Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU


Məti OSMANOĞLU
SÖZSÜZ NƏĞMƏ


Fərqanə MEHDİYEVA
ŞAİRİN YAŞI OLMUR


Elman HƏBİB


Gülşən ƏLİYEVA
FÜZULIŞÜNASLIĞIMIZIN KORIFEYLƏRI


NATIQ RƏSULZADƏ
QARDAŞ
(povest)



 

Fərqanə MEHDİYEVA
ŞAİRİN YAŞI OLMUR


 
Sənət aləmində hər kəsin özünün yaradıcılq dünyası, öz səsi, öz nəfəsi olur. Ordubad rayonunun Tivi kəndində doğulan, Naxçıvanda yaşayıb-yaradan istedadlı şair Elman Həbib də öz dəsti-xətti olan şairlərimizdəndir. 70-ci illərdən mətbuatda bədii əsərləri ilə çıxış edir. Gəldiyi yolu uğurla gəlib. Özünü axtarıb, arayıb. Qəlbinin səsinə qulaq asa-asa oxucuların səsinə səs verib. Vətənə, torpağa olan sevgisinə daha çox diqqət yetirib, bu gün də yetirir:

Bir vaxt nənələrin nağıllarında
Uçan xalça vardı, oxuyan qutu.
Onda heyrətimiz qalmazdı qında,
Heyrət qılınclardı yatan sükutu.

İnsanın mənəvi əzabları, dünyanın qəribə rəngləri şair xəyalının mövzu, ideya mənbəyidir. Onun bütün şeirlərində milli ruh yaşayır. Bu misralar Azərbaycan oğlunun qəlbidir:

Torpaqdan özgə bir inam bilmirəm,
İnamım torpağım, anam torpağım.

«Sahilsiz qayalar» tamaşı göstərdi ki, şeir yaradıcılığında, publisistika sahəsində uğurlar qazanmış Elman Həbibin dramaturgiyada da geniş imkanları vardır. Xüsusən müasir həyatı və müasirlərimizi səhnəyə gətirmək baxımından müəllifin yaradıcılıq axtarışlarını davam etdirmək potensialına malik olduğu aşkar hiss olunur. «Bu fikirlər akademik, millət vəkili İsa Həbibbəylinin Elman Həbibin yaradıcılığına verdiyi qiymətdir.
O, özü haqqında belə deyir:
«Nə yatdım ki, nə də yuxu görəm, bir də gözümü açdım ki, 60 yaşıma çatmışam, dönüb keçdiyim yola baxdım, özümlə 60 ilə nə gətirmişəm?»
- Çox şeyi: insanlara məhəbbəti, vətənə sədaqəti, xeyirxah əməllər sahibi olmağı, bütün varlığında bütöv Azərbaycanı gəzdirən bir şair ürəyini. Özünün dediyi kimi:

Gözün nuru getdi, belin taqəti
Ürəyin ağrısı çoxaldı, nə qəm.
Hələ arzularım –yaz təravəti,
«Hələ qocalmışam» deyə bilmərəm…

Mənim də qismətim bir insan ömrü,
Özümü yaşadım, özümü ancaq.
İçimdə insanlıq qurtaran günü,
Ömrüm də həmin gün bil, qurtaracaq.

Naxçıvanda yaşayıb-yaradan şair dostumuzun doğum gününü təbrik edir, ona yaradıcılıq uğurları diləyir, indən belə də «gözün nurlu, belin taqətli, arzuların yaz təravətli olsun!» deyirik. Bunu da öz payıma deyirəm. Şairin yaşı olmur.