Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI


TMİŞ NƏSLİN ARDINCA
 

Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


 

                                                "İyirminci illərin adamlarına ağır ölüm qismət oldu.
                                                Ona görə ki, əsr onlardan əvvəl ölmüşdü".

                                                                                     Yuri Tınyanov

Ta­rix on­la­ra qa­lib gə­lə bil­mə­di. Əs­lin­də o, bu if­ti­xa­ra la­yiq im­za­la­rın - H.Ca­vi­din, M.Müş­fi­qin, Ə.­Ca­va­dın, S.Hü­sey­nin, S.Müm­ta­zın, Ə.­Na­zi­min, Ə.A­bi­din, B.Ço­ban­za­də­nin, M.Qu­li­ye­vin, H.Zey­nal­lı­nın… 1937-ci il­də aman­sız­ca­sı­na gül­lə­lə­nən­lə­rin və tu­tu­lan­la­rın əməl­lə­ri­nin təs­di­qi­nə xid­mət edir. On­lar az idi, fə­qət saf və qüd­rət­li əməl­lə­ri ilə ta­ri­xə iz sal­dı­lar.
Ta­rix hə­lə on­la­ra çox xid­mət­lər gös­tə­rə­cək, çün­ki on­lar ta­ri­xi ya­ra­dan­lar idi. 37-nin tu­fa­nın­dan sağ çıx­ma­yan­lar xal­qı­mı­za şə­rəf və lə­ya­qət, sağ çı­xan­lar isə va­hi­mə və xə­ya­nət bəxş et­di­lər. Adı Kö­lə­lik, so­ya­dı İm­pe­ri­ya olan bu Va­hi­mə son­ra­kı nə­sil­lə­rin mə­nə­viy­ya­tı­nı zə­hər­lə­di, Xo­fun ha­kim ol­du­ğu rə­zil bir mü­hit ya­rat­dı. Hə­min mü­hit­də soy­kö­kü­nə bağ­lı­lıq pan­tür­kizm, xal­qa mə­həb­bət mil­lət­çi­lik, Qu­ra­na inam pa­nis­la­mizm ki­mi dam­ğa­la­nıb xalq düş­mə­ni yar­lı­ğı­na çev­ril­di, ta­ri­xi­ni əks ya­zan man­qurt alim­lər, kö­lə­li­yi səa­dət ki­mi mədh edən şair­lər, ədib­lər ye­tir­di.
­İl­lər keç­di… 37-də 3¹-li me­to­dun iş­gən­cə­lə­ri­nə dö­zə bil­mə­yən­lə­rin fər­ya­dı sağ qa­lan­lar üzə­rin­də mə­nə­vi qə­lə­bə him­ni­nə çev­ril­di. Ki­ta­bın bu bö­lü­mün­də on­la­rın aman­sız, mə­şəq­qət­li, fə­qət şə­rəf­li ta­le­lə­rin­dən müx­tə­sər söh­bət açı­lır.
Ə­ziz oxu­cum! Qoy bu ta­le­lə­rin qa­ran­lıq ka­me­ra­lar­dan, iş­gən­cə dəz­gah­la­rın­dan, Si­bi­rin sərt çöl­lə­rin­dən, Qa­za­xıs­ta­nın qız­mar qum­sal­la­rın­dan ke­çib YAD­DA­ŞA həkk olu­nan İZİ sə­ni is­tiq­lal do­lu sa­bah­la­ra apar­sın…

***

Hər bir xal­qın ta­le­yin­də "ta­ri­xin gü­nah­la­rı" ad­la­nan aman­sız bir ya­lan qə­biristan­lı­ğı var. Bu, əs­lin­də ya­la­na, zo­ra qar­şı güc­süz­lü­yün sim­vo­lu, mil­li-mə­nə­vi qor­xaq­lı­ğın ifa­də­si­dir. Za­man-za­man ta­ri­xin gü­nah­la­rı açı­la­raq, hər ye­ni nə­sil üçün giz­li bir va­hi­mə­yə, mil­li-ic­ti­mai təs­lim­çi­lik aşı­la­yan xo­fa çev­ri­lir. Ən dəh­şət­li­si isə bu­dur ki, bu xof yad­la­rın əlin­də si­ya­si alə­tə dö­nə­rək hə­lə yet­kin­ləş­mə­miş əqi­də­lə­rə, əməl­lə­rə çö­kür, va­hid və­tən­çi­lik, din­daş­lıq, gen­daş­lıq, üm­mət­çi­lik əla­qə­lə­ri ilə ya­şa­yan xalq­lar, mil­lət­lər, et­nik bir­lik­lər ara­sın­da mü­na­si­bət­lə­ri tə­yin edən mü­hit ya­ra­dır. Hər bir nə­sil öz ta­ri­xi yü­kü­nü lə­ya­qət­lə özü çək­mə­yən­də "ta­ri­xin gü­nah­la­rı" ağır­la­şır, son­ra­kı nə­sil­lər üçün iki­qat əza­ba çev­ri­lir. Ta­ri­xin gü­nah­la­rı­nı aç­maq, hə­qi­qət­lə­ri üzə çı­xar­maq bu gün zi­ya­lı­nın tək­cə pro­fes­sio­nal yox, həm də əx­la­qi bor­cu, və­tən­daş­lıq və­zi­fə­si­dir. Azər­bay­can­da be­lə "ta­ri­xin gü­nah­la­rı" ar­xa­sın­da mil­li mən­şə­yi­miz, or­ta əsr­lər ta­ri­xi­miz, Xə­tai ta­le­yi, Gü­lüs­tan və Türk­mən­çay zo­ra­kı­lıq­la­rı, bol­şe­vik ter­ro­ru və 37-nin rep­res­si­ya­la­rı ilə bağ­lı ya­lan­lar giz­lə­nib. "Ta­ri­xin gü­nah­la­rı" ya­la­na ta­ri­xi bə­raət qa­zan­dır­ma­ğın uni­ver­sal üsul­la­rın­dan bi­ri­dir. Hal­bu­ki, "Ta­rix heç nə et­mir, o, heç cür həd­siz sər­və­tə ma­lik de­yil­dir", o, "heç bir dö­yüş­lər­də vu­ruş­mur". "Ta­rix de­yil, in­san, ger­çək can­lı in­san bü­tün bun­la­rı edir; - bax gör hər şe­yi edən, hər şe­yə ma­lik olan və hər şey uğ­run­da mü­ba­ri­zə apa­ran kim­dir. "Ta­rix" öz məq­səd­lə­ri­nə çat­maq üçün in­san­dan bir va­si­tə ki­mi is­ti­fa­də edən xü­su­si bir şəx­siy­yət de­yil. Ta­rix - öz məq­səd­lə­ri­ni gü­dən in­sa­nın fəa­liy­yə­tin­dən baş­qa bir şey de­yil­dir” (Le­nin).
Be­lə­lik­lə, in­san öz məq­səd­lə­ri­nə bə­raət qa­zan­dır­maq üçün ta­ri­xə yo­zum ve­rir, məq­sə­din məz­mu­nun­dan ası­lı ola­raq ta­ri­xin hə­qi­qət­lə­ri və onun tər­si-ta­ri­xin gü­nah­la­rı uy­du­ru­lur. Bu­ra­dan da al­da­nış baş­la­nır, al­da­nı­şa ən əv­vəl küt­lə mə­ruz qa­lır. XX əs­rin əv­vəl­lə­rin­də baş ver­miş in­qi­lab­lar küt­lə­lə­rin ən iri miq­yas­lı al­da­nış­la­rı idi. "Xalq­lar həbs­xa­na­sı" (Le­nin). Ru­si­ya­da im­pe­ri­ya­çı­lı­ğa ye­ni don gey­dir­mək la­zım idi. Le­nin bu­nu çox gö­zəl tap­mış­dı: Azad­lıq! - xalq­la­rı "həbs et­mə­yin" ən ca­zi­bə­dar şüa­rı ki­mi öz tə­si­ri­ni təs­diq et­di. Köh­nə ad­la­nan hər şey­dən im­ti­na et­mək, tə­ləs­mək və tə­ləs­mək, "dü­nən tez idi, sa­bah gec ola­caq!" prin­si­pi ilə küt­lə­ni şok və­ziy­yə­ti­nə gə­tir­mək la­zım idi. Küt­lə bil­mə­li idi ki, "Biz Ru­si­ya ta­ri­xi­nin div ad­dım­la­rı ilə irə­li­lə­di­yi, bir ilin bə­zi dinc­lik dövr­lə­ri­nin on il­lə­ri­nə bə­ra­bər ol­du­ğu coş­qun bir za­man­da ya­şa­yı­rıq" (Le­nin). Be­lə­lik­lə, in­qi­lab, so­sia­lizm əs­rin­də, ta­ri­xin ənə­nə­vi rit­mi­ni poz­maq, ona zo­ra­kı­lıq aşı­la­maq la­zım idi. Son­ra­lar Sta­lin tən­tə­nə ilə de­yə­cək­di: "Biz ka­tor­qa­lı, qan­dal­lı Si­bir­dən (oxu: öl­kə­dən!) So­vet So­sia­list Si­bi­ri ya­ra­da­ca­ğıq". De­mə­li, so­vet­ləş­mə­nin, so­sia­liz­min yo­lu ka­tor­qa və qan­dal­lar­dan keç­mə­li idi. Sta­lin bu yo­lu ke­çə­cə­yi­nə ina­nır­dı, çün­ki onun baş­çı­lıq et­di­yi xalq öz xis­lə­ti eti­ba­rı ilə bu­na ya­rar­lı idi.
Gə­lin, tə­ləs­mə­yək, bir qə­dər də irə­li - XIX yü­zil­li­yin əv­vəl­lə­ri­nə enib rus mü­tə­fək­ki­ri M.Çaa­da­ye­vi din­lə­yək: "Biz qey­ri-adi xal­qıq, biz o mil­lət­lər­də­nik ki, san­ki on­lar bə­şə­riy­yə­tin tər­ki­bi­nə da­xil de­yil və yal­nız dün­ya­ya han­sı­sa bir dəh­şət­li dərs ver­mək üçün möv­cud olur". Bu fi­kir, əs­lin­də, hə­min dəh­şət­li dər­sin baş­lan­ğı­cı - Türk­mən­çay ak­tı­na ca­vab de­yil­mi?! "Dəh­şət­li dərs­"in növ­bə­ti mər­hə­lə­si 20-ci il­lər­də baş­lan­dı - 37-ci il­də isə ta­mam­lan­dı. Bu dər­sin müəl­lim­lə­ri ağıl­lı tər­pən­di­lər. Mil­lət­lə­rin öz mü­qəd­də­ra­tı­nı tə­yin et­mək hü­ququ ol­du­ğu­nu və ha­mı­nı qar­daş edən bey­nəl­mi­ləl­çi­li­yi elan et­di­lər, küt­lə bu­na inan­dı. Zi­ya­lı­lar üçün da­ha in­cə yol se­çil­di. Son­ra­lar so­sia­liz­min baş ideo­loq­la­rın­dan olan, 30-cu il­lər­də So­vet Ya­zı­çı­la­rı­nın nə­həng təb­li­ğat or­du­su­nun baş­çı­sı A.­Fa­da­yev ya­za­caq: "Biz çox idik və bö­yük axın­la ədə­biy­ya­ta gə­lir­dik. Bi­zi bir­ləş­di­rən doğ­ma mü­na­si­bət bəs­lə­di­yi­miz ye­ni dün­ya his­si və ona mə­həb­bə­ti­miz idi".
Ye­ni dün­ya his­si­nə yad olan hər şe­yi məhv edən bu axın küt­lə­yə la­yiq bir hə­rə­kat idi, çün­ki o, pa­ta­va­lı mu­ji­kin gün­də­lik mə­na­fe­yi­ni sə­nə­tin me­ya­rı­na çe­vi­rir­di. "Sə­nət sə­nət üçün" yox, "sə­nət xalq üçün" ol­ma­lı idi. La­kin nə 20-ci il­lər­də, nə də son­ra­lar sə­nət xalq (oxu: küt­lə!) üçün ola bil­mə­di. Çün­ki ədə­biy­ya­tın 70 il­lik ta­ri­xi gös­tər­di ki, bol­şe­vik təb­li­ğa­tı - dəz­gah "ül­viy­yə­ti­nə", ma­zut ət­ri­nə, pam­bı­ğın ağ gün rəm­zi ol­ma­sı­na, ya­lan­çı əmək qəh­rə­ma­nı­na, İliç lam­pa­sı­na, kol­xo­za, MTS-ə həsr olun­muş "əsər­lə­ri" sə­nət üm­ma­nı çir­kab ki­mi özün­dən kə­na­ra tul­la­dı. Və, əs­lin­də, iyir­min­ci il­lər­də ədə­biy­yat sa­hə­sin­də ge­dən mü­ba­ri­zə də sə­nət­də "ye­ni dün­ya his­si" ad­la­nan ya­la­na qar­şı, hə­qi­qi sə­nət uğ­run­da mü­ba­ri­zə­lər idi. Ye­ni, in­qi­la­bi sə­nət, pro­le­tar sə­nə­ti na­mi­nə köh­nə­li­yin hər cür tə­za­hür­lə­ri­ni in­kar edən, əs­lin­də, hə­min sə­nə­ti ədə­biy­yat­dan uzaq­laş­dı­ran pro­let­kult­çu­luq Pet­roq­ra­da, in­qi­lab bar­ri­ka­da­la­rın­da ya­ran­mış­dı. Son­ra­lar Le­nin pro­let­kult­çu­la­rın re­van­şiz­mi­nin qar­şı­sı­nı ala bil­mə­di və on­lar sə­nət­də in­qi­lab­çı­lı­ğı yo­lux­du­ran mik­rob­lar ki­mi ədə­biy­ya­ta ya­yıl­dı­lar.
20-ci il­lər­də Azər­bay­can­da da tən­qid sə­nət­də təb­li­ğa­ta qar­şı bə­diy­yat uğ­run­da mü­ba­ri­zə apa­rır, təb­li­ğat bə­diy­ya­tı üs­tə­lə­miş­di. Bu dövr­də bir çox mü­ba­hi­sə­lər ədə­bi ir­sə mü­na­si­bət­lə bağ­lı idi. La­kin iyir­min­ci il­lər bo­yu sa­kit axar­da, pa­ra­lel in­ki­şaf edən mü­ba­hi­sə və mü­la­hi­zə­lər 30-cu il­lər­də kəs­kin­lə­şir, qar­şı­lıq­lı ədə­bi-si­ya­si it­ti­ham­la­ra çev­ri­lir. Bu­nun ge­niş araş­dır­ma­lar tə­ləb edən bir çox sə­bəb­lə­ri var. La­kin yığ­cam da ol­sa bir ne­çə­si­ni qeyd edək.
Ə­də­bi mü­hit­də çax­naş­ma və zid­diy­yət­lər, əs­lin­də, Kom­mu­nist Par­ti­ya­sı­nın ədə­biy­yat səh­nə­sin­də si­ya­sə­ti haq­qın­da 1925-ci il Qət­na­mə­sin­dən baş­lan­dı. Onun ma­hiy­yə­ti ədə­bi mü­hit­də pro­le­tar ədə­biy­ya­tı­nın he­ge­monluguna na­il ol­maq­dan iba­rət idi (1905-1907 və 1917-ci il fev­ral in­qi­lab­la­rı­nın məğ­lu­biy­yə­ti ilə bağ­lı pro­le­ta­riat he­ge­monlugunu mə­sə­lə­si­ni ya­da sa­laq!). Bu sə­nəd­də ilk də­fə 20-ci il­lər­də fəa­liy­yət gös­tə­rən ya­zı­çı­lar rəs­mi su­rət­də sin­fi möv­qe­dən üç qru­pa bö­lün­dü: pro­le­tar ya­zı­çı­la­rı, bur­jua-qol­ço­maq ya­zı­çı­la­rı və cı­ğır­daş­lar! Məhz bun­dan son­ra ədə­bi mü­ba­hi­sə­lər bə­dii-es­te­tik prob­lem­lə­rə doğ­ru yol al­dı. Ən sü­rüş­kən mə­sə­lə cı­ğır­daş­la­ra mü­na­si­bət idi. Əs­lin­də, 30-cu il­lər ərə­fə­sin­də ədə­biy­yat­da cı­ğır­daş­lar uğ­run­da çar­pış­ma ge­dir­di.
Bö­yük Mir­zə Cə­li­lin, M.Ə.­Sa­bi­rin hey­kə­li­nə ba­xa­raq de­di­yi "Vax­tın­da öl­mək də xoş­bəxt­lik­dir" söz­lə­ri "köh­nə" ya­zı­çı­la­rın 20-30-cu il­lər­də­ki fa­ciə­si­ni dol­ğun əks et­di­rir. C.Məm­məd­qu­lu­za­də­ni, Ə.­Haq­ver­di­ye­vi, C.Cab­bar­lı­nı 37-ci ilin bia­bır­çı iş­gən­cə­lə­rin­dən yal­nız sə­bə­bi hə­lə də müəm­ma­lı qa­lan "vax­tın­da öl­mək" xi­las et­di…
­Ə­də­bi-nə­zə­ri qar­şı­dur­ma­nın ikin­ci əsas sə­bə­bi par­ti­ya­nın XVI qu­rul­ta­yın­da irə­li sü­rü­lən, bü­tün sa­hə­lər­də xü­su­si bir aman­sız­lıq­la hə­ya­ta ke­çi­ri­lən "So­sia­liz­min bü­tün cəb­hə bo­yu ge­niş hü­cu­mu!" şüa­rı idi. Bu­ra­da so­sia­liz­min, ne­cə de­yər­lər, iç üzü açıl­dı. La­kin ar­tıq gec idi. Sə­nəd­lə­rə diq­qət ye­ti­rək. "ÜK (b) P-nin XVI qu­rul­ta­yı­nın qə­rar­la­rı əsa­sın­da mil­li mə­sə­lə­yə mey­lə qar­şı mü­ba­ri­zə fəal­laş­dı. Bu sa­hə­də baş­lı­ca təh­lü­kə föv­qəl-döv­lət­çi şo­vi­nizm ola­raq qa­lır­dı. So­sia­liz­min bü­tün cəb­hə bo­yu hü­cu­mu­nun baş­lan­ma­sı ilə əla­qə­dar par­ti­ya­nın bə­zi üzv­lə­ri be­lə he­sab edir­di­lər ki, va­hid bey­nəl­mi­ləl dil tət­biq et­mə­yin vax­tı ça­tıb, si­ya­si, tə­sər­rü­fat və ad­mi­nist­ra­tiv rəh­bər­li­yi mər­kəz­ləş­dir­mək tə­ləb olu­nur­du, az qa­la res­pub­li­ka­la­rı ləğv et­mək tək­lif edi­lir­di (Bax: Prof­so­yu­zı SSSR. Do­ku­men­tı i ma­te­ria­lı v çe­tı­rex to­max. T.2. M., 1962, s.648). Nə­ha­yət, üçün­cü və əsas sə­bəb Şərq­lə, xü­su­si­lə Tür­ki­yə ilə bağ­lı­lıq idi. Mə­lum­dur ki, 20-ci il­lə­rin gör­kəm­li zi­ya­lı­la­rı - H.Ca­vid, B.Ço­ban­za­də, Ə.A­bid və s. Tür­ki­yə­də təh­sil al­mış­dı­lar, in­qi­lab ərə­fə­sin­də - Azər­bay­can­da 1920-ci il bol­şe­vik iş­ğa­lı baş­la­nan­da M.Rə­sul­za­də, M.Məm­məd­za­də, Ə.­Hü­seyn­za­də, Ə.­Top­çu­ba­şov, Ə.A­ğaoğ­lu ki­mi gör­kəm­li şəx­siy­yət­lər mü­ha­ci­rə­tə get­miş və xa­ri­ci öl­kə­lər­də iş gö­rür­dü­lər. Əl­bət­tə, bu, yal­nız bə­ha­nə idi. O za­man so­vet döv­lə­ti­nin Tür­ki­yə ilə rəs­mi mü­na­si­bət­lə­ri var idi. Pa­ra­doks bu­ra­sın­da idi ki, Mosk­va­da To­fiq Fik­rə­tin ki­ta­bı çap olu­nur (1923), Le­ninq­rad Şərq­şü­nas­lıq İns­ti­tu­tu­nun tə­lə­bə­si, tən­qid­çi Əli Na­zi­min müəl­lim­lə­ri Sa­moy­lo­viç və Ber­tel­sin tə­şəb­bü­sü ilə Tür­ki­yə­yə al­tı ay­lıq eza­miy­yə­ti və bu­ra­da mə­qa­lə çap et­dir­mə­si ona qar­şı it­ti­ham üçün əsa­sa çev­ri­lir­di… və s.
Be­lə­lik­lə, par­ti­ya­nın XVI qu­rul­ta­yın­dan son­ra "Ədə­biy­yat cəb­hə­sin­də" qə­ze­ti döv­rün ru­hu­na uy­ğun ola­raq iki həf­tə­də bir çı­xan "Hü­cum" jur­na­lı­na çev­ri­lir və dər­hal ədə­biy­yat cəb­hə­sin­də op­por­tu­niz­mə qar­şı hü­cu­ma ke­çir. İlk say­lar­dan bi­rin­də Azər­bay­can pro­le­tar ya­zı­çı­la­rı cə­miy­yə­ti­nin gənc mə­sul ka­ti­bi Meh­di Hü­seyn "Sol" mas­ka al­tın­da op­por­tu­nizm" ("Hü­cum", 1931, ¹9-10) ad­lı mə­qa­lə ilə çı­xış edə­rək kom­mu­nist tən­qi­di­nin və­zi­fə­lə­ri­ni gös­tə­rir: "Müa­sir kom­mu­nist tən­qi­di qar­şı­sın­da ol­duq­ca cid­di və mə­su­liy­yət­li və­zi­fə­lər du­rur. Onun baş və­zi­fə­si sin­fi düş­mə­nin pro­le­tar in­qi­la­bı əley­hi­nə han­sı yol­lar­la çıx­dı­ğı­nı, nə ki­mi va­si­tə­lər­lə ona qar­şı dur­du­ğu­nu öy­rə­nə­rək, bü­tün ya­ban­çı sin­fi tə­ma­yül­lə­rin kök­lə­ri­ni ara­ya­raq tap­maq­la, on­la­rı şid­dət­li bol­şe­vik atə­şi­nə tu­ta­raq əz­mək­dən iba­rət­dir".
Be­lə­lik­lə, "sin­fi düş­mən" tap­maq, onu "atə­şə tut­maq", "əz­mək" ədə­bi tən­qid­də es­te­tik an­la­yış­la­rı əvəz et­mə­yə baş­la­yır. Bu za­man tək­cə M.Hü­sey­nin yox, bir çox tən­qid­çi və ya­zı­çı­la­rın mə­qa­lə­lə­rin­də be­lə an­la­yış­lar iş­lə­nir, ha­mı bir-bi­ri­nin si­ma­sın­da "sin­fi düş­mən", onun "xa­lis" Azər­bay­can va­rian­tı olan "pan­tür­kist", "pa­nis­la­mist", trots­kist, va­rons­ki­çi, ple­xa­nov­çu və s. ax­ta­rır­dı. 30-cu il­də ar­tıq ay­rı-ay­rı ya­zı­çı və tən­qid­çi­lə­rin, hət­ta on­la­rın əsər və qəh­rə­man­la­rı­nın "ədə­bi məh­kə­mə­lə­ri" ba­şa çat­maq­da idi (Bu, ay­rı­ca söh­bə­tin möv­zu­su­dur).
Bu za­man ədə­bi mü­ba­hi­sə­lə­rin dü­yün ye­ri 1931-ci il idi. Doğ­ru­dur, ar­tıq 29-cu il­də bu mü­ba­hi­sə­lə­rin həd­di gö­rün­mək­də, onun baş­lı­ca meyil­lə­ri hiss olun­maq­da idi. XVI qu­rul­tay­da irə­li sü­rü­lən mak­si­ma­list şü­ar hə­min zid­diy­yət­li pro­se­si kəs­kin də­rə­cə­də qı­zış­dı­rır­dı. Ye­ri gəl­miş­kən de­mə­li­yik ki, 30-cu il­lər ərə­fə­sin­də rus ədə­bi pro­se­sin­də olan ədə­bi qrup və cə­rə­yan­lar ara­sın­da da çə­kiş­mə kəs­kin­ləş­miş­di. İn­cə­sə­nət­də sinfi­li­yi ar­dı­cıl ye­ri­dən, ədə­biy­yat­la si­ya­sət ara­sın­da ana­lo­gi­ya­nı qə­bul edən "Okt­yabr", "Ədə­biy­yat cəb­hə­si", "Gənc qvar­di­ya" dəs­tə­lə­ri bir­lə­şə­rək RAPP təş­ki­la­tı­nı ya­rat­dı. Par­ti­ya­nın ədə­biy­yat sa­hə­sin­də si­ya­sə­ti­ni hə­ya­ta ke­çi­rən RAPP-ın yer­lər­də təş­ki­lat­la­rı, o cüm­lə­dən biz­də AzAPP ya­ran­dı. Bu təş­ki­lat sə­nə­tin ma­hiy­yə­ti­ni baş­lı­ca ola­raq for­ma və dil­də ax­ta­ran "Lef" və "Konstruk­ti­vist­lər", in­tui­ti­vizm, ir­ras­sio­na­lizm ya­yan, ide­ya­lı­lıq və par­ti­ya­lı­lı­ğı in­kar möv­qe­yin­də du­ran "Se­ra­pi­nov qar­daş­la­rı" və "Aşı­rım" qrup­la­rı­na qar­şı mü­ba­ri­zə apa­rır­dı. Bü­tün bu qrup­lar və on­la­rın irə­li sür­dü­yü nə­zə­riy­yə­lər rus so­vet ədə­bi hə­ya­tı ilə sıx bağ­lı olan Azər­bay­can tən­qi­di­nə də cid­di tə­sir edir, onun ədə­bi-nə­zə­ri mü­rək­kəb­li­yi­ni, mil­li as­pekt­lə­ri­ni ideo­lo­ji ba­xım­dan da­ha da do­laş­dı­rır­dı. 1931-ci il­də RAPP-ın rəh­bər­li­yi­nə tə­biə­tən mak­si­ma­list olan L.A­ver­bax gəl­di və XVI qu­rul­ta­yın ru­hu­na uy­ğun "Müt­tə­fiq, ya düş­mən!" şüa­rı­nı irə­li sür­dü. Be­lə­lik­lə də, 31-ci il, son­ra­lar 37-də rep­res­si­ya­ya mə­ruz qa­lan adam­la­rın ta­le­yin­də dü­yün mə­qa­mı­na çev­ril­di. Ədə­biy­yat­da, da­ha ar­tıq tən­qid sa­hə­sin­də ideo­lo­ji zə­min­də qar­şı­lıq­lı ədə­bi-si­ya­si it­ti­ham­lar və qor­xu­nun, va­hi­mə­nin ey­bə­cər ifa­də­si olan eti­raf­lar baş­lan­dı. Hə­min dövr­də be­lə it­ti­ham­la­ra ən çox mə­ruz qa­lan­lar­dan bi­ri, döv­rün fə­al tən­qid­çi­si Əli Na­zim idi. Ona gö­rə də tən­qid­çi ha­mı­dan çox eti­raf yaz­ma­ğa məc­bur ol­muş­du. Əs­lin­də, Ə.­Na­zi­mə qar­şı it­ti­ham­lar, ha­be­lə onun eti­raf və it­ti­ham­la­rı 30-cu il­lər ədə­bi mü­ba­hi­sə­lə­ri­nin əsas tə­ma­yü­lü­nü əmə­lə gə­ti­rir. Be­lə­lik­lə, Ə.­Na­zim nə­yi eti­raf edir­di və ni­yə eti­raf edir­di? Be­lə eti­raf­la­rın ədə­bi, el­mi-nə­zə­ri və əx­la­qi ma­hiy­yə­ti, bə­dii fik­rin in­ki­şa­fın­da ro­lu nə­dən iba­rət idi?!
E­Tİ­RAF ru­hun sa­kit­li­yi, mə­nə­vi sa­bit­li­yin şərtidir. Qə­dim­lər­də (elə in­di də!) bü­tün xalq­lar mü­qəd­dəs mə­bəd­lər­də, inam və iman gə­tir­dik­lə­ri ulu­la­rın qar­şı­sın­da gü­nah­la­rı­nı eti­raf edir­di­lər. Bu an bə­şər öv­la­dı­nın ül­viy­yət mə­qa­mı ki­mi uca tu­tu­lar, giz­lin sax­la­nı­lar­dı. Eti­raf­la­rın bə­ya­nı gü­nah sa­yı­lır, ya­saq edi­lir­di. 30-cu il­lə­rin ədə­bi eti­raf­la­rı mə­nə­vi zo­ra­kı­lı­ğın, şəx­siy­yət üzə­rin­də ic­ti­mai eks­pe­ri­men­tin ifa­də­si idi. Bu vax­ta­dək hə­min eti­raf­lar ta­ri­xin sı­na­ğı­na çə­kil­mə­yib. Çə­kil­səy­di, mə­lum olar­dı ki, 30-cu il­lər­də eti­raf et­mək ikiüz­lü­lük, sin­fi düş­mə­nin mas­ka­lan­ma­sı, bir söz­lə, ye­ni və da­ha qor­xu­lu gü­nah sa­yı­lır­dı. Hə­qi­qət­də isə, eti­raf sa­hi­bi­nin üz­rü gü­na­hın­dan be­tər idi.
Bu gün "Gü­nah­lar" eti­raf­la­rı it­ti­ham edir, ona gö­rə də biz 30-cu il­lə­rə bir ədə­bi-ta­ri­xi mər­hə­lə ol­maq eti­ba­ri­lə, məhz etiraf­lar yö­nün­də bax­ma­ğı la­zım bil­dik.
1927-ci il­də Azər­bay­can­da ar­tıq pro­fes­sio­nal tən­qid­çi ki­mi ta­nı­nan Le­ninq­rad Şərq­şü­nas­lıq İns­ti­tu­tu­nun 21 yaş­lı tə­lə­bə­si Ə.­Na­zim əla oxu­ma­sı­na mü­ka­fat ola­raq, ta­nın­mış şərq­şü­nas müəl­lim­lə­ri So­mol­yo­viç və Ber­tel­sin təq­di­ma­tı ilə, təc­rü­bə keç­mək üçün Tür­ki­yə­yə al­tı ay­lıq el­mi eza­miy­yə­tə gön­də­ri­lir. Bu­ra­da "Türk yur­du" məc­muə­sin­də "Ye­ni azə­ri ədə­biy­ya­tı" ad­lı ge­niş mə­qa­lə­si­ni çap et­di­rir. Mə­qa­lə XIX əs­rin əv­vəl­lə­rin­dən, Ə.­Na­zi­min öz ifa­də­si ilə de­sək, "Azər­bay­can­da rus is­ti­la­sı döv­rü"n­dən son­ra­kı mər­hə­lə­nin ədə­biy­ya­tı­nın in­ki­şaf meyil­lə­ri­nə və prob­lem­lə­ri­nə həsr olun­muş­du. Hə­min mə­qa­lə son­ra­lar "Azər­bay­can ədə­biy­ya­tı" adı ilə rus di­lin­də "Pe­çat i re­vol­yu­si­ya" jur­na­lın­da (1929, ¹7) dərc edil­di. O döv­rün gör­kəm­li ədə­biy­yat ta­rix­çi­si Ə.A­bid bu mü­na­si­bət­lə "Zə­rər­li tən­qid­lər" ("İn­qi­lab və mə­də­niy­yət" jur­na­lı. 1929, ¹10) ad­lı kəs­kin bir ca­vab ya­zıb, Ə.­Na­zi­mə qar­şı 16 mad­də­dən iba­rət irad­lar irə­li sür­dü, bü­töv­lük­də hə­min mə­qa­lə­ni "dəh­şət­li bir hərc-mərc­lik yı­ğı­nı" ki­mi qiy­mət­lən­di­rdi.
­Ə­.A­bi­də gö­rə, Ə.­Na­zi­min ən bö­yük səhv­lə­rin­dən bi­ri ya­zı­lı "Azər­bay­can ədə­biy­ya­tı­nı bir feo­dal şair­lə baş­la­ma­ğa tə­şəb­büs et­mə­si"­dir. Onun fik­rin­cə, "Azər­bay­can ədə­biy­ya­tı" nə Hə­sə­noğ­lu ki­mi sufi bir şeyx­lə, nə də Şah İs­ma­yıl Xə­tai ki­mi bir də­rə­bəy­lə baş­la­maz". De­mə­li­yik ki, "Zə­rər­li tən­qid­lər" o dövr üçün nis­bə­tən el­mi idi. Fi­kir­lə­rin­dən gö­rü­nür ki, hət­ta Ə.A­bid ki­mi cid­di bir alim be­lə sin­fi-si­ya­si yar­lıq­sız ke­çi­nə bil­mir. Hal­bu­ki yüz ilə ya­xın­dır bü­tün ədə­biy­yat ta­ri­xi­miz­də ya­zı­lı Azər­bay­can ədə­biy­ya­tı­nın baş­lan­ğı­cı Hə­sə­noğ­lu­dan sa­yı­lır. Bəs, nə idi Ə.­Na­zi­min gü­na­hı? Hə­sə­noğ­lu­nun "Sufi bir şeyx", Xə­tai­nin "də­rə­bəy" ol­ma­sı­mı?!
Ə.Nazimi eklektizmdə, tatulovçuluqda, voronskiçilikdə, formalizmdə təqsirləndirən "Cavabımız qəti və müəyyəndir: Nazim marksist deyil", "Nazimin ədəbi tənqidlərini prinsipsizlik və ikiüzlülük adlandırırıq" - deyən M.Hüseyn "Proletar ədəbiyyatının baş xətti uğrunda" ("Əli Nazimin proletar ədəbiyyatı cəbhəsindəki səyahəti haqqında" "İnqilab və mədəniyyət" 1931, ¹1) adlı ədəbi ittihamlar və siyasi iddialarla dolu məqaləsində yazırdı: "Nazim son günlərə qədər özünün İstanbulda Köprüluzadə Məhəmməd Fuad bəyin redaktorluğu ilə nəşr edilən "Türk yurdu" məcmuəsindəki məqaləsi haqqında bir söz belə deməmişdir. Bu hərəkət, şübhə yox ki, proletar hərəkatı qarşısında yanılmış əvfedilməz bir cinayətdir". M.Hüseyn həmin məqalədə S.Rüstəm və Ə.Nazimin Bakıya göndərdikləri aşağıdakı teleqramı misal gətirir: "Bakı, Sovetski 16. Abbasova, surəti Suraxanski 113, Nəzərliyə, Selvianovski və Buaçidze Bakıya çıxdılar. Barəmizdə nə desələr inanmayın. Nömrədir. Zaqafqaziya qərarının xətalarını boynuna almaq lazım. Biz hamımız biriz. Kimsəni qurban verməyin. Teleqram xüsusidir. Süleyman, Nazim".
Göründüyü kimi, fitva və böhtanlardan narahatlıq ifadə edən bu xüsusi teleqram, təbii ki, dövlət orqanları vasitəsilə Az.PYC-nin rəhbərlərindən M.Hüseynin əlinə keçir. O, teleqramı belə şərh edir: "Bu da ikiüzlülükdən bir xəbər - Biz Süleyman Rüstəmi mücadiləçi bir şair kimi hər zaman müdafiə edəcəyik. O, şübhə yox ki, Nazimin qüvvətli təsiri altında qalmışdır.
Menşevik professor Pereverzevin tələbəsindən bundan artıq bir şey də gözləmək bihudədir".
Bir məqalədə bu qədər ittiham çox deyilmi? Fəqət, M.Hüseyn və onun kimi proletar sənətinin "düşmənlərini əzməyi" məqsəd seçənlərin qarşısında Leninqradda Pereverzevdən dərs almış Ə.Nazimi sona - yəni zindana, dar ağacına, gilyotinə qədər ifşa etmək "vəzifəsi" dururdu. Axı, hələ 1930-cu ildə Moskvada Kommunist Akademiyasında K.V.Plexanovun tələbəsi V.F.Pereverzevin konsepsiyası ifşa olunmuşdu (Bax: Protiv mexanistiçeskoqo literaturovedeniya. M., İzd. "Komakademiya") 1930, s.119, 201). Necə ola bilərdi ki, Azərbaycanda onun tələbəsi Ə.Nazim sərbəst fəaliyyət göstərsin? Pereverzevin "səhvləri" Ə.Nazimin də ayağına yazılmalı idi.
Ə.Nazim rus dilində çıxan "Temp" (indiki "Literaturnıy Azerbaycan") jurnalına "Səhvlərimi etiraf edirəm" (1931, ¹2, səh.12) adlı məktubunu və məşhur "Özünütənqid yolu ilə" adlı məqaləsini (Bax: "Kommunist" qəzeti, 22 mart 1931) yazır: həm ədəbiyyat tarixi, həm metodologiya, həm də proletar ədəbiyyatına münasibətlə bağlı onlarca "səhvini" boynuna alır. Yığcam olaraq bu "səhvlər" aşağıdakılar idi:
"1928-29-cu illərin sonundan Pereverzevin metodologiyasını müdafiə etmişəm; "VOAPP rəhbərliyi və ədəbi-siyasi xətti əleyhinə çıxışda bulunan Litfront və Tatulov qruppasını müdafiə etmişəm; 1927-ci ildə Azərbaycan firqə orqanlarının fikrini soruşmadan "Türk yurdu" kimi pantürkist bir məcmuədə "Yeni azəri ədəbiyyatı" adlı məqalə çap etdirmişəm; "Sənət bir tərəfdən həyatı idrak forması olduğu kimi, insanın duyğu və şüurunu təşkilatlandırmaq vasitəsidir" - tərifim Buxarinin "Sənət insan hisslərinin sistematizasiyası üsuludur" tərifinə bənzədiyi üçün təhlükəlidir; Trotskinin o zaman firqə daxilində və rəhbərliyində olduğuna inanaraq onun fikirlərinin firqə daxilindən çıxdığını zənn etmişəm; Ziyalının sinfi mahiyyətini izah edərkən Lunaçarskinin baxışlarına istinad edib "Ziyalı təbəqəsi sinfixaric təbəqədir" yazmışam; H.K.Sanılıya kəndli şairi adı verərək, kəndli ədəbiyyatı məfhumuna qolçomaq ədəbiyyatını da daxil etmişəm; cığırdaş ədəbiyyatına yanlış və yaramaz bir formula vermişəm; Buaçidze və Tatulov yoldaşların Azərbaycan Proletar Yazıçılarının II qurultayında tənqid etdikləri "Qərb və Rus mədəniyyətinə!" şüarını müdafiə etmişəm; Böyük bir səhv olaraq Rəfilini proletar şairləri sırasında zikr etmişəm". Vəssalam! Göründüyü kimi, bu etirafların heç biri buraxılan səhvin elmi-nəzəri səciyyə daşıdığını söyləməyə imkan vermir. İş burasında idi ki, özünün dediyinə görə, Ə.Nazim Türkiyədə çıxan məqaləsini "Müsavatçılara cavab olaraq" yazmışdı. Təsadüfi deyil ki, məqalə çap olunandan sonra müsavatçılar onu "milli xain və ruslaşmış sovet tənqidçisi" adlandırmış, ruslaşmış Azərbaycan marksist tənqidi isə onu proletar ədəbiyyatı və firqə qarşısında cinayət kimi qiymətləndirirdi. Ə.Nazimin etirafları ona qarşı yeni ittihamlar üçün bəhanəyə çevrilir. M.Hüseyn "Proletar ədəbiyyatında iki cəbhəyə mübarizə" (Bax: "Kommunist" qəzeti, 25 aprel 1931) adlı məqalədə ona qarşı yeni "izmlər" irəli sürür: "Nazim özünütənqid məqaləsində bütün səhvlərini obyektiv səbəblərlə bağlayır. Şübhəsiz, biz bu kimi özünütənqidlərlə qəti şəkildə hesablaşmamalıyız. Bu, olsa-olsa, Nazim tərəfindən özünütənqidə doğru bir addım sayıla bilər. Bundan başqa, Nazim hələ bir yerdə Litfront və sağ-sol blokun ədəbiyyat agenturası olan tatulovçuluğun mahiyyətini aydınlaşdırmamışdır. O, yalnız etiraflarla kifayətlənmişdir".
Bunun artıq izaha ehtiyacı yoxdur. Belə yerdə deyirlər: "Mərdi qova-qova namərd etməzlər". Lakin nə etməli ki, 30-cu illərdə məhz bu "prinsip" yuxarıları və lap yuxarıları - Moskvadan oturub göstəriş verənləri daha çox təmin edirdi. Mərdi qovmaq baxımından Ə.Sadıq imzalı müəllif Əli Nazimi necə olursa-olsun düşmən çıxarmaq niyyətində yazdığı "Ədəbiyyatşünaslıqda müsavatizm, pantürkizm və idealizm əleyhinə! (Əli Nazimin siyasi-ədəbi görüşləri haqqında bəzi qeydlər" "İnqilab və mədəniyyət", 1931, ¹5) və "Ədəbiyyatşünaslıqda pantürkizmə bolşevik atəşi açılmalı" ("Kommunist" qəzeti, 4 iyun 1931) adlı məqalələri öz həyasızlığı ilə seçilirdi. Bu yazılar əsasən Ə.Nazimin Türkiyədə çap olunmuş məqaləsinə və ümumən tənqidçinin görüşlərinə qarşı çevrilmişdir. Onların adi təhlilə belə gəlməyən siyasi və ədəbi cəfəngiyyatdan, boş ideoloji ittihamlardan ibarət olmasına sübut üçün yalnız "Ədəbiyyatşünaslıqda müsavatizm, pantürkizm və idealizm əleyhinə" yazısının başlıqları ilə tanış olmaq kifayətdir. Həmin başlıqlar bunlardır: "Nazim səhvlərini gizləyir", "Cavab maskası altında", "Məhəmməd Əmin Rəsulzadə və Əli Nazim", "İnqilabı inkar etmək", "Azərbaycan ədəbiyyatı xaricdən gətirilmişdir", "Nazimin Amerikası və münfərid ədəbiyyat", "Şaiqin bitərəfliyi və müsavat tənqidçisi", "Cavad və Cavidə cığırdaş adı vermək olarmı?", "Bir yerə toplaşınız və döyüşməyiniz", "Nazim qolçomaqları sosializmə aparır", "Vahid türk dili haqqında Nazimin "peyğəmbərliyi", "Köprüluzadənin Azərbaycandakı müridi".


Bu başlıqlarda işlənən, əslində, öyünməyə layiq termin və yarlıqların o zaman nə demək olduğu mütəxəssislərə yaxşı bəllidir. Bu cəfəngiyyat dolu cızmaqara məzmununa layiq - "Nazimin yalançı marksizminə atəş!" şüarı ilə bitirdi. Bütün bunlardan sonra anadangəlmə ürək xəstəliyi olan Ə.Nazim "Kommunist" qəzetinə (14 iyun 1931) "İdarəyə məktub" adlı növbəti etirafını yazmağa vadar olur. Yenə də "Türk yurdu" məcmuəsində çap olunan "Yeni azəri ədəbiyyatı" məqaləsindəki səhvləri dönə-dönə etiraf edir, onu "Əvf olunmaz siyasi səhv" adlandıraraq rişxəndlə yazır: "Məqalənin beş ilə yaxın bir müddət əvvəl yazıldığına baxmayaraq, onun antibolşevik, mürtəce və əksşura xarakter daşıdığını bütün səmimiyyət və aydınlıqla qeyd edirəm. Bu, mənim proletar əfkar-ümumiyyəsi qarşısında böyük qəbahətimdir. Bütün qətiyyətimlə bunu söyləyərək qeyd edirəm ki, o məqalənin mən bugünkü halda ən böyük düşməniyəm və mənim qətiyyən indiki halda o fikirlərlə əlaqəm yoxdur".
Beləliklə, zorən etiraf Ə.Nazimin öz əlilə onun türk xalqlarının birliyi, vahid türk dili, klassik irsin bədii-tarixi əhəmiyyəti, haqlı olaraq "oğul-uşaq ədəbiyyatı" adlandırdığı proletar ədəbiyyatı ilə bağlı qiymətli fikirləri üzərindən qara bir xətt çəkir.
Biz burada 20-30-cu illərin fəal tənqidçisi Ə.Nazimə qarşı çevrilmiş ittihamlar və tənqidçinin etiraflarından bəhs etdik. O zaman belə ittiham məqalələrini əksər tənqidçi və yazıçılar yazmalı olmuşdu. Məsələn, Ə.Nazimin Mustafa Quliyevə qarşı yazılmış "Azərbaycanda marksizm tənqidində mexanisizm və liberal görüşlər əleyhinə ("Hücum", 1932, ¹3-4), Hənəfi Zeynallının metodoloji görüşlərini ifşa edən "Eklektizm əleyhinə" ("İnqilab və mədəniyyət", 1931, ¹9-10), "Nəzəri cəbhədə bolşevik firqəviliyi uğrunda" ("Kommunist" qəzeti, 29-30 dekabr 1931, 2 yanvar 1932); Ə.Abidi, B.Çobanzadəni, A.Musaxanlını ifşa edən "Türk ədəbiyyatşünaslığında pantürkizm və kamalizm əleyhinə" ("İnqilab və mədəniyyət", 1931, ¹3) kimi məqalələri də bir çox hallarda əsassız ittihamlardan xali deyildi. Beləliklə, Ə.Nazim ittiham olunur, Ə.Nazim də müasirlərini ittiham edirdi. Bütün bu xof, vahimə yaradan və 37-nin qanlı tutqularına gətirib çıxaran ittihamları yalnız həmin dövrün kontekstində obyektiv qiymətləndirmək olar. Təsadüfi deyil ki, məşhur 12493-36 ¹-li istintaq işi üzrə ittiham olunan Ə.Nazimə 22 mart 1937-ci il tarixdə keçirilən birinci istintaqda "1927-ci ildə siz İstanbulda pantürkist "Türk yurdu" jurnalında bir sıra antisovet göstəriş məzmunlu məqalə çap etdirmisiniz. Bunu etiraf edirsinizmi?" sualı verilmişdir…

***

Be­lə­lik­lə, 20-30-cu il­lə­rin mü­ba­hi­sə­lə­ri ənə­nə­vi "Kim idi gü­nah­kar, kim haq­lı­dır?" sua­lı­nı qə­bul et­mir. Çün­ki bu sua­la ve­ri­lə­cək hər han­sı ca­vab­da müt­ləq ye­ni bir yan­lış­lıq ifa­də olu­na­caq. Gö­rü­nür, elə bu­na gö­rə də ta­ri­xi­mi­zin və ədə­biy­ya­tı­mı­zın mü­rək­kəb, zid­diy­yət­li mər­hə­lə­lə­rin­də mey­da­na çıx­mış sual­la­rın ca­va­bı ki­mi hə­mi­şə za­man, ta­rix gü­nah­lan­dı­rı­lıb. Bu­nun­la da il­lər və ta­le­lər ara­sın­da­kı mü­na­si­bət­lər da­ha da də­rin­lə­şib, sus­qu və sü­ku­tun aman­sız pər­də­si bu mü­na­si­bət­lə­rə qor­xunc va­hi­mə do­nu ge­yin­di­rib. Hal­bu­ki nə ta­ri­xin, nə də il­lə­rin heç bir "gü­na­hı" yox­dur. Əs­lin­də, ta­rix qar­şı­sın­da bü­tün mə­su­liy­yət in­san­la­rın üzə­ri­nə dü­şür, ən məc­hul müəm­ma­la­rın mən­bə­yi in­san əməl­lə­ri­dir. Ta­rix nə­sil­lə­rin ta­le­yin­də ya­şa­yır, on­la­rın əməl­lə­ri ilə hə­rə­kə­tə gə­lir. İş bu­ra­sın­da­dır ki, 30-cu il­lər­də sa­tan­lar da, sa­tı­lan­lar da, it­ti­ham olu­nan­lar da, it­ti­ham­çı­lar da ey­ni bir nə­sil idi. Bəl­kə də on­lar ha­çan­sa bir par­ta ar­xa­sın­da otu­rub, ey­ni bir müəl­lim­dən dərs al­mış­dı­lar. Bəs ha­ra­dan idi bu əqi­də ay­rı­lı­ğı, ni­yə on­la­rın bə­zi­si di­gər­lə­ri üçün aman­sız düş­mə­nə çev­ril­miş­di? Axı on­lar bir sin­fin - pro­le­tar sin­fi­nin ye­tir­mə­lə­ri idi? Ey­ni si­nif da­xi­lin­də ye­ni qrup­laş­ma­lar ya­ra­dan sə­bəb­lər han­sı­lar idi? 30-cu il­lər ədib və mü­nəq­qid­lə­ri­nin ta­ri­xi ta­le­yi­ni bu sual­lar­dan kə­nar­da dərk et­mək müm­kün de­yil. Hə­min sual­la­rın bir ço­xu 20-30-cu il­lə­rin rəs­mi sə­nəd­lə­rin­də, bu tən­qid­çi­lə­rin bir-bir­lə­ri­nə qar­şı çev­ril­miş it­ti­ham­la­rın­da ifa­də olu­nur ki, on­la­rı səbr və inad­la araş­dır­maq mil­li-mə­nə­vi özü­nü­dərk pro­se­si ke­çir­di­yi­miz in­di­ki dövr üçün ol­duq­ca va­cib­dir.
Sə­bəb­lər sə­bə­bi, baş­lı­ca sə­bəb isə bu idi ki, sə­mi­mi bir şə­rait­də, qar­daş­lıq və din­daş­lıq bağ­lan­tı­sı ilə ya­şa­yan bir xal­qın, ulu bir mil­lə­tin için­də par­ça­lan­ma apar­maq. "Par­ça­la və hökm sür!" ki­mi im­pe­ri­ya­çı­lıq si­ya­sə­ti­ni "si­nif" adı al­tın­da hə­ya­ta ke­çir­mək, mil­lə­tə öz "mən­"i­ni an­la­ma­ğa im­kan ver­mə­mək, onun ta­ri­xi dir­çə­li­şi­ni yu­bat­maq! Bu iy­rənc niy­yət in­cə bir yol­la hə­ya­ta ke­çi­ri­lir, dal­ğa-dal­ğa sin­fi düş­mən qrup­la­rı uy­du­ru­lur, dü­nən fər­man ve­rən, bu gün özü gül­lə qa­ba­ğı­na gön­də­rilirdi. Axı, ki­min ni­yə və ne­cə öl­dü­rül­mə­si­nin bi­zim üçün nə fər­qi var: H.Ca­vid və M.Müş­fiq də, Ə.­Ca­vad da, Ço­ban­za­də və Əli Na­zim də, M.C.Ba­ğı­rov da ey­ni bir xal­qın oğ­lu, ey­ni bir nəs­lin - it­miş nəs­lin nü­ma­yən­də­lə­ri idi. Əs­lin­də, M.C.Ba­ğı­ro­vun nə Ca­vid­lə, nə Müş­fiq­lə, nə də Ço­ban­za­də ilə heç düş­mən­çi­li­yi yox idi. On­la­rı düş­mən ki­mi təq­dim edən öz yol­daş­la­rı idi. 37-də gül­lə qa­ba­ğı­na, So­vet ölüm dü­şər­gə­lə­ri­nə gön­də­ri­lən­lər əv­vəl­cə Azər­bay­can PYC-nin, Nar­komp­ro­sun, Az­FAN-ın ple­num­la­rın­da düş­mən çı­xa­rı­lır, son­ra yu­xa­rı­ya təq­dim olu­nur­du. M.C.Ba­ğı­ro­vun xalq qar­şı­sın­da xid­mət­lə­ri ki­mi, gü­nah­la­rı­nı da dan­maq müm­kün de­yil. Azər­bay­can De­mok­ra­tik Cüm­hu­riy­yə­ti­nin li­der­lə­rin­dən Mir­zə­ba­la Məm­məd­za­də va­si­tə­si­lə So­lov­ki ada­sın­da Le­ni­nin tə­şəb­bü­sü ilə ti­kil­miş ilk ölüm dü­şər­gə­si­nin rəi­si Ki­sel­yov-Qro­mo­vun Şan­xay­da çap olun­muş "SSRİ-də ölüm qə­rar­gah­la­rı" ki­ta­bın­dan öy­rə­ni­rik ki, bu dü­şər­gə­nin ilk sa­kin­lə­ri azə­ri türk­lə­ri - mil­li döv­lə­ti­mi­zin fə­dai­lə­ri olub. Bun­lar keç­miş mü­sa­vat­çı M.C.Ba­ğı­ro­va mə­lum idi. O da mə­lum idi ki, hə­min adam­la­rı So­lov­ki­yə 1921-ci il­də S.M.Ki­rov­la baş-ba­şa ve­rə­rək Azər­bay­can­da kom­mu­nist im­pe­ri­ya­sı qu­ran me­şin gö­dək­çə­li bol­şe­vik­lər gön­dər­miş­di­lər. Hə­lə 20-ci il­lər­də "Mü­sa­vat" fir­qə­si it­ti­ham edil­miş və Ru­hul­la Axun­do­vun tək­li­fi ilə onun aman­sız­ca­sı­na əzil­mə­si qə­ra­ra alın­mış­dı" (Mir­zə­ba­la Məm­məd­za­də, "28 ap­rel iş­ğa­lı və "Mü­sa­vat", kit. s.14). M.C.Ba­ğı­rov 37-ci il­də on­la­ra öz me­tod­la­rı­nı tət­biq et­miş­di. 50-ci il­lər­də 37-dən sağ çı­xan­lar da M.C.Ba­ğı­ro­va ey­ni me­tod­la­rı tət­biq et­di­lər. Be­lə­lik­lə də, "sin­fi düş­mən" si­ya­sə­ti öz işi­ni gör­dü, Azər­bay­can xal­qı uduz­du, im­pe­ri­ya qa­zan­dı. Fə­qət 50-ci il­lə­rə hə­lə çox var… Gə­lin, il­lə­rin və ta­le­lə­rin izi ilə it­miş nəs­lin ta­le­yi­nin həll edil­di­yi il­lə­rə qa­yı­daq…
Es­te­ti­ka sa­hə­sin­də ən nü­fuz­lu mark­sist K.V.Ple­xa­nov ya­zır­dı: "Bü­tün ideo­lo­gi­ya­la­rın bir ümu­mi kö­kü var - möv­cud epo­xa­nın psi­xo­lo­gi­ya­sı". Bir epo­xa ki­mi 30-cu il­lə­rin psi­xo­lo­gi­ya­sı 20-ci il­lə­rin in­qi­la­bi re­van­şizm döv­rü­nün ənə­nə­lə­ri zə­mi­nin­də for­ma­laş­mış­dı. Bu isə pro­le­ta­riat dik­ta­tu­ra­sı­nın ya­ran­ma­sı döv­rü idi. Onun ba­ni­si V.İ.­Le­nin hə­lə "Pro­le­tar in­qi­la­bı və Xa­in Kauts­ki" əsə­rin­də bu ba­rə­də yaz­mış­dı: "Dik­ta­tu­ra elə bir ha­ki­miy­yət­dir ki, bi­la­va­si­tə heç bir qa­nun­la əla­qə­dar ol­ma­yan qa­nun­suz­lu­ğa əsas­la­nır. İn­qi­la­bi pro­le­ta­ria­tın dik­ta­tu­ra­sı pro­le­ta­ria­tın bur­jua­zi­ya üzə­rin­də əl­də edil­miş və zo­ra­kı­lıq­la mü­da­fiə olu­nan ha­ki­miy­yət­dir. Hər han­sı qa­nun­lar­la əla­qə­si ol­ma­yan ha­ki­miy­yət­dir".
Be­lə­lik­lə, hər cür rep­res­si­ya hə­mi­şə qa­nun­la əla­qə­si ol­ma­yan, zo­ra­kı­lı­ğın bü­tün qa­nun­la­ra ha­kim kə­sil­di­yi dövr­də müm­kün­dür. Zor­la möv­cud ol­du­ğu 70 il ər­zin­də So­vet im­pe­ri­ya­sın­da qa­nun­lar ha­kim par­ti­ya­nın qə­rar­la­rı ilə əvəz olun­muş­du. Çün­ki qa­nun in­san­la cə­miy­yət (ta­rix) ara­sın­da­kı mü­na­si­bət­lə­rin ob­yek­tiv məz­mu­nu­nu əha­tə et­mə­li idi. Qə­rar­lar isə par­ti­ya­nın və onun dik­ta­tor rəh­bər­lə­ri­nin mə­na­fe­yi­ni hər şey­dən ali tu­tur­du. Aman­sız ter­ror, fi­zi­ki və mə­nə­vi iş­gən­cə­lər­lə ta­ri­xə qa­ra bir lə­kə ki­mi həkk olun­muş 37-ci ilin rep­res­si­ya­la­rı da Kom­mu­nist par­ti­ya­sı və onun MK-sı tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir­di. Ye­ni ta­pıl­mış sə­nəd­lər­dən öy­rə­ni­rik ki, İ.V.Sta­lin 39-cu il yan­va­rın 10-da bü­tün par­ti­ya təş­ki­lat­la­rı­na və da­xi­li iş­lər or­qan­la­rı­nın rəh­bər­lə­ri­nə be­lə bir mə­lu­mat gön­dər­miş­di: "ÜK(b)P MK-sı iza­hat ve­rir ki, 1937-ci il­dən baş­la­nan, adam­la­ra fi­zi­ki əzab ve­ril­mə­si təd­bi­ri ÜK(b)P MK-nın ica­zə­si əsa­sın­da ye­ri­nə ye­ti­ril­miş­dir" (O.V.Xlovn­yuk. "1937. Sta­lin. İKAD i so­vets­ko­ye ob­şest­vo", s.248).
Be­lə bir anor­mal si­ya­sə­tin nə­ti­cə­sin­də küt­lə­lər ağıl­lı­la­rı məhv edir, na­dan­lıq is­te­da­da it­ti­ham ve­rir­di. Əqi­də ay­rı­lı­ğı bə­ha­nə­si­lə oğu­lu ata­ya qar­şı qo­yan in­qi­lab - bol­şe­vik ter­ro­ru cə­miy­yət­də qa­nun­suz­lu­ğa zo­ra­kı­lıq­la bə­raət qa­zan­dı­rır, cə­miy­yət­də "Sən məhv et­mə­sən, sə­ni məhv edə­cək­lər!" ki­mi aman­sız bir cən­gəl­lik qa­nu­nu hökm sü­rür. Nə­ti­cə­də, ha­mı bir-bi­ri­ni məhv edir­di.
Məhv edi­lən, ey­ni za­man­da özü­nü­qo­ru­ma ins­tink­ti ilə məhv edən­lər­dən bi­ri də tən­qid­çi Əli Na­zim idi. Ə.­Na­zi­mə qar­şı sü­rül­müş ədə­bi-si­ya­si it­ti­ham­lar ki­mi, Ə.Na­zi­min də irə­li sür­dü­yü it­ti­ham­lar da 30-cu il­lər­də mil­li zə­ka­nın, in­tel­lek­tin fa­ciə­si­ni əks et­di­rir. On­la­rı müx­tə­sər şə­kil­də nə­zər­dən ke­çi­rək.
20-30-cu il­lər ədə­bi tən­qi­di­nin mər­kə­zi si­ma­la­rın­dan olan Ə.­Na­zim fəa­liy­yə­tə türk xalq­la­rı­nın bir­li­yi ide­ya­sı­nı mü­da­fiə edən türk­çü ki­mi baş­la­mış­dı. Onun Ba­tu­mi­dən gön­dər­di­yi ilk mə­qa­lə­lə­rin­dən bi­ri dün­ya­nın bö­yük türk­çü­lə­rin­dən İs­ma­yıl bəy Qas­pı­ra­lı­nın məş­hur söz­lə­ri ilə "Dil­də, iş­də, fi­kir­də bir­lik" ("Ye­ni yol", 26.08.1924) ad­la­nır­dı. Fə­qət, Ə.­Na­zi­min ədə­bi-nə­zə­ri gö­rüş­lə­ri zid­diy­yət­lər­lə in­ki­şaf edir. Düz dörd il son­ra o, çox mü­ba­hi­sə­li mə­qa­lə­lə­rin­dən bi­rin­də be­lə ya­zır­dı: "Bü­tün türk-ta­tar xalq­la­rı­nın heç bir za­man ümu­mi, va­hid bir mə­də­niy­yət­lə­ri ol­ma­mış­dır. Hə­qi­qət­də isə, hər bir türk xal­qı ay­rı­ca ola­raq öz ta­ri­xi in­ki­şa­fın­da müəy­yən bir mə­də­niy­yət ya­rat­mış və bu mə­də­niy­yət isə, çox za­man İs­lam-İran mə­də­niy­yə­ti­nin bir cü­zin­dən iba­rət ola­raq qal­mış­dır. İn­qi­la­ba qə­dər türk xalq­la­rı­nın ək­sə­ri üçün va­hid və ümu­mi ba­zis möv­cud ol­ma­dı­ğın­dan, on­la­rın ədə­biy­yat­la­rı da ey­ni mil­li mə­də­niy­yə­tin ifa­də­si ol­ma­mış və de­yil­dir" (Ə.­Na­zim. Mə­də­ni in­qi­lab və mə­də­ni irs. "İn­qi­lab və mə­də­niy­yət", 1928. ¹9, s.26). Be­lə­lik­lə, də­yiş­mə­nin sə­bə­bi ay­dın­dır, Ə.­Na­zim bu za­man Le­ninq­rad Şərq­şü­nas­lıq İns­ti­tu­tu­nun tə­lə­bə­si ki­mi mark­sizm-le­ni­nizm ideo­lo­gi­ya­sı­nın mər­kə­zin­də idi və bu­ra­da da zor­la, me­xa­ni­ki şə­kil­də mark­siz­mi Şərq bə­dii dü­şün­cə­si­nə mün­cər et­mə­yə ça­lı­şır­dı. Pa­ra­doks bu­ra­sın­da idi ki, Ə.­Na­zim bu fik­ri Tür­ki­yə­dən al­tı ay­lıq el­mi eza­miy­yət­dən qa­yı­dan­dan son­ra ya­zır­dı. Da­ha bir zid­diy­yət: fəa­liy­yə­ti­nin so­nun­da 20 ap­rel 1937-ci il ta­rix­li ikin­ci is­tin­taq za­ma­nı "El­mi-ədə­bi fəa­liy­yə­ti­niz­də ək­sin­qi­la­bi mil­lət­çi möv­qe­yi­niz nə­də ifa­də olu­nub?" sua­lı­na rədd ca­va­bı ve­rər­kən Ə.­Na­zim be­lə bir eti­raf edib: "Me­xa­ni­ki ola­raq səhv­lə­rə yol ver­mi­şəm, yə­ni, mən ba­zis və üst­qu­ru­mun dia­lek­tik qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri­ni izah et­mə­mi­şəm". Hal­bu­ki əv­vəl­ki fi­kir­də biz bu­nun ək­si­ni gör­dük, gör­dük ki, Ə.­Na­zim mark­siz­min ba­zis və üstqurum tə­li­mi­ni əsas tu­tub, türk mə­də­niy­yət­lə­ri­nin bir­li­yi­ni in­kar edir­di.
Bu ba­rə­də çox­lu mi­sal­lar gə­tir­mək olar. Məq­sə­di­miz bu­nu əya­ni­ləş­dir­mək­dir ki, ək­sər müa­sir­lə­ri ki­mi, Ə.­Na­zi­min dün­ya­gö­rü­şü­nün tə­bii, mən­ti­qi in­ki­şa­fı ilə vul­qar mark­sist təb­li­ğa­tın me­to­do­lo­ji təz­yi­qin­dən tö­rə­nən zid­diy­yət­lər onun müa­sir­lə­ri haq­qın­da­kı mə­qa­lə­lər­də it­ti­ham xa­rak­ter­li fi­kir­lər söy­lə­mə­yə gə­ti­rib çı­xa­rır­dı. Mə­sə­lən, o, bir sı­ra vul­qar-so­sio­lo­ji möv­qe­li rus mark­sist­lə­ri­nin in­qi­la­ba qə­dər Şərq res­pub­li­ka­la­rı­nın müs­tə­qil mə­də­niy­yət­lə­ri­nin ol­ma­ma­sı ba­rə­sin­də əsas­sız fi­kir­lə­ri­nin tə­si­ri al­tın­da ni­hi­list möv­qe­dən ya­zır­dı: "Müs­tə­qil, zən­gin və də­rin bir mil­li mə­də­niy­yə­ti­miz heç bir za­man ol­ma­mış­dır və yox­dur…" ("Mə­də­ni in­qi­lab və mə­də­ni irs" məq.,s.26). İn­qi­la­bın mə­də­niy­yət sa­hə­sin­də­ki nai­liy­yət­lə­ri­nin if­rat şi­şir­dil­mə­sin­dən irə­li gə­lən be­lə yan­lış meyil Ə.­Na­zi­mi 30-cu il­lər­də, pro­fes­sio­nal bir tən­qid­çi ki­mi yet­kin­ləş­di­yi dövr­də be­lə tərk et­mə­miş­di. Mə­sə­lən, o, 1933-cü il­də Mir­zə Cə­li­lin ölü­mü­nün bir il­li­yi mü­na­si­bə­ti­lə çap et­dir­di­yi mə­qa­lə­sin­də ya­zır­dı: "Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi ca­han miq­ya­sın­da bö­yük nə­sil­lə­rin tər­bi­yə­çi­si, bö­yük in­qi­lab­la­rın, dövr­lə­rin və hə­rə­kat­la­rın can­lı ay­na­sı olan Şeks­pir­lər, Did­ro­lar, Hö­te­lər, Hey­ne­lər, Bal­zak­lar, Tols­toy­lar ye­tiş­di­rə bil­mə­miş­dir. Bu­na ap­rel in­qi­la­bın­dan əv­vəl­ki sı­ra ilə, İran şah­la­rı, türk "Mil­li" xan­la­rı, çar qu­ber­na­tor­la­rı, im­pe­ria­list la­ke­yi, "Mü­sa­vat" la­ke­yi ki­mi Azər­bay­ca­nın üzə­rin­də ha­kim olan qüv­və­lər ma­ne ol­muş, Azər­bay­can zəh­mət­keş­lə­ri­nin ya­ra­dı­cı­lıq icad qüd­rə­ti­nin qa­ba­ğı­na sədd çək­miş­di" ("Hü­cum" j., 1933, ¹1-2, s.17).
1929-ci il­də M.Rə­fi­li­nin "Gü­lən adam" im­za­sı ilə "Sər­bəst şe­ir haq­qın­da ilk söz" mə­qa­lə­si çap olun­muş­du. Ə.­Na­zim hə­min mə­qa­lə­nin müd­dəa­la­rı­nı və M.Rə­fi­li­nin şeir­lə­ri­ni "kəs­kin­lə­şən sin­fi mü­ba­ri­zə şə­rai­tin­dən doğ­ma­maq­da" it­ti­ham edir. Ə.­Na­zi­mə gö­rə, M.Rə­fi­li­nin nə­zə­riy­yə­si və poe­zi­ya­sı "Tols­toy­va­ri müəm­ma­lı - sim­vo­lik mə­həb­bət təb­liğ edə­rək, fa­hi­şə­li­yə li­be­ral-bur­jua mü­na­si­bət­lə­ri ifa­də edir. Pro­le­tar ədə­biy­ya­tı­nın gün­də­lik kəs­kin si­ya­si və­zi­fə­lə­ri ba­rə­sin­də bir kəl­mə be­lə söy­lə­mir" (s.68). Ə.­Na­zi­min bu mə­qa­lə­si, ne­cə de­yər­lər, "qa­şın­ma­yan yer­dən qan çı­xar­maq" idi, o, ədə­biy­yat qay­ğı­sın­dan da­ha çox, İ.S­ta­li­nin be­lə bir səhv te­zi­si ilə bağ­lı idi ki, so­sia­lizm in­ki­şaf et­dik­cə sin­fi mü­ba­ri­zə kəs­kin­lə­şə­cək.
Ə­də­biy­yat və tən­qid sa­hə­sin­də sin­fi düş­mən ax­ta­rış­la­rı­nın fəal­laş­dı­ğı bir dövr­də - 1931-ci il­də hər tə­rəf­dən tən­qid olu­nan Ə.­Na­zi­min həm­kar­la­rı A.­Mu­sa­xan­lı­nın, Əmin Abi­din, B.Ço­ban­za­də­nin, tür­ki­yə­li ədə­biy­yat­şü­nas­lar M.B.Köp­rülu­za­də və İs­ma­yıl Hik­mə­tin ədə­bi gö­rüş­lə­ri haq­qın­da "Türk ədə­biy­yat­şü­nas­lı­ğın­da pan­tür­kizm və ka­ma­lizm əley­hi­nə" ad­lı ge­niş mə­qa­lə­si çap olun­du (Bax: "İn­qi­lab və mə­də­niy­yət", 1931, ¹3-4, s.59-62; ¹5, s.27-30).
O­xu­cu­la­ra ay­dın­lat­maq üçün qeyd edək ki, 20-ci il­lər­də ix­ti­sas­lı kadr­la­ra eh­ti­ya­cı nə­zə­rə ala­raq, So­vet döv­lə­ti ilə Tür­ki­yə ara­sın­da­kı sa­zi­şə əsa­sən, Azər­bay­can ali və or­ta ix­ti­sas mək­təb­lə­rin­də dərs de­mək üçün Ba­kı­ya bir çox türk alim­lə­ri, o cüm­lə­dən İs­ma­yıl Hik­mət də­vət olun­muş­du. Ba­kı­da onun üç cild­li "Os­man­lı ədə­biy­ya­tı" (1926) və iki cild­li "Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi" (1928), dün­ya­nın gör­kəm­li ədə­biy­yat ta­rix­çi­lə­rin­dən olan M.F.Köp­rülu­za­də­nin isə "Azə­ri ədə­biy­ya­tı­na aid təd­qiq­lər" (1926) ki­mi ədə­biy­yat ta­rixi kitabları çap olun­muş­du. Bu ki­tab­lar, ha­be­lə gənc ədə­biy­yat­şü­nas Ata­ba­ba Mu­sa­xan­lı­nın "Ədə­biy­yat­dan iş ki­ta­bı"­na (1928) yaz­dı­ğı me­to­do­lo­ji mü­qəd­di­mə, Ə.A­bi­din və V.Ço­ban­za­də­nin təd­qiq­lə­ri Qır­mı­zı Pro­fes­sor­lar İns­ti­tu­tu­nun mə­zu­nu, fə­al mark­sist, Pe­re­ver­ze­vin tə­lə­bə­si Ə.­Na­zi­mi tə­min et­mir­di. Bu ki­tab­lar­da, ha­be­lə Ə.A­bid və V.Ço­ban­za­də­nin əsər­lə­rin­də türk ədə­biy­ya­tı­nın mən­şə­yi, qə­dim və müa­sir əla­qə­lə­ri ki­mi prob­lem­lər, va­hid türk mə­də­niy­yə­ti ide­ya­sı əsas­lan­dı­rı­lır­dı. Ə.­Na­zim isə adı çə­ki­lən alim­lə­rin ir­sin­də ol­ma­yan bir şey - mark­sist me­to­do­lo­gi­ya ax­ta­rır. Hə­min nə­zə­riy­yə­si­nin es­te­tik me­yar­la­rı ilə Şərq-türk dü­şün­cə­si­lə ya­zıl­mış bu əsər­lə­ri mi­za­na çə­kir­di. Be­lə­lik­lə də, Ə.­Na­zi­min çox bö­yük eru­di­si­ya ilə ya­zıl­mış mə­qa­lə­sin­də təh­lil əvə­zi­nə təf­tiş baş­la­yır. Mə­lum olur ki, Ə.­Na­zim Ə.A­bid­dən vax­ti­lə ona qar­şı ya­zıl­mış "Zə­rər­li tən­qid­lər" mə­qa­lə­si­nin əvə­zi­ni çı­xır. Bə­zi mə­sə­lə­lər­də isə, sin­fi düş­mə­nin ən qa­tı nö­vü ki­mi zo­rən pan­tür­kist ax­ta­rı­şı Ə.­Na­zi­mi nə­zə­ri yan­lış­lıq­la­ra gə­ti­rir­di. Mə­sə­lən, o ya­zır ki, ədə­biy­yat ta­ri­xi ilə bağ­lı "fak­tor­lar nə­zə­riy­yə­si" A.­Mu­sa­xan­lı­ya türk mü­hi­tin­dən keç­miş­dir. Hal­bu­ki üç fak­tor - irq, mü­hit, mo­ment nə­zə­riy­yəsi­nin müəl­li­fi fran­sız po­zi­ti­vist es­te­ti­ki İ.­Ten ol­muş­dur. "Mark­sist ədə­biy­yat­şü­nas­lı­ğa gö­rə, ədə­biy­yat ta­ri­xi si­nif­lər mü­ba­ri­zə­si ta­ri­xi­nin müx­tə­lif stil­lər­də tə­za­hü­rü­dür" - te­zi­si­ni rəh­bər tu­tan Ə.­Na­zim İ.­Hik­mə­tin "üç cə­rə­yan" nə­zə­riy­yə­si­ni sxo­las­ti­ka he­sab edir, in­qi­lab­dan əv­vəl­ki türk xalq­la­rı­nı mil­lət ad­lan­dır­ma­ğı el­mi yan­lış­lıq ki­mi qiy­mət­lən­di­rir. Adı çə­ki­lən pan­tür­kist­lə­ri mark­sist ədə­biy­yat­şü­nas­lı­ğı­na yad ün­sür­lər ki­mi if­şa et­mə­yi mark­sizm tən­qi­di­nin "Zər­bə­li və­zi­fə­si" he­sab edən Ə.­Na­zim be­lə nə­ti­cə­yə gə­lir: "Bi­zim bu gün­kü şə­rai­ti­miz­də Qər­bə və bil­xas­sə Tür­ki­yə­yə olan hər növ mə­də­ni-ideo­lo­ji ori­yen­ta­si­ya ma­hiy­yət eti­ba­ri­lə mür­tə­ce­dir. Be­lə ki, biz­də İt­ti­fa­qın Mil­li Cüm­hu­riy­yət­lə­rin­də ya­ra­nan mə­də­niy­yət pro­le­tar, do­la­yı­sı ilə də so­sia­list ol­ma­lı­dır…"
Be­lə­lik­lə, əziz oxu­cu, Ə.­Na­zi­min də­yər­li ədə­biy­yat ta­rix­çi­lə­ri­miz əley­hi­nə ya­zıl­mış haq­lı və haq­sız it­ti­ham­la­rı təh­lil edib nə­zə­riy­yə ilə sə­ni yor­maq is­tə­mi­rəm. Bu mə­qa­lə­dən bəhs edər­kən ya­dı­ma 80-ci il­lə­rin əv­vəl­lə­rin­də dok­tor­luq dis­ser­ta­si­ya­sı üzə­rin­də iş­lər­kən "Okt­yabr in­qi­la­bı" ar­xi­vin­də gör­dü­yüm Ə.A­bid, A.­Mu­sa­xan­lı, B.Ço­ban­za­də, C.Ə­fən­di­za­də və s. haq­qın­da ya­zıl­mış bir "da­nos" düş­dü. Xeyr. Bu da­no­sun al­tın­da Ə.­Na­zi­min yox, 37-nin tu­fa­nın­dan sağ çıx­mış "gör­kəm­li" ya­zı­çı­la­rın im­za­la­rı var idi. Təəs­süf ki, o za­man hə­min ar­xi­və ka­ğız və qə­ləm­siz bu­ra­xır­dı­lar və ya­zı­lı qeyd gö­tür­mək qa­da­ğan idi…
"Hü­cum" jur­na­lı­nın 1931-ci il 5-6-cı nöm­rə­sin­də Ə.­Na­zi­min 1927-31-ci il­lə­rin ədə­bi in­ki­şa­fı­nı təh­lil edən "5 il­lik mü­ba­ri­zə və qa­li­biy­yət yo­lu" mə­qa­lə­si çap olu­nur. Bu­ra­da xü­su­si bir if­rat və if­ti­xar­la de­yi­lir: "Pro­le­tar ədə­biy­ya­tı qı­zıl or­du top və mər­mi­lə­ri­nin mü­vəq­qə­ti sus­ma döv­rün­dən ötüb mər­mi­lə­ri əvəz et­mə­yə baş­la­dı. İş­çi sin­fi və kom­mu­nist fir­qə­si­nin əli­lə kəs­kin bir si­lah ye­ri­nə keç­di. Bir sı­ra pro­le­tar şai­ri or­ta­ya çıx­dı. Ca­vad, Ca­vid, Fü­zu­li­lə­rin ye­ri­nə türk Dem­yan Bed­nı­lə­ri­ni qoy­du­lar. Dem­yan­çı­lıq pro­le­tar ədə­biy­ya­tı­nın şüar­la­rın­dan bi­ri ol­du” (s.10-11).
Həqiqətən də, həmin dövrdə "Ədəbiyyatımızı demyanlaşdırmaq uğrunda!" kimi bədnam bir şüar irəli sürülmüşdü və həvəslə Füzuli və Cavidin əvəzinə bir "demyan ədəbiyyatı" yaranırdı ki, sonralar onların bəziləri "xalq şairi" oldular… Demyançılıq ona görə estetik meyara çevrilmişdi ki, ağlının hansısa bir pozuq vaxtında proletariatın diktator müəllimi Lenin onun zəif şeirlərini bəyənmiş, əsl proletar poeziyası elan etmişdi.
Ə.Nazimin "Eklektizm əleyhinə" ("İnqilab və mədəniyyət" j., 1931. ¹9-10) məqaləsi dövrün görkəmli tənqidçisi və folklorçu alimi H.Zeynallının metodoloji görüşləri əleyhinə yazılmışdı. Yeri gəlmişkən deməliyik ki, o zaman Moskvadan Yazıçılar İttifaqından yerlərə metodoloji məktublar gəlirdi. Bu məktubların cəfəng siyasi tələblərinə uyğun olaraq, plenumlar keçirilir, ədib və tənqidçilərin metodologiyası ifşa olunurdu. Məsələn, 25 fevral 1932-ci il tarixdə M.İbrahimovun sədrliyi ilə Az.APP-ın II plenumu keçirilir. M.Hüseynin məruzəsində M.Quliyevin və Ə.Nazimin metodoloji görüşləri, S.Vurğunun çıxışında isə Ə.Nazim kəskin tənqid olunur (Bax: MDƏİA, fond 340. Stenoqrafik hesabat, 148 vərəq).
Ə.Nazim sırf vulqar-sosioloji meyarlardan çıxış edərək H.Zeynallının İ.Hikmətlə bağlı yazısını "marksizmi burjua və xırda burjua şəraitinə uyğunlaşdırmaq və onu təftiş etmək" kimi qiymətləndirir. Ə.Nazim H.Zeynallının marksist metodunun yarımçıqlığını - eklektizmini bunda görür ki, "Zeynallının ədəbiyyatın psixi-ideoloji proses olduğunu söyləməsi heç də marksistcə bir mahiyyətdə deyildir. Burada Zeynallı psixolojinin və ideolojinin ədəbiyyatdakı rolunu eyni dərəcədə tutur və ideolojinin rəhbər istiqamətverici rolunu tamamilə yaddan çıxarır, nəticədə, dualizmdən irəli getməyir" (s.35). Beləliklə, 30-cu illərin siyasi-ideoloji yarlıqlar lüğətinə daha ikisi - eklektizm və dualizm əlavə olunur. Əsas məsələ bu idi ki, həmən yarlıqlar və onları daşıyan şəxs marksizmə əks mövqedə, deməli, düşmən mövqeyində dayanırdı.


30-cu ilin oktyabr ayında Kommunist Akademiyasında fəlsəfi münaqişələr keçirilir, burada Plexanov və onun şagirdləri tənqid olunur. Plexanovun şagirdi Pereverzevin tələbəsi olmuş Ə.Nazim "Nəzəri cəbhədə bolşevik firqəviliyi uğrunda" mövzusunda kəskin silsilə məqalələrlə çıxış edir (Bax: "Kommunist" qəz., 29, 30 dekabr 1931, 2 yanvar 1932). Nəzəri məqalənin "Leninin yolu ilə" adlanan ilk bölməsində göstərilir ki, Plexanov irsindən çox, plexanovçuluğun tənqidçi kadrlara təsiri daha təhlükəlidir. Ə.Nazimə görə, plexanovçuluq pantürkizm, pereverzevçilik, voronskiçilik, litfront kimi "mürtəce cərəyanların" maskalanmasına şərait yaradır. Məqalədə "burjua nəzəriyyəçisi, əksinqilabi müsavatizm"in nümayəndəsi kimi M.Rzaquluzadə, "əksinqilabi trotskizmin" nümayəndələri kimi M.Quliyev, M.Hüseyn, M.Rəfili tənqid olunur. Tənqidçi Mustafa Quliyev əlavə olaraq menşevik-idealist kimi də ifşa olunur. Bu məqalə 30-cu illər tənqidinin bir cəhətini də açır. Məlum olur ki, dövrün tənqidçiləri nəinki müasirlərinə, özlərinə qarşı da amansız idilər. Ə.Nazimin bu məqaləsində ən kəskin tənqid olunanlardan biri də özü idi. Tənqidçi Plexanovun düşmən elan olunduğu bir dövrdə onu tənqid etmiş M.Hüseynə cavab verərək yazırdı: "Mehdi məni Plexanovun mücərrəd qeyri-tarixi düsturunu anlamamaqda ittiham edir. Halbuki mənim əsas səhvim Plexanov yolu ilə getməm və həmin düsturu qəbul etməm idi". Beləliklə, Ə.Nazim plexanovçuluğunu etiraf edir, göstərir ki, "Plexanov təsiri altında olmayan tənqidçimiz olmamışdır… bu sətirləri yazan da 1926-cı ilədək öz məqalələrində böyük dərəcədə Plexanov təsiri altında olmuşdur".
Plexanovçuluğu tənqidlə yanaşı, Ə.Nazim göstərirdi ki, "Plexanovda bir çox müsbət cəhətlərin də olduğunu unutmamalıyıq". Yazıldığı anlar üçün böyük cəsarət tələb edən bu fikri əsas tutan Ə.Nazim daha bir obyektivlik nümayiş etdirir: "Plexanov təsiri ilə mübarizə etməklə bərabər… marksist yoldaşlarımıza qarşı "Sol" hücumda bulunanlara yol verə bilmərik".
Beləliklə, 30-cu illər tənqidi, hətta onun irəli sürdüyü ittihamlar obyektiv zəka ilə zorakı zaman arasında ziddiyyətin məhsulu idi. Bu ziddiyyətin arsenalında totalitar bolşevik ideologiyası dayanır, o, klassik nəzəri-estetik kanonları sıxışdıraraq revanşizmə yol açırdı. Bu anormal cəhət - hər bir hadisəyə sinfi qütblərin mənafeləri ilə yanaşmaq ifratı, hətta marksizmin özündə də daxili ziddiyyətlər tapmaq həddinə gətirib çıxarmışdı. Necə deyərlər, ədəbi tənqiddə marksizm adından təftiş olunur, zorən yeni "izm"lər uydurulurdu. Bu cəhət Ə.Nazimin M.Quliyevin 1930-cu ildə rus dilində çap olunmuş "Oktyabr və türk ədəbiyyatı" kitabı münasibətilə yazılmış "Azərbaycanda marksizm tənqidində mexanisizm və liberal görüşlər əleyhinə" ("Hücum" j., 1932, ¹3-4 və 5-6) adlı geniş məqaləsində də özünü göstərir.
Ə.Nazim M.Quliyevin kitabının əsas metodoloji qüsurunu belə təyin edir: "Quliyevin kitabının əsas metodoloji xüsusiyyəti - mexanist, vulqar materializm və ekonomizmdir. Tarix, ideya və ədəbiyyat tarixi inkişafında Quliyev üçün iki sıra hadisə vardır: iqtisadi və ədəbi" (s.37).
Zənnimizcə, 20-30-cu illərin tənqid metodlarına bələd olan adam üçün 9 jurnal səhifəsindən ibarət olan bu məqalənin ardını oxumağa elə bir ehtiyac yoxdur. Verilən qeyddən aydın olur ki, Ə.Nazim həmkarını siyasi cəhətdən ifşa edəcək. Belə də olur. Ə.Nazimi dinləyək: "M.Quliyevin kitabında "ədəbiyyatın inkişafını müəyyən edən, ona istiqamət verən sinif mübarizəsindən isə əsər yoxdur. Halbuki, ədəbiyyat sinfi mübarizə üçün ideoloji bir silahdır" (s.38).
Hər bir ədəbi-ictimai hadisəyə yalnız hakim ideologiya, yalnız sinfi mövqedən izah vermək məhdudluğu 30-cu illər tənqidində bir çox haqsız ittihamlar, zorakı, ədalətsiz etiraflar, habelə nəzəri-estetik və elmi-metodoloji sapıntılar törədir, bu isə özlüyündə ədəbi-bədii inkişafı təbii yolundan döndərir, onu ciddi şəkildə ləngidirdi.
Ədəbi tənqiddə belə bir siyasi-metodoloji platformadan çıxış etdiyinə görə, Ə.Nazimin əsərlərində M.Füzuli və M.P.Vaqif "Saray aristokratiyasının şairləri", Q.Zakir "Mühafizəkar mülkədar şairi", M.F.Axundov "Ticarət burjuaziyasının yazıçısı", S.Ə.Şirvani "xırda burjua liberal-ruhani şairi", M.Hadi "Panislamizm, pantürkizm və millətçiliyin mütərənnüm şairi" kimi təhlil olunurdu. Ə.Nazim hələ 1926-cı ildə gəldiyi belə bir qənaətin tilsimindən çıxa bilmirdi ki, "Bir şair və bir zümrə ədəbiyyatı müəyyən bir sinfin ədəbiyyatıdır. Məsələn, yunan şairlərindən "İliada" və "Odisseya" mühərriri Homer o zamankı yunan cəmiyyəti aristokratiyasının şairidir. Yenə yunan şairlərindən "Gün və zəhmət" mühərriri Hesiod kəndli-qolçomaq (!) şairidir…" ("Maarif və mədəniyyət", 1926, ¹9, s.21). Eyni vulqar-sosioloji meyarlarla yanaşdığından, tənqidçi XX əsrin böyük romantiki H.Cavidi lazımi səviyyədə qiymətləndirə bilməmişdi: "Cavid öz sinfinin şairi olmuş və öz sinfinin siyasi-pantürkist planlarının, onun milli şovinist görüşlərinin ifadəçisi olaraq qalmışdır" (Bax: Nazim A. Azerbaydjanskaya literatura. "Peçat i revolyusiya" j., 1929, ¹7, s.104).
Müasir oxucu təəccüblənə bilər ki, Ə.Nazimin yazıçılara verdiyi təyinatlarda əcaib heç nə yoxdur. Əslində, Ə.Nazim düz deyir, M.F.Axundov ticarət burjuaziyasının yazıçısı, H.Cavid böyük türkçü idi. Bəlkə, indiki baxımdan bu belədir, fəqət, bu doğru fikirlər 30-cu illərin tarixi-ideoloji müstəvisində ağır ittihamlar idi və onların son ucu 37-nin repressiyaları ilə nəticələndi. Bunu heç kim istəmirdi, nə Ə.Nazim, nə də onun müasirləri. Lakin bu belə idi və illər keçəndən sonra biz belə bir tarixi fakt qarşısındayıq. 20-ci, xüsusən 30-cu illərin ədəbi ittiham və mübahisələri narahat fikir axtarışlarından doğulmuşdu. Əgər siyasi-ideoloji rəng verilməsəydi, onu normal bir ədəbi-tarixi proses kimi qiymətləndirmək olardı. Ona görə də belə anlaşılmasın ki, Ə.Nazimi tənqid etdiyinə görə M.Hüseyn, H.Cavidi tənqid etdiyinə görə, Ə.Nazim bir-birlərinə düşmən idi. Bacısı Tahirə xanımın şəhadətinə görə, Ə.Nazimlə H.Cavidin münasibətləri çox səmimi olub. Tahirə xanım bir neçə il əvvəl bir əhvalat danışdı: "H.Cavid "Səyavuş" pyesini oxumaq üçün Ə.Nazimə verir və o, pyesi redaktə edir. H.Cavid bundan bərk inciyir. Deyir ki, mənə komsomol pyesi lazım deyil, pyesin üstünə öz adını yaz. Anşlaqla keçən tamaşadan sonra H.Cavid çox razı qalır". Yaxud başqa bir fakt: 21 may 1956-cı il tarixdə bəraət alması üçün Yazıçılar İttifaqı tərəfindən Ə.Nazim haqqında DTK-ya təqdim olunmuş müsbət xasiyyətnaməni imzalayan birinci adam 30-cu illərdə onu ən çox tənqid etmiş M.Hüseyn idi. Bəs bunu necə qiymətləndirmək olar: peşmançılıq, etiraf, yoxsa…?! Onlar bir-birlərini ittiham etmişlər, bizim isə onları ittiham etməyə mənəvi haqqımız yoxdur. Biz onları yalnız tariximizin kədərli bir səhifəsi kimi öyrənməliyik.
30-cu illərdə ən dəbdə olan, ən qorxunc və, demək olar ki, hamıya verilən siyasi ittiham "pantürkizm" idi. Bu ad altında ən çox iki böyük şəxsiyyət - Hüseyn Cavid və Bəkir Çobanzadə ittiham olunmuşdu. İtmiş nəslin taleyindən keçən pantürkizm ağrısını 37-nin amansız repressiyaları belə sağalda bilmədi…

iyun, 1994

BƏKİR ÇOBANZADƏ

İndi hər bir xalq öz tarixi keçmişinə, bu keçmişin ayrı-ayrı mərhələlərini yaradan şəxsiyyətlərin taleyinə yenidən nəzər salır. Tarixi bir zərurət olaraq SSRİ-də totalitar rejimin zəifləməsi oraya daxil edilən millətlərin özünüdərk prosesini intensiv şəkildə sürətləndirməkdədir. Həmin proses ədəbi-tarixi irsin obyektiv qiymətləndirilməsində daha aşkar müşahidə olunur. Azərbaycan ədəbi-mədəni fikrinin isə elə mərhələ və şəxsiyyətləri var ki, əvvəla, uzun müddət onlar tədqiqatçı üçün qadağa obyekti olmuş, yaxud da həmin mərhələ və şəxsiyyətlərə münasibətdə mərkəzləşmiş şovinist siyasət həlledici rol oynamışdır. Belə mərhələlərdən birisi qədim və zəngin milli ənənələrə malik Azərbaycan mədəniyyətinin mexaniki marksist ideologiya ilə üzləşdiyi 20-ci illər idi. Marksist-leninçi ehkamların, ədəbiyyat və sənət haqqında ideoloji sxemlərin milli mədəniyyəti sıxışdırdığı bu dövrdə həmin ehkamlara qarşı Şərq təfəkkürünün yaradıcı suverenliyi ideyasını irəli sürənlərdən birisi Bəkir Çobanzadə olmuşdur. Dərin Şərq təhsili almış B.Çobanzadənin ədəbi-nəzəri görüşlərində Azərbaycan ədəbiyyatının yalnız doğma Şərq ədəbi-tarixi kontekstində inkişafının mümkünlüyü haqqında konsepsiya əsas yer tutur. Həmin konsepsiya mahiyyət etibarilə obyektiv tarixi xarakter daşıyır.
XX əsr tarix səhnəsində ilk addımlarını atmağa başlayanda səfalı Krım yaylarında varlıların qoyun sürülərinin arxasınca 13-14 yaşlı yaraşıqlı bir yeniyetmə addımlayırdı. Hamının yalnız çoban kimi tanıdığı muzdur Vahabın heç ağlına belə gəlmirdi ki, varlı balalarının ələ salmaq üçün adı və soyadı ilə deyil, çoban oğlu (Çobanzadə) çağırdıqları təmkinli Bəkir atasının əzablı ömründən yeganə yadigar olan bu kəlməni böyük iftixar hissi ilə daşıyıb, onunla bir araya sığmayan "professor" adı ilə şöhrətləndirəcəkdir. Zamanın və tarixin hökmü başqa imiş…
Sonralar, həmin varlı balaları böyüyüb vətəndən üz döndərəndə artıq çobanlığı sovet professoruna təkcə qaxınc etməklə kifayətlənməyib "qızıl professor adı üstündə Çoban oğlu, sadə Çoban oğlu deyil, vaxtilə kəndisi belə çoban olmuşdur. Çobanlığı istismar edən "qızıl professor" - deyərək onu ittiham edəndə B.Çobanzadə qəzəb və iftixar hissi ilə yazırdı: "bəli, çoban oğlu çoban: necə ki, siz də "bəy oğlu bəy"siniz.1
Azərbaycanda Sovet ədəbi-nəzəri fikrinin təşəkkülü və formalaşmasında Ə.Nazim, M.Quliyev, Ə.Abid, S.Mümtaz, H.Zeynallı, V.Xuluflu, M.K.Ələkbərli, M.Hüseyn, M.Rəfili, M.Arif kimi görkəmli nümayəndələri sırasında ilk sovet professorlarından Bəkir Vahab oğlu Çobanzadənin xüsusi rolu olmuşdur. Görkəmli türkoloq, ədəbiyyatşünas, şair və ictimai xadim B.Çobanzadə 1893-cü il may ayının 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində çoban ailəsində anadan olmuşdur. 14 yaşında ələ salmaq məqsədilə onu birinci sinfə qəbul edirlər. O, istehzalar altında bir il "43 ¹-li şagird" adı daşıyır. Lakin həmin il müddətində o, qeyri-adi istedadı sayəsində bütün məktəb proqramını başa vurub böyük müvəffəqiyyətlə buraxılış imtahanı verir.
1908-ci ildə o zaman Krımda fəaliyyət göstərən Dini Xeyirxahlar Cəmiyyətinin vasaiti ilə oxumaq üçün Türkiyəyə göndərilir. 1914-cü ildə B.Çobanzadə Qalatasaray liseyi "Sultaniyyə"ni müvəffəqiyyətlə başa vurur, paralel şəkildə İstanbul Universitetində ərəb və fars dilləri üzrə ali 3 illik kursu bitirərək, orta məktəb və liseydə bu dillər üzrə dərs demək hüququ qazanır. Həmin il Budapeşt universitetinin tarix - filologiya fakütləsinə daxil olub türk, ərəb və macar filologiyasını öyrənir. 1918-ci ildə Universiteti müvəffəqiyyətlə bitirir. 1920-ci ildə isə B.Çobanzadə doktorluq dissertasiyası müdafiə edir. Müxtəlif pedaqoji məktəblərdə Krım-tatar dili və ədəbiyyatından dərs deyir, Universitetin dilçilik kafedrasının dosenti seçilir. Krım xalq komissarları Sovetində tatar şöbəsinə rəhbərlik edir. 1922-ci ildə B.Çobanzadə Krım Universiteti Şərq fakültəsinin professoru işləyir, türk dillərini müqayisəli qrammatikasından mühazirələr oxuyur. Bu dövrdə yerli qəzet və jurnallarda fəal çıxış edir, üçüncü çağırış Krım Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilir. 1924-cü ildə Krım Universitetinin rektoru seçilir və həmin il S.Ağamalı oğlu yeni əlifba məsələsi ilə əlaqədar türkdilli respublikalara səfəri zamanı B.Çobanzadəni tapır və onu Bakıya gətirərək sonralar yeni əlifba Komitəsinə sədr təyin edir. 1926-cı ilin sonunda o, I Ümumittifaq türkologiya qurultayının təşkilində fəal iştirak edir. 1927-ci ildə S.Ağamaloğlunun təşəbbüsü, SSRİ MİK-nın qərarı ilə Ümumittifaq Mərkəzi yeni türk əlifbası komitəsinin yaradılış plenumunda B.Çobanzadə proqram məruzəsi ilə çıxış edir. Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinə B.Çobanzadə rəhbərlik edir. Onun rəhbərliyi ilə 1930-cu illərədək müxtəlif türkdilli sovet respublikalarında Komitənin plenumları keçirilir, yeni əlifba layihələri müzakirə olunur. 1928-ci ildə Moskvada instruktor kurslarında yeni türk əlifbası haqqında məruzələr oxuyur. 1929-cu ildə Azərbaycan SSR XKS Baş elmi idarəsində terminologiya komitəsinə rəhbərlik edir. Onun əsas iş yeri Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi idi. 1924-29-cu illərdə əvvəlcə professor, sonra kafedra müdiri, nəhayət dekan kimi fəaliyyət göstərir. Bu zaman Azərbaycanın iki görkəmli ədəbiyyat xadimi, böyük yazıçı Y.V.Çəmənzəminli və ədəbiyyatşünas H.Zeynallı türk dili və ədəbiyyatı kafedrasında B.Çobanzadənin rəhbərliyi altında elmi işçi kimi tədqiqat aparmışlar. 1929-cu ilin sonlarından B.Çobanzadə Azərbaycan DETİ-də aspiranturanın müdiri işləyir, kadrlar hazırlanmasına rəhbərlik edir. O, 1928-ci ildə Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvi seçilir və aspiranturada türkoloji məşğələlərə rəhbərlik edir. 1932-ci ildə o, SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1935-ci ildən isə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilir. Görkəmli Azərbaycan filoloqları M.A.Dadaşzadə, M.Şirəliyev, H.Araslı, F.Qasımzadə, M.C.Cəfərov, Ə.Dəmir­çizadə, M.Hüseynzadə və başqaları onun tələbələri olmuşlar. B.Çobanzadə 1935-ci il mart ayının 16-da Paris Dilçilik Cəmiyyətinin üzvü seçilmişdir. O, alman, türk, macar, çex, slovak, polyak, fransız, ərəb, fars, rus, Sovet Şərqi xalqlarının bir çox dillərini bilir, tədqiqatlarında istifadə edirdi.

Bəkir Çobanzadə 1938-ci ildə aprel ayının 18-də uzun və ağır işgəncələrdən sonra güllələnmişdir.

***

Professor Çobanzadənin Azərbaycanda təkcə dilçilik elminin, türkologiyanın deyil, bütövlükdə ədəbi prosesin inkişafında mühüm rol oynamış onlarla monoqrafik tədqiqatı çap olunmuşdur. "Türk-tatar lisaniyyətinə mədxəl" (1924), "Türk dili sərflərinin ümumi qüsurları" (1925), "Türk dili və ədəbiyyatının tədris üsulu" (I cild, 1926), II cild (1927), "Türk-tatar dialektologiyası" (1927), "Türk dili" (1928), "Azərbaycan türk ədəbiyyatına dair ümumi oçerk" (1928), "Krım-tatar ədəbiyyatında qurultayçılıq və millətçilik" (1929), "Azəri ədəbiyyatının yeni dövrü" nasionalizmdən internasionalizmə (1930), "Azərbaycan türk dilinin elmi qrammatikası" (1930), "Elmi qramerin əsasları" (1932), "Türk dilinin metodikası" (1932), "Lenin və dilçilik" (1933), "Türk dili və ədəbiyyatı" (1936) və s. kimi əsərlərinin ədəbiyyat və dil tarixlərinin yaranmasında mühüm rolu olmuşdur.
B.Çobanzadə universal bir alim idi. İlk əsəri "Anan harda?" poemasından (1913) sonra onun ardıcıl olaraq bədii əsərləri də çap olunmuşdur.
1928-ci ildə B.Çobanzadənin "Boran" şeirlər məcmuəsi çap olunur. Buraya onun Türkiyədə, Macarıstanda və SSRİ-də yazdığı lirik əsərlər daxil idi. Kitaba daxil olan "Dunay qəzəblənir", "Sübh çağı görüşəndə" tipli şeirlərində şair Macarıstan inqilabından bəhs edirdi.
1971-ci ildə Daşkənddə şairin özbək dilində şeirlər kitabı buraxılmış, Ə.Şəmizadə kitaba ön söz yazmışdır.
B.Çobanzadə türkdilli xalqların dili və ədəbiyyatının tarixinə, nəzəriyyəsinə həsr olunmuş 300-dən artıq məqalənin, 41 monoqrafik tədqiqatın müəllifidir. O, ixtisasca dilçi türkoloq alim idi və bu qiymətli əsərlərin böyük bir qismi dil və türkologiya problemlərinə həsr olunmuşdur. Ümumi şəkildə də olsa, belə bir spesifik cəhəti göstərməliyik ki, B.Çobanzadə dil tarixi və türkologiyanın nəzəri problemlərini ayrılıqda deyil, məhz türkdilli xalqların ədəbi-bədii abidələri, klassik sənətkarların əsərlərinin materialları əsasında öyrənib şərh edirdi. Bu mənada onun dilçiliyə dair əsərləri də alimin ədəbiyyatşünaslıq görüşlərini və sənətə baxışını öyrənmək üçün zəngin material verir. Lakin biz, indiki halda onun ədəbi-tənqidi görüşlərinin bəzi spesifik cəhətləri barəsində müxtəsər təsəvvür yaratmaq üçün məhz bədii ədəbiyyatı və sənətin estetik problemlərinə həsr olunmuş əsərlərinə istinad edəcəyik1.
B.Çobanzadənin nəzəri-filoloji irsi öz problematikası baxımından zəngin və çoxcəhətlidir. Ədəbiyyatın tarixi mənşəyi və inkişafı, ictimai şüur forması kimi spesifikası, ədəbi tarixi inkişafın dövr və mərhələləri, tədqiqi üsulları, söz sənətinin ictimai şüurun başqa formaları - təbii və ictimai elmlərlə əlaqəsi və etik-estetik funksiyası, bədii əsərin təhlil və tənqidi, ədəbi məktəblər və cərəyanlar kimi bu gün də elmi aktuallığını itirməmiş konkret problemlər B.Çobanzadənin ədəbi-nəzəri maraq dairəsini müəyyənləşdirir. Göründüyü kimi, bu məsələlər iki tədqiqat istiqaməti əmələ gətirir: 1) ədəbiyyat tarixi və onun tədqiq metodologiyası; 2) söz sənətinin spesifikası, poetik strukturu və ictimai rolu. Bu təxmini təsnifatı birtərəflilikdən xilas edən bir neçə mühüm faktoru da mütləq göstərməliyik: a) B.Çobanzadə bu tipli nəzəri məsələləri həll edərkən dünya ədəbiyyatının inkişaf qanunauyğunluqlarını nəzərdə tuturdu, b) Sovet Şərqində yaşayan türkdilli xalqların tarixi təfəkkür tərzinə və onların ədəbiyyatının şərtlənmiş olduğu ictimai şəraitə - Şərq kontekstinə əsaslanırdı, v) Bu regionda yaşayan hər bir xalqın təxəyyülündəki milli özünəməxsusluğu ciddi şəkildə fərqləndirir, milli mənəvi zəminlə əlaqəsini göstərirdi. B.Çobanzadənin ədəbi-nəzəri baxışlarını müəyyən mənada əhatə edə biləcək göstərdiyimiz iki başlıca istiqaməti araşdırarkən bu cəhətləri nəzərdə tutmaq zəruridir.


30-cu illərdə marksizm adından danışan bir sıra cızma-qaraçı vulqar-sosioloqlar B.Çobanzadənin məhz metodoloji baxışlarını yanlış hesab edir, onu antimarksist nəzəriyyələrə bağlayırdılar. O dövrün əksər ilk sovet ədəbiyyatşünasları kimi, B.Çobanzadə və onun yaradıcılığı ətrafındakı məzmununu ideoloji və ədəbi ittihamlar təşkil edən mübahisələrin materialları1 xüsusi araşdırmadan göstərməliyik ki, o, istər ədəbi-tarixi prosesi, istərsə də bədii əsərləri marksist-leninçi metodologiya mövqeyindən tədqiqata cəlb edirdi. B.Çobanzadə mübahisəli əsərlərindən birində marksist tarixiliyə müvafiq olaraq belə qənaətə gəlirdi ki, "mövzunun tədqiqinə başlamaq üçün əvvəlcə həmin mövzuda görəcəyimiz əsas fikirləri doğuran ana mənbələri, ideologiyanın iqtisadi və ictimai təməllərini gözdən keçirməliyik"2.
Belə mülahizə ilə biz heç də B.Çobanzadənin ədəbi-nəzəri yaradıcılığındakı bəzi yanlış, birtərəfli fikirləri müdafiə etmək istəmirik. O, müəyyən tarixi fakt və bədii hadisənin təhlilinə obyektiv tarixilik nöqteyi-nəzəri ilə yanaşsa da, bir sıra hallarda dövrün özündən doğan müvəqqəti, keçici nəzəriyyələrin təsiri altında materialın tədqiqi prosesində həmin meyarı həmişə eyni səviyyədə gözləməyə nail olmamışdır. İnqilabi dövrün yeni sənətin - proletar və sovet ədəbiyyatının təşəkkülünə yardım etmək inkişafının yollarını göstərmək kimi tarixi tələbinə cavab tapmaq o zamanın bütün ədəbiyyatşünaslarını düşündürən başlıca məsələ idi. Müasirləri kimi, B.Çobanzadə də belə nəticəyə gəlmişdi ki, ədəbiyyatda yeniliyin mahiyyətini açmaq, proletar sənətinin mövqelərini müəyyənləşdirmək üçün, milli klassik irsin ənənələrini öyrənmək, xüsusən də vahid ədəbiyyat tarixi yaratmaq lazımdır. Ədəbiyyat tarixinin ayrı-ayrı dövrləri və mərhələləri öyrənilmədiyindən, bu böyük məqsəd ədəbiyyat tarixi yaratmaq uğrunda atılan addımlarda bəzən yanlışlıqlar da olurdu. B.Çobanzadə hər hansı bir milli ədəbiyyatın tarixini yaratmaq üçün, bütün türkdilli ədəbiyyatların ədəbi-tarixi təsnifini, mərhələlərini müəyyənləşdirməyi vacib bilir, bu zaman dil, adət-ənənə və təfəkkür ümumiliyini, habelə iqtisadi inkişaf vəhdətini əsas götürürdü. Lakin o, ədəbiyyat tarixini təsnif edərkən ictimai-iqtisadi inkişafın fasiləsizliyinə, tarixi tərəqqinin obyektiv təkamülünə istinad edə bilmirdi. B.Çobanzadənin bölgüsü belə idi:
1. İslama qədərki dövr. Bu dövr iki ədəbi qola ayrılırdı: a) Orxon abidələri - xaqanlar və tekinlər, dövlət dili və "klassik" üslublu ədəbiyyat, b) qara xalq ədəbiyyatı.
2. İslamdan sonrakı dövr. Müəllif bunu "üç qatlı ədəbiyyat" dövrü hesab edir: a) saray ədəbiyyatı, b) dini ədəbiyyat, v) xalq ədəbiyyatı.
3. Yeni dövr ədəbiyyatı - 1905-ci ildən sonrakı ədəbiyyat. Bu dövr üç mərhələyə bölünür:
a) 1905 - 1917, b) 1917 - 1922, v) 1922 - 1927.
Belə təsnifatın ciddi elmi əsası yox idi. B.Çobanzadənin təsnifatına dövrün xarakterlərindən, ədəbi - tarixi prosesə münasibətin ümumi vəziyyətindən daxil olan metodoloji yanlışlıqlar konkret bir xalqın ədəbiyyat tarixinə dair mülahizələrinə də təsirsiz qalmırdı. "Azəri türk ədəbiyyatı, dörd-beş əsrlik müstəqil bir həyata malik"dir fikri ilə B.Çobanzadənin Azərbaycan ədəbiyyatının tarixini XV əsrin sonu - XVI əsrin əvvəllərindən - M.Füzulidən hesab etməsi təsadüfi deyildi. Bu illərdə F.B.Köçərli görkəmli Türkiyə ədəbiyyatşünası M.F.Köprülüzadə kimi, Azərbaycan sovet tənqidinin banilərindən Ə.Nazim də təxminən eyni fikirdə olmuşlar. Bu cəhət göstərir ki, ümumiyyətlə, 20-30-cu illər ədəbiyyatşünaslığında hələ vahid marksist ədəbiyyat tarixi konsepsiyası formalaşmamış, bu ciddi aktual məsələ ətrafında fikir mübadiləsi mövcud idi.
Yazılı ədəbiyyatın mənşəyi məsələsi dövrün bütün ədəbiyyatşünasları kimi, B.Çobanzadəni də düşündürən başlıca məsələ idi. Alimin görüşlərini araşdırarkən onun yaradıcılığına mütləq dövrün ədəbi-nəzəri fikir kontekstində nəzər salmaq lazımdır. Çünki ayrılıqda götürdükdə, əvvəla, bu nəzəriyyələr barəsində yanlış və birtərəfli qənaətə gəlmək üçün şərait yaranır, ikinci tərəfdən, həmin qənaətlərin mahiyyətini, sonralar böyük rol oynamış perspektiv zəminini aşkara çıxarmaq çətinləşir. Ümumiyyətlə, 20-30-cu illər ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatının tarixi mənşəyi məsələsinə münasibətdə xarakterik bir ziddiyyət özünü göstərir. Dövrün ədəbiyyatşünasları 20 - ci illərdə - yaradıcılıqlarının ilkin mərhələsində zamanın yeni inqilabi sənətin bir zərurət kimi irəli sürdüyü ədəbiyyat tarixi məsələsinə daha doğru mövqe tuturdular. B.Çobanzadə türkdilli xalqlar, o cümlədən Azərbaycan ədəbiyyatının ilkin nümunələri kimi Orxon-Yenisey kitabələrindən bizə gəlib çatan Tükyuların Əşirət dövrü yaradıcılığını qəbul edir. Alim həmin yazıların linqvistik əlamətlərinə əsaslanaraq yazırdı: "Orxon kitabələrinin dili, bəzi alimlərin təsdiq etdiyi kimi, ibtidai bir dil deyildir. Bu dildə rast gəldiyimiz cümlə quruluşu, bəzi təsvir və təşbihlər bu dilin uzun zamandan bəri işlənmiş mükəmməl ədəbi və rəsmi bir dil olduğunu göstərir"1.
Epoxanın başqa fəal bir tənqidçisi gənc Əli Nazimi hələ B.Çobanzadədən bir neçə il əvvəl Azərbaycan, o cümlədən türkdilli xalqların ədəbiyyatlarının mənşəyini izah etmək üçün 20-ci illərin ortalarında elm aləmində mövcud olan məlumatlar qane etmirdi. Belə mülahizələri o, üç mənbə kimi ümumiləşdirir. Vilhelm Tomson, Radlov, Vamberq, Hartman kimi məşhur türkoloqların türkdilli ədəbiyyatların ən qədim tarixi nümunəsi hesab etdikləri Orxon kitabələrini birinci, "Qudadğu-bilik" ədəbi mərhələsini ikinci, Turfan ədəbiyyatının isə üçüncü mənbəyə aid edərək yazırdı: "Fəqət istər bu üç mənbə, istərsə bir sıra mülahizə və fikirlər tam mənası ilə türk ədəbiyyatı tarixini təşkil edə bilməz.
Əcaba, doğrudan da Azərbaycan ədəbiyyatı Orxon yaxud Turfanla başlayır?
Mən buna Qane ola bilmirəm"2.
Ə.Nazim bu qənaətdə idi ki, göstərilən mənbələr ədəbiyyat tarixinin artıq inkişaf etmiş dövrlərinin məhsuludur. O, tədqiqatlara əsaslanaraq belə bir fikir irəli sürürdü ki, "bu kitabələr yazılan zaman türklər artıq şəhərli olmağa başlamışdılar. Demək ki, onlar istər həyatca, istər ictimai vəziyyətcə və istərsə də ədəbiyyatca bir sıra dövrlər keçirmişlər.
Bundan da bəlli olur ki, Orxon, yaxud Turfan ədəbiyyatı Azərbaycan ədəbiyyatının başlanğıcı deyildir"3. Əli Nazimin 1925 - ci ildə irəli sürdüyü bu qətnamədən məlum oldu ki, o, ictimai - tarixi səbəb faktoruna əsaslanır, şəhər mədəniyyəti faktını əsas tuturdu.
Ə.Nazim ədəbiyyat tariximizin mənşəcə qədimliyini onu doğuran dövrün tarixi səciyyəsi, ictimai münasibətlərin və quruluşun xarakteri ilə, B.Çobanzadə isə digər vasitə - dil quruluşu və ümumiliyi ilə sübut etməyə çalışır.
Məhz bu nöqtədə onlar bir-birindən fərqlənir. B.Çobanzadə linqvistik oxşarlığı əsas götürdüyündən müəyyən mənada M.F.Köprülüzadənin dil qədimliyi və vəhdətinə əsaslanan konsepsiyasına uyğun idi. Məlum olduğu kimi, marksist ədəbiyyatşünaslıq, xüsusən Ə.Nazim həmin konsepsiyanı qəbul etmirdi. Lakin anlaşılma naminə burada iki cəhəti qeyd etməliyik: belə çıxmasın ki, Ə.Nazim türkdilli ədəbiyyatların dil ümumiliyinin əleyhinə idi. Yox. O, yalnız indiki halında ədəbiyyat tarixi konsepsiyasının vahid türk ədəbiyyatı nəzəriyyəsinin təsirinə düşməməsi üçün həmin problemlə müəyyən müvəqqəti interval saxlayırdı… Digər tərəfdən, 20 - ci illərdə türkdilli ədəbiyyatlar arasında əlaqə və qarşılıqlı zənginləşmə məsələsini fərdi həll etməyə çalışan və buna az-çox nail olan məhz Ə.Nazim idi.
B.Çobanzadəyə görə, Orxon-Yenisey abidələrindəki mətnlər ədəbiyyatın nəinki mənşəyi kimi qəbul edilir, hətta daha irəli getmək üçün qiymətli mənbə hesab olunur. Fikrimizcə, 20-ci illərin bu qənaəti, əsasən, doğru, marksist ədəbiyyat tarixi yaratmaq üçün perspektivli idi.
B.Çobanzadə Azərbaycan ədəbiyyatı tarixində "iki mərhələdən ibarət İran dili və ədəbiyyatın təsiri dövrü" müəyyənləşdirirdi:
1. X - XI əsrlərdən başlayaraq XVI miladi əsrə qədər. Ədəbiyyatda ümumən islam sxolostika və doqmatikasının və klassik ədəbiyyat normalarının yerləşməsi dövrü.
2. XVI miladi əsrdən - XIX miladi əsrə qədər fars mədəniyyət və ədəbiy­yatının təsiri ilə birləşməsi. Əlbəttə, belə bölgü və təsniflər B.Çobanzadənin ədəbiyyat tarixi konsepsiyasını mürəkkəbləşdirir. Yeri gəlmişkən, göstərməliyik ki, müəllifin ədəbiyyatımızın tarixinə kifayət qədər yaxından bələd olmamasının məhsulu kimi meydana çıxan belə mülahizələr özündə, həm də bilavasitə kənar nəzəriyyələrin, xüsusən Şərq mənbələrinin təsirini daşıyırdı. B.Çobanzadənin ədəbiyyat tarixi ilə bağlı görüşlərinə real ədəbi-tarixi proses və klassik bədii irsin təhlilindən bir cür nəticə daxil olur, bu tipli nəzəriyyələr isə birinciyə tamamilə zidd nöqteyi-nəzər diktə edirdi. Azərbaycanda İran ədəbiyyatı təsiri ilə bağlı yanlış mülahizəsi kimi müəllifin, məsələn, aşağıdakı doğru qənaəti də nəinki eyni bir dövrün, hətta ilin (1930) məhsulu idi. B.Çobanzadə tədqiqatların nəticəsi olaraq yazırdı: "Azərbaycan ədəbiyyatının bir çox bədii məhsulları vardır ki, bu ölkədəki ictimai münasibətlərin, sinfi mübarizələrin xüsusi, xarakterli əlamətini daşıyır. Bunun üçün də bu ədəbiyyatı nə fars-ərəb, nə də türk ədəbiyyatı içində gizlətmək mümkün deyildir".
Tədqiqat göstərir ki, o, müxtəlif nəzəriyyələr əsasında təsniflər apararkən yox, konkret bədii materialın təhlilinə əsaslanan zaman obyektiv nəticələr əldə edirdi. Dövrünü doğru izah etməsə də B.Çobanzadə, məsələn, M.Füzulinin yerinin "…bütün Yaxın Şərqin yetişdirdiyi "ölməz böyüklər" arasında olduğunu müəyyənləşdirə bilir. "Şikayətnamə" Füzulinin digər əsərləri kimi zamanımıza qədər bizi güldürməkdə və ağlatmaqdadır" - deyirdi.
Mükəmməl marksist konsepsiyalı ədəbiyyat tarixi yaradılmasının obyektiv çətinliyini Çobanzadə özü görür. Lakin bu yolda yanlışlıqlara yol verməsindən çəkinmədən çalışır, imkanlarını əsirgəmirdi: "Azəri ədəbiyyatının tarixi… müxtəlif məsələlərə dair ayrı-ayrı tədqiqlər, monoqrafiyalar meydana gətirilmədikcə yaradıla bilməz. Bu kimi hazırlıq işi yanılmadan ortaya çıxacaq əsərlər əski Şərq biçimində yazılmış təzkirələrdən daha dərin, daha yüksək ola bilməz". O, Firdovsi, Xətai, Nəsimi, Füzuli, Nəvai, habelə Bayqara kimi Şərq klassiklərinə həsr olunmuş qiymətli tədqiqatların müəllifidir.
B.Çobanzadənin ədəbi görüşləri sistemində sənətə, bədii yaradıcılığın tarixi-estetik baxış mühüm istiqamət təşkil edirdi. Onun sənət konsepsiyasında ədəbiyyatın həyatla əlaqəsi məsələsi ön sırada dayanır. Alimin fikri belədir ki, hər hansı bir əsər, müəllifi mövzunu həyatdan aldığına görə, onun yaradıcılığının həm ideya, həm də bədii meyarlarından birincisi həyatilik olmalıdır. Bu baxımdan, məsələn, o, şeirin təsir gücünü onun lövhə və obrazlarının təsvir dəqiqliyində və həyata yaxınlığında görürdü.
Həyatilik, ideya konkretliyi olmayan əsərin poetik texnikanın nə qafiyə tamlığı, nə vəzn, nə də dil rəvanlığının itib-batmaqdan xilas edə bilməyəcəyi qənaətinə gəlirdi. B.Çobanzadə folklordan tutmuş müasir dövrə qədər şeir və sənətlə real təbiət və insanın həyati fəaliyyəti arasında sıx bağlılıq görür və sənətin estetik təsir gücünü həyatın tarixi inkişaf prosesi ilə əlaqələndirərək yazırdı: "Ədəbiyyat cocuqluq zamanından məzara qədər insanın əbədi yoldaşıdır. Çünki ədəbiyyatda yalnız quru zehni fəaliyyətin izləri, sərt məntiqi maddələr deyil, səmimi insani həyat, həyəcanverici lövhələr vardır. Xəyalı canlandıran hər bir şey insana zövq verir. Halbuki, ədəbiyyat bunlar arasında mərkəzi mövqe işğal etməkdədir və bütün qalanları: teatro, kino ilhamlarını ədəbiyyatdan alırlar"1.
B.Çobanzadə istər ədəbi-tarixi dövrlərə, istərsə də bədii prosesə yanaşarkən marksist-materialist mövqedə dayanırdı. O, bədii əsərin ictimai qiymətini, sosial ekvivalentini müəyyənləşdirməyi tənqidçinin qarşısında duran birinci dərəcəli vəzifə hesab edirdi. B.Çobanzadənin sənətə baxışının guşə daşında belə bir sual oxunmaqdadır: "Ədəbi əsərin ictimai qarşılığı" nə deməkdir və nə surətdə tapılır? Tənqidçi bu suala belə cavab verir: "Hər hansı ədəbi əsərdə, əsas etibarı ilə üç ünsür vardır: mündəricə, "daxili şəkil" və "xarici şəkil". Bunlardan ən mühümü "mündəricə"dir. Mündəricə əsərin əsasını təşkil etdiyi kimi, ümumiyyətlə, digər ünsürləri, yəni əsərin daxili və xarici şəkillərini təyin edər"2. Məhz bu nöqteyi-nəzərdən də B.Çobanzadə mündəricəni müəllifin əqidəsini, mənsub olduğu sinfin ideologiyasının, ümumən əsərin ictimai məfkurəsini ifadə edən amil hesab edirdi. Belə mündəricənin sinfi və ideoloji əsaslarının aşkara çıxarılmasını tənqidçi bədii əsərin ictimai qarşılığının, sosial ekvivalentinin tapılması hesab edirdi. Beləliklə, məlum olur ki, "mündəricə" deyərkən Çobanzadə əsərin ideyasını nəzərdə tutmuşdur. Tənqidçinin bu qənaəti özündə o zaman dəbdə olan vulqar-sosiologizmin bəzi elementlərini (xüsusən, sənəti qeyd-şərtsiz dövrün sosial ekvivalenti kimi götürmək - N.Ş.) daşısa da, ümumən sənəti materialist anlayışın, marksist estetikanın tələblərinə müvafiq idi. Bunu belə bir cəhət də sübut edir ki, Çobanzadə yeni dövrün sənəti üçün iki mühüm amil - məzmun yeniliyi və forma yeniliyinin zəruriliyini irəli sürüb əsaslandırırdı.
20-ci illərin sonunda real sosializmin inkişaf xarakterindən çıxış edən tənqidçi doğru olaraq göstərirdi ki, "…bizim bu günün" şairi məhz keçid epoxasının şairidir". Belə baxış B.Çobanzadənin ədəbi görüşlərnin tarixi doğruluğuna təkzibedilməz dəlildir. Tənqidçinin sənətə baxışını səciyyələndirən qiymətli bir cəhəti də göstərməyi vacib bilirik. O, ədəbi prosesin inkişafındakı fasiləsizliyi, ayrı - ayrı tarixi dövrlər arasında vəhdəti marksistcəsinə dərk edə bilmişdi. Tənqidçi proletar ədəbiyyatının inqilabi xarakteri və tarixi təşəkkül prosesini şərh edərək yazmışdır: "Şuralar İttifaqının başqa yerlərində olduğu kimi, Azərbaycanda da proletar ədəbiyyatı birdən-birə doğmamışdır. Birinci addımlar burjua icrası olan və istismar, kapitalizm ənənələri üzərində qurulan mündəricə və şəkil, dil, yazı və üslub ideologiyasına havi olan ədəbiyyatla mübarizə yolunda atılır"3.
Tənqidçinin bu qənaəti bir tərəfdən ədəbi təkamüldə ənənə və novatorluğun dialektik inkar vasitəsilə əlaqəsini nəzərdə tutduğu üçün, digər tərəfdən, o zaman hələ nüfuzunu qoruyub saxlamaqda olan "xalis proletar sənəti" nəzəriyyəçiləri - proletkultçulara və vulqar sosioloqlara qarşı çevrildiyi üçün, bu gün də aktualdır. Çobanzadə proletar ədəbiyyatının təkcə sinfi mübarizənin və proletariatın əmək həyatının "mikroskop dəqiqliyi ilə şərh və təhlil edən bir alət" olduğunu izah etməklə kifayətlənmir - sosialist sənətinin milli zəmini və forması problemini irəli sürərək göstərirdi ki, "proletar inqilabı, ictimai azadlıq ideyası milli dillər vasitəsilə gedəcəkdir…"4


B.Çobanzadənin sənət haqqında görüşləri sistemində məzmun və forma problemi çox geniş yer tutur. B.Çobanzadə sənətdə obraz və obrazlılıq məsələni daha dərindən işləmiş, obrazlı konkretliyi poetik formanın ruhu hesab etmiş, proletar poeziyasının ilk nümunələrini bütün bu köklü problemlər baxımından təhlil və tənqid edərək, böyük proletar şairi Nazim Hikmətin novator axtarışlarına, poeziyasının inqilabi tribunalığına yüksək qiymət verərək yazırdı: "Nazim Hikmət bu vəzifəni (dağlarla, dalğalarla kütləni irəli atlatmaq - N.Ş.) ancaq yeni sənətin görə biləcəyinə inanır. Bu sənəti "oqxay ilə satmaq" mümkün deyildir. Bu nə demək?.. əski ölçülər, əski texnika ilə, barmaqlarını sayaraq şeir yazan və içində "idarə lampası yanan adam" bu gün yeni sənəti qura bilməz".
B.Çobanzadə gənc şairləri inqilabi dövrün sürətli inkişafını əks etdirən mübariz poeziya yaratmağa çağırır. Belə bir konsepsiyaya əsaslanırdı ki, inqilab dayanmır, ictimai həyatda da, sənətdə də, mənəviyyatda da daim inkişaf edir, dərinləşir.
Proletar ədəbiyyatının 20 - ci illərdəki ilk nümunələrini təhlil edərək, gənc müəlliflərin həyatın özünü, fəhlə məişətini daxildən bilməmələrini yeni ədəbiyyatın qüsurlarından hesab edən Çobanzadə proletar poeziyasını yaratmaq yolunda ilk addım atanları proletar "bayramının şairləri" adlandırırdı. O, sənəti zahiri təsvirə aludəçilikdən uzaqlaşdırmağı aktual vəzifə sayır, bədii yaradıcılığı xüsusi formada təzahür edən "əqli fəaliyyət" kimi tədqiq edirdi.
20-ci illərdə türk xalqlarının tarixi təşəkkülünə, onların dil və ədəbiyyatının mənşəyinə münasibətdə ilkin baxış B.Çobanzadəyə məxsus idi. Onu yazılı ədəbiyyatımızın mənşəyi haqqında ən nikbin fikirlərin müəllifi hesab etmək olar. Biz artıq bilirik ki, hələ 20-ci illərin əvvəllərində ədəbiyyat tariximizin mənşəyi problemindən bəhs edən Ə.Nazim Orxon-Yenisey abidələrinin ən qədim dövr hesab olunması ilə razılaşmır, tarixin daha uzaq ünvanlarına əl uzatmağı lazım bilirdi. B.Çobanzadə müasiri Ə.Nazimin fikrindən bir neçə il sonra çap olunmuş tədqiqatında onun ehtimalını dəqiqləşdirirdi. O, Orxon-Yenisey abidələrini dayanaraq eramızdan iki əsr əvvəldə yaşamış hunlardan - tukyulara1 qədərki dövrə müraciət edir. Tukyu türklərinin əsas ideologiyası saydığı Dinin - şamanizmin ədəbiyyatın təşəkkülündəki rolunu açmağa çalışır. Şamanizmdə "üç əsas" (animizm, totemizm və taoizm!) təyin edən müəllif qədim türkləri, o cümlədən azərbaycanlıların ulu babaları olan oğuzların bədii təfəkkürünün inkişafında bu üç əsasın rolu üzərində düşünür.2 Əlbəttə, B.Çobanzadə bu mülahizələri söyləyər­kən o qədər də zəngin faktlara əsaslanmır. Onun bu dövrlərin ədəbi fikri haqqındakı ehtimal xarakterli mülahizələri "Orxon dövrü ədəbiyyatı"nın tarixi və bədii-estetik mövqeyini aydınlaşdırmağa kömək edə bilir. Alimə görə, Orxon kitabələri təkcə türk xalqlarının deyil, VII əsrdə yaşamış bir çox xalqların həyat və məişətləri, iqtisadi vəziyyətləri haqqında məlumatı qoruyub saxlayır. Türklərin siyasi düşüncəsi və türk tarixi haqqında "birinci əsərlərdən ədd olunan" bu kitabələri müəllif ədəbi baxımdan belə qiymətləndirir: "Bu kitabələr türk ədəbiyyatına aid birinci əsərlərdir. Haman min üç yüz il əvvəl türklərin nə surətlə yazdıqlarını, fikirlərini nə şəkildə ifadə etdiklərini bilmədən bu günkü ədəbiyyatımızı elmi surətdə anlamaq mümkün deyildir. Orxon kitabələrinin dili, bir neçə alimin təsdiq etdiyi kimi, ibtidai bir dil deyildir. Bu dildə rast gəldiyimiz cümlə quruluşu, bəzi təsvir və təşbihlər bu dilin uzun zamandan bəri işlənmiş, olduqca ədəbi və rəsmi bir dil olduğunu göstərir".
B.Çobanzadə, professional dilçi alim kimi, Orxon kitabələrinin ilk Azərbaycandilli yazılı ədəbi abidə olması haqqında qənaəti dil faktoru əsasında, məntiqi şəkildə sübut etməyə, əsasən, nail olur. B.Çobanzadənin ilk maraqlı mülahizəsi Orxon abidələrinin əlifbası ilə daha qədim skif əlifbasının eyni olması fikridir. O, tarixi faktlara əsasən yazır ki, Miladi altıncı əsrin ortalarında türklərin Bizansa göndərdikləri səfarətə cavabı olaraq, Bizans imperatorluğu da türklərə bir səfarət göndərir. "İstanbula gedən türk səfarəti "skif" yazısı ilə yazılmış bir məktub da gətirmişdi. Bu yazının… Orxon abidələrinin yazıldığı əlifba ilə yazılmış olduğu mümkündür". Müəllifin bundan sonrakı qənaəti bizim üçün olduqca maraqlıdır. O, "Gültəkin" kitabəsindən və "Bilgə kaqan" abidəsindən gətirdiyi nümunələrin müqayisəli və struktur təhlili əsasında belə nəticə çıxarır ki, "burada gördüyümüz dilin əsas etibarilə azəri ləhcəsinin quruluşuna uyğun olduğu görülür". Maraqlıdır ki, o, məhz Azərbaycan dilinə oxşarlığına görə, alimlərin Orxon türkcəsini "oğuzcanın atası" hesab etmələrini həqiqət kimi qəbul edir.
Müasir Azərbaycan dilinin mənşəcə qədim skiflərin dili ilə qohumluğunu iqrar edən bu maraqlı mülahizələr özlüyündə Orxon abidələrinin anadilli yazılı ədəbiyyatımızın mənşəyi olması haqqındakı qənaəti də möhkəmlədir. Digər əhəmiyyətli fikir bundan ibarətdir ki, B.Çobanzadəyə görə, bu abidələrin özünəməxsus yazısı 20 - ci illərə qədər məlum olan yazıların heç birinə oxşamır. Hətta türklərin qonşuluğunda onlara ciddi mədəni təsir göstərmiş "Çin yazısı ilə Orxon arasında heç bir əlaqə yoxdur". Onu türklərin birinci yazısı hesab edən, həmin yazının yeddinci əsrdən də əvvəl işlədildiyinə şəksiz həqiqət kimi baxan alim yazır: "Miladi yeddinci əsrlərdə Orxon kitabələrində gördüyümüz yazı olduqca mükəmməl bir surətdə işlənmiş, inkişaf etmiş bir yazıdır. Bu işlənmənin bir neçə əsrlərə möhtac olduğunu söyləməyə hacət yoxdur".
Əvvəldə verdiyimiz bəzi fikirlərindən məlum oldu ki, yazılı ədəbiyyatın mənşəyi, digər ədəbiyyatşünaslar kimi, B.Çobanzadəni də düşündürən başlıca problem idi. Alimin görüşlərini araşdırarkən, onun yaradıcılığına mütləq dövrün ədəbi - nəzəri fikri kontekstində nəzər salmaq lazımdır. Çünki ayrılıqda götürüldükdə, əvvəla, bu nəzəriyyələr barəsində yanlış və birtərəfli qənaətə gəlmək üçün şərait yaranır, ikinci tərəfdən, həmin qənaətlərin mahiyyətini, sonralar böyük rol oynamış perspektiv zəmini aşkara çıxarmaq çətinləşir. Ümumiyyətlə, 20 - 30- cu illər ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatının tarixi mənşəyi məsələsinə münasibətdə xarakterik bir ziddiyyət özünü göstərir. Dövrün ədəbiyyatşünasları 20 - ci illərdə - yaradıcılıqlarının ilkin mərhələsində zamanın, yeni inqilabi sənətin bir zərurət kimi irəli sürdüyü ədəbiyyat tarixi məsələsində daha doğru mövqe tuturdular. B.Çobanzadə türkdilli xalqlar, o cümlədən Azərbaycan ədəbiyyatının ilkin nümunələri kimi Orxon - Yenisey kitabələrində bizə gəlib çatan ilkin poetik nümunələri və qədim Tükyuların Əşirət dövrü yaradıcılığını qəbul edir.
20 - ci illərdə məhz B.Çobanzadənin yaradıcılığında ədəbiyyatı tədqiq üsulları, ədəbi-tarixi prosesi təsnif etməyin nəzəri prinsipləri işlənib hazırlanırdı. O, "Türk dili və ədəbiyyatının tədrisi üsulu" kitabının ikinci cildində ədəbiyyatın estetik və nəzəri - poetik problemləri ilə yanaşı, tədqiqat və təsnifat prinsiplərini də göstərirdi. İ.Qili, F.Merliq, G.V.Plexanov, M.F.Köprüluzadə, P.N.Sakulin və s. kimi filosof və ədəbiyyatşünasların görüşlərini təhlillə inkişaf etdirən B.Çobanzadə belə qənaətə gəlirdi ki, "ədəbi mübadilələrin altında daima ictimai şərtlərin, ictimai həyatın bir-birlərinə təmas və təsirləri vardır. Ədəbiyyatı tarixdən, ictimaiyyət və hətta iqtisadiyyatdan mücərrəd (təcrid - N.Ş.), ayrı olaraq almaq qabil deyildir". Məhz belə bir müəyyən vulqar-sosioloji mövqedən B.Çobanzadə "Ədəbiyyat tarixi üsulları" adı altında 14 tədqiqat üsulu müəyyənləşdirir: 1) bədii üsul, 2) əxlaqi üsul, 3) publisist üsul, 4) tarixi-siyasi üsul, 5) tarixi üsul, 6) tarixi-ruhi üsul, 7) mədəni-tarixi üsul, 8) bədii-ruhi üsul, 9) müqayisəli-tarixi üsul, 10) təkamül üsulu, 11) filoloji üsul, 12) təbii üsul, 13) şəkli üsul, 14) ictimai üsul. Göründüyü kimi, bu tədqiqat metodlarının bir çoxu (məsələn, mədəni-tarixi, müqayisəli-tarixi) ədəbiyyat nəzəriyyəsində çoxdan məlum idi. Digər "üsul"ları isə müəllif həddindən çox xırdalamış, az qala fərdi üslub maneralarını metodoloji prinsip səviyyəsinə qaldırmaq, onlar arasında bərabərlik işarəsi qoymaq həddinə çatmışdır. Əlbəttə, bunların hamısını qəbul etmək çətindir, çünki tədqiqat metodu ciddi nəzəri-estetik prinsiplərə əsaslanmalı, mövcud tarixi şəraitdə özünü doğrultmalıdır.
B.Çobanzadə ədəbiyyat tarixini dövrlərə ayırmaq üçün iki əsas prinsip irəli sürür:
1. Təqvimi-xronoloji prinsip. O, bunu "ibtidai üsul" adlandırır və üzərində çox dayanmır.
2. Ədəbi dövrü ədəbiyyatla müvazi olaraq eyni bir zamanda və məkanda doğan hər hansı bir əlamətlə adlandırmaq prinsipi. Burada da iqtisadi, ictimai, siyasi amilin rolu əsas götürülür. Göründüyü kimi, əslində, estetik, mahiyyəti o qədər də aydın olmayan bu prinsipi o, iki yerə bölür: a) siyasi hadisəni əsas götürmək (Qeyd: Bu halda ədəbi dövrün başında zamanının qabaqcıl simaları, padşahlar oturur. Məsələn, Rusiyada Böyük Pyotr), b) "fikri və ictimai həyat əlamətlərinə görə" (Sakulin) bölgü. Həmin prinsiplərə əsaslanaraq, B.Çobanzadə Azərbaycan ədəbiyyatı tarixini üç dövrə bölür: "1. Feodalçılıq dövrü, 2. Təbii təsərrüfat dövrünün bütün sərmayədarlıq dövrünün və bu dövrün ideoloqları olan burjuaziya islahatlarının (reformatorlar) meydana çıxması dövrü, 3. 1905 sənələrində başlanıb, Oktyabr inqilabından sonra daha tez, daha sərt bir surətdə inkişafa başlayan inqilabi ədəbiyyat dövrü". Göründüyü kimi, B.Çobanzadənin həm "üsul"ları, həm "prinsipləri" və həm də "bölgüləri" elmi cəhətdən aydın deyil. Başlıcası isə, göstərilən dövrlər Azərbaycan ədəbiyyatının məzmunu, inkişaf yolunu nə tarixi-xronoloji, nə də tipoloji baxımdan əhatə etmir. Bu prinsip və dövrləşməyə əsaslanıb ədəbiyyat tariximizin təkamülünü obyektiv oxşar etmək, klassiklərimizi ədəbi - tarixi kontekstində öyrənmək çətindir. Çünki, burada ədəbiyyatın tarixi tərəqqi və bədii-məntiqi baxımından inkişafı kifayət qədər nəzərə alınmır. Məhz elə bu səbəbdən alim ədəbi - tarixi prosesin mənşəyi problemində ardıcıl idisə, mərhələ təsnifində qeyri - sabit mövqe tutmuş, yekdil bir nəticəyə gələ bilməmişdir.
B.Çobanzadə XX əsrin böyük türkoloq alimi və ədəbiyyatşünası idi. O, artıq türk dili və ümumtürk ədəbiyyatı konsepsiyasını əsaslandırmışdır. Bu gün ortaya çıxmaqda olan "ortaq türk keçmişindən ortaq türk gələcəyinə" mədəni-tarixi prosesi əsasında məhz professor B.Çobanzadənin görüşləri dayanır.



may, 1983