Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

"MƏ­NƏ YA­ŞA­MAQ YOX, ŞE­İR YAZ­MAQ
GƏ­RƏK­DİR..."


Nizaməddin ŞƏMSİZADƏ
İTMİŞ NƏSLƏ UVERTÜRA


HÜSEYN KÜRDOĞLU


KAMİL ƏFSAROĞLU
ÇADIR
Roman


AZƏR ABDULLA


MƏCNUN GQYÇƏLİ


NATİQ RƏSULZADƏ
NƏVƏ
Hekaya


GÜLŞƏN TOFİQQIZI
HÖRÜMÇƏK TORU
Hekaya


AĞACƏFƏR HƏSƏNLİ


RAFAİL TAĞIZADƏ
POLSHA ŞEİRLƏRİ SİLSİLƏSİNDƏN


SÜDABƏ AĞABALAYEVA
DURULACAQ BİR DÜNYA


BALAYAR SADİQ


ASİA RÜSTƏMLİ
MÜTƏRCİM CƏFƏR CABBARLI



 

BALAYAR SADİQ


 
CI­DIR DÜ­ZÜN­DƏN RE­POR­TAJ

İsa bu­la­ğın­da
əl-üzü­nü yu­yur
unu­dul­maz xa­ti­rə­lər...

Cı­dır dü­zü­nə sə­pə­lən­miş
mər­mi qəl­pə­lə­ri­dir
“Ko­roğ­lu” üver­tü­ra­sı­nın
çi­lik­lən­miş not­la­rı.

Hər şey
hə­qi­qət rən­gin­də, hər şey...
Xa­rı bül­bü­lün lə­cək­lə­ri
Tan­rı­ya yet­mə­yən
im­dad mək­tub­la­rı­dır.

Hə­qi­qə­tin di­li
xə­ca­lət­dən
to­puq ça­lır bur­da.

Şey­tan qəh­qə­hə­si­dir
Şu­şa qa­la­sın­da
qa­lan­mış
ga­vur oca­ğı­nın tüs­tü­sü...

Bax,
Şu­şa məs­ci­di­nin di­var­la­rın­da­kı
gül­lə ya­ra­la­rı sız­la­yır hə­lə də...

Bəs sə­nin it­kin düş­müş
vic­da­nın­dan
“Qır­mı­zı xaç”
mək­tub gə­ti­rir­mi heç,
Mər­yə­min oğ­lu?!

MÜ­TA­LİƏ

Qa­dın ayaq­la­rı
dün­ya­nın
ilk əlif­ba­sı­dır.

Hərflə­rin üs­ya­nı­dır
Adəm­lə Həv­va­nın
alın ya­zı­sı...

Ki­şi və Qa­dın
iki qə­dim
əl­yaz­ma­dır.

Bi­ri
baş­dan oxu­nur,
bi­ri ya­rı­dan...

Mən ata­mın
mü­ta­li­ə­si­yəm...

TƏH­QİR OLUN­MUŞ ÖLÜM

Qa­til
dar ağa­cı­nın
xoş­bəxtli­yi­dir.

Dar ağa­cı
qa­ti­lin mü­ka­fa­tı...

İlk də­fə
bo­yun­dan yu­xa­rı
qalxmaq xoş­bəxtli­yi­dir
qa­ti­lin ölü­mü...

Dar ağac­la­rı­nı
edam et­di­lər,
sey­rə­lib
ümid me­şə­lə­ri.

İn­di
Azad­lıq çöl­lə­rin­də
təh­qir olu­nur
qa­til­lə­rin ölü­mü.

Bu­nu
Bi­lir­si­niz­mi,
cə­nab ölüm qa­til­lə­ri?

BA­LIQ­ÇI HƏYATI

Tən­ha­lıq səh­ra­sın­da
ba­lıq tut­maq­la
məş­ğu­lam...

Ağ­lı­mı ke­çir­mi­şəm
ti­lo­vun ucu­na...

Üzün­də­ki tə­bəs­süm
ba­lıq ki­mi çır­pı­nır...

Sən
ba­lıq­çı ol­ma­ğı­ma
şüb­hə edir­din...

Da­ha
çıx ­get...
ba­lıq­la­rı hür­küt­mə,
səh­ra­nın
yu­xu­su is­la­nar...

DÜ­ŞÜN­CƏ YO­LU

Yol -
şə­hər haq­qın­da
dü­şün­cə­dir...
Ta­le­yin
kü­çə­lə­rin­də az­mış

kənd uşa­ğı­dır şə­hər...
öz için­də
var-gəl edir
hər gün...

Hə­qi­qə­tin
di­zi üs­tə otu­ran
o ki­şi­ni
sən gör­mə­mi­sən...

Yov­şan ətir­li
söh­bət­lə­ri
hə­lə də
yad­da­şım­da lə­pə­lə­nir...

Yol dü­şün­cə­dir...
şə­hər haq­qın­da
ol­ma­sa da...
SƏN­SİZ­LİK RO­MA­NI

Sən­siz­lik aç­dı qa­pı­nı...
boş otaq­da
di­var­la­rın
nə de­di­yi­ni eşit­mə­dim.

Pən­cə­rə­dən
mis­ra-mis­ra
seyr et­dim
otaq­da­kı sən­siz­li­yi.

Di­lim­də­ki söz­lər
utan­dı­ğın­dan
at­dı özü­nü
sən­siz­li­yin aya­ğı al­tı­na...

Son­ra
ürə­yi­mi gö­tü­rüb
bar­maq­la­rı­mın ucun­da
keç­dim sən­siz­li­yin ya­nın­dan...

Qon­şu otaq­da
güz­gü­dən
sə­tir-sə­tir
boy­la­nır­dı sən­siz­li­yin...

İn­di
Bir­cə onu bi­li­rəm ki,
bü­tün güz­gü­lər sən­siz­lik ro­ma­nı­dır.

KÖH­NƏ YOL QEYDLƏ­Rİ

Bir ki­lo
söh­bət et­dim
yo­lun kə­na­rın­da­kı ağac­la.
Bu­daq­lar
sır­tıq uşaq ki­mi
zəh­lə­mi tök­dü...

Gör­düm na­ra­hat­lıq­la
ba­şı­nı bu­la­yır
ağa­cın di­bin­də­ki daş -
qaş­la­rı­nı çat­mış hal­da.

Hey­rə­tim­dən
üç metr kəs­dim,
kə­fə­nim ol­sun de­yə...

Sən de­mə,
ömür sa­də­cə
hə­qi­qə­ti ax­tar­maq
cəh­di de­yil­miş...

Ümid
köh­nə yol­dur,
əgər inan­mır­san
üs­tün­də­ki
ayaq iz­lə­rin­dən so­ruş...

NA­RIN­CI RƏNGLİ SÖH­BƏT

Gəl,
hə­qi­qət haq­qın­da
na­rın­cı bir
söh­bət edək...

Mən onun rən­gin­dən,
uca­lı­ğın­dan
söz açım,
Sən isə
enin­dən,
uzu­nun­dan da­nış...

Son­ra bir us­ta ça­ğı­raq,
de­di­yin öl­çü­də
bir ev tik­sin...

Qa­pı­sı­na
bu söz­lə­ri ya­zaq:
“Lüt­fən, ar­zu­la­rı
aya­ğı­nız­dan çı­xa­rın,
dö­şə­mə­yə
hə­qi­qət xal­ça­sı sə­ri­lib”.

SON MƏK­TUB

İçim­də bi­tən
bu ağac
sə­nə yaz­dı­ğım
son mək­tub­dur,
ümi­dim...

Bir bu­da­ğı
qon­şu hə­yə­ti­nə
əyi­lib bu ağa­cın...

Hər ge­cə
yu­xu­ma gi­rir
qon­şu­nun
əlin­də­ki bal­ta...

EY­NƏK­Lİ MƏM­LƏ­KƏT

Üfüq­lər
əl­lə­ri qoy­nun­da
ba­xır yol­la­ra...

Yol­lar
adam ba­la­sı de­yil,
söz an­la­da­san...

Da­ha göz­lə­ri
yax­şı gör­mür
xa­ti­rə­lə­rin.

Ey­nə­yi­ni si­lə­cək­dim,
məm­lə­kə­tim...

Hə­lə də
ma­zu­ta bu­laş­mış
əl­lə­ri­mi ax­ta­rı­ram,
dos­tum in­gi­li­sin
cib­lə­rin­də...

Üşü­yür
di­li­min ucun­da
Tan­rı­ya oxu­du­ğum dua...

KÜL­QA­BI

Qa­dın­lar kül­qa­bı­dır...
Sön­müş eh­ti­ras­la­rın
mə­za­rı­dır kül­qa­bı­lar.

Da­ha bir
bən­zət­mə ax­tar­ma­ğa
ha­lım yox...

Mən­cə
ana­lar gül qa­bı­dır...

Bəs sən
nə fi­kir­də­sən, oğ­lum?

YA­ŞA­MAQ DÜS­TU­RU

Göy­də­lən­lə­ri
kər­piç-kər­piç lə­pə­lə­nir
bu şə­hə­rin...

Qa­ğa­yı­la­rın
toz bas­mış sə­si­nin
rəs­mi­dir
zi­bil­lik­də eşə­lə­nən
kü­çə it­lə­ri.

Üzü­nü yu­ma­ğa
bir ovuc
su tap­mır də­niz.

Bu­ra­da dü­şün­cə­lər
qı­sır qa­dın­dır...
Qo­ru­yu­cu va­si­tə­lə­rə
ve­ri­lən pul­la­rın üs­tün­də
xə­ca­lə­tin
bar­maq iz­lə­ri yox...

Göydələnləriylə
göy üzünü cırmaqlayan
bu şəhərdə
həqiqətin şalvarını
boynuna qalstuk eləyiblər...

Daha keçib,
bir ovuc
həyasızlıq borc ver,
üzümdəki həyanı silim...
Yaşamaq lazımdır, yaşamaq...