Rə­sul Rza).
İ­kin­ci­si; tən­qid­çi İra­də Mu­sa­ye­va "Va­qif Sə­mə­doğ­lu­nun poe­tik dün­ya­sı" ad­lı ma­raq­lı bir mo­noq­ra­fi­ya qə­lə­mə alıb və o mo­noq­ra­fi­ya­da bir fə­sil də sə­nət­kar­lıq mə­sə­lə­lə­ri­nə həsr edi­lib. O fə­sil­də İra­də xa­nım əsl təd­qi­qat­çı eh­ti­ra­sı ilə V.Sə­mə­doğ­lu şeir­lə­rin­də­ki vəzn, qa­fi­yə və mə­caz­lar sis­te­mi­ni, dil-üs­lub xü­su­siy­yət­lə­ri­ni şərh edir. An­caq mən ca­van həm­ka­rı­mı tək­rar elə­mək is­tə­mi­rəm. Sa­də­cə, de­mək is­tər­dim ki, V.Sə­mə­doğ­lu üçün vəzn prob­le­mi yox­dur. O,­ he­ca­da da, sər­bəst­də də ma­hir­dir. Azər­bay­can poe­zi­ya­sın­da sər­bəst şei­rin mil­li rel­sə keç­mə­sin­də, "özü­mü­zün­kü­ləş­mə­sin­də" Va­qi­fin də öz uğur­la­rı var. Bə­zi təd­qi­qat­çı­lar Va­qif Sə­mə­doğ­lu­nun ya­ra­dı­cı­lı­ğın­da ki­min­sə güc­lü tə­si­rin­dən söz açır­lar. Mə­sə­lən, onun sər­bəst şeir­lə­rin­də us­tad şa­ir Rə­sul Rza­nın tə­si­ri­ni xü­su­si qeyd edir­lər. Əl­bət­tə, bu fi­kir yan­lış­dır. Əsl mət­lə­bə gəl­dik­də isə de­yə bi­lə­rik ki, V.Sə­mə­doğ­lu üçün R.Rza və ümu­mən XX əsr Azər­bay­can poe­zi­ya­sı tə­sir yox, mək­təb ro­lu­nu oy­na­mış­dır. Va­qif Sə­mə­doğ­lu özü də bu­nu eti­raf edir ki:"­Rə­sul Rza mə­nim ən çox sev­di­yim şa­ir de­yil. La­kin onun öz ya­ra­dı­cı­lı­ğın­da həll et­mək is­tə­di­yi mə­sə­lə­lə­rin bir ço­xu mə­ni də hə­yə­can­lan­dı­rır. Mən bu sual­la­ra onun ya­ra­dı­cı­lı­ğın­da ca­vab ta­pı­ram. Şe­ir oxu­ma­ğa baş­la­dı­ğım vaxt­dan onun poe­zi­ya­sı­nı sev­mi­şəm. Elə həf­tə, elə ay ol­ma­yıb ki, Rə­sul Rza­nın şeir­lə­ri­ni oxu­ma­yım. Hər də­fə oxu­yan­da, hət­ta mə­lum şeir­lər­də be­lə ye­ni fi­kir­lər, ye­ni hə­qi­qət­lər tap­mı­şam.
1962-ci il­dən şe­ir ya­zı­ram. Şeir­lə­ri­min ilk ha­ki­mi, on­la­ra ilk qiy­mət ve­rən Rə­sul Rza olub­dur. Əgər on­lar gə­rək­li­dir­sə, qor­xunc ya­lan to­run­dan uzaq­dır­sa, mən bu­nun üçün Rə­sul Rza­ya borc­lu­yam. Çün­ki mə­su­liy­yət his­si ilə şe­ir yaz­ma­ğı mə­nə Rə­sul Rza öz şeir­lə­ri və söh­bət­lə­ri ilə öy­rət­di. Onun es­te­tik zöv­qü­nün yük­sək­li­yi, sa­də­li­yi, poe­tik söz üçün da­şı­dı­ğı bö­yük mə­su­liy­yət mən­dən öt­rü hə­qi­qi mək­təb­dir".
V.Sə­mə­doğ­lu­nun sər­bəst şeir­lə­ri as­so­sia­tiv şe­ir üs­lu­bu­nun -"fi­kir poe­zi­ya­sı"­nın nü­mu­nə­lə­ri ki­mi diq­qə­ti cəlb edir. An­caq heç bir şei­rin­də Va­qif, ifa­də et­mək is­tə­di­yi fik­ri qu­ru və çıl­paq sil­lo­gizm­lərln ix­ti­ya­rı­na tap­şır­mır, bu şeir­lər­də fi­kir­lə hiss, ürək­lə be­yin ara­sın­da qı­rıl­maz bir vəh­dət hiss edir­sən. Bi­zim ən gö­zəl sər­bəst şeir­lə­ri­miz ki­mi... Bu­dur, bir nü­mu­nə:

Gü­nəş nə­dir?
İ­şı­ğın­da
­sə­ni gör­mə­di­yim
bir ul­duz.
Dün­ya nə­dir?
Sə­nin evi­nə apa­ran
bü­tün yol­la­rı bağ­lı
­bir pla­net...

Ü­çün­cü­sü; V.Sə­mə­doğ­lu şeir­lə­ri­nin özü­nə­məx­sus­lu­ğu­nu bir də onun öz şa­ir-in­san şəx­siy­yə­ti­nin bən­zər­siz­li­yin­də ax­tar­maq la­zım­dır. O, dün­ya in­cə­sə­nə­ti­nə də­rin­dən bə­ləd olan bir sə­nət ada­mı­dır. Adi çı­xış­la­rın­da da, ver­di­yi mü­sa­hi­bə­lə­rin­də də biz onun qlo­bal dü­şün­cə sa­hi­bi ol­du­ğu­nu gö­rü­rük.

V

Va­qif Sə­mə­doğ­lu şeir­lə­rin­də tez-tez ata­sı­nı – XX əs­rin bö­yük söz us­ta­dı Sə­məd Vur­ğu­nu xa­tır­la­yır. Bu, sa­də­cə oğul mə­həb­bə­ti de­yil, həm də bö­yük poe­zi­ya qar­şı­sın­da eh­ti­ram əla­mə­ti­dir. Vax­ti­lə Va­qi­fin şeir­lə­rin­dən söz açan­da bə­zi­lə­ri onu qı­na­yır­dı­lar ki, ni­yə ata­sı ki­mi yaz­mır. İn­di de­yə bi­lə­rik ki, məhz Sə­məd Vur­ğun ki­mi yaz­ma­dı­ğı üçün Va­qif Sə­mə­doğ­lu öz poe­tik is­te­da­dı­nı tam mə­na­da sü­but edə bil­di. Poe­zi­ya­da Sə­məd Vur­ğun yo­lu­nu tu­tan­lar on­suz da çox idi və bu yo­lu tu­tan­la­rın ço­xu, açı­ğı­nı de­sək, ori­ji­nal şa­ir ola bil­mə­di­lər.
Va­qif Sə­mə­doğ­lu şei­ri məz­mun­ca də, for­ma­ca da ye­ni­dir, la­kin ön­cə de­di­yim ki­mi, Azər­bay­can poe­zi­ya­sı­nın qay­naq­la­rın­dan üzül­mə­yir, öz mi­nor kö­kü, hə­zin və ele­gik ru­hu, ye­ri gə­lən­də iro­nik tər­zi ilə Fü­zu­li, Sa­bir, Ha­di şei­ri­nə, xalq ədə­biy­ya­tı­na ili­şik­li­dir.

Yer al­tın­dan min ah ki­mi
­Çıx­dı çi­çək­lər sə­hər.

*

Al­lah, mə­ni ya­rı öl­dür,
Ya­rı sax­la ağ­la­ma­ğa.

*

Mə­zar üs­tə gül­lər ki­mi
Ul­duz­lar axır ye­rə.

VI

Mə­nə bir az ya­ğış,
bir az kon­yak
bir az da göz ya­şı la­zım­dır.
Bir də elə bu otaq,
bu işıq,­bu ka­ğız, qə­ləm
Bu gün la­zım­dır ya­man.
Və bir də qa­pı­sı­nın aça­rı
­öz ci­bim­də olan bir mə­zar la­zım­dır mə­nə.
Bu qa­pı­nın da­lın­da,
bu otaq­da otu­rub,
ra­hat şe­ir yaz­maq­dan öt­rü.

Bu da Va­qi­fin şei­ri­dir. Bu şe­ir onun ta­le­yi­dir. Va­qi­fin ta­le­yi isə sir­lər­lə do­lu­dur.

Mə­nə ya­şa­maq yox,
şeir yaz­maq gə­rək­dir.