Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Afaq XÜRRƏQIZI
"DEYILƏƏN SÖZ YADIGARDIR"


Əziz MUSA


Vüqar TAPDIQLI
İT İLİNDƏ DOĞULDU, İT GÜNÜNDƏ ÖLDÜ
(hekayə)


Sona XƏYAL


Mərkəz QACAR


Müzadİl AQİL
CƏPƏR


DƏRD QAPISI


Elçin HÜSEYNBƏYLI
MƏZAR GƏLINI
(hekayə)



 

Afaq XÜRRƏQIZI
"DEYILƏƏN SÖZ YADIGARDIR"


 

Azərbaycan pedaqoji fikrində, habelə uşaq folkloru və uşaq ədə-biy-ya-tı-nın formalaşması və inkişafında "Vətən dili" dərsliyinin özü-nə-məx-sus mövqeyi var. Bu dərslik XIX əsrin sonlarında A.Çernyayevski və S.Vəlibəyovun tərtibində işıq üzü görsə də, kitabın ərsəyə gəlməsində həmin dövrün F.Köçərli, H.Qaradaği və s. görkəmli ziyalıların da birbaşa əməyi olmuşdur.
Bu dərsliyin Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə kifayət qədər deyilmiş və yazılmışdır. Bu yazımızda məqsəd "Vətən dili" dərsliyinin təsviri və ya təhlili deyildir. Əsas məqsəd üstündən 127 il keçəndən sonra "Vətən dili"nin, necə deyərlər, "restavrasiya" edilərək, geniş oxucu kütləsinə çatdırılması təşəbbüsündən danışmaqdır. Əslində görülən işin, çəkilən zəhmətin kəmiyyəti və keyfiyyəti o qədər böyükdür ki, bir kiçik yazı daxilində bu yeni nəşrin bütün məziyyətlərindən danışmaq imkanımız xaricindədir.
Azərbaycan ədəbiyyatının ilkin nəşr nümunələrinin yenidən çap edilməsi təcrübəsi ədəbiyyat tariximizdə artıq mövcuddur. AMEA Folklor İnstitutu isə artıq neçə illərdir ki, "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasını yaradaraq, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində nəşr olunmuş folklor toplularını uğurla geniş oxucu kütləsinə çatdırmaqdadır. 2007- ci ildə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu da bu istiqamətdə yeni bir kitabı ərsəyə gətirmişdir. Bu nəcib işin təşəbbüskarı və reallaşdıranı isə filologiya elmləri namizədi Vüqar Aydın oğlu Qaradağlıdır. V. Qaradağlının bu kitabın retro-spek-tiv nəşrində çəkdiyi əziyyəti göstərmək üçün kitabın ön səhifələrində onun adının qarşısında yazılmış - tərtib və transfoneliterasiya edən, ön söz, qeyd və şərhlər, sözlük və cədvəllərin müəllifi - sözlərini qeyd etmək kifayətdir. Və istər tərtib, transfoneliterasiya, istərsə qeyd və şərhlərin, ön sözün yazılması, istərsə də sözlük və cədvəllərin tərtib edilməsi Vüqar bəyin işə necə məsuliyyətlə yanaşmasının bariz göstəricisi olmaqla yanaşı, ümumiyyətlə, həmin nəşrin özünün sanbalından, elmi əhəmiyyətindən soraq verir.
Bir məsələni xüsusi olaraq qeyd etmək gərəkdir: V.Qaradağlı bu tədqiqatı Azərbaycan elmi ictimaiyyətindən heç bir "təmənna" güdmədən aparmışdır. Görülən tədqiqatın miqyası bir doktorluq işi həcmindədir desək, zənnimcə, heç bir mübaliğəyə varmış olmarıq. Əvvəla, "Vətən dili" dərsliyində istifadə olunan sözlərin semantik məna tutumuna görə təsnif edilməsi və quruluşuna görə fərqləndirilməsinin, dərslikdəki folklor örnəklərinin və s., daha sonra hər səhifənin sonunda səhifənin yarıdan çoxunu əhatə edən qeyd, izah və şərhlərin verilməsinin, ibtidada iki hissədən ibarət olan dərsliyin bütün sözlərini əhatə edən irihəcmli (327 səh.) sözlüyün tərtib edilməsinin necə böyük zəhmətin, ağır tədqiqatın nəticəsi kimi meydana çıxmasını bu işlə məşğul olan elm adamları yaxşı bilir. Bu cür zəhmətin yuxarıda da qeyd etdiyimiz kimi, heç bir elmi ad və ya titul tə-mənnası olmadan həyata keçirilməsi, dərsliyin sadəcə olaraq A.Çernyayevs-kinin, S.Və-li-bəyo-vun, F.Köçərlinin, H.Qaradağlının və R.Əfəndiyevin əziz xatirəsinə it-haf edilməsi V.Qaradağlının, iki əsr öncə "Vətən dili"nə təmənnasız olaraq öz tərcüməçilik fəaliyyəti ilə yardım etmiş ulu babası Həsənəliağa xan Qaradağinin qan və gen yaddaşından süzülüb gələn vətənpərvərlik və nəciblik xüsusiyyətlərinin göstəricisi kimi qəbul edirik.
XIX əsrin sonlarında - Azərbaycan dilində dərsliklərin olmadığı bir zamanda F.Köçərli, R.Əfəndiyev, A.Çernyayevski, H.Qaradaği kimi sözün həqiqi mənasında ziyalı olan - ziyası ilə ətrafına nur saçan ədiblərimiz azərbaycanlı balalarının maariflənməsi üçün əllərindən gələni əsirgəmədiyi kimi də bu görkəmli ziyalılarımızın layiqli xələfi sayılacaq V.Qaradağlı da XXI əsrdə onların bu kitabını yenidən nəşr edərək öz sələflərinin işini uğurla davam etdirmişdir.
Nəfis poliqrafik tərtibatda işıq üzü görən "Vətən dili" dərsliyini XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Azərbaycan dili və ədəbiyyatı üzrə, Azərbaycan fol-kloru üzrə tədqiqat aparacaq gələcək nəsillərə ərməğan, bu işi görmüş nurlu si-maların unudulmaz xatirəsinə hörmət əlaməti olaraq qəbul edir və bu ağır zəh-mətin öhdəsindən layiqincə gəlmiş Vüqar Qaradağlıya yeni yaradıcılıq uğurları diləyirik.