Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Afaq XÜRRƏQIZI
"DEYILƏƏN SÖZ YADIGARDIR"


Əziz MUSA


Vüqar TAPDIQLI
İT İLİNDƏ DOĞULDU, İT GÜNÜNDƏ ÖLDÜ
(hekayə)


Sona XƏYAL


Mərkəz QACAR


Müzadİl AQİL
CƏPƏR


DƏRD QAPISI


Elçin HÜSEYNBƏYLI
MƏZAR GƏLINI
(hekayə)



 

Vüqar TAPDIQLI
İT İLİNDƏ DOĞULDU, İT GÜNÜNDƏ ÖLDÜ
(hekayə)


 

O­nun rəh­mə­tə get­mə­yin­dən ha­mı xə­bər tut­muş­du. Sə­hər obaş­dan te­le­fon­çu Nər­giz zəng edib ha­mı­ya baş­sağ­lı­ğı ver­miş­di. "Ba­şı­nız sağ ol­sun, "Ov­çu Qur­ban" öl­dü - de­miş­di". Ha­mı­nın "İt Qur­ban" ki­mi ta­nı­dı­ğı mər­hu­mun adı­nı te­le­fon­çu bu şə­kil­də di­li­nə gə­ti­rə bil­mə­miş­di. Ha­mı bil­di. Uşaq­dan bö­yü­yə ha­mı bil­di ki, "İt Qur­ban" - "Ov­çu Qur­ban" da­ha dün­ya­da yox­du. Ha­mı hüzn­lüy­dü. Bir da­ha onu gör­mə­yə­cək­di­lər. Hə­mi­şə qə­sə­bə­nin lap aşa­ğı­sın­dan, ha­ma­mın ya­nın­dan Yu­xa­rı Ba­za­ra, or­dan Göy­yur­da, Göy­yurd­dan İt­çö­kə­yi­nə tə­lə­sib ge­dən ki­şi yox­du da­ha. Qur­ban ki­şi­nin bir aya­ğı pro­tez idi. Də­mir­çi So­yü­nün dü­zəlt­di­yi yum­ru, də­mir ayaq­la, əl ağa­cın­dan is­ti­fa­də et­mə­dən çox iti ye­ri­yər­di. Ar­xa­dan zənd­lə bax­san, ax­sa­dı­ğı se­zi­lər­di. Ol­duq­ca is­ti­qan­lı, ha­mı ilə əh­val­la­şan Qur­ban ki­şi da­ha qə­sə­bə­də gö­rün­mə­yə­cək­di.
Əv­vəl­cə sey­rək olan kü­çə, ya­vaş-ya­vaş iz­di­ham­la dol­muş­du. Adam­la­rın ək­sə­riy­yə­ti kənd­lər­dən gəl­miş­di. Qur­ban ki­şi dü­nən dəfn olun­muş­du. Eşi­dən­lər bu gün gəl­miş­di­lər ki, ki­şi­nin bu dün­ya­da qa­lan tək ya­di­ga­rı Ali­na xa­nı­ma baş­sağ­lı­ğı ver­sin­lər. Ha­mam­la üz­bəüz iki aka­si­ya ağa­cı var. Bu aka­si­ya­la­rı Qur­ban ki­şi ilə Ali­na xa­nım əkib. Baş­sağ­lı­ğı­na gə­lən­lər aka­si­ya­nın di­bin­də skam­ya­da otur­muş Ali­na xa­nı­ma baş­sağ­lı­ğı ve­rir­di­lər.
Ha­mı ürə­yin­də­ki sö­zü bir-bi­ri­nə eşit­dir­mək üçün bərk­dən da­nı­şır­dı.
- Biş­miş adam idi…, Ali­na ilə elə bil Ley­li-Məc­nun idi­lər… Bir il­də - it ilin­də do­ğul­muş­duq… Ac­lıq il­lə­rin­də do­ğu­lan uşaq­la­rın ço­xu dün­ya­sı­nı də­yi­şib… Ac­lıq ili-it ili ya­şa­dın, ay Qur­ban…
A­dam­la­rın ucu-bu­ca­ğı gö­rün­mür­dü. Döv­rə vu­rub da­ya­nan in­san­lar Ali­na xa­nı­ma doğ­ma­la­rı ki­mi ba­xır­dı­lar. Yüz­lər­lə he­ka­yət­lər di­lə gə­lir­di. Bir-iki he­ka­yə­ti is­tis­na ol­maq­la, ha­mı it­lər­dən, me­şə­nin məh­su­lun­dan, bir də Qur­ban ki­şi­dən da­nı­şır­dı. Yad­da­şım­da ili­şib qa­lan üç he­ka­yət be­lə­dir. Bi­ri odu ki, Ali­na xa­nım uk­ray­na­lı­dır. Ata­sı yük­sək rüt­bə­li hərb­çi olub. Qur­ban ki­şi Uk­ray­na­da əs­gər­lik­də olar­kən Ali­na xa­nım­la ai­lə qu­rub. Ali təh­si­li ol­sa da, Ali­na xa­nım kom­mun­xoz­da Qur­ban ki­şi ilə ey­ni və­zi­fə­də iş­lə­yir­di. Hər iki­si yi­yə­siz it­lə­rə ba­xan tex­nik və­zi­fə­sin­də ça­lı­şır­dı­lar. On­la­rın və­zi­fə­si­ni ona gö­rə də­qiq­lik­lə ya­dım­da sax­la­mı­şam ki, baş­sağ­lı­ğı­na gə­lən zaq­sın mü­di­ri ölüm ka­ğı­zı­nı oxu­yub Ali­na xa­nı­ma ver­di.
He­ka­yə­tin ikin­ci­si o idi ki, bu ai­lə me­şə­dən top­la­dı­ğı əz­gi­li, fıs­dı­ğı, it­bur­nu­nu, dər­man ot­la­rı­nı hər ba­zar gü­nü Yu­xa­rı Ba­za­ra sat­ma­ğa çı­xa­rır­dı. Ali­na xa­nı­mın qa­ba­ğın­da er­kən yaz­da üs­tün­də qar də­nə­lə­ri olan xar­gül, nər­giz, bə­növ­şə, qu­ru­muş əz­gil to­pa­la­rı­nı gö­rən­lər bu­nu tez-tez xa­tır­la­yır­dı­lar.
He­ka­yə­tin üçün­cü­sü it­lər­lə bağ­lı idi. Atıl­mış, az­dı­rıl­mış it­lər­lə. Bu it­lər dər­də, xif­fə­tə döz­mə­yib çər­lə­yib ölür­dü. Ya da ki, Qur­ban ki­şi Ali­na xa­nım­la bir­lik­də it­lə­rin təq­si­ri­ni sü­bu­ta ye­ti­rən­dən son­ra on­la­ra ölüm hök­mü çı­xa­rır­dı­lar. İt­lə­ri Qur­ban ki­şi gül­lə­lə­yir­di. Kənd­dən ya­sa gə­lən­lər he­ka­yət­lə­ri­ni it­lər­lə baş­la­yıb, Qur­ban ki­şi ilə qur­ta­rır­dı­lar.
Qə­sə­bə­nin yet­miş dörd kən­din­dən dör­dün­də mo­lo­kan­lar, yet­mi­şin­də azər­bay­can­lı­lar ya­şa­yır­dı. Kənd­lər­lə on evin doq­qu­zun­da ço­ban it­lə­ri sax­la­yır­dı­lar. De­mək olar ki, evin, tə­sər­rü­fa­tın ke­şik­çi­si bu it­lər idi. Hər qa­pı­da­kı it göz­lə­ri açıl­ma­mış, kü­çük vax­tı evə gə­ti­ri­lir. Bu kü­çük­lər bir ba­la­ca öz­lə­ri­nə gə­lən­də qu­laq­la­rı, quy­ruq­la­rı kə­si­lir. Bir kü­çü­yü al­maq üçün ev yi­yə­si yax­şı xərc çə­kir­di. Bu it­lə­rin hör­mə­ti ai­lə­nin bir üz­vü qə­dər olar­dı. İt­lər üçün ümu­mi qay­da­lar var­dı. Bir qay­da o idi ki, bu it­lər ət ye­məz­di­lər. On­la­ra ar­pa unun­dan, kə­pək­dən yal bi­şi­ri­lər­di. İkin­ci­si, kənd yer­lə­rin­də ev qo­naq­lı-qa­ra­lı olur. Ev yi­yə­si gə­lən qo­naq­la­rı bir-bir itə ta­nı­dır­dı. Baş­qa qay­da­la­rı bir tə­rə­fə qoy­saq, bö­yük bir kənd­dən yal­nız bir it bu qay­da­nı po­zar­dı. Bu da ya­zıl­ma­mış qay­da idi. itin ev­dən çı­xa­rıl­ma­sı qə­ra­rı evin ən sı­xın­tı­lı, hü­zün­lü gün­lə­ri sa­yı­lır­dı. Ev yi­yə­si­nə baş­sağ­lı­ğı ve­ri­lər­di. İt­lər "cə­za evi­nə" yük ma­şın­la­rı­nın üs­tün­də gə­ti­ri­lər­di. Qə­sə­bə­yə bi­ti­şik Göy­yurd, İt­çö­kək­li­yi bu it­lə­rin son mən­zi­li sa­yı­lır­dı. Cə­za­ya məh­kum olun­muş it­lə­rin öz­lə­ri­nə yem tap­maq, qa­rın­la­rı­nı doy­dur­maq üçün yad­daş­la­rı və vər­diş­lə­ri yox idi. Sü­rü ilə ca­na­va­rın qa­ba­ğın­da da­ya­nan, yay­la­ğın, qış­la­ğın köç yol­la­rın­da tən­ti­mə­yən ço­ban it­lə­ri İt­çö­kək­li­yi­nə dü­şən­də bir­cə şe­yi göz­lə­yir­di­lər - ölü­mün tez gəl­mə­yi­ni. On­la­rın bu ha­lı­na ya­nan­lar isə, İt Qur­ba­nın çı­xa­ra­ca­ğı "hök­mü" göz­lə­yir­di­lər.
Qə­sə­bə­nin yi­yə­siz it­lə­ri (kü­çə it­lə­ri) öz­lə­ri­nin it ol­duq­la­rı­nı sü­bu­ta ye­tir­mək üçün ya­rı­şa gi­rər­di­lər. Sü­rü ilə İt­çö­kək­li­yi­nin qı­ra­ğın­da du­rub, xor­la "məh­kum it­lə­rə" hü­rər­di­lər. Qar­şı tə­rəf­dən hə­nir­ti be­lə gəl­mir­di. İt­çö­kə­yin­də ço­ban iti dö­nüb olur­du qo­yun. Nə yax­şı bu atıl­mış­la­rın ov­çu Qur­ban, Ali­na ad­lı ümid­gah­la­rı var­dı. Kom­mun­xoz­dan - ida­rə­dən Qur­ban ki­şi­yə dö­nə-dö­nə tap­şı­rır­dı­lar ki, it­lər gül­lə­lən­sin. İn­di Ali­na xa­nı­ma baş­sağ­lı­ğı­na gə­lən yüz­lər­lə ada­mın Qur­ban ki­şi­yə olan hör­mə­ti hə­min it­lə­rə gö­rəy­di. Otuz il əmək fəa­liy­yə­ti müd­də­tin­də Qur­ban ki­şi gü­na­hı­nı sü­bu­ta ye­tir­mə­di­yi bir­cə iti də gül­lə­lə­mə­di. İt­çö­kə­yi­nə atıl­mış hər bir itin gəl­di­yi kən­də, evə get­di. Bu il­lər ər­zin­də yüz­lər­lə itin gü­nah­sız ol­du­ğu­nu Qur­ban ki­şi sü­bu­ta ye­tir­miş­di.
Kənd ye­rin­də ax­şam əl-ayaq yı­ğı­lan­dan son­ra it zən­cir­dən açı­lıb hə­yə­tə bu­ra­xı­lır. Də­qiq qay­da var. İt evin hən­də­və­rin­dən yo­la çı­xa bil­məz. Bu, ar­tıq min il­lər­di be­lə­dir. Kənd­dən ra­yo­na er­tə­dən-dan­ba­şı yo­la çı­xan­la­rın, şə­hər­dən, ra­yon­dan gec qa­yı­dan­la­rın yol­da it­lər­lə qar­şı­laş­ma­sı - it­lə in­san­la­rın qur­du­ğu qay­da­la­rın po­zul­ma­sı de­mək idi.
İt sa­hi­bi itin xid­mət­lə­ri­ni, itə olan mə­həb­bət­lə­ri­ni bir tə­rə­fə qo­yub qə­rar ver­mə­liy­di: - Yo­la çı­xan it ev­dən qo­vul­ma­lıy­dı.
İt­çö­kə­yin­də olan it­lər gü­nah­la­rı və ya gü­nah­sız­lıq­la­rı sü­but olu­na­na qə­dər, yə­ni gül­lə­lən­dik­lə­ri saa­ta qə­dər yem­lə­nir­di­lər. Bir mə­sə­lə də var­dı ki, it­lə­rə ve­ri­lən ye­min xər­ci­ni ida­rə çək­mir­di. İt­lə­rin ye­mi­nin xər­ci­ni Qur­ban ki­şi ilə Ali­na xa­nım öz mə­va­cib­lə­ri he­sa­bı­na ödə­yir­di­lər.
… Yas mə­ra­si­mi­nə gə­lən­lər ya­vaş-ya­vaş sey­rə­lir­di­lər. De­mək olar ki, on-on beş adam an­caq qal­mış­dı. On­lar da əsa­sən qə­sə­bə­nin adam­la­rı idi­lər. Ha­ma­mın çay­xa­na­sın­da ve­ri­lən eh­san çay içir­di­lər. UAZ "Vi­lis"-dən dü­şən iki qa­dın aka­si­ya­nın di­bin­də otur­muş, elə bil da­şa dön­müş Ali­na xa­nı­ma tə­rəf get­di­lər. Qa­dın­lar­dan bi­ri- yaş­lı­sı əyi­lib Ali­na xa­nı­mın üzün­dən öp­dü. İkin­ci qa­dın çan­ta­sın­dan çı­xart­dı­ğı yun şa­lı Ali­na xa­nı­mın çiy­ni­nə sal­dı. Qa­dın­lar Ali­na xa­nı­ma doğ­ma adam­la­rı ki­mi ba­xır­dı­lar.
- Ye­ri be­hişt ol­sun Ov­çu Qur­ba­nın. Yax­şı ya­şa­dı, yax­şı ad qoy­du get­di. Ney­lə­mək olar, vaxt-və­də­si be­lə imiş. Bu­ra gə­lən­də ma­şı­nı Göy­yurd­da sax­la­dıq, bax­dıq. İt­çö­kə­yin­də bir-iki it var­dı. Kənd­lə­rin it gü­nü, de­yə­sən, tez baş­la­yıb.
A­li­na xa­nım əli­ni əli­nin üs­tü­nə sür­tə­rək:
- Qur­ban it ilin­də do­ğul­muş­du. İt­çö­kə­yin­də bi­rin­ci it gə­ti­ri­lən­də ida­rə­nin - kom­mun­xo­zun it gü­nü baş­la­yır. Qur­ban da it gü­nün­də dün­ya­sı­nı də­yiş­di - Ali­na xa­nım də­rin­dən nə­fəs alıb me­şə­yə tə­rəf bax­dı; - Gül­lə­rim, çi­çək­lə­rim xə­zan ol­du Qur­ban­sız.