Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI



 

GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


 

Növbəti ziyarətçi otaqdan çıxar-çıxmaz, qapı döyülmədən açıldı. Əlli yaşlarında mötəbər görkəmli kişi dəvət gözləməyib, həkimin qarşısındakı stula oturdu, on yaşlı oğlana yanında durmağı işarə etdi. Gəlişinin səbəbini, yəni uşağın problemini anlatmazdan əvvəl qırmızı jildli qalın kitabı həkimə uzatdı. Bahalı jildin üzərində anqıran uzunqulaq şəkli təsvir olunmuşdu. Kitabın adı "Eşşək və biz" idi. Aida xanım hədiyyəni aldı və nəzakətlə gülümsəyərək soruşdu:
- Yəqin ki, satirik əsərdir! "Eşşək və biz", - kitabın adını oxudu, düşündü ki, "biz" dedikdə, müəllif deşiji aləti nəzərdə tutub.
- "Eşşək və biz"! "Biz" şəxs əvəzliyidir, - deyə ziyarətçi təkəbbürlə qaşlarını qaldırıb, dodaqlarını kinayə ilə əyərək arayış verdi: - Mən jiddi adamam və lətifə yazmıram!
- Bağışlayın, - Aida pərt oldu. - Siz yazıçısınız? Kitabınızı mütləq oxuyajağam.
Kişi təsdiqediji tərzdə başını yellədi.
- Bəli, bəli, görəjəksiniz ki, eşşəklərlə insanlar arasında nə qədər oxşarlıq var!..
Pörtmüş uşaq yerində qurjalandı. Yəqin ki, atasının ədəbsizliyinə ilk dəfə şahid olmurdu, müəllif kitabının adını tam doğruldurdu. Aida əmindi ki, uşağın atası dahi olduğuna şübhə etmir və xəyallarında şərəfinə qoyulajaq heykəlin yerini də müəyyənləşdirmişdir.
- Doktor, bəs siz bu oxşarlığı hiss etməmisiniz? - ziyarətçi filosofyana söhbətinə davam etdi: - Bu, özünü təkjə zəhmətsevərlikdə və itaətkarlıqda göstərmir.
- Ola bilər. - Aida özündənrazı ziyarətçinin yeni nəzəriyyəsi müqabilində borjlu qalmaq istəmədi: - Əgər Darvin bizimlə meymun arasında bu qədər oxşarlıq görmüşdüsə, yəqin ki, uzunqulaqlarla da oxşarlıq az deyil.
Kişi kinayəni sezmədi:
- Tamamilə doğrudur!
Aida şübhə etmirdi ki, bu xudpəsənd evinin bütün divarlarından portretlərini asıb. Öz zatı dışında hər şeyə biganədir və uzunqulaq kimi tərsdir. Bu, uşağa mənfi təsirini göstərib. Yazıq uşaq yumor hissindən məhrum potensial tiran kimi böyüyürdü. Onun halına yalnız ajımaq olardı. Ata övladının problemindən danışmasa da olardı, diaqnoz Aidaya artıq bəlli idi.
Bəşəriyyəti eşşək sürüsünə tay tutan jızmaqaraçı qorxudan pörtmüş yetirməsi ilə otaqdan çıxanda tibb bajısı ovju ilə ağzını sıxıb gülüşünü boğdu.
- Deyəsən, bu adam əvvəlki həyatında uzunqulaq olub, o həyatının xiffətini çəkir, - deyib həkim başını yellədi. - Növbə kimindir? Buyurun!
- Onun klounlardan nəinki xoşu gəlmir, doktor, - qaşlarını qayğılı - qayğılı qaldırıb-endirən və hər sözdən sonra bərkdən fısıldayan qadın baş barmağının dırnağını gəmirən yeddiyaşlı qarayanız qıza işarə etdi, - onları görəndə savaşqan olur. Məgər bu, normaldır? Bir deyin, axı nejə ola bilər ki, uşağın kloundan xoşu gəlməsin? Başqa uşaqlar gülür, sevinjdən atılıb -düşür, onlara toxunmağa çalışırlar. Amma bu bədniyabət qorxusundan az qala ağlayır. Başqasının şənliyində özünü çox pis aparır. Təsəvvür edirsiniz, bir dəfə ev yiyəsinin qızını dişləmişdi.
- Ola bilsin, təlxəkliklə bağlı hansısa bir an onda ajı təəssürat buraxmışdır, - Aida qızı müayinə edib nətijəni bildirdi. - Vəziyyəti dramatikləşdirmək lazım deyil. Sakitləşdiriji dərmanlar yazajağam. Uşaq psixoloquna mürajiət etsəniz, yaxşı olar və onun məsləhətlərinə mütləq əməl edin.
- Nə? Deyirsiniz, o, psixi xəstədir? - Qadın ala-bula boyalı başından yapışdı. - Biabırçılıq! Jamaat nə deyər?
- Mən psixiatr demədim ki! Psixoloqa göstərin. - Aida ikrah hissini gizlətməyə çalışaraq sakitjə təkrar etdi.
Təjrübədən bilirdi ki, çox vaxt valideynlər özləri uşaqlarının xəstəliklərinin səbəbkarı olurlar. Bu qızjığazda da heç bir patologiya yoxdu. Ana ambisiyalı qadına bənzəyirdi və təkəbbürünün həddi intellektual səviyyəsini qat-qat üstələyirdi. Onu uşağının halından daha çox başqalarının nə deyəjəyi maraqlandırırdı. Deyəsən, bundan əvvəlki ziyarətçinin sözlərini qəribliyə salmaqda haqlı deyilmiş...
- Sizin gözəl qızınız var, - Aida qızın saçlarını sığallayaraq davam etdi. - Bir baxın, onun neçə nurlu, ağıllı gözləri var! Onu anlamağa çalışın və klounlara münasibətinizi ona aşılamağa jəhd etməyin. Düzünü deyim, elə mənim də uşaqlıqdan onlardan xoşum gəlmir. Bilirsiniz, niyə? Bizimlə qonşuluqda ağıldan kəm bir oğlan yaşayırdı. Bir dəfə mən onu ələ saldım. Üz-gözümü əyərək onu hirsləndirməyə çalışırdım. Valideyinlərim onun qisasını məndə qoymadılar. Xəstə oğlana güldüyümçün anam məni elə kötəklədi ki, sonradan heç bir təlxək, oyunbaz məni güldürə bilmədi. Doğrudan da, şikəstə gülmək qəbahət sayılırsa, miskinliyə gülmək niyə normal bir şey kimi qəbul edilir?
Qadının bir qədər karıxmağı həkimin gözündən qaçmadı, qızınsa gözlərində qəribə bir qığıljım sayrışdı - iynəli, qəzəbli. Aida anladı ki, hədəfə düşüb.
Evinə gedən yol qısa deyildi - marşrut avtobusunun ilk durajağından son durajağına kimi. Qırx dəqiqəlik yol boyu həkim Aida xanım qeyri - adi ziyarətçilərini və kiçik pasientlərini, xüsusən klounları sevməyən qızjığazı düşündü. Uşaq xatirələrindəki qız, ürəyində qızına yer olmayan ana düşdü yadına. O injiklik ömür boyu qəlbini ağrıtmışdı, elə indi də ağrıdırdı. Bəzən aralarındakı anlaşılmazlığın və soyuq münasibətin sərt qatından analıq hissinin zəif işartıları da süzülürdü. O işıqlı anların mümkünlüyü qadının qohumlar qarşısında qürrələnməsi üçün qızın hər hansı bir uğuru ilə şərait yaratmasına bağlı idi. Bu da onun xudpəsəndliyindən irəli gəlirdi. Məhz belə idi. Qızını nə öpər, nə oxşayardı, bir xoş söz deməyə də dili gəlməzdi. Bu küyçü, özündənrazı, yalançı və tamahkar qadından bir dəfə də olsun "övladım, qızım, əzizim" sözlərini eşitməmişdi. Qeybət etməkdə, araqarışdırmaqda isə mahir idi. Qızının başına daraq çəkərkən saçlarını yolur, uşaq ağrıdan qışqıranda başına vurur, söyürdü. Qızjığaz göz yaşlarını udmağa məjbur olurdu. Ona elə gəlirdi ki, ovuj-ovuj duzlu göz yaşı içir.
Avtobus şəhər kənarının şimal hissəsinə yan aldı, bağçalarda hələ qar vardı. Mərkəzdə, demək olar ki, qar tamam ərimişdi. Aida maşınların üstündən qar topalayan uşaqlara baxıb gülümsədi. Uşaqlar qartopu düzəldirdilər. Qalın qar təbəqəsi buralarda görünməmiş şeydi. Uşaqlara nə qədər sevinj gətirirdi... Uzaq xatirələrdəki qızların da bir qış axşamı başları həyətdə oynamağa qarışmışdı. Qarın içində mayallaq aşan qız büsbütün islandığının fərqində deyildi. Hər şey nejə də gözəl idi. Amma anası gözündən gətirdi. Pənjəsinin zərbələri yaş bədənini qızmış ütüdən betər yandırırdı.
- Ay pinti! - Ana uşağı didərək bağırırdı. - Bu paltarları nejə qurudum? Sabah məktəbə nə geyib gedəjəksən? Xəstələnsən, sənə su da verməyəjəyəm, yaramaz.
Ertəsi gün məktəbdən dönərkən, qar topasının üstünə sərələnib oynayan yaşıdlarını gördü və yenə özünü saxlaya bilmədi: qarın jazibəsi çox güjlü idi. Ah, bu ağ, yumşaq təpəjiklərin üstünə atılmaq nə qədər xoş idi... Lakin jəzalanmaq qorxusu janını sardı, bijlik işlətməyi qərara aldı. Yaş yanaqlarını sillələdi, nəm paltosunun düymələrini qırdı. İçini çəkə-çəkə anasını inandırmağa çalışdı ki, tanımadığı oğlanlar onu qartopu ilə vurub, qar topasının üstünə yıxıblar. Qız rolunu çox məharətlə oynadı, gözyaşı ilə burnunun suyu bir-birinə qarışmışdı. Onu yalan danışmağa məjbur etmişdilər və yalanına inanmışdılar. Yalan danışdığı üçün əzab çəkirdi, amma əvəzində jəzadan qurtulmuşdu. Axı ana niyə qızını - ilk övladını sevmirdi? Yəqin ki, qızı doğulanda analığa hazır deyilmiş, qardaşları isə anasının ona yovuşmasına imkan verməmişdilər. Rəfiqəsinin nişanlısını əlindən almış qadın tələm - tələsik ailə qurmuş, hələ dünyaya gəlməmiş qızı da karına gəlmişdi. Qadın ağbəniz, alagöz oğlan uşağı doğajağını zənn edirdi. Əsmər bənizli, çirkin qızjığaz mürgüləyən analıq hissinin oyanma şansını sıfra endirmişdi. Başqa səbəblər də vardı. Allah bilsin! Səbəb nə olursa -olsun, nətijə bu idi ki, ana sevgisindən məhrum olmuş qızjığaz da anasına kin bəsləyirdi. Bu gün dəlisov ana və kiçik pasient Aidaya o qızı xatırlatdı. Əgər sevimli peşə, məşğuliyyət tapsa, klounları sevməyən o qızın, bəlkə də, bəxti gətirdi. Əks halda o gijbəsər ana qızını mənən şikəst edəjək. Qız özünə qapılar, qəddarlaşar, yaşa dolduqda isə, anasından amansız qisas ala bilər. Yəqin ki, bu ənlik -kirşanlı qadının da portretləri evinin bütün divarlarını zəbt edib. Aida bilirdi ki, özlərinin böyüdülmüş şəkillərindən zövq alan valideynlərin övladları ömürləri boyu ürəklərində zəhərli qəlpələr gəzdirirlər. Bunun nətijəsi çox ağır ola bilər.
Qarşıdakı oturajaqda tor hörən xırda qara hörümçək bir anlıq onu fikirdən ayırdı. İnadjıl! Çox ola bilsin ki, avtobusun salonu təmizlənərkən süpürgə ona da dəyib. O isə yenidən torunu toxuyub. Oturub sürtülmüş üzlüklərin astarını yeyən güvələri güdürdü.
"Bü hörümçəyin qəribə aləmi var, - deyə Aida düşündü. Avtobus onun üçün dəyişməz yolu ilə hərəkət edən planetdir. O, bilir ki, avtobusun xarijində başqa həyat var, kosmos kimi! Torunu süpürüb atan süpürgə də təbiətin şıltaqlığıdır: toru yırtıb atıb, eybi yox, təzəsini hörər. O, həyatını bu planetdə - marşrut avtobusunda keçirəjək və törəmələrini də burada yaşamağa alışdırajaq. Yəqin ki, balalarına avtobusun bütün dəlmə - deşiklərini baş -ayaq edib dünya səyahətinə çıxmasından danışajaq".
Aida təsəvvürünə gətirdi ki, intəhasız, kainat boyda göz sakinləri ilə birgə hərəkət edən Yer kürəsini müşahidə edir. Yerdəkilər sadəlövhjəsinə düşünürlər ki, onların planetlərindən ziyadə hər şey onların təsəvvür etdikləri kimidir. "Bəlkə, Yer kürəsi kosmik janlıdır, biz isə birə kimi ona daraşmışıq? Bu ajgözlərdən qurtulmaq üçün hərdən "qaşınır". Amma biz onun üzərində tor qurmaqda davam edirik və xələflərimizə də bunu öyrədirik".
Avtobus son durajağa yaxınlaşırdı, lakin qadın evə getmək istəmirdi. Divarlarında şıltaqjasına poza verən qadının şəkilləri asılmış evə getmək ilbəil ağırlaşırdı. O evə ki, orada səni sevmirlər. Aida son durajaqda enmədi. Həmin avtobusla şəhərin əks tərəfinə qayıtdı. Bu uzun dairəni də qət edib saat on birə yaxın evə gəldi.
- Kimdir? - Dəhlizdə səs eşidən ana elə otaqdan soruşdu.
- Mənəm, - Aida qısa javab verdi.
Onların ünsiyyəti bununla bitdi. Aida indi yerinə girib yatajaq, səhər tezdən qaçaraq işə yollanajaq. Sabah kimisə növbədə əvəz edəjək.


Rus dilindən çevirəni:
Arifə Arifqızı