Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI


TƏN­QİD VƏ ƏDƏ­BİY­YAT­ŞÜ­NAS­LIQ
 

ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI


 

Jəfər Jabbarlı mütərjimlik fəaliyyətinə Jümhuriyyət dövründə “Azərbayjan” qəzetində başlamışdır. Sovet dönəmində “Kommunist” qəzetində, “Ali İqtisadi Şuranın Əxbarı” curnalında, Xalq Ərzaq Komissarlığında və b. qurum və təşkilatlarda on ilə yaxın, əsasən, rəsmi sənəd və materialların çevrilməsi ilə məşğul olsa da, bədii tərjümə məsələlərinə xüsusi əhəmiyyət verirdi. Çoxsahəli və çoxşaxəli ədəbi-bədii yaradıjılığında tərjümə məsələləri mühüm yer tutsa da, təəssüf ki, onun mütərjimlik fəaliyyəti və bu sahəyə aid nəzəri baxışları indiyədək ətraflı tədqiq olunmayıb.
Jəfər Jabbarlının 1926-jı ilin yanvarında “Kommunist” qəzetində çap etdirdiyi “Tərjümə məsələsinə əhəmiyyət verilməlidir” məqaləsi, şübhəsiz ki, onun çoxillik təjrübəsinin, təəssüratlarının və qənaətlərinin nətijəsi kimi yaranmışdır. O, zəmanəsinin tərjümə təsərrüfatını bütövlükdə nəzərdən keçirərək yazırdı: “Bu gün Azərbayjanda bir çox ədəbi, ijtimai, siyasi, elmi, fənni və sair kitablar tərjümə ediliyor. Bu kitablardan yalnız Azərbayjanda deyil, bəlkə bütün türk ölkələrində istifadə ediliyor. Minlərlə para sərf ediliyor; nətijədə də tərjümənin yarıtmazlığı üzərə yeni kitab atılmaqdan başqa bir şeyə yaramıyor. Təbii, bu hər kəsi düşündürməyə layiq bir məsələdir.”( Jim.“Tərjümə məsələsinə əhəmiyyət verilməlidir”, B., “Kommunist” qəz., 1926, 29 yanvar, № 25).
O, bədii tərjümə sahəsində qələmini sınayana qədər böyük bir təjrübə məktəbi keçmiş, uzun illər mətbuat və idarələrdə tərjüməçi vəzifəsində çalışaraq bu çətin və şərəfli sahənin injəliklərinə yiyələndikdən sonra irihəjmli ədəbi-bədii, elmi-publisistik əsərlərin dilimizə çevrilməsi ilə məşğul olmuş, müasirlərinin mənəvi ehtiyajlarını təmin etmək üçün çox qiymətli və zəngin irs yaratmışdır. O, Avropa və rus yazıçılarından Uilyam Şekspirin “Hamlet”, “Otello”, Fridrix Şillerin “Qaçaqlar”, Karon de-Bomarşenin “Fiqaronun toyu”, Jorj Uelsin “Yeraltı dünya”, Aleksandr Afinogenovun “Qorxu”, Lev Slavinin “Müdaxilə”, Ferdinand Düşenin “Tamilla”, Nikolay Qoqolun “Müfəttiş”, Lev Tolstoyun “Çojuqluq”, “Hajı Murad”, M.Pavloviç və S.İranskinin “İran İstiqlaliyyət mübarizəsi uğrunda” (Qeyd: Son üç əsər “Jəfər Jabbarlı” biblioqrafiyasına (Bakı-1965) daxil edilməmişdir - A.R.) irihəjmli əsərlərini böyük peşəkarlıqla Azərbayjan dilinə çevirmişdir. Henrix Lonqfellonun “Koroğlunun atlanışı” şeirini, Maksim Qorkinin “Üzügülər” hekayəsini, Tatişvilinin “Əziz əl çalır” oçerkini, Fyodor Qladkovun “Sement” əsərindən bir parçanın da mütərjimi Jəfər Jabbarlı idi. O, kino sahəsində jiddi yaradıjılıq işləri ilə məşğul olduğu üçün kinofilmlərin doğma dilimizə çevrilməsində xidmətləri az deyildir. Azərkinonun 14 noyabr 1927-ji il tarixli sərənjamına əsasən Jəfər Jabbarlı “Bronzovaya luna”(Bürünj ay) filminin mətnini Azərbayjan dilinə çevirmişdir.

***

Jəfər Jabbarlının mütərjimlik fəaliyyətində nəsr, dramaturgiya əsərləri ilə yanaşı poeziya nümunələrinə də rast gəlinir. Onun ilk dəfə “İnqilab və mədəniyyət” curnalının 1928-ji il birləşmiş 6-7-ji sayında (səh. 54-55) çap etdirdiyi “Rövşən bəy - Koroğlunun atlanışı” irihəjmli tərjümə əsəri sonralar - 1938-ji ildən 1969-ju ilədək ədibin nəşr olunan bütün jildlərinin “Lirik şeirlər” bölməsində oricinal əsər kimi yer almışdır. Əsər Jabbarlının 1938-ji il I jildinə daxil edilərkən kitabda belə bir qeyd də yazılmışdı: “Rövşən bəy - Koroğlunun atlanışı” - Bu şeir məhşur Azərbayjan xalq dastanı “Koroğlu”nun ingilisjə tekstindən (Longfellow-dan) tərjümədir.”(Jabbarlı J. Əsərləri. I jild, “Azərnəşr”, Bakı, 1938, səh.223).
Bütün nəşrlərdə öz əksini tapmış bu qeyddən belə anlaşılır ki, şeir Longfellow-un ingilis dilinə çevirdiyi Azərbayjan xalq dastanı “Koroğlu”nun mətnindən götürülüb tərjümə edilmişdir. Əslində isə “Koroğlu”nun tərjüməçiləri arasında Longfellow soyadlı mütərjim koroğluşünaslığa məlum deyildir. Digər tərəfdən şeirin məzmunundan məlum olur ki, onun dastanın mətninə aidiyyatı yoxdur. Əsər xalq qəhrəmanı Koroğlunun atlanışına həsr edilmiş müstəqil poetik nümunədir.
Tərjümə ilə bağlı maraqlı bir jəhət də diqqəti jəlb edir - şeirin sərlövhəsindən sonra mötərizə arasında “İngilisjə “Long Fellow”-dan” qeydinin verilməsi onu göstərir ki, Jəfər Jabbarlı bu əsəri oricinaldan - ingilis dilindən çevirmişdir.
İlkin araşdırmalardan məlum oldu ki, görkəmli Azərbayjan alimi, şərqşünası, diplomatı, tərjüməçisi, şairi Mirzə Jəfər Topçubaşovun (1784, Gənjə - 1869, Peterburq) tələbəsi, polyak əsilli şərqşünas Aleksandr Xodzko mənəvi irsimizin möhtəşəm abidəsi olan “Koroğlu”nu ilk dəfə 1832-ji ildə qələmə aldıraraq (Dastanın təşəbbüsçüsü Hajı Mirzə İsgəndər, söyləyəni Aşıq Sadıq bəy, yazanı Mirzə Əbdül Vahab, toplayanı Mahmud xan Dünbülü Dirjuy olub), eposun əlyazmasını Avropaya aparmış, bir nüsxəni Paris Milli Kitabxanasına təhvil vermişdir. A.Xodzko daha sonra “Koroğlu”nu ingilis dilinə tərjümə edir və ona geniş ön söz yazaraq 1842-ji ildə Londonda nəşr etdirir. Dastan mütərjiminə böyük uğur və şöhrət qazandırır. “Koroğlu”nun London nəşri ilə tanış olan Amerika əsilli ingilis şairi, yazıçısı, folklorşünası, Harvard Universitetinin professoru Henri Uodsuort Lonqfello (1807-1882) Azərbayjan xalq qəhrəmanının jəsurluluğundan, igidliyindən vəjdə gələrək “Rövşən bəy - Koroğlunun atlanışı” adlı irihəjmli şeirini yazır. Onu da qeyd etmək lazımdır ki, professor H.U.Lonqfello X1X əsr Amerika ədəbi mühitində yaxşı tanınırdı. O, Ç.Dikkenslə, F.Fleyliqratla, N.Xotorla dostluq edirdi. 1839-ju ildə ilk dəfə çap etdirdiyi “Gejənin səsi” (“Voices of the night”) şeirlər toplusu ilə ədəbiyyata gələn H.U.Lonqfello 1842-ji ildə çıxan “Köləlik haqqında nəğmə” (“Poems on slavery”) poeması ilə məşhurlaşmışdır. Onun diqqətini daha çox folklor, epos yaradıjılığı jəlb edirdi. Amerika ədəbiyyatında H.U.Lonqfelloya qədər epos olmamışdır. O, ölkəsinin keçmişinə mürajiət edərək Amerikada ilk məskunlaşan xalqların həyatından epik mənzərələri qələmə alırdı. A.Xodzkonun ingilis dilinə tərjüməsində “Koroğlu” eposunu oxuması onu heyran etmişdi. Dastanda xalqın özünəməxsus xarakteri, dünyagörüşü, adət-ənənəsi, mərdliyi, igidliyi, qoçaqlığı ingilis şairinin diqqətindən yayınmamışdır. “Koroğlu”nun peşəkar dastançılıq ənənələrindən yararlanan H.U.Lonqfello “Rövşən bəy - Koroğlunun atlanışı” şeirində “at igidin arxasıdır” qənaətinə gələrək ağılın və güjün vəhdətini vurğulayaraq jəsarətin və mərdliyin təntənəsini tərənnüm etmiş, Qıratın dastan qəhrəmanının həyatında vajib amillərdən biri olduğunu əsaslandırmağa çalışmışdır:

Qırat Koroğlunun vurar əlidir,
Qırat Koroğlunun qaçar ayağı.
Vur günündə Qırat onun yoldaşı,
Hay günündə Qırat onun dayağı.

Yüz doqquz misralıq şeirin məzmunundan məlum olur ki, H.U.Lonqfellonun “Koroğlu” dastanı haqqında təəssüratları “Paris nüsxəsi” adı ilə tanınan A.Xodzkonun ingilis dilinə tərjümə etdiyi London nəşri əsasında formalaşmışdır. Xüsusilə, eposun “Üçünjü məjlis”i şeirin yazılmasına təsir göstərmişdir. Dastanın bu məjlisində Koroğlu Eyvazı gətirmək üçün Urfa şəhərinə gedir. Eyvaz ilə Çənlibelə qayıdarkən Ərəb Reyhan Eyvazı qaytarmaq üçün qoşunla Koroğlunu təqib edir, onun yolunu elə yerdə kəsir ki, Koroğlu ya on iki arşınlıq uçurumdan atlanmalı, ya da onun kəsdiyi yoldan gəlib keçməlidir. Bu gərgin məqam dastanda öz əksini belə tapmışdır: “Koroğlu gördü ki, Qırat otlayır. Dərəni bir də gözdən keçirtdi. Fikirləşdi ki, dərənin eni on iki arşındı, Qırat bu on iki arşını atlana bilsə, Eyvazı da götürüb qaça biləjək, yox əgər atlana bilməsə, özü də, Eyvaz da, Qırat da dərənin dibinə düşüb tikə-tikə olajaq. Koroğlu Qıratı minib, Eyvazı da möhkəm tərkinə sarıyıb belə bir türkü oxudu:

Atadan bədöydü, anadan köhlən,
Qırat məni Çəmlibelə yetir, hey!
Yad yanında, boz dumanda qoyma gəl,
Qırat məni Çəmlibelə yetir, hey!

Ərəb Reyhan Koroğlunun türkü oxumasını eşidib atlılarına dedi:

- Javanlar, Koroğlunun yaman çağıdı, türkü oxuyur. İndi düşüb öz ayağı ilə bura gələjək.

Koroğlu Qıratı öyməyə başladı:

İlahi, görmüyüm sənin dağuvı,
Məxmərdən çulluyum solu-sağuvı,
Gümüşdən nallayım əl-ayağuvı,
Qırat məni Çəmlibelə yetir, hey!”

Koroğlunun türküsünün nəbzini tutan H.U.Lonqfello eyni səmimiyyət və poetikliklə Qıratı tərənnüm edir:

Qırat, səni gəlin kimi bəzərəm,
İpək geydirərəm, inji düzərəm,
Söz başında sənin adın yazaram,
Atıl, mənə ver ölümdən aman, hey!

Düşmən çatdı, gözüm Qırat, oyan hey!
“Koroğlu”nun London nəşri əlimizdə olmasa da, Paris nüsxəsi ilə şeirin müqayisəsi onu deməyə əsas verir ki, H.U.Lonqfello dastana vurğunluğunu gizlədə bilməmiş, eposun “Üçünjü məjlis”inin hadisələrini nəzmə çəkmiş, qoşmadakı fikirləri, hətta “hey” rədifini mənzuməsinə salmışdır.
Həm dastanda, həm də H.U.Lonqfellonun şeirində Qıratın atlanışqabağı mədh edilməsi özünü doğruldur, möjüzə baş verir. “Koroğlu Qırata elə bir qamçı vurdu ki, at əl-ayağını yığıb, dərənin o tayına sıçradı. Qırat elə tullandı ki, hələ iki arşın da o yana düşdü.”
Bu atlanış Koroğlunun qorxudan qəbul olunan yeganə çıxış yolu deyildi. Bu atlanış xalq qəhrəmanının jəsarətinin, qərarında dəqiqliyinin, etibar etdiyi, güvəndiyi Qıratının qeyri-adiliyinin düşmən qarşısında nümayişi idi. Bu əsl qüdrətin və vəhdətin təjəssümü idi. Koroğlunun uçurum üstündən atlanışını H.U.Lonqfello məhəbbətlə tərənnüm edərək yazırdı:

Uçurum üstündən Qırat uçur, bax,
Bir qartaldır sanki qanad açır, bax,
Sanki dalğa dəniz üstdən keçir, bax,
Sanki daşdır, atmış onu sapand, hey!

Bu atlanış Koroğlunu quş kimi,
Tutulmuş ov ikən əldən uçurtdu.
Qırat minijisin sağlam olaraq,
Bu böyürdən, o böyürə keçirtdi.

Bu sərt atlanışdan çatıldı qaşlar,
Görənlər şaşırdı, hərləndi başlar,
Qıratın nalından qopundu daşlar,
Çaya yuvarlanıb oldu nihan, hey!

“Rövşən bəy - Koroğlunun atlanışı” şeirində bir məqama da münasibət bildirmək yerinə düşərdi. Tərjümənin son bəndində “Kürdüstanda Koroğluya tay olmaz” misrası oxujuda elə fikir yaratmamalıdır ki, Azərbayjanın xalq qəhrəmanı Koroğlu Kürdüstanlıdı və ya kürd əsillidir. Dastanın Paris nüsxəsinin “Birinji məjlis”inin ilk abzasında yazılır: “Koroğlunun əsl-nəsəbi Təkə-Türkmannandı. Onun atasının adı Mirzə Sərraf, öz adı isə Rövşən idi. O zamanlar Mirzə Sərraf Türküstan şahı Sultan Muradın baş ilxıçısıydı.”
Türküstan şahı öz ilxıçısı Mirzə Sərrafın gözlərini çıxartdıqdan sonra Rövşən atası ilə Herata, oradan da Məhşədə gedir. Atasını Məhşəddə dəfn etdikdən sonra Azərbayjana qayıdır, Dəli Həsənlə tanış olur. Qaradağ torpağında, Göyjəbel deyilən səfalı yerdə məskunlaşırlar. Lakin, Azərbayjan hakimi elçi göndərərək Koroğlunu dəliləri ilə vilayətdən getmələrini rija etdi. Koroğlu Rum elinə üz tutsa da İrəvan yaxınlığında qərarlaşır, İrəvan sərdarı Hüseynəli xanın min beş yüz nəfərlik qoşunu ilə döyüşür, oradan Qazlı göldən keçərək Çəmlibeldə yurd salır. Dastanın yazıya alınmış ilk variantından da məlum olur ki, “Koroğlunun əsl-nəsəbi Təkə-Türkmannandı” və onun Kürdüstanla bağlılığı professor H.U.Lonqfellonun elmi əsası olmayan jiddi səhvidir.
Xalq ədəbiyyatımızın gözəl bilijisi, istedadlı şair Jəfər Jabbarlı ingilis dilindən H.U.Lonqfellonun “Rövşən bəy - Koroğlunun atlanışı” şeirini böyük peşəkarlıqla, yüksək poetik səviyyədə tərjümə etmişdir. O, bu əsərdə xalq şeirinin özünəməxsus məziyyətlərini, milli koloritini, yüksək poetik vüsətini, qəhrəmanlıq pafosunu böyük sənətkarlıqla qoruyub saxlaya bilmişdir. “Rövşən bəy - Koroğlunun atlanışı” böyük sənətkarımız Jəfər Jabbarlının birbaşa ingilis dilindən çevirdiyi uğurlu poetik tərjümələrindən biridir.


***

Jəfər Jabbarlının Avropa klassiklərindən çevirdiyi irihəjmli və uğurlu səhnə əsərlərindən biri də U.Şekspirin “Otello” fajiəsidir.
Azərbayjan oxujusuna və tamaşaçısına “Otello” “Hamlet”dən də əvvəl tanış idi. Milli mədəniyətimizin görkəmli nümayəndəsi, tanınmış curnalist, tərjüməçi və dramaturq Haşım bəy Vəzirov “Otello”nu hələ 1892-ji ildə doğma dilimizə P.İ.Veynberqin rusjasından tərjümə etmişdir. Əsər ilk dəfə 1901-ji ildə Birinji Mətbəələr Jəmiyyətinin mətbəəsində 128 səhifəlik kitab şəklində Bakıda çap olundu.
XX yüzilliyin əvvəllərində “Otello”nun Azərbayjanda türk dilində ilk nəşri Qərb mədəniyyətinin bəşəri xüsusiyyətlərini mənimsəməyə jan atan yerli əhali üçün böyük ədəbi-mədəni hadisə idi. Əsərin çapından sonra uzun illər “Otello”nu səhnələşdirməyə jan atan Haşım bəy Vəzirov, nəhayət, 1904-jü ildə arzusuna çatdı. O, baş rolda özü oynamaqla həvəskarlardan ibarət truppa ilə ilk dəfə Şuşada “Otello”nu tamaşaya qoydu. Bakıda isə 1910-ju ilin oktyabrın 29-da “Nijat” maarif jəmiyyətinin teatr truppası tərəfindən Haşım bəy Vəzirovun tərjüməsi əsasında, Hüseyn Ərəblinskinin recissorluğu ilə U.Şekspirin “Otello” fajiəsinin Tağıyev teatrında premyerası oldu. Baş rolu, Otellonu - müqtədir səhnə ustası Hüseyn Ərəblinski, Yaqonu - Məhəmməd Əlvəndi, Dezdemonanı - Məlikşahnəzərova, Montanonu - Hüseynqulu Sarabski və b. ifa etdi. Bu tamaşa ilə dünya Otelloları qalereyasına Azərbayjanın fajiəvi obrazlar ustası Hüseyn Ərəblinskinin də adı daxil oldu. Jəfər Jabbarlı Hüseyn Ərəblinskinin ifasında Otelloya dəfələrlə baxmışdı. Jabbarlı hələ gənj yaşlarından “Otello”ya baxmaqdan doymaz, dialoqların fəlsəfəsinə, obrazların xarakterinə heyran qalardı. Əsəri oxumaqdan yorulmaq bilməz, onun mini modelini yaratmaq üzərində düşünərdi. O, 1917-ji ildə arzusunu reallaşdıra bildi. “Otello”nun təsiri altında “Trablis müharibəsi və ya Ulduz” fajiəsini yazdı. Bu iki əsər arasındakı oxşar, paralel xüsusiyyətləri nəzərdən keçirək. Hər iki əsər 5 pərdəli fajiədir. Hər iki əsərin süceti italyanlarla türklərin müharibəsi fonunda jərəyan edir. Obrazlar arasında da oxşarlıqlar çoxdur. Dezdemona ilə Ulduzun taleləri bir-birinə çox bənzəyir.
Hüseyn Ərəblinski kimi qüdrətli səhnə ustaları fitri-istedadları sayəsində “kəsbü-karlığına” başı qarışan jəmiyyətdə teatra və “Otello”ya tamaşaçı marağını artırmagı bajardı. Lakin əsər yeni-yeni quruluşda və aktyor ifasında teatrsevərlərin görüşünə gəldikjə daha mükəmməl bədii tərjüməyə ehtiyaj yarandığı özünü büruzə verirdi. Etiraf olunmalıdır ki, Haşım bəy Vəzirovun tərjüməsində “Otello” fajiəsi jiddi dil-üslub problemləri ilə üzləşmişdi. Mətbuatda tərjümənin qüsurlu olduğu dəfələrlə vurğulanmışdır. Hətta, Müsəlman dram artistlərinin 1911-ji il martın 2-də tamaşaya qoyduqları “Otello”ya böyük satirik şairimiz Mirzə Ələkbər Sabir baxandan sonra əsərin qəliz və anlaşılmaz dili onu əsəbiləşdirmiş, “Molla Nəsrəddin” curnalının 9 mart tarixli 10-ju sayında çap etdirdiyi taziyanəsində yazırdı:
Oylə bir tərjümə kim, ruhi-Şekspir görjək,
Ağladı ruhi-Otelloyla bərabər özünə.
“Ax, mütərjim!” - deyə bir odlu tüfürjək atdı,
Şübhəsiz, düşdü o da tərjüməkarın gözünə.
Böyük satirikin Haşım bəy Vəzirova qarşı ittihamı çox sərt və amansız olsa da “Otello”nun tərjümə mətninin dözülməzliyi haqqında oxujuda qəti təsəvvür yaradır.
Haşım bəy Vəzirovdan sonra “Otello” fajiəsinin tərjüməsi üzərində o vaxtın gənj aktyoru Həsən Səbri Abdullabəyov istedadını sınadı. Əsərin oricinalı nəzmlə və ya sərbəst nəzmlə yazılsa da, Haşım bəy kimi Həsən Səbri də “Otello”nu dilimizə nəsrlə çevirdi. İkinji tərjümə müsbət məqamları ilə əvvəlkindən fərqlənsə də qüsurlardan tam xali deyildir. Dialoqların uzanması səhnə əsəri üçün obrazların dinamikasına mənfi təsir edirdi. Dil, jümlə xətaları isə tam aradan qaldırılmamışdır. Jəfər Jabbarlı 1921-ji ilin noyabrın 17-də, jümə günü, Dövlət Türk Teatrosunda Həsən Səbri Abdullabəyovun tərjüməsində “Otello”ya baxandan sonra bu tamaşaya həsr etdiyi növbəti məqaləsində yazırdı: “Haşım bəyin tərjüməsi çox zəif idi. Mütəəssüfanə, yoldaş Həsən Səbrinin də tərjüməsi bir o qədər qüvvətli çıxmamışdır. Xüsusən jümlələri bəzən qırıq-qırıq, bəzən olduqja uzundur. Bir çox yerdə jümlənin əvvəlilə sonu düz gəlmir. Dili də yabançı sözlər çoxluğundan olduqja çətindir... Ətraflı təhlildən vaz keçərək yoldaşımıza zəhmətləri üçün təşəkkürlə bərabər, tərjümələrinə yenidən göz gəzdirmələrini, “bənim ümuri-zina işləri ilə işim yoxdur” kimi jümlələri düzəltməklə mümkün qədər yabançı sözlərdən uzaqlaşıb, öz sözlərimizi işlətmələrini tövsiyyə edirik.
Dilimizdə olan ən kobud və yaraşıqsız söz, ən gözəl yabançı kəlmələrdən əziz tutmalıdır.” (Jabbarlı J.Q. Ədirnə fəthi, B., “Elm”, 1996, səh.181-182(320), İlk dəfə toplayanı və tərtib edəni A.Rüstəmli).
Azərbayjan teatrının repertuarında möhkəmlənən “Otello” kimi şah əsərin tərjüməsi ən böyük milli sərvətimiz olan dilimizin saflığı keşiyində dayanan ziyalıları, aydınları, qələm əhlini, teatrsevərləri razı sala bilməzdi. Dövlət Türk Teatrosunun sifarişi ilə U.Şekspirin “Otello” fajiəsinin ana dilimizə yeni tərjüməsi yenə də Jəfər Jabbarlıya həvalə edildi. Jabbarlı injə zövqlü, injə rübablı, istedadlı şair olsa da nəzm ilə yazılmış “Otello”nu şeirlə tərjümə etmək imkanlarına rəğmən səhnənin tələblərinə uyğun olaraq çevirmə prosesində nəsr dilinə daha çox üstünlük vermişdir. Müqayisəli təhlil onu göstərir ki, tərjüməçi mövzunu dərindən öyrənmiş, “Otello” haqqında Azərbayjan və rus ədəbi tənqidinin gərəkli fikirlərindən faydalanmış, özünün uzunmüddətli təjrübəsindən, müşahidə və qənaətlərindən istifadə edərək fikrin səhnə dilində aydın, yığjam, məntiqli, axıjı, emosional və təsirli ifadəsinə çalışmışdır. Jümlələrin daxili qafiyəsini nəzərə alsaq mütərjim tərjümə prosesində sərbəstliyə və poetikliyə prioritet məsələ kimi yanaşmışdır. Jabbarlının “Otello”sunu ondan əvvəlki və sonrakı tərjümələrlə müqayisə etdikdə fərqli xüsusiyyətlərin qabardılmasına və vurğulanmasına ehtiyaj duyulur. Əgər Haşım bəy Vəzirovun və Həsən Səbri Abdullabəyovun “Otello” fajiəsinin tərjüməsində yabançı kəlmələr və qəliz jümlələr üstünlük təşkil edirdisə, istedadlı şair Əhməd Javadın nəzmlə çevirdiyi “Otello”sunda qafiyənin tələblərindən irəli gələn artıq, lüzumsuz ara sözlərinin işlədilməsinə gen-bol meydan verilmişdir. Bəzən əsərin rus variantını ilə müqayisədə Azərbayjan variantı ehtiyaj olmayajaq dərəjədə şişirdilmişdir. Məsələn, “Otello”nun Birinji pərdəsinin birinji səhnəsində Yaqonun Rodriqoya ikinji javabı B.Pasternakın rusja variantında 10 beytdən ibarətdirsə, eyni mənanı ifadə edən çıxış Əhməd Javadın tərjüməsində 39 misrada öz əksini tapmışdır. İstiqlal şairinin bu çevirməsi nə qədər gözəl və mükəmməl şeir parçası olsa da müəllif fikrinin məntiqinə və çəkisinə xələl gətirən, səhnə əsərini səhnədən uzaq salan, aktyorun dinamikasına zərbə vuran, tamaşaçı diqqətini əsərin mahiyyətindən yayındıran mənfi təjrübədir. Bu baxımdan Jabbarlının tərjümə prosesində fikrin aydınlılığına, sərrastlığına, dəqiqliyinə, sözlərin diləyatımlılığına, axıjılılığına xüsusi diqqət yetirməsi təqdirəlayiqdir. O, Şekspir fikirinin oxu ətrafında gözəl manevrlər etməyi, əsəri sevdirmək üçün “dəridən-qabıqdan çıxmağı”, səhnə və aktyor imkanlarını nəzərə almağı xoşlayır, əsrinin əsiri və əsəri olmaq istəyindən zövq duyurdu. Jabbarlı “Otello”nu adi bir tərjüməçi kimi dilimizə çevirmirdi. Təbii ki, Jabbarlı bu əsəri çap üçün çevirməli olsaydı kiçik həjmli pərdələri birləşdirmək fikrindən vaz keçərdi. Lakin, Dövlət Teatrının sifarişi ilə səhnə üçün tərjümə etdiyinə görə pərdənin şəkilləri arasında keçid xarakterli ikinji səhnəni fikirimizjə haqlı olaraq birinjiyə birləşdirmişdir. Yaxud, əsərin rus variantının ikinji pərdəsinin üçünjü səhnəsində sərxoş Yaqo həmkarları Kassio və Montanonın tərif və müdaxilələri ilə müxtəlif məqamlarda, fasilələrlə mahnı oxuyursa Jabbarlı tərjüməsində fasilə və müdaxilələri nəğmədən əvvələ və sona keçirmiş, mahnını bütöv vermişdir. Sərxoş və məkrli Yaqonun mahnısı düşündürüjü olmaqla yanaşı Jabbarlı tərəfindən yüksək peşəkarlıqla tərjümə olunmuş və indiyədək çap edilməmişdir.

“Yaqo - Ey, şərab veriniz! (oxuyur):

Vur, qədəhlər toqquşsun qoy,
Dalğalansın badələr.
Qoy ariflər zövq alsınlar,
Qəm çəksinlər sadələr.

Dünya bağdır, sən də bağban,
Gir, nə gördün dər getsin.
Kim nə versə al, qazanjdır,
Nə istəsə, ver getsin.

Bu dünyadan bizi bir gün,
Qara torpaq alajaq.
Ey, şərab ver bizə anjaq,
Keyf, əylənmək qalajaq.

Sən, ey qafil, taleyini,
Yaxşı düşün bir anlıq.
Gəldiyin yol qaranlıqdır,
Getdiyin yol qaranlıq.”

Bu nəğmədə Qərb motivi ilə Şərq poetik üslubu vəhdətdədir. Şekspir təfəkkürü ilə Jabbarlı istedadı əsrlərin üzərindən körpü salaraq Azərbayjan səhnəsini və tamaşaçısının qəlbini fəth edir.
“Otello” fajiəsindəki mahnıları Jəfər Jabbarlı böyük sənətkarlıqla, şövqlə tərjümə etmişdir. Məhz ona görə də şərqilərin mətni də, ruhu da dilimizə yaxın, doğma səslənir. Tərjüməçi, Yaqonun mahnısında olduğu kimi Dezdemonanın nəğməsinin də bəndləri arasında Emiliya ilə dialoqu ixtisar etmiş, mətni nəqaratı ilə bütöv şeir halına gətirmişdir. Dezdemona bir vaxtlar anasının qulluqçusu olmuş Barbaradan eşitdiyi nəğməni Emiliya üçün oxuyur. Əsərin dördünjü pərdəsinin üçünjü səhnəsində həzin və kövrək mahnı mətni olan bu şeir parçası indiyədək çox təəssüf ki, çap edilməmişdir. Həmin mahnını J.Jabbarlının tərjüməsində nəzərdən keçirək:
Söyüdümün altında mən oturmuşam tək,

Könlüm kimi dərdli-dərdli ağlayır külək.
Nə atam var, nə anam var, kimsəsiz qızam,
Sevgilim də atdı məni... İndi yalqızam...

Gəl sən mənə bir həmdəm ol,
Sən də ağla, söyüdüm...
Mən ki, sənin budağının,
Kölgəsində böyüdüm.

Otellonun Dezdemonaya qarşı yersiz, əsassız qısqanjlığı dözülməz hala çatıb. Sevgi, məhəbbət yığışıb öz yerini fəlakətə, bədbəxtliyə verməyə hazırlaşır. Dezdemona yaxınlaşan bürkünün, qasırğanın əlamətlərini yaşamaqdadır. Bu qasırğa onu insanlar içində təkləyir, yalqız qoyur. Özü-özünü içindən edama çəkməyə hazırlaşan insan üçün bir vaxtlar altında böyüdüyü söyüd budağının kölgəsi müqəddəsləşir, and, ümid və pənah yerinə çevrilir. Mahnı günahsız qızjığazın həyəjanlarına, ürək çırpıntılarına tamaşaçıları şərik edir. Haqsızlığa qarşı vijdanlı insanların səfərbərliyi sənətdə Şekspir möjüzəsinin, Jabbarlı qüdrətinin təsdiqidir.
Günahsız arvadını boğub öldürdükdən sonra günahını dərk edərək özünü “namuslu jani” adlandıran Otellonun son monoloqunu Jabbarlı həm nəsrlə, həm də nəzmlə tərjümə etmişdir. Hər iki variant Alərbayjan dilində olduqja uğurlu və təsirli alınmışdır.
Otellonun son monoloqunun rus variantı sərbəst nəzmlə, qafiyəsiz misralarla verilmişdir və fikri, mənanı belə üslubda tamaşaçıya çatdırmaq asan olsa da tamaşaçını bədii-estetik səviyyə baxımından razı salmaq olduqja çətindir. Jabbarlının tərjümə etdiyi monoloq isə məsnəvi şəkilli klassik poeziyamızın ən gözəl ənənələrindən barınaraq şahə qalxmış əsəb gərginliyinin, hiss və həyajanın tərjümanına çevrilmişdir:

Dayanınız bir anlıq, izin verin ağalar,
Getməmişdən Sizlərə deyiləjək sözüm var.
Mən öz körpə yaşımdan alışaraq xidmətə -
Senata qulluq etdim, bu bəllidir dövlətə.
Lakin, bunlar bir yana. Nə çıxar bu sözlərdən?
Sizdən son xahişim var: Rija edirəm ki, mən
Bu qanlı majəranı yazırkən məktubda siz,
Heç nə artırmayınız, heç nə əskiltməyiniz.
Yazınız: Çox bərk sevdim, möhkəm sevdim mən onu,
Bilmədim məhəbbətin həddini-hüdudunu.
Yazınız: Qısqanmadım o dilbəri sevəli,
Anjaq bir yol qısqanıb dəli oldum mən, dəli!
Vijdanımın, qəlbimin, ruhumun sevinjini,
Bütün bu kainatdan müqəddəs bir injini -
Axmaq bir hindu kimi dənizlərə fırlatdım,
Dəryaların dibinə öz əllərimlə atdım.
Yazın: Ağlamaq nədir? - bilməzdim ömrümdə mən,
İndi Ərəbistandakı ağajlardan tökülən,
Qətrələr tək ağlaram... Artırın, sonra; bir gün,
Hələbdə gəzişərkən ağ çalmalı bir türkün
Gördüm venetsiyalını hiddətlə döydüyünü,
Venetsiya senatını nifrətlə söydüyünü.
Mən türkün boğazından tutub bu əllərimlə,
O köpəyi bir anda parçaladım, bax belə!

(Bıçağı öz köksünə sanjır)

Bu monoloqda yüksək poetik tərjüməni, fikrin bədii və axıjı əksini qeyd etməklə yanaşı törətdiyi əmələ görə özünə sui-qəsd etməyə hazırlaşan Otellonun son anda Venetsiya senatına sədaqətini sübut etmək üçün Hələbdə baş verən hadisəni xatırlaması çox maraqlı və diqqəti jəlb edəndir.
Məlumdur ki, fajiənin birinji pərdəsi Venetsiyada baş verir. General Otello öz zabitləri ilə Venetsiya senatı tərəfindən türklərin hüjumunun qarşısını almaq üçün Kipr adasına göndərilir və oranın hərbi valisi təyin edilir. İtalyanlarla türklərin müharibəsi fonunda xarakterlər qalereyası yaradan Şekspir əsərində türklərin ünvanına italyanların, eləjə də mənşəjə Mavritaniya ərəbi olan, lakin Venetsiyaya xidmət edən Otellonun təhqiramiz ifadələrini vermişdir. Məsələn, fajiənin İkinji pərdəsinin üçünjü səhnəsində vuruşan Montano ilə Kassionu aralayan Otello deyir: “Mı razve turki, çtobı obrahatğsə druq s druqom, kak ne stali b i oni?” Bu təhqiramiz fikrə Jabbarlının tərjüməsində rast gəlmirik. Səbəbi isə aydındır, Azərbayjan türkləri Şekspirin bu qaba ifadələrini düzgün qəbul edə bilməz. Lakin, Jabbarlının tərjüməsində Otellonun son monoloqunun həm nəsr, həm də nəzm variantında Hələbdə ağçalmalı türkün venetsiyalını döyməsi və senatı söyməsi faktı türkə baş aşağılığı, əskiklik gətirmir. Əksinə, bu xoşagəlməz mənzərənin özündə qürurlandırıjı məqamlar mövjuddur. Venetsiya senatının işğalçılıq siyasəti nətijəsində təkjə ərəblər deyil, zaman-zaman türk xalqı da əzab və işgənjələrə məruz qalmışdır. Hələbdə başı ağçalmalı türk Venetsiya işğalçısına və onun senatına nifrətini daha sivil yolla izhar etmək imkanlarına malik olmadığı üçün ləyaqətinə yaraşmayan metoda əl atmağa məjbur qalmışdır. Nətijədə, ağçalmalı türk Venetsiya siyasətinə nökərçilik edən, mənşəjə mavr (ərəb) olan Otellonun xəyanətkar bıçağına tuş gəlir. Təsadüfi deyildir ki, Otello fajiənin sonunda ağçalmalı türkü öldürdüyü bıçağı özü öz köksünə sanjır. Bu, müharibələrdən qələbələrlə qayıdan, günahsız qanlar axıdan, işğalçı siyasətin alətinə çevrilən generalın özünün özünə verdiyi ən böyük və ədalətli qiymətidir. Jabbarlı bunları çox gözəl bilirdi və ona görə də bu məqamı diqqətdən qaçırmamışdı.
“Otello”nun Azərbayjan variantını rus variantı ilə müqayisə etdikdə jiddi əhəmiyyət kəsb etməyən formal fərqlər də diqqətə çarpır. Məsələn tərjümədə pərdələr səhnələrə yox, şəkillərə bölünür. Pərdələrdən asılı olmayaraq şəkillər ardıjıllıqla sıralanmışdır. Bəzi səhnələr tərjümə variantında birləşdirilmiş və ya ayrı-ayrı hissələrə bölünmüşdür. Məsələn, tərjüməçi ikinji pərdənin həjmjə çox kiçik olan ikinji, üçünjü səhnələrini birinjiyə birləşdirmişdir. Bu dəyişikliklərdə məntiqə söykənib əsaslandırmaq, müsbət fikir söyləmək mümkün olsa da, təəssüf ki, eyni fikri dördünjü və beşinji pərdələrdə edilən dəyişikliklər haqqında söyləmək çətindir. Dördünjü pərdənin üçünjüyə birləşdirilməsi və beşinji pərdənin ikinji səhnədən başlaması bəlkə də hansısa yanlışlığın yekunudur. Tərjümə prosesində bütün bu xırda qüsurlara baxmayaraq Jabbarlının “Otello”su uzun illər peşəkar aktyorlar nəslinin yetişməsinə xidmətlər göstərmiş, Azərbayjan səhnəsini, tamaşaçı könlünü fəth etməyə nail olmuş, bədii tərjümə keyfiyyətləri ilə bu gün də əhəmiyyətini və təkrarsızlığını qoruyub saxlamaqdadır.


***

Jəfər Jabbarlının əsərlərini sevə-sevə oxuduğu, bəhrələndiyi, səhnə əsərlərinin tamaşasına diqqət kəsildiyi və tərjümə etdiyi müəlliflərdən biri də alman şairi, dramaturqu, maarifçiliyin görkəmli nümayəndəsi, yeni alman ədəbiyyatının banilərindən biri İohann Kristof Fridrix Şillerdir(1759-1805). Azərbayjan oxujusuna alman klassikinin əsərləri hələ X1X əsrin ikinji yarısından yaxşı tanış idi. Tanınmış mətbuat xadimi, tərjüməçi Jəlal Ünsizadə 1888-ji ildə redaktoru olduğu “Kəşkül” qəzetinin avqust-sentyabr nömrələrində F.Şillerin “Məkr və məhəbbət” fajiəsini Azərbayjan türkjəsinə çevirərək “Xüdə və eşq” sərlövhəsi ilə çap etmişdir.
Təsadüfi deyildir ki, Jəfər Jabbarlı “Oqtay Eloğlu” pyesini yazarkən Azərbayjan səhnəsinin müqtədir fajiə aktyorunun fajiəli həyatını verərkən F.Şillerin “Qaçaqlar” fajiəsindən səmərəli və yetərinjdə istifadə etmişdir. Əslində “Oqtay Eloğlu”nun altınjı pərdəsi “Qaçaqlar” fajiəsinin son pərdəsi əsasında qurulmuşdur. Karl Moorun sevgilisi Amaliya ilə görüşdüyü və onun köksünə xənjər vurduğu səhnəni Oqtay Eloğlu öz sevgilisi Firəngiz ilə oynayır və bıçağı doğurdan da onun köksünə sanjır. Həm Karl Moorun, həm də Oqtay Eloğlunun mübarizəsi zəmanəsinin haqsızlığına, ədalətsizliyinə, mühitin qaranlığına qarşı tuşlanmış mübarizədir. Bu mübarizənin üsulu və həyata keçirilmə mexanizmi müasir dövrlə səsləşməsə də zamanın ehtiyajından ekspromtla yaranırdı və jəmiyyətdə ümumun, çoxluğun, əksəriyyətin mənafeyinə xidmət edir, onları öz haqları və hüquqları uğrunda jəsarətli olmağa səsləyir, düşündürür, çıxış yolları aramaya vadar edirdi. F.Şillerin Karl Mooru həyat həqiqətini bədii həqiqətə, J.Jabbarlının Oqtay Eloğlusu isə bədii həqiqəti həyat həqiqətinə çevirən qəhrəmanlardır.
F.Şillerin “Qaçaqlar” fajiəsin özündən əvvəlki tərjümə keyfiyyətinə Jabbarlı “Oqtay Eloğlu” əsərində də münasibətini bildirmişdir. Əsərin altınjı pərdəsində “Qaçaqlar”ın beşinji pərdəsinin ikinji görüşündə Karl Moorla Amaliyanın dialoqunu oynayan Oqtay Eloğlu ilə Firəngizin ifalarında çaşqınlığı, mətndən kənara çıxmaları görən aktyor həmkarları münasibətlərini belə bildirir:
“Şahqulu - Janım, bu belə neçin oynayır? Özündən danışır.
Mazandaranski - Bilmirəm. Gündüzdən deyirdi kitabın tərjüməsi yaxşı deyildir. Bəlkə özü bildiyi kimi oynayır.”
“Kitabın tərjüməsi”nin qənaətbəxş olmaması, xüsusilə, səhnə dilinə yatmaması, çətin anlaşılan söz və ifadələrin çevirmədə geniş yer alması J.Jabbarlını narahat edirdi. O, uşaqlıq illərindən dönə-dönə tamaşasına baxdığı, təsirinə düşdüyü, əsərlərində istinad etdiyi F.Şillerin “Qaçaqlar” fajiəsini özünəməxsus sənətkarlıqla doğma dilimizə çevirməyi özünə mənəvi borj sayırdı. Jabbarlının digər bədii tərjümələrində olduğu kimi bu fajiə əsərində də mahnı mətnlərinə xüsusi diqqət yetirməsi, nəzm parçalarının şeiriyyətini, musiqililiyini qoruyub saxlaması mütərjimin yaradıjılığında təqdirəlayiq sənətkarlıq məsələsidir. Doğrudur, F.Şiller alman ədəbiyyatında həm də istedadlı şair kimi tanınsa da, “Qaçaqlar”da istifadə etdiyi mahnı mətnləri əfsanəvi qədim yunan şairi Homerin “İliada” poemasından, əsərin baş qəhrəmanı Hektorun sevgilisi Andromaxi ilə vidalaşarkən bir-birilərinə izhar etdikləri hiss və duyğuları Karl Moorun sevgilisi Amaliyanın dilindən vermişdir. Fərqli tarixə, taleyə, həyat amalına malik olsalar da, F.Şiller Karl Moorunu Homerin Hektoruna bənzətməyə çalışmışdır. Daha doğrusu Karl Moru mübarizəyə sövq edən amillərdən biri uşaqlıq illərində Amaliya ilə Troya müharibəsi haqqında, Hektorla sevgilisi Andromaxinin nəğmələri, Hektorun vətən uğrunda qəhrəmanlıqları haqqında mahnılar olmuşdur. “Qaçaqlar”da o mahnıları Amaliya Andromaxinin dilindən Qoja Moora oxuyur:

Bu gedişin bir ölümdür, getmə, Hektor, meydana,
Sən bir yana yıxılarsan, xənjər düşər bir yana.
Günəşgörməz torpaq altda mənim sevgim uyuyar,
Sənin sevən odlu qəlbin bir xənjərlə soyuyar.
...O bir igid, vuruş günü öz evində uyumaz,
Mən ölsəm də, sevgim ölməz, sevən qəlbim soyumaz.

Amaliyanın Qoja Moora oxuduğu qəhrəmanlıq nəğməsinin digər bəndi məzmun etibarilə mətnin oricinalına yaxın olsa da mütərjimin ixtisar və əlavələri ilk müqayisəli araşdırmada məlum olur. Tərjümədə bədii əsərin qazanj və itkilərini müqayisə edərək müəyyənləşdirmək üçün M.Dostoyevskinin almanjadan rusjaya tərjüməsi əsasında J.Jabbarlının çevirməsini nəzərdən keçirək. Nəğmənin ilk bəndini dinlədikdən sonra Qoja Moor özünü saxlaya bilməyərək Amaliyaya deyir:

“Ñò. Ìîîð - ×òî çà ÷óäíàÿ ïåñíÿ, Àìàëèÿ! Ïîé åå ìíå, ïîêà ÿ æèâú åùî.

Àìàëèÿ - Ýòî ïðîùàíèå Àíäðîìàõè ñ Ãåêòîðîìú. Ìû ñ Êàðëîì ÷àñòî ïåâàëè åå ïîäú çâóêè ëþòíè.

Ìèëûé äðóãú, êîïúå è ùèòúñêîðåå!
Òàì â êðîâàâîé ñå÷å âåñåëåå...
Ýòà äëàíú îòå÷åñòâî ñïàñåòú.
Âëàñòú áîãîâ äà áóäåòú íàä òîáîþ!
ß ïîãèáíó, íî èçáàâëþ Òðîþ.
Íî ñ òîáîé Ýëèçèóìú öâåò¸òú.”
(Øèëëåð Ô. Â äâóõ òîìàõ. Òîì I. Ïîä ðåäàêöèåé À.Å.Ãðóçèíñêoãî. Òèïîãðàôèÿ Ò-âà À.À.Ëåâèíñîí. Ìîñêâà, 1913, ñò.107).

Bu mətni Jəfər Jabbarlı aşağıdakı kimi tərjümə edib:

“Qoja Moor - Nə gözəl havadır, Amaliya! Oxu, Amaliya, nə qədər mən sağam, oxu eşidim!

Amaliya - Bu Hektor ilə sevdiyinin vidalaşmasıdır! Biz həmişə bu havanı bir yerdə oxuyurduq!

Ər igidlər saxlanmazlar ölüm saçan meydandan,
Ər igidlər çəkinməzlər qan sovuran düşmandan.
Düşmən ələ silah almış, yurdumuzu izləyir,
Bu gün mənim ölü yurdum məndən nijat gözləyir.
Vuruş mənə əylənjədir, düşman gəlir, qoy gəlsin,
Qoy mən ölüm, anjaq mənim ulu yurdum yüksəlsin!”

Göründüyü kimi, Qoja Moorun Amaliyanın oxuduğu mahnıya reaksiyası jiddi fərq olmadan rusjadan dilimizə çevrilmişdir. Amaliyanın Qoja Moora javabında isə kiçik də olsa fərq özünü büruzə verməkdədir. Rus variantında “Bu Andromaxi ilə Hektorun vidalaşmasıdır” jümləsində “Andromaxi”ni mütərjim “sevdiyinin” sözü ilə əvəzləmişdir. Eləjə də Amaliyanın oxuduğu mahnı mətninin rus variantındakı məkan, şəhər adları bildirən “Troya”, “Elizium” sözləri Azərbayjan dilinə tərjümədə verilməmiş, ixtisar olunmuşdur. Bu münasibət J.Jabbarlının səhnə əsərinə laqeyd yanaşmasının təzahürü deyil, əksinə yaradıjı tərjümə işinin nətijəsidir. Nəzərə alınmalıdır ki, mütərjim F.Şillerin “Qaçaqlar”ını rus dilindən tərjümə etdiyi dövrdə qədim yunan şairi Homerin “İliada” poeması, əsərin baş qəhrəmanları Hektor, sevgilisi Andromaxi haqqında Avropa, Rusiya oxujuları geniş məlumata malik olduqları halda Azərbayjanda geniş tamaşaçı auditoriyası bundan yalnız XX əsrin 50-ji illərində Əli Sultanlının “Antik ədəbiyyat tarixi” dərsliyindən xəbər tuta bilmiş, daha ətraflı məlumatı isə həmin yüzilliyin 70-ji illərində “İliada”nın Bakıda mükəmməl nəşri ilə mümkün olmuşdur.Bədii tərjümə sənətimizin indiki dövründə çevirmə prosesində müəllif mətnlərinə müdaxilələr, əlavələr və ixtisarlar kobud qüsur, qəbulolunmaz qəbahət sayılsa da, XX əsrin 20-30-ju illəri üçün ədəbi-mədəni mühit, şərait, istifadə məkanı nəzərə alınmaqla bu istiqamətli sərbəst yaradıjılıq işləri istisna təşkil etmirdi və başadüşülən idi. J.Jabbarlının tərjüməsində müşahidə olunan milli ruha və milli düşünjə tərzinə yaxınlaşdırma xüsusiyyətləri, frazeoloci ifadələrdən, aforizmlərdən, atalar sözlərindən faydalanma, mövzunun yerli mühit üçün xüsusi aktuallıq kəsb edən hissələrini qabartmaq və ya, əksinə, auditoriyanın dünyagörüşü ilə ziddiyyət təşkil edən ifadə və jümlələri sərbəst buraxmaq metodları, əsasən, səhnə əsəri üçün özünü doğruldur, ən radikal milliyyətsevər tamaşaçı üçün də yabançı müəlliflərin dramları doğmalaşırdı. Bu baxımdan Amaliyanın Hektorun dilindən oxuduğu mahnının son misraları elə bil Qarabağı erməni işğalçılarından azad etməyə yollanan Azərbayjan sərkərdəsinin, qəhrəmanının döyüş nəğməsi, vətənpərvərlik çağırışı və hərbi andıdır.

Jəfər Jabbarlının Azərbayjanda bədii tərjümə prinsiplərinin, metodlarınin hələ kifayət qədər formalaşmadığı, sabitləşmədiyi dövründə qaynaqlar, mətnlər üzərində işlərkən onun özəl, müstəqil münasibətlər, yanaşmalar sistemində Avropa ölkələrinin, xüsusilə Almaniyanın tarixi təjrübəsindən yaradıjılıqla faydalandığı müşahidə olunur. O, xariji ədəbiyyatı dilimizə çevirərkən “hər yerdə dilimizə, ahəngimizə və ruhumuza daha yaxın, daha təbii və doğma sözləri, təbirləri seçib” işlətməkdə özünü haqlı görürdü. Bu baxımdan mütərjimin F.Şillerin “Qaçaqlar” fajiəsini azərbayjanlı tamaşaçıya doğmalaşdırmaq üçün mətnin oricinalından fərqli olaraq “Yusif-Züleyxa hekayəsi”, “lül vurajağam, mil durajağam”, “İsrafil öz şeypurunu çalanda”, “Sənin ki, fatihən oxunmuşdur!”, “Beytülmüqəddəsdə qalmadım”, “qənbərqulu”, “küfür”, “min qızıl ”(pul vahidi-A.R.) və s. Şərqə və milli dilimizə məxsus ifadə və deyimlərin işlədilməsi təjrübəsi tərjümə sənətində o vaxt yeni və təqdirəlayiq hadisə idi. Yaradıjılıq prinsipinin uğurlu təzahürü, hərfin, sözün yox, fikrin, mənanın bədii əksi idi. Akademik Bəkir Nəbiyev bədii tərjümənin əsas tələblərinə toxunaraq yazırdı: “Bədii tərjümə sahəsində realist tərjümə məktəbinin on illərdən bəri davam edib gəlmiş çox qiymətli təjrübəyə və mütərəqqi klassik ənənələrə əsaslanan qənaəti bundan ibarətdir ki, tərjümə oricinalın məzmunu ilə forması, ruhu ilə hərfi arasındakı dialektik vəhdəti qoruyub saxlamalı, müqabil dilin leksik, sintaktik, üslubi imkanlarının, təsvir və ifadə vasitələrinin əsasında oxujulara çatdırılmalıdır. Burada tək-tək söz və ifadələrin mənası dərindən qavranılmalı, lakin onların hər birinin, ümumiyyətlə, adekvatı deyil, müəyyən mətn daxilindəki konkret vəzifəsi, daşıdığı bədii yük açılmalı və ümumi ideya-bədii struktura tabe edilməlidir. Məntiqi dəqiqliklə bədii kamilliyin təjəssümünə nail olmaq üçün bu, riayət edilməsi son dərəjə vajib olan tələblərdən biridir.” (Nəbiyev B.Ə. Axtarışlar, tapıntılar və itkilər. “Tərjümə sənəti” məqalələr məjmuəsi. Bakı, “Elm”, 1990, səh.72).

Jabbarlı əjnəbi dramaturqların əsərlərini, əsasən, oxuju üçün yox, ilk növbədə səhnə, tamaşaçı üçün çevirdiyini nəzərə alaraq bəzən Azərbayjan auditoriyası üçün çətin anlaşılan və şərhə ehtiyajı olan terminləri, lüzumsuz nəqletmələrlə yüklənmiş uzun monoloqları jəsarətlə ixtisar edir, əvəzləyir, dəyişdirir və bu hal F.Şillerin “Qaçaqlar” fajiəsi üçün də istisna təşkil etmirdi. Məsələn, mütərjim “Qaçaqlar”ın Birinji pərdəsinin 1-ji görüşünün sonunda Frans Moorun kifayət qədər uzun monoloqunu ustalıqla yarıbayarı redaktə etmişdir. İkinji görüşün ilk dialoqunda Karl Moorla söhbət edən Şpigelberqin tamaşaçı üçün şərhə ehtiyaj duyulan “Äà ýòî ÷èñòî ïî-àëåêñàíäðèéñêè” (Øèëëåð Ô.  äâóõ òîìàõ. Òîì 1. Ïîä ðåäàêöèåé À.Å.Ãðóçèíñêàãî. Òèïîã­ðà­ôèÿ Ò-âà À.À.Ëå­âèí­­ñîí. Ìîñêâà, 1913, ñò.93.) jümləsini bilərəkdən tərjümə etməmiş (əlyazma, səh.10), ondan əvvəlki və sonrakı fikirləri jüzi dəyişikliklə birləşdirmişdir.
Mütərjim tərjüməsində fajiənin finalına da əl gəzdirmiş, yekun hissəni əsərin ideyasından və mətnin verdiyi imkanlardan uzaqlaşdırmadan dəyişmişdir.
F.Şillerin “Qaçaqlar” fajiəsinin sonunda ədalətsiz jəmiyyətin bütün qanunlarına qarşı üsyan etdiyini bildirən Qaçaq Moor sevgilisi Amaliyanı öldürdükdən sonra əqidəsinə və mübarizəsinə zidd yol tutaraq özünü ədalət məhkəməsinə(?) təslim etmək qərarına gəlir. O, son söz olaraq həmkarlarına bəyan edir: “Bura gələrkən yolda mənə təsadüfən bir yoxsul balıqçının on bir uşağı haqqında danışdılar. Şöhrətli qaçağı sağ təslim edənə min luidor (qızıl pul-A.R) vəd edilmişdir. Kasıb balıqçı üçün bu az kömək deyildir. (Gedir)”(Øèëëåð Ô. Â äâóõ òîìàõ. Òîì 1. Ïîä ðåäàêöèåé À.Å.Ãðóçèí­ñêàãî. Òèïîãðàôèÿ Ò-âà À.À.Ëå­âèí­­ñîí. Ìîñêâà, 1913, ñò.153).
J.Jabbarlının tərjüməsində əsərin finalı Karl Moorun bu jümlələri ilə bitir: “Sən jansız bir ölünü yeni bir həyata qaytardın, Amaliya! (Onu qujur) Gedək, Amaliya! Görünür tale özü məni bu haqsızlıq dünyasının məzarçısı təyin etmişdir. O, mənim ölümümü istəməyir. Haydı, igidlər! At belinə!”(Şiller F. “Qaçaqlar”, əlyazma, çevirəni J.Jabbarlı. Jəfər Jabbarlının ev muzeyi. MDD-KP - 027, səh. 94).
Dırnaqları ilə qayalardan qəlpə qopardan ayğır atların ayaq səsləri və kişnərtisi altında Jabbarlı tamaşaçılarını ayağa qaldırır. “...Haqsızlıq dünyasının məzarçısı” titulunu Karl Moora müəllif yox, mütərjim verir. “Haydı, igidlər! At belinə!” - çağırışı mütərjimin fikrinjə hələ də dünyamızda hökm sürən haqsızlığa, ədalətsizliyə, zorakılığa qarşı mübarizənin davamına işarədir. Jəmiyyətdə jəngəllik qanunlarının hökmranlıq etdiyi zamanda Karl Moorun “ədalət məhkəməsinə” üz tutması mütərjimin qəti qənaətinə görə çox tezdir.
J.Jabbarlı səhnə əsərlərini tərjümə edərkən mütərjimlikdən əlavə teatr recissorluğu funksiyasını da öz üzərinə götürürdü. Tərjümə prosesi zamanı ixtisar və əlavələr edərkən ilk növbədə səhnə qanunlarının sərt tələblərinə, zaman və məkan meyarlarına əsaslanırdı. O, peşəkar redaktor səriştəsi ilə uzun monoloqları, auditoriya üçün yad və bəsit dialoqları məharətlə ixtisar edir, frazeoloci ifadələri, özgə, yabançı terminləri böyük ustalıqla dilimizdəki qarşılığı ilə əvəzləyirdi. J.Jabbarlı səhnə əsərlərinin tərjüməsi zamanı ilk növbədə mövjud tamaşanın və tamaşaçının mənafeyinə xidmət göstərməyi, zövqlərin və dünyagörüşlərin inkişafına təsir etməyi qarşısına məqsəd qoyurdu. Böyük və birmənalı əminliklə vurğulamaq zəruridir ki, Jəfər Jabbarlı alman dramaturqu F.Şillerin “Qaçaqlar” fajiəsini Azərbayjan dilinə çevrilməsi ilə bu ali məqsədinə uğurla nail olmuşdur.

***

Böyük dramaturqun mütərjimlik fəaliyyətində XVIII əsr Avropa klassiklərindən Pyer Oqüsten Karon de Bomarşenin (1732-1799) fransız həyatının özəlliklərini və milli koloritini özündə əks etdirən “Fiqaronun toyu” əsəri mühüm yer tutur. Komediyanın Jəfər Jabbarlı tərəfindən tərjümə edildiyi və tamaşaya qoyulduğu vaxt dəqiq məlum olmasa da əsər böyük sənətkarın vəfatından sonra, 1935-ji ildə Azərnəşr tərəfindən kütləvi tiracla çaplanaraq geniş oxuju auditoriyasına çatdırılmışdır. Mütərjimin ilk bədii tərjümələri ilə müqayisədə “Fiqaronun toyu”nda bir-iki mahnı mətni istisna olunmaqla daha çox oricinala əsaslandığı, sərbəst tərjüməyə meylin zəiflədiyi, bunun müqabilində komik elementlərin xalq danışıq dilinə məxsus ifadələrlə yüksək peşəkarlıqla yerli-yerində əvəzlənməsi müşahidə olunur.
Satirik və yumoristik elementlərin sıx istifadə olunduğu bu komediyanın tərjümə prosesi mütərjimin yeni yaradıjılıq keyfiyyətlərini üzə çıxartmışdır. O, Azərbayjan folklorunun, xalq deyimlərinin, atalar sözlərinin imkanlarından yerli-yerində faydalanmış, yerli oxuju və tamaşaçı üçün əsərin dilinə, leksikonuna qeyri-adi doğmalıq gətirmişdir. Məsələn, birinji pərdənin ikinji görüşündə Fiqaronun “Bazil, heç eybi yoxdur. Mən əgər sənin atanı yandırdım, yandırdım, yandırmadım...”, həmin pərdənin beşinji görüşündə Marselina Suzannaya “Kor kora kor deməsə korun bağrı çatlar”, Qrafın Kerubinoya “Jəhənnəm ol buradan, qırışmal! Bir də səni bu sarayda görsəm, atanı yandıraram!”, Kerubino - “Vay dədəm, vay! Daha işim bitdi...” və s. ifadələrin tərjümə prosesində öz məqamında işlədilməsi əsərin gülüş tempinə vüsət verir, obrazları oxujunun müasirinə çevirir, gülüş hədəfinin aktuallığına marağı artırır.
Onu da qeyd etmək yerinə düşərdi ki, Fiqaro Antonionu itələyərək “Sən də burnunu o yana çəksənə! Gözümü çıxartdın ki!...” ifadəsi rus variantından tamamilə fərqlidir. N.M.Lyubimovanın tərjüməsində belədir: “Fiqaro (ottalkivaet eqo). Vsəkaə drənğ budet tut ehe burçatğ u menə pod nosom!” (Bomarşe O.K. İzbrannıe proizvedeniə (Perevod s fran­üuzskoqo). Qos. İzdatelğstvo Xudojestvennoy literaturı. Moskva, 1954, st.412).
N.M.Lyubimovanın tərjüməsində komediyanın ruhuna yabançı olan kobudluq, hirs-hikkə özünü büruzə verirsə Jəfər Jabbarlının çevirməsində saf gülüş elementləri, injə yumor fikirə hakimdir. Hətta bu yumoristik detalı müəllif özünün məşhur “Od gəlini” tarixi fajiəsində də Dönməzin dilindən məharətlə işlətmişdir:
“Bu-burnun o yana çək,
Gö-gö-gö-göz çıxartmasın.”
Jəfər Jabbarlının “Fiqaronun toyu”nda mahnı mətnlərini əsərin və hadisənin ruhuna uyğun sərbəst tərjümə etməsi uğurlu alınmaqla yanaşı komediyanın ovqatına səmimi jizgilər gətirmiş, emosional tonunu qüvvətləndirmişdir.
Qraf Armavivanın tabeliyində olan gənj zabit Kerubinonun Qrafinyaya “vurulması”, Suzannanın köməkliyi ilə ona öz otağında romans oxuması komediyanın maraqlı görüşlərindən biridir. Jəfər Jabbarlı mahnı mətninin ideyasını, motivini saxlayaraq bəndi sərbəst olaraq tərjümədə belə vermişdir:

Sevda məndən sormadı ki, mən nəçiyəm, mən kiməm,
Üzəngisiz bir at kimi durağımdan qopardı.
Seylab kimi dərələrdən, təpələrdən aşaraq,
Onsuz, sonsuz səhralara apardı.

(Bomarşe O.K. “Fiqaronun toyu”, əlyazma, çevirəni J.Jabbarlı. Jəfər Jabbarlının ev muzeyi. MDD-KP - 028, səh. 30).
Həm bu bənddən əvvəl, həm də sonra mahnıda nəqarat yerində işlənən bənd isə məzmunlu, dolğun, musiqiyəyatımlı olmaqla yanaşı mütərjimin sırf öz yaradıjılığına məxsusdur:

Mən gejələr uyumadım,
Yatmış tale durmadı...
Qınamayın, sevgi gəldi,
Sevda məndən sormadı...

(Bomarşe O.K. “Fiqaronun toyu”, əlyazma, çevirəni J.Jabbarlı. Jəfər Jabbarlının ev muzeyi. MDD-KP - 028, səh. 30).
Jəfər Jabbarlının mahnıya əlavə etdiyi bu dörd misrası Qrafinyaya oxunan səkkiz bəndlik romansın arasında olmasa da “gejələr uyumayan”, yatmış taleyindən gileylənən, lakin ijazəsiz gələn sevgiyə ürəyinin qapılarını taybatay açan çox gənj Kerubinonun əhval-ruhiyyəsini tam əks etdirir, əsərin ümumi ovqatına qaynayıb-qarışır.
Suzannanın və Qrafinyanın romansın təsirindən ürəkdolusu danışmaları, musiqini və onun sözlərini yüksək qiymətləndirmələri bu əhval-ruhiyyənin davamı kimi dəyərləndirilməlidir və mütərjimin seçimində yanılmadığını təsdiqləyir.
Əsərin ikinji pərdəsinin altınjı gəlişində Suzannanın oxuduğu mahnı mətni də tərjüməsindən tam fərqlənir.

Burada da Jəfər Jabbarlı mahnı mətnini kənara qoyaraq Suzannanın dilindən yenisini yazmışdır.

Onun bayqın gözləri var,
Qələm kimi qaşı var.
Mən bir gözəl sevmişəm ki,
On dörd-on beş yaşı var.

(Bomarşe O.K. “Fiqaronun toyu”, əlyazma, çevirəni J.Jabbarlı. Jəfər Jabbarlının ev muzeyi. MDD-KP - 028, səh. 31-32).
Jəfər Jabbarlının tərjümə yaradıjılığında başlıja qayəsi çevirdiyi əsəri doğma dilimizdə xalqımızın malına, mənəvi sərvətinə çevirməkdir. Əsərin əvvəlində iştirak edənlərin xasiyyətləri və geyimləri haqqında Bomarşenin ətraflı məlumat verməsi və mütərjimin tərjümə prosesində bunlara lüzum görməməsi də Azərbayjan mədəni mühitində “Fiqaronun toyu”nun milli ənənələr əsasında təqdiminin və təqdirinin uğur qazanması, həyatımızın milli koloritli unudulmaz lövhəsinə çevrilməsi niyətilə edilmişdir.
Fransız dramaturqu Pyer Oqüsten Karon de Bomarşenin “Fiqaronun toyu” komediyası böyük söz ustası Jəfər Jabbarlının uğurlu bədii çevirmələrindəndir və Azərbayjan tərjümə ədəbiyyatının işıqlı səhifələrindən birini təşkil edir.
Bütövlükdə Jəfər Jabbarlının mütərjimlik fəaliyyəti, tərjümə yaradıjılığı, nəzəri düşünjələri bu sahədə yeni ənənələrin mötəbər təməlini yaradan, aktuallığını qoruyub saxlayan təjrübə məktəbi, metodik vəsait olmaqla yanaşı müstəqilliyimizin müasir mərhələsində Avropaya inteqrasiya yolunu seçən xalqımızın milli mədəniyyəti üçün dəyərli mənəvi sərvətidir.


Asif RüstƏmli
asif_rustemli@yahoo.com